Iv fəSİl I avropa Oyunları 2015



Yüklə 3,29 Mb.
Pdf görüntüsü
səhifə39/41
tarix06.09.2017
ölçüsü3,29 Mb.
#29142
1   ...   33   34   35   36   37   38   39   40   41

“Xalq qəzeti”.-2015.-30 mart.-N64.-S.8. 
 
 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
269 
 
Əsl Avropa Oyunları məhz Bakıda keçiriləcək, cənablar! 
 
Allahverdi MEHDİYEV 
 
Ölkəmizdə  təşkil  olunacaq  I  Avropa  Oyunlarına  təxminən  ayyarım  vaxt  qalır.  Qitənin  ən  böyük 
idman  tədbirinə  hazırlıq  işləri  son  mərhələdədir.  Oyunların  Təşkilat  Komitəsi  Avropa  Olimpiya 
Komitəsinin  (AOK)  dəstəyi  ilə  qısa  müddətdə  -  cəmi  30  ay  ərzində  nəzərdə  tutulan  bütün  tədbirləri 
yüksək  səviyyədə  icra  edib  başa  çatdırmaq  üzrədir.  Artıq  yarışların  keçiriləcəyi  idman  obyektlərinin, 
demək olar ki, hamısı hazır vəziyyətdədir. Bu yaxınlarda Oyunların açılış və bağlanış mərasımlərinin baş 
tutacağı Milli Stadion - ölkənin baş idman arenası qapılarını idmansevərlərin üzünə açmışdır. Avropanın 
49 ölkəsinin 6 min nəfərdən çox atleti möhtəşəm idman festivalında 20 idman növündə, o cümlədən 16 
olimpiya növündə mübarizə aparacaq. Ümumiyyətlə, “Bakı-2015” çərçivəsində 253 yarış keçiriləcək. Özü 
də  ilk  Avropa  Oyunları  çox  innovativ  olacaq  və  adi  yarışlarda  olmayan  müxtəlif  idman  növləri  ilə 
seçiləcək. “Bakı-2015”ə üçlük basketbol, çimərlik voleybolu, karate və s. kimi yeni idman növləri əlavə 
ediləcək. 
 
Göründüyü kimi, tarixdə ilk dəfə təşkil olunacaq Avropa Oyunlarının miqyası kifayət qədər genişdir. Belə 
bir məsuliyyətli idman tədbirini təşkil etmək o qədər də asan deyil. Şübhə yoxdur ki, AOK 8 dekabr 2012-ci ildə 
I  Avropa  Oyunlarının  Bakıda  keçirilməsi  barədə  qərar  qəbul  edərkən  Azərbaycanın  bu  işin  öhdəsindən  gələ 
biləcəyinə əmin idi. Belə ki, ölkəmiz o vaxtadək bir sıra dünya və qitə miqyaslı turnirlərə ev sahibliyi etmiş və 
təşkilatçı  kimi  beynəlxalq  idman  ictimaiyyətinin  təqdirini  qazanmışdı.  Əldə  edilmiş  təcrübə  qitə  Oyunlarını 
təşkil etmək üçün yetərli idi.  
Eyni  zamanda  milli  müstəqilliyin  bərpasından  sonra  Azərbaycan  idmançılarının  beynəlxalq  turnirlərdə, 
xüsusilə Olimpiya Oyunlarında uğurları diqqəti cəlb edir, nəticə etibarilə ölkəmiz idman ənənələri ilə seçilirdi. 
Təmsilçilərimizin son Olimpiadada - London-2012-də iştirakı xüsusilə yaddaqalan oldu: olimpiyaçılarımız 2-si 
qızıl olmaqla 10 medal qazandılar. Azərbaycan dünya ölkələri arasında 30-cu, Avropa ölkələri arasında isə 15-ci 
oldu. Yəqin ki, bu fakt da AOK-un sözügedən qərarına öz təsirini göstərmişdi.  
Başqa bir səbəb isə Azərbaycanın son dövrdə sürətli inkişafı ilə bağlı idi. Aydındır ki, iqtisadi-maliyyə gücü 
kifayət  qədər  olmayan  bir  ölkə  Avropa  Oyunlarının  təşkili  kimi  məsuliyyətli  vəzifənin  öhdəsindən  gələ 
bilməzdi. Odur ki, AOK-un ilk Avropa Oyunlarının Bakıda keçirilməsi haqqında qərarı tamamilə təbii idi. 
Bütün  bunlarla  yanaşı,  Azərbaycanın  Avropa  idmanı  üçün  gördüyü  tarixi  vəzifəyə  zaman-zaman  kölgə 
salmaq istəyənlər də tapılır. Bədxahlar gah idmanı bir tərəfə qoyub cəfəng siyasi “təşəbbüs”lərlə çıxış etməyə, 
gah da Avropa Oyunlarının mahiyyəti ilə heç bir əlaqəsi olmayan əsassız fikirlər irəli sürməyə cəhd göstərirlər. 
Bir neçə gündür ki, bəzi yerli “media” orqanları Böyük Britaniyanın www.insidethegames.biz internet saytının 
“şok”  xəbərini  tirajlayaraq  oxuculara  sensasiya  təqdim  etməyə  çalışır.  Sayt  iddia  edir  ki,  guya  “Bakı-2015” 
saxtadır,  “əsl  Avropa  Oyunları”  Azərbaycan  paytaxtında  yox,  2018-ci  ildə  Berlin  (Almaniya)  və  Qlazqo 
(Şotlandiya)  şəhərlərində  keçiriləcək,  guya  I  Avropa  Oyunları  “2-ci  dərəcəli”  tədbirdir,  Oyunlarda  çox  da 
tanınmayan atletlər iştirak edəcəklər və s.  
Əvvəla,  qeyd  edək  ki,  görünür,  sensasiya  həvəskarları  Avropa  Oyunlarının  keçirilməsi  proseduru  ilə  tanış 
deyillər. Onlar başa düşmürlər ki, qitə Oyunlarının keçirilməsi haqqında qərarı hansısa başqa təşkilat yox, məhz 
AOK  qəbul  edir.  Alternativ  Oyunların  təşkili  isə  sadəcə  olaraq  ağlasığmazdır.  Çünki  Avropa  Oyunları  dörd 
ildən  bir  keçiriləcək.  Üç  ildən  sonra  “əsl  Oyunlar”in  keçirilməsi,  bir  il  sonra  isə  II  Avropa  Oyunlarının 
keçırılməsi  sadəcə  olaraq  gülüncdür.  Digər  tərəfdən,  Olimpiya  Oyunları  da  daxil  olmaqla  hansısa  irimiqyaslı 
beynəlxalq idman tədbirində bu və ya digər tanınmış idmançının bu və ya digər səbəbdən iştirak etməməsində 
qeyri-adi  heç  nə  yoxdur.  İdman  tarixində  belə  misallar  çoxdur.  Odur  ki,  bəzi  idmançıların  “Bakı-2015”dən 
kənarda qalmasında sensasiya gözləməyə dəyməz.  
Bədxahların  istinad  etdiyi  ingilis  saytının  əksinə  olaraq,  qitənin  olimpiya  hərəkatında  ən  mötəbər  mənbə 
Avropa  Olimpiya  Komitəsidir.  Sensasiya  həvəskarlarının  iddialarına  ən  kəskin  reaksiya  da  bu  mənbədən 
gəlmişdir. AOK-un prezidenti Patrik Hikkinin sözügedən saytın “şok xəbər”inə münasibəti birmənalı olmuşdur: 
“Avropa  Olimpiya  Komitəsinin  prezidenti  kimi  mən  həmişə  Avropa  idmanını  inkişaf  etdirmək  və  Avropa 
atletlərinin  tam  potensialını  göstərmək  üçün  təşkil  olunan  bütün  tədbirləri  dəstəkləyirəm.  Lakin  başqa  ildə 
keçiriləcək və daha az idmançı, daha az atletlə təşkil olunacaq bu tədbir Avropa Oyunlarından tamamilə fərqli 
təşəbbüsdür”. 
AOK  prezidenti  həmçinin  bu  il  Bakıda  keçiriləcək  ilk  Avropa  Oyunlarına  ən  yaxşı  atletlərin  qatılacağını 
vurğulayaraq  “Bakı-2015”i  böyük  hadisə  kimi  qiymətləndirmişdir:  “Fikrimcə,  bu,  Avropa  Oyunlarını  qitə 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
270 
 
idmanının ən yüksək zirvədə dayanan idman tədbirinə və artıq yeni yaradılmış brendə çevirəcək. Bu daha yaxşı 
nəticələr əldə etmək üçün bir başlanğıc olacaq. “Bakı-2015” Avropa Oyunları 55 ölkədə yayımlanacaq. Biz artıq 
2019-cu il Avropa Oyunlarını keçirməklə bağlı 6 ölkədən ciddi istək almışıq və artıq növbəti ev sahibi ölkənin 
müəyyənləşdirilməsi məsələsi yekunlaşmaq üzrədir”. 
Yəqin  ki,  həm  xaricdəki,  həm  də  ölkə  daxilindəki  “şok  xəbər”  aludəçiləri  AOK  prezidentinin  bəyanatını 
eşitdikdən sonra məyus olacaqlar. Onlar anlamalı olacaqlar ki, əsl Avropa Oyunları Berlin, Qlazqo, yaxud başqa 
bir Avropa şəhərində yox, məhz Bakıda keçiriləcək! 
 
“Azərbaycan”.-2015.-31 mart.-N 65.-S.10. 
 
 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
271 
 
 
Azərbaycanın bədxahlarına ağır zərbə 
 
Avropa Olimpiya Komitələrinin prezidenti Patrik Hikki: "Bakıda keçiriləcək birinci Avropa Oyunları 
böyük hadisədir" 
 
Ceyhun Abasov, 
Pərvanə Sultanova 
 
İlk Avropa Oyunlarının baş tutmasına artıq sayılı günlər qalıb. 2015-ci il 12 iyunda baş tutacaq bu mötəbər 
idman  bayramına  hazırlıq  işlərini  Azərbaycan  söz  verdiyi  kimi  3  il  ərzində  böyük  ölçüdə  tamamlamağa  nail 
olub. Məlumdur  ki,  hələ 2012-ci  ildə  Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev    Avropa  Olimpiya 
Komitəsinin 2015-ci ildə birinci Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi ilə bağlı qərarına çox müsbət 
reaksiya  verərək  bu  münasibətlə  Azərbaycan  xalqını  təbrik  edib.  O  zaman  Prezident  İlham  Əliyev  Avropa 
Olimpiya  Komitəsinin  Baş  Assambleyasında  2015-ci  ildə  ilk  Avropa  Olimpiya  Oyunlarının  Azərbaycanda 
keçirilməsi haqqında qərarın qəbul edilməsini böyük tarixi hadisə kimi dəyərləndirib: 
"Bu,  doğrudan  da  tarixi  hadisədir.  Çünki  bu  vaxta  qədər  Avropa  Olimpiya  Oyunları  keçirilməyib  və  ilk 
oyunların Bakıda keçirilməsi böyük tarixi hadisədir, ölkəmizin böyük uğurudur. Bu qərarın qəbul edilməsində 
iştirak  etmiş  bütün  insanlara,  Avropa  Olimpiya  Komitəsinə  böyük  minnətdarlığımı,  təşəkkürümü  bildirmək 
istəyirəm. Qeyd etmək istəyirəm ki, Azərbaycan bu oyunları yüksək səviyyədə keçirəcək. Beləliklə, Bakı şəhəri 
birinci oyunların keçirilməsində böyük xidmətlərinə görə Avropa Olimpiya Oyunlarının tarixinə daxil ediləcək. 
Bu qərarın qəbul edilməsində bir neçə amil öz rolunu oynayıb. İlk növbədə, ölkəmizin beynəlxalq nüfuzu özünü 
göstərib. Azərbaycan bu gün dünyada böyük hörmətə malik olan bir ölkədir. Dünya birliyində bizim rolumuz, 
təsir imkanlarımız artır və dünya birliyi Azərbaycana böyük hörmətlə və etimadla yanaşır". 
Lakin  birinci  Avropa  Oyunlarına  hazırlıq  müddətində  Azərbaycanın  uğurlarını  gözü  götürməyən,  ona 
qısqanclıqla yanaşan bəzi xarici və daxili qüvvələr tərəfindən mütəmadi şəkildə qara kampaniyalar aparılaraq, 
dövlətimizin  bu  uğuruna  kölgə  salmağa  çalışılıb.  Hər  kəsə  məlum  olduğu  kimi  belə  qüvvələrin  əsas  məqsədi 
Azərbaycanın dünyada artan nüfuzuna xələl yetirmək, beynəlxalq ictimaiyyəti ölkəmizin bütün sahələrdə geriyə 
qaldığına  inandırmaq,  xüsusilə  insan  hüquq  və  azadlıqları  sarıdan  problemli  ölkə  olduğu  təsəvvürünü 
formalaşdırmaq idi. Hərçənd xarici donorlar tərəfindən maliyyələşdirilərək illərdir aparılan bu qara kampaniya 
öz nəticəsini vermədi. Çünki hazırlanan qərəzli hesabatlar, verilən riyakar bəyanatlar, təşkil olunan etiraz şouları 
heç bir əsasa malik deyil. 
Bütün bunların əksinə olaraq, bir neçə gün əvvəl açıqlama verən Avropa Olimpiya Komitələrinin prezidenti 
Patrik Hikki səslənən iddiaları alt-üst edərək, Birinci Avropa Oyunlarını "qitə idmanının  ən yüksək zirvəsində 
dayanan  idman  tədbiri"  olaraq  dəyərləndirib.  Patrik  Hikki  Bakıda  keçiriləcək  Birinci  Avropa  Oyunlarının 
hazırlıq işlərini yüksək qiymətləndirib və bu mötəbər idman turnirini böyük hadisə adlandırıb.  
O bildirib ki, Avropa Olimpiya Komitələrinin prezidenti kimi həmişə Avropa idmanını inkişaf etdirmək və 
Avropa  atletlərinin  tam  potensialını  göstərmək  üçün  təşkil  olunan  bütün tədbirləri  dəstəkləyir: "Lakin  2018-ci 
ildə  Berlin  və  Qlazqo  şəhərlərində  daha  az  idmançı,  daha  az  atletlə  təşkil  olunacaq  oyunlar  Avropa 
Oyunlarından tamamilə fərqli təşəbbüsdür". 
P.  Hikki  bu  il  Bakıda  keçiriləcək  Birinci  Avropa  Oyunlarına  qitənin ən  yaxşı atletlərinin  cəlb  olunacağını 
bildirib. Onun sözlərinə görə, bu, Avropa Oyunlarını qitə idmanının ən yüksək zirvədə dayanan idman tədbirinə 
və artıq yeni yaradılan brendə çevirəcək: "Bu, daha yaxşı nəticələr əldə etmək üçün bir başlanğıc olacaq. Bakı 
2015 Avropa Oyunları 55 ölkədə yayımlanacaq, 20 idman növü üzrə yarışlar təşkil olunacaq.  
Biz artıq 2019-cu il Avropa Oyunlarını keçirməklə bağlı 6 ölkədən ciddi istək almışıq və artıq növbəti ev 
sahibi ölkənin müəyyənləşdirilməsi məsələsi yekunlaşmaq üzrədir". 
Qeyd edək ki, bir neçə gün əvvəl 2018-ci ildə Qlazqoda velosiped, avarçəkmə və triatlon yarışları, Berlində 
isə  yüngül  atletikaya  aid  olan  idman  növləri  üzrə  təşkil  olunacaq  yarışların  "Əsl  Avropa  Oyunları"  olması  ilə 
bağlı bəzi KİV-lərdə xəbər yayılıb. Lakin Avropa Olimpiya Komitələrinin prezidentinin bu açıqlaması isə bir 
daha Azərbaycana qarşı qara kampaniya aparan qüvvələrin mənfur niyyətlərini ürəklərində dəfn edib. 
Avropa Olimpiya Komitələri Koordinasiya Komissiyasının sədri cənab Spiros Kapralos isə bildirib ki,  Bakı 
2015  tarixdə  ilk  möhtəşəm  Avropa  Oyunlarını  həyata  keçirmək  yolunda  sürətlə  irəliləyir.  İndi  Bakı  Avropa 
Oyunları Əməliyyat Komitəsi hazırlıqların son mərhələsinə qədəm qoyub və oyunlara sayılı günlər qalıb:  
"Lakin onlar bu vaxta kimi tikinti ilə bağlı bütün işləri çatdırıblar və mən əminəm ki, Bakı Oyunlara vaxtında 
hazır  olacaq.  Bundan  əlavə,  bu  innovativ  Oyunlar  gələcəkdə  Avropa  Oyunlarına  ev  sahibliyi  edəcək  şəhərlər 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
272 
 
üçün  möhtəşəm  nümunə  olacaq.  İyun  ayında  Bakı  2015  Avropa  Oyunlarının  açılış  mərasimi  üçün  buraya 
qayıtmağı səbirsizliklə gözləyirəm". 
İlk  Avropa  Oyunları  əleyhinə  aparılan  kampaniya  Azərbaycanın  inkişafını  gözügötürməzlikdən  irəli 
gəldiyini  deyən  millət  vəkili  Nizami  Cəfərov  qeyd  edib  ki,  bu  mötəbər  yarışın  Azərbaycanda  keçirilməsi 
dünyada çoxlarını sevindirsə də, müəyyən qüvvələrin də qəzəbinə, qısqanclığına səbəb olub: "Ona görə də istər-
istəməz müxtəlif səviyyələrdə qarayaxmalar, bu oyunların uğursuz alınmasına yönələn cəhdlər müşahidə olunur. 
Bu  qarayaxma  bədxahlıq  məqsədi  ilə  aparılır.  Bunun  başqa  izahı  yoxdur.  Burada  siyasi,  iqtisadi  qüvvələr  də, 
şəxsi maraqlar da var. Ancaq bütün bunlar əbəs yerədir. Çünki Azərbaycanın iradəsi və dünyada böyük nüfuzu 
var". 
Millət  vəkilinin  sözlərinə  görə,  bu  bədxahlığın  nümunəsi  "Eurovision"  mahnı  müsabiqəsində  də  özünü 
göstərib:  
"Burada da bədxahlıq elementləri müşahidə edilib, amma bunun heç bir əhəmiyyəti olmayıb və Azərbaycan 
bu  musiqi  tədbiri  ilə  bir  daha  dünyaya  özünü  yaxşı  tərəfdən  tanıdıb.  İndi  idman  sahəsində  də  Azərbaycanın 
uğurlarını bütün dünya görür. Ölkəmizin qonaq qarşılamaq mədəniyyəti dünyaya məlumdur və bu mədəniyyət 
daha  da  inkişaf  edir.  Humanist  dünya  qətiyyən  şübhə  etmir  ki,  ilk  Avropa  Oyunları  Azərbaycanda  uğurla 
keçiriləcək və özünün yeni standartlarını müəyyənləşdirəcək". 
Millət  vəkili  Rauf  Əliyev  isə  hesab  edir  ki,  ilk  Avropa  Oyunları  ilə  bağlı  bəzi  beynəlxalq  qurumların 
Azərbaycana  qarşı  apardıqları  qarayaxma  kampaniyası  paxıllıq,  gözügötürməzlikdən  irəli  gəlir.  R.  Əliyev 
bildirib ki, dünyada böhran olduğu halda Azərbaycanın inkişaf etməsi, iri beynəlxalq layihələr həyata keçirməsi
dünyada  nüfuzunun  artması  bəzi  dairələrdə  paxıllıq  hissi  yaradır:  "İlk  Avropa  Oyunlarının  da  məhz 
Azərbaycanda keçirilməsi onları narahat edir. Təəssüf ki, Azərbaycanın daxilində də bir sıra insanlar bu tədbirin 
ölkəmizdə keçirilməsini qəbul edə bilmir. Çünki onların istəyi odur ki, Azərbaycanın adı pis olsun, ölkədə heç 
bir irimiqyaslı tədbir keçirilməsin, Azərbaycanın adı yaxşı işlərdə hallanmasın". 
R.  Əliyev  də  həmkarının  dediyi  kimi  Azərbaycana  qarşı  bu  qarayaxma  kampaniyalarının  ilk  dəfə  həyata 
keçirilmədiyini bildirib: "Hər dəfə beynəlxalq tədbirlər öncəsi bu cür çirkin kampaniyanın şahidi oluruq.  
"Eurovision"  mahnı  müsabiqəsi  keçirilən  zaman  da  belə  kampaniyanın  şahidi  olduq.  Aidiyyəti  olmayan 
məsələləri  ortaya  atır  və  bundan  təzyiq  vasitəsi  kimi  istifadə  edirlər".  O,  hesab  edir  ki,  bütün  bunlar  əbəs 
yerədir:  "Azərbaycan  həmişə  olduğu  kimi,  bu  dəfə  də  bu  mühüm  tədbirə  layiqli  ev  sahibliyi  edəcək.  Qısa 
müddət  ərzində  ilk  Avropa  Oyunları  üçün  idman  infrastrukturu  yaradılıb  və  bütün  digər  işlər  yarışların 
başlanmasına qədər tamamlanacaq". 
R. Əliyev ilk Avropa Oyunlarının Azərbaycan üçün faydalarından da danışıb: "İlk növbədə, Azərbaycana bu 
Oyunları izləmək üçün minlərlə turist, o cümlədən, iş adamları, jurnalistlər gələcək. Azərbaycan bütün dünyanın 
diqqət mərkəzində olacaq ki, bu da ölkəmizin dünyada geniş təbliğinə imkan yaradacaq". 
Millət  vəkili  Sahib  Alıyev  bildirib  ki,  hazırda  5-ci  kolonun  təmsilçiləri  Bakıda  təşkil  olunacaq  Birinci 
Avropa Oyunlarının əleyhinə "Inside the Games" saytında dərc edilən yazı haqda təbliğat aparırlar:  
"Onları  ruhlandıran  məqam  həmin  yazıda  Bakıda  keçiriləcək  Birinci  Avropa  Oyunlarının  gözdən 
salınmasıdır.  
"Inside  the  Games"də  bildirilir  ki,  uyğun  şərait  yaradılmadığından  guya  bir  çox  federasiyalar  Bakıda 
keçirilən yarışlara qatılmaqdan imtina ediblər, bura gələn idmançılar isə elə də tanınmış və təcrübəli deyillər və 
sair və ilaxır. Sonra isə əsl erməni cəfəngiyyatına bənzər belə bir fikir səsləndirilir ki, ilk Avropa Oyunları sən 
demə Bakıda yox, 2018-ci ildə Qlazqo və Berlin şəhərlərində keçiriləcək. 
Lakin Avropa Olimpiya Komitələrinin prezidenti Patrik Hikkinin Bakıda keçiriləcək mötəbər idman bayramı 
ilə  bağlı  səsləndirdiyi  fikirlər  bütün  qərəzli    bəyanatları  alt-üst  edib.  Avropa  Olimpiya  Komitələrinin 
prezidentinin sözlərindən sonra yəqin artıq şərhə ehtiyac qalmır. Sadəcə, adamı təəccübləndirən budur ki, adını 
azərbaycanlı  qoyanlar  ermənilərin  sifarişilə  yazılan  bir  cızmaqaranı  nədən  belə  həvəslə  yayır  və  sürüylə 
bəyənirlər?  Ermənilərin  bizə  niyə  belə  yanaşdıqları  aydındır,  bəs  onlarda  öz  ölkələrinə  və  dövlətlərinə  nifrət 
nədən qaynaqlanır?" 
Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət aparılan kampaniyanın yerli iştirakçılarının Azərbaycana 
ermənilərdən  daha  artıq  zərbə  vurduqlarını  deyib:  "Ermənistanın  Azərbaycanın  əldə  etdiyi  uğurları  gözü 
götürməməsi  təbiidir  -  aydın  məsələdir  ki,  düşmən  ölkə  bizim  nailiyyətlərimizi  heç  vaxt  obyektiv 
qiymətləndirməz.  Bu  ölkə  işğalçıdır,  düşməndir  və    ondan  özümüzə  yönəlik  normal  münasibət  gözləmək 
sadəlövhlük  olardı.  Amma  bəzi  azərbaycanlıların  -  onların  arasında  siyasi  iddialılar  da  az  deyil  -  ermənilər 
qədər, hətta onlardan daha çox Azərbaycanı qaralamağa, gözdən salmağa istiqamətlənmiş məqsədli fəaliyyətləri 
məni  çox  narahat  edir.  Azərbaycan  mediasında  aparıcı  jurnalistika  ilə  məşğul  olduqlarını  iddia  edən  bəzi 
adamların  bu  məsələdə  ermənilərdən  daha  artıq  ermənilik  etmələri  məndə  yumşaq  desək,  məyusluq  yaradır. 
Azərbaycanın  uğurları  sadəcə  hakimiyyətin  deyil,  bütövlükdə  dünyadakı  əlli  milyonluq  Azərbaycan  xalqının, 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
273 
 
ümumilikdə  isə  türk  dünyasının  uğurlarıdır.  Bu  uğurlara  isə  yalnız  ermənilər  başda  olmaqla  bizim 
düşmənlərimiz,  onlara  rəvac  verənlər  sevinməyə  bilərlər.  Lakin  biz  görürük  ki,  Azərbaycanda  oturub  siyasi 
müxalifətçilik edən, alternativ jurnalistika ilə məşğul olan bəzi həmkarlarımız da ölkəmizi ermənilərdən daha 
çox baltalayırlar". 
A.  Həsrət  əlavə  edib  ki,  guya  Avropa  Oyunları  əhəmiyyətsiz  və  yalandan  ibarətdir,  guya  Bakıda  təşkil 
olunacaq Avropa Oyunları  gerçək deyil, həmin oyunlar başqa ölkələrdə keçiriləcək və digər cəfəng iddialarla 
çıxış edirlər. Onun sözlərinə görə, belə yalan informasiyaları dövriyyəyə buraxanlar Azərbaycana ermənilərdən 
daha  artıq  zərbə  vururlar:  "Yəni  bu  adamların  xisləti  o  qədər  zaydır  ki,  özləri  o  dərəcədə  yaramazdırlar  ki, 
Azərbaycanı hər addımda ermənilərdən on qat artıq səylə baltalamaqla məşğuldurlar.  
Açığı,  bu  adamlara  söz  tapıb  demək  də  mümkün  deyil.  Əgər  ölkəmiz  hansısa  uğura  imza  atırsa,  bundan 
yalnız hakimiyyətmi faydalanır,  bu, Azərbaycanın uğuru deyilmi? Əgər onlar Azərbaycanda siyasi iddia irəli 
sürürlərsə,  bu  uğurlara  sevinmək  əvəzinə,  ölkəmizi  baltalayarsınız?  Onlar  açıq  şəkildə  anti-Azərbaycan 
mövqeyindən çıxış edirlər və  mənim kimi düşünən insanlar da sadəcə onları qınamaqla qalmırıq. Fikrimcə, o 
adamların ağzı lazımi qaydada yumulmalıdır ki, onlar bir daha həyasız və ədəbsiz ifadələrlə Azərbaycana qarşı 
fəaliyyət  aparmasınlar.  Bunlar  ermənidən  betər  erməni,  düşməndən  artıq  düşməndirlər  və  ona  görə  də  həmin 
adamlara münasibət adekvat olmalıdır". 
 
“525-ci qəzet”.-2015.-31 mart.-№ 54.-S.3. 
 
 
 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
274 
 
Bakı-2015: Avropa Oyunlarının məşəlinin yandırılacağı tarix dəqiqləşib 
 
 İyunun  12-dək  28-dək  Bakıda  keçiriləcək  I  Avropa  Oyunlarının  məşəlinin  alovlandırılacağı  tarix 
dəqiqləşib. 
 
Apasport.az saytının məlumatına görə, gənclər və idman naziri Azad Rəhimov jurnalistlərə açıqlamasında bu 
tarixi hadisənin aprelin 26-da yaşanacağını deyib. 
O  bildirib  ki,  məşəl  yandırıldıqdan  sonra  Azərbaycanın  region  və  şəhərlərini  gəzəcək.  Məşəli  ölkəmizin 
ərazisində  tanınmış  şəxsiyyətlər  və  idmançılar  bir-birinə  təhvil  verəcəklər.  Aprelin  26-da  yandırılacaq  məşəl 
iyunun 11-də yenidən paytaxta qaytarılacaq. 
Qeyd edək ki, məşəlin 51 şəhərimizdə olması nəzərdə tutulub. 
 
“Xalq qəzeti”.-2015.-1 aprel.-N 66.-S.5. 
 
 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
275 
 
Aprelin 3-ü “Bakı-2015” ilk Avropa Oyunları könüllülər proqramı üçün son müraciət tarixidir 
 
“Bakı-2015” ilk Avropa Oyunları Əməliyyat Komitəsi “Alovqoruyanlar” könüllülər proqramının iştirakçısı 
olmaq istəyənlər üçün son müraciət tarixinin aprelin 3-ü olduğunu elan edib. 
AZƏRTAC  xəbər  verir  ki,  minlərlə  gənc,  eyni  zamanda,  yerli  və  xarici  namizədlər  bu  fürsətdən  istifadə 
edərək “Bakı-2015”də müxtəlif sahələrdə könüllü kimi fəaliyyət göstərə biləcəklər. 
“Bakı-2015”  “Alovqoruyanlar”  könüllülər  proqramına  rəsmi  olaraq  ötən  il  iyunun  12-də  start  verilib.  Bu 
müddətdə  iştirak  üçün  30  mindən  çox  müraciət  daxil  olub.  Hər  həftə  işə  qəbul  mərkəzində  müraciət  edən 
yüzlərlə  namizədlə  müsahibələr  aparılır.  Könüllü  olmaq  istəyənlərlə  müsahibələr  aprelin  sonunadək  davam 
etdiriləcək. Lakin namizəd olmaq istəyənlər aprelin 3-dək müraciət formalarını göndərməlidirlər. 
Oyunlar ərzində “Alovqoruyanlar" əsas rolları icra edəcək, idmançılara və yüksək vəzifəli şəxslərə köməklik 
göstərəcək, idman yarışlarında çalışacaq, tamaşaçılara və yaxud media nümayəndələrinə yardım edəcəklər. 
Gənclər və idman naziri Azad Rəhimov bu barədə deyib ki, Avropa Oyunlarının könüllü proqramı gənclərin 
“Bakı-2015”ə  qoşulması  və  beynəlxalq  arenada  ölkəmizi  dəstəkləməsi  üçün  gözəl  imkan  yaradır.  Bütün 
“Alovqoruyanlar”ımız  Azərbaycanda  çoxnövlü  idman  yarışı  çərçivəsində  daimi  irs  qoyan  proqram  sayəsində 
ölkəmizin tarixindəki bu möhtəşəm anı paylaşacaq və şəxsi karyeraları üçün çox mühüm təcrübə qazanacaqlar. 
Azərbaycan Gənclər Fondunun icraçı direktoru və “Bakı-2015” Təşkilat Komitəsinin üzvü Fərhad Hacıyev 
deyib: “Alovqoruyanlar” Oyunların qazanacağı uğurun mərkəzində dayanırlar. Onların iştirakı böyük əhəmiyyət 
kəsb  edir.  Çünki  Avropa Oyunları  kimi  genişmiqyaslı bir  tədbir  könüllülərin  dəstəyi olmadan  keçirilə  bilməz. 
“Alovqoruyanlar” rolunda könüllü kimi çalışmaq Avropa Oyunları ruhunun bir hissəsinə çevrilmək üçün yaxşı 
fürsətdir.  Avropa  Oyunları  bizə  azərbaycanlı  gənclərin  xalqın  gələcəyinin  formalaşmasına  cəlb  olunmasını 
göstərməyə,  eyni  zamanda,  gənclərin  bacarığını,  peşəkarlığını,  işgüzarlığını  və  bir-biri  ilə  dostluq  əlaqələrini 
inkişaf etdirməyə imkan verəcək”. 
“Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin işçi qüvvəsi və akkreditasiya direktoru xanım Şeron 
MakMaykl könüllü proqramı üçün bu günədək daxil olan müraciətlərdən məmnun qaldıqlarını vurğulayıb. Həm 
Azərbaycan, həm də Avropa Oyunları üçün möhtəşəm uğur hekayəsinə çevriləcək proqramın bir hissəsi olmaq 
istəyənləri  aprelin  3-dək  müraciət  etməyə  çağırırıq.  Könüllülərin  icra  edəcəkləri  əksər  rollar  üçün  təcrübənin 
olmasına ehtiyac yoxdur. Biz mehriban, səmimi, idmana həvəsi olan və Avropa Oyunlarının uğurlu keçməsini 
istəyən şəxslərin axtarışındayıq”. 
Avropa  Oyunları  kimi  çoxnövlü  idman  yarışlarında  çalışacaq  “Alovqoruyanlar”  təlimlərdə  iştirak  etmək, 
“Bakı-2015”  uniformalarını  ödənişsiz  əldə  etmək,  obyektlərə  ictimai  nəqliyyatla  ödənişsiz  getmək,  qida  və 
Oyunların könüllü proqramının rəsmi tərəfdaşı olan “Nar Mobile” şirkəti tərəfindən nömrələrlə təmin edilmək 
kimi fürsətlərdən yararlanacaqlar. 
Avropanın ilk dəfə keçiriləcək ən böyük idman yarışında çalışacaq bütün könüllülər aşağıdakı link vasitəsilə 
qeydiyyatdan keçə bilərlər: http://az.baku2015.com/join-us/article/muraciət-qaydalari-26214.html.  
 
Azərbaycan”.-2015.-2 aprel.-N 57.-S.3. 
 
   
 
 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
276 
 
Yüklə 3,29 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin