Iv fəSİl I avropa Oyunları 2015


“Bakı-2015” Avropa Oyunlarının Uniforma və Akkreditasiya Mərkəzinin açılışı olub



Yüklə 3,29 Mb.
Pdf görüntüsü
səhifə30/41
tarix06.09.2017
ölçüsü3,29 Mb.
#29142
1   ...   26   27   28   29   30   31   32   33   ...   41

“Bakı-2015” Avropa Oyunlarının Uniforma və Akkreditasiya Mərkəzinin açılışı olub 
 
Fevralın  5-də  “Bakı-2015”  Avropa  Oyunlarının  Uniforma  və  Akkreditasiya  Mərkəzinin  açılışı  olub. 
Mərasimdə  gənclər  və  idman  naziri  Azad  Rəhimov,  “Bakı-2015”  Avropa  Oyunları  Əməliyyat 
Komitəsinin  əməliyyatlar  üzrə  baş  direktoru  Saymon  Kleq,  həmçinin  Bakıda  səfərdə  olan  Avropa 
Olimpiya Komitəsinin üzvləri iştirak ediblər. 
 
Tədbirdə  çıxış  edən  gənclər  və  idman  naziri,  Avropa  Oyunları  Əməliyyat  Komitəsinin  baş  icraçı  direktoru 
Azad  Rəhimov  “Bakı-2015”-ə  hazırlıq  işlərinin  yüksək  səviyyədə  getdiyini  bildirib.  Nazir  Avropa  Oyunları 
Əməliyyat Komitəsinin fəaliyyətini yüksək qiymətləndirərək qeyd edib ki, Mərkəz yarışlara gələcək qonaqlar, 
eyni  zamanda,  media  nümayəndələrinin  daha  səmərəli  fəaliyyətinə  kömək  göstərəcək.  Nazir  deyib  ki,  “Bakı-
2015”-in Nar Mobile tərəfindən dəstəklənən könüllülər proqramının uğurlu namizədləri Oyunlardan əvvəl yeni 
binada qeydiyyatdan keçərək xüsusi dizayn edilmiş uniformalar əldə edəcəklər. 
Avropa  Olimpiya  Komitəsi  (AOK)  Əlaqələndirmə  Komissiyasının  sədri  Spiros  Kapralos  deyib:  “Avropa 
Oyunlarının  keçiriləcəyi  idman  obyektləri  dünya  səviyyəsində  yaradılıb.  Bunları  görmək,  Uniforma  və 
Akkreditasiyası Mərkəzinin açılışında iştirak etmək bizim üçün çox xoşdur”. 
“Bakı-2015”-in  əməliyyatlar  üzrə  baş  direktoru  Saymon  Kleq  bildirib  ki,  biz  dünya  standartlarına  uyğun 
Oyunlar  keçirmək  üçün  səylə  çalışırıq.  AOK  Əlaqələndirmə  Komissiyasının  Bakıya  səfəri  əldə  etdiyimiz 
nəticələri  Avropa  idman  ictimaiyyəti  ilə  paylaşmaq  üçün  yaxşı  imkandır.  Əlaqələndirmə  Komissiyasının 
üzvlərini  burada  görmək  və  onları  “Bakı-2015”-in  obyektləri  və  marşrut  şəbəkəsi  ilə  tanış  etməkdən  böyük 
məmnunluq duydum. 
Sonda  Avropa  Olimpiya  Komitəsinin  üzvləri  və  digər  rəsmi  qonaqlar  yeni  Uniforma  və  Akkreditasiya 
Mərkəzi ilə tanış olublar. 
 
“Xalq qəzeti”.-2015.-6 fevral.-N 28.-S.2. 
 
 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
201 
 
Bakı birinci Avropa Oyunlarına ev sahibliyi etməyə tam hazırdır 
 
Avropa  Oyunlarına  hazırlıq  plan  üzrə  gedir  və  idman  infrastrukturunda  olan  irəliləyiş  bizi  çox 
sevindirir.  Bu  barədə  fevralın  6-da  “Fairmont  Baku”  mehmanxanasında  “Bakı-2015”  birinci  Avropa 
Oyunları  ilə  bağlı  keçirilən  mətbuat  konfransında  Avropa  Olimpiya  Komitəsinin  (AOK)  prezidenti 
Patrik Hikki məlumat verib. 
 
Yüksək  peşəkarlığa  və  qonaqpərvərliyə  görə,  “Bakı-2015”in  Təşkilat  Komitəsinə  minnətdarlığını  bildirən 
Patrik  Hikki  qeyd  edib  ki,  könüllülərin  və  texniki  işçilərin  uniformalarının  təqdim  olunması,  idman 
obyektlərində  həyata  keçirilən  işlər,  nəqliyyat  sistemi  sahəsində  əldə  edilən  irəliləyişlər  Avropa  Oyunlarına 
hazırlığın  yüksək  səviyyədə  getdiyindən xəbər  verir. Davosda  “Bakı-2015”in  təqdimatının  təşkili  və  yarışlara 
olan  böyük  maraq  bu  mötəbər  idman  tədbirinin  təkcə  Azərbaycan  deyil,  bütün  Avropa  üçün  əhəmiyyətli 
olmasının bariz nümunəsidir. 
Avropa  Oyunlarına  hazırlığın  yekun  mərhələsinə  qədəm  qoyduğunu  diqqətə  çatdıran  AOK-un  prezidenti 
bundan  sonra  komitə  tərəfindən  ölkəmizə  kiçik  qrupların  səfər  edəcəyini  və  görülən  işlərlə  yaxından  tanış 
olacaqlarını  vurğulayıb.  Qeyd  edib  ki,  yaxın  günlərdə  2019-cu  ildə  keçiriləcək  ikinci  Avropa  Oyunlarına  ev 
sahibliyi edəcək şəhərin adı açıqlanacaq.  
AOK-un Əlaqələndirmə Komissiyasının Bakıda keçirilən beşinci iclasında maraqlı müzakirələr aparıldığını 
deyən  komissiyanın  sədri  Spiros  Kapralos  Təşkilat Komitəsinin  uğurlarından  söhbət  açıb.  Diqqətə  çatdırıb  ki, 
1400-dək peşəkarın birgə çalışdığı komanda böyük uğurlara imza atır: “İnşa olunan və yenidən qurulan idman 
obyektlərində gördüklərimiz bizi yaxşı mənada təəccübləndirdi. Hazırda əsas diqqətimiz test yarışların təşkilinə 
yönəlib”. 
Spiros  Kapralos  deyib  ki,  “Bakı-2015”  tarixdə  ilk  Avropa  Oyunlarını  keçirmək  yolunda  sürətlə  irəliləyir. 
Oyunlara  sayılı  günlər  qalır  və  tikinti  ilə  bağlı  bütün  işlər  zamanında  başa  çatdırılıb.  Bütün  bunlar  Bakının 
Avropa Oyunlarına vaxtında hazır olacağına əminlik yaradır. 
Bakıda  keçirilən  beşinci  iclasda  dəyərli  fikirlərin  səsləndirildiyini  vurğulayan  Azərbaycanın  gənclər  və 
idman naziri Azad Rəhimov “Bakı-2015” üçün rekord müddətdə görülən işlərdən danışıb. 
Nazir deyib:  “Bakı-2015” birinci Avropa Oyunlarının açılış mərasiminə dörd aydan bir az çox müddət qalır. 
Hələ  görüləcək  çox  iş  var  və  yaratdığımız  iş  dinamikası  bir  saniyə  belə  dayanmayacaq.  Ölkəmizdə  idmana 
göstərilən  dövlət  qayğısının  bariz  nümunəsidir  ki,  idmançılarımız  beynəlxalq  arenada  uğurla  çıxış  edir, 
respublikamız irimiqyaslı yarışlara yüksək səviyyədə ev sahibliyi edir. Avropa Oyunlarından sonra Azərbaycan 
böyük bir irsə sahib olacaq ki, bu da növbəti uğurlara təkan verəcək. 
“Bakı-2015”  birinci  Avropa  Oyunlarının  əməliyyatlar  üzrə  baş  direktoru  Saymon  Kleq  deyib  ki,  Avropa 
Oyunlarının  başlanmasına  126  gün  qalır  və  biz  hazırlıqların  son  mərhələsindəyik.  AOK  Koordinasiya 
Komissiyası  üzvlərinin  Bakıya  səfəri  onları  əldə  etdiyimiz  irəliləyişlərlə  tanış  etmək  və  nailiyyətlərimizi 
nəzərdən keçirmək üçün əla fürsət oldu. “Bakı-2015” Azərbaycan və Avropa üçün tarixi hadisəyə çevriləcək və 
bunun  üçün  biz  öhdəliklərimizi  bağlanış  mərasimindən  sonra  axırıncı  qonaq  Bakını  tərk  edənədək  davam 
etdirmək niyyətindəyik. 
Tədbirdə,  həmçinin  “Bakı-2015”  birinci  Avropa  Oyunları  ilə  bağlı  videoçarx  nümayiş  olunub  və 
jurnalistlərin sualları cavablandırılıb.    
 
AzərTAc 
Azərbaycan”.-2015.-7 fevral.-N 29.-S.6. 
 
 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
202 
 
 
Avropa Oyunlarının standartları Bakıda müəyyənləşəcək 
 
Prezident İlham Əliyev: Biz Avropa Oyunlarını Yay Olimpiya Oyunlarının səviyyəsində keçirmək 
əzmindəyik. Bu Oyunlar bir Avropa bayramına çevrilməlidir 
 
Mübariz Abdullayev 
 
Azərbaycan  birinci  Avropa  Oyunlarının  həyəcanı  ərəfəsindədir.  Hazırda  Azərbaycanın  birinci  xanımı, 
UNESCO-nun  və  İSESCO-nun  xoşməramlı  səfiri,  millət  vəkili  Mehriban  Əliyevanın  rəhbərlik  etdiyi  “Bakı-
2015”  birinci  Avropa  Oyunları  Təşkilat  Komitəsi  tərəfindən  yarışların  yüksək  səviyyədə  keçirilməsi  üçün 
intensiv  hazırlıq  işləri  həyata  keçirilir.  Bu  günlərdə  Bakıda  keçirilən  Avropa  Olimpiya  Komitəsinin 
Əlaqələndirmə  Komissiyasının  V  iclasında  qurumun  prezidenti  Patrik  Hikki  Avropa  Oyunlarının  yüksək 
səviyyədə  təşkil  edilməsi  məqsədilə  güclü  və  peşəkarlardan  ibarət  komandanın  çalışmasından  məmnunluğunu 
ifadə  edib.  İclasda  vurğulandığı  kimi,  birinci  Avropa  Oyunlarına  hazırlıq  işləri  qrafik  üzrə  davam  etdirilir. 
Yarışların  keçiriləcəyi  bir  sıra  məkanlar  artıq  hazırdır.  Fevralın  sonunadək  bütün  idman  məkanlarının  daimi 
bazasının  tikintisinin  yekunlaşdırılması  nəzərdə  tutulub.  Hazır  olan  idman  qurğularında  yayda  birinci  Avropa 
Oyunlarında  idmançıların  yüksək  səviyyədə  çıxış  etmələrinə  imkan  yaratmaq  üçün  sınaqlar  keçirilir. 
Ümumiyyətlə, rəsmi yarışlar başlayanadək müxtəlif idman obyektlərində 35 sınaq tədbiri və sınaq yarışmasının 
keçirilməsi nəzərdə tutulub. Bundan başqa, ən yüksək dünya standartları səviyyəsində yaradılan atletlər kəndi də 
birinci Avropa Oyunlarının iştirakçılarının istifadəsinə veriləcək. Atletlər kəndi 7300 çarpayısı olan 1000-dən 
artıq mənzildən ibarətdir. 
Göründüyü  kimi,  Azərbaycan  tarixdə  ilk  dəfə  keçirilən  birinci  Avropa  Oyunlarına  ən  yüksək  səviyyədə 
hazırlaşır.  Yeri  gəlmişkən,  ölkəmizin  birinci  Avropa  Oyunlarına  yüksək  səviyyədə  ev  sahibliyi  edəcəyi  bu 
yaxınlarda  Heydər  Əliyev  Fondunun  təşkilatçılığı  və  dəstəyi  ilə  Davosda  keçirilən  “Bakı-2015”  ilk  Avropa 
Oyunlarının  təqdimat  mərasimində  də  xüsusi  vurğulanıb.  İsveçrənin  ictimai-siyasi  dairələrinin,  beynəlxalq 
idman  ictimaiyyətinin  nümayəndələrinin,  həmçinin,  Davos  İqtisadi  Forumunun  təmsilçilərinin  qatıldıqları 
təqdimat  mərasimində  Bakıda  keçiriləcək  birinci  Avropa  Oyunlarının  Avropanın  idman  tarixində  yeni  səhifə 
açacağı,  beynəlxalq  miqyasda  idman  hərəkatına,  xalqlar  və  ölkələr  arasında  əməkdaşlığa  sanballı  töhfələr 
verəcəyi bildirilib. 
Xatırladaq ki, birinci Avropa Oyunlarının 2015-ci ilin yayında Bakıda keçirilməsi barədə qərar 2012-ci ilin 
dekabrında  Avropa  Olimpiya  Komitəsinin  Baş  Məclisində  qəbul  edilib.  Avropanın  idman-olimpiya  ailəsi 
Bakının  namizədliyini  böyük  səs  çoxluğu  ilə  dəstəkləyib.  Bakıda  keçiriləcək  yarışlarda  Avropa  Olimpiya 
Komitəsinə  üzv  olan  bütün  ölkələrin  iştirakı  gözlənilir.  Avropa  Olimpiya  Komitəsi  ilə  əldə  olunmuş  razılığa 
əsasən, Bakıda keçiriləcək yarışlara 49 ölkədən 20 idman növü üzrə 6 mindən çox atlet qatılacaq. Təşkilatçılar 
bəyan  ediblər  ki,  “Bakı-2015”  oyunlarından  2016-cı  ildə  Rio-de-Janeyroda  keçiriləcək  Olimpiya  Oyunlarına 
kvalifikasiya platforması qismində istifadə ediləcək. Belə ki, birinci Avropa Oyunları çərçivəsində keçiriləcək 
yarışlardan  16-sı  olimpiya  idman  növüdür.  Buraya  velosiped  idman  növü,  güllə  atıcılığı,  üzgüçülük,  stolüstü 
tennis, taekvando, triatlon və digər idman növləri daxildir. 
Bütün bunlar isə birinci Avropa Oyunlarının nüfuzuna və miqyasına dəlalət edir. Tarixdə ilk dəfə baş tutacaq 
belə  mötəbər  yarışların  ölkəmizin  paytaxtında  keçirilməsi  isə  heç  də  təsadüfi  deyil.  Bu,  ilk  növbədə, 
Azərbaycanın dünya üçün nümunə ola biləcək reallıqları ilə bağlıdır. 
 
Ölkəmizin malik olduğu dəyərlər bu gün Avropaya çox lazımdır 
 
Hazırda  dünyanın  mənzərəsi  bir  sıra  siyasi,  iqtisadi  narahatçılıqlarla  səciyyələnsə  də,  Azərbaycan  özünün 
möhkəm  daxili  sabitliyə  və  dinamik  sosial-iqtisadi  tərəqqiyə  rəvac  verən  inkişaf  modeli  ilə  fərqlənir.  Dünya 
üçün  bir çox  problemlərlə keçən  son 11  ildə  ölkəmiz  kənardan heç  bir  kömək  olmadan,  xarici  borclanmasını 
artırmadan  öz  iqtisadiyyatını  3  dəfədən  çox  genişləndirməyə,  strateji  valyuta  ehtiyatlarını  50  milyard  dollara 
çatdırmağa müvəffəq olub. Belə dinamik iqtisadi inkişaf geniş məzmunlu sosial siyasətlə tamamlanır. Prezident 
İlham  Əliyev  xalqımızın  maraqlarına  əsaslanan  siyasət  həyata  keçirir,  daim  cəmiyyətin  tələb  və  təklifləri  ilə 
səsləşən  sosial  təşəbbüslər  irəli  sürür  və  qısa  müddətdə  onların  icrasına  nail  olur.  Bu  isə  ölkədə  vətəndaş 
məmnunluğunu təmin edir, insanlarda ölkə rəhbərliyinə inamı artırır, cəmiyyətin monolitliyinə zəmin yaradır. 
Azərbaycanın mənzərəsini səciyyələndirən əsas cəhətlərdən biri isə son 11 ildə ölkədə davamlı olaraq siyasi 
islahatların həyata keçirilməsidir. Respublikamızda iqtisadi islahatlarla paralel surətdə siyasi islahatlara da ciddi 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
203 
 
önəm verilir. Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına 
və  qarşıda  duran  vəzifələrə  həsr  olunan iclasında  vurğuladığı  kimi:  “Çünki iqtisadi islahatları  aparmaqla,  eyni 
zamanda, siyasi islahatlara da böyük önəm veririk. Bütün demokratik təsisatlar yaradılıb. Bütün azadlıqlar - söz 
azadlığı,  sərbəst  toplaşmaq  azadlığı,  vicdan  azadlığı,  mətbuat  azadlığı,  internet  azadlığı,  din  azadlığı  təmin 
edilib. Bu azadlıqlar nəinki təmin edilib, eyni zamanda, bu, bizim həyat tərzimizdir, bu, dövlət siyasətidir”. 
Eyni  zamanda,  Azərbaycan  cəmiyyəti  yüksək  tolerantlığı  ilə  fərqlənir.  Ölkəmizdə  milli-dini  zəmində  hər 
hansı  qarşıdurmaya,  dözümsüzlük  nümayiş  etdirilməsinə  zəmin  yoxdur.  Əksinə  Azərbaycan  cəmiyyəti  başqa 
mədəniyyətlərə açıq olmasını özünün üstün dəyəri kimi getdikcə daha da möhkəmləndirməyə çalışır. Xalqımız 
milli-dini  müxtəlifliyin  ölkəmizi  daha  rəngarəng  etməsi  ilə  qürur  duyur.  Azərbaycan  dünyanın  nadir 
ölkələrindəndir  ki,  burada  məscidlərlə  yanaşı,  sinaqoqlar,  kilsələr  də  dövlət  vəsaiti  hesabına  təmir  olunur  və 
yaxud yeniləri yaradılır. Prezident İlham Əliyev Nazirlər Kabinetinin yuxarıda haqqında bəhs olunan iclasındakı 
çıxışında Azərbaycan cəmiyyətinə xas olan dəyərlərin bu gün Avropa üçün vacib olduğunu bildirib: “Ölkəmizdə 
mövcud olan ictimai-siyasi vəziyyət, multikulturalizm, dini-milli dözümlülük, dünyaya açıq olmağımız - bütün 
bu amillər bu gün Avropa, dünya üçün lazımdır. Çünki əfsuslar olsun ki, real həyatda biz bir çox hallarda tam 
başqa mənzərəni görürük - qanlı toqquşmalar, terrorizm, ədavət, ikili standartlar və s”. 
Beləliklə,  Prezident  İlham  Əliyevin  rəhbərliyi  altında  ölkəmizdə  həyata  keçirilən  məqsədyönlü  siyasət 
sayəsində  respublikamızın  beynəlxalq  miqyasda  nüfuzunun  artması,  etibarlı  tərəfdaş  imicinin  formalaşması, 
ölkəmizin iqtisadi potensialının yüksəlməsi, cəmiyyətimizin monolitliyi Avropa idman ailəsinin birinci Avropa 
Oyunlarının  Bakıda  keçirilməsi  ilə  bağlı  qərar  verməsində  həlledici  rol  oynayıb.  Təsadüfi  deyil  ki,  Prezident 
İlham  Əliyev  Nazirlər  Kabinetinin  iclasındakı  çıxışında  birinci  Avropa  Oyunlarının  yalnız  idman  tədbiri 
olmadığını nəzərə çatdıraraq deyib: “Ona görə, Avropa Oyunlarının keçirilməsi sadəcə olaraq bir idman tədbiri 
deyil. Hesab edirəm ki, bu tədbirdə iştirak edəcək idmançılar, qonaqlar Azərbaycanla əlbəttə ki, tanış olacaqlar 
və Azərbaycanın uğurlu inkişaf modelini görəcəklər”. 
Prezident  İlham  Əliyev  Davosda  keçirilən  “Bakı-2015”in  təqdimat  mərasimində  Azərbaycanın  beynəlxalq 
miqyasda  xalqlar  və  dövlətlər  arasında  etimadın,  qarşılıqlı  inamın  artmasına  töhfə  vermək  əzmini  bir  daha 
nəzərə çatdırıb: “Son illər ərzində Azərbaycanda idman infrastrukturunun inkişafı bizim üçün çox  əhəmiyyətli 
məsələ  olub.  Fəxr  edirik  ki,  2015-ci  il  Avropa  Oyunlarından  sonra  2016-cı  ildə  biz  Dünya  Şahmat 
Olimpiadasını keçirəcəyik və eyni zamanda, ilk dəfə olaraq, “Formula - 1” yarışmaları regionumuza gələcək. Bu 
yarış  şəhər  daxilində  baş  tutacaq.  2017-ci  ildə  isə  İslam  Həmrəyliyi  Oyunlarını  keçirəcəyik.  Bu  oyunlar 
müsəlman dünyasını bir araya gətirir. Bunun çox rəmzi mənası var. İki il ərzində Bakı Avropa Oyunlarını və 
İslam Oyunlarını qəbul edəcək. Azərbaycan bütün dinlərin nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində 
yaşadığı  çoxmillətli  və  çoxkonfessiyalı,  çoxmədəniyyətli  ölkədir.  Bu  yaxınlarda  Azərbaycanda  Beynəlxalq 
Multikulturalizm  Mərkəzinin  yaradılması  haqqında  qəbul  edilmiş  qərarın  tarixi  əsasları  var.  Bu,  dövlət 
siyasətimizin real təzahürüdür”. 
 
Azərbaycan həm də yüksək idman ənənələrinə malik ölkədir 
 
Davamlı dövlət qayğısı sayəsində Azərbaycan həm də idmanın yüksək səviyyədə inkişaf etdiyi, yeni idman 
ənənələrinin  yarandığı  ölkəyə  çevrilib.  İdmançılarımız  beynəlxalq  səviyyəli  yarışlarda  getdikcə  daha  inamla 
çıxış  edirlər.  Respublikamızın  Olimpiya  Oyunlarında  hər  dəfə  daha  böyük  uğur  qazanması  bunun  təsdiqidir. 
Əgər  Azərbaycan  müstəqil  ölkə  kimi  Atlanta  Olimpiadasında  bir,  Sidneydə  üç,  Afinada  beş,  Pekində  yeddi 
medal qazanmışdısa, son London Olimpiadasında təmsilçilərimizin qazandıqları medalların sayı 10-a çatıb və 
respublikamız medalların sayına görə Avropa ölkələri arasında 15-ci yerdə qərarlaşıb. Azərbaycan idmançıları 
daha  bir  böyük  uğuru  2014-cü  ildə  Çində  keçirilən  yeniyetmələrin  Yay  Olimpiya  Oyunlarında  qazanıblar. 
Dünyanın  200-ə  yaxın  ölkəsinin  iştirakı  ilə  keçirilən  bu  olimpiadada  Azərbaycanın  komandası  10-cu  pillədə 
qərarlaşıb ki, bu da respublikamızı təmsil edən gənc idmançıların tarixi nailiyyətləridir. 
Bütün  bunlar,  Avropa  idman  ailəsinin  tarixdə  ilk  dəfə  təşkil  olunan  birinci  Avropa  Oyunlarının  Bakıda 
keçirilməsinə  qərar  verməsinə  də  öz  təsirini  göstərib.  Təsadüfi  deyil  ki,  Prezident  İlham  Əliyev  Davosda 
keçirilən  “Bakı-2015”in  təqdimat  mərasimindəki  çıxışında  birinci  Avropa  Oyunlarının  Bakıda  keçirilməsinə 
qərar verilməsinin həm də Azərbaycanın özünü idman ölkəsi kimi tanıtması, atletlərimizin beynəlxalq yarışlarda 
qazandıqları nailiyyətlərlə bağlı olduğunu bildirib: “Fikrimcə, bu Oyunların Bakıda keçirilməsi haqqında qəbul 
edilmiş qərarın bir səbəbi də atletlərimizin nailiyyətləri ilə bağlıdır. Azərbaycan müstəqillik illəri ərzində özünü 
həm də idman ənənələri ilə seçilən ölkə kimi tanıdıb”. 
Son  illərdə  Azərbaycanın  dünyada  idman  ölkəsi  kimi  tanınmasına,  həmçinin,  respublikamızda  yaradılan 
güclü  idman  infrastrukturu  da  böyük  təsir  göstərib.  Prezident  İlham  Əliyevin  Davosda  təşkil  olunan  “Bakı-

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
204 
 
2015”in  təqdimat  mərasimindəki  çıxışında  bildirdiyi  kimi:  “Son  illər  ərzində  Azərbaycanda  idman 
infrastrukturunun inkişafı bizim üçün çox əhəmiyyətli məsələ olub”. 
Ölkəmizin idmançıları 1997-ci ildə Milli Olimpiya Komitəsinin (MOK) rəhbərliyinin dəyişməsindən sonra 
MOK-un yeni prezidenti İlham Əliyevin simasında öz böyük hamilərini tapdılar, desək, əsil həqiqəti ifadə etmiş 
olarıq. Həmin vaxtdan etibarən MOK-un yeni rəhbərliyinin təşəbbüsü ilə respublikamızda idman təsərrüfatının 
yenilənməsinə,  o  cümlədən  də,  bu  sahədə  müasir  infrastruktur  qurulmasına  start  verilib.  Ölkənin  idman 
təsərrüfatının  yenilənməsi  ilə  bağlı  iki  istiqamət  müəyyənləşdirilmişdi.  Bunlardan  biri  mövcud  idman 
qurğularının müasir dünya standartları səviyyəsində yenidən qurulması, digəri isə yeni idman obyektlərinin inşa 
edilməsi idi. 1997-ci ildən bəri hər iki istiqamətdə böyük həcmli layihələr reallaşdırılıb. Respublikamızda idman 
infrastrukturunun yenilənməsi ilə bağlı reallaşdırılan layihələr içərisində dövlət başçısının müvafiq Sərəncamına 
əsasən  Tofiq  Bəhramov  adına  Respublika  Stadionun  maddi-texniki  bazasının  möhkəmləndirilməsini  xüsusi 
qeyd etmək lazımdır. Yenidənqurma işlərindən sonra Respublika Stadionu beynəlxalq standartlara cavab verən 
müasir arenaya çevrilib. 
Bu qəbildən olan yenidənqurma işləri digər idman qurğularında da uğurla həyata keçirilib. Hazırda Heydər 
Əliyev adına İdman-Konsert Sarayında, Bakı İdman Sarayında böyük həcmli yenidənqurma işləri uğurla davam 
etdirilir. 
Son  illərdə  ölkəmizdə  ən  müasir  dünya  standartları  səviyyəsində  inşa  edilən  idman  arenaları  istifadəyə 
verilib.  Bu  sırada  “Bakı”,  “Azal”,  “Qəbələ”  futbol  klublarının  yeni  təlim-məşq  bazalarını,  “Xəzər-Lənkəran” 
komandası üçün inşa edilən stadionu və digərlərini misal göstərmək mümkündür. Bakıda yelkən idmanı üçün 
nəzərdə  tutulan  Yaxt-klub,  Stend  Atıcılığı  Mərkəzi,  “Musado”  Taekvando  evi,  Otüstü  xokkey  kompleksi, 
“ABU-Arena”  həndbol  mərkəzi  yeni  tikilən  idman  obyektləri  sırasındadır.  Ötən  ilin  birinci  yarısında  Bakıda 
möhtəşəm  Milli  Gimnastika  Arenası  istifadəyə  verilib.  Müstəqillik  illərində  ölkəmizdə  ən  müasir  standartlar 
səviyyəsində 50-dən artıq idman-olimpiya kompleksləri tikilib istifadəyə verilib ki, onların da böyük əksəriyyəti 
bölgələrin payına düşür. 
Yüksək  səviyyəli  infrastrukturun  yaradılması  respublikamızın  mötəbər  beynəlxalq  yarışlara  ev  sahibliyi 
etməsinə  imkan  verir.  Cari  ilin  yayında  Bakıda  keçiriləcək  birinci  Avropa  Oyunları  bunun  daha  bir  təsdiqinə 
çevriləcək. 
Əlamətdar haldır ki, Azərbaycanda idmana böyük önəm verildiyi Davosda keçirilən “Bakı-2015”in təqdimat 
mərasimində  də  vurğulanıb.  Belə  ki,  Avropa  Olimpiya  Komitəsinin  prezidenti  Patrik  Hikki  çıxışında  bu 
məqama toxunaraq deyib: “İdman Azərbaycan cəmiyyətində xüsusi yer tutur. “Bakı-2015” idman tarixində yeni 
maraqlı səhifə olacaq”. 
 
Bakıda keçiriləcək birinci Avropa Oyunlarına beynəlxalq miqyasda böyük maraq var 
 
Avropanın  idman  ailəsi  2012-ci  ilin  dekabrında  birinci  Avropa  Oyunlarının  Bakıda  keçirilməsinə  qərar 
verdikdən  sonra  ölkəmiz  bu  yüksək  etimadı  layiqincə  doğrultmaq  üçün  səylə  çalışır.  Əlamətdar  haldır  ki, 
respublikamızda birinci Avropa Oyunlarının keçirilməsinə dövlət qurumları ilə yanaşı, ictimaiyyət tərəfindən də 
böyük  dəstək  nümayiş  etdirilir.  İndiyədək  16  mindən  artıq  könüllü  Bakıda  keçiriləcək  birinci  Avropa 
Oyunlarına  öz  dəstəyini  ifadə  edib.  Yeri  gəlmişkən,  Avropa  Olimpiya  Komitəsinin  Əlaqələndirmə 
Komissiyasının  bu  günlərdə  keçirilən  V  iclasında  ölkəmizdə  yarışlara  göstərilən  ictimai  maraq  da  xüsusi 
vurğulanıb. “Bakı-2015” birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva təşkilat 
komitəsində  gənclərin  çalışmasını  birinci  Avropa  Oyunlarının  ən  dəyərli  miraslarından  biri  kimi 
səciyyələndirərək  deyib:  “Mən  qürur  duyuram  ki,  hazırda  Bakı  Avropa  Oyunları  Əməliyyat  Komitəsində  950 
gənc çalışır. Bu, Oyunların ən dəyərli miraslarından biridir və əminəm ki, bu, onların gələcək həyatı üçün böyük 
təcrübə imkanıdır”. 
Eyni  zamanda,  birinci  Avropa  Oyunlarına  beynəlxalq  maraq  da  kifayət  qədər  böyükdür.  Məlumdur  ki, 
birinci  Avropa  Oyunlarının  təşkil  edilməsi  ilə  beynəlxalq  komanda  məşğuldur.  “Bakı-2015”  birinci  Avropa 
Oyunlarının  Təşkilat  Komitəsi  7  rəsmi  tərəfdaşla  çalışır.  Avropa  Olimpiya  Komitəsinin  Əlaqələndirmə 
Komissiyasının  bu  günlərdə  keçirilən  V  iclasında  “Bakı-2015”  birinci  Avropa  Oyunları  Təşkilat  Komitəsinin 
sədri  Mehriban  xanım  Əliyeva  yarışlara  beynəlxalq  marağın  böyük  olduğunu  bildirib.  Təşkilat  Komitəsinin 
sədrinin  vurğuladığı  kimi,  birinci  Avropa  Oyunlarını  600-dən  artıq  beynəlxalq  və  yerli  media  nümayəndəsi 
işıqlandıracaq. İyunun 10-da beynəlxalq mətbuat nümayəndələri üçün tədbir təşkil ediləcək. Bu tədbiri 100-dən 
artıq  ölkəyə  yaymaq  üçün  43  şirkətə  yayım  hüququ  verilib  və  beləliklə  də,  Oyunları  Avropa,  Asiya,  Afrika, 
Şimali və Cənubi Amerika və Avstraliyada izləyə biləcəklər. 
 
Azərbaycan birinci Avropa Oyunlarını ən yüksək səviyyədə keçirmək əzmindədir 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
205 
 
Yüklə 3,29 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin