Iv fəSİl I avropa Oyunları 2015



Yüklə 3,29 Mb.
Pdf görüntüsü
səhifə29/41
tarix06.09.2017
ölçüsü3,29 Mb.
#29142
1   ...   25   26   27   28   29   30   31   32   ...   41

 
“Palitra”.-2015.-3 fevral.-№ 20.-S.8-9. 
 
 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
193 
 
 
Azərbaycan Prezidenti İlham Əliyev Bakı İdman Sarayında yenidənqurma işlərinin  
gedişi ilə maraqlanıb 
(3 fevral 2015-ci il) 
 
 
Bakı, 3 fevral, AzərTAc 
Fevralın  3-də  Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev  və  xanımı,  “Bakı  2015”  birinci 
Avropa  Oyunları  Təşkilat  Komitəsinin  sədri  Mehriban  Əliyeva  Bakı  İdman  Sarayında  həyata  keçirilən  əsaslı 
yenidənqurma işlərinin gedişi ilə tanış olublar. 
Gənclər və idman naziri Azad Rəhimov görülən işlərlə bağlı dövlətimizin başçısına ətraflı məlumat verdi. 
Qeyd  olundu  ki,  bina  1974-cü  ildə  inşa  edilib  və  hazırda  müasir  tələblərə  uyğun  yenidən  qurulur.  Ötən 
ilin  yanvarında başlayan təmir  işlərindən sonra  binada  Olimpiya  və  Paralimpiya  oyunlarının  keçirilməsi  üçün 
bütün  şərait  yaradılacaq,  ilk  Avropa  Oyunlarının  badminton  və  stolüstü tennis yarışlarının burada  keçirilməsi 
nəzərdə tutulur. 
Dövlətimizin başçısı və xanımı əsas idman zalında aparılan təmir işləri ilə də maraqlandılar. 
Bildirildi ki, tamaşaçı yerlərinin sayının artırılması üçün zalda  əlavə olaraq ikitərəfli tribuna inşa edilib. 
Zalda  oturacaqların  sayı  təmirdən  əvvəl  1100  idisə,  yenidənqurmadan  sonra  bu  rəqəm  1736-ya  çatdırılıb. 
Badminton  və  stolüstü  tennis  yarışlarının  keçirildiyi yerlərlə  bağlı  Beynəlxalq Federasiyaların  tələbləri  nəzərə 
alınaraq  burada  xüsusi  idarəetmə  sistemi,  hava  axınını  üfüqi  istiqamətdə  bərabər  şəkildə  tənzimləyən 
havalandırma sistemi qurulub. 
Əsas idman zalında artıq döşəmə işlər həyata keçirilir. Döşəməyə xüsusi taxta örtük salınır. Məhdud fiziki 
imkanlı  tamaşaçıların  və  gələcəkdə  paralimpiyaçıların  binanın  bütün  sahələrindən  tam  istifadə  edə  bilmələri 
nəzərə alınaraq, daxildə 6 lift şaxtası inşa edilib və müasir liftlərin quraşdırılması nəzərdə tutulub. Bakı İdman 
Sarayında  idmançılar  və  tamaşaçılar  üçün  kafe  də  fəaliyyət  göstərəcək.  Bundan  başqa,  burada  püşkatma  və 
mətbuat  zallarında,  VIP  otaqlarda,  Avropa  Oyunları  Təşkilat  Komitəsinin  iş  kabinetlərində  və  digər  yardımçı 
otaqlarda da yüksək standartlar nəzərə alınacaq. 
Qeyd  edək  ki,  ilk  Avropa  Oyunlarının  həyəcanı  yaxınlaşdıqca  ölkəmizdə  bu  idman  yarışlarına  maraq 
daha da artır. Bütün bunlar bir daha təsdiqləyir ki, Avropa Olimpiya Komitəsinin birinci Avropa Oyunlarının 
Bakıda keçirilməsi ilə bağlı qərarı beynəlxalq idman ictimaiyyətinin ölkəmizin Olimpiya hərəkatında oynadığı 
rola, idmanın inkişafına göstərdiyi yüksək dəstəyə verilən önəmin ifadəsidir. Təsadüfi deyil ki, Bakının 2015-ci 
il  Avropa  Oyunlarının  keçirilməsi  üçün  böyük  potensiala  malik  olmasını  beynəlxalq  idman  təşkilatları  da 
təsdiqləyib.  Güclü  idman  infrastrukturu  olan  Azərbaycan,  eyni  zamanda,  beynəlxalq  yarışları  keçirmək 
təcrübəsinə də malikdir. Ölkəmiz birinci Avropa Oyunlarını da yüksək səviyyədə keçirəcəkdir. 
Dövlətimizin  başçısı  İlham  Əliyev  Bakı  İdman  Sarayında  işlərin  vaxtında  və  yüksək  keyfiyyətlə  başa 
çatdırılmasına dair müvafiq tapşırıq və tövsiyələrini verdi. 
 
AzərTAc 
3 fevral 2015-ci il 
 
 
 
 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
194 
 
Prezident İlham Əliyev ilk Avropa Oyunları üçün avtobus deposu və təlim mərkəzində görülən 
işlərlə, Zığ gölünün kompleks bərpası layihəsi ilə tanış olu 
(3 fevral 2015-ci il) 
 
Bakı, 3 fevral, AzərTAc 
Fevralın  3-də  Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev  və  xanımı,  “Bakı-2015”  birinci 
Avropa  Oyunları  Təşkilat  Komitəsinin  sədri  Mehriban  Əliyeva  “Bakubus”  Məhdud  Məsuliyyətli  Cəmiyyətin 
(MMC) ilk Avropa Oyunları üçün avtobus deposu və təlim mərkəzində görülən işlərlə tanış olublar. 
Maliyyə naziri Samir Şərifov dövlətimizin başçısına burada aparılan işlər barədə məlumat verdi. 
Əvvəllər bu ərazidən neftlə çirklənmiş torpaqların və məişət tullantılarının atılma məntəqəsi kimi istifadə 
olunub.  Ötən  ilin  sentyabrından  16  hektar  ərazidə  abadlıq  və  yenidənqurma  işləri  aparılıb,  torpaq  qatı 
təmizlənib.  Ərazinin  6  hektarında  sürücülər  üçün  Təlim  Mərkəzi  yaradılır.  Burada  praktiki  təlimlər  üçün 
beynəlxalq  standartlara  cavab  verən  yollar  salınıb.  Bu  yollarda  xüsusi  döngələr  və  maneələrin  yaradılması, 
müxtəlif  yol  şəraitini  imitasiya  edən  avadanlığın  quraşdırılması  nəzərdə  tutulur.  Mərkəzdə  minik  və  yük 
avtomobilləri,  iritutumlu  avtobuslar  və  motosiklet  sürücüləri  üçün  peşəkar  mütəxəssislər  tərəfindən  təlimlərin 
keçirilməsi  planlaşdırılır.  Yol  hərəkəti  təhlükəsizliyi  üzrə  təlim-tədris  mərkəzi  sürücülər  üçün  fərdi 
uyğunlaşdırılmış təlim proqramı təklif edir. Bunun da nəticəsində yolda hərəkət zamanı sürücülərin məsuliyyəti, 
diqqəti  və  təcrübələri  artır.  Bu  məqsədlə  tədris  zamanı  5  təlim  modulundan  istifadə  olunur.  Burada  9  hektar 
ərazidə bir inzibati və dörd xidməti bina inşa edilir. İnzibati binada ümumi idarəetmə, mühasibatlıq, nəqliyyatın 
idarəetmə  mərkəzi,  treninq  sinifləri,  yeməkxana  və  digər  inzibati  otaqlar  olacaq.  Mərkəzdə,  həmçinin 
sürücülərin tibbi yoxlama otağının, daxili dispetçer xidmətinin, işdən sonra avtobusları qəbuletmə və yoxlama 
məntəqəsinin  yaradılması  da  nəzərdə  tutulur.  Layihəyə  uyğun  olaraq  inşa  edilən  yanacaqdoldurma  məntəqəsi, 
həmçinin təmir və texniki baxış binası da müasir səviyyədə qurulur. Burada bütün növ təmir və texniki baxışın 
həyata  keçirilməsi  mümkün  olacaq.  Binada  12  avtobusa  eyni  zamanda  təmir  və  xidmət  göstəriləcək.  Burada 
işləyəcək  ustalara  avtobus  istehsalçıları  tərəfindən  xüsusi  treninqlər  və  peşəartırma  kursları  təşkil  ediləcək. 
Binada növbəli iş rejimində çalışan usta və əməkdaşlar üçün istirahət otaqları da yaradılacaq. Ekoloji məsələlərə 
xüsusi  diqqət  yetiriləcək.  Avtoyuma  məntəqəsində  işlənmiş  suyun  və  ümumilikdə,  ərazidə  yağış  sularının  85 
faizi xüsusi qurğuda təmizlənərək təkrar istifadə ediləcək. Layihə fevralın sonunadək yekunlaşdırılacaq. 
Ümumilikdə, “Bakubus” MMC-də 900-ə yaxın iş yerinin açılması nəzərdə tutulur. İşçilərin 650 nəfərini 
sürücülər  təşkil  edəcək.  Avtobus  parkı  fəaliyyətini  beynəlxalq  təcrübəyə  əsasən  quracaq.  Sürücülərə  xüsusi 
geyim formaları veriləcək, avtobuslar şəhərə çıxmazdan əvvəl texniki baxışdan keçiriləcək. 
Sonra  iqtisadiyyat  və  sənaye  naziri  Şahin  Mustafayev  Prezident  İlham  Əliyevə  Zığ  gölünün  kompleks 
bərpası layihəsi çərçivəsində görülən işlər barədə məlumat verdi. 
Layihə dövlətimizin başçısının “Zığ gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması, mühafizəsi və ondan 
istifadə sahəsində əlavə tədbirlər haqqında” 2014-cü ildə imzaladığı Sərəncama əsasən həyata keçirilir. Burada 
işlərin  görülməsi  İqtisadiyyat  və  Sənaye  Nazirliyinə  həvalə  edilib.  Qısa  müddətdə  gölün  mühafizəsi  təmin 
olunub,  buraya  məişət  tullantılarının  atılmasının  qarşısı  alınıb.  Layihə  çərçivəsində  çirklənmə  mənbələrinin, 
istismara yararsız neft quyularının və digər qurğuların ləğv edilməsi, gölün səviyyəsini saxlamaq üçün çirkab 
suların  təmizlənərək  buraya  axıdılması,  dib  çöküntülərinin  zərərsizləşdirilməsi  işlərinin  aparılması  nəzərdə 
tutulur.  Beləliklə,  gölün  ərazisi  təbii  məcrasına  uyğunlaşdırılacaq.  Hazırda  gölün  müfəssəl  layihəsinin 
hazırlanması  üçün  beynəlxalq  məsləhətçi  şirkətlərin  işə  cəlb  olunması  ilə  bağlı  tədbirlər  görülür.  Gölün 
istifadəsi  və  mühafizəsi  sahəsində  idarəetmənin  həyata  keçirilməsi  ilə  əlaqədar  təşkilati-təsərrüfat  işlərinin 
görülməsi, eləcə də bu sahədə fəaliyyətin əlaqələndirilməsi “Təmiz Şəhər” ASC-yə həvalə edilib. 
Daha sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ilk Avropa Oyunlarında iştirak edəcək 
yüksək səviyyəli qonaqların daşınması üçün alınan “Mercedes” markalı mikroavtobuslara baxdılar. 
Avtobuslarda sərnişinlərin rahatlığını təmin etmək üçün hərtərəfli şərait var. 
Prezident  İlham  Əliyevə  “Bakubus”  MMC-nin  “İVECO”  markalı  yeni  avtobusları  barədə  də  məlumat 
verildi.  İlkin  mərhələdə  Fransa  istehsalı  olan  302  avtobus  alınıb.  Yeni  avtobuslarda  gediş  haqqı  kartla 
ödəniləcək. Bu kartdan həm də metroda istifadə olunacaq. Avtobuslardakı bütün materiallar yanğına, donmaya 
və  buxarlanmaya  davamlıdır.  Təhlükəsizliyin  təmin  edilməsi  məqsədi  ilə  avtobusların  salonlarında  kameralar 
quraşdırılıb,  qapılar  xüsusi  sistemlə  təchiz  edilib.  Bu  nəqliyyat  vasitələrində  uşaq  və  əlillər  üçün  xüsusi 
oturacaqlar qoyulub. Avtobusların daha bir üstünlüyü isə onların sıxılmış təbii qazla işləməsidir. Bu da ekoloji 
baxımdan əhəmiyyətlidir. 
Prezident İlham Əliyev görüləcək işlərlə bağlı müvafiq tapşırıq və göstərişlərini verdi. 
AzərTAc 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
195 
 
3 fevral 2015-ci il 
 
 
 
 
 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
196 
 
Avropa idmanının nəbzi döyünəcək 16 məkan 
 
Elçin CƏFƏROV 
 
Azərbaycana  Avropa  Oyunlarına  hazırlıq  üçün  cəmi  iki  il  vaxt  verilmişdi.  Məlumdur  ki,  Yay 
Olimpiya  Oyunlarının  keçirilməsində  artıq  böyük  təcrübə  mövcuddur  və  Beynəlxalq  Olimpiya 
Komitəsinin  təlimatlarında  hər  bir istiqamət  üzrə  müəyyən  edilmiş  metodiki  qaydalar  var.  İlk    Avropa 
Oyunları  üçün  isə  heç  bir  təlimat  və  təcrübə  yoxdur.  Belə  olan  halda  bütün  məsuliyyət,  təşkilati 
məsələlərin yoluna qoyulması Azərbaycanın üzərinə düşürdü. 
Təqdirəlayiq haldır ki, Azərbaycan qarşıya qoyulan məsuliyyətli işin öhdəsindən layiqincə gəlir. Artıq 
inşa olunan idman obyektlərinin əksəriyyəti idmançıların ixtiyarına verilib. Olimpiya stadionunun və Su 
İdman Sarayının yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulur. 
Yarışların keçiriləcəyi idman obyektləri ilə tanış olaq. 
 
Bakı Olimpiya Stadionu 
 
Burada  yüngül  atletika  yarışları  keçiriləcək.  Stadion  Atletlər  Kəndinin  (AK)  şimalında  yerləşir  və  burada 
atletika yarışları ilə yanaşı, Avropa Oyunlarının açılış və bağlanış mərasimləri də keçiriləcək. Tikintisi 2015-ci 
ilin fevralında tamamlanması planlaşdırılan stadion 68 min tamaşaçı tutumuna malikdir. 
 
Milli Gimnastika Arenası 
 
Arenada  gimnastika  (idman  gimnastikası,  bədii  gimnastika,  batut  üzərində  tullanma,  akrobatika,  aerobika) 
yarışları  keçiriləcək.  AK-ın  cənubunda  yerləşir.  Tikintisi  2014-cü  ilin  fevralında  tamamlanıb.  2014-cü  ilin 
aprelində Prezident İlham Əliyevin iştirakı ilə arenanın rəsmi açılışı olub. 6 min 800 nəfərlik kompleks Avropa 
Oyunları zamanı gimnastika yarışlarına ev sahibliyi edəcək. Oyunlar zamanı arenada 447 idmançının yarışacağı 
gözlənilir. 
 
Crystal Hall 1 
 
Burada  voleybol  yarışları  keçiriləcək  və  336  idmançı  iştirak  edəcək.  Oyunlar  zamanı  6  min  tamaşaçı 
tutumuna malik olacaq. 
 
Crystal Hall 2 
 
Boks  üzrə  yarışlar  burada  keçiriləcək  və  300-ə  yaxın  idmançı  iştirak  edəcək.  Oyunlar  zamanı  3  min  400 
tamaşaçı tutumuna malik olacaq. 
 
Crystal Hall 3 
 
Burada  karate,  taekvondo  və  qılıncoynatma  idman  növləri  üzrə  yarışlar  keçiriləcək.  Yarış  zamanı  2  min 
tamaşaçı tutumuna malik olacaq. 
 
Tofiq Bəhramov adına Respublika Stadionu 
 
Oxatma  üzrə  yarışlara  ev  sahibliyi  edəcək.    Yarışlar  zamanı  tamaşaçı  tutumu  3  min  nəfər  olacaq.  Burada 
keçirilən yarışlarda ümumilikdə 128 idmançı (64 kişi və 64 qadın) mübarizə aparacaq. 
 
Bakı Su İdmanı Sarayı 
 
Burada  su  idmanı  yarışları  keçiriləcək.  Azərbaycan  üçün  simvolik  idman  arenası  olacağı  nəzərdə  tutulur. 
Kompleks suya tullanma, üzgüçülük, sinxron üzgüçülük və su polosu üzrə yarışlara ev sahibliyi edəcək. 800-
dən çox idmançının yarışacağı gözlənilir. Kompleksdə 6 min tamaşaçı yarışları izləyə biləcək. 
 
Heydər Əliyev adına İdman-Konsert Kompleksi 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
197 
 
 
Güləş, cüdo və sambo  yarışlarına ev sahibliyi edəcək.  Tamaşaçı tutumu 7 min 700 nəfər olacaq. 
 
Voterpol Arenası 
 
Avropa  Oyunları  Parkının  tərkibində  təşkil  olunan  müvəqqəti  obyektdir.  Yarışlarda  350-dən  çox  idmançı 
mübarizə aparacaq və 2 min 400-dən çox tamaşaçı tutumuna malik olacaq. 
 
Çimərlik Arenası  
 
Çimərlik futbolu və voleybolu  üzrə yarışlara ev sahibliyi edəcək. Əsas çimərlik arenası oyunlar zamanı 3 
min  900  tamaşaçı  tutumuna  malik  olacaq.  Çimərlik  voleybolu  üçün  128,  çimərlik  futbolu  üçün  isə  96 
idmançının Bakıya gələcəyi gözlənilir. 
 
Müvəqqəti Basketbol Arenası 
 
Müvəqqəti  olaraq  inşa edilmiş  basketbol  arenasında  basketbol  3X3  yarışı  keçiriləcək.  Bu  cazibədar idman 
növü  Avropa  Oyunları  Parkının  tərkibindəki  ümumi  ərazidə  yerləşən  yarış  meydançasında  keçiriləcək. 
Kompleks parkın şərq hissəsində yerləşir. Yarışlarda 128 idmançı mübarizə aparacaq. Oyunlar zamanı təqribən 
2 min 500 tamaşaçı tutumuna malik olacaq. 
 
Bakı İdman Sarayı 
 
Badminton, stolüstü tennis yarışları burada təşkil olunacaq.  Oyunlar zamanı 1700 tamaşaçı tutumuna malik 
olacaq. 
 
“Kür” Olimpiya Mərkəzi (Mingəçevir)  
 
Kanoe  sprint  yarışlarına  ev  sahibliyi  edəcək.  Azərbaycanın  kanoe  və  kayak  qayıqlarında  avarçəkmə  və 
akademik avarçəkmə komandaları üçün təlim-məşq yeri rolunu oynayan “Kür” İdman və Avarçəkmə Mərkəzi 
milli  olimpiya  təlim  mərkəzidir.  Avarçəkmə  yarışlarında  ümumilikdə  350  idmançı  15  medal  dəsti  uğrunda 
mübarizə aparacaq. Tamaşaçı tutumu yarış günlərində 1300 nəfər olacaq. 
 
BMX Veloparkı 
 
Velosiped yarışı üçün tikilən müvəqqəti idman qurğularından biridir. Ümumilikdə 48 idmançı 2 qızıl medal 
uğrunda mübarizə aparacaq. Yarış günlərində veloparkın tamaşaçı tutumu ən çox 1600 nəfər olacaq. 
 
Dağ Velosipedi Veloparkı  
 
Velosiped yarışları üçün hazırlanmış müvəqqəti yerdir. Azərbaycanda dağ velosipedi yarışlarının keçirilməsi 
məqsədilə inşa olunmuş ilk veloparkdır. 75-dən çox idmançı 2 qızıl medal uğrunda mübarizə aparacaq. Oyunlar 
zamanı tamaşaçı tutumu 1670 nəfər olacaq. 
 
Bakı Atıcılıq Mərkəzi    
 
Atıcılıq  üzrə  yarışlar  burada  təşkil  olunacaq.  Yarışlarda  19  qızıl  medal  uğrunda  330  idmançı  mübarizə 
aparacaq. Atıcılıq Mərkəzi ən çox 500 tamaşaçı tutumuna malik olacaq.  
 
“Azərbaycan”.-2015.-5 fevral.-N 27.-S.10. 
 
 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
198 
 
 
Avropa Olimpiya Komitəsinin Əlaqələndirmə Komissiyasının Bakıda V iclası keçirilib 
 
Avropa Olimpiya Komitəsinin Əlaqələndirmə Komissiyasının Bakıda V iclası keçirilib. Azərbaycanın 
birinci  xanımı,  “Bakı-2015”  ilk  Avropa  Oyunları  Təşkilat  Komitəsinin  sədri  Mehriban  Əliyeva  iclasda 
iştirak edib. 
 
Avropa Olimpiya Komitəsinin Əlaqələndirmə Komissiyası “Bakı-2015” birinci Avropa Oyunlarına hazırlığı 
yüksək  qiymətləndirdi.  Avropa  Olimpiya  Komitəsinin  prezidenti  Patrik  Hikki  Avropa  Olimpiya  Komitəsinin 
Əlaqələndirmə  Komissiyasının  iclasının  əhəmiyyətini  vurğuladı.  O,  Avropa  Oyunlarının  yüksək  səviyyədə 
təşkil edilməsi məqsədilə burada güclü və peşəkarlardan ibarət komandanın çalışdığını diqqətə çatdırdı. 
İclasda  “Bakı-2015”  ilk  Avropa  Oyunları  Təşkilat  Komitəsinin  sədri  Mehriban  ƏLİYEVA  çıxış  edərək 
dedi:-  Cənab  prezident,  təşəkkür  edirəm.  Sizin  dəyərli  fikirlərinizi  eşitməyə  çox  şadam.  Mən  bütün 
qonaqlarımızı salamlamaq istərdim. 
Avropa  Olimpiya  Komitəsinin  prezidenti  cənab  Patrik  Hikki,  əlaqələndirmə  komissiyasının  sədri  cənab 
Spiros  Kapralos  və  komissiyanın  dəyərli  üzvlərini  yenidən  Azərbaycanda  salamlamaqdan  məmnunam.  Çox 
şadam  ki,  sizinlə  birgə  “Bakı-  2015”  Avropa  Oyunları  Əlaqələndirmə  Komissiyasının  beşinci  və  sonuncu 
iclasını açırıq. 
Siz  2012-ci  ilin  dekabrında  Bakını  birinci  Avropa  Oyunlarına  ev  sahibliyi  etmək  üçün  seçəndən  ölkəmiz 
Avropanın qürur duyacağı yüksək səviyyəli beynəlxalq tədbiri təşkil etməklə məşğul olub. Bu oyunlar Avropa 
idmanında  tarixi  hadisə  olacaq.  Azərbaycan  üçün  bu,  ölkəmiz,  ənənələrimiz,  mədəniyyətimiz  və  tarixi 
köklərimizi daha çox tanıtmaq üçün yaxşı imkandır. 
Biz ilk Oyunların keçirilməsinin şərəfli və məsuliyyətli iş olduğunu qəbul edirik. Siz bu gün və sabah bizə 
olan etimadınızın əbəs olmadığını görəcəksiniz. Baxmayaraq ki, qarşıdakı bir neçə ay ərzində planlarımıza son 
ştrixləri  vurmalıyıq,  ümidvaram  ki,  biz  hamımız  indiyədək  əldə  olunan  əhəmiyyətli  nailiyyətlərlə  fəxr  edə 
bilərik. 
Mən bizim həyata keçirdiyimiz planların bəzi əsas təfərrüatları barədə məlumat vermək istərdim. Bildiyiniz 
kimi,  bir  çox  məkanlarımız  hazırdır  və  Oyunlar  üçün  sınaqdan  keçirilir.  Sınaq  bu  yay  idmançıların  yüksək 
səviyyədə  çıxış  etmələrinə  imkan  yaratmaq  üçün  hər  bir  detalın  hazır  olacağını  təmin  etmək  məqsədilə  təşkil 
olunur. İyunda Oyunların açılışı olanadək 35 sınaq tədbiri və sınaq yarışması keçiriləcək. Gimnastika, boks və 
güləş  üzrə  növbəti  sınaq  tədbirlərimiz  mart  və  aprel  aylarında  baş  tutacaq.  Fevralın  sonunadək  biz  bütün 
məkanların  daimi  bazasının  tikintisini  başa  çatdırmaq  niyyətindəyik.  Bu,  bizə  aprel  ayında  lazımi  quraşdırma 
işləri  aparmaq  üçün  kifayət  qədər  vaxt  verəcək.  Müqavilələrimizin  84  faizinin  gecə-gündüz  bizim 
komandamızla birgə çalışan Azərbaycan şirkətləri ilə bağlanması müsbət haldır. Əminəm ki, bu gün məkanlara 
baş çəkərkən siz heyran qalacaqsınız. Bizim dünya standartlarına cavab verən atletlər kəndi 7300 çarpayısı olan 
1000-dən artıq mənzildən ibarətdir. 
Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva bildirdi ki, birinci Avropa Oyunlarını 600-dən artıq beynəlxalq 
və yerli media nümayəndəsi işıqlandıracaq. İyunun 10-da beynəlxalq mətbuat nümayəndələri üçün tədbir təşkil 
ediləcək. Bu tədbiri 100-dən artıq ölkəyə yaymaq üçün 43 şirkətə yayım hüququ verilib və beləliklə də Oyunları 
Avropa,  Asiya,  Afrika,  Şimali  və  Cənubi  Amerika  və  Avstraliyada  izləyə  biləcəklər.  Bundan  başqa, 
könüllülərdən  indiyədək  16  mindən  artıq  müraciət  daxil  olub.  İlk  Avropa  Oyunlarının  Təşkilat  Komitəsinin 
sədri hökumətin mövcud nəqliyyat infrastrukturuna böyük məbləğdə investisiya yatırdığını da diqqətə çatdırdı. 
“Mən  qürur  duyuram  ki,  hazırda  Bakı  Avropa  Oyunları  Əməliyyat  Komitəsində  950  gənc  çalışır.  Bu, 
Oyunların  ən  dəyərli  miraslarından  biridir  və  əminəm  ki,  bu,  onların  gələcək  həyatı  üçün  böyük  təcrübə 
imkanıdır”,  -  deyən  Mehriban  Əliyeva  onu  da  bildirdi  ki,  açılış  mərasimində  unudulmaz  şou  keçiriləcək. 
Təşkilat Komitəsinin sədri deyib ki, bundan başqa, hər gün üçün xüsusi mədəni tədbirlər proqramı hazırlanıb, 
bağlanış mərasimi də yaddaqalan olacaq. 
Mehriban  Əliyeva  idmanın  və  Olimpiya  hərəkatının  dəstəklənməsinin  Azərbaycanın  əsas  prioritetlərindən 
biri  olduğunu  vurğulayaraq,  idmançılarımızın  nailiyyətlərini  qeyd  etdi.  Birinci  Avropa  Oyunlarının  Təşkilat 
Komitəsinin sədri əminliklə bildirdi ki, bu Oyunlar bütün iştirakçıları birləşdirəcək və yeni idman ənənəsi üçün 
güclü təməl yaradacaq. 
Avropa Oyunları Komitəsinin Əlaqələndirmə Komissiyasının sədri Spiros Kapralos Komitənin son aylarda 
əldə etdiyi yenilikləri yüksək qiymətləndirdi. O bildirdi ki, Avropa Oyunları tarixi əhəmiyyətə malikdir. Spiros 
Kapralos  ölkəmizdə  yaradılan  idman  infrastrukturunu  yüksək  qiymətləndirdi  və  mötəbər  yarışa  hazırlıqdan 
məmnunluğunu ifadə etdi. Qonaq vurğuladı ki, Bakıda iki gün ərzində aparılan müzakirələr nəticəsində mühüm 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
199 
 
qərarlar  qəbul  olunacaq.  Azərbaycanın  gənclər  və  idman  naziri  Azad  Rəhimov  isə  bildirdi  ki,  birinci  Avropa 
Oyunlarında əsas diqqət mərkəzində atletlər olacaq. “Bakı-2015” Oyunlarında uğur qazanan iştirakçılara xüsusi 
dizaynla hazırlanmış medalların təqdim olunacağını vurğulayan nazir dedi: “Bildiyiniz kimi, Təşkilat Komitəsi 
Oyunları təkbaşına təşkil etmir. Bizim 7 rəsmi tərəfdaşımız var. Oyunların yayımı ilə bağlı Avropa və dünyanın 
digər ölkələrindən olan şirkətlərlə müqavilələr imzalayırıq. Beynəlxalq medianın oyunlara olan marağı getdikcə 
artır.  Biz  yeni  veb-saytımızı  təqdim  edəcəyik.  Bizim  könüllülər  və  səfirlərlə  bağlı  proqramlarımız  davam 
etdirilir.  Bu  yaxınlarda  biz  Avropa  Oyunlarının  ulduz  elçilərini  elan  etmişik.  Onlar  bizə  Oyunları  ölkədə  və 
xaricdə təbliğ etməyə kömək edəcəklər”. 
Nazir Azad Rəhimov bildirdi ki, 127 gündən sonra Avropa idman tarixində yeni bir mərhələ başlayacaq. 
“Bakı-2015”-in əməliyyatlar üzrə baş direktoru Saymon Kleq qeyd etdi ki, hazırda işlər gərgin qrafik üzrə 
davam edir. Bu işlərdə beynəlxalq mütəxəssislərlə yanaşı, yerli peşəkarlar da iştirak edirlər. 
Tədbirdə “Bakı-2015”-ə hazırlıq ilə bağlı videoçarx nümayiş olundu. 
 
Xalq qəzeti”.-2015.-6 fevral.-N 28.-S.2. 
 
 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
200 
 
Yüklə 3,29 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin