Iv fəSİl I avropa Oyunları 2015



Yüklə 3,29 Mb.
Pdf görüntüsü
səhifə38/41
tarix06.09.2017
ölçüsü3,29 Mb.
#29142
1   ...   33   34   35   36   37   38   39   40   41

“Xalq qəzeti”.-2015.-17 mart.-N 60.-S.4. 
 
 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
261 
 
 
“Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsi UNICEF ilə tərəfdaşlıq müqaviləsi imzalayıb 
 
UNICEF  və  “Bakı-2015”  Avropa  Oyunları  bütün  uşaqlar  üçün idmanın  gücünü  artırmaq  məqsədilə  martın 
16-da “Fairmont Baku” mehmanxanasında tərəfdaşlıq müqaviləsi imzalayıb. AZƏRTAC xəbər verir ki, əvvəlcə 
“Bakı-2015”ə hazırlıqla bağlı videoçarx nümayiş olunub. 
Azərbaycanda  əhalinin  60  faizdən  çoxunu  gənclərin  təşkil  etdiyini  bildirən  gənclər  və  idman  naziri  Azad 
Rəhimov ölkəmizdə bu təbəqənin inkişafı istiqamətində görülən mühüm işlər barədə danışıb. Nazir bildirib ki, 
ölkəmizdə gənclər əzmkar və uzaqgörən ideyalara sahibdirlər. İdman maarifləndirmə işində mühüm rol oynayır, 
ölkəmiz  də  bu  tipli  irimiqyaslı  tədbirlərə  yüksək  səviyyədə  ev  sahibliyi  edir.  Bundan  əlavə,  gələn  il 
Azərbaycanda “Formula-1” üzrə Avropa Qran-pri yarışları, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunları, 2020-ci 
ildə isə futbol üzrə Avropa çempionatının final mərhələsinin dörd oyunu keçiriləcək. 
Avropa  Oyunlarının  böyük  potensiala  malik  olduğunu  diqqətə  çatdıran  Azad  Rəhimov  “Bakı-2015”dən 
sonra  bu  potensialdan  xalqın  mənafeyinə  uyğun  istifadə  ediləcəyini  vurğulayıb.  Bildirib  ki,  tərəfdaşlıq 
müqaviləsinə  Azərbaycanın  21  rayonunda  keçiriləcək  onlayn  məsləhətləşmələr  daxildir.  Bu  məsləhətləşmələr 
Avropa  Oyunlarından  iki  gün  əvvəl  Bakıda  keçiriləcək  təhlükəsizlik  və  hərtərəfli  idman  üzrə  milli  gənclər 
müşavirəsinin  bir  hissəsidir.  Məsləhətləşmələr,  həmçinin  gəncləri  öz  icmalarında  idmana  və  ölkədə  çoxsaylı 
idman infrastrukturundan tam istifadə etməyə həvəsləndirəcək. 
Dünyada  idmanın  güclü  tanıtım  vasitəsi  olduğunu  bildirən  UNICEF-in  Avropa  və  Mərkəzi  Asiya  üzrə 
regional  direktoru  xanım  Marie-Pierre  Poirier  Azərbaycanın  birinci  Avropa  Oyunlarına  ev  sahibliyi  etməsini 
yüksək qiymətləndirib. Qeyd edib ki, bəzən ölkələr irimiqyaslı yarışlara ev sahibliyi etməklə böyük uğura imza 
atırlar. Bu cür tədbirlər zamanı dünyanın bütün diqqəti həmin ölkəyə yönəlir. Son illərdə Braziliya, Çin, Cənubi 
Afrika  Respublikası  kimi  ölkələr  məhz  bu  tipli  idman  tədbirlərinə  görə  diqqət  mərkəzinə  çevrilib.  Avropa 
Oyunları Azərbaycanın müasirliyini və dinamik inkişafını bütün dünyaya nümayiş etdirəcək. 
Avropa  Oyunlarının  özündə  dostluğu  və  hörməti  ehtiva  etdiyini  bildirən  Marie-Pierre  Poirier  irimiqyaslı 
idman  tədbirlərində  uşaqların  iştirakının  vacibliyini  bildirib.  Vurğulayıb  ki,  “Barselona”  klubu,  tanınmış 
futbolçular Devid Bekham, Leonel Messi, tennisçi Serena Uilyams UNICEF-in  layihələrində yaxından iştirak 
edir və uşaqların cəmiyyətə inteqrasiyasında mühüm rol oynayırlar. 
Sonra Azad Rəhimov və Marie-Pierre Poirier müqaviləni imzalayıblar. 
Müqavilə  gənclərə  idmanın  onların  həyatına  necə  təhlükəsiz  və  hərtərəfli  dəyər  gətirdiyini  əks  etdirir, 
həmçinin oyunların sosial irsinin inkişafında gənclərin rolunu gücləndirir. 
 
“Azərbaycan”.-2015.-17 mart.-N 60.-S.3. 
 
 
 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
262 
 
Azərbaycan Prezidenti İlham Əliyev Bakı Olimpiya Stadionunun açılışında iştirak edib  
(18 mart 2015-ci il) 
 
Bakı, 18 mart, AZƏRTAC. 
Martın 18-də Bakı Olimpiya Stadionunun açılışı olub. 
Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev  və  xanımı,  birinci  Avropa  Oyunları  Təşkilat 
Komitəsinin sədri Mehriban Əliyeva mərasimdə iştirak ediblər. 
Bakı Olimpiya Stadionunun təməli 2011-ci il iyunun 6-da qoyulub. Mərasimdə Prezident İlham Əliyev, 
FİFA prezidenti Yozef Blatter və UEFA prezidenti Mişel Platini, eləcə də dünya futbol ictimaiyyətinin görkəmli 
nümayəndələri,  federasiya  rəhbərləri  və  futbol  veteranları  iştirak  etmişdilər.  Ətrafında  ümumilikdə  82  min 
kvadratmetrlik  yaşıllıq  sahəsinin  salındığı  Bakı  Olimpiya  Stadionu  yüksək  keyfiyyətlə  inşa  olunub  və  artıq 
istifadəyə hazırdır. 
Dövlətimizin başçısı stadionun rəmzi açılışını bildirən lenti kəsdi. 
Gənclər  və  idman  naziri  Azad  Rəhimov  görülən  işlərlə  bağlı  dövlətimizin  başçısına  məlumat  verdi. 
Qeyd edildi ki, təxminən 50 hektar ərazidə tikilən stadionun hündürlüyü 62 metrdir və 6 mərtəbədən ibarətdir. 
Stadionun  sahəsinə  4,  tribunalara  isə  26  qapıdan  giriş  var.  68  min  tamaşaçı  tutumlu  stadiona  Olimpiya 
normativlərinə əsasən insanların daha çox piyada və ictimai nəqliyyatla gəlməsi nəzərdə tutulub ki, bunun üçün 
də ərazidə 3 min 100 yerlik avtomobil parkı inşa edilib. 
Sonra Prezident İlham Əliyevə  və xanımına Bakı Olimpiya Stadionunun interyerində həyata keçirilən 
işlərlə bağlı məlumat verildi. 
Bildirildi ki, burada işlər artıq başa çatdırılıb. Tikintidə ən müasir avadanlıq və inşaat materiallarından 
istifadə olunub. Bakı Olimpiya Stadionunda inşaat işlərinin gedişi ilə dəfələrlə tanış olan, tikintinin keyfiyyətlə 
həyata  keçirilməsini  diqqət  mərkəzində  saxlayan  Prezident  İlham  Əliyevin  tapşırıq  və  tövsiyələrinə  müvafiq 
olaraq bu nəhəng idman qurğusu müasir arxitektura üslubu, xüsusi gözəlliyi ilə seçilir və şəhərimizdə aparılan 
quruculuq işlərinə bir töhfədir. İlk Avropa Oyunlarına hazırlıq, o cümlədən Bakı Olimpiya Stadionunda inşaat 
işlərinin  gedişi  ilə  bağlı  birinci  Avropa  Oyunları  Təşkilat  Komitəsi  fəal  iş  aparır.  Komitə  tərəfindən  təşkilati 
işlər  yüksək  səviyyədə  həyata  keçirilir.  İlk  Avropa  Oyunlarına  hazırlıqla  bağlı  işlərin  beynəlxalq  standartlara 
uyğun şəkildə vaxtında və yüksək  keyfiyyətlə aparılması birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri, 
Azərbaycanın  birinci  xanımı  Mehriban  Əliyevanın  daim  diqqət  mərkəzindədir.  Avropa  Oyunlarının 
Koordinasiya  Komissiyasının  müxtəlif  vaxtlarda  keçirilən  iclasları  hazırlıq  işlərinin  yüksək  səviyyədə 
aparılmasında xüsusi önəm daşıyır. İlk Avropa Oyunlarının xaricdə təbliğ olunması işinə də böyük əhəmiyyət 
verilir.  Bununla  bağlı  Azərbaycanın  birinci  xanımı  Mehriban  Əliyevanın  iştirakı  ilə  Avropanın  bir  sıra 
ölkələrində keçirilən təntənəli tanıtım mərasimlərinin əhəmiyyəti xüsusi önəm daşıyır. 
Diqqətə çatdırıldı ki, beynəlxalq standartlara tam cavab verən stadionda müxtəlif funksiyalı tribunalar, 
qaçış zolağı və digər infrastruktur yaradılıb. Əsas və köməkçi stadionlardan, həmçinin mexaniki binadan ibarət 
olan  stadionda  əlil  tamaşaçılar,  VVIP,  VİP,  CIP  və  media  bölmələri  inşa  olunub.  Burada  qonaqların  rahatlığı 
üçün hər cür şərait yaradılıb. Bu stadionda yaradılan şərait təsdiqləyir ki, dünyada idman ölkəsi kimi tanınan, 
idmana,  Olimpiya  hərəkatına  dəstəyi  dövlət  siyasətinin  əsas istiqamətlərindən  biri seçən  Azərbaycanda bu cür 
infrastruktur layihələrinin icrası ölkəmizin gücünü göstərir. İlk Avropa Oyunlarına hazırlığın mühüm mərhələsi 
olan Bakı Olimpiya Stadionunun inşası bir daha bu mötəbər beynəlxalq idman tədbirinin yüksək səviyyədə baş 
tutacağına əminlik yaradır. 
Sonra xatirə şəkli çəkdirildi. 
2015-ci  ildə  Odlar  Yurdu  Azərbaycandan  start  götürəcək  Avropa  Oyunlarının  Bakıda  keçirilməsi  ilə 
bağlı  qərar  Avropa  Olimpiya  Komitəsinin  Baş  Assambleyasının  41-ci  sessiyasında  qəbul  olunub.  Ölkəmizin 
namizədliyi  38  dövlət  tərəfindən  dəstəklənib.  Bu  Oyunların  Bakıda  keçirilməsinə  qərar  verilməsi  təbii  ki, 
ölkəmizin  beynəlxalq  nüfuzundan,  dünyada  formalaşdırdığı  müsbət  imicdən  qaynaqlanır.  Birinci  Avropa 
Oyunlarının  keçirilməsinə  az  vaxt  qalmasına  baxmayaraq,  Azərbaycanda  bu  mötəbər  tədbirə  hazırlıqla  bağlı 
işlər  yüksək  səviyyədə  həyata  keçirilir.  Müxtəlif  idman  yarışlarının  keçirilməsi  üçün  nəzərdə  tutulan  Bakı 
Olimpiya Stadionunun inşası da bu istiqamətdə görülən tədbirlərdən biridir. Çox qısa müddətdə görülən işlər bir 
daha təsdiqləyir ki, ilk Avropa Oyunlarının Bakıda keçirilməsi ölkəmizdə yaşanan Olimpiya hərəkatına verilən 
dəyərin təzahürüdür. Bu hadisə həm də Azərbaycanda idman sahəsində yaşanan inkişaf proseslərinə beynəlxalq 
miqyasda  göstərilən  marağın  nümunəsidir.  Son  dərəcə  maraqlı,  qədim  tarixi  və  zəngin  mədəni  dəyərləri  olan 
Azərbaycanın Avropanın həyatında baş verəcək ilk belə hadisəyə ev sahibliyi etməsi təbii ki, həm də ölkəmizin 
son illərdə idman sahəsində qazandığı uğurlardan qaynaqlanır. Təsadüfi deyil ki, 22 illik müstəqilliyi dövründə 
Azərbaycan atletləri olimpiadalarda 26, Avropa və dünya çempionatlarında isə 2 minə qədər medal qazanıblar. 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
263 
 
2015-ci il iyunun 12-dən 28-dək keçiriləcək ilk Avropa Oyunlarında isə 49 ölkədən 6 mindən artıq atlet idmanın 
20 növü üzrə mübarizə aparacaq. İlk Avropa Oyunları Bakıda 21 məkanda keçiriləcək. İlk Avropa Oyunlarının 
açılış və bağlanış mərasimlərinin keçiriləcəyi Bakı Olimpiya Stadionunda yaradılan şərait isə bir daha bu idman 
tədbirinin yüksək səviyyədə təşkil olunacağına təminat verir 
 
AZƏRTAC. 
18 mart 2015-ci il 
 
 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
264 
 
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionu ətrafında inşası davam etdirilən yol-nəqliyyat 
infrastrukturunun tikintisi ilə tanış olub  
(18 mart 2015-ci il) 
 
Bakı, 18 mart, AZƏRTAC. 
Martın  18-də  Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev  Bakı  Olimpiya  Stadionu  ətrafında 
inşası davam etdirilən yol-nəqliyyat infrastrukturunun tikintisi ilə tanış olub. 
Nəqliyyat naziri Ziya Məmmədov dövlətimizin başçısına  məlumat verdi ki, Həsən Əliyev küçəsi-Ziya 
Bünyadov  prospekti-Olimpiya  Stadionu  avtomobil  yolunun  birinci  hissəsində  tikinti  işləri  qrafik  üzrə  davam 
etdirilir. Layihə çərçivəsində işlərin böyük hissəsi görülüb. Çəkilən ikinci yolun ümumi uzunluğu 1 kilometrdir 
və onun hərəkət hissəsi 2-6 zolaqlıdır. Yol boyunca 3 körpü inşa olunub. Birinci körpünün uzunluğu 205, ikinci 
körpünün  uzunluğu  176  metr,  piyadalar  üçün  nəzərdə  tutulan  üçüncü  körpünün  uzunluğu  isə  143  metrdir. 
Bundan başqa, uzunluğu 900 metrə yaxın olan piyada keçidi də inşa edilib, iki tunel tikilib. 
Azərbaycan Prezidentinə Həsən Əliyev küçəsi-Ziya Bünyadov prospekti-Olimpiya Stadionu avtomobil 
yolunun ikinci hissəsində görülən işlərlə də bağlı məlumat verildi. 
Diqqətə  çatdırıldı  ki,  layihə  çərçivəsində  ümumi  uzunluğu  5  kilometrə  yaxın  yol  çəkilib.  Bu  yol 
boyunca  da  bir  körpü  və  iki  tunel  tikilib.  Tuneldən  keçən  yollar  Bakı  Olimpiya  Stadionu  ilə  Olimpiya 
şəhərciyini birləşdirib. 
Prezident İlham Əliyev inşaat işlərinin yüksək səviyyədə aparılması ilə bağlı tapşırıqlarını verdi. 
 
AZƏRTAC. 
18 mart 2015-ci il 
 
 
 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
265 
 
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionu ətrafında inşası davam etdirilən yol-nəqliyyat 
infrastrukturunun tikintisi ilə tanış olub 
 
Martın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Olimpiya Stadionu ətrafında 
inşası davam etdirilən yol-nəqliyyat infrastrukturunun tikintisi ilə tanış olub. 
 
Nəqliyyat  naziri  Ziya  Məmmədov  dövlətimizin  başçısına  məlumat  verdi  ki,  Həsən  Əliyev  küçəsi-Ziya 
Bünyadov  prospekti-Olimpiya  Stadionu  avtomobil  yolunun  birinci  hissəsində  tikinti  işləri  qrafik  üzrə  davam 
etdirilir. Layihə çərçivəsində işlərin böyük hissəsi görülüb. Çəkilən ikinci yolun ümumi uzunluğu 1 kilometrdir 
və onun hərəkət hissəsi 2-6 zolaqlıdır. Yol boyunca 3 körpü inşa olunub. Birinci körpünün uzunluğu 205, ikinci 
körpünün  uzunluğu  176  metr,  piyadalar  üçün  nəzərdə  tutulan  üçüncü  körpünün  uzunluğu  isə  143  metrdir. 
Bundan başqa, uzunluğu 900 metrə yaxın olan piyada keçidi də inşa edilib, iki tunel tikilib. 
Azərbaycan  Prezidentinə  Həsən  Əliyev  küçəsi-Ziya  Bünyadov  prospekti-Olimpiya  Stadionu  avtomobil 
yolunun ikinci hissəsində görülən işlərlə də bağlı məlumat verildi. 
Diqqətə çatdırıldı ki, layihə çərçivəsində ümumi uzunluğu 5 kilometrə yaxın yol çəkilib. Bu yol boyunca da 
bir körpü və iki tunel tikilib. Tuneldən keçən yollar Bakı Olimpiya Stadionu ilə Olimpiya şəhərciyini birləşdirib. 
Prezident İlham Əliyev inşaat işlərinin yüksək səviyyədə aparılması ilə bağlı tapşırıqlarını verdi. 
 
“Xalq qəzeti”.-2015.-19 mart.-N 62.-S.4. 
 
 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
266 
 
“Bakı-2015” Avropa Oyunları Milli Olimpiya Komitələrinin ikinci kommunikasiya seminarına 
ev sahibliyi edib 
 
“Bakı-2015” Avropa Oyunları Milli Olimpiya Komitələrinin mətbuat attaşeləri və beynəlxalq media 
nümayəndələri üçün nəzərdə tutulan ikinci və yekun kommunikasiya seminarına ev sahibliyi edib. 
 
İki  günlük  proqram  müddətində  Avropadan  54  nümayəndə  “Bakı-2015”in  obyektləri  ilə  tanış  olub  və 
Avropa  Oyunlarına  hazırlıq  işlərini,  yarışlar  zamanı  media  nümayəndələri  üçün  təşkil  olunacaq  şəraiti  əhatə 
edən plenar sessiyada iştirak edib. 
“Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə baş direktoru Saymon Kleq deyib 
ki, Milli Olimpiya Komitələrinin kommunikasiya komandaları və onların ilk Avropa Oyunlarını işıqlandıracaq 
media  nümayəndələri  ilə  əlaqələrin  gücləndirilməsi  bizim  üçün  çox  vacibdir.  Bütövlükdə  Avropanı  qitənin 
idman  təqvimində  yer  alan  bu  genişmiqyaslı  tədbirlə  yaxından  tanış  etmək  və  Azərbaycanda  görülən  işlər 
haqqında  ictimaiyyəti  məlumatlandırmaq  üçün  Milli  Olimpiya  Komitələrinin  dəstək  və  əməkdaşlığı  böyük 
əhəmiyyət daşıyır. 
S.Kleq  bildirib  ki,  Milli  Olimpiya  Komitələrinin  kommunikasiya  əməkdaşları  ilə  yanaşı,  mindən  çox 
avropalı  jurnalistin  “Bakı-2015”  Avropa  Oyunlarına  qatılması  nəzərdə  tutulub.  Mətbuatın  böyük  maraq 
göstərməsi səbəbi ilə jurnalistlərin akkreditasiyası üçün son müraciət tarixi aprelin 3-dək uzadılıb. 
“Bakı-2015”  Avropa  Oyunları  Əməliyyat  Komitəsinin  Mətbuat  əməliyyatları  şöbəsinin  direktoru  xanım 
Ceyn  Pirs  qeyd  edib  ki,  bu,  Avropa  Milli  Olimpiya  Komitələrini  və  mətbuatı  Avropa  Oyunları  haqqında 
məlumatlandırmaq,  Oyunlar  zamanı  “Bakı-2015”in  necə  işləyəcəyini  onlara  tam  şəkildə  izah  etmək  üçün  əla 
fürsətdir. Biz, həmçinin Avropa Oyunları zamanı “I-Zona”nın işləmə prinsiplərini nümayiş etdirmək imkanı da 
əldə  etdik.  Bu,  Oyunlar  zamanı  Media  “Mix”  Zonasını  və  Media  Konfrans  Otağını  əvəzləyəcək  yeni 
konsepsiyadır. 
“Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin Kommunikasiya şöbəsinin direktoru Uilyam Lui-Mari 
deyib: “Milli Olimpiya Komitələrinin “Bakı-2015” Avropa Oyunları ilə bağlı hazırlıq işlərinə tam şəkildə cəlb 
olunması  bizim  üçün  çox  əhəmiyyətlidir  və  biz  ilk  Avropa  Oyunlarının  uğurla  həyata  keçirilməsinə  yardım 
edəcək bütün müvafiq yenilik və xəbərlərin çatdırılması üçün onlarla sıx əməkdaşlıq edirik”. 
Tədbir  zamanı  Mətbuat  Əməliyyatları,  Protokol,  Yayım  və  Kommunikasiya  şöbələrinin  rəhbərləri  seminar 
iştirakçıları qarşısında təqdimatla çıxış ediblər. 
 
“Azərbaycan”.-2015.-19 mart.-N 62.-S.16. 
 
 
 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
267 
 
 
Avropa Oyunları: 39000 manatlıq yalan və 3900 manatlıq həqiqət 
 
Bir neçə aydır ki, mətbuat səhifələrində Bakıda keçiriləcək I Avropa Oyunları ətrafında qara piar aparılır. Bu 
oyunların  Azərbaycana  lazım  olmadığına,  onunla  bağlı  xərclərin  lüzumsuz  xərclər  olduğuna  insanları 
inandırmağa çalışan qüvvələr bu mövzuda yanlış informasiyaları mətbuat səhifələrində yaymaqla məşğuldurlar. 
Bu  kateqoriyaya  aid  olan  müəlliflər  apardıqları  təbliğatın  istənilən  nəticə  vermədiyini  gördükdə  “şok  effekti” 
yaradacaq  informasiyalar  yaymağa  başladılar.  İstinad  nöqtəsi  olmayan  məlumatlar  yayan  bu  adamlar  Avropa 
Oyunlarında  iştirak  edəcək  hər  bir  əcnəbi  idmançıya  görə  Azərbaycan  hökumətinin  39  min  manat,  köməkçi 
heyət üzvlərinin isə hər birinə 16 min manat xərc çəkəcəyi barədə uydurmanı tirajlamaq yolunu tutdular. 
Xatırlayırısınızsa, martın əvvəlində bu rəqəmlərin heç bir ciddi əsasa söykənmədiyini göstərən təhlillə çıxış 
etmişdik.  “Avropa  Oyunları  indiki  vaxtda  Azərbaycana  lazımdırmı”  başlığı  altında  təqdim  etdiyimiz  həmin 
təhlil  xarakterli  yazıda  bir  əcnəbi  idmançıya  39  min  manat  xərc  “hesablayan”  müəlliflərə  suallar  ünvanladıq. 
Haradan götürmüsünüz bu rəqəmləri? Onları necə hesablamısınız? Təbii ki, suallarımız cavabsız qaldı. Bir nəfər 
ortaya  çıxıb  bir  kəlmə  də  olsun  demədi  ki,  bu  nə  rəqəmlərdi,  onları  necə  hesablayıblar  və  ya  ümumiyyətlə 
haradan götürüblər? Susdular və üstəlik də həmin rəqəmləri bir daha səsləndirmədilər. Bilirsinizmi niyə? Çünki 
suallarımıza cavab tapa bilmədilər. Bu, siyasi motivlərə söykənən və “obıvatel”ə hesablanmış bir hay-küy idi, 
“bəlkə  keçər”  prinsipi  ilə  ortaya  atılmışdı.  Əvvəlcə  bu  hay-küyü  yaratdılar,  sonra  görəndə  ki  onu  cəmiyyətə 
sırımaq  o  qədər  də  asan  olmayacaq,  yenə  qayıtdılar  köhnə  bayatılara,  heç  bir  ciddi  arqumentə  söykənməyən 
ümumiləşdirilmiş ittihamlara. 
Hakimiyyətə  siyasi  müxalifətdə  dayanmaq  tamamilə  normal  haldır.  Ancaq  dövlətin  maraqlarına  qarşı 
çıxmaq,  onun  nüfuzunu  düşünməmək,  “Avropa  dəyərlərinə  xidmət”  adı  altında  öz  ölkəsinə,  xalqına  qarşı  az 
qala xəyanət yolunu tutmaq heç bir halda normal qarşılana bilməz. Bir idmançıya görə çəkiləcək xərci 10 dəfə 
şişirdərək cəmiyyətə təqdim etmək müxalifətçilik deyil, yalançılıqdır. Bax, əslində bu YALANlara son qoymaq 
lazımdır! 
Gəlin  yenə  də  real  rəqəmlərin  və  faktların  dili  ilə  danışaq.  Çünki  əlahəzrət  fakt  həmişə  öz  sözünü  deməyi 
bacarır. Ötən yazımızda qeyd etmişdik. Bir daha təkrar edirik ki, bir idmançının Avropanın ən ucqar ölkəsindən 
Azərbaycana gəlib getməsinin nəqliyyat xərcı ən çoxu 1500 manatdan, bir idmançının 15 günlük yemək xərci 
isə  maksimum  2000  manatdan  artıq  ola  bilməz.  Gələn  idmançıların  Olimpiya  kəndində  pulsuz  yaşayacaqları, 
nəqliyyat xidmətini isə özəl bir nəqliyyat təşkilatının göstərəcəyi halda bir idmançıya çəkilən xərclərin 39 min 
manat olacağını deyən adamlar hansı hesablamalara söykənir? Bir idmançıya Azərbaycan hökumətinin çəkəcəyi 
xərcin  3500-3900  manat  olduğunu  bilə-bilə  bu  xərcləri  cəmiyyətə  10  dəfə  şişirdilmiş  formada  təqdim  etmək 
qərəzdən xəbər verimirmi? 
39 minlik iddianı ortaya atmış, bu rəqəmi əlində bayraq etmiş qəhrəmanlar aylardan bəri ilk dəfə bu ilin mart 
ayının 15-də keçirdikləri mitinqdə nədən bu rəqəmləri səsləndirmədilər? Görünür, özləri də dərk edirlər ki, bu 
böyüklükdə  yalan  olmaz!  Bir  idmançının  xərcı  maksimum  3900  manat  olsa  belə  (nəzərə  alaq  ki,  yarışları 
uduzan idmançı həmən öz vətəninə qayıdır, ancaq biz 3900 manat xərci hər bir idmançının yarışların sonunadək 
qalması şərti ilə hesablamışıq) 6 min idmançıya Azərbaycan hökumətinin çəkəcəyi xərc 23,4 milyon manat edir. 
İndi götürün bunu 21 milyard manatdan çox olan Azərbaycan büdcəsinin xərcləri ilə müqayisə edin! Bu, 0,1%-
dən bir qədər artıqdır! 
Azərbaycanın  Avropa  Oyunlarından  əldə  edəcəyi  dividentləri  nəzərə  almayanlar  dövlət  büdcəsindən  bu 
oyunlarla bağlı xərclərin 1,3 milyard manat təsdiq edilməsi faktını görməzdən gəlib infrastruktur layihələrinə, 
idman qurğularının tikintisinə ayrılan vəsaitləri də oyunların təşkilinə çəkiləcək xərc kimi göstərirlər. Görəsən 
bu adamlar xərclərin gah 8 milyard, gah da 4 milyard manat olacağını deyəndə heç məsuliyyət hiss etmirlərmi? 
Bakıda keçiriləcək  I Avropa Oyunlarını 1 milyarda qədər insan izləyə biləcək. Deməli, bu qədər insan iki 
həftə  ərzində  Azərbaycanı  daha  yaxından  tanıya  biləcək.  Bu  oyunları  1500  –dən  artıq jurnalist işıqlandıracaq. 
Məgər  bütün  bunlar  Azərbaycanın  dünyaya  daha  yaxından  tanıdılması,  onun  son  10  ildə  əldə  etdiyi  uğurların 
dünyaya  göstərilməsi  imkanı  deyilmi?  Ölkəyə  xarici  investisiyaları  daha  geniş  şəkildə  cəlb  etmək,  turizmin 
inkişafına  təkan  vermək,  yerli  istehsal  şirkətlərini  tanıtdırmaq  üçün  yaranmış  fürsətdən  niyə  istifadə 
olunmamalıdır? 
O  ki  qaldı  idman  qurğularının  tikintisinə  və  bərpasına  çəkilən  xərclərə,  bu  tikintilər  Azərbaycana  qalacaq, 
bura gələn idmançılar onları söküb özlərı ilə aparmayacaqlar. 
 
“525-ci qəzet”.-2015.-19 mart.-№ 51.-S.4. 
 
 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
268 
 
Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki: “Bakıda keçiriləcək I Avropa Oyunları 
böyük hadisədir” 
 
“2018-ci  ildə  daha  az  idmançı  ilə  təşkil  olunacaq  tədbir  Avropa  Oyunlarından  tamamilə  fərqli 
təşəbbüsdür” 
 
“Avropa  Olimpiya  Komitəsinin  prezidenti  kimi  mən  həmişə  Avropa  idmanını  inkişaf  etdirmək  və  Avropa 
atletlərinin  tam  potensialını  göstərmək  üçün  təşkil  olunan  bütün  tədbirləri  dəstəkləyirəm.  Lakin  2018-ci  ildə 
keçiriləcək  və  daha  az  idmançı,  daha  az  atletlə  təşkil  olunacaq  tədbir  Avropa  Oyunlarından  tamamilə  fərqli 
təşəbbüsdür”. 
APA  -  nın  insidethegames.biz  saytına  istinadən  xəbərinə  görə,  bu  sözləri  Avropa  Olimpiya  Komitəsinin 
prezidenti Patrik Hikki 2018-ci ildə Berlin və Qlazqo şəhərlərində keçiriləcək oyunlarla bağlı deyib. 
P. Hikki bu il Bakıda keçiriləcək I Avropa Oyunlarına qitənin ən yaxşı atletlərinin cəlb olunacağını bildirib. 
P. Hikki “Bakı 2015" I Avropa Oyunlarını böyük hadisə adlandırıb: ”Fikrimcə, bu, Avropa Oyunlarını qitə 
idmanının ən yüksək zirvədə dayanan idman tədbirinə və artıq yeni yaradılmış brendə çevirəcək. Bu, daha yaxşı 
nəticələr əldə etmək üçün bir başlanğıc olacaq. Bakı 2015 Avropa Oyunları 55 ölkədə yayımlanacaq, 20 idman 
növü  üzrə  yarışlar  təşkil  olunacaq.  Biz  artıq  2019-cu  il  Avropa  Oyunlarını  keçirməklə  bağlı  6  ölkədən  ciddi 
istək almışıq və artıq növbəti ev sahibi ölkənin müəyyənləşdirilməsi məsələsi yekunlaşmaq üzrədir". 
Qeyd edək ki, bir neçə gün əvvəl 2018-ci ildə Qlazqoda velosiped, avarçəkmə və triatlon yarışları, Berlində 
isə yüngül atletikaya aid olan idman növləri üzrə təşkil olunacaq yarışların guya “Əsl Avropa Oyunları” olacağı 
ilə bağlı bəzi KİV-lərdə qərəzli və yanlış xəbər yayılıb. 
 
Yüklə 3,29 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin