«маgistratura məRKƏZİ»



Yüklə 0,69 Mb.
səhifə35/40
tarix02.01.2022
ölçüsü0,69 Mb.
#47774
1   ...   32   33   34   35   36   37   38   39   40
K-rimov-Az-r

Problemin həll edilməsi- müxtəlif fikirləri nəzərə almaqla münaiqşənin səbəbini başa düşməyə çalışma və hər iki tərəf üçün fəaliyyət istiqamətinin seçilməsini özündə birləşdirir. Bu metoddan istifadə edən şəxs öz məqsədlərinə başqalarından istifadə etməklə nail olmur, əksinə münaqişə situasiyanın həll edilməsinin ən yaxşı variantını axtarıb tapır.

İnsanlarda olan fikir ayrılıqları belə bir nəticəyə gəlməyə imkan verir ki, ağıllı insanların nəyin yaxşı və nəyin pis olması barədə təsəvvürləri vardır. Təhliletmə və konflikti həll etmə yalnız o halda mümkündür ki, onu həyata keçirən şəxs müdriklik və insanlarla işləmə mədəniyyətinə sahib ola bilsin. Münaqişənin həll edilməsindəki bu cür konstruktivlik (münaqişəni problemi həll etmək yolu ilə aradan qaldırmaq) təşkilatda səmimi mühit yaratmağa, şəxsin və ümumilikdə təşkilatın uğur qazanmasına gətirib çıxarır.

Beləliklə də yanaşmaların müxtəlif olduğu və sağlam qərarın verilməsi üçün dəqiq informasiyanın mövcud olduğu çətin situasiyalarda konflikt yaradan fikirləri inkişaf elətdirmək və münaqişələrin həll edilməsi metodlarından istifadə etməklə situasiyanı idarə etmək lazımdır. Münaqişənin həll edilməsinin digər metodları da münaqişə situasiyanı müvəffəqiyyətlə azalda və ya ixtisar edə bilərlər, lakin məsələnin optimal həll edilməsinə gətirib çıxarmayacaqlar, çünki belə halda bütün nəzər nöqtələri eyni dərəcədə dərinliklə tədqiq edilməyəcəkdir. Araşdırmalardan bizə məlum olmuşdur ki, yüksək effektivlik göstərən şirkətlər az effektli olanlarda fərqli olaraq problemin həll edilməsi metoduna daha çox müraciət etmişlər. Belə təşkilatlarda rəhbərlər öz fikir ayrılıqlarını daha aydın dilə gətirmiş və problem və narazıçılıqlar mövcud deyilmiş kimi davranmamışlar. Onlar qərarı tapana qədər axtarmışlar. Rəhbərlər həmçinin münaqişələrin yaranmasının qarşısını almağa və ya onları azaltmağa çalışmış idarəetmə iyerarxiyası və o şöbələrdə qərar axtarmağa çalışmışlar ki, harada ki qərara təsir göstərən amillər və informasiya vardır. Baxmayaraq ki, problemin həll edilməsi metodu ətrafında araşdırmalar bir o qədər bol deyil, şirkətlərdə onun tətbiq edilməsi onun effektivliyini sübuta yetirir. Aşağıda problemin həll edilməsi metodunun cədvəli verilmişdir.



    1. Problemi qərarlarda məqsədlər kateqoriyasında axtarın.

    2. Problem müəyyən edildikdən sonra, hər iki tərəfi qane edə biləcək qərarlar tapın.

    3. Diqqəti qarşı tərəfin şəxsi keyfiyyətlərində deyil, problemə yönəldin.

    4. Qarşılıqlı təsir və informasiya mübadiləsi yaratmaq üçün,inam mühiti yaradın.

    5. Ünsiyyət zamanı qarşı tərəfə qarşı simpatiya və ona qulaq asmaqla bir-birinizə qarşı müsbət münasibət yaradın.

    6. Kin və hədə-qorxu hisslərini minimuma endirin.

Beləliklə, yuxarıda qeyd etdiyimiz şəxsiyyətlərarası münaiqşələrin həll edilməsi metodları konflikt situasiyasına, münaqişənin dinamikasına, münaqişə edən tərəflərin xarakterinə uyğun olaraq münaqişənin müxtəlif mərhələlərində tətbiq oluna bilərlər.


Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin