Iv fəSİl I avropa Oyunları 2015



Yüklə 3,29 Mb.
Pdf görüntüsü
səhifə34/41
tarix06.09.2017
ölçüsü3,29 Mb.
#29142
1   ...   30   31   32   33   34   35   36   37   ...   41

“Xalq qəzeti”.-2015.-20 fevral.-N 40.-S.3. 
 
 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
228 
 
“Bakı-2015” ilk Avropa Oyunları ABŞ-ın idman televiziya şəbəkəsi ilə yayım sazişi imzalayıb 
 
“Bakı-2015”  ilk  Avropa  Oyunları  bu  mötəbər  idman  yarışının  ABŞ-da  yayımlanmasını  təmin  etmək 
məqsədilə “Universal Sports Network” ilə saziş imzalayıb. 
“Bakı-2015”dən AzərTAc-a bildiriblər ki, “Universal Sports Network” iyunun 12-dən 28-dək öz kanalında 
və  “UniversalSports.com”  internet  səhifəsində  möhtəşəm  açılış  və  bağlanış  mərasimləri  də  daxil  olmaqla 
Avropa  Oyunları  haqqında  gündəlik  proqram  yayımlayacaq.  “Universal  Sports  Network”,  həmçinin  Avropa 
Oyunlarının Kanadada yayımlanması hüququnu da əldə edir. 
“Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq deyib: 
“Universal  Sports  Network”  ilə  bu  sazişin  imzalanması  “Bakı-2015”  üçün  mühüm  təkandır  və  Oyunların 
dünyanın  ən  böyük  tamaşaçı  auditoriyasına  nümayiş  etdirilməsini  təmin  edir.  Bu  saziş  birinci  Avropa 
Oyunlarına  bütün  dünyada  ciddi  marağın  olduğunu  bir  daha  sübut  edir.  Əminəm  ki,  ABŞ-da  yaşayan  idman 
həvəskarları bu yay təşkil ediləcək yarışları izləməkdən zövq alacaqlar”. 
“Bakı-2015” Avropa Oyunları bu saziş ilə yarışların dünyanın 50 ölkəsində yayımlanacağını elan edib. 
“Universal  Sports  Network”  bütövlükdə  ABŞ  ərazisində  “Time  Warner  Cable”,  “Cox  Communications”, 
“Bright House Networks”, “Verizon FioS”, həmçinin “DIRECTV” və “DISH” kimi peyk yayımları və ölkədə 
fəaliyyət göstərən bir sıra regional kabel və IPTV operatorları vasitəsilə yayımlanır. 
“Universal  Sports  Network”  şirkətinin  məzmun  və  kommunikasiya  üzrə  birinci  vitse-prezidenti  Robert 
Ceyms deyib: “İlk Avropa Oyunlarının nümayişi şirkətimizin beynəlxalq Olimpiya yarışlarına dair öhdəliyini 
əks  etdirir.  Oyunlarda  təmsil  olunacaq  Avropa  ölkələri  və  iştirak  edəcək  atletlər  ABŞ-dakı  idman 
həvəskarlarının maraqlı və həyəcan verici yarışlar izləyəcəyini vəd edirlər”. 
“Universal  Sports  Network”  ABŞ-da  Olimpiya,  güc  və  ekstremal  idman  növləri  haqqında  proqramların 
başlıca ünvanıdır. Hər il 1200 saatdan çox orijinal proqram yayımlayan “Universal Sports Network” 25-dən çox 
dünya  çempionatını  eksklüziv  yayımlama  hüququna  malikdir.  Qurum  ildə  idmanın  40-dan  çox  növü  üzrə 
yarışan ən uğurlu idmançıların çıxışlarını tamaşaçılarına təqdim edir. 
 
“Azərbaycan”.-2015.-21 fevral.-N 41.-S.2. 
 
 
 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
229 
 
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Macarıstanda “Bakı-2015” birinci Avropa 
Oyunlarının təqdimatı keçirilib 
 
İqbal HACIYEV, 
 AzərTAc-ın xüsusi müxbiri 
Budapeşt 
 
Macarıstanın paytaxtı Budapeşt şəhərində, Dunay çayının sahilində yerləşən tarixi “Viqado” konsert 
sarayında  Heydər  Əliyev  Fondunun  təşkilatçılığı,  Azərbaycanın  Macarıstandakı  səfirliyinin  dəstəyi  ilə 
“Bakı-2015” birinci Avropa Oyunlarının təqdimatı keçirilib. 
 
Tədbirdə Macarıstanın İnsan Resursları naziri Zoltan Baloq, Budapeşt şəhərinin meri İştvan Tarloş, Heydər 
Əliyev  Fondunun  icraçı  direktoru  Anar  Ələkbərov,  Azərbaycanın  Gənclər  və  İdman  naziri  Azad  Rəhimov, 
deputatlar, Macarıstanda akkreditə olunmuş səfirliklərin nümayəndələri, bu ölkənin idman veteranları və birinci 
Avropa Oyunlarında iştirak edəcək idmançılar, Macarıstanda işləyən və yaşayan azərbaycanlılar iştirak ediblər. 
Mərasimdən  əvvəl  Gənclər  və  İdman  naziri  Azad  Rəhimov,  Azərbaycanın  Macarıstandakı  səfiri  Vilayət 
Quliyev,  Macarıstanın  Olimpiya  Komitəsinin  idman  məsələləri  üzrə  direktoru  Laszlo  Fabian  birgə  mətbuat 
konfransı  keçiriblər.  “Bakı-2015”  Avropa  Oyunlarının  qısa  təqdimatından  sonra  jurnalistlərin  sualları 
cavablandırılıb.  Suallar  əsasən  Avropa  Oyunlarına  hazırlıq,  bu  Oyunlara  ayrılan  büdcə,  idmançılar  və 
jurnalistlər üçün yaradılan şərait barədə verilib. 
Laszlo Fabian Avropa Oyunlarının yüksək səviyyədə keçiriləcəyinə əmin olduğunu deyib. O, Bakıdan yeni 
qayıtdığını və hazırlıq işlərinin yüksək səviyyədə aparıldığını qeyd edib. 
Azad  Rəhimov  jurnalistlərin  suallarını  cavablandırıb,  onları  Bakıya  dəvət  edib.  Nazir  bir  çox  televiziya 
kanallarına müsahibələr verib. 
Sonra tədbirin rəsmi hissəsi başlayıb. 
Mərasimin aparıcısı Azərbaycan və Macarıstan arasındakı tarixi əlaqələr, Heydər Əliyev Fondunun və onun 
prezidenti Mehriban Əliyevanın ölkə daxilində və xaricdə mədəni irsin qorunub saxlanması, mədəniyyətlərarası 
dialoqun  təşviq  olunması  və  gənclərin  təhsil  almaları  üçün  imkanların  yaxşılaşdırılması  istiqamətində  həyata 
keçirdiyi işlər barədə məlumat verib. 
Azad  Rəhimov  çıxışında  Azərbaycanın  növbəti  illərdə  ev  sahibliyi  edəcəyi  mötəbər  beynəlxalq  idman 
yarışları  barədə  danışıb.  Birinci  Avropa  Oyunları  haqqında  ətraflı  məlumat  verən  nazir  bu  idman  yarışının 
ölkəmiz  üçün  əhəmiyyətindən,  eləcə  də  onun  bütün  Avropa  idman  həyatına  verəcəyi  töhfələrdən  bəhs  edib. 
A.Rəhimov  Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın sədri olduğu “Bakı-2015” ilk Avropa Oyunları 
Təşkilat Komitəsinin fəaliyyətindən də söhbət açıb. 
Macarıstanın  idman,  turizm  və  digər  sahələri  özündə  birləşdirən  insan  resursları  naziri  Zoltan  Baloq 
yarışların  yüksək  səviyyədə  keçirilməsi  üçün  Azərbaycan  Prezidenti  İlham  Əliyevin  dəstəyini  xüsusi 
vurğulayıb. Nazir Azərbaycanla Macarıstanı tarixi dostluq əlaqələrinin birləşdirdiyini deyib. O, Azərbaycan və 
macar  idmançılarının  həmişə  beynəlxalq  yarışlarda  yüksək  nəticələr  əldə  etdiklərini  diqqətə  çatdırıb. 
Azərbaycanı  bu  mötəbər  tədbirə  ev  sahibliyi  etməsi  münasibətilə  təbrik  edən  nazir  “Bakı-2015”  Avropa 
Oyunlarına hazırlaşan macar idmançılarının uğurlu nəticələr göstərəcəklərinə və medallarla geri dönəcəklərinə 
ümid etdiyini bildirib. 
Sonra tədbir iştirakçıları Avropa Oyunlarına hazırlıq prosesini əks etdirən filmə baxıblar. 
Daha sonra ziyafət verilib. Ziyafət zamanı Azərbaycanın lirik mahnıları səslənib, Bakının görüntülərini əks 
etdirən videoçarx göstərilib. 
Tədbir çərçivəsində Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanan, Azərbaycanın milli mənəvi dəyərlərini, 
zəngin  tarixini  özündə  əks  etdirən  kitablar  və  incəsənət  xadimlərinin  əsərlərindən  ibarət  sərgi  də  nümayiş 
etdirilib.  Sərgi  ilə  yaxından  tanış  olan  Macarıstanın  dövlət  və  hökumət  rəsmiləri,  mədəniyyət  və  incəsənət 
xadimləri  müstəqilliyinin  24-cü  ildönümünü  qeyd  edən  Azərbaycanın  öz  milli-mənəvi  dəyərlərinə  sahib 
çıxmasını yüksək qiymətləndiriblər. 
 
“Xalq qəzeti”.-2015.-22 fevral.-N 42.-S.2. 
 
 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
230 
 
Prezident İlham Əliyev Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində olub 
(24 fevral 2015-ci il) 
 
Mingəçevir, 24 fevral, AzərTAc 
Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev  fevralın  24-də  Mingəçevirə  səfəri  çərçivəsində 
“Kür” Olimpiya Tədris-İdman Mərkəzində olub. 
Gənclər  və  idman  naziri  Azad  Rəhimov  dövlətimizin  başçısına  birinci  Avropa  Oyunlarına  hazırlıqla 
bağlı burada həyata keçirilən yenidənqurma işləri barədə ətraflı məlumat verdi. Bildirildi ki, artıq yenidənqurma 
tədbirləri son mərhələyə daxil olub və bu qəbildən işlər mərkəzin otel hissəsini də əhatə edib. 
Qeyd  edək  ki,  bir  neçə  il  bundan  əvvəl  Prezident  İlham  Əliyevin  və  xanımı  Mehriban  Əliyevanın 
iştirakı  ilə  açılan  “Kür”  Olimpiya  Tədris-İdman  Mərkəzi  Avropada,  o  cümlədən  MDB  məkanında  bənzəri 
olmayan avarçəkmə bazasıdır. Bir neçə aydan sonra ölkəmizdə keçiriləcək ilk Avropa Oyunlarının bəzi yarışları 
bu mərkəzdə təşkil olunacaq. 
Xatırladaq ki, bu il iyunun 12-dən 28-dək keçiriləcək birinci Avropa Oyunlarında 49 ölkədən 6 mindən 
artıq idmançı 20 idman növündə mübarizə aparacaq. 
 
AzərTAc 
24 fevral 2015-ci il 
 
 
 
 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
231 
 
İlk Avropa Oyunlarının könüllüləri və texniki işçilərinin uniformaları ictimaiyyətə  
təqdim olunub 
 
Bakıda  təşkil  olunacaq  birinci  Avropa  Oyunlarının  könüllüləri  –  “Alov  qoruyanlar”  və  texniki  işçilərin 
geyəcəyi uniformalar fevralın 24-də ictimaiyyətə təqdim olunub. 
AzərTAc  xəbər  verir  ki,  Heydər  Əliyev  adına  Arenada  təşkil  olunan  tədbirdə  əvvəlcə  Avropa  Oyunları 
haqqında videoçarx nümayiş olunub. 
Gənclər və idman naziri Azad Rəhimov  Avropa Oyunlarının tarixi,  mötəbər yarışa hazırlığın gedişi barədə 
məlumat verib. Könüllülərin işini yüksək qiymətləndirən Azad Rəhimov fevralın sonu - martın əvvəlində bütün 
idman obyektlərinin yarışa hazır olacağını və arenalarda test yarışların təşkil olunacağını diqqətə çatdırıb. 
“Bakı-2015”i televiziya vasitəsilə Avropada 150 milyondan artıq tamaşaçının izləyəcəyini diqqətə çatdıran 
nazir Avropa Oyunlarının Bakının simasını daha da gözəlləşdirdiyini vurğulayıb. 
Sonra tədbir iştirakçılarına ilk Avropa Oyunlarının brendi və maskotları barədə məlumat verilib. 
“Bakı-2015”in idman və ulduz elçilərinin qatıldığı tədbirdə üzərində Avropa Oyunlarının elementləri həkk 
olunan uniformalar geyən konüllülər və texniki işçilər tamaşaçıların sürəkli alqışları altında səhnəyə qalxıblar. 
“Alov  qoruyanlar”ın  fəaliyyətindən  bəhs  olunan  videoçarxın  nümayişindən  sonra  könüllülərin  fləşmobu 
təqdim olunub. 
Tədbir “Bakı-2015”in ulduz elçilərinin konsert proqramı ilə davam edib. 
 
“Azərbaycan”.-2015.-25 fevral.-N 44.-S.5. 
 
 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
232 
 
 
“Bakı-2015” İrlandiyanın “Setanta Sports” kanalı ilə yayım sazişi imzalayıb 
 
“Bakı-2015” ilk Avropa Oyunları Əməliyyat Komitəsi İrlandiyanın “Setanta Sports” idman kanalı ilə 
yayım sazişi imzalayıb. 
 
Sazişə  əsasən,  İrlandiyanın  idman  yarışlarını  yayımlayan  nüfuzlu  “Setanta  Sports”  şəbəkəsi  Avropa 
Oyunlarını hər gün səkkiz saat, o cümlədən gündəlik əsas məqamları təqdim edəcək. Kanal möhtəşəm açılış və 
bağlanış mərasimlərini də tamaşaçılar üçün yayımlayacaq. 
“Bakı-2015”  Avropa  Oyunları  Əməliyyat  Komitəsinin  əməliyyatlar  üzrə  baş  direktoru  Saymon  Kleq 
Oyunların  İrlandiyada  yayımlanmasını  təmin  edəcək  sazişin  bağlanmasından  məmnunluğunu  bildirib. 
Məqsədimiz  birinci  Avropa  Oyunlarını  mümkün  qədər  geniş  tamaşaçı  auditoriyasına  təqdim  etməkdir.  Bu 
məqsədə nail olmaq üçün bundan sonra da səylə işləməyə davam edəcəyik. 
“Setanta Sports” şirkətinin təsisçisi və baş icraçı direktoru Maykl Orurk bildirib ki, birinci Avropa Oyunları 
beynəlxalq  idman  təqvimində  yeni  və  əsas  yarışdır.  Bağladığımız  saziş  İrlandiyanın  idman  azarkeşlərinə 
Oyunlarda iştirak edəcək atletlərin çıxışlarını izləməyə imkan yaradacaq. 
İrlandiyanın Olimpiya Şurasının prezidenti Patrik Hikki qeyd edib ki, Avropa Oyunlarında ölkəmizi güclü 
idmançılar təmsil edəcək. Oyunlarda iştirak edəcək idmançılarımız bağlanmış saziş sayəsində öz ölkələrindəki 
azarkeşlərin dəstəklərinə arxalana biləcəklər. Bu, həm də İrlandiya idmanı üçün yaxşı xəbər olacaq. Ona görə ki
birinci Avropa Oyunları gənclərimizin və geniş ictimaiyyətin baxmaqdan zövq alacağı ruhlandırıcı yarışlardır. 
Bu sazişin bağlanması ilə “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsi yarışın dünyanın 51 ölkəsində 
yayımlanmasına nail olub.  
 
“Azərbaycan”.-2015.-27 fevral.-N 46.-S.7. 
 
 
 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
233 
 
 
Avropa Oyunlarına ev sahibliyi Azərbaycana gələcəkdə mötəbər idman yarışlarını keçirməyə  
imkan verəcək 
 
Nəzakət Ələddinqızı 
 
Artıq "Bakı-2015" ilk Avropa Oyunlarının keçirilməsi tarixinə az zaman qalır. Oyunların yüksək səviyyədə 
keçirilməsi üçün hazırlıq işləri sürətlənib. Görülən işlər bir daha təsdiq edir ki, beynəlxalq idman tədbirinə ev 
sahibliyi edəcək Bakı olduqca nümunəvi tərzdə keçiriləcəyi gözlənilən ilk Avropa Oyunlarının təşkilində tarixə 
imza atacaq.  
Qədim  tarixə  malik,  yüksək  templə  inkişaf  edən,  zəngin  təbii  sərvətləri  olan  ölkəmiz  beynəlxalq  tədbirlər 
üçün əlverişli məkanadır. Təbii ki, Azərbaycanın iqtisadi qüdrətinin yüksəlməsi, sosial inkişafı bütün sahələrdə 
böyük  nailiyyətlərin  əldə  olunmasına  ciddi  zəmin  yaradıb.  Ölkə  başçısı  Cənab  İlham  Əliyevin  ardıcıl  olaraq 
həyatın  bütün  sahələrinin  inkişafı  üzrə  həyata  keçirdiyi  islahatlar,  qəbul  olunmuş  dövlət  proqramları 
Azərbaycanın  dünyanın  inkişaf  etmiş  ölkələri  arasında  özünə  layiqli  yer  tapmasına  şərait  yaradıb.  Böyük 
Britaniyanın nüfuzlu "Economia" jurnalında bu il iyunun 12-dən 28-dək keçiriləcək "Bakı-2015" birinci Avropa 
Oyunları ilə bağlı dərc olunan məqalədə Avropa Oyunlarının Azərbaycan üçün böyük məsuliyyət olması, eyni 
zamanda,  ölkəmizi  təqdim  etmək  baxımından  əhəmiyyətli  olması  diqqətə  çatdırılır.  Azərbaycan  Prezidenti 
Cənab  İlham  Əliyevin  səyi  ilə  Azərbaycanın  bu  oyunları  ən  yüksək  səviyyədə  təşkil  edəcəyi  vurğulanan 
məqalədə ölkəmizdə idmana dövlət səviyyəsində ayrılan diqqəti də önə çəkilir. Artıq neçə ildir dünyanın idman 
ailəsinə  daxil  olan  ölkəmiz  beynəlxalq  əhəmiyyətli  idman  yarışlarının  keçirilməsi  üçün  əlverişli  məkan 
funksiyasını yerinə yetirir.  
İlk Avropa Oyunlarının Bakıda keçirilməsi ilə bağlı Avropa Olimpiya Komitəsinin qərarı beynəlxalq idman 
ictimaiyyətinin  ölkəmizin  olimpiya  hərəkatında  oynadığı  rola,  idmanın  inkişafına  göstərdiyi  yüksək  dəstəyə 
verilən  önəmin  təzahürüdür.  Azərbaycanın  idman  sahəsində  qazandığı  nailiyyətlər,  dünya  və  Avropa 
çempionatlarında  idmançılarımızın  qazandığı  medallar  ölkəmizin  beynəlxalq  idman  təşkilatlarında  da 
mövqeyinin  xeyli  güclənməsinə  səbəb  olub.  Məhz  bu  səbəbdən  də  beynəlxalq  idman  ictimaiyyəti,  idman 
federasiyaları həvəslə ən mötəbər yarışları ölkəmizə həvalə edir. Məqalədə  birinci Avropa Oyunlarının Bakıda 
keçirilməsi  barədə  qərarın Avropa  Olimpiya  Komitəsinin  (AOK)  41-ci  Baş  Assambleyasında  qəbul  olunduğu 
diqqətə  çəkilir.  Müəllif  qeyd  edir  ki,  AOK-un  layihəsi  olan  "Bakı-2015"  birinci  Avropa  Oyunları  Əməliyyat 
Komitəsinin təşkilatçılığı ilə keçiriləcək. Yarışlarda idmanın 20 növü (onlardan 16-sı olimpiya, dördü isə qeyri-
olimpiya  idman  növüdür)  üzrə  6  mindən  çox  idmançının  iştirakı  gözlənilir.  "Bakı-2015"-də  ənənəvi  idman 
növləri olan atletika, gimnastika ilə yanaşı, basketbol (3x3), çimərlik futbolu və karate kimi yeni idman növləri 
də yer alacaq. 
Müəllif  məqalədə  qeyd  edir  ki,  Azərbaycanın  2012-ci  ildə  ev  sahibliyi  etdiyi  "Eurovision"  Mahnı 
Müsabiqəsi  kimi  mötəbər  beynəlxalq  tədbirlərin  keçirilməsində  böyük  təcrübə  qazanıb.  Sözsüz  ki,  bu 
təcrübədən  yararlanılacaq.  Avropa  Oyunları  ərəfəsində  Bakıda  sürətli  tikinti,  abadlıq-quruculuq  işləri  aparılır, 
nəqliyyat infrastrukturu yenilənir. Paytaxtda yeni aerovağzal kompleksi istifadəyə verilib. 
Məqalədə  "Bakı-2015"  ilk  Avropa  Oyunları  Əməliyyat  Komitəsinin  Kommunikasiya  şöbəsinin  direktoru 
Uilyam  Lui-Marinin  fikirlərinə  də  yer  verilir.  Uilyam  Lui-Mariyə  istinadla  bildirilir  ki,  Azərbaycan  getdikcə 
daha çox maraq cəlb edir, bu ölkəyə gələn turistlərin sayı sürətlə artır. Bakı çox gözəl şəhərdir. Bu şəhərdə yeni 
otellər, dağ-xizək turizm kompleksləri tikilir. Azərbaycan xarici qonaqlar üçün çox maraqlı bir ölkədir. 
Jurnal yazır ki, Avropa Oyunlarına ev sahibliyi Azərbaycana gələcəkdə mötəbər idman yarışlarını keçirməyə 
imkan verəcək. Gələn il Bakıda keçiriləcək Şahmat Olimpiadası və "Formula-1" üzrə Avropa Qran-pri yarışları, 
2017-ci  ildə  təşkil  ediləcək  IV  İslam  Həmrəyliyi  Oyunları,  "Avro-2020"-nin  final  mərhələsinin  bir  neçə 
qarşılaşması  məhz  bu  yarışlardandır.  Məqalədə  "Bakı-2015"  ilk  Avropa  Oyunları  Təşkilat  Komitəsinə 
Azərbaycanın  birinci  xanımı  Mehriban  Əliyevanın  sədrlik  etdiyi  xatırlanır.  Avropa  Oyunlarının  Əməliyyat 
Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleqə istinadla qeyd edilir ki, Mehriban Əliyeva oyunların 
uğurla keçirilməsi işinə xüsusi diqqət yetirir. 
Yazıda Avropa Oyunları kimi mühüm bir tədbirin keçirilməsi ilə bağlı qərarın qəbul edildiyi 2012-ci ildən 
2015-ci ilə qədərki zamanın qısa olmasına baxmayaraq, bu oyunlara yüksək səviyyədə hazırlığın getdiyi diqqətə 
çatdırılır. Bildirilir ki, həmin qərarın qəbul edildiyi ilk vaxtlarda oyunlara hazırlıq üçün cəmi iki il yarım vaxtın 
olması  ilə  əlaqədar  müəyyən  narahatlıqlar  yarana  bilərdi,  amma  görülən  işlər,  həyata  keçirilən  layihələr 
yarışların  uğurla  keçiriləcəyini  deməyə  əsas  verir.  Oyunları  izləmək  üçün  dünyanın  müxtəlif  ölkələrindən 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
234 
 
Bakıya  gələcək  təkcə  idman  ictimaiyyətini  deyil,  siyasi,  iqtisadi,  mədəni  dairələri  də  təmsil  edən  çoxsaylı 
insanlar bunun şahidi olacaqlar. 
Həqiqətən də məqalədə vurğulandığı kimi, idmanın Azərbaycan cəmiyyətində xüsusi yer tutduğundan "Bakı-
2015"  idman  tarixində  mühüm  yer  tutacaq.  Bu,  həmçinin  Avropa  üçün  dörd  ildən  sonra  növbəti  Avropa 
Oyunları konsepsiyasının ən gözəl nümunəsi ola bilər. 
 
“Səs”.-2015.-27 fevral.-№ 38.-S.6. 
 
 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
235 
 
Avropa Olimpiya Komitəsi və “Bakı-2015” Təşkilat Komitəsi birgə açıqlama yayıb 
 
Avropa  Olimpiya  Komitəsi  (AOK)  və  “Bakı-2015”  Təşkilat  Komitəsi  birgə  Azərbaycan  tərəfinin 
Oyunlarda iştirak edəcək Milli Olimpiya Komitələrinin maliyyələşdirməsinə dair yayılan xəbərlərlə bağlı 
açıqlama verib. 
“Bakı-2015”dən AZƏRTAC-a bildiriblər ki, Yay və Qış Olimpiya Oyunlarında və bu kimi digər irimiqyaslı 
qlobal  yarışlarda  verilən  oxşar  dəstək  (qrantlar),  eyni  zamanda,  Azərbaycanda  ilk  dəfə  olaraq  keçirilməsi 
nəzərdə  tutulan  birinci  Avropa  Oyunları  ilə  bağlı  aparılan  danışıqların  ilkin  mərhələsində  əhəmiyyətli 
hissələrdən birini təşkil etmişdi. Şübhəsiz ki, bu tələb təşkilatçı şəhərlə müqavilənin və AOK tərəfindən “Bakı-
2015” ilk Avropa Oyunlarının Təşkilat Komitəsinin üzərinə qoyulan öhdəliyin bir hissəsi olub. 
İştirakçı idmançılar və müşayiətçi rəsmi şəxslərin sayına əsasən hesablanan qrantlar yarışlarda iştirak edən 
50 Avropa Milli Olimpiya Komitəsinin hamısına bərabər şəkildə şamil edilir. 
Qeyd edək ki, Avropa Oyunlarından sonra AOK rəhbər qurum olaraq Oyunların gəlirlərindən əldə edilən 2,5 
milyon  avro  məbləğində  vəsaiti,  Beynəlxalq  Olimpiya  Komitəsi  (BOK)  kimi  eyni  qaydada  Oyunların 
proqramına daxil edilən bütün idman növləri üzrə Avropa Milli Olimpiya Komitələri və Avropa Federasiyaları 
arasında bölüşdürəcək. 
İdmançılar  istənilən  böyük  idman  yarışının  əsasını  təşkil  edirlər.  Bu  məqsədlə  yarışlarda  iştirak  edən 
idmançıların  maliyyələşdirilməsinə  görə  məsuliyyət  daşıyan  qurumların  müvafiq  qaydada  ödənişlə  təmin 
edilməsi qanunidir və məqsədəuyğundur. 
 
“Azərbaycan”.-2015.-28 fevral.-N 47.-S.4. 
 
 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
236 
 
Birinci Avropa Oyunlarında yanğın təhlükəsizliyinin etibarlı şəkildə təmin olunması üçün bütün 
zəruri işlər həyata keçirilir 
 
Birinci Avropa Oyunlarının respublikamızda keçirilməsi ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin (FHN) 
Dövlət  Yanğın  Nəzarəti  Xidmətinin  Aran  Regional  Dövlət  Yanğın  Nəzarəti  İdarəsinin  təşkilatçılığı  ilə 
Mingəçevir  şəhərində  “Mehmanxana  və  ictimai  iaşə  müəssisələrinin  yanğın  təhlükəsizliyi”  mövzusunda 
seminar keçirilib. 
FHN-dən  AZƏRTAC-a  bildiriblər  ki,  tədbirdə  “Mehmanxanaların  və  ictimai  iaşə  müəssisələrinin  yanğın 
təhlükəsizliyinin  təmin  olunmasında  başlıca  vəzifələr”,  “Yanğından  mühafizə  və  yanğınların  söndürülməsi 
zamanı  obyektlərin  üzərinə  düşən  vəzifələr”  mövzusunda  mühazirələr  dinlənilib,  mədəniyyət  və  turizm 
obyektlərinin  yanğın  təhlükəsizlik  tələblərinə  uyğunluğunun  yoxlanılması,  aşkar  edilmiş  nöqsanların  vaxtında 
aradan qaldırılması istiqamətində Fövqəladə Hallar Nazirliyinin həyata keçirdiyi işlər barədə məlumat verilib. 
Qeyd  olunub  ki,  qarşıdan  gələn  böyük  idman  tədbirində  yanğın  təhlükəsizliyinin  etibarlı  şəkildə  təmin 
olunması üçün bütün zəruri tədbirlər həyata keçirilir. 
Seminarda  “Mehmanxanalarda  yanğın  təhlükəsizliyi  qaydaları”  adlı  slayd  nümayiş  etdirilib,  yanğın 
təhlükəsizliyi qaydalarını təbliğ edən buklet və “Mehmanxanaların yanğın təhlükəsizliyi” adlı yaddaş kitabçası 
paylanılıb. 
 
“Azərbaycan”.-2015.-28 fevral.-N 47.-S.4. 
 
 
 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
237 
 
Bakı Olimpiya Stadionu və Atletlər kəndi ilə tanışlıq 
Yüklə 3,29 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin