Iv fəSİl I avropa Oyunları 2015



Yüklə 3,29 Mb.
Pdf görüntüsü
səhifə31/41
tarix06.09.2017
ölçüsü3,29 Mb.
#29142
1   ...   27   28   29   30   31   32   33   34   ...   41

 
Məlumdur ki, son illərdə Azərbaycan mötəbər beynəlxalq tədbirlərin, idman yarışlarının keçirildiyi məkana 
çevrilib. Bir qayda olaraq ölkəmiz beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi edir. Bu cəhətdən birinci 
Avropa  Oyunları  da  istisna  təşkil  etməyəcək.  Azərbaycan  birinci  Avropa  Oyunlarını  Yay  Olimpiya  Oyunları 
səviyyəsində keçirmək əzmindədir. Prezident İlham Əliyev Nazirlər Kabinetinin yuxarıda haqqında bəhs olunan 
iclasında Avropa Oyunlarının tarixdə ilk dəfə ölkəmizdə keçirildiyinə diqqət çəkərək bildirib ki, bu yarışların 
standartları  da  məhz  Bakıda  yaranacaq:  “Biz  Avropa  Oyunlarını  Yay  Olimpiya  Oyunlarının  səviyyəsində 
keçirmək  əzmindəyik.  Bu  Oyunlar  bir  Avropa  bayramına  çevrilməlidir.  Azərbaycan  burada  yenə  də  liderlik 
keyfiyyətlərini  göstərir.  Çünki  Avropa  Oyunlarının  standartları  əslində  Bakıda  qoyulacaq.  Çünki  heç  vaxt  bu 
günə qədər belə oyunlar keçirilməmişdir. Bu oyunlar müxtəlif səviyyədə keçirilə bilərdi. Ancaq biz istəyirik ki, 
bu möhtəşəm idman bayramı möhtəşəm dostluq bayramına çevrilsin. Buna böyük ehtiyac var”. 
Öz növbəsində “Bakı-2015” birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva da 
Bakıda  keçiriləcək  yarışların  Avropanın  idman  tarixində  hadisəyə  çevriləcəyinə  əminliyini  ifadə  edib:  “Bu 
oyunlar Avropa idmanında tarixi hadisə olacaq. Azərbaycan üçün bu, ölkəmiz, ənənələrimiz, mədəniyyətimiz və 
tarixi köklərimizi daha çox tanıtmaq üçün yaxşı imkandır”. 
 
“Yeni Azərbaycan”.-2015.-7 fevral.-№ 24.-S.3. 
 
 
 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
206 
 
 
“Bakı-2015” birinci Avropa Oyunlarının təşkili işinə tələbə könüllülərin cəlb olunması məsələsi 
müzakirə edilib 
 
Təhsil Nazirliyində bu qurumun tabeliyində olan ali təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib. 
Nazirlikdən  bildiriblər  ki,  görüşdə  iyunun  12-dən  28-dək  keçiriləcək  “Bakı-2015”  birinci  Avropa 
Oyunlarının təşkili işinə tələbə könüllülərin cəlb olunması və digər aidiyyəti məsələlər müzakirə edilib. 
Təhsil  naziri  Mikayıl  Cabbarov  Azərbaycanda  keçiriləcək  ilk  Avropa  Oyunlarının  tarixi  əhəmiyyətini, 
oyunların  uğurla  keçirilməsinin  vacib  hissəsinin  könüllülərin  işi  olduğunu  qeyd  edib.  Bildirilib  ki,  bu  sırada 
tələbələrin  xüsusi  yeri  vardır.  Dünyanın  müxtəlif  ölkələrində  irimiqyaslı  tədbirlərin  keçirilməsinə  tələbə 
könüllülərin  cəlb  olunması  və  bu  işin  əlaqələndirilməsi  xüsusi  əhəmiyyət  kəsb  edir.  Bu  fəaliyyət  ictimai 
maraqlara  xidmət  etməklə  yanaşı,  tələbələrin  öz  bacarıqlarını  inkişaf  etdirmək,  iş  təcrübəsi  qazanmaq,  yeni 
insanlarla tanış olmaq baxımından da faydalıdır. 
Nazir  bildirib  ki,  Azərbaycanda  da  mütəmadi  keçirilən  beynəlxalq  əhəmiyyətli  tədbirlərə  könüllülərin  cəlb 
olunması  ənənəsi  vardır.  Bu  təcrübədən  birinci  Avropa  Oyunları  zamanı  faydalanmaq,  eləcə  də  könüllülük 
fəaliyyətinin əlaqələndirilməsi vacib məsələlərdəndir. 
Tədbirdə ali təhsil müəssisələrinin rəhbərləri qeyd ediblər ki, birinci Avropa Oyunlarında tələbələrin könüllü 
kimi iştirakına maraq genişdir. 
Könüllü  olacaq  tələbələr  müvafiq  təlimlər  keçəcək,  tədbirlərdə  iştirak  tarixinə,  vəzifə  funksiyalarına  və 
xidmət  yerlərinə  görə  şərti  olaraq  üç  qrupa  bölünəcəklər.  Birinci  qrup  iyunun  12-də  açılış  və  iyunun  28-də 
bağlanış  mərasimlərində  iştirak  edəcək.  İkinci  qrupun  köməyindən  iyunun  1-dən  30-dək  bütövlükdə  Avropa 
Oyunları müddətində istifadə edilməsi nəzərdə tutulub. Üçüncü qrup isə hazırlıq işlərinə qatılacaq. 
Bu fəaliyyətin əlaqələndirilməsi və Bakı Avropa Oyunları üzrə Əməliyyat Komitəsi (BAOƏK) ilə əlaqənin 
təmini üçün ali təhsil müəssisələrində əlaqələndirici nümayəndə təyin olunacaq. 
Xatırladaq ki, Avropa Oyunları bu qitəni əhatə edən 49 ölkədən olan atletlər üçün çoxnövlü idman tədbiridir 
və dörd ildə bir dəfə keçiriləcək. İlk Avropa Oyunlarının keçirilməsi hüququ Azərbaycana verilib. 
 
“İki sahil”.-2015.-10 fevral.-№ 25.-S.14. 
 
 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
207 
 
London Yay Olimpiya Oyunlarının çempionu “Bakı-2015”in elçisi elan edilib 
 
Fevralın  11-də  Avropa  Oyunları  Əməliyyat  Komitəsi  britaniyalı  taekvondoçu  Ceyd  Consun  “Bakı-
2015”in beynəlxalq idman elçisi olacağını elan edib. 
 
“Bakı-2015”dən AzərTAc-a bildiriblər ki, Ceyd Cons 2012-ci il XXX London Yay Olimpiya Oyunlarında 
57 kiloqram çəki dərəcəsində Böyük Britaniyanın taekvondo üzrə qızıl medal qazanmış ilk idmançısı olub. O, 
həmçinin 2011-ci ildə Koreya Respublikasının Cyoncu şəhərində keçirilən taekvondo üzrə dünya çempionatında 
gümüş medal qazanıb. İdmançı növbəti gümüş medala isə keçən ilin mayında Bakıda keçirilən taekvondo üzrə 
Avropa çempionatında layiq görülüb. 
“Bakı-2015”  Avropa  Oyunları  Əməliyyat  Komitəsinin  əməliyyatlar  üzrə  baş  direktoru  Saymon  Kleq  bu 
barədə  deyib:  “Belə  məşhur  Olimpiya  çempionunun  “Bakı-2015”in  elçisi  olması  ilk  Avropa  Oyunları  üçün 
böyük nailiyyətdir. Bu, yüksək səviyyəli peşəkar idmançıların Oyunlara cəlb ediləcəyinə sübutdur. Əminəm ki, 
Ceyd Cons beynəlxalq idman elçisi kimi, Avropa Oyunlarını Böyük Britaniyada uğurla təbliğ edəcək. Biz onun 
bu yay Bakıda keçiriləcək Avropa Oyunlarında müvəffəqiyyətlə çıxış edəcəyinə ümid bəsləyirik”. 
İyirmi yaşlı Ceyd Cons isə bununla əlaqədar bildirib: “Bakı-2015” Avropa Oyunlarının idman elçisi adına 
layiq  görüldüyümə  görə  çox  şadam.  Avropa  Oyunlarını  təbliğ  etmək  mənim  üçün  böyük  şərəfdir.  Qitənin 
çoxnövlü  idman  yarışlarının  keçirilməsi  avropalı  atletlər  üçün  çox  vacibdir.  Əsas  hədəfim  taekvondo  üzrə 
birinci Avropa Oyunlarının çempionu olmaqdır”. 
Britaniya  Olimpiya  Assosiasiyasının  “Bakı-2015”ə  qatılacaq  nümayəndə  heyətinin  rəhbəri  Mark  Enqland 
qeyd  edib:  “Ceyd  Consun  “Bakı-2015”in  beynəlxalq  idman  elçisi  olması  britaniyalı  idmançıların  Avropa 
Oyunlarına həvəsini əks etdirir. Britaniyanın çox güclü idman ənənəsi var. İdman elçisi proqramı qarşıdan gələn 
Avropa Oyunları barədə ölkədə maraq və həyəcan yaratmağa kömək edəcək”. 
Ceyd  Cons  “Bakı-2015”  ilk  Avropa  Oyunlarının  idman  elçiləri  seçilmiş  fransalı  bədii  gimnast  Kseniya 
Mustafayeva,  danimarkalı  kanoe  sprintçi  Rene  Holten  Poulsen  və  Serbiyanın  basketbol  3x3  komandasının 
üzvləri  Duşan  Domoviç  Bulut,  Marko  Saviç,  Marko  Zdero  və  Dejan  Majstoroviçə  qoşulur.  Oyunların  digər 
idman elçilərinin adları yaxın vaxtda açıqlanacaq. 
“Bakı-2015”in  beynəlxalq  elçiləri  öz  idman  növlərini  təmsil  və  ilk  Avropa  Oyunlarını  təbliğ  etmək  üçün 
bütün qitədə, o cümlədən mediada həyata keçirilən geniş marketinq kampaniyalarına qatılacaqlar. 
 
Azərbaycan”.-2015.-12 fevral.-N 33.-S.12. 
 
 
 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
208 
 
Möhtəşəm idman bayramının  
11 YERLİ ELÇİSİ 
 
“Bakı-2015”  ilk  Avropa  Oyunlarının  elçiləri  olacaq  11  Azərbaycan  idmançısının  adı  hamıya 
məlumdur. Onlar öz idman növlərini, ölkəmizi təmsil etmək üçün seçiliblər və qarşıdan gələn oyunlarla 
bağlı  marketinq  kampaniyalarında,  həmçinin  “Bakı-2015”in  geniş  şəkildə  qeyd  ediləcək  möhtəşəm 
tədbirlərində iştirak edəcəklər. Onları tanıyaq. 
 
Rövşən BAYRAMOV 
 
Güləşin  yunan-Roma  növü  ilə  məşğul  olan  idmançımız.  Olimpiya  Oyunlarının  ikiqat  gümüş  mükafatçısı 
(Pekin-2008, London-2012), dünya çempionu (2011), gümüş (2006) və bürünc medalçısı (2009), ikiqat Avropa 
çempionu (2007, 2008) və bürünc medalçısı (2006), hərbçilərin dünya çempionatının qalibi (2006), ümummilli 
lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Qızıl Qran-pri” Beynəlxalq turnirinin üçqat qalibi (2006, 2008, 
2011),  gənclər  arasında  dünya  çempionu  (2003)  və  bürünc  medalçısı  (2005),  yeniyetmələr  arasında  Avropa 
çempionatının  ikiqat  bürünc  medalçısıdır  (2002,  2003).  2008-ci  ildə  “Tərəqqi”  medalı,  2012-ci  ildə 
“Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunub. 
 
Mariya STADNİK 
 
Qadın güləşi üzrə  Olimpiya Oyunlarının gümüş (London-2012) və bürünc mükafatçısı (Pekin-2008), dünya 
çempionu  (2009),  gümüş  (2011)  və  bürünc  medalçısı  (2014),  dördqat  Avropa  çempionu  (2008,  2009,  2011, 
2014), ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Qızıl Qran-pri” Beynəlxalq turnirinin üçqat 
qalibi  (2008,  2011,  2014)  və  bürünc  medalçısı  (2009),  gənclər  arasında  Avropa  çempionudur  (2008).  2008-ci 
ildə “Tərəqqi” medalı, 2012-ci ildə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunub. 
 
Murad SULTANOV 
 
Dağ  velosipedi  üzrə  yığma  komandamızın  üzvüdür.  20  yaşlı  idmançı  ölkəmizdə  yenicə  populyarlıq 
qazanmağa  başlayan  dağ  velosipedi  idman  növü  üzrə  iyunda  keçirilən  ilk  Azərbaycan  çempionatının  bürünc 
mükafatçısıdır.  Bundan  başqa,  Murad  oktyabrda  təşkil  olunmuş  dağ  velosipedi  üzrə  “Bakı-2015”  ilk  Avropa 
Oyunlarının sınaq yarışının da iştirakçısı olub. 
 
Marina DURUNDA 
 
Bədii gimnastika üzrə ikiqat Azərbaycan çempionudur və bir neçə dəfə dünya kubokunda iştirak edib. 2014-
cü  ildə Türkiyənin  İzmir  şəhərində  keçirilmiş  dünya çempionatında inamlı  çıxışı  ilə  yadda  qalıb.  Marina  çox 
həyəcanlıdır və fəxr edir ki, birinci Avropa Oyunları məhz Bakıda keçiriləcək. 
 
Elgün ƏLİZADƏ 
 
Velosiped idmanı üzrə Azərbaycanın gənclər yığmasının üzvüdür. 18 yaşlı velosipedçimizin ən böyük uğuru 
ötən  ilin  yayında  keçirilən  Avropa  çempionatına  təsadüf  edir.  Qrup  yarışlarında  12-ci  yeri  tutan  gənc 
istedadımız hələ ki, Azərbaycan velosiped idmanı tarixində ən yüksək nəticəyə imza atıb. Bundan başqa, Elgün 
cüt və qrup ötüşməsi üzrə, həmçinin çoxgünlük ötüşmələr üzrə Azərbaycan çempionatının da qalibidir. 
 
Nazim BABAYEV 
 
Uzunluğa  və  üç  təkanla  tullanma  üzrə  idmançıdır  və  ötən  il  Çinin  Nankin  şəhərində  keçirilmiş 
Yeniyetmələrin Yay Olimpiya Oyunlarında bürünc medal əldə edib. Nazimin fikrincə, onun bu idman növündə 
çətinliyi tullanarkən bədənin üzərinə düşən ağırlığın öhdəsindən gələ bilməkdir. 
 
Elmar QASIMOV 
 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
209 
 
Azərbaycanın  peşəkar  cüdo  idmançısıdır.  Kişilər  arasında  Avropa  çempionatının  gümüş  mükafatçısıdır. 
Onun  fikrincə, cüdoda  əsas  çətinlik  nə  qədər irəlidə olsan  belə,  oyunun sonuna  kimi  uduzmaq  riskinin  davam 
etməsidir. 
 
Ceyran ƏLİYEVA 
 
Milli komandamızın aparıcı voleybolçularından biridir. Dünya kuboku uğrunda yarışlarda millimizin şərəfini 
qoruyub.  Qeyd  edir  ki,  oyun  zamanı  top  zərbələrinin  qarşısını  alarkən  yıxılmaq  bu idman  növünün  ən  böyük 
çətinliklərindəndir. 
 
Sabina MİKİNA 
 
Qılıncoynatma  üzrə  peşəkar  idmançıdır  və  2012-ci  ildə  Londonda  keçirilmiş  Olimpiya  Oyunlarında 
mübarizə aparıb. Onun indiyədək ən böyük uğuru 2011-ci ildə keçirilmiş dünya çempionatında 4-cü yerə layiq 
görülməsidir. Onun fikrincə, bu idman növündə ən əsas çətinlik psixoloji gərginlikdir, ancaq qələbə ilə bütün 
çətinliklər unudulur. 
 
Alim HƏMZƏYEV 
 
Azərbaycanın  tanınmış  3x3  basketbol  oyunçusudur.  Ən  böyük    uğuru  Avropa  İnkişaf  Kubokunu  2  dəfə 
ardıcıl olaraq qazanmasıdır. 
 
Suqraxanım MÜQABİLZADƏ 
 
Azərbaycanı kamandan oxatma üzrə yeniyetmələr arasında keçirilən “Nankinq-2014” Olimpiya Oyunlarında 
təmsil etmiş və Bakıda keçirilən Federasiyalar Kubokunda 3-cü yerə layiq görülməklə ən böyük uğurlarına imza 
atmışdır. Oyunlarda yüksək nəticə göstərmək isə onun ən çox qənaətbəxş olduğu bir andır. 
 
“Azərbaycan”.-2015.-12 fevral.-N 33.-S.9. 
 
 
 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
210 
 
Dünyanın ən modern idman saraylarından biri 
 
Qitənin  ən  nüfuzlu  idman  tədbirinin  başlamasına  beş  aydan  az  vaxt  qalıb.  Bu  möhtəşəm  idman 
bayramına hazırlıq işləri də artıq yekunlaşmaq üzrədir. 
 
Artıq  idman  qurğularında  son  təkmilləşdirilmə  işləri  aparılır.    Belə  obyektlərdən  biri  də  Bakı  İdman 
Sarayıdır.  Keçdiyimiz  günlərdə  Prezident    İlham  Əliyev  və  xanımı,  “Bakı-2015”  birinci  Avropa  Oyunları 
Təşkilat  Komitəsinin  sədri  Mehriban  Əliyeva  bu  idman  obyektində  həyata  keçirilən  əsaslı  yenidənqurma 
işlərinin  gedişi  ilə  tanış  olublar.  Ötən  ilin  yanvarında  başlayan  təmir  işlərindən  sonra  binada  Olimpiya  və 
Paralimpiya  oyunlarının  keçirilməsi  üçün  bütün  şərait  yaradılacaq,  ilk  Avropa  Oyunlarının  badminton  və 
stolüstü tennis yarışlarının burada keçirilməsi nəzərdə tutulur. 
Tamaşaçı  yerlərinin  sayının  artırılması  üçün  zalda  əlavə  olaraq  ikitərəfli  tribuna  inşa  edilib.  Zalda 
oturacaqların sayı təmirdən əvvəl 1100 idisə, yenidənqurmadan sonra bu rəqəm 1736-ya çatdırılıb. Badminton 
və  stolüstü  tennis  yarışlarının  keçirildiyi  yerlərlə  bağlı  Beynəlxalq  federasiyaların  tələbləri  nəzərə  alınaraq 
burada  xüsusi  idarəetmə  sistemi,  hava  axınını  üfüqi  istiqamətdə  bərabər  şəkildə  tənzimləyən  havalandırma 
sistemi qurulub. 
Sonda onu da qeyd edək ki, “Bakı-2015” həyəcanı yaxınlaşdıqca ölkəmizdə bu idman yarışlarına maraq daha 
da artır. Paytaxtımız növbəti dəfə dünya idmanının mərkəzinə çevriləcək. Bundan başqa, oyunlar Azərbaycanda 
digər  sahələrin  də  inkişafına  təkan  verəcək.  Avropa  Oyunlarının  keçirilməsində  əldə  edəcəyimiz  təcrübə 
gələcəkdə digər mötəbər turnirlərə ev sahibliyi etməyimizə şərait yaradacaq. 
 
“Azərbaycan”.-2015.-12 fevral.-N 33.-S.9. 
 
 
 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
211 
 
“Bakı-2015" Olimpiya tarixində örnək olacaq 
 
Bu il ilk dəfə təşkil olunacaq birinci Avropa Oyunları ilə qitənin idman tarixində yeni səhifə açılacaq. 
Şübhə  etməmək  olar  ki,  bu  mötəbər  turnirdən  sonra  Azərbaycanın  idman  ölkəsi  kimi  nüfuzu  qitənin 
sərhədlərini  də  aşaraq  dünyada  ikiqat  artacaq.  Azərbaycan  yarışların  beynəlxalq  standartlara  uyğun 
şəkildə təşkili ilə bir daha dünyaya bəyan edəcək ki, onun imkanlarına inananlar tamamilə haqlıdırlar.  
 
Sevindirici  haldır  ki,  Prezident  İlham  Əliyevin  rəhbərliyi  altında  Milli  Olimpiya  Komitəsinin  qazandığı 
nüfuz,  göstərdiyi  fəaliyyət  beynəlxalq  idman  təşkilatları  tərəfindən  dəstəklənir  və  ən  yüksək  qiymətə  layiq 
görülür.  Bu  il  şahmat  üzrə  Dünya  Kubokunun,  2016-cı  ildə  Şahmat  Olimpiadasının,  2017-ci  ildə  IV  İslam 
Həmrəyliyi  Oyunlarının  və  futbol  üzrə  AÇ-2020-nin  final  mərhələsinin  dörd  oyununun  Bakıda  keçirilməsi 
dünya idman ictimaiyyətinin ölkəmizə marağının artmasından irəli gəlir. 
Azərbaycan  Prezidenti,  Milli  Olimpiya  Komitəsinin  rəhbəri  cənab  İlham  Əliyevin  və  “Bakı-2015”  Avropa 
Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın artıq dəfələrlə qeyd etdikləri kimi, ölkəmiz ilk 
Avropa Oyunlarını Yay Olimpiya Oyunları səviyyəsində keçirməyi qarşısına məqsəd qoyub. Bunun məhz belə 
olacağına  bizim  özümüzlə  yanaşı,  demək  olar  ki,  hər  gün  qonağımız  olub  idman  obyektlərinə  baş  çəkən 
beynəlxalq idman təşkilatlarının nümayəndələri də qəti əmindirlər. 
Bu  gün  “Bakı-2015”  Avropa  Oyunlarının  qitənin  aparıcı  şəhərlərində  təqdimatı  davam  edir.  Növbəti 
təqdimat Davos İqtisadi Forumu çərçivəsində keçirilmişdir. Davosdakı təqdimat mərasiminə İsveçrənin ictimai-
siyasi  dairələrinin,  beynəlxalq  idman  ictimaiyyətinin  nümayəndələri,  Dünya  İqtisadi  Forumunda  iştirak  edən 
xarici ölkələrin təmsilçiləri qatılmışdılar. 
Təqdimatda  çıxış  edərkən  Avropa  Olimpiya  Komitəsinin  bu  qərarının  qəbul  edilməsində  əsas  səbəb  olan 
amillərə  toxunan  Prezident  İlham  Əliyev  ölkəmizin  bu  tədbiri  yüksək  səviyyədə  keçirəcəyini  bildirdi: 
“Fikrimcə,  bu  oyunların  Bakıda  keçirilməsi  haqqında  qəbul  edilmiş  qərarın  bir  səbəbi  də  atletlərimizin 
nailiyyətləri ilə  bağlıdır... Digər  səbəb  Azərbaycanın sürətli  inkişafı ilə  bağlıdır.  Müstəqillik  illəri,  xüsusən  də 
son  on  il  ərzində  iqtisadiyyatımız  üç  dəfədən  çox  artıb.  Davos  Dünya  İqtisadi  Forumu  qlobal  rəqabətlilik 
reytinqinə görə Azərbaycanı 38-ci yerdə qərarlaşdırır. İqtisadi inkişaf və müasir infrastruktur Oyunların Bakıda 
keçirilməsi barədə qərarın qəbulunda rol oynadı”. 
Prezident  İlham  Əliyev  ilk  Avropa  Oyunlarının  Avropanın  idman  tarixində  yeni  səhifə  açacağını,  gələcək 
oyunların  səviyyəsini,  standartlarını  müəyyən  edəcəyini  bildirdi:  “Ümidvarıq  ki,  bütün  ölkələr  bu  oyunlara 
güclü  atletlərini  göndərəcəklər.  Çünki  Avropa  Oyunlarının  standartları  müəyyən  dərəcədə  məhz  Bakıda 
müəyyənləşdiriləcək. Oyunların təşkil edilməsi forması ola bilsin ki, digər şəhərlər üçün də örnək olacaq”. 
 
  “Azərbaycan”.-2015.-12 fevral.-N 33.-S.9. 
 
 
 
 
 
 
 
 
 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
212 
 
 
Azərbaycan birinci Avropa Oyunlarına tam hazırdır 
 
Mübariz Abdullayev 
 
“Bakı-2015”  birinci  Avropa  Oyunları  Təşkilat  Komitəsinin  sədri  Mehriban  xanım  Əliyeva:  Bu  Oyunlar 
bütün iştirakçıları birləşdirəcək və yeni idman ənənəsi üçün güclü təməl yaradacaq 
Son  illərdə  Prezident  İlham  Əliyevin  rəhbərliyi  ilə  həyata  keçirilən  uğurlu  siyasət  sayəsində  regional  və 
qlobal miqyasda nüfuzu əhəmiyyətli dərəcədə artan, bütün dünyada etibarlı tərəfdaş imici qazanan Azərbaycan 
mötəbər beynəlxalq tədbirlərin, nüfuzlu idman yarışlarının keçirildiyi məkana çevrilib. Hazırda isə ölkəmiz cari 
ilin yayında Bakıda keçiriləcək birinci Avropa Oyunlarının həyəcanı ərəfəsindədir. 
Xatırladaq ki, birinci Avropa Oyunlarının 2015-ci ilin yayında Bakıda keçirilməsi barədə qərar 2012-ci ilin 
dekabrında  Avropa  Olimpiya  Komitəsinin  (AOK)  Baş  Məclisində  qəbul  edilib.  Avropanın  idman-olimpiya 
ailəsi Bakının namizədliyini böyük səs çoxluğu ilə dəstəkləyib. Bakıda keçiriləcək yarışlarda Avropa Olimpiya 
Komitəsinə  üzv  olan  bütün  ölkələrin  iştirakı  gözlənilir.  Avropa  Olimpiya  Komitəsi  ilə  əldə  olunmuş  razılığa 
əsasən, Bakıda keçiriləcək yarışlara 49 ölkədən 20 idman növü üzrə 6 mindən çox atlet qatılacaq. Təşkilatçılar 
bəyan  ediblər  ki,  “Bakı-2015”  oyunlarından  2016-cı  ildə  Rio-de-Janeyroda  keçiriləcək  Olimpiya  Oyunlarına 
kvalifikasiya platforması qismində istifadə ediləcək. Belə ki, birinci Avropa Oyunları çərçivəsində keçiriləcək 
yarışlardan  16-sı  olimpiya  idman  növüdür.  Buraya  velosiped  idman  növü,  güllə  atıcılığı,  üzgüçülük,  stolüstü 
tennis, taekvando, triatlon və digər idman növləri daxildir. 
 
Azərbaycan birinci Avropa Oyunlarına böyük məsuliyyətlə hazırlaşır 
 
Yuxarıda  deyilənlərdən  də  göründüyü  kimi,  cari  ilin  yayında  ölkəmizin  paytaxtında  keçiriləcək  birinci 
Avropa  Oyunlarının  miqyası  kifayət  qədər  böyükdür.  Təsadüfi  deyil  ki,  Avropa  Olimpiya  Komitəsinin 
prezidenti  Patrik  Hikki  birinci  Avropa  Oyunlarının  çox  innovativ  olacağını  və  adi  yarışmalarda  olmayan 
müxtəlif  idman  növləri  ilə  seçiləcəyini  xüsusi  nəzərə  çatdırıb.  AOK-in  rəsmisi  bildirib  ki,  onların  sayəsində 
atletlər gələcək Olimpiya Oyunları üçün nəticələri daha da yaxşılaşdıracaqlar: “Sonra onlar 2016-cı ildə Rioya, 
2020-ci ildə Tokioya gedəcəklər və ən yüksək idman nailiyyətlərinə daha yaxşı hazırlaşacaqlar”. 
Xüsusi olaraq vurğulamaq yerinə düşər ki, Azərbaycan Avropanın tarixində ilk dəfə keçiriləcək bu yarışmanı 
yay Olimpiya Oyunları səviyyəsində keçirmək əzmindədir. Prezident İlham Əliyevin vurğuladığı kimi, gələcək 
Avropa  Oyunlarının  standartları  məhz  Bakıda  müəyyənləşəcək:  “Biz  Avropa  Oyunlarını  Yay  Olimpiya 
Oyunlarının səviyyəsində keçirmək əzmindəyik. Bu Oyunlar bir Avropa bayramına çevrilməlidir. Azərbaycan 
burada  yenə  də  liderlik  keyfiyyətlərini  göstərir.  Çünki  Avropa  Oyunlarının  standartları,  əslində  Bakıda 
qoyulacaq. Çünki heç vaxt bu günə qədər belə oyunlar keçirilməmişdir. Bu oyunlar müxtəlif səviyyədə keçirilə 
bilərdi. Ancaq biz istəyirik ki, bu möhtəşəm idman bayramı möhtəşəm dostluq bayramına çevrilsin. Buna böyük 
ehtiyac var”. 
Qeyd  etmək  xoşdur  ki,  Avropa  Olimpiya  Komitəsi  birinci  Avropa  Oyunlarının  Bakıda  keçirilməsinə  qərar 
verdikdən sonra ötən müddətdə bu mötəbər idman yarışmasına hazırlıqla bağlı respublikamızda  genişmiqyaslı 
işlər həyata keçirilib. Yəni, ölkəmiz tarixdə ilk dəfə təşkil olunan birinci Avropa Oyunlarına böyük məsuliyyətlə 
hazırlaşır. Bütün hazırlıq işləri isə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-
nun  və  İSESCO-nun  xoşməramlı  səfiri,  Milli  Məclisin  deputatı  Mehriban  Əliyevanın  rəhbərlik  etdiyi  “Bakı-
2015”  birinci  Avropa  Oyunları  Təşkilat  Komitəsi  tərəfindən  həyata  keçirilir.  “Bakı-2015”  birinci  Avropa 
Oyunları  Təşkilat  Komitəsinin  sədri  Mehriban  xanım  Əliyeva  Təşkilat  Komitəsinin  hələ  2013-cü  il  2  fevral 
tarixində keçirilən ilk iclasında birinci Avropa Oyunlarının Bakıda keçirilməsinə qərar verilməsini ölkəmiz üçün 
yüksək  etimad  kimi  dəyərləndirmişdi:  “Birinci  Avropa  Oyunlarının  Bakıda  keçirilməsi  ölkəmiz  üçün, 
ümumiyyətlə,  bütün  Avropa  Olimpiya  hərəkatı  üçün  tarixi  hadisədir.  Regionun  lider  dövlətinə  çevrilən 
Azərbaycanın  sürətli  inkişafı,  dünya  birliyində  tutduğu  mövqe,  mövcud  ictimai-siyasi  sabitlik  beynəlxalq 
ictimaiyyətdə əminlik yaradıb ki, ölkəmiz bu mötəbər tədbirə uğurla ev sahibliyi edə bilər”. 
Beləliklə,  Azərbaycanın  birinci  xanımı  Mehriban  Əliyevanın  rəhbərlik  etdiyi  Təşkilat  Komitəsinin  üzvləri 
hazırlıq  işlərinə  start  verdikləri  ilk  gündən  öz  fəaliyyətlərində  Avropa  idman  ailəsinin  ölkəmizə  göstərdikləri 
yüksək  etimadı  doğrultmağa  çalışıblar.  Bakıda  birinci  Avropa  Oyunları  ilə  əlaqədar  həyata  keçirilən 
infrastruktur  layihələri,  yeni  idman  arenalarının  inşası,  mövcud  obyektlərdə  əsaslı  yenidənqurma  işlərinin 
aparılması,  atletlər  kəndinin  hazırlanması,  digər  çoxsaylı  tədbirlərin  əlaqələndirilməsi  və  qısa  müddətdə 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
213 
 
reallaşdırılması  Mehriban  xanım  Əliyevanın  rəhbərliyi  altında  çalışan  “Bakı-2015”  birinci  Avropa  Oyunları 
Təşkilat Komitəsinin fəaliyyətinin miqyası barədə konkret təsəvvür yaradır.  
Avropa  Olimpiya  Komitəsinin  rəsmilərinin  də  vurğuladıqları  kimi,  Avropa  Oyunları  miqyasında  yarışların 
təşkil edilməsi üçün ev sahibliyi etmək hüququ qazanan ölkələrə adətən 7 il vaxt verilir, Azərbaycanın isə bütün 
hazırlıq işlərini həyata keçirmək üçün cəmi 30 ay vaxtı olub. Lakin Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi 
işgüzar  komandanın  böyük  əzmkarlığı  sayəsində  Azərbaycan  birinci  Avropa  Oyunlarına  hazırlığı  yüksək 
səviyyədə  həyata  keçirməkdədir.  Artıq  ölkəmiz  Avropanın  tarixində  ilk  dəfə  keçiriləcək  birinci  Olimpiya 
Oyunlarına ev sahibliyi etməyə tam hazırdır.  
Heç  şübhəsiz,  birinci  Avropa  Oyunlarına  hazırlığın  yüksək  səviyyədə  həyata  keçirilməsində  “Bakı-2015” 
birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın yüksək təşkilatçılığı və hər bir 
işə  böyük  məsuliyyətlə  yanaşması  müstəsna  rol  oynayır.  Qeyd  etmək  yerinə  düşər  ki,  bundan  əvvəl  Bakıda 
keçirilən  “Eurovision-2012”  beynəlxalq  mahnı  müsabiqəsinə  hazırlıq  işləri  də  məhz  ölkəmizin  birinci  xanımı 
Mehriban Əliyevanın rəhbərliyi altında reallaşdırılıb. Yüksək hazırlıq sayəsində Bakıda keçirilən “Eurovision-
2012”  iştirakçılar  tərəfindən  ən  yaxşı  mahnı  müsabiqəsi  kimi  dəyərləndirildi.  Mehriban  xanım  Əliyevanın 
rəhbərliyi  altında  işləyən  komanda  cari  ilin  yayında  Bakıda  keçiriləcək  birinci  Avropa  Oyunlarına  da  eyni 
yüksək  məsuliyyətlə  və  peşəkarlıqla  yanaşır.  Təşkilat  Komitəsinin  sədri  Mehriban  xanım  Əliyeva  birinci 
Avropa Oyunları ilə əlaqədar Bakıda tikilən və yaxud yenidən qurulan bütün idman obyektlərində işlərin gedişi 
ilə  şəxsən  tanış  olub  və  inşaatçılara  öz  tövsiyələrini  verib.  Mehriban  xanım  Əliyeva  Avropa  Olimpiya 
Komitəsinin Əlaqələndirmə Komissiyasının bu günlərdə Bakıda keçirilən V iclasında ölkəmizin birinci Avropa 
Oyunlarına  böyük  məsuliyyət  hissi  ilə  hazırlaşdığını  bir  daha  nəzərə  çatdırıb.  O,  iclasda  iştirak  edən  Avropa 
Olimpiya Komitəsinin rəsmilərinə xitabən deyib: “Siz 2012-ci ilin dekabrında Bakını birinci Avropa Oyunlarına 
ev sahibliyi etmək üçün seçəndən ölkəmiz Avropanın qürur duyacağı yüksək səviyyəli beynəlxalq tədbiri təşkil 
etməklə  məşğul  olub.  Bu  oyunlar  Avropa  idmanında  tarixi  hadisə  olacaq.  Azərbaycan  üçün  bu,  ölkəmiz, 
ənənələrimiz, mədəniyyətimiz və tarixi köklərimizi daha çox tanıtmaq üçün yaxşı imkandır. Biz ilk Oyunların 
keçirilməsinin şərəfli və məsuliyyətli iş olduğunu qəbul edirik. Siz bu gün və sabah bizə olan etimadınızın əbəs 
olmadığını  görəcəksiniz.  Baxmayaraq  ki,  qarşıdakı  bir  neçə  ay  ərzində  planlarımıza  son  ştrixləri  vurmalıyıq, 
ümidvaram ki, biz hamımız indiyədək əldə olunan əhəmiyyətli nailiyyətlərlə fəxr edə bilərik”. 
Beləliklə, ölkəmizin birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi altında çalışan komanda birinci Avropa 
Oyunlarına hazırlığın əsas mərhələsini uğurla yekunlaşdırıb. Nəzərdə tutulan bütün tədbirlər qrafik üzrə yerinə 
yetirilib. Yarışların keçiriləcəyi bir sıra məkanlarda işlər tam başa çatdırılıb. Fevralın sonunadək bütün idman 
məkanlarının  daimi  bazasının  tikintisinin  yekunlaşdırılması  nəzərdə  tutulub.  Hazır  olan  idman  qurğularında 
yayda  birinci  Avropa  Oyunlarında  idmançıların  yüksək  səviyyədə  çıxış  etmələrinə  imkan  yaratmaq  üçün 
sınaqlar keçirilir. Ümumiyyətlə, rəsmi yarışlar başlayanadək müxtəlif idman obyektlərində 35 sınaq tədbiri və 
sınaq yarışması keçirilməsi nəzərdə tutulub. Bundan başqa, ən yüksək dünya standartları səviyyəsində yaradılan 
atletlər kəndi də birinci Avropa Oyunlarının iştirakçılarının istifadəsinə veriləcək. Atletlər kəndi 7300 çarpayısı 
olan 1000-dən artıq mənzildən ibarətdir. 
 
Yüklə 3,29 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin