Tam orta (11 illik) təhsil səviyyəsi r iyaziyyat



Yüklə 86,81 Kb.
Pdf görüntüsü
səhifə2/9
tarix16.12.2023
ölçüsü86,81 Kb.
#183338
növüDərs
1   2   3   4   5   6   7   8   9
98dd88eebccdeda2128cf585c8f077ed

Cəbr və funksiyalar

məzmun xəttinə aid alt stan-


dartlar üzrə müxtəlif situasiyalardakı problemləri cəbri 
şəkildə ifadə etmək, araşdırmaq, cəbri prosedurları 
yerinə yetirmək, gündəlik həyatda rast gəlinən 
kəmiyyətlər arasında asılılıqları (xətti, kvadrat, üstlü, 
loqarifmik) funksiyalar vasitəsi ilə ifadə etmək kimi 
bilik və bacarıqlar, o cümlədən, müxtəlif ədədlər 
çoxluğunda birdəyişənli tənlikləri (xətti, kvadrat, üstlü, 
loqarifmik), həyati situasiyaya uyğun birdəyişənli 
tənlik və ya ikidəyişənli iki tənliklər sistemini tərtib və 
həll etmək bacarıqları, sadə xətti bərabərsizliklərin 
araşdırılması vərdişləri və həll etmək bacarıqları, biri 
xətti, digəri ikidərəcəli olan ikidəyişənli tənliklər 
sistemini, kvadrat bərabərsizliyi həll etmək bacarıqları, 
cəbri bərabərsizlikləri intervallar üsulu ilə həll etmək,
modul işarəsi daxilində dəyişəni olan sadə tənlik və 
bərabərsizliklərin həlli və araşdırılması qabiliyyətləri 
yoxlanılır. Həmçinin rasional ifadələrin, kvadrat kök və 
n
-ci dərəcədən kök daxil olan ifadələrin çevrilməsi, 
habelə ardıcıllıqların, ədədi və həndəsi silsilələrin 
xassələrinin məsələ həllinə tətbiq etmə vərdişləri 
yoxlanılır.
Həndəsə 
məzmun xəttinə aid alt standartlar üzrə 
həndəsi təsvir, təsəvvür və məntiqi mühakimələrin 
köməyi ilə fiqurların əlamət və xassələrini araşdırmaq, 
habelə həndəsi çevirmələri və simmetriyanı tətbiq 
etmək kimi bilik və bacarıqlar yoxlanılır. O cümlədən, 
ən sadə fiqurlar, üçbucaqlar, dördbucaqlılar, çevrə və 
dairə, çoxbucaqlılar haqqında bilik və bacarıqlar, 
onların xassələrinin tətbiqi vərdişləri yoxlanılır. 
Sinuslar və kosinuslar teoremlərinin tətbiqi ilə 
üçbucaqları həll etmək bacarıqları, verilmiş üçbucağın 
daxilinə və xaricinə çəkilmiş çevrələrin xassələrinin, 
habelə çevrəyə toxunan və kəsənin xassələrinin tətbiq 
edilməsi vərdişləri yoxlanılır.
Müstəvidə və fəzada vektorlar haqqında biliklər, 
hərəkət çevirməsi və onun tətbiqi, koordinatlar 
üsulunun bəzi tətbiqi bacarıqları (o cümlədən düz 
xəttin, müstəvinin, sferanın tənliyini tətbiq etmək 
bacarıqları) yoxlanılır. Fəzada koordinatları ilə verilmiş 
iki vektorun skalyar hasilini tapmaq, koordinatlar 
üsulunu müxtəlif məsələlərin həllinə tətbiq etmək, 
fəzada verilmiş vektoru komplanar olmayan üç vektor 
üzrə ayırmaq vərdişləri yoxlanılır.
Həmçinin fəzada düz xətlərin qarşılıqlı vəziyyətinə 
və fəzada müstəvilərin qarşılıqlı vəziyyətinə aid
fəzada düz xətlə müstəvi arasındakı bucağa, iki 
müstəvi arasındakı bucağa aid məsələləri həll etmək 
qabiliyyətləri, habelə üç perpendikulyar haqqında 
teoremi tətbiq etmək bacarıqları aşkarlanır. 
Çoxüzlülərin növlərini tanımaq, prizmanın, pirami-
danın, kəsik piramidanın yan səthinin, tam səthinin və 



Yüklə 86,81 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin