Iv fəSİl I avropa Oyunları 2015


Dünya  Xəbər  Agentlikləri  Konqresi  Şurasının  (NACO)  Bakıda  keçirilən  iclasının  və  Azərbaycan



Yüklə 3,29 Mb.
Pdf görüntüsü
səhifə35/41
tarix06.09.2017
ölçüsü3,29 Mb.
#29142
1   ...   31   32   33   34   35   36   37   38   ...   41

 
Dünya  Xəbər  Agentlikləri  Konqresi  Şurasının  (NACO)  Bakıda  keçirilən  iclasının  və  Azərbaycan 
Dövlət  İnformasiya  Agentliyinin  (AZƏRTAC-ın)  95  illik  yubiley  mərasimində  iştirak  etmək  üçün 
Azərbaycana  gələn  qonaqlar  martın  2-də  Bakı  Olimpiya  Stadionunda  və  Atletlər  kəndində  olublar. 
Sportinfo.az xəbər verir ki, Bakı Olimpiya Stadionuna gələn qonaqlara tikintisi başa çatmaqda olan bu 
müasir idman obyekti barədə ətraflı məlumat verilib. 
 
Bildirilib ki, stadionun tikintisinə 2011-ci il iyunun 6-da başlanılıb. Təməlqoyma mərasimində Azərbaycan 
Prezidenti İlham Əliyev, FİFA və UEFA prezidentləri Yozef Blatter və Mişel Platini iştirak ediblər. İlk Avropa 
Oyunlarının açılış və bağlanış mərasimləri məhz bu arenada təşkil olunacaq. Avropa Oyunlarının proqramına 
daxil olan atletika yarışları məhz bu stadionda keçiriləcək. 
Qeyd  olunub  ki,  müasir  arxitektura  üslubu,  xüsusi  gözəlliyi  ilə  seçilən  Bakı  Olimpiya  Stadionu  bu  tipli 
idman qurğuları sırasında özünəməxsus yer tutur. Beynəlxalq standartlara tam cavab verən stadionda müxtəlif 
funksiyalı tribunalar, qaçış zolağı və digər infrastruktur yaradılıb. Təxminən 50 hektar ərazini əhatə edən stadion 
6 mərtəbədən ibarətdir. Əsas və köməkçi stadionlardan ibarət olacaq arenada VVIP, VİP, CIP, media, habelə əlil 
tamaşaçı  bölmələri  nəzərdə  tutulub.  Stadionun  sahəsinə  4,  tribunalara  isə  26  qapıdan  giriş  var.  Olimpiya 
normativlərinə əsasən ərazidə 3 min 100 yerlik avtomobil parkı inşa edilib. Stadionun ətrafında ümumilikdə 82 
min  kvadratmetrlik  yaşıllıq  sahəsi  salınır.  Arenanın  layihəsi  iqtisadi  səmərəliliyi,  müasirliyi,  funksional 
baxımdan əlverişliliyi, paytaxtın memarlığına və irəli sürülən texniki şərtlərə maksimum uyğunluğu ilə seçilir. 
Sonra qonaqlar Atletlər kəndinə gəliblər. 
Məlumat  verilib  ki,  Atletlər  kəndi  yeni  tikilən  8-13  mərtəbəli  13  binadan  ibarətdir.  Hər  binanın  birinci 
mərtəbəsində  ümumi  istirahət  mərkəzi  yaradılıb.  Burada  Avropa  Oyunlarının  yayımlandığı  televiziya 
kanallarının izləmək və internetə çıxış olacaq. 
Bildirilib  ki,  iyunun  12-dən  28-dək  Azərbaycanın  ev  sahibliyi  edəcəyi  birinci  Avropa  Oyunlarının 
proqramına  20  idman  növü  daxil  edilib.  On  yeddi  gün  ərzində  Avropadan  6  mindən  çox  idmançı  yarışların 
mükafatları uğrunda mübarizə aparacaq. İdmanın 12 növü üzrə 2016-cı ildə keçiriləcək Rio-de-Janeyroda təşkil 
olunacaq  Yay  Olimpiya  Oyunları  üçün  təsnifat  imkanları  yaradılacaq.  Avropa  Oyunlarının  keçirilməsi  Bakı 
şəhərinə Avropa Olimpiya Komitəsi tərəfindən 2012-ci ilin dekabrında həvalə olunub. 
Sonda  “Bakı-2015”  birinci  Avropa  Oyunları  Əməliyyat  Komitəsi  tərəfindən  qonaqlara  xatirə  hədiyyələri 
təqdim edilib. 
 
“Azərbaycan”.-2015.-3 mart.-N 49.-S.4. 
 
 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
238 
 
 
Azərbaycanda dünya və Avropa çempionatları ən yüksək səviyyədə keçirilir 
 
Prezident İlham Əliyev: “Bütün bölgələrdə müasir Olimpiya mərkəzləri, Bakıda ən möhtəşəm Olimpiya 
idman qurğuları tikilir və idman dövlət siyasətində çox mühüm yer tutur” 
 
Məlum  olduğu  kimi,  Azərbaycanın  yunan-Roma  güləşi  üzrə  milli  komandamız  İranda  keçirilən  yarışda 
dünya  kubokunun  sahibi  olub.  Bu  münasibətlə  fevralın  23-də  Azərbaycan  Respublikasının  Prezidenti  İlham 
Əliyev  yunan-Roma  güləşi  üzrə İranda keçirilən dünya  kuboku yarışlarında qalib gəlmiş  milli komandamızın 
üzvlərini qəbul edib. Görüşdə çıxış edən Milli Olimpiya Komitəsinin Prezidenti, dövlət başçısı İlham Əliyev bir 
daha  diqqətə  çatdırdı  ki,  Azərbaycanda  idman  sahəsinə  göstərilən  diqqət  öz  nəticələrini  verməkdədir: 
“Azərbaycan idman dövlətidir. 
Bütün  mötəbər  beynəlxalq  idman  qurumları,  Beynəlxalq  Olimpiya  Komitəsi,  Avropa  Olimpiya  Komitəsi, 
dünya  idman  federasiyaları  bunu  qeyd  edirlər  ki,  Azərbaycan  idman  sahəsində  çox  böyük  uğurlara  imza 
atmışdır və bu, həqiqətən də belədir. Çünki baxın, Olimpiya Oyunlarında, dünya miqyasında Azərbaycan 30-cu 
yerdədir,  yeniyetmələrin  Olimpiya  Oyunlarında  200  ölkə  arasında  Azərbaycan  10-cu  yerdədir.  Azərbaycanda 
dünya  və  Avropa  çempionatları  ən  yüksək  səviyyədə  keçirilir  və  bütün  qonaqlar  bunu  qeyd  edirlər.  Bizim 
idmançılarımız  hər  il  medalların  sayına  görə  liderlik  göstərirlər,  həm  Olimpiya,  həm  qeyri-Olimpiya  idman 
növləri üzrə medalların sayı ildən-ilə artır. 
Azərbaycanda idman infrastrukturu yaradılır. Əgər bu infrastruktur yaradılmasaydı, çox güman ki, bu uğurlar 
da  mümkün  olmazdı.  Bütün  bölgələrdə  müasir  Olimpiya  mərkəzləri,  Bakıda  ən  möhtəşəm  Olimpiya  idman 
qurğuları  tikilir  və  idman  dövlət  siyasətində  çox  mühüm  yer  tutur.  Müxtəlif  proqramlar  qəbul  edilmişdir  və 
idmanın  inkişafı  dövlət  siyasətidir.  Bu  yaxınlarda  Bakıda  keçirilmiş  Avropa  Olimpiya  Komitəsinin  Baş 
Assambleyasında da səslənən fikirlər, Azərbaycanda görülən işlər mənim sözlərimi təsdiqləyir”. 
Göründüyü kimi, Azərbaycan idmanı müstəqillik illərində böyük inkişaf yolu keçib, perspektivli yeniyetmə 
və  gənc  idmançıların  aşkar  edilməsi  üçün  ölkəmizdə  əlverişli  şərait  yaradılıb.  Müstəqil  ölkə  kimi  Atlanta 
Olimpiya Oyunlarında 1, Sidneydə 3, Afinada 5, Pekində 7 medal qazanan ölkəmizin təmsilçiləri Londonda 10 
medal qazanmaqla rekorda imza atıblar. Artıq ölkəmiz bir sıra beynəlxalq yarışa yüksək səviyyədə ev sahibliyi 
edib  və  bundan  sonra  da  edəcək.  Son  on  il  ərzində  Azərbaycanda  300-ə  yaxın  beynəlxalq  səviyyəli  idman 
tədbiri yüksək səviyyədə keçirilib. Hətta Bakıda şahmat üzrə 2015-ci il Dünya Kuboku yarışlarının və 2016-cı il 
Dünya  Şahmat  Olimpiadasının  Azərbaycanda  keçirilməsi  ilə  bağlı  müqavilə  də  imzalanıb.  Sözsüz  ki, 
Azərbaycanda  vurğulanan  beynəlxalq  idman  tədbirlərilə  yanaşı,  sözügedən  I  Avropa  Oyunları  da  keçiriləcək. 
Əlbəttə ki, qitədə ilk dəfə olaraq, keçiriləcək Avropa Oyunlarının vaxtı yaxınlaşdıqca, həyəcan da artır, diqqət 
də. Çünki 2015-ci il iyunun 12-dən 28-nə qədər keçiriləcək və qitə üçün çox maraqlı, cəlbedici, proqressiv yeni 
multi-idman yarışları olan heç vaxt görünməmiş ilk Avropa Oyunlarında ümumilikdə 19 idman növü olacaq: 16 
Olimpiya idman növü  və  üç qeyri-Olimpiya idman  növü. 17  yarış günü  ərzində  6000-dən çox idmançının öz 
xalqlarını təmsil edəcəyi gözlənilir. İdman növlərinin doqquzu isə 2016-cı ildə keçiriləcək Rio De Janeyro Yay 
Olimpiadası üçün kvalifikasiya imkanları yaradacaq. Sözügedən idman növlərinin sırasına kamandan ox atma, 
atletika,  çimərlik  voleybolu,  velosiped  idmanı,  atıcılıq,  üzgüçülük,  stolüstü  tennis,  taekvondo  və  triatlon 
daxildir. 
Beləliklə  də,  I  Avropa  Oyunlarının  bu  qədər  zəngin  və  yüksək  maraq  çərçivəsində  təşkil  edilməsi  xarici 
idmançıların  və  bu  sahədə  peşəkarlığı  ilə  fərqlənən  ekspertlərin  də  rəyinə  görə,  bir  daha  Azərbaycanın  güclü 
idman  ölkəsi  kimi  qəbul  edilməsinə  dəlalət  edir.  Təbiidir  ki,  Azərbaycanda  idmanın  inkişafı  istiqamətində 
dövlət  tərəfindən  həyata  keçirilən  siyasət  bu  sahədə  böyük  uğurların  əldə  edilməsi  ilə  nəticələnir.    Bu  uğur 
özünü  dünya  miqyaslı  yarışlarda  əldə  edilən  qələbələrdə,  ölkəmizdə  keçirilən  nüfuzlu  idman  yarışlarında, 
Azərbaycanda  müasir  idman  infrastrukturunun  yaradılmasında  və  idmanın  ətrafında  böyük  gənclik  ordusunun 
cəmləşməsində göstərir. Əsasını Ulu Öndər Heydər Əliyevin qoyduğu və dövlət başçısı İlham Əliyevin uğurla 
davam  etdirdiyi idman  siyasəti  Azərbaycanın  idman  ölkəsi  kimi  nüfuzunu  xeyli  artırmaqla  yanaşı,  beynəlxalq 
federasiyaların seçim edərkən məhz ölkəmizə üstünlük verməsini təmin edib. 
Məlumat  üçün  bildirək  ki,  2012-ci  il  dekabrın  8-də  Romada  Avropa  Olimpiya  Komitəsinin  41-ci  Baş 
Assambleyasında  2015-ci  ildə  I  Avropa  Oyunlarının  Azərbaycanda  keçirilməsi  barədə  qərar  qəbul  edilib. 
Avropa  Olimpiya  Komitəsinin  üzvü  olan  49  milli  olimpiya  komitəsindən  48-nin  iştirakı  ilə  keçirilmiş  gizli 
səsvermədə  38  ölkə  lehinə,  8  ölkə  əleyhinə,  2  ölkə  bitərəf  olmaqla  I  Avropa  Oyunlarının  Bakıda  keçirilməsi 
təsdiqlənib.  Qeyd  edək  ki,  Olimpiya  Oyunları  elə  Avropa  qitəsində  yaranıb  və  sonradan  da  Avropa  qitəsində 
bərpa  edilib.  Amma  bu  günə  qədər  Avropa  Oyunları  keçirilməyib.  Məhz  ilk  oyunların  da  Bakıda  keçirilməsi 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
239 
 
əlbəttə  ki,  böyük  nailiyyətdir  və  bu,  dövlətimizin  böyük  uğurumuzdur.  Əlbəttə  ki,  bu  tarixi  qərarın  qəbul 
edilməsində ilk növbədə ölkəmizin beynəlxalq nüfuzu həlledici rol oynayıb. Çünki son illər ərzində Azərbaycan 
dünya  miqyasında  özünü  dinamik  inkişaf  edən  müasir  güclü  ölkə  kimi  təqdim  edə  bilib.  Baxmayaraq  ki, 
Azərbaycan cəmi 23 ildir müstəqil dövlət kimi yaşayır, lakin bu gün Azərbaycan dünya miqyasında çox etibarlı 
tərəfdaş və dost kimi tanınır. 
Təbii olaraq, I Olimpiya Oyunlarının Bakıda keçirilməsi əhali tərəfindən çox yüksək səviyyədə dəstəklənir. 
Aydındır ki, Azərbaycan iki dəfə öz namizədliyini Yay Olimpiya Oyunlarının keçirilməsi üçün verib. Məhz o 
zaman  rəy  sorğuları  nəticəsində  müəyyən  edilib  ki,  Azərbaycan  əhalisi  Olimpiya  Oyunlarının  Bakıda 
keçirilməsini  dəstəkləyir.  Bununla  yanaşı,  şəhər  infrastrukturunun  müasirləşməsi  və  Azərbaycanın  mötəbər 
beynəlxalq tədbirlərin keçirilməsi üzrə mükəmməl təcrübəyə sahib olması da bu tarixi qərarın verilməsinə səbəb 
olub. Yəni ölkəmiz hər dəfə öz təşkilatçılıq qabiliyyətini göstərməklə bir növ  yeni standartlar tətbiq edib. Bu, 
artıq  Azərbaycan  standartlarıdır.  Çünki  istənilən  beynəlxalq  tədbir  Azərbaycanda,  Bakıda  yüksək  səviyyədə 
keçirilir və əminlik var ki, Avropa Oyunları da yüksək səviyyədə keçiriləcək. 
I Avropa Oyunlarının Bakıda keçirilməsi ölkəmiz üçün, ümumiyyətlə, bütün Avropa Olimpiya hərəkatı üçün 
tarixi  hadisədir.  Regionun  lider  dövlətinə  çevrilən  Azərbaycanın  sürətli  inkişafı,  dünya  birliyində  tutduğu 
mövqe, mövcud ictimai-siyasi sabitlik beynəlxalq ictimaiyyətdə əminlik yaradıb ki, ölkəmiz bu mötəbər tədbirə 
uğurla ev sahibliyi edə biləcək. Bu qərarın qəbul edilməsi respublikamızda çoxsaylı idman yarışlarının, Avropa 
və  dünya  çempionatlarının  yüksək  səviyyədə  keçirilməsinə,  idmançılarımızın  beynəlxalq  yarışlarda  əldə 
etdikləri  nailiyyətlərə,  ümumilikdə  Azərbaycanda  idman  sahəsində  görülmüş  işlərə  beynəlxalq  və  Avropa 
Olimpiya Komitəsi tərəfindən verilən yüksək qiymətdir. 
Xatırladaq  ki,  Azərbaycan  dövləti  hər  zaman  olduğu  kimi  bu  dəfə  də  üzərinə  götürdüyü  məsuliyyətin 
ağırlığını  dərk  edərək,  dərhal  hazırlıq  işlərinə  start  verdi.  Belə  ki,  2013-cü  il  yanvarın  17-də  Prezident  İlham 
Əliyevin  Sərəncamı  ilə  Avropa  Oyunlarını  yüksək  səviyyədə  keçirmək  üçün  Təşkilat  Komitəsi  yaradılıb  və 
onun Sədri Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevadır. 
I  Avropa  Oyunlarının  rəsmi  açılış  və  bağlanış  mərasimlərinin  təşkili  ilə  bağlı  dünyanın  bu  sahədə  böyük 
təcrübəyə malik aparıcı şirkətləri ilə danışıqlar aparılıb, Avropa Oyunları tarixinə ilk atributlar kimi daxil olacaq 
I  Avropa  Oyunlarının  loqotip  və  şüarının  müəyyən  edilməsi,  simvolun  seçilməsi  və  himnin  bəstələnməsi 
istiqamətində işlər görülüb. Artıq I Avropa Oyunlarının loqotipi də müəyyənləşdirilib. Qaydalara uyğun olaraq 
Avropa Oyunlarında qalib idmançılara təqdim olunan medallar ev sahibi olan ölkənin Milli Olimpiya Komitəsi 
tərəfindən  hazırlanır  və  Avropa  Olimpiya  Komitəsi  ilə  razılaşdırılır.  Oyunlarda  iştirak  edəcək  idmançıların 
yerləşdirilməsi  məqsədilə  Atletlər  Kəndi  yaradılıb.  Kütləvi  İnformasiya  Vasitələrinin  nümayəndələri  Media 
Kəndində  yerləşdiriləcəklər.  Bu  ərazidə  yaradılacaq mərkəzdə  və  “Baku  Crystal  Hall”dakı  Media  Mərkəzində 
onlara  tələb  olunan  şərait  yaradılıb.  Bundan  başqa,  idman  yarışlarının  baş  tutacağı  məkanların  bəziləri  tam 
istifadəyə verilib, digərlərində isə işlər yekunlaşmaq üzrədir. 
Oyunların keçiriləcəyi müddətdə - 2015-ci ilin iyun-iyul aylarında Bakıya gələcək qonaqların - idmançıların, 
rəsmi nümayəndə heyətlərinin, turistlərin yerləşdirilməsi üçün Bakı və Abşeronda mövcud olan otellərin sayı və 
tutumu dəqiqləşdirilib. Seçim imkanını artırmaq üçün şəhərə yaxın istirahət düşərgələri və yeni inşa olunan otel 
komplekslərindən də istifadə olunacaq. Vacib sahələrdən biri yarışlar zamanı idmançıların və məşqçilərin, eyni 
zamanda qonaqların qidalanması, tibbi xidmət və nəqliyyat məsələləridir. Atletlər kəndində xüsusi poliklinika 
və yeməkxana yaradılır. Eyni zamanda, yarış yerlərində xüsusi qonaqlar üçün VİP salonlar, yarışda iştirak edən 
idmançıların  qidalanması  və  tamaşaçılar  üçün  iaşə  obyektləri  şəbəkəsi  formalaşdırılır.  Həmçinin,  Atletlər 
Kəndində  idmançılar,  məşqçilər  və  yardımçı  heyət  üçün  nəzərdə  tutulan  yaşayış,  inzibati,  rəsmi  və  təsərrüfat 
təyinatlı  otaqlar  və  sahələr  müvafiq  mebel,  avadanlıq  və  ləvazimatla  təchiz  edilir.  Eyni  zamanda,  Atlet 
Kəndində yerləşəcək bütün kateqoriya qonaqlar üçün müvafiq infrastruktur o cümlədən trenajor zalları, hovuz, 
xidmət  sahələri,  bank,  foto,  kimyəvi  təmizləmə,  bərbərxana,  poçt  məntəqəsi,  internet  klub,  kafe,  asudə  vaxtın 
keçirilməsi üçün yer və s. yaradılır. 
Yarış günlərində şəhərin nəqliyyat sisteminin təkmilləşdirilməsi ilə yanaşı, idmançıların, rəsmi nümayəndə 
heyətlərinin, jurnalistlərin və digər qonaqların şəhərdə, Atletlər Kəndi-idman obyektləri marşrutu ilə maneəsiz 
və  fasiləsiz  hərəkətini  təmin  etmək  üçün  müvafiq  tədbirlər  həyata  keçirilir.  Bununla  yanaşı,  əsas  tədbir  və 
oyunların  keçiriləcəyi  Bakı  Olimpiya  Stadionuna  gedən  yolların,  bağlantıların  tikintisi  üzrə  Ziya  Bünyadov 
prospekti yenidən qurulub. 
2015-ci ildə keçiriləcək birinci Avropa Oyunları ərəfəsində və dövründə daxili sabitliyin, ölkəmizə gələcək 
nümayəndə  heyətlərinin  və  bütün  qonaqların  təhlükəsizliyinin  təmin  olunması  da  yüksək  səviyyədə  həyata 
keçiriləcək.  Bu  baxımdan,  hüquq  qaydasına  nəzarətin  fasiləsiz  həyata  keçirilməsində  əhəmiyyətli  rolu  olan 
“Təhlükəsiz Şəhər” sisteminin videomüşahidə vasitələrinin əhatə dairəsinin genişləndirilməsi istiqamətində işlər 
həyata keçirilib. 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
240 
 
Paytaxtda videomüşahidə vasitəsi istismara verilib, o cümlədən, “Üztanıma” funksiyasına malik kameralar 
alınıb. Bundan əlavə, “Eurovision-2012” Mahnı Müsabiqəsi ərəfəsində Azərbaycan Respublikası Prezidentinin 
Ehtiyat  Fondundan  ayrılmış  vəsait  hesabına  yol-patrul  avtomobilləri,  əl  metal  detektorları  və  digər  xüsusi 
vasitələr alınıb, bütün yol-patrul avtomobilləri bort kompyuterlərlə təchiz olunub. Birinci Avropa Oyunları ilə 
əlaqədar təminat tədbirləri çərçivəsində əlavə olaraq post-patrul xidməti avtomobillərində də bort kompyuterlər 
quraşdırılır, piyada naryadlar üçün planşet kompyuterlər, radiostansiyalar və metal axtaran detektorlar alınır. 
Asayişin  təmini  tədbirlərində  iştirak  edəcək  bayır  xidməti  əməkdaşlarının  professional  və  fiziki  hazırlığı 
artırılır,  habelə  ingilis  dili  kurslarına  cəlb  olunması  sahəsində  tədbirlər  də  davam  etdirilir.  Bununla  bərabər, 
strateji  əhəmiyyətli  mühüm  obyektlərdə  mühafizə-rejim  tədbirləri,  ölkədə  akkreditə  olunmuş  diplomatik 
nümayəndəliklərin  qorunması  gücləndiriləcək,  insanların  sıx  toplaşdığı,  o  cümlədən  istirahət  və  gəzinti 
yerlərində hüquq qaydasının təmin olunmasına cəlb ediləcək qüvvələrin sıxlığı dislokasiya üzrə artırılacaq. 
Yarışlar  keçirilən  ərazidə  və  qonaqların  yerləşəcəyi  mehmanxanaların  ətrafında  nəzarət-buraxılış  işinin 
təşkili, habelə nəqliyyatın normal hərəkətinin təmin edilməsi, xarici ölkələrin nümayəndə heyətlərinin müşayiəti 
üçün lazımi sayda yol-patrul naryadlarının ayrılması, bütövlükdə isə bu mühüm  beynəlxalq tədbirə polisin və 
Daxili Qoşunların 20 mindən çox əməkdaşının və hərbi qulluqçusunun cəlb edilməsi nəzərdə tutulub. 
Bir sözlə, Prezident İlham Əliyevin sözlərilə desək, Azərbaycan bu oyunları ən yüksək səviyyədə keçirəcək. 
Çünki Azərbaycanda qoyulan standartlar bundan sonra Avropa Oyunları üçün bir standart kimi qəbul ediləcək. 
Dünya  idmanının  tarixində  ilk  dəfə  keçirilən  Avropa  Oyunlarına  ev  sahibliyi  etmək  missiyasının  Bakının 
üzərinə  qoyulması  dövlətimiz  üçün  böyük  önəm  daşıyır.  Avropa  Oyunlarının  keçirilməsində  əldə  edəcəyimiz 
təcrübə gələcəkdə digər mühüm yarışlara ev sahibliyi etməyimizə şərait yaradacaq. Ən əsası isə Yay Olimpiya 
Oyunlarına təşkilatçılıq etmək şanslarımız artacaq. 
 
“İki sahil”.-2015.-4 mart.-№ 41.-S.3. 
 
 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
241 
 
Romada “Bakı-2015” ilk Avropa Oyunlarının təqdimatı keçirilib: 
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva mərasimdə iştirak edib  
(4 mart 2015-ci il) 
 
Roma, 5 mart, AZƏRTAC 
Martın 4-də Roma şəhərində “Bakı-2015” ilk Avropa Oyunlarının təqdimat mərasimi keçirilib. 
Azərbaycanın  birinci  xanımı,  Heydər  Əliyev  Fondunun  prezidenti,  Avropa  Oyunlarının  Təşkilat 
Komitəsinin sədri Mehriban Əliyeva mərasimdə iştirak edib. 
Heydər Əliyev Fondunun və Azərbaycanın İtaliyadakı səfirliyinin birgə təşkilatçılığı ilə keçirilmiş tədbirə 
bu  ölkənin  ictimai-siyasi,  mədəni  dairələrinin,  beynəlxalq  idman  ictimaiyyətinin  nümayəndələri  və  digər 
nüfuzlu qonaqlar qatılıblar. 
Azərbaycanın birinci xanımı, Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva, Heydər 
Əliyev  Fondunun  vitse-prezidenti  Leyla  Əliyeva  və  Arzu  Əliyeva  İtaliyanın  Müasir  İncəsənət  üzrə  Milli 
Qalereyasına gəldilər. 
Əvvəlcə Azərbaycan heykəltəraşlarının əl işlərindən ibarət sərgi ilə tanışlıq oldu. “Bakı-2015” ilk Avropa 
Oyunlarına həsr olunan bürünc heykəllərdən ibarət sərgi maraqla qarşılandı. “Biz birlikdə” adlanan bu sərgidə 
20-dən  çox  heykəltəraşımızın  idmanın  müxtəlif  növlərini  təsvir  edən  əsərləri  nümayiş  olunurdu.  Sərginin 
özünəməxsus  cəhəti  buradakı  əsərlərin  hər  birinin  müxtəlif  cərəyanları  nümayiş  etdirməklə  ilk  Avropa 
Oyunlarının həyəcanını sənətin dili ilə tamaşaçılara dolğun çatdırmasından ibarət idi. 
Qonaqlara Heydər Əliyev Fondunun Azərbaycan haqqında müxtəlif nəşrləri, o cümlədən birinci Avropa 
Oyunlarına  həsr  olunmuş  bukletləri  təqdim  edildi.  Ölkəmizin  tarixi,  mədəniyyəti,  incəsənəti,  mətbəxi  barədə 
nəşrlər, disklər və digər əyani vəsaitlər maraqla qarşılandı. 
Sonra  “Bakı-2015”-in  təqdimat  mərasimi  oldu.  Tədbirin  aparıcısı  “Bakı-2015”  ilk  Avropa  Oyunları 
haqqında ətraflı məlumat verdi. Bildirildi ki, bu Oyunların qədim tarixə, zəngin mədəniyyətə və adət-ənənələrə, 
yüksək tolerantlıq mühitinə və qonaqpərvərliyə malik Azərbaycanda keçirilməsi mühüm əhəmiyyət daşıyır. 
Azərbaycanın  birinci  xanımı,  Avropa  Oyunlarının  Təşkilat  Komitəsinin  sədri  Mehriban  Əliyeva 
mərasimdə çıxış etdi. 
 
Birinci xanım Mehriban Əliyevanın çıxışı 
(4 mart 2015-ci il) 
 
- Xanımlar və cənablar. 
Əziz qonaqlar, hörmətli dostlar. 
Qədim  və  gözəl  Roma  şəhərinə  yenidən  qayıtmaq  və  bu  axşam  sizinlə  birlikdə olmaq  mənim  üçün  çox 
xoşdur.  Mən  sizin  hər  birinizi  səmimi  qəlbdən  salamlayıram  və  Azərbaycana  göstərdiyiniz  xoş  münasibətə, 
diqqət və marağa görə dərin minnətdarlığımı bildirirəm. 
İlk Avropa Oyunlarının təqdimat mərasiminin Roma şəhərində keçirilməsi bizim üçün xüsusi əhəmiyyət 
daşıyır. Çünki 2012-ci ilin dekabr ayında məhz bu şəhərdə Avropa Olimpiya Komitəsinin Baş Assambleyasında 
bu Oyunların Azərbaycanın paytaxtında - Bakıda keçirilməsi haqqında qərar qəbul olunmuşdur. Mən çox şadam 
ki, bu axşam Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki və “Bakı-2015” Koordinasiya Komitəsinin 
sədri  Spiros  Kapralos  bizimlədir.  Mən  demək  istəyirəm  ki,  Oyunlara  hazırlıq  zamanı  biz  hər  zaman  sizin 
dəstəyinizi, köməyinizi hiss etmişik. Mən sizə və Avropa Olimpiya Komitəsinin bütün üzvlərinə təşəkkürümü 
bildirirəm. 
Hörmətli qonaqlar, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra İtaliya dövləti ilə əməkdaşlıq qurub 
və onu uğurla inkişaf etdirir. Bu əməkdaşlıq bir çox sahələri əhatə edir, o cümlədən siyasi, iqtisadi, humanitar 
sahələri.  Parlamentlərarası  dostluq  qrupları,  hökumətlərarası  komissiyalar  fəaliyyət  göstərir.  İtaliya  bu  gün 
Azərbaycanın  ən  böyük  tərəfdaşlarından  biridir.  İtaliyanın  böyük  şirkətləri  Azərbaycanda  fəaliyyət  göstərir. 
Ötən il təməli qoyulan “Cənub” qaz dəhlizi layihəsinin icrası ilə Azərbaycan qazı yaxın gələcəkdə Avropaya, o 
cümlədən İtaliyaya nəql ediləcək. Bu, həm Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi yeni töhfə 
olacaq, eyni zamanda, İtaliya-Azərbaycan əməkdaşlığını yeni səviyyəyə qaldıracaq. 
Humanitar sahədə əməkdaşlığımız çox uğurla inkişaf edir və Romanın məşhur “Villa Borghese” parkında 
dahi  Azərbaycan  şairi  Nizami  Gəncəvinin  abidəsinin  ucaldılması  Azərbaycan  xalqı  tərəfindən  çox  yüksək 
qiymətləndirilib.  Azərbaycanın  qədim  tarixini  və  mədəniyyətini  İtaliyada  tanıdan  tədbirlər,  Azərbaycanın 
mədəniyyət  günləri,  sərgilər,  konsertlər  təkcə  Romada  deyil,  İtaliyanın  digər  şəhərlərində  də  keçirilir.  Heydər 
Əliyev  Fondunun  dəstəyi  ilə  Romanın  Kapitolini  Muzeyinin  “Filosoflar  zalı”nda  təmir  aparılır.  Azərbaycan 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
242 
 
dövləti İtaliyanın, Romanın çoxsaylı tarixi abidələrinin qorunmasına da öz töhfəsini verib və bu barədə ötən il 
Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi ilə Roma şəhər meriyası arasında saziş imzalanıb. Əminəm  ki, 
idman sahəsində də əməkdaşlıq çox möhkəmdir və qarşıdan gələn ilk Avropa Oyunları bu əməkdaşlığı daha da 
gücləndirməyə yeni imkanlar yaradacaq. 
Əziz dostlar, baxmayaraq ki, Olimpiya Hərəkatı Avropada doğulub və sonradan bərpa olunub, bu vaxta 
qədər Avropa Oyunları keçirilməyib. Belə bir Oyunları ilk dəfə təşkil etmək, qəbul etmək və keçirmək, əlbəttə, 
ölkəmiz  üçün  həm  böyük  şərəfdir,  həm  də  böyük  məsuliyyətdir.  Əlbəttə,  bu  qərarı  qəbul  edərkən  Avropa 
Olimpiya  Komitəsi  bir  çox  faktlara  əsaslanırdı:  Azərbaycanda  idmana  dövlət  tərəfindən  göstərilən  dəstək, 
idmançılarımızın  uğurları,  mövcud  idman  infrastrukturu  və  əlbəttə,  ölkənin  ümumi  inkişafı.  Azərbaycanda 
idmana,  Olimpiya  Hərəkatına  dəstək  dövlət  siyasətinin  prioritetlərindən  biridir. Son  10 ildə  ölkəmizdə  50-dən 
çox müasir Olimpiya mərkəzi inşa olunub. Biz müstəqil ölkə kimi Olimpiya Oyunlarında 1996-cı ildən iştirak 
edirik  və  oyunlardan-oyunlara  atletlərimizin  uğurları  artmaqdadır.  Son  Yay  Olimpiya  Oyunlarında 
Azərbaycanın  yığma  komandası  ikisi  qızıl  olmaqla  10  medal  qazanaraq  Avropa  ölkələri  arasında  15-ci  yeri, 
ümumi  iştirakçılar  arasında  isə  30-cu  yeri  tutmuşdur.  Ötən  il  Çində  keçirilən  Yeniyetmələrin  Olimpiya 
Oyunlarında bizim gənc atletlərimiz beşi qızıl olmaqla 12 medal qazanaraq 200-ə yaxın iştirakçı arasında 10-cu 
yeri tutmuşdur. 
Əziz  dostlar,  biz  yaxşı  anlayırıq  ki,  ilk  Oyunlar,  onların  təşkili  gələcək  Oyunların  standartlarını, 
səviyyəsini təmin edəcək. Baxmayaraq ki, hazırlıq üçün bizim cəmi iki il yarım vaxtımız olub, Azərbaycan bu 
oyunları ən yüksək səviyyədə, Yay Olimpiya Oyunları səviyyəsində keçirmək əzmindədir. Bunun üçün bütün 
lazımi tədbirlər həyata keçirilir, Təşkilat Komitəsi çalışır. Biz beynəlxalq idman qurumları, Avropa Olimpiya 
Komitəsi  ilə  sıx  əlaqədə  çalışırıq.  Ümidvaram  ki,  ilk  Avropa  Oyunları  Azərbaycanın  paytaxtı  Bakıda  ədalət, 
sağlam  rəqabət,  dostluq  və  həmrəylik  şəraitində  keçəcək  və  ölkələri,  xalqları,  insanları  bir  araya  gətirərək 
möhtəşəm idman bayramına çevriləcək. 
Əziz  dostlar,  sonda  bir  daha  sizin  gözəl  şəhərinizdə  olmağımdan  məmnunluğumu  bildirmək, 
qonaqpərvərliyinizə görə sizə dərin minnətdarlığımı ifadə etmək istəyirəm. Fürsətdən istifadə edərək, sizi bu il 
ilk Avropa Oyunlarını seyr etmək üçün ölkəmizə - Azərbaycana dəvət edirəm. 
Sizə xoş axşam arzulayıram. Çox sağ olun. 
 
X X X 
 
Daha  sonra  mərasim  iştirakçıları  “Bakı-2015”ə  həsr  olunmuş  filmə  baxdılar.  Filmdə  ilk  Avropa 
Oyunlarına hazırlıq işləri, paytaxtımızda yarışlarla bağlı həyata keçirilən mühüm layihələr əksini tapıb.  
Tədbirdə çıxış edən İtaliyanın təhsil naziri xanım Stefaniya Ciannini Heydər Əliyev Fondunun prezidenti 
Mehriban  Əliyevanın  yalnız  idmanın  deyil,  digər  sahələrin  inkişafına  da  verdiyi  töhfələrdən  danışdı.  Bakıya 
səfərini  xatırladan  S.Ciannini  bu  tədbirin  Romada  keçirilməsini  yüksək  səviyyəli  Azərbaycan-İtaliya 
əlaqələrinin  göstəricisi  kimi  dəyərləndirdi.  Diqqətə  çatdırıldı  ki,  ilk  Avropa  Oyunlarının  uğurla  keçirilməsinə 
İtaliya  da  öz  töhfəsini  verəcək.  Nazir  bu  mötəbər  idman  tədbirinə  hazırlığın  sürətlə  aparılmasını  yüksək 
qiymətləndirdi. 
Avropa  Olimpiya  Komitəsinin  (AOK)  prezidenti,  Beynəlxalq  Olimpiya  Komitəsinin  Direktorlar 
Şurasının üzvü və İrlandiyanın Olimpiya Şurasının prezidenti Patrik Hikki “Bakı-2015” ilk Avropa Oyunlarına 
həsr olunmuş növbəti tədbirdə iştirakından məmnunluğunu ifadə etdi. Bildirdi ki, Azərbaycanın birinci xanımı 
Mehriban  Əliyevanın  rəhbərliyi  ilə  Təşkilat  Komitəsinin  yarışlara  böyük  diqqətlə  yanaşması  və  ciddi 
hazırlaşması  təqdirəlayiqdir.  Bu  amil  ilk  Avropa  Oyunlarının  Bakıda  keçirilməsi  haqqında  AOK  tərəfindən 
qəbul edilmiş qərarın nə dərəcədə düzgün olduğunu göstərir. 
“İlk Avropa Oyunları hər kəsə - idmançılara, federasiyalara, Milli Olimpiya komitələrinə və bütünlükdə 
Avropa gənclərinə faydalı olacaq”, – deyən P.Hikki vurğuladı ki, Azərbaycanın tezliklə ev sahibliyi edəcəyi bu 
mötəbər idman tədbiri bütün dünya gənclərini ruhlandıracaq. 
İtaliya  Milli  Olimpiya  Komitəsinin  (İMOK)  prezidenti  Covanni  Malaqo  “Bakı-2015”  ilk  Avropa 
Oyunlarının  2016-cı  ildə  Rio-de-Janeyroda  keçiriləcək  Yay  Olimpiya  Oyunları  üçün  seçmə  yarışlara  imkan 
yaratması baxımından önəmini qeyd etdi. O diqqətə çatdırdı ki, belə yarışların təşkili Avropa qitəsində idmanın 
tərəqqisi üçün yeni perspektivlər açır. 
İMOK-un  prezidenti  dedi  ki,  Azərbaycan  bu  cür  möhtəşəm  bir  tədbirə  ev  sahibliyi  etmək  öhdəliyini 
uğurla yerinə yetirir. “Əminəm ki, bu ölkə öz qonaqpərvərliyi ilə avropalı idmansevərlərin diqqətini cəlb etməyi 
bacaracaq.  Azərbaycanda  Avropa  Oyunlarına  hazırlıq  işlərinin  sürətlə  və  yüksək  səviyyədə  aparılması  bu 
ölkənin yarışa ciddi yanaşdığını və Avropa idman dünyasına hörmətini nümayiş etdirir. “Bakı-2015” ilk Avropa 
Oyunları önəmli bir idman tədbiri kimi uzun müddət yaddaşlarda qalacaq”, – deyə C.Malaqo bildirdi. 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
243 
 
Roma  şəhərinin  meri  İqnatsio  Marino  ölkələrimiz  arasında  mədəniyyət,  idman  və  digər  sahələrdə 
əlaqələrin  inkişafından  danışdı.  O  dedi  ki,  müvafiq  istiqamətlərdə  imzalanmış  sənədlər  əməkdaşlığımızın 
genişlənməsinə  töhfə  verməkdədir.  Mer  ilk  Avropa  Oyunlarının  yüksək  səviyyədə  keçiriləcəyinə  əminliyini 
ifadə etdi. 
Daha sonra AOK-un prezidenti Patrik Hikki “Bakı-2015” ilk Avropa Oyunlarının başlanmasına 100 gün 
qalması münasibətilə Azərbaycanın birinci xanımına xatirə hədiyyəsi təqdim etdi. 
Xatırladaq ki, cari il iyunun 12-dən 28-dək keçiriləcək ilk Avropa Oyunlarında 49 ölkədən 6000-dən artıq 
atlet idmanın 20 növündə mübarizə aparacaq. Yarışlar Bakıda 21 idman obyektində keçiriləcək. 
 
Yüklə 3,29 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin