Iv fəSİl I avropa Oyunları 2015



Yüklə 3,29 Mb.
Pdf görüntüsü
səhifə36/41
tarix06.09.2017
ölçüsü3,29 Mb.
#29142
1   ...   33   34   35   36   37   38   39   40   41

Maqsud Dadaşov 
AZƏRTAC-ın xüsusi müxbiri 
Roma 
 
4 mart 2015-ci il
 
 
 
 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
244 
 
“Bakı-2015” birinci Avropa Oyunlarının medalları ictimaiyyətə təqdim olunub 
 
“Bakı-2015”  ilk  Avropa  Oyunlarının  başlanmasına  100  gün  qalır.  Bununla  bağlı  martın  4-də 
“Fairmont  Baku”  hotelində  təşkil  edilən  tədbirdə  birinci  Avropa  Oyunlarının  medalları  ictimaiyyətə 
təqdim olunub. 
 
Avropa  Oyunlarının  idman  və  ulduz  elçilərinin  qatıldığı  tədbirdə  əvvəlcə  Azərbaycan  idmançılarının 
Olimpiya Oyunlarındakı çıxışından bəhs edən videoçarx nümayiş etdirilib. 
“Bakı-2015”  Avropa  Oyunlarının  əməliyyatlar  üzrə  baş  icraçı  direktoru  Saymon  Kleq  mötəbər  yarışa 
hazırlığın yüksək səviyyədə aparıldığını bildirib. Qeyd edib ki, Avropa Oyunlarının biletləri aprelin əvvəlində 
satışa çıxarılacaq. “Bakı-2015”in açılış mərasimi üçün biletlər 20-200, bağlanış mərasimi üçün isə 10-100 manat 
olacaq. Heydər Əliyev adına İdman Arenasına və Milli Gimnastika Arenasına biletlərin qiyməti 2 manat təşkil 
edəcək. Digər idman obyektlərində təşkil olunacaq yarışların seçim mərhələsi üçün biletlər 2-3, final mərhələsi 
üçün isə 5 manata satılacaq. 
On altı yaşdan aşağı uşaqların Avropa Oyunlarına pulsuz izləyəcəyini bildirən Saymon Kleq, “Bakı-2015”ə 
biletlərin şəxsiyyət vəsiqəsi ilə satılacağını diqqətə çatdırıb. 
Azərbaycan  Milli  Olimpiya  Komitəsinin  beynəlxalq əlaqələr idarəsinin  rəisi Könül  Nurullayeva  ölkəmizdə 
Olimpiya  hərəkatının  inkişafından  və  idmançılarımızın  beynəlxalq  arenada  qazandığı  nailiyyətlərdən  danışıb. 
Bildirib ki, Azərbaycanı Avropa Oyunlarında 500 nəfərlik heyət təmsil edəcək. Bunlardan 295-i idmançı, 155-i 
isə texniki heyətdir. İdmançılardan 166-sı kişi, 129-u isə qadındır. 
Avropa  Oyunlarının  önəmindən  danışan  K.Nurullayeva  yerli  idmançılarımızın  “Bakı-2015”ə  ciddi 
hazırlaşdıqlarını vurğulayıb. 
Sonra Avropa Oyunlarının medalları nümayiş olunub. “Bakı-2015” brendinə uyğun şəkildə hazırlanmış və 
üzərində dekorativ təsvirlər əks olunan medallar 380 qramlıqdır. Medallarn tərtibatı “Soçi-2014” Qış Olimpiya 
və Paralimpiya Oyunlarının medallarını  hazırlamış məşhur zərgərlik brendi “Adamas” ilə azərbaycanlı rəssam 
Nərgiz Hüseynovaya məxsusdur. Medallar “Azərsuvenir” şirkəti tərəfindən Azərbaycanda istehsal ediləcək. 
Könüllülərin  Avropa  Oyunlarının  başlanmasına  100  gün  qalması  münasibətilə  hazırladıqları  fləşmob 
nümayiş etdirildikdən sonra jurnalistlərin sualları cavablandırılıb. 
Qeyd  edək  ki,  bu  il  iyunun  12-dən  28-dək  Azərbaycanın  ev  sahibliyi  edəcəyi  birinci  Avropa  Oyunlarının 
proqramına  20  idman  növü  daxil  olunub.  Avropadan  6  mindən  çox  idmançı  17  gün  ərzində  yarışların 
mükafatları uğrunda mübarizə aparacaq. 
 
“Xalq qəzeti”.-2015.-5 mart.-N 51.-S.3. 
 
 
 
 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
245 
 
Əli Həsənov: Bəzi dairələr l Avropa Oyunlarını Azərbaycana qarşı aparılan “qara piar”ın baş 
mövzusuna çevirməyə çalışırlar 
 
Avropa  Olimpiya  Komitəsi  Azərbaycanda  l  Avropa  Oyunlarının  keçirilməsi  ilə  bağlı  qərar  qəbul 
etdikdən  sonra  ötən  dövr  ərzində  Təşkilat  Komitəsi  bu  mühüm  beynəlxalq  idman  tədbirinin  yüksək 
səviyyədə təşkili üçün mühüm işlər görüb. 
 
Yeni  idman  qurğularının  tikintisi,  mövcud  olan  qurğuların  yenidən  bərpa  olunması,  sosial  və  nəqliyyat 
infrastrukturunun  dünyadakı  qabaqcıl  standartlara  uyğun  təkmilləşdirilməsi,  qonaqların  yerləşdirilməsi, 
təhlükəsizlik  və  digər  bu  kimi  məsələlər  uğurla  həll  olunur  və  artıq  başa  çatmaq  üzrədir.  Avropa  Olimpiya 
Komitəsi öz açıqlamalarında görülən işləri yüksək qiymətləndirib. Bütün bunlar əminliklə deməyə əsas verir ki, 
Azərbaycanda keçiriləcək l Avropa Oyunları öz möhtəşəmliyi ilə yaddaşlarda qalacaq. 
Bu  fikirləri  Azərbaycan  Respublikası  Prezidentinin  ictimai-siyasi  məsələlər  üzrə  köməkçisi,  Prezident 
Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov AZƏRTAC-a müsahibəsində bildirib. 
Əli  Həsənov  deyib:  “Təəssüf  ki,  Azərbaycanın  iqtisadi,  sosial,  siyasi,  humanitar  və  digər  sahələrdə  əldə 
etdiyi uğurları davamlı şəkildə gözdən salmağa çalışan bəzi yerli qruplar və xarici dairələr bu fürsəti də əldən 
vermək  istəmir  və  l  Avropa  Oyunlarını  ölkəmizə  qarşı  həyata  keçirilən  “qara  piar”  kampaniyasının  baş 
mövzusuna  çevirməyə  çalışırlar.  “Amnesty  International”  təşkilatının  l  Avropa  Oyunlarını  boykot  çağırışı, 
oyunlara hazırlıqla bağlı həyata keçirilən tədbirlər haqqında dezinformasiyaların dövriyyəyə buraxılması, xarici 
KİV-də  sifarişlə  yerləşdirilən  qərəzli,  qeyri-obyektiv  materiallar  və  digər  məsələlər  bu  cəhdlərin  bariz 
nümunələridir”.  
Prezidentin  köməkçisinin  sözlərinə  görə,  təsadüfi  deyil  ki,  “Azadlıq”  radiosu  başda  olmaqla  bəzi  maraqlı 
qüvvələr sosial şəbəkələrdə guya Azərbaycanda Avropa Oyunları ilə əlaqədar heyvanlarla qəddar davranıldığını 
əks  etdirən  video  yayır  və  paylaşırlar:  “Halbuki  həmin  videoda  hadisənin  məhz  Azərbaycanda  baş  verdiyini 
təsdiq edən heç bir dəlil yoxdur. Bu da bir daha sübut edir ki, bu kimi “faktları” ortaya atanlar Avropa Oyunları 
ərəfəsində  Azərbaycanın  imicini  ləkələməyə  və  mühüm  beynəlxalq  idman  tədbirinə  qarşı  açıq  təxribat 
törətməyə çalışırlar. 
Biz  belə  təxribatlarla  əvvəllər  də,  2012-ci  ildə  “Eurovision”  mahnı  müsabiqəsi  keçiriləndə  də  rastlaşmışıq. 
Həmin dövrdə beynəlxalq ictimaiyyət əmin oldu ki, bütün bunlar Azərbaycana təzyiq göstərmək, onun müstəqil 
siyasətinə öz iradəsini qəbul etdirmək istəyən qüvvələrin qurduğu məkrli oyundan başqa bir şey deyil. Əminik 
ki, Azərbaycanı gözdən salmaq üçün istifadə olunan bu tipli primitiv, ucuz metodlar heç bir nəticə verməyəcək 
və nə qədər gec deyil, həmin qüvvələri məkrli niyyətlərindən geri çəkilməyə dəvət edirik”. 
 
“Xalq qəzeti”.-2015.-5 mart.-N 51.-S.4. 
 
 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
246 
 
Azərbaycan Prezidenti İlham Əliyev Bakı Atıcılıq Mərkəzinin açılışında iştirak edib  
(9 mart 2015-ci il) 
 
Bakı, 9 mart, AZƏRTAC. 
Martın  9-da Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev,  xanımı,  birinci  Avropa  Oyunları 
Təşkilat  Komitəsinin  sədri  Mehriban  Əliyeva  və  ailə  üzvləri  paytaxtın  Biləcəri  qəsəbəsində Bakı  Atıcılıq 
Mərkəzinin açılışında iştirak ediblər. 
Gənclər  və  idman  naziri  Azad  Rəhimov  dövlətimizin  başçısına  Mərkəz  haqqında  məlumat 
verdi. Bildirildi ki, bu Mərkəz idmanın güllə və stend atıcılığı növləri üzrə yarışların və məşqlərin keçirilməsi 
üçün  nəzərdə  tutulub.  Burada  yarışların  yüksək  səviyyədə  təşkil  olunması  üçün  hər  cür  şərait  yaradılıb. 
Mərkəzin funksional zonalarının sahəsi 123 min kvadratmetrdən artıqdır. 
Prezident İlham Əliyev Mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi. 
Məlumat  verildi  ki,  Bakı  Atıcılıq  Mərkəzinin  baş  planına  əsasən  ərazidə  inşa  edilən  bina  və  qurğuların 
hamısı  Beynəlxalq  Atıcılıq  Federasiyasının  tələblərinə  cavab  verir.  Bu  idman  obyektinin  ərazisi 
genişləndirilərək 19,6 hektara çatdırılıb. Burada geniş quruculuq işləri aparılıb, yaşıllıq zolaqları salınıb,  ətraf 
abadlaşdırılıb. Mərkəzin  güllə  atıcılığı  binası  müasir  səviyyədədir.  Binada  müxtəlif  funksional  sahələr,  o 
cümlədən kafe, VİP gözləmə və istirahət, idarəetmə, tədris, dopinq yoxlama, silahsaxlama, həmçinin təchizat-
xidmət otaqları, 55 yerlik 2 konfrans və mətbuat zalı, tibb məntəqəsi, fitnes zal var. Güllə atıcılığı sahəsində 10, 
25,  50  və  300  metr  məsafəyə  güllə  atıcılığı  üzrə  yarışlar  keçiriləcək.  Güllə  atıcılığı  zallarında  atış  nəticələrini 
avtomatik  qeydə  alan,  xalları  hesablayıb  monitorlara  və  idarəetmə  mərkəzinə  ötürən “Sius  Ascor” 
markalı (İsveçrə) müasir elektron sistemləri və avadanlıqları quraşdırılıb. On metrlik məsafəyə qapalı atış tirində 
80  idmançının  eyni  vaxtda  yarışmasına  imkan  verən  atış  xətti  quraşdırılıb.  İyirmi  beş  metrlik  məsafəyə 
yarımqapalı  atış  tirində  50  idmançı  eyni  vaxtda  yarışa  bilər.  Burada  346  oturacaq  quraşdırılıb.  Əlli  metrlik 
məsafəyə  yarımqapalı  atış tirinin  xətti  isə  eyni  vaxtda  80  idmançıya  bacarığını  sınamağa  imkan  verir.  Üç  yüz 
metrlik məsafəyə yarımqapalı atış tirində də idmançıların yüksək səviyyədə yarışmaları üçün hərtərəfli imkanlar 
var. Burada eyni vaxtda 40 idmançı yarışa biləcək. Final yarışlarının keçirilməsi üçün nəzərdə tutulan 10, 25 və 
50 metr məsafəyə atış üzrə qapalı tirlərdə eyni vaxtda 15 idmançı mübarizə aparacaq. Güllə atıcılığı binasında 
Beynəlxalq  Atıcılıq  Federasiyasının  tələblərinə  uyğun  olaraq  qurulan  zalların  hər  birində  idmançılara, 
hakimlərə,  məşqçilərə  xidmət  edəcək  xüsusi otaqlar  yaradılıb.  Binanın  ikinci  mərtəbəsində  atıcılıq  zallarının 
nəzarət otaqları və baxış eyvanı, təlim-tədris, məşqçi, iclas otaqları və digər inzibati-texniki otaqlar yaradılıb. 
Stend  atıcılığı  sahəsində  idmanın  dairəvi  və  səngər  stend  atıcılığı  növü  üzrə  yarışlar  və  məşqlər 
keçiriləcək. Burada biri final yarışları üçün nəzərdə tutulmaqla 5 atış meydançası inşa edilib. Bu meydançalarda 
səngər atış hərəkətləri üçün 75 hədəftullayıcı avadanlıq quraşdırılıb. Dairəvi atış hərəkətləri üçün inşa edilmiş 5 
qüllədə isə 10 hədəftullayıcı avadanlıq var. İtaliyanın “Mattarelli” markalı hədəftullayıcıları Beynəlxalq Atıcılıq 
Federasiyasının tələblərinə cavab verən avadanlıqlardır. 
Mərkəzdə idmançıların və məşqçilərin, həmçinin qonaqların qalmaları üçün mehmanxana binası da inşa 
edilib.  Dörd  mərtəbə  və  terrasdan ibarət  binada  qonaqların  istirahəti  üçün  yüksək  şərait  yaradılıb.  Binada, 
həmçinin inzibati otaqlar da fəaliyyət göstərir.   
Müasir  idman  infrastrukturuna  malik  Azərbaycan,  eyni  zamanda,  beynəlxalq  yarışları  keçirmək 
təcrübəsinə də malikdir. Birinci Avropa Oyunlarına hazırlıqla bağlı işlər yüksək səviyyədə həyata keçirilir. Bakı 
Atıcılıq  Mərkəzinin istifadəyə  verilməsi də  görülən  tədbirlərin  mühüm  tərkib  hissəsidir.  Onu  da  deyək  ki,  bu 
mərkəz Avropada ən böyük atıcılıq komplekslərindən biridir. Mərkəzdə 495 avtomobil yerlik yerüstü, həmçinin 
26 avtomobil yerlik VİP dayanacaqlar da inşa edilib. Burada içməli və yanğına qarşı su anbarları, qazanxana və 
nasosxana, transformator və generator məntəqələri var. Bu idman obyekti ayrıca qaz, su, kanalizasiya, elektrik, 
rabitə,  yüksəksürətli  internet  xətləri  ilə  təchiz  edilib.  Obyektdə  havalandırma,  yanğın  xəbərverici  və 
yanğınsöndürmə, işıqlandırma sistemləri, təhlükəsizlik kameraları quraşdırılıb. 
Beləliklə, belə müasir idman kompleksinin istifadəyə verilməsi “Bakı-2015” ilk Avropa Oyunları zamanı 
bu  idman  növləri  üzrə  də  yarışların  yüksək  səviyyədə  keçirilməsinə  imkan  yaradacaq.  Belə  müasir  idman 
qurğularının istifadəyə verilməsi, mövcud komplekslərin ən yüksək səviyyədə yenidən qurulması və yeni idman 
obyektlərinin  inşası  bir  daha  sübut  edir  ki,  Prezident  İlham  Əliyevin  rəhbərliyi  ilə  Azərbaycanda  başlanılan 
bütün layihələr uğurla, həm də vaxtında icra olunur. Müasir idman qurğularının yalnız  Bakıda deyil, eləcə də 
regionlarda  inşası  isə  ölkəmizdə  gənclərin  idmana  marağının  artırılması  və  idmanın  kütləviliyinin  təmin 
edilməsi  istiqamətində  atılan  addımların  ardıcıl  xarakter  aldığını  nümayiş  etdirir.  Bu  cür  layihələrin 
reallaşdırılması, eyni zamanda, gənc nəslin həm fiziki, həm də mənəvi cəhətdən sağlam yetişməsində də mühüm 
rol oynayır. 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
247 
 
 
AZƏRTAC 
9 mart 2015-ci il 
 
 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
248 
 
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Rusiya Prezidentinin köməkçisi
Olimpiya Komitəsinin vitse-prezidenti ilə görüşü olub 
 
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, “Bakı-2015” ilk Avropa Oyunları 
Təşkilat  Komitəsinin  sədri  Mehriban  Əliyevanın  martın  9-da  Rusiya  Federasiyası  Prezidentinin 
köməkçisi, Rusiya Federasiyası Olimpiya Komitəsinin vitse-prezidenti İqor Levitin ilə görüşü olub. 
 
Görüşdə  bu  ilin  iyununda  Bakıda  keçiriləcək  ilk  Avropa  Oyunlarına  hazırlıq  məsələləri  müzakirə  edilib. 
Qonaq  Azərbaycanın  belə  bir  möhtəşəm  tədbirə  yüksək  səviyyədə  ev  sahibliyi  edəcəyinə  əminliyini  bildirib. 
Rusiya  idmançılarının  birinci  Avropa  Oyunlarına  ciddi  hazırlaşdıqlarını  qeyd  edən  İqor  Levitin  ölkəsinin  bu 
tədbirdə 300-ə yaxın idmançı ilə təmsil olunacağını deyib. 
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva birinci Avropa Oyunlarına hazırlıq istiqamətində qısa 
müddət  ərzində  böyük  işlər  görüldüyünü,  paytaxtımızın  belə  möhtəşəm  idman  bayramına  ev  sahibliyi 
etməsindən məmnunluğunu bildirib. 
Son  illər  Azərbaycanda  idmanın  inkişafı  sahəsində  görülən  işlərdən,  idmançılarımızın  Avropa  və  dünya 
çempionatlarında qazandıqları nailiyyətlərdən söz açan Mehriban Əliyeva qarşıdakı birinci Avropa Oyunlarında 
iştirak  edəcək  hər  bir  kəsə  uğurlar  arzulayıb.  Bu  ərəfədə  Avropanın  bir  sıra  şəhərlərində  “Bakı-2015”in 
təqdimatlarının  keçirildiyini  bildirən  Heydər  Əliyev  Fondunun  prezidenti  hamının  Azərbaycanın  paytaxtında 
təşkil olunacaq yarışlardan böyük zövq alacağına əminliyini ifadə edib. 
 
“Azərbaycan”.-2015.-11 mart.-N 55.-S.2. 
 
 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
249 
 
Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsi ilə Azərbaycan Güləş Federasiyası arasında 
anlaşma memorandumu imzalanıb 
 
Martın  10-da  “Bakı-2015”  Avropa  Oyunları  Əməliyyat  Komitəsi  (BEGOC)  ilə  Azərbaycan  Güləş 
Federasiyası (AGF) arasında anlaşma memorandumu imzalanıb. 
BEGOC-un  ofisində  təşkil  olunan  tədbirdə  əvvəlcə  idmançılarımızın  beynəlxalq  yarışlarda  çıxışından  bəhs 
edən videoçarx nümayiş olunub. 
AGF-nin  birinci  vitse-prezidenti  Namiq  Əliyev  memorandumun  aprelin  16-19-da  Heydər  Əliyev  adına 
İdman  Arenasında  təşkil  olunacaq  yeniyetmələr  və  gənclər  arasında  federasiya  kubokunun  keçirilməsi  üçün 
imzalandığını  diqqətə  çatdırıb.  Bildirib  ki,  Avropa  Oyunlarına  test  xarakteri  daşıyacaq  yarışda  450-dən  artıq 
güləşçinin birincilik uğrunda mübarizə aparması nəzərdə tutulub. 
Vitse-prezident qeyd edib ki, turnir Dünya Güləş Birliyinin mövcud qaydaları əsasında keçiriləcək və yarışda 
beynəlxalq  qurum  tərəfindən  döşəklərə  edilən  rəng  dəyişikliyi  tətbiq  olunacaq.  Həmçinin  yarışın 
mükafatlandırma mərasimi “Bakı-2015”də olduğu kimi təşkil olunacaq. 
Namiq  Əliyev  deyib:  “Azərbaycanın  Avropa  Oyunlarına  ev  sahibliyi  etməsi  təkcə  qitənin  deyil,  bütün 
dünyanın diqqətini ölkəmizə cəlb edəcək. Avropanın ən güclü idmançılarının mübarizə aparacağı “Bakı-2015” 
özündən sonra dünya idman tarixində yeni iz buraxacaq”. 
Test  yarışlarının  keçirilməsinin  əhəmiyyətindən  danışan  BEGOC-un  korporativ  direktoru  Elçin  Səfərov 
güləş  üzrə  hazırlıq  turnirinin  xüsusi  əhəmiyyət  kəsb  etdiyini  diqqətə  çatdırıb.  Elçin  Səfərov  vurğulayıb  ki, 
“Bakı-2015”  zamanı  güləş  yarışlarına  ev  sahibliyi  edəcək  Heydər  Əliyev  adına İdman  Arenası  yenidənqurma 
işlərindən  sonra  istifadəyə  verilib.  Əminəm  ki,  beynəlxalq  standartlara  cavab  verən  bu  idman  obyektində 
yarışlar yüksək səviyyədə təşkil olunacaq. 
Sonra anlaşma memorandumu imzalanıb, jurnalistlərin sualları cavablandırılıb. 
 
“Azərbaycan”.-2015.-11 mart.-N 54.-S.4. 
 
 
 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
250 
 
“Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsi AzTV ilə saziş imzalayıb 
 
Martın 11-də “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsi ilə Azərbaycan Televiziya və Radio 
Verilişləri Qapalı Səhmdar Cəmiyyəti (AzTV) arasında yayım sazişi imzalanıb. 
 
Sazişə əsasən “Bakı-2015” yarışları 17 gün boyunca həm AzTV, həm də AzTV Sport (İdman Azərbaycan) 
kanallarında  nümayiş  olunacaq.  O  cümlədən,  mümkün  qədər  çox  canlı  yarışlar,  möhtəşəm  açılış  və  bağlanış 
mərasimləri və ölkə boyunca məşəlin ötürülməsi turu nümayiş etdiriləcək. 
Tədbirdə çıxış edən gənclər və idman naziri, “Bakı-2015”in baş icraçı direktoru Azad Rəhimov ilk Avropa 
Oyunlarının Azərbaycanın tarixində mühüm məqam olacağını söyləyib. AzTV-nin Azərbaycan xalqı üçün milli 
televiziya  və  radio  kanalı  olduğunu  qeyd  edən  nazir  bildirib  ki,  bütün  ölkəmizin  bu  tədbirin  keçirilməsini  və 
idmançılarımızı dəstəkləyəcəyi çox sevindirici məqamdır.  
 
Xalq qəzeti”.-2015.-12 mart.-N 56.-S.5. 
 
 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
251 
 
Birinci Avropa Oyunlarında Fransanı 250 idmançı təmsil edəcək 
 
Fransa idmançıları Bakıda keçiriləcək birinci Avropa Oyunlarına ciddi hazırlaşırlar. Bu mötəbər yarışda 
Fransanı 250 idmançı təmsil edəcək. Onların 12-si güləşçidir. 
Bu barədə Fransa Güləş Federasiyasının texniki məsələlər üzrə direktoru Mişel Lafon AZƏRTAC-ın xüsusi 
müxbirinə müsahibəsində məlumat verib. 
M.Lafon deyib: “Komandamızın heyətində artıq çempion tituluna layiq görülmüş idmançımız Avropa 
Oyunlarında ölkəmizin idman şərəfini qoruyacaq. 2014-cü ildə Özbəkistanın paytaxtı Daşkənddə keçirilmiş 
dünya çempionatının qalibi Melonin Numonviyə böyük ümid bəsləyirik”. 
M.Lafon vurğulayıb ki, “Bakı-2015” ilk Avropa Oyunlarının Şərqlə Qərb arasında körpü rolunu oynayan 
Azərbaycan kimi inkişaf edən bir ölkədə keçirilməsi mühüm hadisədir. Ümumiyyətlə, Avropa Oyunları kimi 
yarışlar ölkələr və xalqlar arasında dostluq əlaqələrinin möhkəmlənməsində mühüm rol oynayır. 
 
Əsgər ƏLİYEV, 
AZƏRTAC-ın xüsusi müxbiri 
Paris 
 
“Azərbaycan”.-2015.-13 mart.-N 57.-S.10. 
 
 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
252 
 
Avropa Oyunları həm humanitar, həm də infrastruktur baxımından Azərbaycanda  
böyük irs qoyacaq 
 
Mirkazım KAZIMOV, 
 Milli Məclisin deputatı, 
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü 
 
Bir neçə aydan sonra Azərbaycan daha bir mötəbər tədbirə-I Avropa Oyunlarına ev sahibliyi edəcək. 
Bakıda  keçiriləcək  birinci  Avropa  Oyunları  Təşkilat  Komitəsinin  sədri,  Heydər  Əliyev  Fondunun 
prezidenti  Mehriban  xanım    Əliyevanın  rəhbərliyi  altında  görülən  işlər,  oyunlara    hazırlıq  prosesini 
yüksək səviyyəyə çatdırıb. 
 
Avropanın  49  ölkəsindən  6000-dən  çox  idmançının  20  idman  növündə  mübarizə  aparacağı  I  Avropa 
Oyunlarının  Budapeşt  və  Roma    şəhərlərində  keçirilən    təqdimat  mərasimlərində  iştirak  edən  diplomatik 
korpusun  nümayəndələri,  dövlət  məmurları,  parlament  üzvləri  və  dünyanın  aparıcı  kütləvi  informasiya 
vasitələrinin  nümayəndələri    hazırlıq  işlərinin  gedişindən  məmnunluqla  danışmış  və  bu  mühüm  əhəmiyyətli 
tədbirin  də  uğurla  başa  çatacağına  əminliklərini  ifadə  etmişlər.  Təqdimat  mərasimlərində  ölkəmizin 
mədəniyyətini,  qədim  tarixini,    adət-ənənələrini,  I  Avropa  Oyunlarına  hazırlıq  çərçivəsində  görülən  işləri 
özündə əks etdirən videoçarxların  nümayiş etdirilməsi Azərbaycan haqqında daha geniş təəssürat yaratmışdır. 
Mərasim  iştirakçıları  eyni  zamanda,  Azərbaycanın  müxtəlif  sahələrini  əks  etdirən  sərgi  ilə  tanış  olmuş, 
qonaqlara milli mətbəximizdən yeməklər təqdim edilmişdir. Sərgi çərçivəsində qonaqlara I Avropa Oyunları ilə 
bağlı bukletlər, suvenirlər və jurnallar da paylanılmışdır. Bütün bunlar Avropa Oyunları Təşkilat Komitəsinin 
yüksək qiymətə layiq olan tədbirlər silsiləsidir. 
İlk Avropa Oyunlarının Bakıda keçirilməsi böyük tarixi hadisədir. Çünki Avropa Oyunları birinci dəfədir ki, 
keçirilir.  Olimpiya  Oyunlarının  Avropa  qitəsində  yaranmasına  baxmayaraq,  hələ  bu  günə  qədər  Avropa 
Oyunları  keçirilməmişdir.  İlk  oyunların  Bakıda  keçirilməsi,  təbii  ki,  böyük  nailiyyətdir  və  bu  da  Avropanın, 
eləcə də beynəlxalq birliyin ölkəmizə olan inam və etimadının nəticəsidir. 
I Avropa Oyunlarının Azərbaycanda keçirilməsi barədə tarixi qərarın qəbul edilməsi təsadüfi deyildir. Belə 
bir  əhəmiyyətli  qərarın  qəbul  edilməsində,  ilk  növbədə,  ölkəmizin  dünya  birliyindəki  nüfuzu,  getdikcə  artan 
reytinqi və əlaqələrinin genişlənməsi həlledici rol oynamışdır. Son illər ərzində Azərbaycan dünya miqyasında 
sürətlə  inkişaf edən, demokratik prinsiplərə xüsusi önəm verən, insan hüquq və azadlıqlarının müdafiəsini daim 
diqqət mərkəzində saxlayan, müasir, güclü ölkə kimi özünü təqdim edə bilmişdir. Müstəqilliyimizin  cəmi 24 il 
tarixi  olsa  da,  postsovet  ölkələri  və    Avropanın  bir  sıra  dövlətləri  ilə  müqayisədə  xeyli  irəliyə  getmişik. 
Azərbaycan  dünya  miqyasında  çox  etibarlı  tərəfdaş  və  etibarlı  dost  kimi  tanınır.  Respublikamızın  beynəlxalq 
nüfuzunun  yüksək  səviyyədə  olmasını  BMT  Təhlükəsizlik  Şurasına  üzv  seçilməyimiz,  bu  quruma  iki  dəfə,  
həmçinin,  Avropa  Şurasının  Nazirlər  Komitəsinə  sədrlik  etməyimiz,  eləcə  də,  dünyanın  nüfuzlu  beynəlxalq 
qurumlarının öz tədbirlərini Azərbaycanda keçirmələri də  təsdiqləyir. 
Azərbaycanın  beynəlxalq  aləmdəki  mövqelərinin  ildən-ilə  möhkəmlənməsi  və  təsir  imkanlarımızın 
genişləndirilməsi  ölkəmizin gələcək maraqlarının daha dolğun şəkildə təmin olunmasına zəmin yaradır. Bu da 
Azərbaycanın  inkişafını  gözü  götürməyən  antimilli  qüvvələri  və  onlarla  əməkdaşlıq  edən  satqın  radikal 
müxalifət nümayəndələrini ciddi təşvişə salıb. Belə bədxahlar I Avropa Oyunları ərəfəsində min hiylə və məkrə 
əl  ataraq  ölkəmiz  haqqında  mənfi  rəy  formalaşdırmağa    çalışırlar.  Biz  “Eurovision”  mahnı  müsabiqəsinin 
Bakıda keçirildiyi dönəmdə də bunun şahidi olduq. O zaman həmin xəyanətkarlar heç bir səbəb olmadan  gah 
aclıq aksiyası keçirir, gah da müxtəlif şayiələr yayırdılar. Bütün bunlara baxmayaraq,  digər mötəbər tədbirlər 
kimi, Avropanın mahnı yarışması da müvəffəqiyyətlə başa çatdı. 
Ölkəmizin uğurlarını gözü götürməyən düşmən qüvvələr son vaxtlar yenidən fəallaşmağa başlayıblar. Onlara 
“tutarlı faktlar” verən radikal müxalifət nümayəndələri, xüsusilə də AXCP sədri  Əli Kərimli, onun əlaltıları I 
Avropa  Oyunları  ərəfəsində  müxtəlif  antimilli  hərəkətlər  edərək  ölkəmizə  qarşı  piara  başlamışdır.  Görünür, 
Ə.Kərimli hələ də dərk edə bilmir ki, idman sağlamlıqdır, dostluqdur, həmrəylikdir, xalqları bir-birinə daha da 
yaxınlaşdırır.  Mənəvi  cəhətdən  xəstə  olan  bir  şəxsin  belə  şeyləri  dərk  etməməsini  təbii  hesab  edirəm.  Mən 
Avropa Oyunları Əməliyyat Komitəsinin kommunikasiya şöbəsinin direktoru Uilyam Lui- Marın dediklərini bir 
daha AXCP sədrinin diqqətinə çatdırmaq istərdim: “Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində idman 
Azərbaycanın  milli  missiyasına  çevrilib.  Bakıda  keçiriləcək  ilk  Avropa  Oyunları  Azərbaycanı  qitənin  idman 
xəritəsinə bir daha  təqdim etmək üçün olduqca gözəl fürsətdir”. 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
253 
 
Fikir verin, dünyanın tanınmış ictimai-siyasi xadimləri, diplomatları belə fürsətdən yetərincə istifadə etmək 
üçün  əlverişli  məqamın  yarandığını  bildirdikləri  halda,  Əli  Kərimli  ölkədə  qarşıdurma  yaratmaqla  tədbir 
iştirakçılarının diqqətini özünün məkrli oyunlarına  cəlb etmək istəyir. 
Beynəlxalq  miqyaslı    tədbirlərin  birində  ölkəmizdə  gedən  uğurlu  demokratik  proseslərdən,  azad,  ədalətli, 
şəffaf seçkilərin keçirilməsindən, Prezidentin əfv sərəncamlarından razılıq edilən bir zamanda AXCP sədri Əli 
Kərimlinin  Azərbaycanda  insan  haqlarının  pozulması,  vətəndaşların  öz  fikirlərinı  sərbəst  ifadə  etmələrinin 
qarşısının  alınması,  “siyasi  məhbuslar”  və  digər  yalanlarla  dolu  müraciətinin  yayıldığı  bildirildi.  Moldovadan 
olan deputat həmkarım demişdi ki, mən öz ölkəmdə müxalifət nümayəndəsiyəm. Ancaq beynəlxalq tədbirlərdə 
ölkəmizin milli maraqlarını, nüfuzunu bütün vasitələrlə qoruyuram. Respublikamıza qayıtdıqdan sonra yenə də 
müxalifət  olaraq  qalacağam.Vətənimin  mənafeyi  mənim  üçün  hər  şeydən  üstündür.  Ancaq  sizin  müxalifət 
nümayəndəniz beynəlxalq aləmdə ölkənizi nüfuzdan salmağa çalışır. Bu necə müxalifətçilikdir? Hesab edirəm 
ki, bu müxalifətçilik yox, öz Vətəninə düşmənçilikdir. 
Mən  onunla  tamamilə  razıyam.  Xatırladım  ki,  AXCP  sədri  Əli  Kərimli  Azərbaycan  Parlament  nümayəndə 
heyəti  Avropa  Şurası  Parlament  Assambleyasının  ilk    iclasına  gedən  zaman  da    AŞPA-nın  rəhbərliyinə  bizim 
nümayəndə heyətinin mandatını təsdiq etməmək barədə müraciət etmişdi. O vaxt  da Moldovadan olan həmin  
müxalifət nümayəndəsi bu müraciəti ikrah hissi ilə qarşılamışdı. O demişdi ki, belə müxalifətçilik olmaz. 
Son  illərin  təhlili  göstərir  ki,  AXCP  sədrinin  fəaliyyəti  heç  zaman  xalqın  ümumi  maraqları  üzərində 
qurulmayıb. Hakimiyyətdən şəffaflıq, qanun, demokratiya və düzgünlük tələb edən Ə.Kərimlinin özü, görəsən, 
bu  tələblərə  niyə  əməl  etmir?  20  ildən  artıqdır  ki,  partiyanın  sədrlik  postunu  zəbt  edən  bu  xəyanətkar 
gənclərimizin  mənəviyyatını  korlamaqla,  onların  antivətən  ruhunda  yetişdirilməsi  üçün  min  oyundan  çıxır. 
Hamımıza  yaxşı  məlumdur  ki,  gənclərimizin  belə  pis  ruhda  yetişmələrinin  sifarişi  ermənipərəst  qüvvələrdən  
gəlir.  Bu  çirkin  sifarişin  icraçısı  isə  Ə.  Kərimlidir.  Xatirinizdədirsə  o  bir  gənci  aldadıb  ermənilərlə  danışığa, 
Azərbaycanda hakimiyyəti silahlı yolla devirmək üçün düşmənlərimizdən maliyyə dəstəyi almağa göndərmişdi. 
Son anda həmin gənc ifşa olundu, sonra da səhvini başa düşdü və əfv olunmaq üçün dövlət başçısına müraciət 
etdi.  Ötən  il  ölkədə  partlayışlar  yolu  ilə  təxribatlar  törətmək  istəyən  bir  qrup  gənc  zərərsizləşdirildi  və  həbs 
olundu.  Aparılan  araşdırmalar  zamanı  məlum  oldu  ki,  həmin  gəncləri  də  AXCP  sədri  Əli  Kərimli 
təlimatlandırıbmış.  Onların  da  bir  neçəsi  səhv  yolda  olduqlarını,  AXCP  sədrinin  yalan  vədlərinə  inandıqlarını 
etiraf  etmiş  və  əfv  olunmaq  üçün  ölkə  Prezidentinə  müraciət  ünvanlamışdılar.  Azərbaycan  Prezidenti  yüksək 
humanistlik nümayiş etdirərək həmin  gəncləri əfv etmiş və gələcək həyatlarını düzgün müəyyənləşdirmək üçün 
onlara bir daha imkan yaratmışdır. 
Son  günlər  Ə. Kərimli  mitinq  keçirmək  və  gənclərin beynini  yenidən  zəhərləmək,  onları  müxtəlif  yollarla 
aldadaraq dövlətçiliyə qarşı mübarizəyə təhrik etmək sevdasına düşüb. Təbii ki, gənclərimiz onun təxribatçı və 
antimilli  çağrışlarına  səs  verməyəcək.  Çünki  bundan  əvvəl  AXCP  sədrinin  gənclərin  başına  açdığı  oyunlar 
hamının  gözü  qarşısındadır.  Artıq  gənclərimiz  çox  yaxşı  bilir  və  hiss  edirlər  ki,  Azərbaycan  dövləti  kifayət 
qədər  güclüdür  və  bütün  sahələrdə  inkişaf  müşahidə  olunur.  Gənc  mütəxəssislərə,  peşəkarlara  böyük  ehtiyac 
var.  Bir  vaxtlar  iş  axtarmaq  üçün  xarici  ölkələrə  üz  tutan  gənclərimiz  artıq  Vətənə  qayıdırlar.  Gənclərimizin 
beynəlxalq  aləmə  inteqrasiyası,  biliklərini,  dünyagörüşlərini  genişləndirmək  üçün  bütün  imkanlardan  istifadə 
olunur. Axı, gələcəyinə qiymət verən xalq vətənpərvər və müasir təfəkkürlü gənc nəslin formalaşmasına böyük 
diqqət  göstərməlidir.  Təbii  ki,  bütün  bunlar  dövlət  başçısının  diqqət  mərkəzində  saxladığı  prioritet 
sahələrdəndir.  Ölkə  gəncləri isə  onlar  üçün  yaradılmış  şəraitdən  istifadə edərək,  gənclik  illərini  faydalı əməyə 
həsr  etməli,  dövlətin,  xalqın,  Vətənin  mənafeyini  uca  tutmalıdırlar.    Gənclərimiz  ayıq-sayıq  olmalı,  antimilli 
mövqeyindən hələ də əl çəkməyən, ermənipərəst dairələrin çirkli pulları hesabına  əsas fəaliyyətini ölkəmizin 
nüfuzuna xələl gətirməyə istiqamətləndirən AXCP sədri Əli Kərimlinin yalan vədlərinə inanmamalıdırlar. Biz 
də inanırıq ki, onlar dövlətçilik əleyhinə yönəlmiş mitinqlərə “yox” deyəcək, xarici düşmənlərimizin sifarişlərini 
yerinə yetirən Əli Kərimli kimi xəyanətkarların çağırışına qoşulmayacaqlar. 
Qeyd  edək  ki,  I  Avropa  Oyunları  ərəfəsində  qara  piar  kampaniyasına  başlayan  ermənipərəst  dairələrin, 
onlara  donosbazlıq  edən  AXCP  sədri  Əli  Kərimli  və  o  əqidədə  olan  milli  xəyanətkarların,  satqınların    bütün 
cəhdləri yenə də iflasa uğrayacaq. Onları qıcıqlandıran budur ki, beynəlxalq birlik Azərbaycana böyük etimad 
göstərir və birinci Avropa Oyunlarının məhz Bakıda keçirilməsinə razılıq verib. 
Heydər  Əliyev  Fondunun  prezidenti,  Avropa  Oyunlarının  Təşkilat  Komitəsinin  sədri  Mehriban  xanım 
Əliyevanın dedikləri qara piar kampaniyası aparan bədxahlara tutarlı cavabdır: “ Avropa Olimpiya Oyunlarını 
ilk dəfə təşkil etmək, qəbul etmək və keçirmək  ölkəmiz üçün böyük şərəf və məsuliyyətdir. Azərbaycan yaxşı 
anlayır  ki,  həm  də  Oyunların  gələcək    standartlarını  müəyyənləşdirəcək.    Azərbaycan  bu  oyunları  ən  yüksək 
səviyyədə,  Yay  Olimpiya  Oyunları  səviyyəsində  keçirmək  əzmindədir.  İlk  Avropa  Oyunları  ədalət,  sağlam 
rəqabət,  dostluq  və  həmrəylik  şəraitində  keçəcək  və  ölkələri,  xalqları,  insanları  bir  araya  gətirərək  möhtəşəm 
idman bayramına çevriləcək”. 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
254 
 
Yüklə 3,29 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin