Iv fəSİl I avropa Oyunları 2015



Yüklə 3,29 Mb.
Pdf görüntüsü
səhifə37/41
tarix06.09.2017
ölçüsü3,29 Mb.
#29142
1   ...   33   34   35   36   37   38   39   40   41

 “Xalq qəzeti”.-2015.-13 mart.-N 57.-S.9. 
 
 
 
 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
255 
 
 
Bakı-2015: Olimpiya Stadionu açılışı gözləyir 
 
“Bakı Olimpiya Stadionu inşasının sürəti və istifadəyə verilmə tezliyinə görə “Ginnesin rekordlar kitabı”na 
düşməlidi. 
Stadiondakı  hansısa  çökmə  ilə  bağlı  şayiələr  isə  yalnız  şayiədi.  Əgər  çökmə  olsaydı,  elektrik  xətləri  də 
çəkilməzdi.  Bu  xəbəri  yayanların  məqsədi  Avropa  Oyunlarının  imicinə  zərbə  vurmaqdı”.  Bu  sözləri  bir  gün 
öncə jurnalistlərə gənclər və idman naziri Azad Rəhimov deyib. 
"Apasport"un  əməkdaşı  bu  gün  arenada  olarkən,  stadionun  çökməsi  ilə  bağlı  yayılan  xəbərlərin  şayiə 
olduğunun  bir  daha  şahidi  olduq.  Hazırda  Avropa  Oyunlarının  keçiriləcəyi  obyektlər  kimi  Bakı  Olimpiya 
Stadionunda  işlər  tamamlanmaq  üzrədi.  Daha  doğrusu,  arenada  tikinti  işləri  tam  başa  çatıb  və  abadlıq  işləri 
görülür. Hətta stadionun ətrafına əkiləcək ağac və kollar da gətirilib. İşlərin sürətinə isə söz ola bilməz. Havanın 
küləkli  olmasına  baxmayaraq,  hamı  ürəklə  çalışır  və  Avropa  Oyunlarının  əsas  mərasimlərinin  keçiriləcəyi 
obyektdə bütün güclərini səfərbər edirlər. 
Stadionun  içərisində  hər  şey  hazırdı.  Tikintisinə  2012-ci  ilin  dekabrında  başlanılmış  arenanın  istismara 
hazırlığı ilə bağlı Akt imzalanıb və arena Gənclər və İdman Nazirliyinə təhvil verilib. 
Təxminən 50 ha ərazidə inşa olunan, 62 metr hündürlükdə və 6 mərtəbədən ibarət olan obyekt müasir tikinti 
üslubu ilə fərqlənir. Beynəlxalq standartlara tam cavab verən Bakı Olimpiya Stadionunun sahəsinə 4, tribunlara 
26  qapıdan  giriş  nəzərdə  tutulub.  Təməli    2011-ci  il  iyunun  6-da  Azərbaycan  prezidenti  İlham  Əliyev,  FİFA 
prezidenti Yozef  Blatter, UEFA prezidenti Mişel Platini və AFFA prezidenti Rövnəq Abdullayevin iştirakı ilə 
qoyulan stadionda müxtəlif funksiyalı tribunalar, qaçış zolaqları və digər infrastrukturlar yaradılıb. Ən müasir 
avadanlıqlardan  və  inşaat  materiallarından  istifadə  olunan  stadion  68  min  195  tamaşaçı  tutumuna  malikdi. 
Burada  əlil  azarkeşlər  də  nəzərə  alınıb.  Stadionun  daxili  sahəsi  120,830  kvadrat  metrdi.  Arenada,  həmçinin 
VVİP, VİP, CİP, media, hovuz və digər sektorlar da mövcüddu. Oturacaqlar açılıb-bağlanan olması ilə yanaşı, 
rəngləri ilə də diqqəti cəlb edir. Əsas meydandan başqa,  əlavə stadion da inşa edilib ki, burada da oturacaqlar 
quraşdırılıb, bütün işlər tamamlanıb. 
Tikilinin 4-cü mərtəbəsi ali qonaqlara xidmət edəcək. Buraya kreslo, televizor, kofe stolu ilə yanaşı, hansısa 
görüşlər keçirmək üçün dəyirmi masa da qoyulub. 
Stadionun baş meneceri Ron Kameron da işlərin gedişindən razıdı. O bildirib ki, Bakı-2015 Avropa Oyunları 
Əməliyyatlar Komitəsi Bakı Olimpiya Stadionunda artıq yeni mərhələyə qədəm qoyub: “Ümumi olaraq, tikinti 
işləri tam bitib. Yəni, Bakı-2015 Avropa Oyunları Əməliyyatlar Komitəsi ilə bağlı hansısa iş qalmayıb. Sadəcə, 
abadlıq işləri aparılır. Biz açılış mərhələsinin hazırlıq mərhələsinə keçirik. Bu, iyunun 12-dək davam edəcək”. 
Stadionun  ətrafında  ümumilikdə  82  min  kvadratmetrlik  yaşıllıq  sahəsi  salınması nəzərdə  tutulub.  Lakin  bu 
işlər açılış mərəsimi üçün startı verilən treninqlərə mane olmayacaq: “Hazırlıq mərhələsinin bir hissəsi olaraq, 
6000-dək könüllü treninq keçirlər. Bu treninqlər açılış və bağlanış mərasimləri üçün nəzərdə tutulub”. 
Stadionda  açılış  və  bağlanış  mərasimləri  ilə  yanaşı,  atletika  yarışları  da  təşkil  olunacaq.  Komandalararası 
mübarizə iyunun 21-22-də baş tutacaq və 1 dəst medal öz sahibini tapacaq. 
Baş  menecer  açılışı  Avropa  Oyunlarının  açılışına  təsadüf  edəcək  stadionda  iyunun  12-dək  test  yarışının 
olacağını da açıqlayıb: “Oyunların startına kimi burada atletika üzrə yarışlar da təşkil edəcəyik. Test olaraq, 1 
turnir nəzərdə tutmuşuq. Bu, ictimaiyyət üçün açıq olmayacaq. Daxili bir yarış təşkil ediləcək”. 
Kameron  müəyyən  müddət  öncə  səpilən  ot  toxumunun  cücərdiyini  və  yarış  meydanında  da  hansısa  işin 
qalmadığını deyib: “Bizim üçün gərgin bir mərhələdi. Artıq həm açılış mərasiminə, həm də test yarışına hazırlıq 
getməlidi”. 
Beləliklə, stadiondan xoş təəssüratlarla ayrılırıq. Çünki məhz bu arena Avropa Oyunlarının ardınca 2017-ci 
ildə  İslam  Həmrəyliyi  Oyunlarını  və  3 il sonra futbol  üzrə  Avropa  çempionatının  oyunlarını  da  qəbul edəcək. 
Futbol yığmamızın da “Tekfen İnşaat və Təsisat A.Ş” tərəfindən inşa edilən arenadan qələbə qazanacağına ümid 
edirik. 
 
“525-ci qəzet”.-2015.-13 mart.-№ 47.-S.3. 
 
 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
256 
 
İlk Avropa Oyunları qarşısında 
 
Bu möhtəşəm idman tədbiri dünya və qitə üçün yaddaqalan olacaq 
Aydın ABBASOV, 
Milli Məclisin üzvü, Azərbaycan Güləş  
Federasiyasının vitse-prezidenti 
 
Azərbaycanın ev sahibliyi edəcəyi İlk Avropa Oyunlarının (12-28 iyun, 2015-ci il) başlanmasına cəmi 3 
ay qalır. Hər ötən gün isə bizi Bakıda keçiriləcək birinci qitə yarışmasına yaxınlaşdırır, xalqımız, eləcə də 
idman ictimaiyyəti bu möhtəşəm tədbiri səbirsizliklə gözləyir. 
 
Demək  olar  ki,  tədbirin  baş  tutacağı  bütün  idman  obyektlərində  son  hazırlıq  işləri  aparılır.  Xüsusi 
vurğulamaq  olar  ki,  müstəqil  respublikamızda  ilk  dəfə  keçiriləcək  ilk  Avropa  Oyunları  Avropa  idman 
hərəkatında yeni dövrün başlanğıcı, Azərbaycan isə bu tarixin ilk səhifəsini yazan ölkə olacaqdır. 
Xatırladaq  ki,  Avropa  Olimpiya  Komitəsinin  2012-ci  il  dekabrın  8-də  Romada  keçirilmiş  41-ci  Baş 
Assambleyasında  ilk  Avropa  Oyunlarının  2015-ci  ildə  Azərbaycanda  təşkili  haqqında  böyük  səs  çoxluğu  ilə 
qərar  qəbul  edilmişdir.  Bundan  sonra  Azərbaycan  Respublikasının  Prezidenti  cənab  İlham  Əliyevin  müvafiq 
sərəncamı ilə 2013-cü il yanvarın 17-də ilk Avropa Oyunlarının Təşkilat Komitəsi yaradılmış və Heydər Əliyev 
Fondunun prezidenti, Milli Gimnastika Federasiyasının prezidenti, millət vəkili Mehriban Əliyeva təşkilata sədr 
seçilmişdir.  Həmin  vaxtdan  keçən  müddət  ərzində  Təşkilat  Komitəsinin  ardıcıl  olaraq  bir  çox  iclasları 
keçirilmiş, müxtəlif istiqamətli idman obyektlərində işlərin gedişi və hazırlığın səviyyəsi müzakirə olunmuşdur. 
Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva çıxışlarının birində demişdir: “Bu gün Azərbaycan idman ölkəsi 
kimi  tanınır  və  bizim  ölkəmizdə  mötəbər  yarışların  keçirilməsi  bir  ənənə  halını  almışdır.  Azərbaycanda 
mütəmadi  olaraq  Avropa  və  dünya  çempionatları  keçirilir.  Həm  bizim  qonaqlar,  həm  də  mütəxəssislər  bu 
tədbirlərin yüksək səviyyədə keçirildiyini təsdiqləyirlər”. 
Qeyd edək ki, respublikamız son illərdə çoxsaylı siyasi, iqtisadi, mədəni, idman və digər səpkili beynəlxalq 
tədbirlərə yüksək səviyyədə ev sahibliyi etmişdir. Ölkəmizin bir sıra beynəlxalq yarışlara ev sahibliyi etməsi bir 
tərəfdən respublikamızın sosial-iqtisadi inkişafını şərtləndirir, digər tərəfdən Azərbaycana daha çox turistin cəlb 
edilməsinə böyük təsir göstərir. 
Cari ilin iyun ayında keçiriləcək ilk Avropa Oyunları həm də öz möhtəşəmliyi ilə fərqlənəcək. Bu yarışma 
sadəcə  idman  tədbiri  deyil,  eyni  zamanda  burada  iştirak  edəcək  idmançılar,  qonaqlar  Azərbaycanla,  onun 
füsunkar gözəlliyi ilə tanış olacaq, respublikamızın inkişaf modelini görəcəklər. 
Dünya  ölkələrinin  xalqlarının  bir  çox  nümayəndələrinin  bir  araya  gələcəyi,  bütün  Avropanın  yaxından 
izləyəcəyi  bu  idman  yarışmasına  Azərbaycanın  ev  sahibliyi  etməsi  ölkəmizin  beynəlxalq  nüfuzunun  daha  da 
artmasına mühüm töhfələr verəcək. 
Vurğulayaq  ki,  ilk  Avropa  Oyunlarının  Azərbaycanda  keçirilməsi  təsadüfi  deyil.  Çünki  bu  tədbirin  baş 
tutması üçün əvvəlcədən möhkəm baza yaradılıb. Belə ki, Prezident İlham Əliyevin Milli Olimpiya Komitəsinə 
rəhbərliyi müddətində respublikada nəhəng idman infrastrukturu yaradılmış, bu proses təkcə paytaxtımızı deyil, 
bütün  regionları  əhatə  etmişdir.  Bədən  tərbiyəsi  və  idmanın  geniş  vüsət  alması  nəticəsində  Azərbaycan 
beynəlxalq olimpiya hərəkatına qoşulmuş, bu sahədə böyük layihələr reallaşdırılmışdır. 
Azərbaycan ölkəmizdə möhtəşəm idman yarışmalarına ev sahibliyi etməklə yanaşı, həm də xarici ölkələrdə 
idmanda böyük uğurlar qazanmışdır. Respublika idmançıları 2000-ci ildə Sidney Yay Olimpiya Oyunlarında ilk 
böyük  uğur  -  2  qızıl  və  1  bürünc,  2004-cü  ildə  Afinada  1-i  qızıl  olmaqla  5,  2008-ci  ildə  Pekində  1-i  qızıl 
olmaqla  7,  2012-ci  ildə  Londonda  2-si  qızıl,  2-si  gümüş  və  6-sı  bürünc  olmaqla  10  medal  əldə  etmişlər. 
Nəticələrdən də göründüyü kimi, həm də bu sahədə uğur yüksələn xətlə inkişaf etmişdir. Ötən ilin yekun idman 
göstəricisi də deyilənləri bir daha təsdiq edir. 2014-cü ildə olimpiya və qeyri-olimpiya idman növləri üzrə rəsmi 
beynəlxalq yarışlarda - dünya və Avropa çempionatlarında, kubok yarışlarında 805 medal (275 qızıl, 255 gümüş 
və 275 bürünc) qazanılıb. 
Onu  da  nəzərə  çatdıraq  ki,  dünya  təcrübəsində  bir  qayda  olaraq  Olimpiya  Oyunları  kimi  məsuliyyətli  və 
çoxsahəli  idman  tədbirinə  hazırlıq  üçün  5-7  il  vaxt  tələb  olunur.  Buna  baxmayaraq,  dövlət  başçısı,  MOK 
prezidenti  cənab  İlham  Əliyevin  rəhbərliyi  altında  həm  Beynəlxalq  Olimpiya,  həm  də  Avropa  Olimpiya 
Komitəsinə  zəmanət  verildi  ki,  2  il  yarımda  Azərbaycan  bu  oyunların  keçirilməsinə  tam  hazır  olacaq  və 
oyunların başlanmasına qədər bütün idman qurğuları, olimpiya şəhərciyi, digər infrastruktur dünya standartları 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
257 
 
səviyyəsinə çatdırılacaq. İşlərin gedişatı onu göstərir ki, verilən vəd yerinə yetirilir. Quruculuq işlərinin vüsəti, 
iqtisadi potensialın ildən-ilə yüksəlməsi beynəlxalq aləmdə ölkəmizə olan inamı daha da artırır. Azərbaycanın 
bu gün idmanda  ən yaxşı tərəfdaş kimi tanınması, yarış təşkilatçılığında dövlətin verdiyi vədlərə əməl etməsi 
məhz ölkəmizin beynəlxalq nüfuzunun güclənməsi baxımından mühüm önəm daşıyır. 
Bu gün tam əminliklə demək olar ki, ilk Avropa Oyunlarına hazırlıq işləri əvvəlcədən tərtib olunmuş qrafikə 
uyğun  həyata  keçirilir.  İstər  maddi,  texniki,  istərsə  idman  obyektlərinin  və  olimpiya  şəhərciyinin  tikintisi  və 
təmiri, qonaqların yerləşdirilməsi üçün yerlər və digər bu kimi məsələlər yüksək səviyyədə həll olunmaqdadır. 
Olimpiya  hərəkatı  Avropada  yaransa  da,  ilk  Avropa  Oyunlarının  bir  müsəlman  ölkəsində  yüksək  səviyyədə 
keçiriləcəyinə  böyük  əminlik  yaradılıb.  Prezident  İlham  Əliyevin  səyləri  və  Heydər  Əliyev  Fondunun 
prezidenti, ilk Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın gündəlik diqqət və qayğısı 
nəticəsində  görülən  işlərin  səmərəsi  göz  qabağındadır.  Bir  sözlə,  ilk  Avropa  Oyunlarının  standartı  məhz  bu 
yarışda Bakıda müəyyənləşəcək. 
İlk Avropa Oyunlarının yüksək səviyyədə təşkili üçün bütün obyektlər — Atletlər Kəndi və Milli Gimnastika 
Arenası  tam  olaraq  hazırdır.  Azərbaycan  həmçinin  keçən  ilin  iyun  ayında  keçirilmiş  bədii  gimnastika  üzrə 
Avropa  çempionatına  ev  sahibliyi  edib.  Bundan  başqa,  2014-cü  il  may  ayının  sonunda  T.Bəhramov  adına 
Respublika Stadionunda yeniyetmələr arasında Avropa Olimpiya Təsnifat Turniri keçirilmişdir. Eyni zamanda 
Bakı Expo Mərkəsi, Billur Sarayı genişləndirilərək, oturacaqların sayı 32 minə çatdırılan Respublika Stadionu 
və  “Sərhədçi”  İdman  Kompleksi  yarışların  bir  neçə  növünə  ev  sahibliyi  edəcək.  Mart-aprel  aylarından 
başlayaraq həmin idman mərkəzlərində test yarışlarına start veriləcək. Demək olar ki, Olimpiya Stadionu artıq 
açılış  mərasiminə  hazırlaşır,  Su  İdman  Sarayında,  heyrətamiz  Atıcılıq  Kompleksinin  dəhlizlərində  hər  şey 
qaydasındadır.  Çimərlik  idman  növləri  üzrə  yarışların  keçiriləcəyi  kompleksdə  metal  konstruksiyalar 
quraşdırılıb.  Yenilənmiş  Heydər  Əliyev  adına  Arena,  Əl  Oyunları  İdman  Sarayı  isə  tamaşaçıları  və  atletləri 
qəbul etməyə tam hazırdır. 
Mingəçevir  şəhərində  avarçəkmə  yarışları  üçün  uyğunlaşdırma  işlərinin  aparılması,  Velodromda  və  Stend 
Atıcılığı Mərkəzində yenidənqurma işləri başa çatmaq üzrədir. 
Bakıda 12-28 iyun tarixində keçiriləcək yarışlarda idmançılar 20 idman növündə qüvvələrini sınayacaq ki, 
bunların da 16-sı olimpiya, 4-ü isə qeyri-olimpiya idman növüdür. İdmançıların sayı 50 ölkədən olmaqla 6300 
nəfərə yaxındır. Məşqçi, hakim, texniki heyət 3 min nəfərdən çox, media nümayəndələri isə 1000 nəfərə yaxın 
olacaqdır. 
Bir məsələni də nəzərə çatdıraq ki, Azərbaycan ilk Avropa Oyunlarında ev sahibi olduğu üçün bütün idman 
növlərində  təmsil  olunmaq  hüququna  malikdir.  O  da  məlumdur  ki,  ölkəmizdə  ənənəvi  və  ənənəvi  olmayan 
idman  növləri  var.  Ənənəvi  olmayanlardan  sinxron  üzgüçülük,  suya  tullanma,  stolüstü  tenis,  badminton, 
kamandan oxatma, çimərlik futbolu və çimərlik voleyboludur ki, bu növlərdə də təmsilçilərimiz olacaq. Əlbəttə, 
bütün idman növlərində birincilik əldə etmək mümkün deyil. Amma ölkəmizdə ənənəvi olan idman növləri var 
ki, bədii gimnastika, taekvondo, güləş, cüdo, boks və sair - onlardan yüksək nailiyyətlər gözlənilir. 
Azərbaycan idmanının şöhrətinin ildən-ilə artmasında, ümumilikdə idmançıların uğurlarında güləşçilərimizin 
xüsusi  yeri  var.  2000-ci  ildən  başlayaraq  4  Yay  Olimpiya  Oyunlarında  əldə  olunan  nəticələr  bunu  bir  daha 
təsdiq  edir.  Bu  yaxınlarda  isə,  güləşçilərimiz  yeni  bir  uğura  imza  atdılar.  Belə  ki,  fevralın  19-da  Tehranda 
yunan-Roma güləşi üzrə böyüklər arasında keçirilən yarışda Azərbaycan millisi ilk dəfə Dünya Kubokuna sahib 
oldu.  Möhtərəm  Prezidentimiz  cənab  İlham  Əliyev  fevralın  23-də  Dünya  Kubokuna  sahib  olmuş  milli 
komandamızın  üzvlərini  qəbul  etmişdir.  Həmin  görüşdə  çıxışında  dövlət  başçımız  demişdir:  “Bizim 
güləşçilərimiz müxtəlif beynəlxalq yarışlarda ən yüksək nəticələr göstərirlər, London Olimpiya Oyunlarında 2 
qızıl  medalı  da  güləşçilərimiz  qazanmışlar  və  ümumiyyətlə,  dünya  miqyasında  Azərbaycan  güləşi  bu  gün  ən 
yüksək  zirvədədir.  Bu  qələbə  onu  göstərir  ki,  Güləş  Federasiyasında  işlər  çox  yaxşı  gedir,  düzgün 
qurulmuşdur...   
Güləş  Federasiyası  olimpiya  oyunlarında,  dünya  çempionatlarında,  digər  beynəlxalq  yarışlarda  qazanılan 
medallara və yüksək nəticələrə görə Azərbaycanda liderdir. Bu, belədir və mən bunu yüksək qiymətləndirirəm. 
Çünki güləş Azərbaycanda ən sevilən, ən populyar idman növüdür və bizim milli idman növümüzdür”. 
Əminik  ki,  ilk  Avropa  Oyunlarında  həm  fərdi,  həm  də  komanda  şəklində  Azərbaycan  idmançılarının  əldə 
edəcəkləri nəticələr sevindirici olacaq. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev Nazirlər Kabinetinin 2014-
cü  ilin  sosial-iqtisadi  inkişafının  yekunlarına  və  qarşıda  duran  vəzifələrə  həsr  olunmuş  iclasındakı  nitqində 
bildirib ki, “Bu oyunlar bir Avropa bayramına çeviriləcəkdir. Azərbaycan burada yenə də liderlik keyfiyyətlərini 
göstərir.  Çünki  ilk  Avropa  Oyunlarının  standartları  əslində  Bakıda  qoyulacaq. Çünki  heç  vaxt  bu  günə  qədər 
belə oyunlar keçirilməmişdir”. 
 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
258 
 
Hesab  edirik  ki,  ilk  Avropa  Oyunları  dünya  və  qitə  üçün  yaddaqalan  olacaq.  Həmçinin  Azərbaycan  öz 
həqiqətlərini dünyada tanıdacaq, qonaqpərvərliyini bir daha nümayiş etdirəcəkdir. 
 
Respublika”.-2015.-15 mart.-N 59.-S.7. 
 
 
  
 
 
 
 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
259 
 
I Avropa Oyunları: reallığı təhrif edənlərin bəd niyyətləri iflasa məhkumdur 
 
Nailə MƏMMƏDOVA, 
“Azerbaijan Realities” analitik 
 təhlil qrupunun üzvü 
 
Olimpiya  Oyunlarının  vətəni  hesab  olunan  Avropa  qitəsində  birinci  dəfədir  ki,  baş  tutacaq  Avropa 
Oyunlarının  Azərbaycanda  keçirilməsi  böyük  tarixi  hadisə,  ölkəmizin  imza  atdığı  beynəlxalq  miqyaslı 
uğurlardan biridir. Təbii ki, bu nailiyyətin əldə olunmasına təsir edən başlıca amil Azərbaycanın xarici 
arenada  qazandığı  uğurlar,  tutduğu  önəmli  yerlə  bağlıdır.  Müstəqillik  əldə  etdikdən  sonra  səmərəli  və 
məqsədyönlü  xarici  siyasət  kursunun  həyata  keçirilməsi,  ikitərəfli  və  çoxtərəfli  əlaqələrin  inkişaf 
etdirilməsi dünya dövlətlərinin Azərbaycana olan etimadının artması ilə nəticələnmişdir. 
 
Nəzərə  almaq  lazımdır  ki,  buna  qədər  respublikamız  bir  neçə  dəfə  beynəlxalq  diqqəti  öz  üzərinə  toplaya 
bilmişdir.  2011-ci  ildə  BMT-nin  qeyri-daimi  üzvü  kimi  start  götürən  2  illik  səmərəli  fəaliyyət,  2012-ci  ildə 
“Eurovision” mahnı müsabiqəsinin Bakıda keçirilməsi, FİFA U-17  Qadınlar arası dünya çempionatı, 2013-cü 
ildə milli peykə malik azsaylı dövlətlər siyahısına daxil olması, həmçinin BEİD Dırmanma üzrə Dünya Kuboku 
və  “F2  Bakı  Qran-Pri” tədbirləri,   2014-cü  ildə  Avropa  Şurasının  Nazirlər Komitəsinə  sədrlik  etməsi  və  s.  bu 
kimi  addımlar  Azərbaycanı  dünyanın  diqqət  mərkəzinə  çevirmişdir.  Müasir  Azərbaycan  bir  çox  beynəlxalq 
tədbirlərə,  konfranslara,  dünya  və    Avropa  çempionatlarına  ev  sahibliyi  etməklə  çoxşaxəli  inkişafını  sübut 
etmişdir.  Bir-birini  əvəzləyən  idman  yarışları  Bakının  daha  böyük  yarışlara  ev  sahibliyi  etmək  imkanlarını, 
həmçinin bizə olan beynəlxalq etimadı artırdı. 
İdman  tarixən  xalqımızın  həyatında  mühüm  yer  tutmuşdur.  İstər  SSRİ  tərkibində,  istərsə  də  müstəqillik 
dövründə idmançılarımızın uğurlu çıxışları Azərbaycan idmanını dünyaya tanıtmışdır. Azərbaycan Respublikası 
Prezidentinin sərəncamı ilə 2012-ci il ölkəmizdə “İdman ili” elan olunmuş və Azərbaycan idmanı üçün bir sıra 
əlamətdar  hadisələrlə  yadda  qalmışdır.  London  Olimpiadasında  idmançılarımızın  uğurlu  çıxışları  Azərbaycan 
idmanının şöhrətini daha da artırdı. 
Bu  gün  Azərbaycanda  çox  yüksək  səviyyədə  yaradılmış  idman  infrastrukturu  mövcuddur.  İdman  uğurla, 
sürətlə inkişaf edir, kütləviliyi təmin edilir və Azərbaycanda Olimpiya hərəkatı çox yüksək səviyyədədir. Dünya 
çempionatlarında,  Olimpiya  Oyunlarında,  Avropa  çempionatlarında  bayrağımız  dalğalanır.  İldən-ilə 
idmançılarımızın  uğurları,  medalların  sayı  artır.  Bu  da  bilavasitə  ölkəmizin  idman  şöhrətinin  yüksəlməsinə, 
Azərbaycanın   dünyada və Avropada idman dövləti kimi tanınmasına imkan  yaradır. Təsadüfi deyildir ki, bu 
uğurlar  Avropada  baş  tutacaq  ilk  oyunların  Azərbaycanda  keçirilməsi  üçün  məntiqi  zəmin  hazırladı.  Avropa 
Oyunlarının  Azərbaycanda  yüksək  səviyyədə  təşkil  edilməsi  məqsədilə  Prezidentin  Sərəncamı  ilə  yaradılan 
Təşkilat Komitəsinin yorulmaz fəaliyyəti isə göz önündədir. 
 
İdman oyunlarından “siyasi oyun” kimi istifadə edənlər ... 
 
Azərbaycan  bu  gün  beynəlxalq  arenada  uğurlar  qazanmış,  sürətli  iqtisadi-siyasi  inkişafı  ilə  dünyanın 
diqqətini  cəlb etməyi bacarmışdır. Azərbaycana qarşı olan maraq birtərəfli deyildir. Məlumdur ki, bu ölkənin 
uğurları  digər  dövlətləri  heç  də  həmişə  yaxşı  mənada  “maraqlandırmır”.  Bəzən  uğurlar  qısqanc  münasibətlə 
qarşılanır.  İnkişafa    mane  olmağa  çalışan  qüvvələr  daha  da  aktivləşir,  istər  daxili,  istərsə  də  xarici  təbliğat 
aparatı işə qoşulur. 
Azərbaycanda  l  Avropa  Oyunlarının  keçirilməsi  ilə  bağlı  qərar  qəbul  edildikdən  sonra  keçən  dövr  ərzində 
yeni yaradılan və mövcud olan idman obyektlərinin əsaslı yenidənqurma işlərinin bugünkü tempi deməyə imkan 
verir  ki,  hazırlıq  işləri  vaxtında  tamamlanacaq.  Lakin,  təəssüf  ki,  ölkəmizin  bu  nailiyyəti  bir  qisim  daxili  və 
xarici  qüvvələr  tərəfindən  təhrif  olunur.  Yerli  və  xarici  KİV-də  reallığa  uyğun  olmayan,  qeyri-obyektiv 
məlumatlar Azərbaycanın imicinə kölgə salmağa yönəlmişdir. 
Öncə “sapı özümüzdən olan baltalar”a,  daim “milli birlik” çağırışı altında şəxsi maraq və mənafe naminə 
çalışan  daxili  qüvvələrə  toxunaq.  Avropa  oyunları  ərəfəsində  ölkə  daxilində  çaxnaşma  yaratmaq,  dünya 
ictimaiyyətinin  diqqətini  Azərbaycana    yönəltmək  məqsədilə  bu  qüvvələr  tərəfindən  müxtəlif  səpkili  “şou”lar 
hazırlanır.  Qeyri-şəffaf,  qərəzli  məlumatlar,  videolar  yerli  internet  portallarında,  sosial  şəbəkələrdə  paylaşılır. 
Sual  olunur:  budurmu  vətənpərvərlik?!  Dövlət  haqqında  təhrif  olunmuş  məlumatlar  yaymağın  arxasında 
dayanan motiv nədir?  Dövlətinə, millətinə bağlı olan hər bir vətəndaş siyasi mənsubiyyətindən asılı olmayaraq 
ölkəsinin uğurlarını  daha da artırmağa çalışmalıdır, qabartmalıdır. Milli iftixar və sevgi hissi ilə yanaşmalıdır. 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
260 
 
Avropa  oyunları  nəinki  Avropa,  eləcə  də  dünya  tarixinə  Azərbaycan  adını  həkk  edəcəkdir.  Heç  bir  əsası 
olmayan,  yanlış  məlumatlarla  bu  oyunları  ləkələmək  deyil,  Azərbaycanın  bu  oyunları  layiqincə  keçirməsi, 
ölkəmizin  daha real tanınması üçün çalışmaq lazımdır. Ölkədaxili çaxnaşma yaratmaq üçün xarici qüvvələrin 
dəstəyinə  “ehtiyac  hiss  edən”  daxili  qüvvələr  vaxtaşırı  xarici  KİV-lərə  qərəzli  məlumatlar  ötürür.  Maraqlı 
burasıdır ki, bu qüvvələr xalqın haqq səsinə səs vermir, Qarabağ həqiqətlərinin dünyada yayılmasına yardımçı 
olmur, ancaq milli rifahdan dəm vururlar. Pafoslu çıxışlarla diqqət cəlb etməyə çalışanların fəaliyyəti, əslində, 
satqınlıq  və  riyakarlıqdır!  Bununla  Azərbaycanı  istəməyən  bir  qrup  kənar  qüvvələrin  də  “canfəşanlığı”  üçün 
imkan yaradırlar. 
Böyük  Britaniyanın  “Amnesty  International”  təşkilatının  l  Avropa  Oyunlarını  boykot  çağırışı,  oyunlara 
hazırlıqla bağlı həyata keçirilən tədbirlər haqqında dezinformasiyaların dövriyyəyə buraxılması, xarici KİV-də 
sifarişlə  yerləşdirilən  qərəzli,  qeyri-obyektiv  materiallar  və  digər  məsələlər  bu  cəhdlərin  bariz  nümunələridir. 
Bütün  bunlar  ölkəmizə  qarşı  qərəzli  münasibət  sərgiləyən  xarici  qüvvələrin  fəaliyyətidir.  Avropanın  bir  sıra 
dövlətlərində,  xüsusilə,  Almaniya,  Fransa  kimi  inkişaf  etmiş  dövlətlərdə  Avropa  Oyunları  ilə  bağlı  qara  piar  
genişlənməkdədir.  Rəsmi  dövlət  mövqeyi  olmasa  da  Avropa  oyunlarının  boykot  edilməsi  istiqamətində 
“canfəşanlıqla”  çalışan  qüvvələr  mövcuddur.  Qərbin  qərəzli  mövqeyi  anlaşılandır.  Çünki  bu  gün  dünyada 
erməni  lobbisi  deyilən  və  faktiki  olaraq  Qərb  və  ABŞ-da  ictimai  rəyə  öz  möhürünü  vuran  bir  təxribatçı  dəstə 
mövcuddur. Erməni lobbisinin böyük təsirə malik olduğu Fransada bəzi dairələr bu bədnam kampaniyaya  fəal 
dəstək  verir.  Təəssüf  ki,  insanların  bərabərliyindən,  hər  cür  ayrı-seçkiliyin  ləğvindən  danışan  Qərb  dünyası 
xristian  amilini  öz  siyasətindən  kənarlaşdıra  bilmir.  Ölkəmizin  başçısının  da  daim  vurğuladığı  kimi,  ikili 
standartlar  bu  gün  Qərb  dünyasının  siyasətində  qabarıq  nəzərə  çarpır.  “Humanizm  carçısı”  olan  Qərb 
milyonlarla qaçqının öz doğma el-obalarına qaytarılması üçün illərdir ki, qətiyyətli bir addım atmır, insanlığa 
sığmayan  erməni  cinayətləri  hələ  də  cəzasız  qalır.  Amma  Qərbin  bəzi  dairələri  Avropa  oyunlarına    hazırlıq 
prosesinə  riyakarcasına  kölgə  salmağa  çalışır,  milyonlarla  azərbaycanlının  fəryadını  eşitmək  istəmir.  Əksinə, 
onlar  Azərbaycanda  daxili  sabitliyi  pozmaqda  daha  çox  maraqlıdır.  Misirdə,  Liviyada,  Suriyada,  İraqda  biz 
Qərb demokratiyasının bəhrəsini bu gün daha aydın görürük. 
İdman  oyunlarına  qərəzli  yanaşan,  bədniyyətli  siyasi  məqsədlər  güdən  istər  yerli,  istərsə  xarici  qüvvələrin 
bütün  cəhdləri  iflasa  məhkumdur.  2012-ci  il  də  ölkəmiz  üçün  əhəmiyyətli  bir  tədbirlə  yadda  qalmışdı: 
“Eurovision mahnı müsabiqəsi”. Bu tədbir ərəfəsində də ölkəmizin imicini zədələməyə yönəlmiş cəhdlər oldu. 
Lakin arzuları gözlərində qaldı. Nəticə göz qabağındadır: Azərbaycan mötəbər tədbirə çox yüksək  səviyyədə ev 
sahibliyi  etdi,  mentalitetimizə  xas  olan  qonaqpərvərlik  “Eurovision”  tarixinə  əbədi  həkk  olundu.  Səmərəli 
fəaliyyət, əmək, zəhmət öz nəticəsini verəcək və Bakıda I Avropa Oyunları qitə tarixində yeni səhifə açacaq. 
24  illik  müstəqillik  tariximizə  baxmayaraq  nailiyyətlərimiz  çoxillik  tarixi  olan  əksər  dövlətlərin 
nailiyyətlərindən daha çoxdur. 
 
Bakı  Avropa  Oyunlarında  Avropanın  49  ölkəsindən  6000-dən  çox  idmançı  20  idman  növündə  mübarizə 
aparacaq. Tədbir: 
- Azərbaycanın beynəlxalq nüfuzunun möhkəmlənməsinə; 
- ölkəmizin turizm potensialının nümayiş olunmasına; 
- Azərbaycanın artan iqtisadi-siyasi inkişafının təbliğinə; 
- milli-mənəvi dəyərlərimizin (qədim və zəngin mədəniyyətimizin, milli mətbəximizin, qonaqpərvərlik kimi 
özünəməxsus ali keyfiyyətlərimizin və s.)  Avropa cəmiyyətinə təqdim olunmasına; 
- multikulturalizmin, tolerant mühitin hakim olduğu Azərbaycanın tanıdılmasına; 
-  Şərq  və  Qərbin  beşiyi,  sivilizasiyalararası  dialoq  məkanı  olan  respublikamızın  obyektiv  şəkildə 
dəyərləndirilməsinə imkan verəcək. 
Həyata  keçirilən  məqsədyönlü  fəaliyyət  belə  deməyə  əsas  verir  ki,  I  Avropa  Oyunları  istər  təşkilati,  istər 
struktur,  istərsə  də  regional  baxımdan  yaddaqalan  olacaq.  Azərbaycan  bu  etimadı  doğruldacaqdır.    Avropa 
Oyunlarının uğurlu təşkili, belə nüfuzlu oyunları keçirməyə qadir olduğumuzu bir daha sübut edəcək. 
 
Yüklə 3,29 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin