Iv fəSİl I avropa Oyunları 2015


Odlar Yurdunda Avropa məşəli



Yüklə 3,29 Mb.
Pdf görüntüsü
səhifə40/41
tarix06.09.2017
ölçüsü3,29 Mb.
#29142
1   ...   33   34   35   36   37   38   39   40   41

Odlar Yurdunda Avropa məşəli 
Azərbaycan Avropa Oyunlarına tam hazırdır 
 Səxavət HƏMİD. 
 
Cəmi  iki  aydan  sonra  Azərbaycan  paytaxtı  növbəti  dəfə  möhtəşəm  beynəlxalq  tədbirin  keçirilmə 
məkanı olacaq. Söhbət, təbii ki, iyunun 12-28-də paytaxtımızda baş tutacaq Birinci Avropa Oyunlarından 
gedir.  Bu,  əlbəttə,  böyük  tarixi  hadisədir.  Çünki  tarixdə  ilk  dəfədir  ki,  Avropa  Oyunları  keçirilir. 
Baxmayaraq ki, Olimpiya Oyunları Avropa qitəsində yaranıb və ondan sonra Avropa qitəsində də bərpa 
edilib,  ancaq  bu  günədək  Avropa  Oyunları  keçirilməyib.  İlk  Avropa  oyunlarının  Bakıda  keçirilməsi, 
əlbəttə,  böyük  nailiyyət  və  uğurumuzdur.  Sözsüz  ki,  bu  tarixi  qərarın  qəbul  edilməsində  ölkəmizin 
beynəlxalq nüfuzu həlledici rol oynayıb.  
 Son illər ərzində Azərbaycan dünya miqyasında özünü dinamik  inkişaf edən, müasir güclü ölkə kimi təqdim 
edə  bilib.  Baxmayaraq  ki,  24  ildir  müstəqil  dövlət  kimi  yaşayırıq,  bu  gün  Azərbaycan  dünya  miqyasında  çox 
etibarlı  tərəfdaş  və  etibarlı  dost  kimi  tanınır.  Avropa  idman  ailəsinin  Azərbaycana  göstərdiyi  etimadın 
təməlində, eyni zamanda, idmançılarımızın uğurları da böyük rol oynayıb. Çünki Azərbaycan bu gün dünyada 
və Avropada idman dövləti kimi tanınır. İdmançılarımızın uğurları həm Avropa, həm dünya çempionatlarında, 
həm də Olimpiya Oyunlarında özünü göstərir. London Yay Olimpiya Oyunlarında Azərbaycan tarixi qələbə - 10 
medal qazanıb və Avropa ölkələri arasında 15-ci yerə layiq görülüb. Əlbəttə, idmançıların uğurlu çıxışları bu 
oyunların  Bakıda  keçirilməsinə  müsbət  təsir  göstərib.  Digər  tərəfdən,  bu  oyunlar  Qarabağ  həqiqətlərinin  və 
ölkəmizin təbliğatı üçün geniş imkanlar yaradacaq. 
 
Avropa Oyunlarının xronikası 
 
Tarixdə ilk  Avropa  Oyunlarının  keçirilməsi  barədə  qərar 8  dekabr  2012-ci  il tarixində  Romada  baş  tutmuş 
Avropa Olimpiya Komitəsinin 41-ci Baş Assambleyasında qəbul edilib. Avropa Oyunlarının hər dörd ildən bir 
keçirilməsi  planlaşdırılır,  növbəti  oyunlar  2019-cu  ildə  baş  tutacaq.  Baş  Assambleya  iştirakçıları  arasında 
keçirilmiş gizli səsvermə nəticəsində 48 səsdən 38 səs ilə (əleyhinə 8 səs, bitərəf 2 səs) ilk Avropa Oyunlarının 
Bakıda keçirilməsi barədə qərar qəbul edilib. Ermənistan nümayəndələri səsvermədə iştirakdan imtina ediblər. 
 Bakıda  keçiriləcək  birinci  Avropa  Oyunlarına  məsul  olan  Təşkilat  Komitəsi  Azərbaycan  Prezidentinin 
sərəncamı ilə qurulub. Komitəyə Azərbaycanın birinci xanımı, Azərbaycan Milli Olimpiya Komitəsinin İcraiyyə 
Komitəsinin üzvü, Azərbaycan Milli Məclisinin deputatı, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət 
Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva sədrlik edir. Bakı 
2015  Avropa  Oyunları  Əməliyyat  Komitəsi  (BAOƏK)  Təşkilat  Komitəsinin  sədrinin  qərarı  ilə  yaradılıb. 
BAOƏK-in  baş  icraçı  direktoru  gənclər  və  idman  naziri  Azad  Rəhimov,  baş  əməliyyat  direktoru  Saymon 
Kleqdir. 
 Avropa Olimpiya Komitəsi ilə əldə olunmuş razılığa əsasən, Bakıda keçiriləcək yarışlarda 6 min nəfərədək 
idmançının  iştirakı  nəzərdə  tutulub.  Rəsmi  nümayəndə  heyətinin  sayının  təxminən  2  min  olması  gözlənilir. 
Tədbirin  işıqlandırılması  üçün  Bakıya  2  min  nəfərədək  beynəlxalq  kütləvi  informasiya  vasitələri 
nümayəndələrinin  gəlişi  gözlənilir.  Avropa  Olimpiya  Komitəsi  və  Avropa  idman  federasiyaları  ilə  ilkin 
razılaşmaya əsasən I Avropa Oyunlarının proqramına 28 olimpiya idman növündən minimum 18-nin və 2 qeyri-
olimpiya idman növünün daxil edilməsi gözlənilir. Beləliklə, yarışlar idmanın 20 növü üzrə keçiriləcək. Bura 
güləş, həndbol, voleybol, gimnastika, çimərlik voleybolu, boks, cü-do, taekvon-do, badminton, qılıncoynatma, 
atıcılıq,  kamandan  oxatma,  stolüstü  tennis,  üzgüçülük,  suyatullanma,  su  polosu  və  reqbi-7  və  digər  idman 
növləri  daxildir.  Bu  yarışlardan  11-i  2016-cı  ildə  Rio-de-Janeyroda  keçiriləcək  Yay  Olimpiya  Oyunlarına 
lisenziya xarakterlidir. Yarışlar 253 komplekt medal uğrunda keçiriləcək. 
 
49 ölkədən 6 mindən çox idmançı 
 
Artıq qeyd etdiyimiz kimi, Birinci Avropa Oyunları bir çox innovativ idman növünü özündə cəmləşdirən ilk 
Avropa  oyunlarıdır.  Oyunlar  Avropanın  49  Milli  Olimpiya  Komitəsini  birləşdirən  Beynəlxalq  Olimpiya 
Təşkilatı tərəfindən keçirilir. Oyunlarda 49 ölkədən 6000-dən çox idmançının yarışacağı gözlənilir. 
I Avropa Oyunlarına hazırlığın ilkin mərhələsində yarışların keçirilmə yerləri müəyyənləşdirilib. Yarışların 
Heydər  Əliyev  adına  İdman-Konsert  Kompleksi,  Tofiq  Bəhramov  adına  Respublika  Stadionu,  "Baku  Crystal 
Hall", "Sərhədçi" İdman Olimpiya Kompleksi, Əl Oyunları Sarayı, 8-ci kilometr stadionu, Güllə Atıcılığı Stendi 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
277 
 
və Bakı Ekspo Mərkəzində keçirilməsi nəzərdə tutulur. Artıq Bakı Olimpiya Stadionunun inşası başa çatıb və 
açılış mərasimi keçirilib. Su İdman Növləri Mərkəzinin və Gimnastika Kompleksinin inşasının yaxın vaxtlarda 
bitməsi  planlaşdırılır  və  bu  yeni  qurulan  idman  sarayları  da  oyunlar  zamanı  istifadə  olunacaq.  I  Avropa 
Oyunlarının rəsmi açılış və bağlanış mərasimlərinin Bakıda, Böyükşor gölünün yaxınlığında inşa olunan 65 min 
yerlik Olimpiya Stadionunda keçirilməsi nəzərdə tutulub. 
 
Məşəl apreldə yandırılacaq 
 
 Gənclər  və  idman  naziri  Azad  Rəhimov  Türkiyədə  keçirilən  karate  üzrə  Avropa  çempionatında  iştirakı 
zamanı  İlk  Avropa  Oyunlarının  məşəlinin  aprelin  26-da  yandırılacağını  deyib.  Nazir  qeyd  edib  ki,  məşəl 
yandırıldıqdan  sonra  onun Azərbaycanın  bütün  regionlarına,  şəhərlərinə  məşhur insanlar,  idmançılar  ilə  birgə 
səfəri  başlayacaq.  A.Rəhimov  bildirib  ki,  oyunların  keçirilməsinə  bir  gün  qalmış  məşəlin  Bakı  şəhərində  - 
Olimpiya stadionunda yandırılması nəzərdə tutulur. 
 A.Rəhimov həmçinin aprel ayı ərzində Bakıda bütün idman qurğularının istifadə veriləcəyini söyləyib: "Biz 
aprelin  10-a  qədər  Su  İdman  Mərkəzinin  təhvil  veriləcəyini  gözləyirik.  Ondan  sonra  Avropa  Parkı,  Heydər 
Əliyev adına İdman və Konsert Kompleksi, Bakı Əl Oyunları Sarayı, Bakı Bulvar Arenasının açılışları növbəti 
ay ərzində olmalıdır. Bundan sonra biz deyə bilərik ki, Bakı şəhəri böyük və möhtəşəm yarışları qəbul etməyə 
tam şəkildə hazır olacaq". 
 
30 mindən artıq könüllü qeydiyyatdan keçib 
 
 "Bakı-2015" ilk Avropa Oyunları Əməliyyat Komitəsi "Alovqoruyanlar" könüllülər proqramının iştirakçısı 
olmaq istəyənlər üçün son müraciət tarixinin aprelin 3-ü olduğunu elan edib. Minlərlə gənc, eyni zamanda, yerli 
və  xarici  namizədlər  bu  fürsətdən  istifadə  edərək  "Bakı-2015"də  müxtəlif  sahələrdə  könüllü  kimi  fəaliyyət 
göstərə biləcəklər. 
 "Bakı-2015"  "Alovqoruyanlar"  könüllülər  proqramına  rəsmi  olaraq  ötən  il  iyunun  12-də  start  verilib.  Bu 
müddətdə  iştirak  üçün  30  mindən  çox  müraciət  daxil  olub.  Hər  həftə  işə  qəbul  mərkəzində  müraciət  edən 
yüzlərlə  namizədlə  müsahibələr  aparılır.  Könüllü  olmaq  istəyənlərlə  müsahibələr  aprelin  sonunadək  davam 
etdiriləcək. Lakin namizəd olmaq istəyənlər aprelin 3-dək müraciət formalarını göndərməlidirlər. 
 Oyunlar ərzində "Alovqoruyanlar" əsas rolları icra edəcək, idmançılara və yüksək vəzifəli şəxslərə köməklik 
göstərəcək, idman yarışlarında çalışacaq, tamaşaçılara və yaxud media nümayəndələrinə yardım edəcəklər. 
 Gənclər və idman naziri Azad Rəhimov bu barədə deyib ki, Avropa Oyunlarının könüllü proqramı gənclərin 
"Bakı-2015"ə  qoşulması  və  beynəlxalq  arenada  ölkəmizi  dəstəkləməsi  üçün  gözəl  imkan  yaradır.  Bütün 
"Alovqoruyanlar"ımız  Azərbaycanda  çoxnövlü  idman  yarışı  çərçivəsində  daimi  irs  qoyan  proqram  sayəsində 
ölkəmizin tarixindəki bu möhtəşəm anı paylaşacaq və şəxsi karyeraları üçün çox mühüm təcrübə qazanacaqlar. 
 
Türkiyə Bakıya 153 idmançı göndərir 
 
 Türkiyə Milli Olimpiya Komitəsi (TMOK) "Bakı-2015" birinci Avropa Oyunlarının proqramına daxil olan 
bütün  -  idmanın  20  növü  üzrə  təmsil  ediləcək.  TMOK-un  saytında  yerləşdirilən  xəbərə  görə, Türkiyə  Bakıda 
keçiriləcək yarışa 153 idmançı göndərəcək. Onlardan 90-ı kişi, 63-ü isə qadındır. 
 Türkiyə "Bakı-2015"də atıcılıqda 4, atletikada 1, bədii gimnastikada 4, basketbol 3X3 üzrə 8 (bir kişi və bir 
qadın komandası), velosiped idmanında 6, boksda 13 (4 qadın və 9 kişi), qılıncoynatmada 3, güləşdə 24, cüdoda 
2, kanoedə 6, karatedə 11 (5 kişi və 6 qadın), stolüstü tennisdə 2, kamandan oxatmada 2, çimərlik voleybolunda 
4  (2  kişi  komandası),  samboda  1,  sinxron  üzgüçülükdə  10,  su  polosunda  13  (kişi  komandası),  triatlonda  3, 
voleybolda 24 (1 kişi və 1 qadın komandası), üzgüçülükdə 12 idmançı ilə mübarizə aparacaq. 
 
İtaliyanı "Bakı-2015"də 300 idmançı təmsil edəcək 
 
 
İtaliyanı  isə  "Bakı-2015"  ilk  Avropa  Oyunlarında  təxminən  300  idmançı  təmsil  edəcək.  Bu  barədə  İtaliya 
Milli Olimpiya Komitəsinin (İMOK) mətbuat idarəsinin rəhbəri Danilo di Tommaso bildirib. 
 D.Tommaso  İtaliyanı  ilk  Avropa  Oyunlarında  təmsil  edəcək  idmançıların  yarışlara  böyük  həyəcanla 
hazırlaşdıqlarını  bildirib:  "Təmsilçilərimiz  atletika,  aerobika  gimnastikası  və  sambodan  başqa  bütün  idman 
növləri üzrə mübarizə aparacaqlar". 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
278 
 
İMOK-un  mətbuat  idarəsinin  rəhbəri  onu  da  əlavə  edib  ki,  "Bakı-2015"  ilk  Avropa  Oyunları çərçivəsində 
"Casa  İtalia"  adlı  sərgi  təşkil  olunacaq.  İtaliyanın  əsasən  Olimpiya  oyunlarında  təşkil  etdiyi  və  "Milli 
qonaqpərvərlik  evi"  adlanan  bu  sərgi  yarışlar  boyu  davam  edəcək.  Sərgidə  İtaliyanın  idman  aləmi,  mədəni 
dəyərləri, mətbəxi və bu ölkəyə xas olan digər maraqlı məqamlar nümayiş olunacaq. 
 D.Tommaso belə bir sərginin təşkilinin İtaliyanın "Bakı-2015" yarışlarına Olimpiya Oyunları səviyyəsində 
yanaşmasından irəli gəldiyini xüsusi qeyd edib. 
 
Latviyadan 70 idmançı gələcək 
 
 Avropa  qitəsinin  ən  maraqlı  idman  yarışlarında  Latviyanı  təqribən  70  idmançı  təmsil  edəcək.  Avropa 
oyunlarında iştirak etmək üçün idmanın bir çox növləri üzrə təsnifat yarışları artıq başa çatsa da, idmançıların 
seçimi aprel ayına qədər davam edəcək. 
 Latviya  Olimpiya  Komitəsinin  (LOK)  prezidenti  Aldons  Vrublevskis  bildirib  ki,  Latviya  komandasının 
büdcəsi  təqribən  210  000  avroya  bərabərdir.  O  deyib  ki,  Milli  İdman  Şurası  Latviyanın  komandasına  əlavə 
vəsaitin ayrılması barədə razılığa gəlib. Bu isə o deməkdir ki, mövcud 50 min avroya 158 400 avro əlavə edilə 
bilər. Vəsait komandanın dolanışığı üçün nəzərdə tutulub. 
 LOK-nin  prezidenti  bildirib  ki,  Avropa  oyunları  iştirakçılarının  dəqiq  siyahısı  idmanın  bütün  növləri  üzrə 
seçim yarışları başa çatandan sonra - yazın sonunda və ya yayın əvvəlində təqdim olunacaq. 
 
"Bakı-2015" ilk Avropa Oyunları dünyanın 55 ölkəsində nümayiş olunacaq 
 
 Onu  da  qeyd  edək  ki,  İlk  Avropa  Oyunları  Beynəlxalq  İdman  Teleyayımı  Şirkəti  (International 
Broadcasting,  ISB)  tərəfindən  yayımlayacaq.  Avropa  Oyunları  zamanı  Beynəlxalq  İdman  Teleyayımı  yüksək 
dəqiqliklə  gözlənilən  1,200  saatlıq  yüksək  keyfiyyətli  teleyayımı  təmin  edəcək,  bura  bütün  yarımfinal  və 
finalların canlı yayımı və gündəlik əsas göstəricilər barədə məlumatın verilməsi daxildir. ISB açılış və bağlanış 
mərasimlərini və Azadlıq Meydanında təşkil ediləcək axşam əyləncə tədbirlərini də yayımlayacaq. 
 Bu  günlərdə  isə  "Bakı-2015"  Avropa  Oyunları  Əməliyyat  Komitəsi  yarışların  Hindistanda  yayımlanması 
üçün "NEO Sports" şəbəkəsi ilə saziş imzalayıb. Sazişə əsasən "Bakı-2015" Avropa Oyunları "NEO Sports" və 
"NEO Prime" kanalları vasitəsilə Hindistanın bütün ərazisində yayımlanacaq. Bu sazişin bağlanması ilə Avropa 
Oyunları ABŞ, Çin və ərəb dünyası da daxil olmaqla dünyanın 55 ölkəsində yayımlanacaq. 
 
“Gündəlik Teleqraf”.-2015.-2 aprel.-N 55.-S.3. 
 
 
 
 
 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
279 
 
 
Avropa oyunlarını ən yüksək səviyyədə keçirməliyik 
 
Mikayil Nuri 
 
Biz bu yarışda iştirak etməklə ölkəmizin tarixini, mədəniyyətini, milli adət-ənənələrini, malik olduğu təbii 
imkanları dünyaya çatdırmalıyıq 
 
Azərbaycanın tarixində bu il bir ilk yaşanacaq. Artıq həmin tarixi ana saylı günlər qalır. Qafqazın ən qüdrətli 
ölkəsi  olan  Azərbaycan  bütün  sahələrdə  olduğu  kimi,  idman  sahəsində  də  böyük  uğurlar  qazanıb  və  bu 
tendensiya  davam  edir.  Birinci  Avropa  Oyunlarının  ölkəmizdə  keçirilməsi  özünün  möhtəşəmliyi  və 
genişmiqyaslı olması ilə bütün dünyanın diqqət mərkəzindədir. 
İlk  tarixini  yaşayacaq  Oyunların  ölkəmizdə  keçirilməsinə  maraq  böyükdür.  Avropa  Oyunlarının  yüksək 
səviyyədə  keçirilməsi  və  ölkəmizə  gələn  qonaqlara  göstərilən  xidmətin  lazımi  səviyyədə  olması  əsas 
məsələlərdən  biridir.  Bu  işlərin  uğurla  getməsi  və  yekunlaşması  üçün  çox  böyük  işçi  qüvvəsinin  köməyinə 
ehtiyac duyulacaq. Bu da dünya təcrübəsində geniş istifadə olunan könüllülərdir. 
Minlərlə səmimi, mehriban könüllülərin iştirakı olmadan Avropa Oyunlarında uğur qazanmaq və bu yarışları 
lazımı səviyyədə təşkil etmək çətindir. Könüllülər Oyunların güzgüsü olaraq Bakı şəhərinə gələn qonaqlar üçün 
nadir  bir  mühitin  yaradılmasına  kömək  edəcəklər.  Onlar  miqyasına  görə  böyük  olan  yarışların,  tədbirlərin 
keçirilməsində aparıcı rol oynayırlar. Könüllülər qarşılıqsız və təmənnasız, öz istəklərinə uyğun olaraq fəaliyyət 
göstərirlər. Bu, həm onların özləri üçün lazımdır, həm də İlk Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi 
dövlətimizin beynəlxalq nüfuzu üçün böyük əhəmiyyət kəsb edir. Bu kimi böyük ölçülü və irihəcmli bir tədbirin 
həyata keçirilməsi zamanı, qonaqların qəbul olunmasında, idman sahəsində görülən işlərə kömək edilməsində, 
media  təmsilçilərinə  və  fəxri  qonaqlara  kömək  göstərilməsində  10000-dən  çox  müxtəlif  təyinatlı  könüllülərin 
imkanlarından istifadə olunacaq. 
 
Onlar könüllü olaraq nə qazanacaqlar? 
 
1. Gələcəkdə bütün həyatınız üçün vacib və unudulmaz təcrübə yığmaq imkanı əldə etmək. 
2. Yeni dostlar qazanmaq və güclü bir komandanın üzvü olmaq. 
3. Azərbaycanda ilk dəfə keçirilən və çoxsaylı idman növləri ilə əhatə olunan ən böyük tədbirə töhfə vermək 

4. Peşəkar mütəxəssislərin təlim kurslarında iştirak etmək və onlarla birlikdə işləmək. 
5. Xüsusi mükafatlandırma tədbirlərinə qatılmaq və yarışın sonunda könüllü iştirakçılara sertifikat və eləcə 
də bir sıra digər xatirə hədiyyələrinin verilməsi. 
Yarışın davam etdiyi müddətdə könüllü kimi iştirak edən gənclərin bütün imtiyazları dövlət tərəfindən təmin 
ediləcək.  Xüsusilə  demək  olar  ki,  könüllülərin  hamısı  gənclərdən  təşkil  olunduğundan  onların  əksəriyyəti  bu 
işdə fəallıq göstərirlər. Oyunlar 17 gün ərzində keçirildiyindən könüllülərin də fəaliyyəti bu müddət ərzində baş 
tutacaq.  Oyunlarda  müxtəlif  idman  növlərini  təmsil  edən  6000  idmançı  yarışacaq.  Bununla  yanaşı  turist  və 
qonaqların  da  sayını  nəzərə  alsaq,  bu  rəqəm  daha  da  böyük  olacaq.  Qısa  müddət  ərzində  bütün  işləri  lazımi 
səviyyədə yerinə yetirmək üçün təcrübəli olmaq vacib məsələdir. 
Biz  bunun  mahiyyətini  və  məsuliyyətini  düzgün  dərk  etməliyik.  Çünki  bu  imkanlardan  yararlanmaq  çox 
vacibdir. Biz bu yarışda iştirak etməklə ölkəmizin tarixini, mədəniyyətini, milli adət-ənənələrini, malik olduğu 
təbii  imkanları  dünyaya  çatdırmalıyıq.  Avropa  Oyunları  ilə  əlaqədar  ölkəmizə  gələcək  qonaqların  dünyanın 
müxtəlif ölkələrindən olduğunu nəzərə alsaq bu işi elə təşkil etməliyik ki, onlara qısa müddət ərzində ölkəmizi 
yaxşı  mənada  sevdirə  bilək.  Bu  Oyunların  təşkili  və  yüksək  səviyyədə  keçirilməsi  Azərbaycanı  idman  ölkəsi 
kimi  dünyaya  tanıtmaqla  yanaşı,  həm  də  dünyada  siyasi  və  iqtisadi  güc  mərkəzi  kimi  göstərmək  baxımından 
böyük əhəmiyyət daşıyır. Amma Oyunların keçirilməsinə az vaxt qaldıqca ölkəmizə qarşı bəzi bədxah qüvvələr 
tərəfindən  böhtan  və  qarayaxma  kampaniyası  da  genişlənir.  Azərbaycanın  iqtisadi,  sosial,  siyasi,  və  digər 
sahələrdə  əldə  etdiyi  uğurları  gözdən  salmağa  çalışan  bəzi  xarici  dairələr  bu  fürsəti  əldən  vermək  istəmirlər  . 
Onlar öz mənfur niyyətlərini reallaşdırmaq üçün Avropa Oyunlarını ölkəmizə qarşı həyata keçirilən “qara piar” 
kampaniyasının baş mövzusuna çevirməyə çalışırlar. 
Bir çox təşkilatların Avropa Oyunlarını boykot etmək çağırışı, oyunların həyata keçirilməsi ilə bağlı həyata 
keçirilən  tədbirlər  haqqında  dezinformasiyaların  dövriyyəyə  buraxılması,  xarici  KİV-də  sifarişlə  yerləşdirilən 
qərəzli, qeyri-obyektiv materiallar və digər məsələlər bu qurumların iç üzünü bir daha göstərir. Bu təşkilatların 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
280 
 
məqsədi  Avropa  Oyunları  ərəfəsində  Azərbaycanın  imicini  ləkələməyə  və  beynəlxalq  idman  tədbirinə  mane 
olmağa hesablanıb. 
Bu cür təxribatlar hələ 2012-ci ildə “Eurovision” mahnı müsabiqəsi ərəfəsində də baş vermişdi. Ancaq bütün 
bu kimi cəhdlər faydasız oldu və Azərbaycana təzyiq göstərmək, onun müstəqil siyasətinə mane olmaq istəyən 
qüvvələrin  qurduqları  məkrli  və  çirkin  oyundan  başqa  bir  şey  olmadı.  Ümid  edirik  ki,  bu  qüvvələr  öz 
siyasətlərindən  əl  çəkəcəklər  və  Azərbaycanın  reallıqlarını  qəbul  edəcəklər.  Biz  çalışmalıyıq  ki,  İlk  Avropa 
Oyunlarının keçirilməsinə hər birimiz öz töhfəmizi ən layiqli şəkildə verək. 
 
“İki sahil”.-2015.-2 aprel.-№ 56.-S.14. 
 
 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
281 
 
Birinci Avropa Oyunlarına hazırlıq tədbirləri davam edir 
 
Mirbağır Yaqubzadə 
 
Dünən Nərimanov Rayon İcra Hakimiyyəti, Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi və 
Bakı Avropa Oyunları Əməliyyat Komitəsi Təhlükəsizlik Departamentinin birgə təşkilatçılığı ilə  “Birinci 
Avropa  Oyunlarının  hazırlığı  və  keçirilməsi  dövründə  qarşıda  duran  ümumi  vəzifələr”  mövzusunda 
rayon müşavirəsi keçirildi. 
 
Tədbiri giriş sözü ilə açan Nərimanov Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Rayon Fövqəladə 
Hallar  Komissiyasının  sədri  Şahmar  İbadov  Birinci  Avropa  Oyunlarının  hazırlığı  və  keçirilməsi  dövründə 
Fövqəladə  Hallar  Nazirliyinin  Bakı  Regional Mərkəzi  ilə  yerli  icra  hakimiyyəti  və  özünüidarəetmə  orqanları, 
eləcə  də  digər  rayon  təşkilatlarının  birgə  fəaliyyət  istiqamətləri  haqqında  ümumi  məlumat  verərək  Birinci 
Avropa  Oyunlarına  hazırlıq  çərçivəsində  həyata  keçirilməsi  nəzərdə  tutulan  işlər  üzrə  Nərimanov  rayonu 
ərazisində bir sıra tədbirlərin həyata keçirilməsi istiqamətində işlərin davam etdirildiyini nəzərə çatdırdı. Qeyd 
olundu ki, ötən müddətdə yenicə inşa edilən Olimpiya stadionunun ətrafında, xüsusilə Ziya Bünyadov prospekti 
boyu ərazilərdə, eləcə də rayonda  yerləşən müəssisələrin ətrafında geniş abadlıq və quruculuq işləri aparılmış, 
yaşıllıqlar  salınmışdır.  Bununla  yanaşı,  aidiyyəti  qurumlarla  birgə  rayonun  magistral  prospekt  və  küçələrinin 
asfalt  örtüyünün  bərpası,  binaların  fasad  hissələrinin  koloristik  həlli,  park  və  xiyabanlarda  səliqə-sahman 
yaradılması,  oturacaqların  təmir  olunması,  fəvvarələrin  işlək  vəziyyətdə  olması  üçün  zəruri  tədbirlərin 
görülməsi,  habelə  rayon  ərazisində  fiziki  və  hüquqi  şəxslər  tərəfindən  müvafiq  sənədlər  əsasında  həyata 
keçirilən  əsaslı  tikinti  işləri  zamanı  inşaat  meydançasının  hasarla  əhatə  olunmasının  təmin  edilməsi,  texniki 
kommunikasiya xətlərinin çəkilişi ilə əlaqədar aparılan qazıntı işlərinin məhdudlaşdırılması və digər sahələrdə 
mühüm tədbirlər həyata keçirilmişdir. 
Natiq,  həmçinin  hazırda  “Bakı-2015"  I  Avropa  Oyunlarına  daxil  olan  idman  növlərinin  rayonun  idman 
ictimaiyyəti, tələbə və şagirdlər arasında təbliğ edilməsi, rayondan seçilmiş könüllülərlə işin qurulması, onlarla 
sıx  əməkdaşlığın  aparılması  yönündə  müvafiq  tədbirlərin  həyata  keçirildiyini  və  Avropa  Oyunları  ərəfəsində, 
eləcə  də  yarış  müddətində  oyunlara  vəsiqə  qazanmış  idmançılarla  görüşlərin  keçirilməsi,  ölkəmizə  gələn 
idmançılar  və  turistlər  üçün  mədəniyyət  və  istirahət  parklarında  mədəni-kütləvi  tədbirlərin  təşkilinin  nəzərdə 
tutulduğunu diqqətə çatdırdı. 
Fövqəladə  Hallar  Nazirliyinin  Bakı  Regional  Mərkəzinin  rəis  müavini  Tale  Şamçıyev  nümayiş  olunan 
videogörüntülər əsasında “Bakı-2015" Avropa Oyunlarının keçirilməsi qaydaları və təşkilati məsələlərlə bağlı 
məlumat  verərək  bütün  məsul  təşkilatların  üzərinə  düşən  vəzifələrin  mükəmməl  yerinə  yetirilməsi  üçün 
məsuliyyətin  daha  da  artırılmasının  zəruriliyini  qeyd  etdi.  Daha  sonra  Bakı  Avropa  Oyunları  Əməliyyat 
Komitəsi  Təhlükəsizlik  Departamentinin  direktoru  Peter  Aşvin  Avropa  oyunlarına  hazırlıq  və  keçirilməsi 
dövründə idmançıların və digər xarici qonaqların təhlükəsizliyinin təmini istiqamətində aparılacaq əməliyyatlar 
barədə ətraflı məlumat verdi. 
Tədbirdə  Nərimanov  Rayon  Fövqəladə  Hallar  Komissiyasının  yerli  özünüidarəetmə  orqanlarının,  mülki 
müdafiə xidmətlərinin, idarə müəssisə və təşkilatlarının yarışların keçiriləcəyi ərazilərin və əhalinin fövqəladə 
hadisələrdən  mühafizəsini  təmin  etmək  üçün  mülki  müdafiə  işinin  tədrisi,  təşkili,  baş  verə  biləcək  fövqəladə 
hadisələrinin qarşısının alınması ilə bağlı Fövqəladə Hallar Nazirliyi və nazirliyin yerli orqanı olan Nərimanov 
Rayon  Fövqəladə  Hallar  və  Mülki  Müdafiə  Şöbəsi  ilə  daim  qarşılıqlı  surətdə  fəaliyyət  göstərməyin  vacibliyi 
vurğulandı. 
 
 “Xalq qəzeti”.-2015.-3 aprel.-N 68.-S.3. 
 
 
 
 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
282 
 
Yüklə 3,29 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin