Iv fəSİl I avropa Oyunları 2015


“Bakı-2015” dünya idman tarixində möhtəşəm tədbir kimi qalacaq



Yüklə 3,29 Mb.
Pdf görüntüsü
səhifə41/41
tarix06.09.2017
ölçüsü3,29 Mb.
#29142
1   ...   33   34   35   36   37   38   39   40   41

“Bakı-2015” dünya idman tarixində möhtəşəm tədbir kimi qalacaq 
 
Elçin CƏFƏROV 
 
Tarixdə ilk dəfə təşkil olunacaq qitənin ən böyük idman tədbirinə iki aydan bir qədər çox vaxt qalıb. 
Belə bir idman festivalının  Azərbaycanda keçirilməsində, hər şeydən əvvəl, ölkəmizin beynəlxalq aləmdə 
nüfuzu, getdikcə artan reytinqi və əlaqələrinin genişlənməsi həlledici rol oynayıb. 
 
Bu gün Azərbaycan dünya miqyasında sürətlə inkişaf edən, demokratik prinsiplərə xüsusi önəm verən, insan 
hüquq və azadlıqlarının müdafiəsini daim diqqət mərkəzində saxlayan, müasir, güclü ölkə kimi özünü təqdim 
edə bilib. Təəssüf ki, ölkəmizin nail olduğu tərəqqi bir sıra daxili və xarici qüvvələr tərəfindən davamlı şəkildə 
təhrif edilir. 
Sözügedən qüvvələr yenə də böyük təşviş keçirirlər. Dərin bir narahatlıq içində vurnuxmaları özünü getdikcə 
daha  qabarıq  şəkildə  büruzə  verir.  Çünki  illər  boyu  müstəqil  Azərbaycana  qarşı  hazırladıqları  planlar  həmişə 
fiaskoya uğrayır. İstəklərinin əksinə olaraq, Azərbaycan daha qüdrətli dövlətə çevrilir, günü-gündən inkişaf edir
təkcə regionda yox, onun hüdudlarından kənarda da böyük nüfuz sahibi kimi çıxış edir. 
Ölkəmizin  uğurlarını  gözü  götürməyən  qüvvələr  son  vaxtlar  yenidən  canlanmağa    başlayıb.  Bəzi  yerli  və 
xarici KİV-də reallığa uyğun olmayan, qeyri-obyektiv məlumatlarla  Azərbaycana qara yaxmaqla məşğuldurlar. 
Azərbaycan irəliyə getdikcə antiazərbaycançı şəbəkənin qəddi daha çox əyilir, bəd niyyətlərin uğursuzluğundan 
doğan əsəbi tarıma çəkilir. 
Avropa  Oyunları  ərəfəsində  ölkə  daxilində  çaxnaşma  yaratmaq  məqsədilə  “sapı  özümüzdən  olan  baltalar” 
tərəfindən  qeyri-obyektiv,  qərəzli  məlumatlar,  videolar  yerli  internet  saytlarında,  sosial  şəbəkələrdə  paylaşılır. 
Böyük  Britaniyanın  “Amnesty  International”  təşkilatının  “Bakı-2015”i  boykot  etmək  çağırışı,  Oyunlara 
hazırlıqla bağlı həyata keçirilən tədbirlər haqqında dezinformasiyaların dövriyyəyə buraxılması, xarici KİV-də 
sifarişlə yerləşdirilən cəfəng materiallar və digər məsələlər bu cəhdlərin bariz nümunələridir. 
 Əslində  belə  təşkilatların  hesabatları  hər  bir  ölkədə  demokratiya  və  qanunun  aliliyi  prinsiplərinin 
qorunmasına xidmət etməlidir. Lakin onlar antiazərbaycançı şəbəkənin və erməni lobbisinin maraqlarına xidmət 
etdiklərindən gerçəkliyi əks etdirmək əvəzinə iftira və yalanla silahlanaraq həmişə Azərbaycanın mənfi imicini 
formalaşdırmağa cəhd göstəriblər. 
Elə indinin özündə də Azərbaycanda ictimai-siyasi sabitlik, yaxın və uzaq xarici ölkələrlə müqayisədə sürətli 
inkişaf  bir çoxlarını narahat edir. Həm daxili, həm də xarici bədnam dairələr əlbir fəaliyyət göstərir, ölkəmizin 
mənfi imicini yaratmaq məqsədilə yeni-yeni “layihə”lər reallaşdırmağa cəhd edir. Lakin əbəs yerə. Azərbaycan 
hər  zaman  öz  işini  elə  səviyyədə  qura  bilib  ki,  belə  məkrli  planlar  kağız  üzərində  qalsın,  ölü  doğulsun. 
Azərbaycan  hansısa  dairənin  istəyinə  uyğun  olaraq  nə  zəifləyir,  nə  də  gücdən  düşür.  Əksinə,  bütün 
istiqamətlərdə inkişafını uğurla davam etdirir. 
Bir  neçə  gündür  məlum  qüvvələr  Böyük  Britaniyanın  www.insidethegames.biz  internet  saytının  cəfəng 
xəbərini həqiqət kimi oxuculara sırımağa çalışır. Yalanın böyüklüyünə baxın: “Bakı-2015” saxtadır, əsl Avropa 
Oyunları  Azərbaycan  paytaxtında  yox,  2018-ci  ildə  Berlin  (Almaniya)  və  Qlazqo  (Şotlandiya)  şəhərlərində 
keçiriləcək, I Avropa Oyunları 2-ci dərəcəli tədbirdir...  
Guya bilmirlər ki, Avropa  Oyunlarının keçirilməsi haqqında qərarı hansısa başqa təşkilat yox, məhz Avropa 
Olimpiya Komitəsi (AOK) qəbul edir. AOK-un prezidenti Patrik Hikki isə bir daha onları başa salıb ki, “Bakı-
2015”in Berlin və Qlazqoda  təşkil  olunacaq turnirlə heç bir əlaqəsi yoxdur: “Başqa ildə keçiriləcək və daha az 
idmançı,  daha  az  atletlə  təşkil  olunacaq  bu  tədbir  Avropa  Oyunlarından  tamamilə  fərqli  təşəbbüsdür”.  Cənab 
P.Hikki vurğulayıb ki, Azərbaycan paytaxtının ev sahibliyi edəcəyi I Avropa Oyunları qitə idmanının ən yüksək 
zirvədə  dayanan  idman  tədbirinə  və  yeni  brendə  çevriləcək:  “Bu,  daha  yaxşı  nəticələr  əldə  etmək  üçün  bir 
başlanğıc olacaq. “Bakı- 2015” Avropa Oyunları 55 ölkədə yayımlanacaq, 20 idman növü üzrə yarışlar təşkil 
olunacaq. Biz artıq 2019-cu il Avropa Oyunlarını keçirməklə bağlı 6 ölkədən ciddi istək almışıq və artıq növbəti 
ev sahibi olacaq ölkənin müəyyənləşdirilməsi məsələsi yekunlaşmaq üzrədir”. 
Beləliklə,  antiazərbaycancı  şəbəkə  növbəti  dəfə  uğursuzluğa  düçar  oldu.  Bu  da  təbiidir.  Çünki  yalan  ayaq 
tutar, amma yeriməz. 
 
 “Azərbaycan”.-2015.-3 aprel.-N 68.-S.5. 
 
 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
283 
 
“Bakı-2015: Avropa Oyunları”:Azərbaycanın adını tarixə yazacaq hadisə 
 
Rufiz QONAQOV, 
 Beynəlxalq Münasibətlərin Araşdırılması 
Mərkəzinin sədri, politoloq, 
Rəfail BECANOV, 
İnsan Hüquqları və Maarifçilik İctimai 
 Birliyinin sədri, jurnalist 
 
Azərbaycan  Birinci  Avropa  Oyunlarına  hazırlaşır.    2012-ci  il  dekabrın  8-də  İtaliyanın  paytaxtı 
Romada keçirilən Avropa Olimpiya Komitəsinin 41-ci Baş Assambleyasında ilk dəfə Avropa Oyunlarının 
keçirilməsi  və  bu  oyunların  Bakıda  təşkil  olunması  barədə  qərar  qəbul  edildi.  Səsvermə  nəticəsində 
Avropa  Oyunlarına  ev  sahibliyi  Bakıya  həvalə  edildi.  Gizli  səsvermə  zamanı  48  səsdən  38  -ni  toplayan 
Bakı ev sahibliyi hüququnu əldə etdi. Bu tarixi qərarın ölkəmiz üçün xüsusi əhəmiyyəti var. 
 
 İyunun  12-dən  28-nə  kimi  davam  edəcək  bu  idman  bayramı  Azərbaycanı  Avropa  tarixinə  yazacaq.  Əsrlər 
keçəndən sonra da Azərbaycanın adı Avropanın idman tarixində qalacaq, müxtəlif viktorinalarda, yarışmalarda 
hər zaman səslənəcək. Bəlkə də müstəqillik dövründə ölkəmizin dünyaya  yaxından tanıdılması üçün bu qədər 
əlverişli imkan olmayıb. Amma dövlətin gücü, Prezident İlham Əliyevin iradəsi və strateji qərarı ilə buna cəmi 
16  gün  ərzində  nail  oluruq.  Zaman,  əsr,  texnologiya,  Avropa  Oyunlarının  məkanı  dəyişəcək,  amma  ilk 
oyunlarının  təşkilatçısı,  həmin  oyunlara  ev  sahibliyi  edən  Azərbaycanın  birinciliyi  dəyişməyəcək.  Yaşından, 
dinindən, irqindən, siyasi mövqeyindən, ölkəmizə münasibətindən asılı olmayaraq hər kəsin dilində Azərbaycan 
ilk oyunların təşkilatçısı kimi anılacaq. Dünyada uşaqdan-böyüyə hər kəs bilir ki, ilk Olimpiya Oyunları qədim 
Yunanıstanda  keçirilib.  Heç  bir  tarixə  malik  olmasaydı  belə,  Yunanıstanın  bu  tarixi  ilkə  imza  atması  onun 
haqqında dünyaya yetərincə məlumat vermək gücündədir. İndi də növbə Azərbaycanındır.  
Azərbaycanın  birinci  xanımı,  birinci  Avropa  Oyunları  Təşkilat  Komitəsinin  sədri  Mehriban  Əliyevanın 
rəhbərliyi  ilə  bu  möhtəşəm  idman  yarışına  əsaslı  hazırlıq  aparılıb.  Olimpiya  oyunlarının  dünyada  təbliğ 
olunması  görünməmiş  miqyasda  və  uğurla təşkil  edilib. Təşkilat  komitəsi sədrinın iştirakı  ilə  Avropanın əsas 
ölkələrində - Fransada, İtaliyada, İsveçdə, Almaniyada təqdimat mərasimləri keçirilib. Artıq dünyanın diqqəti 
Azərbaycanda keçiriləcək “Bakı-Avropa Oyunları - 2015”dədir. 
 
İkinci idman bayramı ölkəni tanıtma imkanıdır 
 
Avropa  Oyunları  dünyanın  ikinci  ən  böyük  idman  bayramı  olmağa  iddialıdır.  Yaxın  günlərdə,  elə  start 
veriləndən dərhal sonra bu Oyunların nə qədər populyarlaşdığının və əhəmiyyətinin şahidi olacağıq. 
Müasir  dövrdə  böyük  idman  yarışları  sadəcə    idman  hadisəsi  deyil,  həm  də  iqtisadi  və  siyasi  məqsədlər 
daşıyır.  Böyük  yarışlar,    təşkilatçı  ölkələrdə  turizmin  inkişafına  təkan  verir,  milli  iqtisadi  brendlərin  dünya 
miqyasında tanınmasına səbəb olur. Eyni zamanda, bu kimi idman yarışlarına ev sahibliyi edən ölkələrin siyasi 
hədəfləri də olur. 
Ermənistan tərəfindən təcavüzə məruz qalmış, torpaqlarının 20 faizi işğal altında qalan, XX əsrin ən böyük 
cinayətlərindən biri olan Xocalı Soyqırımı kimi faciə ilə üzləşmiş, 1 milyondan çox qaçqın və məcburi köçkünü 
olan Azərbaycan üçün isə ev sahibliyi edəcəyi Oyunlar bu faciələrimizi dünyaya çatdırmaq baxımından böyük 
fürsətdir.  Təkcə  yarışlara  qatılan  idmançıların  sayı  6  min  nəfərdən  çox  olacaq.  Texniki  heyət,  jurnalistlər, 
turistlər,  azarkeşlər  hesabına  bu  say  on  minlərlə  olacaq.  Oyunları  işıqlandırmaq  üçün  iki  min  nəfər  əcnəbi 
jurnalistin  ölkəmizə  gələcəyi  gözlənilir.  Bundan  böyük  imkan  olarmı?  Bu,  tariximizi,  üzləşdiyimiz  faciələri, 
mədəniyyətimizi təqdim etmək üçün dünyanın informasiya məkanına yeni çıxış imkanıdır. Təbii ki, bu imkan 
vətəndaş  cəmiyyətinin  bütün  spektrlərinin  üzərinə  də  ciddi  vəzifələr  qoyur.  Bütün  imkanlardan  yararlanaraq, 
daha  çox  təbliğat  aparmaq,  mədəniyyətimizi,  tariximizi,  torpaqlarımızın  işğalı faktını  və  bütünlükdə  ölkəmizi 
təbliğ etmək qarşımızda duran əsas missiyadır. İnanırıq ki, Azərbaycan cəmiyyəti bunun öhdəsindən layiqincə 
gələcəkdir. 
 
Hansı ölkə bu idman bayramının sahibi olmaq istəməzdi... 
 
Yaxın-uzaq  qonşularımızdan,  ən  yaxın  dostlarımızdan  düşmənlərimizə  qədər  hər  bir  ölkə  dünyanın  ikinci 
möhtəşəm  idman  bayramına  ev  sahibliyi  etmək,  onun  ilk  təşkilatçısı  kimi  tarixdə  qalmaq  istərdi.  Bu  yarışın 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
284 
 
verdiyi imkanlar hesabına öz mədəniyyətini, tarixini, iqtisadi gücünü, siyasi görüşlərini dünyaya çatdırmağı arzu 
edərdi.   Azərbaycan torpaqlarını havadarları hesabına işğal edən Ermənistan əgər gücü yetsəydi, bu tarixi şansı 
qaçırmazdı. Amma qonşularımız bu Oyunlara ev sahibliyi edəcək qüdrətdə deyil; nə iqtisadi resursları, nə də 
ölkədaxili siyasi vəziyyəti buna imkan verir. 
Tarixə  yazılacaq    bu  idman  yarışına  ev  sahibliyi  etmək  üçün  həm  də  siyasi  uzaqgörənlik  əsas  amil  idi. 
Azərbaycan  rəhbərliyi,  Prezident  İlham  Əliyev  bu  tarixi  şansı  düzgün  qiymətləndirərək,  zamanında  müdrik 
qərar qəbul etdi. Bu da nəticə. Azərbaycan Avropa Oyunlarının ilk təşkilatçısı, ev sahibi kimi tarixə yazılır. Bu 
tarixi nə dəyişmək, nədə saxtalaşdırmaq olar. Azərbaycanın adı Avropanın inkişaf etmiş ölkələri ilə bir sırada 
durur. Bir zamanlar Azərbaycan Avropada neft-qaz ixracatçısı kimi, inkişaf etməkdə olan demokratik ölkə kimi 
tanınırdısa,  2011-ci  ildə  “Eurovision”  Beynəlxalq  Mahnı  Müsabiqəsinin  qalibi,  2012-ci  ildə  bu  möhtəşəm 
mədəniyyət  tədbirinin  təşkilatçısı  kimi  öz  yerini  tutdu.  Bundan  sonra    miqyasına  görə  yalnız  dünya  Olimpiya 
Oyunlarından geridə qalan böyük idman tədbirinə ilk dəfə ev sahibliyi edən ölkə kimi dünyanın idman tarixində 
öz yerimiz olacaq. Reallıq budur. 
 
“Qara piar” iflasa uğrayır 
 
Mötəbər  idman  bayramına  hazırlaşdığımız  bir  vaxtda  ölkəmizi  istəməyən  daxili  və  xarici  qüvvələr 
Azərbaycanın  əleyhinə  təbliğat  aparmaqda  fəallaşıblar.  Bu  qüvvələr  Azərbaycanın  çox  mötəbər  bir  tədbirə  ev 
sahibliyi  etməsini  qəbul  edə  bilmir.  Ölkə  daxilindəki  radikal  müxalifət,  xaricdə  isə  hər  zaman  onların  sözünü 
deyən,  Azərbaycana  qarşı  qərəzi  ilə  seçilən  bəzi  təşkilatlar  “qara  piar”  təşkil  etməyə  can  atırlar.  Avropa 
Oyunlarına xərclənən vəsaitlər şişirdilir, dünyada ölkənin imicinə zərbə vurmağa, yerli vətəndaşlar arasında isə 
dövlətə  inamsızlıq  aşılamağa  çalışılır.  Təbii  ki,  bunun  üçün  ilk  növbədə  Olimpiadaya  çəkilən  xərclər  söhbət 
mövzusuna çevrilir. Amma iddia edilən məbləğin yalan olduğu açıq-aydın ortadadır.   Hətta radikal müxalifətə 
və onun xarici havadarlarına yaxın tənqidi medianın araşdırması da bu qüvvələrin yalan söylədiyini təsdiqləyir. 
Belə  ki,  həmin  media  orqanlarının  araşdırmasına  görə,  Azərbaycan  hökuməti      Avropa  oyunları  parkının 
tikintisinə  150,  Stend  atıcılığı  üzrə  kompleksinə  70,  Su  İdman  sarayının  tikintisinə  190,  Gimnastika 
kompleksinin tikintisinə 79,739 milyon, kamandan oxatma üzrə yarışların təşkili üçün 7,6,  boks, qılıncoynatma, 
taekvando,  karate  və  voleybol  yarışlarının  təşkili  üçün  Bakı  Cristall  Hallda  arakəsmələrin  və  müvəqqəti 
qurğularla təchizatına 9,5, Mingəçevirdə kanoe idman yarışları üçün “Kür” olimpiya idman tədris mərkəzində 
əlavə işlərin yerinə yetirilməsinə 9,5 milyon, BMX - Velosipedi və dağ velosipedi yarışları üçün veloparkların 
tikintisinə  4.75,  Heydər  Əliyev  adına  idman-konsert  kompleksinin  yenidən  əsaslı  təmirinə  36,7,  Əl  Oyunları 
Sarayının  əsaslı  təmirinə  27  milyon,  Bakı  Olimpiya  Stadionuna  280  milyon  manat  dövlət  büdcəsindən  vəsait 
xərclənib. Bunlara ümumilikdə 864 milyon  manat vəsait xərclənib. İşçilərin maaşları, hesablama sistemlərinin 
qurulması, kommunikasiya-PR işləri də nəzərdə tutulur ki, bunlarla birgə Oyunlara ümumən 950 milyon manat 
vəsait ayrılıb. Bəs 4 milyard və ya 8 milyard vəsait haradan çıxdı? Qara piar budur.  
Azərbaycanı sevməyən bəzi qüvvələr ölkədə insan hüquq və azadlıqlarının pozulmasından danışırlar. Son 4 
ayda  ölkə  başçısı  2  dəfə  əfv  fərmanı  imzalayıb.  Ötən  ilin  dekabrında  imzalanan  fərmanla  79  nəfər  cəzanın 
çəkilməyən hissəsindən, 3 nəfər islah işlərindən, 5 nəfər isə cərimə cəzasından azad edilib. Həmin fərmanla əfv 
olunanların  arasında  jurnalistlər  –  Əvəz  Zeynalov  və  Sərdar  Əliyev,  tanınmış  müxalifət  fəalı,  hüquqşünas 
Qurban Məmmədov, “Nida” Vətəndaş Hərəkatı deyilən qrupun iki üzvü – Üzeyir Məmmədli və Zaur Qurbanlı 
da  olublar.  Bu  Novruz  bayramı  ərəfəsində  ölkə  Prezidenti  cənab    İlham  Əliyevin  növbəti  əfv  fərmanı  ilə  isə 
daha  90  nəfər  məhbus  azadlığa  çıxdı  ki,  onların  da  4-ü  maraqlı  tərəflərin  “siyasi  məhbus”,  yaxud  “vicdan 
məhbusu”  hesab  etdiyi  şəxslərdir.  Belə  bir  humanistliyin  müqabilində  hansı  insan  haqlarının  pozulmasından 
danışmaq olar? 
Vətəndaş  cəmiyyətinin  sıxışdırılmasını  gündəmin  mövzusuna  çevirənlər,  bu  fikri  müxtəlif  beynəlxalq 
tədbirlərdə  səsləndirənlər  fərqində  deyil  ki,  Azərbaycan  Respublikasının  Prezidenti  yanında  QHT-lərə  Dövlət 
Dəstəyi Şurası az əvvəl ölkə QHT-lərinin müxtəlif layihələrinin maliyyələşdirilməsi ilə bağlı qərar qəbul edərək 
387 QHT-yə qrant ayırıb. Ayrılan vəsaitin həcmi milyon manatlarla ölçülür. Bu, vətəndaş cəmiyyətinə dövlətin 
dəstəyidir,  yoxsa  sıxışdırılması?  Təbii  ki,  bu,  ölkədə  vətəndaş  cəmiyyətinin  inkişafına  dövlət  dəstəyidir. 
Azərbaycan  mətbuatı  da  daim  dövlətin  dəstəyini  hiss  edir.  Ölkənin  əsas  və  aparıcı  media  orqanlarına  KİVDF 
vasitəsilə  milyonlarla  manat  vəsait  ayrılır.  Artıq  bu  kimi  hallar  adi  həyat  normasıdır  və  vətəndaş  cəmiyyəti 
sektoru hər zaman dövlətin dəstəyini hiss edir. Bu siyasi xətt ölkə prezidentinin siyasətidir. Dövlət ölkənin azad 
və  müstəqil  vətəndaş  cəmiyyətinin  formalaşmasını  özünün  prioritetlərindən  biri  hesab  edir  və  bu  istiqamətdə 
ardıcıl tədbirlər görür. 
Artıq bir neçə ildir ki, siyasi partiyalar da dövlət büdcəsindən maliyyələşir. Parlamentdə təmsil olunan siyasi 
partiyaların hər biri hüquqi və qanunu prosedurlara görə dövlətdən maliyyə dəstəyi alır. Elə isə nədən vətəndaş 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
285 
 
cəmiyyətinin  təhlükədə  olması  haqqında  bəyanatlar  səslənir?  Məqsəd  Azərbaycan  hökumətinə  təzyiq  etmək 
cəhdidir.  Əslində,  Azərbaycan  internet,  söz  və  mətbuat  azadlığına,  vətəndaş  cəmiyyətinin  inkişafına  görə 
dünyanın ən inkişaf etmiş ölkələri ilə eyni cərgədədir. 
 
Qazanan xalqımız və dövlətimizdir 
 
Burada “qara piar”ın  aparıcı tərəfdaşına çevrilən radikal qüvvələr  üçün bir xatırlatma yerinə düşər. Ötən 
əsrin    70-80-ci  illərində  Azərbaycanda  çox  böyük  infrasturktur  layihələri  həyata  keçirilib:  Bakı  metrosundan 
tutmuş neft emalı zavodlarına, Heydər Əliyev Sarayına,  Sumqayıtda kimya sənayesinin, Gəncədə metallurgiya 
sənayesinin  inkişafına  qədər.  Adlarını  saymaqla  qurtarmaz.  Həmin  layihələrə  də  müxtəlif  məbləğdə  dövlət 
vəsaiti  xərclənib.  İşi-gücü  donos  yazmaq  olanlar  o  zaman  da  bu  layihələrə  qarşı  çıxırdılar.  Amma  Heydər 
Əliyev sarsılmaz iradəsi ilə həmin layihələrin gerçəkləşməsinə nail oldu. İndi həmin tikililərdən, zavodlardan, 
saraylardan, metrodan kim istifadə edir, həmin infrasturktur layihələri kimə qalıb? Bizlərə, Azərbaycan xalqına, 
müstəqil Azərbaycan dövlətinə. Bütün problemlərə və donoslara baxmayaraq, o zaman həmin layihələrin həyata 
keçirilməsi də xalqın və dövlətin maraqları çərçivəsində idi, uzaqgörənlik idi. İndi də eləcə. Avropa Oyunları 
üçün  tikilən,  istifadəyə  verilən  bu  idman  arenalarından  kim  istifadə  edəcək?  Bəlkə  biz  bilmirik,  avropalılar 
gedəndə  həmin  arenaları  da  özləri  ilə  aparacaqlar?    “Euvrovision”  Bakıda  keçirilərkən  tikilən  Kristal  Zalı 
aparıblar  bəlkə,  xəbərimiz  yoxdur?  Bu  qədər  arqumentsiz,  faktsız  danışmaqla  sosial  baza  toplamaq  mümkün 
deyil. İllərdir cəmiyyətə yalan informasiyalar verdiyindən radikal müxalifət öz sosial dayağını itirib və cəmiyyət 
tərəfindən qəbul edilməyən siyasi marginala çevrilib. 
Yalanın  ən  böyük  düşməni  həqiqətdir.  Həqiqət  isə  budur  ki,  görülən  işlər,  həyata  keçirilən  layihələr 
Azərbaycan xalqının xeyrinədir. Tikilənlər bizə qalacaq. Adlarını sadaladığımız və ya sadalamadıqlarımız kimi. 
Burada qazanan xalqımız və dövlətimizdir.  
 
“Xalq qəzeti”.-2015.-4 aprel.-N 69.-S.4. 
 
 
 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
286 
 
“Bakı-2015” Avropa Oyunları səviyyəsinə görə Pekin və London Olimpiadalarından heç də geri 
qalmayacaq 
 
“Bu  il  ölkəmizdə  təşkil  ediləcək  “Bakı-2015”  Avropa  Oyunları  səviyyəsinə  görə  Pekin  və  London 
Olimpiadalarından  heç  də  geri  qalmayacaq.  Hazırda  “Kür”  Olimpiya  Tədris  İdman  Mərkəzi  bütün  lazımi 
avadanlıqlarla təchiz olunmaq üzrədir. Qonaqlara burada yüksək şərait yaradılacaq". 
Bu  sözləri  jurnalistlərə  müsahibəsində  Azərbaycan  Milli  Avarçəkmə  Federasiyasının  (AMAF)  vitse-
prezidenti və “Kür” Olimpiya Tədris İdman Mərkəzinin baş direktoru Natiq Abbasov deyib. 
Mingəçevirdə avarçəkmə üzrə keçirilən “Prezident kuboku” uğrunda beynəlxalq yarış barədə məlumat verən 
Natiq Abbasov bildirib ki, bu reqata ənənəvi olaraq 2008-ci ildən təşkil edilir. Hər il olduğu kimi, bu dəfə də 
yerli  idmançılarla  yanaşı,  xarici  ölkələrdən  də  yarışda  iştirak  edənlər  var.  Reqatada  Azərbaycan,  Türkiyə  və 
Gürcüstanın  100-dən  çox  avarçəkəni  iştirak  edir.  Ötən  illərdən  fərqli  olaraq,  bu  reqata  “Bakı-2015”  Avropa 
Oyunlarına  test  xarakteri  daşıyır.  Oyunlar  zamanı  kayaqçı  və  kanoçilər  məhz  Mingəçevirdə  mübarizə 
aparacaqlar.  Bununla  bağlı  bazamıza  yeni  qayıqlar  da  gətirilib,  mətbuat  otağı  və  digər  yardımçı  qurğuların 
quraşdırılmasına başlanılıb”. 
Natiq Abbasov bu il ilk dəfə olaraq yarışda paralimpiyaçı Asif Qasımovun da iştirak etdiyini bildirib. O, Asif 
Qasımovın turnirdə müsabiqədənkənar mübarizə apardığını və yüksək nəticə göstərdini qeyd edib. 
Avropa  Oyunlarına  hazırlıq  işlərindən  danışan  Natiq  Abbasov  Mingəçevirdəki  Olimpiya  kəndində  yeni 
binaların  tikilib  istifadəyə  verildiyini  diqqətə  çatdırıb.  O,  hazırda  idmançılar  üçün  otaqlarda  mebellərin 
yerləşdirilməsinin  davam  etdiyini  deyib:  “Kayak  və  kanoe  yarışlarında  350-yə  yaxın  idmançı  iştirak  edəcək. 
Olimpiya  şəhərciyində  1500  idmançı  və  məşqçi  yerləşdirmək  imkanımız  var.  Yeri  gəlmişkən,  Avropa 
Oyunlarında könüllülər də iştirak edəcək. Onlar Gəncə və Mingəçevirin ali və orta ixtisas məktəblərindən dəvət 
olunublar. Hazırda 40 könüllü burada hazırlıq keçir. Yaxın vaxtlarda onların sayı artırılacaq. Bununla yanaşı, 
burada “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsi ilə birgə hazırlıqlarımızı davam etdiririk. Bildiyiniz 
kimi, bu komitədə yüksək səviyyəli beynəlxalq mütəxəssislər çalışırlar. O mütəxəssislər Pekin-2008 və London-
2012  Olimpiya  Oyunlarının  təşkilində iştirak  ediblər.  Onlarla  bütün  təşkilati  işlərdə  məsləhətləşir, lazım  olan 
tövsiyələri və tapşırıqları yerinə yetiririk”. 
“Kür” Olimpiya Tədris İdman Mərkəzinin infrastrukturunda müəyyən dəyişiliklər edildiyini qeyd edən Natiq 
Abbasov  vurğulayıb  ki,  işlərin  yüksək  səviyyədə  qurulması  üçün  buraya  kənardan  tanınmış  mütəxəssislər  də 
dəvət olunub. Bütün sahələri əhatə edən yeniliklər olacaq. Təbii ki, bu işdə federasiya rəhbərliyi əlindən gələni 
edəcək ki, oyunlar yüksək səviyyədə keçirilsin 
 
“Azərbaycan”.-2015.-5 aprel.-N 70.-S.7. 
 

Yüklə 3,29 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin