Iv fəSİl I avropa Oyunları 2015



Yüklə 3,29 Mb.
Pdf görüntüsü
səhifə21/41
tarix06.09.2017
ölçüsü3,29 Mb.
#29142
1   ...   17   18   19   20   21   22   23   24   ...   41

 
 
 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
138 
 
Azərbaycan Prezidenti İlham Əliyev Avropa Olimpiya Komitəsinin Bakıda keçirilən 43-cü Baş 
Assambleyasının rəsmi açılışında iştirak edib 
(21 noyabr 2014-cü il) 
 
Bakı, 21 noyabr, AzərTAc 
Noyabrın 21-də Bakıda Avropa Olimpiya Komitəsinin 43-cü Baş Assambleyası işə başlayıb. 
İki gün davam edəcək tədbirin rəsmi açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və 
xanımı Mehriban Əliyeva iştirak ediblər. 
Avropa  Olimpiya  Komitəsinin  43-cü  Baş  Assambleyası  qarşıdakı  dövrdə  həllini  gözləyən  bir  çox 
məsələlərin  müzakirə  olunması  və  həyata  keçirilməsi  baxımından  mühüm  tədbirdir.  Avropa  ölkələrinin  Milli 
Olimpiya komitələrinin nümayəndə heyətlərinin, beynəlxalq idman qurumlarının rəhbərlərinin iştirak etdikləri 
Assambleyada  “Olimpiya  Oyunları”,  “Marketinq  və  rabitə”,  “İdman  hamı  üçün”,  “Olimpiya  mədəniyyəti  və 
irsi”, “Tibb və antidopinq”, “İdmanda gender bərabərliyi” və digər mövzularda hesabat məruzələri, o cümlədən 
ilk Avropa Oyunları barədə məlumat və “Bakı-2015” Əməliyyat Komitəsinin hesabatı da dinləniləcək. 2016-cı 
il  Yay  Olimpiya,  XXIII  Qış  Olimpiya  oyunlarına  və  Avropa  Yeniyetmələrinin  Olimpiya  Festivalına  hazırlıq 
işlərinin gedişi ilə bağlı hesabatlar da Assambleyanın gündəliyinə daxildir. 
Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax və Avropa Olimpiya  Komitəsinin prezidenti 
Patrik Hikki Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı qarşıladılar. 
Dövlətimizin başçısı və xanımı Avropa Olimpiya Komitəsinin rəhbər heyəti ilə görüşdülər. 
Azərbaycan Prezidenti İlham  Əliyev Avropa Olimpiya Komitəsinin 43-cü Baş Assambleyasında çıxış 
etdi. 
 
Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı 
(21 noyabr 2014-cü il) 
 
Beynəlxalq Olimpiya Komitəsinin prezidenti cənab Tomas Bax. 
Beynəlxalq Olimpiya Komitəsinin fəxri prezidenti cənab Jak Roqq. 
Avropa Olimpiya Komitəsinin prezidenti cənab Patrik Hikki. 
Hörmətli qonaqlar. 
Xanımlar və cənablar. 
Əvvəlcə  Sizin  hamınızı  Azərbaycanda  salamlamaq  istəyirəm.  Avropa  Olimpiya  Komitəsinin  Baş 
Assambleyasının toplantısını Bakıda qəbul etməkdən böyük şərəf hissi duyuruq. 
Azərbaycan qədim tarixi, adət-ənənələri və mədəniyyəti ilə seçilən ölkədir. Əminəm ki, qonaqlarımız, – 
bilirəm, onların əksəriyyəti ölkəmizə ilk dəfədir səfər edir,  - həmçinin Azərbaycanı daha yaxşı tanımaq, tarixi 
yerlərimizi ziyarət  etmək  imkanını əldə edəcəklər.  Yeri  gəlmişkən,  onlardan  bəziləri  UNESCO  tərəfindən 
qorunur və dünya mədəni irsinin bir hissəsidir. 
Bununla belə, Azərbaycan müstəqil ölkə kimi gəncdir. Müstəqilliyimizin cəmi 23 yaşı var. Əlbəttə ki, 
müstəqilliyimizin  ilk  illərində əsas  prioritet  müstəqil  ölkəni  qurmaq,  dövlətçiliyimizi  və müstəqilliyimizi 
möhkəmləndirmək və siyasi təsisatları yaratmaq idi. 
Avropa  Olimpiya  Komitəsinə üzv  olmaq  qərarı  bu  Komitə tərəfindən  çox  müsbət  qarşılandı 
və prioritetlərimizi  nümayiş  etdirdi.  Avropa  Olimpiya  ailəsinə üzv  olduqdan  sonra  Azərbaycan  Avropa 
təsisatlarına  daha sürətlə inteqrasiya  etməyə başladı.  Siyasi  sistemimiz  Avropanın  siyasi  sisteminin  modelidir. 
Çünki  bildiyiniz  kimi,  müstəqilliyimizi bərpa etdiyimiz  vaxt  siyasi  sistem,  ümumiyyətlə mövcud  deyildi.  Biz 
uğurları qazanmaq, müstəqillik fürsətini qaçırmamaq üçün müstəqil dövlət qurmalı, siyasi təsisatları yaratmalı, 
o cümlədən güclü iqtisadiyyatı formalaşdırmalı idik. 
Bu  baxımdan  Avropa  Olimpiya  ailəsinin  hissəsi  olmaq,  həmçinin  bizə Avropa  təsisatlarına  fəal 
şəkildə inteqrasiya  imkanını  yaratdı.  Yeri  gəlmişkən,  Azərbaycanın  Avropa  Şurasının  Nazirlər  Komitəsindəki 
sədrliyi  bir  həftə öncə başa  çatıb.  Sədrliyimiz  çox  uğurla  keçdi. Əlbəttə ki,  2001-ci  ildə reallaşmış  Avropa 
Şurasına  üzvlük  bizə islahatları  davam  etdirmək  və Avropa  dəyərlərini  ölkəmizdə təşviq  etmək  imkanını 
yaratdı. Siyasi islahatlar Azərbaycan üçün əsas prioritetlərdən biridir. Güclü demokratik təsisatların qurulması 
bizim üçün uğur şərtidir, çünki bizim bu gün güclü iqtisadiyyatımız var. Lakin möhkəm siyasi sistem olmadan 
inkişafımız görmək istədiyimiz qədər sürətli ola bilməzdi. 
Bir sözlə, demokratiyanın və əsas azadlıqların təşviqi bizim üçün prioritetdir. Azərbaycanda bütün əsas 
azadlıqlar  təmin  edilib.  Mətbuat  azadlığı,  azad  internet  var.  Vətəndaşlarımızın  70  faizdən  çoxu  fəal  internet 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
139 
 
istifadəçisidir.  Toplaşmaq,  təşkilatlanmaq  azadlığı  tam  təmin  edilib.  Azərbaycanda  500-dən  çox  mətbu  orqan 
fəaliyyət  göstərir.  Dini  azadlıq  tam  təmin  edilib.  Ölkəmiz  hazırda  dünyada  multikulturalizmin əsas 
mərkəzlərindən  biri  hesab  olunur.  Bir  çox  beynəlxalq  tədbirlərin  keçirilməsi  və həmin  mühüm  məsələnin 
müzakirəsi ümumi əməkdaşlıq amalına və dinlərarası dialoqa verilən töhfədir. 
Eyni  zamanda,  biz  müasir,  özünü  təmin  edən  iqtisadiyyatın  qurulması  üçün  ürəkdən  çalışırıq.  Bu 
səbəbdən,  iqtisadi  islahatlar  gündəliyimizdə olan  məsələdir.  Son  on  il ərzində  Azərbaycan  iqtisadiyyatı 
dünyada ən sürətlə artan iqtisadiyyat olub. Ümumi daxili məhsulumuz üç dəfədən çox artıb. Büdcə xərclərimiz 
iyirmi  dəfədən  çox  artıb.  Biz  yoxsulluğun  səviyyəsini  49  faizdən  5  faizə qədər  azalda  bildik.  İşsizlik  isə  5 
faizdən aşağıdır. Maliyyə vəziyyətimiz çox sabitdir. Xarici borc ümumi daxili məhsulun yalnız 8 faizini təşkil 
edir. İqtisadi islahatlarımız, həmçinin beynəlxalq maliyyə təsisatları tərəfindən xüsusi olaraq qeyd edilir. Yeri 
gəlmişkən,  Davos  Dünya  İqtisadi  Forumu  qlobal  rəqabətə davamlılıq  baxımından  ölkəmizi  38-ci 
yerdə qərarlaşdırıb. Bu səbəbdən, iqtisadi inkişafımızın aparıcı qüvvəsi, əlbəttə ki, islahatlar oldu. 
Eyni  zamanda,  Azərbaycan  zəngin  təbii  ehtiyatlara  malik  olan  ölkədir.  Təbii  ehtiyatlardan  səmərəli 
istifadə,  milli  ehtiyatların  insan  kapitalına  çevrilməsi,  həmçinin  bizim  üçün  prioritet  oldu.  Gələcəyə sərmayə, 
təhsil,  sosial  problemlərin  həlli  və infrastrukturun  yaradılması  bizə  iqtisadiyyatımızı  şaxələndirməyə imkan 
verdi. 
Beləliklə,  enerji  təhlükəsizliyi  məsələlərinə gəldikdə,  Azərbaycan  bu  gün  Avropanın  çox  mühüm 
tərəfdaşıdır.  Avropa  İttifaqı  ilə imzaladığımız  sənədlər  aydın  göstərir  ki,  Azərbaycan  “Cənub”  qaz  dəhlizini 
təşviq  və təchiz  edən,  eləcə də  inşasını  başlatdıran  tərəfdir. Əslində,  biz  “Cənub”  qaz  dəhlizinin  çəkilməsini 
başlatdıran  ölkə olduq.  Təməlqoyma  mərasimi  avropalı  həmkarlarımın  geniş  iştirakı  ilə Bakıda  iki  ay  öncə, 
sentyabrın 20-də təşkil edilmişdir. 
 Bir  sözlə,  enerji  təhlükəsizliyi  və şaxələndirilməsi, əlbəttə ki,  Avropa  təsisatları  ilə gələcək 
münasibətlərimizdə əsas  rol  oynayacaq.  Avropa  İttifaqı  ilə əlaqələrimizi  ortaq  dəyərlərə,  qarşılıqlı 
hörmətə və marağa əsaslanan,  proqnozlaşdırılan,  çox  güclü əlaqələr  hesab  edirik.  Buna  görə,  fikrimizcə,  bu 
münasibətlər  sivilizasiyaların  dialoqunda  mühüm  rol  oynaya  bilər.  Çünki  bu,  coğrafi  mövqeyimiz,  tariximiz 
və irsimizdən  gəlir.  Azərbaycan  coğrafi  baxımdan  Avropa  ilə Asiya  arasında  yerləşir.  Mədəniyyət, 
çoxmədəniyyətli  və çoxkonfessiyalı  cəmiyyət  baxımından  Azərbaycan  sivilizasiyalar  dialoqunda  mühüm  rol 
oynayır. 
Biz Avropa təsisatlarının üzvüyük. Eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatının da üzvüyük. Əslində, 
dünyada  nadir  ölkələrdən  biriyik  ki,  iki  yüzdən  artıq  ölkəni əhatə edən  hər  iki  təşkilatın  üzvüyük.  Avropa 
ilə münasibətlərimiz  sırf  enerji  təhlükəsizliyi  ilə bağlı  deyil. Əməkdaşlığımızın  daha  geniş əhatə dairəsi  var. 
Hesab  edirəm  ki,  bu əlaqələr,  artıq  qeyd  etdiyim  kimi,  regionumuzda,  Avropa  və Asiyada  sabitliyin, 
proqnozlaşdırmanın və əməkdaşlığın gücləndirilməsində çox mühüm rol oynaya bilər. Bizim buna ehtiyacımız 
var.  Bizə potensial  riskləri  azaltmaq  üçün əməkdaşlıq  lazımdır. Əfsuslar  olsun,  risklər  hələ ki,  burada 
mövcuddur, qapının kandarındadır. 
Azərbaycan, həmçinin beynəlxalq ictimaiyyətin fəal üzvüdür. Cəmi 23 ildir ki, müstəqil ölkə və BMT-
nin üzvü olmağımıza baxmayaraq, ölkəmiz açıq, mehriban, etibarlı tərəfdaş olduğunu nümayiş etdirə bildi. Bu 
səbəbdən Azərbaycan 155 ölkənin dəstəyi və səsi ilə BMT-nin Təhlükəsizlik Şurasının 2012-2013-cü illər üçün 
qeyri-daimi  üzvü  seçildi.  İki  il ərzində biz  dünyanın  bir  nömrəli  beynəlxalq  qurumunun  üzvü  olduq. 
Təhlükəsizlik  Şurasına  iki  dəfə sədrlik  etmişik.  Bu,  beynəlxalq  ictimaiyyətin əksər  hissəsinin  bizə, 
siyasətimizə verdiyi  hərtərəfli  dəstəyin  göstəricisidir.  Siyasətimiz  beynəlxalq  hüquqa  və ədalətə əsaslanır, 
əməkdaşlığın  genişləndirilməsini  və potensial  risklərin  azaldılmasını  nəzərdə tutur.  BMT-nin  Təhlükəsizlik 
Şurasının üzvü olmaq Azərbaycanın beynəlxalq səhnədə ən böyük diplomatik və siyasi qələbəsi idi. Əslində, bu, 
göstərir  ki,  ölkə daxilində atdığımız  addımlar,  qonşularımıza  və tərəfdaşlarımıza  aid  siyasətimiz  dünyada 
yüksək  qiymətləndirilir.  Bu  gün  dünya  daha  çox əməkdaşlıq  və anlaşmaya,  eləcə də mövcud  və potensial 
təhlükələrin azaldılmasına ehtiyac duyur. 
Əlbəttə, Azərbaycan haqqında çox söz söyləyə bilərəm. Lakin bilirəm ki, vaxt məhduddur və daha çox 
idman  və Olimpiya  hərəkatının inkişafı  sahəsindəki  siyasətimiz  haqqında  danışmaq  istərdim.  Bu,  Azərbaycan 
üçün  prioritetlərdən  biridir.  Biz  Olimpiya  dəyərlərinin  təşviqi  üçün  çox  işlər  görürük.  Bunlar  dostluq,  sülh 
və əməkdaşlıq  dəyərləridir.  Eyni  zamanda,  biz  praktiki  olaraq,  müasir  idman  infrastrukturunun  yaradılmasına 
böyük sərmayələr qoyuruq. Son 10-15 il ərzində Azərbaycanda 50-dən artıq müasir Olimpiya Mərkəzi tikilib. 
Yeri  gəlmişkən,  ilk  Olimpiya-İdman  Mərkəzi  Azərbaycanda  2000-ci  ildə tikilmişdir  və Beynəlxalq  Olimpiya 
Komitəsinin fəxri prezidenti, o vaxt Avropa Olimpiya Komitəsinin prezidenti cənab Jak Roqq həmin ilk idman 
mərkəzinin açılış mərasimində iştirak etmişdir. 
Həmin  vaxtdan  etibarən  bu ənənə davam  edir.  Avropa  Olimpiya  Komitəsinin  indiki  prezidenti, əziz 
dostumuz  cənab  Patrik  Hikki  isə  2006-cı  ildə  ölkəmizin  cənub  bölgəsində yerləşən  şəhərlərimizdən 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
140 
 
birində Olimpiya  İdman  Mərkəzinin  açılışında  iştirak  etmişdir.  İdman  infrastrukturuna  qoyulan  sərmayələr 
atletlərimizin  nəticələrində əks  olunub.  Fərəhlənirik  ki,  Azərbaycan  idmançıları  ölkəmizi  beynəlxalq 
səhnədə layiqincə  təmsil  edirlər.  Londonda  keçirilmiş  son  Olimpiya  Oyunlarında  idmançılarımız  10  medal 
qazanıb. Onlardan ikisi qızıldır. Ölkəmiz bütün iştirakçılar sırasında 30-cu, Avropa ölkələri arasında isə 15-ci 
oldu. 
Bu il Nankində Yeniyetmələrin Olimpiya Oyunlarında gənc idmançılarımız təxminən 200 ölkə sırasında 
10-cu  yeri  tutmuşlar.  Bu,  müstəqilliyini  yalnız  23  il  öncə qazanan, əhalisi  o  qədər  də çox  olmayan  ölkə üçün 
tarixi  nailiyyətdir.  Onuncu  yer  o  deməkdir  ki,  biz  dünyanın  aparıcı  idman  ölkələri  sırasındayıq.  Bu, 
Azərbaycanda  idmanın  təşviqi,  lazımi  infrastrukturun  qurulmasının  bariz  nümunəsidir.  London 
və Nankində medal  qazanmış  bütün atletlər  müstəqillik  illərində formalaşmış idmançılardır.  Müstəqillik  bizim 
üçün ən böyük dəyərdir. Bu gün Azərbaycan xalqı nəinki müstəqil olmaqdan, BMT-də bayrağını qaldırmaqdan 
fərəhlənir. O, həmçinin fərəhlənir ki, bu müstəqillik ölkəyə uğurlar, sosial rifah və xalqımıza çiçəklənmə gətirdi. 
Bizim  Avropa  və dünya  çempionatlarının  keçirilməsində təcrübəmiz  var.  Bu  tədbirlər  Azərbaycanda 
dəfələrlə keçirilib. Lakin əlbəttə ki, gələn il keçiriləcək Avropa Oyunları bizim üçün ən yüksək səviyyəli idman 
hadisəsinə  çevriləcək.  Fərəhlənirik  ki,  ilk  Avropa  Oyunları  məhz  Azərbaycanda  keçiriləcək.  Fürsətdən 
istifadə edərək,  Avropa  Olimpiya  Komitəsinin  Baş  Assambleyasına  qəbul  etdiyi  bu  qərara  görə bir  daha 
minnətdarlığımı  bildirmək  istəyirəm.  Deyə bilərəm  ki,  biz  sizi  sevindirəcəyik  və bu  Oyunların ən  yüksək 
səviyyədə hazırlanması  və keçirilməsi  üçün əlimizdən  gələni  edəcəyik.  Baxmayaraq  ki,  vaxtımız  azdır. 
Hazırlıqlar üçün cəmi iki il yarım vaxt ayrılmışdır. Lakin xoşbəxtlikdən əvvəlki illərdə idman infrastrukturuna 
qoyulmuş  sərmayələr  bir  neçə ay ərzində hazır  olmaq  imkanı  yaratdı. Əlbəttə ki,  bu,  Avropada  və bütün 
dünyada nadir hadisə olacaq. 
Hesab edirəm ki, biz bu Oyunların keçirilməsində standartları müəyyən edəcəyik. Yəqin artıq bilirsiniz 
ki,  Oyunlarda  20  idman  növü  üzrə 6  mindən  çox  idmançı  iştirak  edəcək.  2016-cı  ildə biz  Dünya  Şahmat 
Olimpiadasını, 2017-ci ildə isə İslam Həmrəyliyi Oyunlarını keçirəcəyik. Bu da çox rəmzidir. Eyni ölkədə, eyni 
şəhərdə iki  ildə siz  Avropa  Oyunlarını,  sonra  isə  İslam  Həmrəyliyi  Oyunlarını  seyr  edəcəksiniz.  Bu, 
Azərbaycanın 
bugünkü 
reallığını əks 
etdirir. 
Ölkəmiz 
müasir 
və dinamikdir, əməkdaşlığa 
açıqdır, sivilizasiyaların  və  qitələrin  kəsişməsində yerləşir,  yaxşı  potensiala,  güclü  dəstəyə və gələcək  üçün 
aydın planlara malikdir. 
Əminəm  ki,  qonaqlarımızın  Azərbaycanı  daha  yaxşı  tanımaq  imkanı  olacaq.  Mən  Sizə uğurlar 
arzulayıram və bu gün bizimlə olduğunuza görə minnətdaram. 
 Sağ olun. 
 
X  X  X 
 
Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas BAX çıxış edərək dedi: 
- Cənab Prezident. 
Hörmətli birinci xanım Mehriban Əliyeva. 
Avropa Olimpiya Komitəsinin prezidenti. 
Milli Olimpiya komitələrinin prezidentləri. 
Hörmətli həmkarlar. 
Həqiqətən  də  yenidən  burada  olmaqdan,  bu  Assambleyanın  işində  iştirak  etməkdən  çox  məmnunam. 
Azərbaycan artıq mənim üçün doğma bir məkana çevrilib. 
Uzun  illərdir  ki,  sizinlə  bir  arada  olmaqdan,  Avropa  Olimpiya  Komitəsinin  Baş  Assambleyasının 
iclaslarında iştirak etməkdən məmnun olduğumu bir daha dilə gətirmək istəyirəm. Bir neçə həftə bundan əvvəl 
biz Banqkokda Milli Olimpiya komitələrinin iştirakı ilə Baş Assambleyanın illik toplantısını keçirdik. İndi isə 
Azərbaycanda  görüşürük.  Mən  Azərbaycan  Respublikasının  Prezidentini  və  birinci  xanımını  bir  daha 
salamlamaqdan məmnunam. 
Cənab Prezident, mən səmimi qəlbdən təbriklərimi Sizə çatdırmaq istəyirəm. Mən bu təbriklərlə Sizin 
ölkənizdə  idmanın,  təhsilin,  təbii  ki,  Azərbaycan  cəmiyyətinin  inkişafına  göstərdiyiniz  diqqət  və  qayğını, 
verdiyiniz  töhfələri  təqdir  edirəm.  Zənnimcə,  burada  bütün  tərəflər  uğur  qazanır.  İdmana  yatırılan  sərmayə, 
sadəcə,  infrastrukturun  yaradılması  ilə  kifayətlənmir. Bu  sərmayə,  təbii  ki,  təhsilin  də  inkişafında  mühüm  rol 
oynayır.  Sizin  gördüyünüz  işlər,  töhfələriniz  bütünlüklə  cəmiyyətin  inkişafına,  təhsil  sisteminin  daha  da 
təkmilləşməsinə,  daha  səmərəli  olmasına  müsbət  təsir  göstərməklə  yanaşı,  idmançıların  beynəlxalq  yarışlarda 
uğur  qazanmalarına  və  dünya  səviyyəsində  Azərbaycanın  imicinin  möhkəmlənməsinə  səbəb  olur.  Bütün 
bunların nəticəsidir ki, Azərbaycan idmançıları beynəlxalq yarışlarda çoxlu sayda medallar qazanırlar. 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
141 
 
Gələn il Azərbaycanda ilk Avropa Oyunları keçiriləcək. Burada gördüklərimizdən hamımız yekdilliklə 
belə bir qənaətə gələ bilərik ki, bu Oyunlar müvəffəqiyyətlə keçiriləcək. İlk Avropa Oyunları gələcək yarışlar 
üçün böyük bir uğur hekayəsi olacaq. Biz idmançıların, atletlərin Avropa Oyunlarında çox möhtəşəm nəticələr 
göstərəcəklərinə əminik. 
Həmçinin  biz  Azərbaycanın  birinci  xanımı,  Təşkilat  Komitəsinin  rəhbəri  Mehriban  Əliyevaya 
minnətdarlığımızı bildiririk. Dünən biz öyrəndik ki, Avropa Oyunları ilə əlaqədar kifayət qədər zəngin mədəni 
tədbirlər proqramı da hazırlanıb və həyata keçiriləcək. Obrazlı şəkildə desək, bu da bizim hamımıza çox qeyri-
adi, nadir bir zövq verəcək. Mən inanıram ki, idmanla mədəniyyət tədbirlərinin vəhdəti çox maraqlı olacaq. Bu 
maraqlı təşəbbüslərə və göstərdiyi səylərə görə xanım Mehriban Əliyevaya dərin minnətdarlığımızı bildiririk. 
Təbii  ki,  biz  Baş  Assambleyada  bu  yaxınlarda  BMT  tərəfindən  qəbul  olunmuş  davamlı  inkişaf 
məqsədlərinə  dair  qətnaməni  də  ətraflı  müzakirə  edəcəyik.  Əlbəttə,  Azərbaycanın,  Azərbaycan  hökumətinin 
idmanın  yüksəlişinə  dəstəyinin  BMT-nin  inkişaf  məqsədlərinə  daxil  edilməsi  ilə  bağlı  məsələlər  də  müzakirə 
olunacaq. 
Cənab  Prezident  İlham  Əliyev,  göstərdiyiniz  qətiyyətə,  yüksək  iradəyə  və  dünənki  görüşümüzə  görə 
Sizə bir daha minnətdarlığımı bildirirəm. 
Avropa idmanına gəldikdə isə, biz artıq uğurlu bir ilin sonuna çatmışıq. Bildiyiniz kimi, ilin əvvəlində 
Soçidə  çox  mükəmməl  Qış  Olimpiya  Oyunları  keçirildi.  Qeyd  etməliyəm  ki,  Soçi  Olimpiadası  keyfiyyət 
baxımından əvvəlki Qış Olimpiya Oyunlarını üstələdi. Bundan sonra Braziliyada futbol üzrə Dünya çempionatı 
keçirildi.  Amerika  qitəsində  keçirilən  bu  çempionatda  Dünya  Kubokunu,  səhv  etmirəmsə,  Avropa  komandası 
qazandı. Bayaqkı təbriklərinizə görə minnətdarlığımızı bildiririk. 
İdman  aləmində  uğurlarla  zəngin  olan  daha  bir  ilimiz  başa  çatmaq  üzrədir.  Biz  qarşıdan  gələn  ildə 
keçiriləcək Avropa Oyunlarından da qələbələr gözləyirik. 
Siz  doğru  qeyd  etdiniz,  gələn  ilin  birinci  yarısında  Avstriyada  və  Lixtenşteyndə  Avropa 
Yeniyetmələrinin Qış Olimpiya Festivalı, ilk Avropa Oyunları isə məhz burada, Bakıda keçiriləcəkdir. Ondan 
sonra növbəti gənclər festivalı Gürcüstanın paytaxtı Tbilisidə təşkil olunacaq. Gələn il də sözün əsl mənasında, 
gərgin  qrafiki  ilə  seçiləcək  bir  idman  ili  olacaq.  Ümidvaram  ki,  bu  idman  yarışları  uğurla  keçiriləcəkdir. 
İnanıram ki, 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarına idmançıları yüksək səviyyədə 
hazırlaşdıra  biləcəksiniz.  Çünki  kifayət  qədər  vaxtınız  var.  Ümid  edirəm  ki,  həmçinin  “Olimpiya-2020”-nin 
proqramını  da  ərsəyə  gətirə  biləcəksiniz.  Biz  buna  inanırıq.  İki  həftədən  sonra  Beynəlxalq  Olimpiya 
Komitəsinin Monte-Karloda keçiriləcək fövqəladə iclasında “Olimpiya-2020”-nin proqramının təsdiq olunması 
gözlənilir. Beləliklə, bizim 43-cü Baş Assambleyada çox məhsuldar və çox maraqlı keçəcək müzakirələrdə sizin 
hamınıza uğurlar diləyirəm. 
Ümid  edirəm  ki,  bu  il  olduğu  kimi,  gələn  il  də  idman  yarışlarından  kifayət  qədər  zövq  alacaqsınız. 
Qarşıdan  gələn  2015-ci  ilin  Avropa  üçün  çox  uğurlu  bir idman  ili olacağına inanır  və  sizin  hamınıza  uğurlar 
diləyirəm. 
Ölkənizdə  idmanla,  gənclərlə  bağlı  görəcəyiniz  bütün  işlərdə,  irəli  sürəcəyiniz  təşəbbüslərdə  sizin 
hamınıza bəri başdan uğurlar arzu edirəm. Sağ olun. 
 
X  X  X 
 
Avropa Olimpiya Komitəsinin prezidenti Patrik HİKKİ çıxış edərək dedi: 
- Zati-aliləri, cənab Prezident İlham Əliyev. 
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva. 
Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax. 
Əziz dostlar. 
Böyük iftixar hissi ilə bir daha Bakıya gəlməkdən məmnunluğumu ifadə edirəm. Cənab Prezident İlham 
Əliyev, Mehriban xanım Əliyeva, məni və həmkarlarımı belə səmimiyyətlə qarşıladığınıza görə minnətdarlığımı 
bildirirəm.  Mən  dəfələrlə  Bakıda  olmuşam  və  hər  dəfə  buraya  gələndə  sanki  öz  doğma  evimə  gəldiyimi  hiss 
edirəm. “Eurovision” hamımızı ruhlandırıb. 
Cənab  Prezident  Əliyev,  Azərbaycan  Milli  Olimpiya  Komitəsinin  rəhbəri  kimi  Sizə  minnətdarlığımı 
bildirirəm.  Avropa  Olimpiya  Komitəsinin  43-cü  Baş  Assambleyasının  gözəl,  füsunkar  Bakı  şəhərində 
mükəmməl səviyyədə təşkil etdiyinizə görə minnətdaram. Bu, təbii ki, ən yüksək standartlara cavab verir. Mən 
bunu gələn il “Bakı-2015” ilk Avropa Oyunlarında da görəcəyimizə inanıram. 
Azərbaycanın  birinci  xanımı,  Təşkilat  Komitəsinin  rəhbəri  Mehriban  Əliyeva,  bu  gün  bu  tədbirdə 
iştirakınıza görə Sizə öz minnətdarlığımızı bildiririk. 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
142 
 
Hörmətli əziz dostlar, Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxın burada olması məni 
xüsusilə  məmnun  edir.  Biz  çox  şadıq  ki,  siz  çox  gərgin  iş  qrafikinizdən  vaxt  tapıb  Avropa  Olimpiya 
Komitəsinin Baş Assambleyasına təşrif buyurmusunuz. Sizin hamınızdan cənab Tomas Baxı Avropa Olimpiya 
Komitəsinin 43-cü Baş Assambleyasına gəldiyinə görə sürəkli alqışlamağı xahiş edirəm. 
Ümid edirəm, hamınız Bakıda olacağınız müddətdən zövq alacaqsınız. Bakı çox füsunkar və ecazkar bir 
şəhərdir. Burada əvvəl olmayanlar da əminəm, bu səfərdən sonra yekdilliklə söyləyəcəklər ki, Bakı həqiqətən də 
gələn  il  ilk  Avropa  Oyunlarını  çox  mükəmməl  səviyyədə,  layiqincə  keçirəcək.  Azərbaycanın  ev  sahibliyi 
əminəm  ki,  burada  qalacağınız  günlərdə  ürəyinizcə  olacaq.  Amma  çox  da  arxayın  olmamalıyıq,  çünki 
görəcəyimiz işlər də var. 
Baş  Assambleyanın  toplantısı  Olimpiya  hərəkatında  çox  mühüm  bir  məqama  təsadüf  edir.  Məhz  14 
aydır ki, Tomas Bax  Beynəlxalq Olimpiya Komitəsinin prezidenti seçilib və indi biz artıq onun rəhbərliyi ilə 
çox  mühüm  tarixi  bir  məqama  çatırıq  -  2020-ci  ildə  keçiriləcək  Olimpiya  Oyunlarının  proqramı  tezliklə 
müəyyənləşdiriləcək.  Cənab  prezident  Bax,  biz  Avropa  Olimpiya  Komitəsinin  rəhbərləri  sizi  dəstəkləyirik. 
Gəlin,  öz  işimizə  başlayaq  və  43-cü  Baş  Assambleyada  atacağımız  mühüm  addımlarla  Avropa  Olimpiya 
Komitəsinin zəngin tarixinə öz töhfəmizi verək. Təşəkkür edirəm. 
 
X  X  X 
 
Sonra  Patrik  Hikki  Avropa  Olimpiya  Komitəsinin  xatirə  hədiyyələrini  Prezident  İlham  Əliyevə  və 
xanımı Mehriban Əliyevaya təqdim etdi. 
 
X  X  X 
 
Daha  sonra  Patrik  Hikki  idman  karyerası  ərzində  bir  çox  uğurlara  nail  olan,  dünyada  idmanın 
inkişafında  mühüm  xidmətlər  göstərən,  Olimpiya  ideallarına  sadiqliyi  ilə  seçilən  Beynəlxalq  Olimpiya 
Komitəsinin prezidenti Tomas Baxa Avropa Olimpiya Komitəsinin “Şöhrət” medalını təqdim etdi. 
 
Bununla da Baş Assambleyanın rəsmi hissəsi başa çatdı. 
 
Yüklə 3,29 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin