Tam orta (11 illik) təhsil səviyyəsi r iyaziyyat



Yüklə 86,81 Kb.
Pdf görüntüsü
səhifə1/9
tarix16.12.2023
ölçüsü86,81 Kb.
#183338
növüDərs
  1   2   3   4   5   6   7   8   9
98dd88eebccdeda2128cf585c8f077ed



Tam orta (11 illik) təhsil səviyyəsi 
R
İYAZİYYAT
Proqram fənn kurikulumu üzrə təlim nəticələrinə 
uyğun olaraq V-XI sinif dərslikləri əsasında 
hazırlanmışdır.
Proqram fənn kurikulumunun riyaziyyat fənni üçün 
müəyyən etdiyi 5 (
“Ədədlər və əməllər”

“Cəbr və 
funksiyalar”
,
“Həndəsə”
,
“Ölçmə”

“Statistika və 
ehtimal”
) məzmun xətti üzrə 12 əsas standartın 
tələblərinin 
reallaşdırılması 
ilə 
bağlı 
təlim 
materiallarını əhatə edir. 
İmtahanda 
məzmun 
standartlarının 
təlim 
nəticələrində nəzərdə tutulmuş tətbiqetmə, tədqiqetmə, 
əlaqələndirmə, uyğunluğu müəyyənetmə, fərqləndir-
mə, fikrini sxemlər və cədvəllərlə ifadəetmə
mühakiməyürütmə, 
əsaslandırma 
bacarıqlarının 
sistemli şəkildə nümayiş etdirilməsi tələb olunur. 
Ədədlər və əməllər
məzmun xəttinə aid alt 
standartların tələbləri üzrə natural, rasional, həqiqi 
ədədləri oxuyub-yazmaq, onları müqayisə etmək, onlar 
üzərində əməlləri yerinə yetirmək və uyğun nöqtələri 
koordinat düz xəttində göstərmək, iki sonlu çoxluq 
üzərində əməllər yerinə yetirmək və onların xassələrini 
məsələ həllinə, habelə həqiqi ədədlər çoxluğu ilə bağlı 
məsələlər həllinə tətbiq etmək kimi bilik və bacarıqlar, 
natural, tam, rasional və həqiqi üstlü qüvvətin 
xassələrini bilmək, onları ardıcıl yerinə yetirmək 
vərdişləri, şagirdlərin 
n
-ci (
n
≥2) dərəcədən kökün 
xassələrini tətbiqetmə qabiliyyəti yoxlanılır. Həmçinin 
sadə və mürəkkəb faiz artımı düsturlarını sadə 
məsələlərin həllinə tətbiq etmək bacarığı, habelə 
praktik məsələlərin həllində faiz düsturlarının tətbiqi və
təqribi 
qiymətləndirmə 
bacarıqları 
yoxlanılır. 
Kompleks ədədi cəbri şəkildə təqdim etmək, cəbri 
şəkildə verilmiş kompleks ədədlər üzərində hesab 
əməllərini yerinə yetirmək, kompleks ədədin istənilən 
dərəcədən qüvvətini tapmaq bacarıqları yoxlanılır. 
Triqonometrik, 
üstlü, 
loqarifmik 
ifadələri 
sadələşdirərək qiymətini tapmaq vərdişləri, bucağın 
radian ölçüsü anlayışını və istənilən bucağın 
triqonometrik funksiyalarının tərifindən məsələlər 
həllində istifadə etmək səriştəsi, əsas triqonometrik 
eynilikləri, triqonometrik funksiyalar üçün çevirmə və 
toplama düsturlarını tətbiq etmək bacarıqları 
yoxlanılır. 
n
dərəcəli tənliklərin həlli üsullarının araşdırılması, 
Bezu teoreminin tətbiq etmək bacarıqları yoxlanılır. 
Bundan başqa yığılan ardıcıllıqların xassələrini tətbiq 
edilməsi, bacarıqları yoxlanılır.

Yüklə 86,81 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin