Iv fəSİl I avropa Oyunları 2015



Yüklə 3,29 Mb.
Pdf görüntüsü
səhifə18/41
tarix06.09.2017
ölçüsü3,29 Mb.
#29142
1   ...   14   15   16   17   18   19   20   21   ...   41

 
 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
114 
 
“Bakı 2015”in Əməliyyat Komitəsi Avropanın üç ölkəsi ilə əsas yayım müqaviləsi bağlayıb 
 
“Bakı  2015”  Avropa  Oyunlarının  Əməliyyat  Komitəsi  qitənin  üç  ölkəsi-Rumıniya,  Macarıstan  və 
Belçika ilə beynəlxalq yayım müqaviləsi bağlayıb. 
 
Bu müqavilələrin bağlanması ilə idman azarkeşləri gələn ilin yayında keçiriləcək 17 günlük birinci Avropa 
Oyunlarını canlı izləyə biləcəklər. 
Bağlanmış müqavilələrə görə “DigiSport” şirkəti Rumıniya və Macarıstanda, “Sport 10” şirkəti isə Belçikada 
Avropa Oyunlarını yayımlayacaqlar. 
“Bakı  2015”  Avropa  Oyunlarının  Əməliyyat  Komitəsinin  əməliyyatlar  üzrə  baş  direktoru  Saymon  Kleqq 
qeyd edib: “Bu üç müqavilənin bağlanması bütün qitədə birinci Avropa Oyunlarını izləməyə marağın yüksək 
səviyyədə  olduğunu  göstərir.  Rumıniya,  Macarıstan  və  Belçikanın idman  sahəsində  möhtəşəm  uğur  tarixi var. 
Oradakı  azarkeşlərin  gələn  yay  keçiriləcək  yarışlarda  öz  idmançılarının  nailiyyətlərini  izləmələri  üçün 
zəmanətin verilməsi gözəl haldır. Bağlanmış müqavilələrlə ev sahibi olan yayım şirkətimiz – Beynəlxalq İdman 
Yayımı Şirkətinin birgə fəaliyyəti sayəsində idman azarkeşləri bir sıra media platformaları üzərindən hərtərəfli 
yayımdan yararlanacaqlar”. 
Beynəlxalq  İdman  Yayımı  Şirkəti  Avropa  Oyunları  müddətində  oyunların  800  saatlıq  canlı,  müasir 
təqdimatını təmin edəcək. 
Hər  üç  ölkədə  hər  gün  tədbirin  kadrları,  eyni  zamanda,  tam  şəkildə  açılış  və  bağlanış  mərasimləri 
yayımlanacaq.  İlkin  proqramlaşdırma  və  gündəlik  olaraq  yarışların  maraqlı  məqamlarından  seçilmiş 
videomateriallar da yayımlanacaq. 
Rumıniyanın  “DigiSport”  şirkətinin  baş  redaktoru  Georgi  Dobre  deyib:  “Biz  “Bakı  2015”  ilə  belə 
müqavilələrin bağlandığına çox şadıq. Rumıniya və Macarıstandakı azarkeşlərə Avropa Oyunlarının gündəlik, 
canlı və müstəsna yayımını təqdim etməyi səbirsizliklə gözləyirik”. 
“Sport  10”  şirkətinin idarəetmə  üzrə  direktoru xanım  Karin  Stup bildirib:  ”Birinci  Avropa  Oyunları  bütün 
dünyada tamaşaçılar üçün böyük marağa səbəb olacaq. Belçikalı azarkeşlər üçün yarışlardan yüksək səviyyəli 
kadrları təqdim ediləcək”. 
Keçən  həftə  Türkiyənin  “NTV  Spor”  kanalı  Avropa  Oyunlarının  yayımı  haqqında  beynəlxalq  müqavilə 
imzalayan ilk şirkət olmuşdur.  
“Bakı  2015”  Avropa  Oyunları  Əməliyyat  Komitəsinin  kommersiya  şöbəsinin  direktoru  Çarli  Viceratna 
deyib:  “Birinci  Avropa  Oyunlarına  çox  az  vaxt  qaldığı  üçün  biz  bir  sıra  müqavilələrin  bağlanmasını 
yekunlaşdırırıq. Həmin müqavilələrə görə azarkeşlərin hər bir idman növü üzrə yarışlardan zövq almaları üçün 
“Bakı 2015” Avropa Oyunları bütün dünyada canlı olaraq yayımlanacaq”. 
Gələn il iyunun 12-dən 28-dək  keçiriləcək “Bakı-2015” Avropa Oyunları qitə üçün çoxsaylı idman növləri 
üzrə təşkil ediləcək çox maraqlı və innovativ yarışlar olacaq. 
“Bakı-2015”  Avropa  Oyunları  idmanın  20  növü  üzrə  yarışlar  keçirəcək.  Bunlardan  16-sı  Olimpiya,  dördü 
qeyri-Olimpiya  idman  növüdür.  On  yeddi  yarış  günü  müddətində  Avropanın  müxtəlif  ölkələrindən  6  mindən 
çox idmançı mübarizə aparacaq. İdmanın doqquz növü 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya 
Oyunları üçün təsnifat yarışlarına imkan yaradacaq. Həmin növlərə oxatma, yüngül atletika, velosiped idmanı, 
atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvondo, triatlon və voleybol daxildir. 
Xatırladaq  ki,  birinci  Avropa  Oyunlarının  Bakıda  keçirilməsi  haqqında  qərar  2012-ci  il  dekabrın  8-də 
Avropa  Olimpiya  Komitəsinin  (AOK)  Baş  Assambleyasında  qəbul  edilib.  “Bakı-2015”  Avropa  Oyunları 
Əməliyyat Komitəsi AOK ilə əməkdaşlıq şəraitində oyunları təşkil və idarə edəcək. 
 
Xalq qəzeti”.-2014.-10 sentyabr.-N 196.-S.5. 
 
 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
115 
 
Avropa Oyunları-2015-in basketbol yarışlarının bütün iştirakçıları məlumdur 
 
Rumıniyanın  paytaxtı  Buxarestdə  basketbol  üzrə  (3x3)  Avropa  çempionatı  başa  çatmışdır.  Kişi 
komandalarının turnirində Rumıniya, qadın kollektivlərinin yarışında isə Rusiya yığmaları qalib gəlmişlər. 
Bu  barədə  azerisport-un  yaydığı  xəbərdə  həmçinin  bildirilir  ki,  çempionatdan  sonra  gələn  ilin  yayında 
Bakıda keçiriləcək birinci Avropa  Oyunlarının basketbol yarışlarının bütün iştirakçıları müəyyənləşmişdir. 
Azərbaycan  komandaları  da  hər  iki  turnirdə  çıxış  edəcəklər.  Kişi  basketbolçularımızın  rəqibləri  Rumıniya, 
Sloveniya,  Yunanıstan,  Litva,  Serbiya,  Estoniya,  Belçika,  İspaniya,  İsrail,  Çexiya,  Rusiya,  İsveçrə,  İtaliya, 
Türkiyə və Andorra komandaları olacaq. Qadınların yarışında isə Rusiya, Hollandiya, Sloveniya, Belçika, Litva, 
İsveçrə, Ruminiya, Türkiyə, Çexiya, İspaniya, İrlandiya, İsrail, Ukrayna, Yunanıstan, Slovakiya komandaları və 
turnir sahibləri Azərbaycan basketbolçuları mübarizə aparacaqlar. 
 
Oqtay BAYRAMOV. 
 
“Xalq qəzeti”.-2014.-10 sentyabr.-N 196.-S.7. 
 
 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
116 
 
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Bakı Olimpiya Stadionunda həyata keçirilən 
işlərin gedişi ilə tanış olub  
(10 sentyabr 2014-cü il) 
 
Sentyabrın  10-da  Azərbaycanın  birinci  xanımı,  “Bakı-2015”  Avropa  Oyunlarının  Təşkilat 
Komitəsinin sədri Mehriban Əliyeva Bakı Olimpiya Stadionunda həyata keçirilən işlərin gedişi ilə tanış 
olub. 
 
Mehriban Əliyevaya məlumat verildi ki, 2011-ci ilin iyununda təməli qoyulan stadionun inşası sürətlə davam 
etdirilir və tikinti işlərinin böyük hissəsi başa çatdırılıb. 
Daha  sonra  Azərbaycanın  birinci  xanımına  Bakı  Olimpiya  Stadionunun  interyerində  həyata  keçirilən  və 
görüləcək  işlərlə  bağlı  məlumat  verildi.  Təşkilat  Komitəsinin  sədri  interyerdə  istifadə  olunacaq  tikinti 
materialları və mebel avadanlığı ilə bağlı tövsiyələrini verdi. 
AzərTAc  xəbər  verir  ki,  müasir  arxitektura    üslubu,  xüsusi  gözəlliyi  ilə  seçiləcək,  69  minə  yaxın  tamaşaçı 
yerinə malik Bakı Olimpiya  Stadionu bu tipli idman qurğuları sırasında özünəməxsus yer tutacaq. Beynəlxalq 
standartlara  tam  cavab  verəcək  stadionda  müxtəlif  funksiyalı  tribunalar,  qaçış  zolağı  və  digər  infrastruktur 
yaradılır. Təxminən 50 hektar ərazidə tikilən stadion 62 metr hündürlüyündə, 6 mərtəbədən ibarət olacaq. Əsas 
və köməkçi stadionlardan, həmçinin mexaniki binadan ibarət olacaq stadionda VVIP, VİP, CIP, media, habelə 
əlil tamaşaçı bölmələri nəzərdə tutulub. Stadionun sahəsinə 4, tribunaya isə 26 qapıdan giriş olacaq. Olimpiya 
normativlərinə  əsasən  insanların  stadiona  daha  çox  piyada  və  ictimai  nəqliyyatla  gəlməsi  nəzərdə  tutulub  ki, 
bunun üçün də ərazidə 3103 yerlik avtomobil parkı inşa edilir. 
Stadionun ətrafında ümumilikdə 82 min kvadratmetrlik yaşıllıq sahəsi salınacaq. Bununla da orijinal layihə 
əsasında inşa edilən Bakı Olimpiya Stadionu dünyanın möhtəşəm və nadir idman qurğularından biri olacaq. 
 
“Xalq qəzeti”.-2014.-11 sentyabr.-N 197.-S.5. 
 
 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
117 
 
“Bakı 2015”in Əməliyyat Komitəsi Avropanın üç ölkəsi ilə əsas yayım müqaviləsi bağlayıb 
 
“Bakı  2015”  Avropa  Oyunlarının  Əməliyyat  Komitəsi  qitənin  üç  ölkəsi-Rumıniya,  Macarıstan  və 
Belçika ilə beynəlxalq yayım müqaviləsi bağlayıb. 
 
Bu müqavilələrin bağlanması ilə idman azarkeşləri gələn ilin yayında keçiriləcək 17 günlük birinci Avropa 
Oyunlarını canlı izləyə biləcəklər. 
Bağlanmış müqavilələrə görə “DigiSport” şirkəti Rumıniya və Macarıstanda, “Sport 10” şirkəti isə Belçikada 
Avropa Oyunlarını yayımlayacaqlar. 
“Bakı  2015”  Avropa  Oyunlarının  Əməliyyat  Komitəsinin  əməliyyatlar  üzrə  baş  direktoru  Saymon  Kleqq 
qeyd edib: “Bu üç müqavilənin bağlanması bütün qitədə birinci Avropa Oyunlarını izləməyə marağın yüksək 
səviyyədə  olduğunu  göstərir.  Rumıniya,  Macarıstan  və  Belçikanın idman  sahəsində  möhtəşəm  uğur  tarixi var. 
Oradakı  azarkeşlərin  gələn  yay  keçiriləcək  yarışlarda  öz  idmançılarının  nailiyyətlərini  izləmələri  üçün 
zəmanətin verilməsi gözəl haldır. Bağlanmış müqavilələrlə ev sahibi olan yayım şirkətimiz – Beynəlxalq İdman 
Yayımı Şirkətinin birgə fəaliyyəti sayəsində idman azarkeşləri bir sıra media platformaları üzərindən hərtərəfli 
yayımdan yararlanacaqlar”. 
Beynəlxalq  İdman  Yayımı  Şirkəti  Avropa  Oyunları  müddətində  oyunların  800  saatlıq  canlı,  müasir 
təqdimatını təmin edəcək. 
Hər  üç  ölkədə  hər  gün  tədbirin  kadrları,  eyni  zamanda,  tam  şəkildə  açılış  və  bağlanış  mərasimləri 
yayımlanacaq.  İlkin  proqramlaşdırma  və  gündəlik  olaraq  yarışların  maraqlı  məqamlarından  seçilmiş 
videomateriallar da yayımlanacaq. 
Rumıniyanın  “DigiSport”  şirkətinin  baş  redaktoru  Georgi  Dobre  deyib:  “Biz  “Bakı  2015”  ilə  belə 
müqavilələrin bağlandığına çox şadıq. Rumıniya və Macarıstandakı azarkeşlərə Avropa Oyunlarının gündəlik, 
canlı və müstəsna yayımını təqdim etməyi səbirsizliklə gözləyirik”. 
“Sport  10”  şirkətinin idarəetmə  üzrə  direktoru xanım  Karin  Stup bildirib:  ”Birinci  Avropa  Oyunları  bütün 
dünyada tamaşaçılar üçün böyük marağa səbəb olacaq. Belçikalı azarkeşlər üçün yarışlardan yüksək səviyyəli 
kadrları təqdim ediləcək”. 
Keçən  həftə  Türkiyənin  “NTV  Spor”  kanalı  Avropa  Oyunlarının  yayımı  haqqında  beynəlxalq  müqavilə 
imzalayan ilk şirkət olmuşdur. 
“Bakı  2015”  Avropa  Oyunları  Əməliyyat  Komitəsinin  kommersiya  şöbəsinin  direktoru  Çarli  Viceratna 
deyib:  “Birinci  Avropa  Oyunlarına  çox  az  vaxt  qaldığı  üçün  biz  bir  sıra  müqavilələrin  bağlanmasını 
yekunlaşdırırıq. Həmin müqavilələrə görə azarkeşlərin hər bir idman növü üzrə yarışlardan zövq almaları üçün 
“Bakı 2015” Avropa Oyunları bütün dünyada canlı olaraq yayımlanacaq”. 
Gələn il iyunun 12-dən 28-dək  keçiriləcək “Bakı-2015” Avropa Oyunları qitə üçün çoxsaylı idman növləri 
üzrə təşkil ediləcək çox maraqlı və innovativ yarışlar olacaq. 
“Bakı-2015”  Avropa  Oyunları  idmanın  20  növü  üzrə  yarışlar  keçirəcək.  Bunlardan  16-sı  Olimpiya,  dördü 
qeyri-Olimpiya  idman  növüdür.  On  yeddi  yarış  günü  müddətində  Avropanın  müxtəlif  ölkələrindən  6  mindən 
çox idmançı mübarizə aparacaq. İdmanın doqquz növü 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya 
Oyunları üçün təsnifat yarışlarına imkan yaradacaq. Həmin növlərə oxatma, yüngül atletika, velosiped idmanı, 
atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvondo, triatlon və voleybol daxildir. 
Xatırladaq  ki,  birinci  Avropa  Oyunlarının  Bakıda  keçirilməsi  haqqında  qərar  2012-ci  il  dekabrın  8-də 
Avropa  Olimpiya  Komitəsinin  (AOK)  Baş  Assambleyasında  qəbul  edilib.  “Bakı-2015”  Avropa  Oyunları 
Əməliyyat Komitəsi AOK ilə əməkdaşlıq şəraitində oyunları təşkil və idarə edəcək. 
 
 “Xalq qəzeti”.-2014.-12 sentyabr.-N 198.-S.6. 
 
 
 
 
 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
118 
 
 
“Bakı 2015” Avropa Oyunları “Sitecore” şirkətini özünün rəsmi dəstəkçisi elan edir 
 
“Bakı-2015”  Avropa  Oyunları  Əməliyyat  Komitəsi  (BAOƏK)  “Bakı  2015”in  rəsmi  saytını  təkrar 
istifadəyə vermək məqsədilə “Sitecore” şirkətinin mütəxəssisləri ilə komanda şəklində toplanıb. 
“Bakı  2015”  Avropa  Oyunları  Əməliyyat  Komitəsindən  AzərTAc-a  bildiriblər  ki,  ilk  Avropa 
Oyunlarına getdikcə daha az vaxt qalır. Bu müddətdə sifarişçinin şərtlərinə uyğun olaraq hazırlanan məzmunun 
idarə  edilməsində  və  rəqəmsal  marketinq  texnologiyasında  ixtisaslaşan  “Sitecore”  şirkəti  “Bakı  2015”in  veb-
sayt ilə məşğul olan komandasına dəstək göstərəcək. 
Şirkət təchizat  və  sponsorluq  haqqında  müqavilə imzalayıb  və  gələn il  Azərbaycanın  paytaxtı  Bakıda 
keçiriləcək  Avropa  Oyunları  ərəfəsində  oyunlarla  bağlı  məlumatların  təmin  edilməsi  işinin  tərkib  hissəsinə 
çevriləcək. 
“Bakı  2015”  Avropa  Oyunları  Əməliyyat  Komitəsinin  əməliyyatlar  üzrə  baş  direktoru  Saymon  Kleq 
deyib ki, birinci Avropa Oyunlarının internetdə geniş şəkildə işıqlandırılması, eyni zamanda, orijinal və yüksək 
keyfiyyətli məzmundan ibarət innovativ veb-sayta malik olması çox vacibdir. 
“Sitecore” yüksək standartlara cavab verən veb-saytların yaradılması və idarə edilməsi ilə tanınan dünya 
şöhrətli  şirkətdir.  Avropa  Oyunlarının  veb-sayt  ilə  məşğul  olan  komandası  üçün  “Sitecore”  şirkəti  tərəfindən 
göstəriləcək dəstək mühüm əhəmiyyətə malikdir. 
İlk  Avropa  Oyunlarında  nümayiş  olunacaq  20  idman  növünün  və  oyunların  keçiriləcəyi  18  yarış 
obyektinin  hər  birinin  ətraflı  təsvir  olunduğu  yeni  “Bakı  2015”  veb-saytına,  bu  internet  resursun  ilk  dəfə 
avqustun 21-də işə başlamasından sonra buraya dünyanın 130-dan çox ölkəsindən azarkeşlər daxil olub. 
“Sitecore International” şirkətinin prezidenti Soren Bak Jepsen bildirib ki, şirkət “Bakı 2015”in rəsmi 
dəstəkçisi olması ilə qürur duyur. Biz Avropa Oyunları ilə bağlı yaşanan həyəcanı internet üzərindən çatdırmaq 
məqsədilə 
öz 
təcrübə 
və 
bacarıqlarımızdan 
maksimum 
dərəcədə 
istifadə 
edəcəyik. 
Veb-sayt  aydın  cizgilərlə  tərtib  edilib  və  orada  mövcud  olan  bütün  kontenti  müxtəlif  növ  cihazlardan  və 
ekranlardan  görmək  mümkün  olacaq.  Bunun  sayəsində  azarkeşlər  istənilən  vaxt  oyunlarla  bağlı  məlumat  ala 
biləcəklər. 
Eyni zamanda, saytda sosial medianın şərhləri də öz əksini tapacaq. Bu isə o deməkdir ki, dünyanın hər 
yerindəki idman azarkeşləri real vaxt rejimində yarışlarla və bir-birləri ilə təmasda ola biləcəklər. 
Sazişə  görə,  “Sitecore”  şirkəti  “McDonald’s”,  “Tickethour”  və  “Milla”dan  sonra  “Bakı  2015”in 
dördüncü rəsmi dəstəkçisi oldu. 
“Bakı 2015” Avropa Oyunları Əməliyyat Komitəsinin kommersiya şöbəsinin direktoru Çarli Viceratna 
isə  deyib:  “Sitecore”  şirkətinin  əsas  beynəlxalq  idman  yarışlarında  peşəkarlığa  və  təcrübəyə  malik  olması  o 
deməkdir  ki,  şirkət  “Bakı  2015”in  ideal  dəstəkçisidir.  Onların  malik  olduğu  texnologiya  dünyanın  bir  çox 
məşhur  idman  komandaları  və  yarışları  üçün  oyunların  onlayn  rejimdə  yayımlanmasını  həyata  keçirib  və  bu 
texnologiya  “Bakı  2015”  Avropa  Oyunlarının  onlayn  rejimdə  işıqlandırılması  üçün  əsas  vasitə  olacaq.  Şirkət 
təkrarolunmaz təcrübə və nüfuza malikdir və biz qarşıdakı aylarda onlarla daha sıx şəkildə çalışacağıq”. 
2001-ci  ildə  əsası  qoyulan  “Sitecore”  şirkətinin  Danimarkanın  paytaxtı  Kopenhagendə  və  ABŞ-ın 
Kaliforniya  ştatında  baş  ofisləri  vardır.  Şirkət  hazırda  dünyanın  55-dən  çox  ölkəsində  fəaliyyət  göstərir. 
Gələn il iyunun 12-dən 28-dək keçiriləcək “Bakı 2015” Avropa Oyunları qitə üçün çoxsaylı idman növləri üzrə 
təşkil ediləcək çox maraqlı və innovativ yarışlar olacaq. 
“Bakı 2015” Avropa Oyunları, ümumilikdə, 20 idman növü üzrə keçiriləcək. Bunlardan 16-sı Olimpiya, 
dördü qeyri-Olimpiya idman növü olacaq. On yeddi yarış günü müddətində Avropanın müxtəlif ölkələrindən 6 
mindən çox idmançının öz ölkələrini təmsil edəcəyi gözlənilir. 
İdmanın  doqquz  növü  2016-cı  ildə  Rio  de Janeyroda  keçiriləcək  Yay  Olimpiya  Oyunları  üçün  seçmə 
yarışlara  imkan  yaradacaq.  Həmin  idman  növlərinə  oxatma,  yüngül  atletika,  velosiped  idmanı,  atıcılıq, 
üzgüçülük, stolüstü tennis, taekvondo, triatlon və voleybol daxildir. 
Xatırladaq ki, birinci Avropa Oyunlarının Bakıda keçirilməsi haqqında qərar 2012-ci ilin dekabr ayında 
Avropa  Olimpiya  Komitəsinin  (AOK)  Baş  Assambleyasında  qəbul  edilib.  “Bakı  2015”  Avropa  Oyunları 
Əməliyyat Komitəsi AOK ilə əməkdaşlıq şəraitində Oyunları təşkil və idarə edəcək. 
“Sitecore”  şirkəti  sifarişçi  təcrübəsinin  idarə  edilməsi  sahəsində  dünya  lideridir.  Şirkət,  tamaşaçıları 
heyran  edən,  sadiqliyə  təminat  verən  və  gəlir  yaradan  çox  aktual  məzmun  və  xüsusi  rəqəmsal  təcrübələrə 
malikdir.  “Sitecore®  Experience  PlatformTM”  ilə  marketoloqlar  istənilən  kanal  üzərindən  onların  brendi  ilə 
maraqlanan hər bir müştərinin fikirlərini öyrənə bilərlər. Dünyanın 4000-dən çox aparıcı brendi – o cümlədən 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
119 
 
“American  Express”,  “Carnival  Cruise  Lines”,  “easyJet”,  “Heineken”  və  “L’Oréal”  gələcək  üçün  müştərilər 
qazandıran əhəmiyyətli qarşılıqlı əlaqələrin həyata keçirilməsində “Sitecore” şirkətinə etibar edir. 
Ətraflı məlumat üçün http://www.sitecore.net ünvanına daxil olmağınız xahiş edilir. 
 
“Azərbaycan”.-2014.-13 sentyabr.-N 199.-S.12. 
 
 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
120 
 
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Afinada “Bakı-2015” Avropa Oyunlarının  
təqdimatı keçirilib 
(28 sentyabr 2014-cü il)
 
 
Afina,  29  sentyabr  (
AzərTAc
).  Sentyabrın  28-də,  2015-ci  ildə  Azərbaycanda  keçiriləcək  ilk  Avropa 
Oyunlarının  Heydər  Əliyev  Fondu  tərəfindən  təşkil  olunan  təqdimatlardan  biri  bu  dəfə  Afinada  “Akropol” 
muzeyində reallaşdı. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın da 
iştirak etdiyi mərasimə Yunanıstan parlamentinin sədri, Baş naziriN müavini, İnzibati İslahatlar naziri, Turizm 
naziri,  millət  vəkilləri,  idman  ictimaiyyətinin  nümayəndələri,  Azərbaycan  Gənclər  və  İdman  naziri  Azad 
Rəhimov, Azərbaycanın Yunanıstandakı səfiri Rəhman Mustafayev də qatılmışdır. Mərasimin aparıcısı Aleksis 
Kostalas  “Bakı-2015”  Təşkilat  Komitəsinin  sədri  Mehriban  Əliyevanı  salamladı.  2015-ci  ildə  Bakıda 
keçiriləcək  Avropa  oyunlarına  hazırlıq  işlərinin  yüksək  səviyyədə  getdiyini  bildirdi.  Sonra  ilk  Avropa 
Oyunlarına hazırlıqla bağlı film nümayiş etdirildi. Filmdə Avropa Oyunlarının yaranma ideyası və indiyə qədər 
görülən işlər əksini tapıb. 
Daha sonra Azərbaycanın birinci xanımı Mehriban Əliyeva çıxış etdi. 
 
Birinci xanım Mehriban Əliyevanın çıxışı 
(28 sentyabr 2014-cü il)
 
  
 
Hörmətli Yunanıstan Respublikası Parlamentinin sədri! 
Hörmətli nazirlər, parlament üzvləri, Avropa Parlamentinin üzvləri, səfirlər! 
Hörmətli Yunanıstan Respublikasının Olimpiya Komitəsinin prezidenti, mənim əziz dostum Mariya. 
Hörmətli qonaqlar, cənablar, xanımlar və dostlar. 
Bu  möhtəşəm  məkanda  sizi  salamlayıram  və  2015-ci  ildə  Bakıda  keçiriləcək  ilk  Avropa  oyunlarının 
təqdimatına həsr olunmuş şam yeməyinə qoşulduğunuz üçün sizə təşəkkürümü bildirirəm. Yunanıstana yenidən 
qayıtmaq  məndə  böyük  məmnunluq  hissi  oyadır  və  mükəmməl  qonaqpərvərliyiniz  üçün  sizə  təşəkkürümü 
bildirirəm.  Dünən  biz  hamımız  tarixi  İrodio  teatrında  gözəl  konsertdən  həzz  aldıq  və  havanın  yağışlı  olacağı 
barədə  proqnoza  baxmayaraq  hava  şəraiti  çox  yaxşı  idi.  Əlverişli  hava  şəraitinin  olması  çox  yaxşı  işarə  idi. 
Dəyərli  töhfəsinə  görə  əziz  dostum  Marianna  Vardinoyannisə  dərin  və  səmimi  təşəkkürümü  bildirmək 
istəyirəm. Çox şadam ki, onun simasında həm UNESCO, həm də ikitərəfli əlaqələrimizdə uzun illərdir ki, yaxın 
əməkdaşlıq apardığımız həqiqi dostumu tapmışam. 
Hörmətli  dostlar  icazə  verin  Yunanıstan  və  Azərbaycan  arasındakı  münasibətlərdən  başlayım.  Bu 
münasibətlər qarşılıqlı hörmət, maraq və dostluğa əsaslanan strateji tərəfdaşlıq münasibətləridir. Baxmayaraq ki, 
ölkələrimizi ümumi sərhədlər ayırmır, bizim millətlər həmişə bir-birinə qarşı xüsusi simpatiya və isti münasibət 
bəsləyiblər.  Çox  şadam  ki,  ötən  bir  neçə  il  ərzində  ölkələrimiz  arasında  münasibətlərdə  bir  çox  sahələrdə,  o 
cümlədən, siyasi, mədəni, iqtisadi və elmi sahələrdə ciddi tərəqqi müşahidə olunub. Azərbaycan iqtisadiyyatının 
dinamik  artımı  ikitərəfli  əlaqələrimizin  bir  çox  sahələrdə,  xüsusilə  ticarət  və  investisiya  sahələrində  inkişafı 
üçün  əlverişli  şərait  yaradır.  Ermənistanın  Azərbaycanın  20  faiz  ərazisini  işğal  altında  saxlamasına  və  1 
milyondan artıq qaçqın və məcburi köçkünün olmasının fəsadlarına baxmayaraq ötən on ildə ölkəmizin ümum 
daxili  məhsulu  üç  dəfə  artmışdı  və  bu  gün  bütün  Cənubi  Qafqaz  regionunun  ümum  daxili  məhsulunun  70 
faizdən  artığı  Azərbaycanın  payına  düşür.  Energetika  sektorunda  əməkdaşlığımız  yeni  müstəviyə 
yüksəldilmişdir.  Bu  yaxınlarda  “Cənub”  Qaz  Dəhlizi  layihəsinə  start  verməklə  Azərbaycan  Avropanın,  o 
cümlədən  Yunanıstanın  enerji  təhlükəsizliyinin  gücləndirilməsinə  öz  töhfəsini  vermişdi.  Bu  strateji  layihənin 
həyata keçirilməsi bizim ikitərəfli əlaqələrimizin gələcəkdə gücləndirilməsinə xidmət edəcəkdir və Yunanıstan 
ərazisindən Azərbaycan qazının Avropa bazarına çatdırılacağı ilk Avropa İttifaqı ölkəsi olacaqdır. 
Əziz dostlar bu gün xüsusi ilə humanitar sahədə əməkdaşlığımızı qeyd etmək istəyirəm. Son bir neçə 
ildə  universitet,  məktəb,  kitabxana,  muzey  və  elmi  institutlar  arasında  əlaqələr  daha  da  intensivləşmişdi. 
Ümidvaram  ki,  Gəncə  və  Saloniki  şəhərləri  arasında  qurulmuş  birbaşa  əlaqələr  ölkələrimizin  digər  şəhərləri 
üçün  örnək  olacaq  və  xalqlarımızı  bir-birinə  daha  yaxınlaşdıracaqdır.  Ölkələrimizin  sıx  əməkdaşlıq  qurduğu 
digər  bir  vacib  sahə  idmandır.  Bu  gün  gənclərimizi  olimpiya  fənləri  üzrə  yüksək  keyfiyyətli  təhsillə  təmin 
edəcək  Beynəlxalq  Olimpiya  Akademiyası  ilə  tərəfdaşlığımızı  da  qeyd  etmək  istəyirəm.  Yalnız  bu  bir  neçə 
nümunə göstərir ki, Azərbaycan və Yunanıstan arasında münasibətlərin güclü potensialı var və ümidvaram ki, 
bu potensial gələcəkdə tamamilə reallaşacaqdır. Əziz dostlar bildiyiniz kimi, Azərbaycanda ilk Avropa Oyunları 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
121 
 
keçiriləcəkdir.  Baxmayaraq  ki,  Olimpiya  hərəkatı  Yunanıstanda,  Afinada  başlanılmış  və  bərpa  olunmuşdur 
Avropada digər qitələrdən fərqli olaraq heç vaxt Avropaya məxsus oyunlar keçirilməmişdi. Biz fəxr edirik ki, 
Azərbaycana  bu  oyunları  ölkəmizdə  təşkil  etmək  üçün  tarixi fürsət  verilmişdi.  17  gün  ərzində  davam  edəcək 
oyunlarda  6000-dən  çox  idmançı  20  idman  növündə  rəqabət  aparacaqdır.  Avropa  Olimpiya  Komitəsinin  bu 
qərarı  Azərbaycan  xalqı  tərəfindən  böyük  sevinc  və  dəstəklə  qarşılanmışdır.  Bu  tarixi  qərara  görə  bu  gün 
Yunanıstan Olimpiya Komitəsinin prezidenti və “Bakı 2015” Əlaqələndirmə Komissiyasının sədri cənab Spirius 
Kapralosun  simasında  təmsil  olunmuş  Avropa  Olimpiya  Komitəsinə  təşəkkürümü  bildirmək  istəyirəm. 
Bu gün Azərbaycan idman ölkəsi kimi də yaxşı tanınır. Müstəqilliyimizi bərpa etdikdən sonra idmanın inkişafı 
dövlət  siyasətinin  prioritet  istiqamətlərindən  biri  olmuşdu.  İdmançılarımız  1996-cı  ildən  etibarən  olimpiya 
oyunlarında iştirak etmiş və qısa müddət ərzində əldə etdiyimiz nailiyyətlərlə fəxr edə bilərik. Son yay olimpiya 
oyunlarında idmançılarımız 10 olimpiya medalı qazanmışdı və medal sayına görə ümumi reytinqdə ilk 30 ölkə 
sırasına daxil olmuşdu. Ötən 10 ildə ölkəmizdə 40-dan çox müasir olimpiya kompleksi tikilmişdi və bu da bir 
çoxunun  idmanı  peşəkar  karyera  kimi  seçdiyi  gənclərimizin  qarşısında  yeni  üfüqlər  və  imkanlar  açmışdı.  Bu 
yaxınlarda Çində Gənclər arasında keçirilən olimpiya oyunlarında idmançılarımız 12 medal, o cümlədən 5 qızıl 
medal qazanmışdı və ölkəmiz bütün iştirakçılar arasında 10-cu, Avropa ölkələri arasında isə 6-cı yeri tutmuşdu. 
Bizim  bir  çox  Avropa  və  Dünya  çempionatlarının  keçirilməsində  də  zəngin  təcrübəmiz  var  və  bu 
yarışların hamısı iştirakçılar və rəsmilər tərəfindən yüksək qiymətləndirilmişdi. Mən nümunə kimi 2014-ci ilin 
iyun  ayında  Bakıda  uğurla  keçirilən  bədii  gimnastika  üzrə  Avropa  çempionatını  qeyd  etmək  istəyirəm. 
İdmançılarımızın bütün bu nailiyyətləri, müasir idman infrastrukturu, idmanın inkişafına göstərilən güclü dövlət 
dəstəyi, habelə ölkəmizin mükəmməl iqtisadi artımı Avropa Olimpiya Komitəsinin qərarına zəmin yaradan əsas 
amillər  idi.  Bu  qərara  təkcə  sevinclə  yox,  həm  də  məsuliyyətlə  yanaşırıq.  İlk  oyunlar  gələcəkdə  keçiriləcək 
oyunlar  üçün  standartları  müəyyən  edəcək.  Azərbaycan  ilk  Avropa  oyunlarını  yay  olimpiya  oyunları 
səviyyəsində keçirməyi qarşısına məqsəd qoyub. “Bakı-2015” Oyunlarının Təşkilat Komitəsinin sədri kimi sizi 
əmin edə bilərəm ki, oyunların mümkün olan ən yüksək səviyyədə keçirilməsi və idmançılara, rəsmilərə, habelə 
qonaqlara  və  yerli  vətəndaşlara  zəruri  şəraitin  yaradılması  üçün  əlimizdən  gələni  edəcəyik.  Bu  oyunların 
keçirilməsi üçün bizə iki il yarım vaxt verilməsinə baxmayaraq bu gün əminik ki, bütün hazırlıq işləri vaxtında 
tamamlanacaqdır. Biz Avropa Olimpiya Komitəsi və Beynəlxalq Olimpiya Federasiyası ilə məhsuldar və güclü 
əməkdaşlığımızdan  məmnunuq  və  mən  həqiqətən  də  inanıram  ki,  Bakıda  keçirilən  oyunlarda  olimpiya 
oyunlarının ədalətlilik, dostluq və həmrəylik dəyərlərinə riayət olunacaqdır. Yekunda əziz dostlar sizin hamınızı 
bu  tarixi  oyunlarda  iştirak  etməyə,  zəngin  mədəniyyətə  və  tarixə  malik  və  qədim  ölkə  olan,  Qərb  və  Şərqin 
ayırıcında yerləşən, müxtəliflik, tolerantlıq və mehribanlığına görə çox yaxşı tanınan Azərbaycanı kəşf etməyə 
dəvət  edirəm.  Yunanıstan  və  onun  dostsevər  xalqına  xoşbəxtlik,  müvəffəqiyyət  və  çiçəklənmə  arzu  etmək 
istəyirəm. Səmimi qonaqpərvərliyinizə görə bir daha təşəkkür edirəm və sizə yaxşı vaxt keçirməyi arzu edirəm. 
Diqqətinizə görə çox sağ olun. 
Yüklə 3,29 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin