«маgistratura məRKƏZİ»



Yüklə 0,69 Mb.
səhifə34/40
tarix02.01.2022
ölçüsü0,69 Mb.
#47774
1   ...   30   31   32   33   34   35   36   37   ...   40
K-rimov-Az-r

Qarşıdurma — Başqalarının fikirlərini və maraqlarını nəzərə almadan öz məqsədinə çatmağa yönəlmiş metoddur. Burada məcburetməyə heç bir ehtimal yoxdur. Qarşıdurma metodunu adətən kollektiv əmək mübahisələri zamanı, lokal və ümumi sosial konfliktlərdə seçirlər. Çox vaxt qarşıdurmalar işə götürənlərlə işçilər arasında sosial-əmək münasibətlərinin korlanmasının ən son formasına gətirib çıxara bilər: tətillər, hiss edilələcək dərəcədə iqtisadi zərbənin vurulması, mitinqlər, nümayişlər, aclıq aksiyaları keçirməklə psixoloji təzyiqin artırılması və s.

  • Kompromis — qarşılıqlı güzəştlərlə konfliktin həll edilməsi metodudur. Bu metodda qarşı tərəfin fikri də qəbul edilir, lakin bu qəbuletmə müəyyən hədd çərçivəsində baş verir. İdarəetmə situasiyalarında kompromis metodu ilə münaqişənin həll edilməsi yüksək qiymətləndirilir. Belə ki, bu metod xoşagəlməz nəticələri minimuma endirir, münaqişəni tez həll etməyə və hər iki tərəfi razı salmağa imkan verir. Kompromis metodunun çatışmayan cəhəti ondan ibarətdir ki, onun vaxtından əvvəl tətbiq edilməsi problemin diaqnozunun qoyulmasına və alternativlərin axtarılması vaxtının qısaldılmasına gətirib çıxara bilər. Kompromisin bu formada tətbiq olunması sadəcə mübahisədən uzaqlaşmaqla razılığın əldə olunması və ağıllı təkliflərdən imtina olunmasına gətirib çıxaracaqdır. Bu cür kompromis- əlçatan vasitələrlə qaneolma, lakin mövcud faktorlar və informasiyalar içərisindən məntiqi olanını axtarmağa könülsüz yanaşma deməkdir.

    Kompromisin tətbiq edilməsinin ən geniş yayılmış klassik forması alıcı və satıcı arasında bazarda formalaşan alqı-satqı münasibətləridir (əsas yanaşma qiymətdə razılaşmadır) və qarşılıqlı güzəştlərlə hər iki tərəfi təmin edəcək nəticəyə gəlməkdir. Bununla belə kompromisə daima müraciət etmək onu göstərir ki, istənilən münaqişənin həlli onun iştirakçılarından, situasiyadan və həllolunan məsələdən asılıdır. Kompromisin tətbiq edilməsi həm də ona görə rahatdır ki, o konfliktin həll edilməsinin digər metodları ilə ziddiyyət təşkil eləmir və onlarla birgə tətbiq edilə bilər. Metodların tətbiq edilməsinin əsas xüsusiyyəti ondan ibarətdir ki, onlar situasiyaya uyğun olaraq konfliktin müxtəlif mərhələlərində tətbiq edilə bilərlər. Kompromisin tətbiq olunması üçün aşağıdakı konflikt situasiyanın olması vacibdir;

    • Hər iki tərəfin inandırıcı səbəbləri vardır və eyni dərəcəli nüfuza malikdirlər ;

    • Sizin istəyinizin təmin olunması sizin üçün o qədər də böyük əhəmiyyət kəsb eləmir ;

    • Kompromis qərarı sizi qane edir, belə ki başqa metodun işlənib hazırlanmasına vaxtınız yoxdur, və ya tətbiq olunmuş digər qərarlar qeyri-effektivdir ;

    • Kompromis sizi hər şeyi itirmək qorxusundan sığortalayır ;

    1. Əməkdaşlıq  — Qərar axtarılmasının birgə fəaliyyətini nəzərdə tutur hansı ki hər iki tərəfin maraqlarına uyğundur. Təşkilatda münaiqşələrin həll edilməsinin ən məhsuldar metodu olub açıq kollektiv müzakirələr vasitəsilə və qarşılıqlı razılıqla münaqişə edən tərəflərin maraqlarının təmin olunmasıdır. Əməkdaşlıq metodu ilə konflikti aşağıdakı situasiyalarda həll etmək mümükündür:

    • Əgər problemə yanaşmaların hər biri vacibdirsə və kompromisə şərait yaratmırsa, ümumi qərarları axtarıb tapmaq;

    • Qarşı tərəflə uzunmüddətli, möhkəm və qarşılıqlı asılı münasibətləriniz vardırsa;

    • Əsas məqsəd birgə iş təcrübəsinin qazanılmasıdırsa;

    • Tərəflər bir-birini dinləməyi və öz maraqlarının mahiyyətini ifadə etməyi bacarırlarsa;

    • Nəzər nöqtələrinin cəmlənməsi və əməkdaşların fəaliyyətə şəxsən cəlb olunmasının sürətlənməsi vacibdirsə.


    1. Yüklə 0,69 Mb.

      Dostları ilə paylaş:
  • 1   ...   30   31   32   33   34   35   36   37   ...   40




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin