Iv fəSİl I avropa Oyunları 2015


Təşkilat Komitəsində gənclərin məmnuniyyətlə çalışmaları birinci Avropa Oyunlarının ən dəyərli



Yüklə 3,29 Mb.
Pdf görüntüsü
səhifə32/41
tarix06.09.2017
ölçüsü3,29 Mb.
#29142
1   ...   28   29   30   31   32   33   34   35   ...   41

Təşkilat Komitəsində gənclərin məmnuniyyətlə çalışmaları birinci Avropa Oyunlarının ən dəyərli 
miraslarından biridir 
 
“Bakı-2015” birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva Avropa Olimpiya 
Komitəsinin  Əlaqələndirmə  Komissiyasının  Bakıda  keçirilən  V  iclasında  həmçinin  ölkəmizdə  Olimpiya 
hərəkatının  dəstəklənməsinin  Azərbaycanın  əsas  prioritetlərindən  biri  olduğunu  nəzərə  çatdıraraq 
idmançılarımızın  nailiyyətlərini  qeyd  edib.  Həqiqətən  də,  son  illərdə  Azərbaycan  davamlı  dövlət  qayğısı 
sayəsində özünü həm də idman ölkəsi kimi təsdiqləyib. Respublikamızda idman infrastrukturunun yenilənməsi 
istiqamətində intensiv iş aparılır. Ölkəmizin idmançıları 1997-ci ildə Milli Olimpiya Komitəsinin rəhbərliyinin 
dəyişməsindən sonra MOK-un yeni prezidenti İlham Əliyevin simasında öz böyük hamilərini tapdılar, desək, əsl 
həqiqəti ifadə etmiş olarıq. Həmin vaxtdan etibarən MOK-un yeni rəhbərliyinin təşəbbüsü ilə respublikamızda 
idman təsərrüfatının yenilənməsinə, o cümlədən də bu sahədə müasir infrastruktur qurulmasına start verilib.  
Ölkədə idmanın güclü şəkildə təşviq edilməsi və mükəmməl idman infrastrukturu yaradılması öz növbəsində 
Azərbaycan  idmançılarının  beynəlxalq  yarışlarda  daha  uğurla  çıxış  etmələrini  şərtləndirir.  Respublikamızın 
Olimpiya Oyunlarında hər dəfə daha böyük uğur qazanması bunun təsdiqidir. Əgər Azərbaycan müstəqil ölkə 
kimi  Atlanta  Olimpiadasında  bir,  Sidneydə  üç,  Afinada  beş,  Pekində  yeddi  medal  qazanmışdısa,  son  London 
Olimpiadasında  təmsilçilərimizin  qazandıqları  medalların  sayı  10-a  çatıb  və  respublikamız  medalların  sayına 
görə Avropa ölkələri arasında 15-ci yerdə qərarlaşıb. Azərbaycan idmançıları daha bir böyük uğuru 2014-cü ildə 
Çində keçirilən yeniyetmələrin Yay Olimpiya Oyunlarında qazanıblar. Dünyanın 200-ə yaxın ölkəsinin iştirakı 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
214 
 
ilə keçirilən bu Olimpiadada Azərbaycanın komandası 10-cu pillədə qərarlaşıb ki, bu da respublikamızı təmsil 
edən gənc idmançıların tarixi nailiyyətləridir.  
Son  illərdə  könüllülük  hərəkatının  genişlənməsi  də  Azərbaycan  cəmiyyətini  xarakterizə  etmək  baxımından 
çox  səciyyəvidir.  Azərbaycan  ictimaiyyəti  bir  qayda  olaraq  dövlətin  xalqımızın  xoş  məramına  uyğun  olaraq 
həyata  keçirdiyi  siyasətə  öz  dəstəyini  nümayiş  etdirir.  Əlamətdar  haldır  ki,  respublikamızda  birinci  Avropa 
Oyunlarının keçirilməsinə dövlət qurumları ilə yanaşı, ictimaiyyət tərəfindən də böyük dəstək nümayiş etdirilir. 
Könüllülər birinci Avropa Oyunlarına hazırlıq işlərində böyük fəallıq nümayiş etdirirlər. İndiyədək 16 mindən 
artıq  könüllü  Bakıda  keçiriləcək  birinci  Avropa  Oyunlarına  öz  dəstəyini  ifadə  edib.  Yeri  gəlmişkən,  Avropa 
Olimpiya  Komitəsinin  Əlaqələndirmə  Komissiyasının  bu  günlərdə  keçirilən  V  iclasında  ölkəmizdə  yarışlara 
göstərilən  ictimai  maraq  da  xüsusi  vurğulanıb.  “Bakı-2015”  ilk  Avropa  Oyunları  Təşkilat  Komitəsinin  sədri 
Mehriban  xanım  Əliyeva  Təşkilat  Komitəsində  gənclərin  çalışmasını  birinci  Avropa  Oyunlarının  ən  dəyərli 
miraslarından  biri  kimi  səciyyələndirərək  deyib:  “Mən  qürur  duyuram  ki,  hazırda  Bakı  Avropa  Oyunları 
Əməliyyat  Komitəsində  950  gənc  çalışır.  Bu,  Oyunların  ən  dəyərli  miraslarından  biridir  və  əminəm  ki,  bu, 
onların gələcək həyatı üçün böyük təcrübə imkanıdır”. 
Eyni  zamanda,  birinci  Avropa  Oyunlarına  beynəlxalq  maraq  da  kifayət  qədər  böyükdür.  Məlumdur  ki,  ilk 
Avropa  Oyunlarının  təşkil  edilməsi  ilə  beynəlxalq  komanda  məşğuldur.  “Bakı-2015”  ilk  Avropa  Oyunlarının 
Təşkilat  Komitəsi  7  rəsmi  tərəfdaşla  çalışır.  Avropa  Olimpiya  Komitəsinin  Əlaqələndirmə  Komissiyasının  bu 
günlərdə  keçirilən  V  iclasında  “Bakı-2015”  ilk  Avropa  Oyunları  Təşkilat  Komitəsinin  sədri  Mehriban  xanım 
Əliyeva yarışlara beynəlxalq marağın böyük olduğunu bildirib. Təşkilat Komitəsinin sədrinin vurğuladığı kimi, 
birinci Avropa Oyunlarını 600-dən artıq beynəlxalq və yerli media nümayəndəsi işıqlandıracaq. İyunun 10-da 
beynəlxalq mətbuat nümayəndələri üçün tədbir təşkil ediləcək. Bu tədbiri 100-dən artıq ölkəyə yaymaq üçün 43 
şirkətə  yayım  hüququ  verilib  və  beləliklə  də  Oyunları  Avropa,  Asiya,  Afrika,  Şimali  və  Cənubi  Amerika  və 
Avstraliyada izləyə biləcəklər.  
 
Avropa Olimpiya Komitəsinin təmsilçiləri Bakıda çox gözəl birinci Avropa Oyunlarının keçiriləcəyinə 
əmindirlər 
 
Onu  da  bildirmək  yerinə  düşər  ki,  Avropanın tarixində  ilk  dəfə  keçirildiyinə  görə  cari  ilin  yayında  Bakıda 
təşkil  olunacaq  birinci  Avropa  Oyunları  müstəsna  əhəmiyyət  daşıyır.  Təsadüfi  deyil  ki,  “Bakı-2015”  birinci 
Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva AOK Əlaqələndirmə Komissiyasının bu 
günlərdə  Bakıda  keçirilən  V  iclasında  diqqəti  bir  daha  bu  oyunların  əhəmiyyətinə  yönəldib.  Təşkilat 
Komitəsinin sədri əminliklə bildirib ki, bu Oyunlar bütün iştirakçıları birləşdirəcək və yeni idman ənənəsi üçün 
güclü təməl yaradacaq. 
Yeri  gəlmişkən,  Avropanın  idman  ictimaiyyətinin  nümayəndələri  də  cari  ilin  yayında  Bakının  ev  sahibliyi 
edəcəyi  birinci  Avropa  Oyunlarının  əhəmiyyətini  vurğulamaqla  yanaşı,  ölkəmizin  birinci  xanımı  Mehriban 
Əliyevanın  rəhbərliyi  altında  çalışan  Təşkilat  Komitəsi  tərəfindən  aparılan  hazırlıq  işlərini  də  yüksək 
qiymətləndirirlər.  Son  vaxtlar  bununla  bağlı  Avropanın  ayrı-ayrı  ölkələrinin  mətbuatında  silsilə  yazılar  dərc 
edilməkdədir.  Avropa  Olimpiya  Komitəsinin  rəsmiləri  də  birinci  Avropa  Oyunları  ilə  əlaqədar  Bakıda  həyata 
keçirilən  hazırlıq  işlərindən  məmnun  qaldıqlarını  dilə  gətirirlər.  Respublikamızın  birinci  Avropa  Oyunlarına 
yüksək  səviyyədə  hazırlaşdığı  bu  günlərdə  Bakıda  keçirilən  Avropa  Olimpiya  Komitəsinin  Əlaqələndirmə 
Komissiyasının  V  iclasında  da  bu,  xüsusi  vurğulanıb.  İclasda  iştirak  edən  Avropa  Olimpiya  Komitəsinin 
prezidenti Patrik Hikki Avropa Oyunlarının yüksək səviyyədə təşkil edilməsi məqsədilə güclü və peşəkarlardan 
ibarət komandanın çalışdığından məmnunluğunu ifadə edib. Birinci Avropa Oyunlarının əməliyyatlar üzrə baş 
direktoru  Saymon  Kleq  hazırda  “Bakı-2015”  birinci  Avropa  Oyunlarının  Əməliyyat  Komitəsində  (BAOƏK) 
1356 nəfərin çalışdığını diqqətə çatdırıb. O bildirib ki, işçilərin 68 faizini azərbaycanlılar təşkil edir. BAOƏK-
də  43  ölkənin  nümayəndəsi  çalışır.  Onların  230-u  London  Yay  Olimpiya  Oyunlarının  Təşkilat  Komitəsində 
çalışmış peşəkarlardır.  
Öz növbəsində Avropa Olimpiya Komitəsinin Əlaqələndirmə Komissiyasının üzvləri bu yay baş tutacaq ilk 
Avropa  Oyunları  öncəsi  Bakıya  yekun  səfərləri  zamanı  ölkəmizin  paytaxtında  hazırlanan  idman  obyektlərini 
gəzərək  görülən  işlər  barədə  müsbət  rəy  ifadə  ediblər.  Əlaqələndirmə  Komissiyasının  üzvləri  tur  çərçivəsində 
birinci  Avropa  Oyunlarına  hazırlıqlarla  bağlı  ətraflı  məlumat  alıblar.  Bundan  əlavə,  onlar  birinci  Avropa 
Oyunlarının  Marşrut  Şəbəkəsi  boyunca  hərəkət  edərək  Bakı  Atıcılıq  Mərkəzi,  Dağ  Velosipedi  Parkı,  Avropa 
Oyunları  Parkını  və  digər  idman  obyektlərini  gəziblər.  Onlar,  həmçinin,  “Bakı-2015”  Uniforma  Paylama  və 
Akkreditasiya Mərkəzinin açılış mərasimində iştirak ediblər.  
Tur  çərçivəsində  Bakıda  yaradılan  idman  obyektləri  ilə  tanış  olan  AOK  Əlaqələndirmə  Komissiyasının 
üzvləri  2012-ci  ilin  dekabr  ayında  Bakıya  Avropa  Oyunlarına  ev  sahibliyi  hüququ  verildiyi  gündən  bəri  əldə 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
215 
 
edilmiş möhtəşəm irəliləyişləri yüksək qiymətləndiriblər. Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki 
bildirib:  “Şəhər  unudulmaz  tədbirə  ev  sahibliyi  etməyə  tam  hazırdır.  İki  il  ərzində  əldə  edilmiş  bu  qədər 
nailiyyətlər Azərbaycanın Oyunları həyata keçirmək üçün göstərdiyi səyləri təsdiqləyir”. 
AOK  Əlaqələndirmə  Komissiyasının  sədri  Spiros  Kapralos  isə  birinci  Avropa  Oyunlarına  hazırlıqla  bağlı 
fikirlərini  ifadə  edərək  deyib:  “Obyektlərə  olan  səfərdə  dünya  səviyyəli  idman  obyektlərinizdə  olan  inkişafı 
görmək  və  obyektlər  arasındakı  Marşrut  Şəbəkəsi  ilə  tanış  olmaq  mən  və  mənim  Komissiyam  üçün 
əvəzolunmaz hiss idi”. 
 
 “Yeni Azərbaycan”.-2015.-12 fevral.-№ 27.-S.2. 
 
 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
216 
 
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Rumıniyada “Bakı-2015” ilk Avropa Oyunlarının 
təqdimatı keçirilib 
 
Heydər  Əliyev Fondunun  və  Azərbaycanın  Rumıniyadakı  səfirliyinin  birgə təşkilatçılığı,  AzərTAc-ın 
və  Agerpres  agentliyinin  media  dəstəyi  ilə  Rumıniyanın  Milli  Olimpiya  Komitəsində  “Bakı-2015”  ilk 
Avropa Oyunları ilə bağlı təqdimat mərasimi keçirilib. 
 
Mərasimdə  Rumıniyanın  idman  federasiyalarının  rəhbərləri,  ilk  Avropa  Oyunlarında  iştirak  edəcək  rumın 
idmançıları,  ziyalılar,  rəsmi  şəxslər,  ölkənin  qabaqcıl  turizm  şirkətlərinin  rəhbərləri,  dövlət  və  qeyri-dövlət 
qurumlarının nümayəndələri, burada yaşayan azərbaycanlılar, jurnalistlər iştirak ediblər. 
Heydər  Əliyev  Fondunun Rumıniya  nümayəndəliyinin  direktoru  İqbal  Hacıyev  çıxış  edərək  bu  tədbirin ilk 
Avropa  Oyunları  barədə  məlumatın  rumın  ictimaiyyətinə  çatdırılması  istiqamətində  mühüm  əhəmiyyət  kəsb 
etdiyini söyləyib. İ.Hacıyev Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım, Avropa Oyunları Təşkilat 
Komitəsinin  sədri,  Heydər  Əliyev  Fondunun  prezidenti  Mehriban  Əliyevanın  yarışların  yüksək  səviyyədə 
keçirilməsinə göstərdikləri dəstəyi xüsusi vurğulayıb. Direktor yarışların keçirilməsi üçün yeni tikilən və bərpa 
olunan  idman  kompleksləri  barədə  interaktiv  şəkildə  məlumat  verib.  O,  həmçinin  idmançılar  üçün  yaradılmış 
şərait,  Olimpiya  şəhərciyi,  Bakının  gözəlliyi,  İçərişəhər,  Dənizkənarı  park,  Heydər  Əliyev  Beynəlxalq  Hava 
Limanı, KİV-lər üçün nəzərdə tutulmuş media mərkəzindən bəhs edib. 
Sonra Avropa Oyunları barədə film nümayiş etdirilib. 
Rumıniya  Milli  Olimpiya  Komitəsinin  sədri  Alin  Petrake,  gənclər  və  idman  naziri,  Olimpiya  çempionu 
xanım  Qabriela  Szabo  bu  tədbiri  təşkil  etdiyinə  görə  Heydər  Əliyev  Fonduna  minnətdarlıqlarını  bildiriblər. 
Onlar  Heydər  Əliyev  Fondunun  Rumıniyada  humanitar,  sosial,  idman  sahələrində,  Azərbaycanın  təbliği,  iki 
xalq arasında əlaqələrin möhkəmlənməsində apardığı fəal işin yüksək qiymətləndirildiyini vurğulayıblar. “Bakı-
2015"  ilk  Avropa  Oyunlarının  gənc  idmançıların  öz  güclərini  sınamaları  üçün  gözəl  fürsət  olduğu  bildirilib, 
Azərbaycan  dövlətinin  idmanın  inkişafına  diqqət  və  qayğısı,  sağlam  cəmiyyətin  qurulması  istiqamətində 
nailiyyətləri yüksək qiymətləndirilib. Rumıniyanın bu idman yarışına böyük heyətlə qatıldığı diqqətə çatdırılıb. 
Azərbaycanın  Rumıniyadakı  səfiri  Fərid  Abdinbəyov  Avropa  Oyunlarının  idmançıların  özlərini  sınamaları 
və  Bakının  bu  kimi  mötəbər  beynəlxalq  tədbirlərə  ev  sahibliyi  etməsi  baxımından  daha  böyük  təcrübə 
qazanması  istiqamətində  mühüm  tədbir  olacağını  deyib.  Diplomat  Azərbaycanın  Avropa  və  dünya  miqyaslı 
yarışları  ən  yüksək  səviyyədə  keçirməsini  beynəlxalq  idman  ictimaiyyətinə  sübut  etdiyini  vurğulayıb. 
F.Abdinbəyov  Azərbaycanda  Olimpiya  komplekslərinin  yaradılması,  ölkədə  gənclərin  idmana  marağının 
artması, dövlətin gənclərə diqqət və qayğı göstərməsi barədə məlumat verib. 
Azərbaycan  Milli  Olimpiya  Komitəsinin  və  Atletika  Federasiyasının  beynəlxalq  əlaqələr  şöbəsinin  müdiri 
Könül Nurullayeva Avropa Oyunlarının yaranması, mahiyyəti, məqsədi, burada təmsil olunan idman növlərinin 
sayı barədə məlumat verib. O, bu Oyunların keçirilməsi üçün məhz Bakı şəhərinin seçilməsinin səbəbləri barədə 
danışıb, Azərbaycanın hər zaman bu cür yüksək səviyyəli tədbirlər keçirməyə hazır olduğunu vurğulayıb. 
Sonra Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin tədbir iştirakçılarına videomüraciəti təqdim 
olunub.  Patrik  Hikki  ilk  Avropa  Oyunlarının  təqdimatı  ilə  bağlı  Rumıniyada  keçirilən  tədbiri  yüksək 
qiymətləndirib.  O,  “Bakı-2015"  Avropa  Oyunları  ilə  əlaqədar  yaradılan  Təşkilat  Komitəsinə,  aparılan  yüksək 
səviyyəli işlərə görə təşəkkürünü bildirib. 
P.Hikki qeyd edib ki, adətən Olimpiya Oyunlarına hazırlıq 7 il çəkir, amma Azərbaycan 3 ildən az bir vaxtda 
bu işin öhdəsindən gəldi. O, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi, birinci xanım, Avropa Oyunları 
Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın dəstəyi ilə əldə olunan nailiyyətləri xüsusi vurğulayıb. P.Hikki 
Avropa Oyunlarında iştirak edəcək idmançılara, eləcə də rumın idmançılarına uğurlar arzulayıb. 
Təqdimat mərasimindən sonra Rumıniya Milli Olimpiya Komitəsində ziyafət verilib. 
Tədbir Rumıniya KİV-lərində, eləcə də TVR1 televiziya kanalında, Agerpres milli xəbər agentliyinin video 
portalında işıqlandırılıb. 
 
“Xalq qəzeti”.-2015.-13 fevral.-N 34.-S.2. 
 
 
 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
217 
 
 
Avropa Oyunları Yunanıstan və Finlandiyada da yayımlanacaq 
 
“Bakı-2015”  Əməliyyat  Komitəsi  birinci  Avropa  Oyunlarının  Yunanıstanda  və  Finlandiyada  nümayişini 
təmin etmək üçün yayım sazişləri imzalayıb.  
Yunanıstanda ictimai yayımın əsas təminatçısı olan “NERIT” (New Hellenic Radio, Internet and Television) 
televiziyası və onlayn platformaları vasitəsilə birinci Avropa Oyunlarının gündəlik olaraq birbaşa yayımı təmin 
ediləcək, eyni zamanda möhtəşəm açılış və bağlanış mərasimləri yayımlanacaq. 
Finlandiyanın ödənişsiz milli yayım şirkəti olan “Yle” isə açılış və bağlanış mərasimlərinin, eyni zamanda 
gündəlik  olaraq  yarışların  birbaşa  yayımını  təmin  edəcək  və  qarşılaşmaların  ən  yaddaqalan  məqamlarından 
ibarət  videomaterialları  nümayiş  etdirəcək.  Bu  qurum  yerli  yayım  şirkəti  olan  “İnternational  Sports 
Broadcasting”in vebsaytı və rəqəmsal platformaları vasitəsilə Oyunların 800 saatlıq birbaşa yayımını da təmin 
edəcək. 
“Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq deyib 
ki,  Yunanıstanın  və  Finlandiyanın  milli  yayım  şirkətləri  ilə  müqavilələrin  bağlanması  Oyunların  Avropada 
milyonlarla  evdə  nümayişinə  şərait  yaradacaq:  “İdmanın  sevildiyi  ölkələr  olan  Yunanıstanda  və  Finlandiyada 
azarkeşlər bu yayım sazişləri əsasında təmin ediləcək geniş rəqəmsal yayım vasitəsilə idmançılarının çıxışlarını 
dəstəkləyə biləcəklər. Bu, çox gözəl haldır”. 
“NERIT”  şirkətinin  baş  direktoru  Piter  Mais  isə  bununla  bağlı  qeyd  edib:  “Qədim  Olimpiya  Oyunlarının 
vətəni  sayılan  Yunanıstan  dünyada  tanınan  və  dəyər  verilən  zəngin  idman  tarixinə  malikdir.  Birinci  Avropa 
Oyunları  qitənin  idman  tarixində  mühüm  məqamdır.  Biz  Oyunları  ölkəmizdə  yayımlayacağımız  üçün  fəxr 
edirik”. 
“Yle”  şirkətinin  idman  hüquqları  və  tərəfdaşlar  üzrə  meneceri  Robert  Portman  bildirib  ki,  “Bakı-2015” 
Avropa  Oyunlarının  Finlandiyada  yayımlanması  ölkəmizdəki  milyonlarla  insanın  sevimli  idmançılarının 
çıxışlarını  izləmələrinə  imkan  yaradacaq:  “Birinci  Avropa  Oyunları  gözəl  şəhərdə  keçirilən  möhtəşəm  idman 
bayramı olacaq. Biz 17 günlük maraqlı yarışları səbirsizliklə gözləyirik”. Avropa Yayım  İttifaqının üzvü olan 
“NERIT” şirkətinin əsası 2013-cü ilin iyununda - Yunanıstanın keçmiş ictimai yayım təminatçısı “ERT” ləğv 
edildikdən  sonra  qoyulub.  Əsası  1926-cı  ildə  qoyulmuş  “Yle”  şirkəti  də  Avropa  Yayım  İttifaqının  üzvüdür. 
Şirkət Olimpiya və Qış Olimpiya oyunlarını Finlandiyada yayımlamaq hüququna malikdir. 
 
“Palitra”.-2015.-14 fevral.-№ 29.-S.12. 
 
 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
218 
 
 
“İlk Avropa Oyunlarına bütün gənclik töhfəsini verəcək” 
 
Tural Tağıyev 
 
Murad Həsənli: “Sabirabad gəncləri əvvəlki illərlə müqayisədə asudə vaxtlarını səmərəli keçirirlər” 
 
Müsahibimiz  Murad  Həsənlidir.  O,  Sabirabad  rayon  Gənclər  və  İdman  idarəsinin  gənclər  sahəsi  üzrə  baş 
məsləhətçisidir. Murad  Həsənli ilə  bölgələrdə  gənclər  sektoru  üzrə  görülən  işlər,  eləcə də  ümumilikdə  bir  sıra 
sahələr barədə söhbətləşdik.  
-  Gənc  dövlət  qulluqçusunuz.  Əvvəlki  illərlə  nisbətdə  gənclərin  idarəetməyə  daha  çox  cəlb  olunmasına 
münasibətinizi bildirərdiniz. 
- Haqlısınız. On il  əvvəl ilə müqayisədə bu gün gənc kadrlara daha çox yer verilməsi, gənclərin idarəetmə 
işlərinə  cəlb  olunması,  onların  liderlik  qabiliyyətlərinin  ortaya  qoymaları  üçün  münbit  şəraitin  yaradılması 
halları çoxalıb. Müxtəlif sahələrdə gənc kadrlar üçün geniş imkanlar açılır ki, onlar özlərini göstərsinlər. Zavod, 
fabrik, ümumilikdə sənaye sahəsindən tutmuş, siyasi institutlar və dövlət işlərindəki idarəetmələrə qədər kifayət 
qədər perspektivli gənclərin önə çəkilməsi hallarının şahidi oluruq. Ən təqdirəlayiq hal isə odur ki, artıq region 
gəncləri  on,  iyirmi  il  əvvəl  olduğu  kimi  iş  dalınca  paytaxta  axın  etmirlər  və  ya  paytaxtda  oxuduqları  ali 
təhsillərinin bəhrəsini Bakıda axtarmırlar. Onların əksəri artıq elə regionlara qayıtmağa başlayıblar və müxtəlif 
sahələrdə işləyirlər. Bu hallar yaşadığım Sabirabad rayonunda da müşahidə olunur. 
-Sabirabaddakı sosial vəziyyət haqqında da məlumat verərdiniz.  
- Ümumən rayonumuzda son 3 ildə xeyli iş görülüb. Prezident son üç ildə 2 dəfə rayonumuza səfər edib. 3 
ildə Heydər Əliyev Mərkəzi, “ASAN Xidmət”, Bayraq Meydanı , yeni uşaq bağçası, bir xeyli məktəb tikilib. Bu 
ilin  yanvar  ayından  “ASAN  Xidmət”in  növbəti  regional  mərkəzinin  fəaliyyətə  başlaması  ən  yaddaqalan 
hadisələrdən  biri  oldu.  Burada  xeyli  gənc  çalışır  və  ya  könüllü  xidmət  göstərirlər.  Sabirabad  əvvəlki  illərdə 
olduğu kimi bu gün də özünün inkişaf xəttini davam etdirir. Rayonda bir sıra sosial xarakterli layihələr həyata 
keçirilir, yenidənqurma işləri görülür. Gözəl binalar tikilir, köhnə binalarda bərpa işləri aparılıb, parklar salınıb. 
Ümumilikdə  ölkəmizin  davamlı  sosial-iqtisadi  inkişafında  rayonumuzun  da  payı  çoxdur,  desəm  yanılmaram. 
Prezident  İlham  Əliyev  regionlara  xüsusi  önəm  verir,  diqqət  ayırır  və  təsadüfi  deyil  ki,  Sabirabadın  sosial-
iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər planı haqqında bir neçə dəfə sərəncam olub. Dövlət 
başçısının müvafiq sərəncamları rayonda ümumilikdə inkişafın, quruculuq və abadlıq işlərinin sürətlənməsinə 
böyük təkan verdi. Bunu Sabirabada gələnlər də qeyd edirlər və müşahidə edirlər. Bildiyiniz kimi, bölgələrdə 
uzun illərdən qalma və ən çox narahatlıq doğuran məsələ yolların yüksək səviyyədə olmaması olub. Bu sahə də 
dövlət  başçısının  daim  diqqətində  olub.  Eləcə  də  Sabirabadda  İlham  Əliyev  sözügedən  məsələyə  həssas 
yanaşdığını  göstərmiş  oldu.  Onun  tapşırığı  əsasında  son  illər  Sabirabadda  yol  infrastrukturunun 
yaxşılaşdırılması istiqamətində xeyli işlər görüldü. Bundan başqa rayon iqtisadiyyatının əsasını aqrar sahə təşkil 
edir  ki,  ölkənin  ərzaq  təhlükəsizliyi  proqramına  sanballı  töhfələr  verən  zəhmətkeş  sabirabadlılar  qabaqcıl 
təcrübəni  də tətbiq edərək  nailiyyətlər  qazanmaqda  davam  edirlər.  Qısası,  rayonda  görülən işlər  haqqında çox 
danışmaq olar.  
-Bəs çalışdığınız idarə ilə bağlı nə deyə bilərsiniz? 
- Çox maraqlı və sözün həqiqi mənasında zövqverici bir sahədə çalışıram. Azərbaycanda gənclər və idman 
sektoru  özünün  inkişaf  dövrünü  yaşayır.  İqtisadiyyatı  inkişaf  edən  bir  ölkədə  gənclər  sektoru  xüsusi  önəm 
daşıyır.  Konkret  olaraq  çalışdığım  idarəyə  gəldikdə  isə  idarəmiz  hökumətin  gənclər  və  idman  siyasətini 
Sabirabad rayonunda icra etməklə məşğuldur. 
Hazırda  Sabirabad  rayonunda  gənclərin  səmərəli  fəaliyyəti  üçün  lazım  olan  bütün  şərait  yaradılıb.  Rayon 
Gənclər  Mərkəzi,  Olimpiya  İdman  Kompleksi  fəaliyyət  göstərir  ki,  bu  da  gənclərimizin  vaxtlarını  səmərəli 
keçirmələri üçün böyük əhəmiyyətə malikdir. Region gənclərinin ümumi mənzərəsi paytaxt gənclərindən xeyli 
fərqlənir.  Region  gənclərinin  özəlliyi  və  problemləri  də  Bakıdakı  gənclərindən  fərqlidir.  Buradakı  problemlər 
əslində lokal və yerli şəraitlə bağlıdır. Çalışırıq, bu problemlərin həllində biz də öz mühüm töhfələrimizi verək. 
Bizim idarə fəaliyyəti daha çox şaxələndirmiş formada aparır. Çalışırıq, müxtəlif maraq qrupunda olan gənclərlə 
təması  elə  gənclərin  öz  maraqları  fonunda  aparaq.  Bu  fəaliyyət  mexanizmi  çox  uğurlu  oldu.  Müxtəlif  maraq 
qrupunda  olan  gənclər  idarə  ilə  çox  səmərəli  işləyirlər.  Artıq  həmin  maraq  qruplarının  özlərinin  Gənclər 
Mərkəzində  klubları  da  var.  Könüllülər  klubu,  İntellektual  klub,  İT  qrupu  bundan  əlavə  Aran  Regional  Debat 
Mərkəzi, Sosial–İqtisad Kollecinin Tələbə Gənclər Təşkilatını misal göstərmək olar. İdarəmiz çalışır ki, gəncləri 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
219 
 
hərtərəfli  əhatə  etsin,  onların  bütün  problem  və  məşğuliyyətlərini  nəzarətdə  saxlasın.  Hər  qrupun  maraqlarına 
görə, təlim, konfrans, yarış, turnir, maarifləndirici aksiyalar, yay tətilində onların istirahətləri təşkil olunur. 
- Bəs ümumilikdə gənclərimizi daha çox hansı problemlər narahat edir? 
-Gənclərimizin  problemləri  yoxdur  desək,  bu  fikir  səmimi  çıxmaz.  Bu  gün  rayonumuzda  gənclərin  asudə 
vaxtlarının səmərəli təşkili üçün yaradılan şəraitdən söz açdıqsa narahatlıq doğuran məqamlara da toxunmalıyıq. 
Bəzi gənclər neqativ hallara meyilli olurlar. Bu da dünyanın hər yerində belədir. Bunun bir sıra səbəbləri var, ən 
əsası da gənclərin boş vaxtlarının çox olması və neqativ hallar üçün münbit şəraitin mövcudluğudur. Sevindirici 
haldır ki, 90-cı illərin əvvəllərində olduğu kimi, bu gün tinlərdə dayanan mənfi istiqamətlərə yönlənmiş gənclər 
xeyli  sayda  azalıb.  Əsas  odur  ki,  bu  halın  çoxalmaması  üçün  münbit  şəraitin  yaranmasına  bundan  sonra  da 
imkan  verməyək.  Gəncləri,  xüsusən  gənc  ailələri  mənzil  problemi  də  narahat  edir.  Ümid  edirik  ki,  hökumət 
ipoteka şərtlərini sadələşdirəcək, regionlarda karyera quran gənclər üçün xüsusi güzəştlər də ediləcək bu sahədə. 
-  Azərbaycanda  beynəlxalq  tədbirlər,  mötəbər  idman  yarışlarının  keçirilməsi  adi  hal  alıb.  Gənc  dövlət 
qulluqçusu kimi gənclərimizin bu tədbirlərə verdiyi töhfələri necə qiymətləndirərdiniz? 
-  Doğrudan  da  mötəbər  yarışların  bir-birinin  ardınca  keçirilməsi  Azərbaycan  üçün  xeyli  müsbət  məqamlar 
ortaya  qoyub.  Bu  həm  tanıtım  baxımından,  həm  də  iqtisadiyyata  müsbət  təsir  mənasında  çox  vacibdir. 
Gənclərimiz daim bu tip tədbirlərin iştirakçısı olmasına can atıblar. Ən maraqlı və sevindirici hal isə budur ki, 
mötəbər bir beynəlxalq tədbir- Avropa Oyunları təkcə paytaxta deyil, bölgələrə də siraət edəcək. Bu həqiqətən 
də çox vacib haldır. Mingəçevirin də bu beynəlxalq yarışın bir hissəsi olması yarışa ev sahibliyi edən bir ölkə 
rəhbərliyinin uzaqgörənliyi və düzgün xətt tutmalarından xəbər verdi. Həmişə Azərbaycana tədbirlərə gələnlər 
yalnız Bakını görüb geri dönürdülərsə, artıq bu  ənənə mötəbər yarışlarda pozulacaq. Yəni Vətənimizdə qəbul 
edəcəyimiz qonaqlar görməli yerlərlə tanış olacaqlar, onlar regionlara çıxmaqla gördükləri haqda öz ölkələrində 
ağız dolusu danışa biləcəklər. Gənclərimiz də bu tədbirlərə tam hazır olmalıdırlar. Hər bir gənc çalışdığı sahədə 
işinin  peşəkarı  olmalıdır  ki,  bu  kimi  beynəlxalq  tədbirlərin  təşkilində  hər  şey  yüksək  səviyyədə  olsun.  Bir 
məqamı da qeyd edim ki, ən sevindirici hallardan biri artıq beynəlxalq dil olan ingilis dilini ölkəmizdə gənclərin 
demək  olar  ki  böyük  əksəri  bilir.  Bu  da  vacib  məqamdır.  Könüllülər  seçilərkən  bu  məqama  da  xüsusi  önəm 
verilir. Könüllülərin bu tədbirlərə verəcəkləri töhfəni isə qiymətləndirməmək düzgün olmazdı. Məncə, hər şey 
ən yüksək səviyyədə olacaq. Çünki bütün təşkilati işlər yüksək səviyyədə qurulub və yayda bu mötəbər tədbirə 
ən böyük töhfəni təkcə gənc idmançılarımız və təşkilatçılar deyil, ümumilikdə gənclik də verəcək! 
 
Yüklə 3,29 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin