Iv fəSİl I avropa Oyunları 2015



Yüklə 3,29 Mb.
Pdf görüntüsü
səhifə15/41
tarix06.09.2017
ölçüsü3,29 Mb.
#29142
1   ...   11   12   13   14   15   16   17   18   ...   41

“Azərbaycan”.-2014.-3 iyul.-N 139.-S.5. 
 
 
 
 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
94 
 
“Bakı 2015” ilk Avropa Oyunları ərəfəsində “Təmiz Binəqədi” sosial layihəsi çərçivəsində 
genişmiqyaslı işlər görüləcəkdir 
 
Həyatda hər hansı bir ilkə imza atmaq həmişə çətin, lakin şərəfli iş olmuşdur. Bu iş qlobal miqyasda 
baş verəndə xüsusi əhəmiyyət daşıyır və tarixi hadisəyə çevrilir.  
 
Tarixdə  ilk  dəfə  baş  tutacaq  Avropa  Oyunlarının  Azərbaycanda  keçirilməsi  haqqında  qərar  böyük 
nailiyyətdir.  Bu  qərarın  verilməsi  heç  də  təsadüfi  deyildir.  Çünki  sürətlə  gedən  iqtisadi  inkişaf  həyatın  bütün 
sahələri  ilə  yanaşı,  idman  sahəsində  də  maddi-texniki  bazanın  güclənməsinə,  eləcə  də  beynəlxalq  yarışlarda, 
dünya çempionatlarında qələbələr qazanmaqda idmançılarımız üçün stimulun yaranmasına səbəb olmuşdur. 
Azərbaycanın  beynəlxalq  miqyasda  mötəbər  idman  yarışlarında  böyük  nailiyyətlər  qazanması,  dünyada 
nüfuzunun  ilbəil  artması  nəticə  etibarilə  2015-ci  ildə  I  Avropa  Oyunlarının  ölkəmizdə  keçirilməsi  qərarının 
verilməsində  həlledici  rol  oynamışdır.  Şübhəsiz  ki,  bu,  ölkə  Prezidenti  İlham  Əliyevin  praqmatik,  ardıcıl  və 
məqsədyönlü siyasətinin parlaq təzahürü kimi Azərbaycan tarixinə yazılan parlaq bir səhifədir. 
Avropa  Olimpiya  Komitəsinin  qəbul  etdiyi  qərardan  keçən  müddətdə  oyunlara  hazırlıq  işlərinin  sürəti  və 
miqyası  gözlənilməz  səviyyədə  artmışdır.  Azərbaycanın  birinci  xanımı,  Heydər  Əliyev  Fondunun  prezidenti, 
Azərbaycan  Respublikası  Milli  Olimpiya  Komitəsi  İcraiyyə  Komitəsinin  üzvü  Mehriban  xanım  Əliyevanın 
başçılıq  etdiyi  təşkilat  komitəsinin  apardığı  gərgin  və  məqsədyönlü  işin  səmərəsi  göz  önündədir.  Avropa 
Oyunlarının  keçiriləcəyi  idman  qurğularının  tikintisi  və  təkmilləşdirilməsi  işi  dünya  standartlarına  uyğun  və 
yüksək keyfiyyətlə gedir. 
Avropa  Oyunlarının  keçiriləcəyi  tarix  yaxınlaşdıqca  ölkədə  hazırlıq  işləri  də  sürətlənir.  Xəbər  verdiyimiz 
kimi,  bununla  əlaqədar  paytaxtın  şimal  qapısı  adlandırılan    Binəqədi  rayonunda  “Təmiz  Binəqədi”  sosial 
layihəsinə  start  verilmişdir.  Layihənin  keçirilməsində  əsas  məqsəd  ilk  Avropa  Oyunlarına  hazırlıq  dövründə 
rayonun memarlıq görkəmini daha da yaxşılaşdırmaq, qəsəbə və mikrorayonlarda, küçə və məhəllələrdə, park 
və xiyabanlarda aparılan təmizlik və abadlıq işlərini intensiv və mütəşəkkil formada davam etdirmək, bu işlərə 
rayon ictimaiyyətini cəlb etməkdən ibarətdir. 
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının bu günlərdə imzaladığı müvafiq sərəncam və bundan irəli gələn 
tədbirlər planı Azərbaycanı dünyada tanıdacaq və təbliğ edəcək bu böyük tədbirdə rayonun icra strukturlarının, 
habelə ictimai-siyasi təşkilatlarının və sakinlərinin üzərinə düşən öhdəliklərin geniş mənzərəsini yaradır. 
Sərəncamda  I  Avropa  Oyunlarına  hazırlıqla  əlaqədar  Binəqədi  rayonu  ərazisində  bu  il  iyul  ayının  1-dən 
mərhələli  şəkildə  “Təmiz  Binəqədi”  layihəsinin  reallaşdırılmasına  başlandığı  bildirilir.  Qarşıya  qoyulan 
vəzifələrin  operativ  həlli  üçün  icra  başçısının  birinci  müavini  İlqar  Süleymanovun  sədrliyi  ilə  komissiya 
yaradılmışdır.  Artıq  komissiya  fəaliyyətə  başlamış  və  müvafiq  tədbirlər  planı  tərtib  olunmuşdur.  Görüləcək 
işlərin əhatə dairəsi indiyədək görünməmiş dərəcədə əhatəlidir. Maraqlı burasıdır ki, tədbirlər planında ənənəvi 
stereotiplərdən maksimum imtina edilmiş, novatorluq və özünəməxsusluq önə çəkilmiş, habelə müasir dünyada 
qəbul  olunan  metod  və  üsullara  üstünlük  verilmişdir.    Belə  tədbirlər  arasında  “Ən  təmiz  obyekt”,  “Ən  təmiz 
uşaq  bağçası”,  “Nümunəvi  səhiyyə  müəssisəsi”,  “Ən  təmiz  fərdi  ev”  və  s.  bu  tipli  müsabiqələr,  məişət 
tullantılarının çeşidlənməsi, ekoloji mühitin daha da sağlamlaşdırılması işinə töhfə olaraq yanma mexanizmləri 
nasaz  olan  bütün  növ  nəqliyyat  vasitələrinin  rayon  ərazisində  hərəkətinin  məhdudlaşdırılması,  gənclərin 
fləşmobunun keçirməsi öz orijinallığı və aktuallığı ilə diqqəti cəlb edir. 
Tədbirlər  planına  əsasən,  görülən  işlər  barədə  əhali  və  təsərrüfat  subyektləri  məlumatlandırılmaqla  yanaşı, 
maraqlı aksiyaların da təşkili gündəmdədir. 
Layihə  çərçivəsində  elan  olunacaq  müsabiqələr  və  keçiriləcək  aksiyalar  tədbirin  kütləviləşməsində  mühüm 
rol oynayacaqdır. 
Layihənin  mahiyyəti  ilə  tanışlıq  zamanı  məlum  olur  ki,  “Təmiz  Binəqədi”  sadəcə  müəyyən  müddət  üçün 
deyil, daimi olaraq bu işin davam etdirilməsi məqsədilə keçirilir. 
 
Vaqif BAYRAMOV 
 
Xalq qəzeti”.-2014.- 8 iyul.-N 142.-S.6. 
 
 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
95 
 
I Avropa Oyunları ən yüksək səviyyədə keçiriləcəkdir 
 
Ramil NAMAZOV, 
iqtisad üzrə fəlsəfə doktoru  
 
İrqindən, dinindən asılı olmayaraq müxtəlif millətlərin nümayəndələrini bir araya toplayaraq onların 
ədalətli  idman  mübarizəsini  təmin  edən  Olimpiya  oyunları  möhtəşəm  idman  tədbiridir.  Bu  oyunlarda 
göstərilən nəticə yalnız dövlətin idman həyatının deyil, onun iqtisadi potensialının, ictimai, sosial-mədəni 
həyatının  göstəricisidir.  Olimpiya  oyunlarında  qazanılan  yüksək  nəticələr  beynəlxalq  miqyasda  ölkənin 
imicini formalaşdırıb yüksəltməklə  yanaşı, onun imkanlarını da nümayiş etdirir. 
 
Olimpiya  oyunlarına ev  sahibliyi  etmək  hər  bir  ölkənin  arzusudur. Təsadüfi deyil  ki, ev  sahibliyi  uğrunda 
çox ciddi mübarizə gedir. Hər bir olimpiya oyunlarına ev sahibliyi edəcək ölkənin adı isə xeyli əvvəldən məlum 
olur.  Azərbaycanın  ev  sahibliyi  edəcəyi  Avropa  Olimpiya  Oyunları  qitə  tarixində  birinci  dəfə  keçiriləcək. 
Xatırladaq  ki,  2015-ci  ildə  baş  tutacaq  tarixdə  birinci  Avropa  Olimpiya  Oyunlarının  Bakıda  keçirilməsi 
haqqında  qərar  2012-ci  il  dekabrın  8-də  Romada  Avropa  Olimpiya  Komitəsinin  (AOK)  41-ci  Baş 
Assambleyasında qəbul edilib. AOK Baş Assambleyasının qərarı səsvermədə iştirak edən 48 nəfərdən 38-nin 
səs çoxluğu ilə qəbul edilib. 
AOK-un qərarı tarixi hadisədir və ölkəmizin böyük uğurudur. Bu qərarın qəbul edilməsində bir neçə amil öz 
rolunu oynayıb. Bunlar ölkəmizin artan beynəlxalq nüfuzu, Azərbaycanın idman ölkəsi kimi tanınması, sosial-
iqtisadi  uğurlar,  infrastrukturun  müasir  tələblər  səviyyəsində  yenidən  qurulması  və  sair  bu  kimi  dünyanın 
diqqətini  çəkən  məsələlərdir.  Ümumiyyətlə,  təkcə  Olimpiya  oyunlarına  deyil,  beynəlxalq  səviyyəli  istənilən 
yarışa ev  sahibliyi etmək  üçün  ölkələr  arasında ciddi  rəqabət  mövcuddur.  Təsadüfi  deyil  ki, idman  sahəsində 
gerçəkləşdirilən  dövlət  siyasəti,  Olimpiya  ideallarının  təbliği,  idmanın  maddi-texniki  bazasının 
möhkəmləndirilməsi,  tikilmiş  müasir  idman  kompleksləri  və  digər  tədbirlər  nəticəsində  ölkəmiz  son  illərdə 
mötəbər beynəlxalq idman yarışlarının keçirildiyi məkana, dünyanın idman mərkəzlərindən birinə çevrilib. 
Azərbaycanda müasir idman infrastrukturunun yaradılması, çoxsaylı idman tədbirlərinə ev sahibliyi etməsi, 
2016-cı  ildə  XXXI  və  2020-ci  ildə  XXXII  Yay  Olimpiya  Oyunlarının,  2017-ci  ildə  IV  İslam  Həmrəyliyi 
Oyunlarının  keçirilməsi  üçün  Bakının  namizədliyinin  irəli  sürülməsi,  FİDE-nin  qərarına  əsasən  ölkəmizin 
Dünya Kuboku-2015 və Şahmat Olimpiadasının 2016-cı ildə Bakıda keçirilməsi hüququnu əldə etməsi dünya 
idman və Olimpiya aləminin Azərbaycana olan marağını daha da artırıb. Odur ki, ilk Avropa Oyunlarının Bakı 
şəhərində keçirilməsi ilə bağlı qərarın qəbul edilməsi təsadüfi deyil. 
I  Avropa  Oyunları  2015-ci  il  iyunun  12-dən  28-dək  keçiriləcək.  Oyunlar  19  idman  növünü  əhatə  edəcək. 
Bunlardan 16-sı olimpiya idman növü, üçü qeyri-olimpiya idman növü olacaqdır. Altı mindən artıq idmançının 
mübarizə aparacağı "Bakı-2015"də səkkiz idman növü 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunları üçün 
təsnifat xarakteri daşıyacaq. 
I Avropa Oyunlarına artıq bir ildən də az vaxt qalır. Bakıda yeni infrastrukturun yaradılması və oyunların 
təşkli  üzrə  digər  işlərin  sürətlə  həyata  keçirilməsi  göstərir  ki,  Mehriban  xanım  Əliyevanın  rəhbərlik  etdiyi 
Təşkilat  Komitəsi  hazırlıq  işlərini  göstərilən  vaxtda  yüksək  səviyyədə  başa  çatdıracaq.  Ölkəmizin  dəfələrlə 
beynəlxalq  yarışlara  ev  sahibliyi  etdiyini,  bu  oyunların  keçirilməsində  Avropa  Olimpiya  Komitəsinin 
tövsiyələrinin mühüm əhəmiyyət daşıdığını vurğulayan Mehriban xanım Əliyeva deyib: "I Avropa Oyunlarının 
yüksək səviyyədə təşkil edilməsi bizim əsas və ümumi məqsədimizdir. Azərbaycan bu oyunları Yay Olimpiya 
Oyunlarının  səviyyəsində  keçirmək  əzmindədir.  Ölkəmizdə  mövcud  olan  və  yaradılan  idman  infrastrukturu 
yarışların yüksək səviyyədə keçirilməsinə imkan verəcək". 
Dünyada keçirilən bütün beynəlxalq idman yarışlarında könüllülər önəmli rol oynayırlar. Vaxtilə ölkəmizdə 
keçən "Eurovision" yarışmasında bu praktikadan istifadə olunub və öz müsbət nəticəsini göstərib. Bakı Avropa 
Oyunları  Əməliyyat  Komitəsi  (BEGOC)  də  I  Avropa  Oyunlarının  başlanmasına  bir  il  qalması  münasibətilə 
könüllülük proqramına başlayıb. Təbii ki, I Avropa Oyunları Azərbaycanın gənc, müasir və qonaqpərvər ölkə 
olduğunu  dünyaya  nümayiş  etdirəcək.  Könüllülər  Bakının  zəngin  mənəviyyata  sahib  olan  insanlarını  gözəl 
təcəssüm etdirəcəklər. Bu mənada İlk Avropa Oyunlarında könüllü kimi fəaliyyət göstərmək, idman tədbirinin 
uğurla  həyata  keçirilməsinə  yardım  etməklə  Azərbaycan  tarixinin  bir  hissəsinə  yazılmaq  yaxşı  fürsətdir. 
Könüllülərə oyunlar zamanı yüksək vəzifəli şəxslərin və idmançıların salamlanması, yarışlarda çalışmaq,  KİV 
nümayəndələrinə kömək göstərmək və s. vəzifələri icra etmək imkanı veriləcək. 
İndiyədək beş yüzdən artıq könüllü Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilmiş yeniyetmələr 
arasında Avropa Olimpiya təsnifat yarışlarında və Milli Gimnastika Arenasında təşkil edilmiş bədii gimnastika 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
96 
 
üzrə  Avropa  çempionatında  təcrübə  qazanmışlar.  Könüllülərin  daha  çox  təcrübə  qazanmaları  və  Avropa 
Oyunları müddətində komanda rəhbərlərinə çevrilmələri istiqamətində çalışmaları üçün əlavə sınaq yarışlarının 
keçirilməsi nəzərdə tutulur. 
İlk  Avropa  Oyunlarının  keçirilməsi  istiqamətində  işlər  gördükcə  BEGOC  təşkilat  kimi  böyüməkdə  davam 
edir. Hazırda texnologiya, tədbirlərin idarə edilməsi, nəqliyyat, dillər, yerləşdirilmə, kadrlar (insan resursları), 
marketinq və layihənin idarə edilməsi kimi bir sıra sahələrdə 100-dən çox tam ştat əsasında ödənişli iş imkanı 
mövcuddur.  İyuldan  etibarən  199  universitet  məzunu  təlim  proqramı  vasitəsilə  BEGOC-a  qoşulacaqdır. 
Azərbaycan  və  Avropa  universitetlərindən  yeni  məzun  olan  həmin  şəxslərin  potensiallarının  araşdırılmasına 
kömək məqsədilə xüsusi tərtib edilmiş intensiv təlim proqramı var. 
I  Avropa  Oyunlarının  Bakıda  təşkili  ölkəmizin  idman  sahəsində  həyata  keçirilən  dövlət  siyasətinin 
gücləndirilməsinə, Azərbaycanın beynəlxalq nüfuzunun daha da artmasına, dünya idman aləmində önəmli yer 
tutmasına şərait yaradacaq. Bundan başqa, oyunlar Azərbaycanda turizmin, nəqliyyat infrastrukturunun və digər 
sahələrin inkişafına da böyük təkan verəcək. 
 
 “Azərbaycan”.-2014.-10 iyul.-N 145.-S.7. 
 
 
 
 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
97 
 
Fransanın Kann şəhərində Azərbaycan mədəniyyəti günləri çərçivəsində “Bakı Avropa 
Oyunları-2015” in təntənəli təqdimatı olmuşdur  
(9 iyul 2014-cü il) 
 
Fransanın  Kann  şəhərində  Azərbaycan  mədəniyyəti  günləri  davam  edir.  İyulun  9-da  “Bakı  Avropa 
Oyunları-2015"in təntənəli təqdimatı olmuşdur. 
 
Azərbaycanın  birinci  xanımı,  Heydər  Əliyev  Fondunun  prezidenti  Mehriban  Əliyeva  mərasimdə  iştirak 
etmişdir. 
Kann  şəhəri  yenidən  Azərbaycan  mədəniyyət  təntənələrinə  ev  sahibliyi  edir.  Fransanın  bu  qədim,  həm  də 
mədəniyyət  tədbirləri  ilə  zəngin  şəhəri  artıq  bir  neçə  gün  əvvəl  Azərbaycanla  bağlı  baner  və  posterlərlə 
bəzədilmişdir.  Bununla  da  şəhər  əhalisi  və  burada  istirahət  edən  minlərlə  turist  Azərbaycanla  bağlı  tədbirlər 
haqqında  məlumatlandırılmışdır.  Azərbaycan  günləri  çərçivəsində  tamaşaçılar ölkəmizi  müxtəlif  aspektlərdə  - 
tarixi, musiqisi, ədəbiyyatı, klassik və modern incəsənəti ilə birlikdə görmək imkanı əldə edəcəklər. 
“Bakı  Avropa  Oyunları-2015”in  təntənəli  təqdimat  mərasiminin  aparıcısı  Azərbaycanın  tarixi  və 
mədəniyyəti  haqqında  mərasim  iştirakçılarına  məlumat  vermişdir.  Bildirilmişdir  ki,  zəngin  mədəni  dəyərlərə 
malik olan Azərbaycan təxminən bir ildən sonra ilk Avropa Oyunlarına ev sahibliyi edəcəkdir. 
Tədbirdə  çıxış  edən  Kann  şəhərinin  meri  Devid  Lisnard  Qafqazın  mirvarisi  olan  Azərbaycan  ilə  Aralıq 
dənizinin  mirvarisi  olan  Kann  şəhəri  arasında  dostluq  əlaqələrinin  getdikcə  inkişaf  etdiyini  bildirmişdir.  Mer 
demişdir  ki,  artıq  ikinci  dəfədir  Kannda  Azərbaycan  mədəniyyəti  günləri  təşkil  olunur.  “Azərbaycan  zəngin 
mədəni dəyərlərə malikdir”, - deyən Kann şəhərinin meri əminliklə bildirmişdir ki, gələn il ilk Avropa Oyunları 
Bakıda yüksək səviyyədə təşkil olunacaqdır. 
Azərbaycanın  birinci  xanımı,  ilk  Avropa  Oyunlarının  Təşkilat  Komitəsinin  sədri  Mehriban  Əliyeva 
mərasimdə çıxış etmişdir. 
 
Birinci xanım Mehriban Əliyevanın çıxışı  
(9 iyul 2014-cü il) 
 
– Hörmətli cənab mer!   
Hörmətli qonaqlar! 
Əziz dostlar! 
Xanımlar və cənablar! 
Yenidən  Kann  şəhərində  sizinlə  birlikdə  olmaq  çox  xoşdur.  Mən  sizin  hər  birinizi  səmimi  qəlbdən 
salamlayıram və bu gecə bizimlə olduğunuza görə sizə dərin minnətdarlığımı bildirirəm. 
Kann  şəhərinin  Fəxri  vətəndaşı  olmaq  mənim  üçün  çox  şərəflidir  və  mən  bu  fürsətdən  istifadə  edərək  bu 
gözəl şəhərə, onun bütün sakinlərinə öz hörmətimi çatdırıram. 
Hər il olduğu kimi, bu il də biz qonaqpərvərliyi və dostluğu hiss edirik və bizim ölkəmizə göstərilən diqqətə, 
hörmətə görə, tədbirlərimizdə bizə yardım göstərən hər kəsə, xüsusən də Kann şəhərinin meri cənab Lisnarda 
dərin təşəkkürümü çatdırıram. 
Əziz  dostlar,  bugünkü  görüşümüz  Azərbaycanın  tarixində  çox  əlamətdar  hadisəyə  -  2015-ci  ildə  Bakıda 
keçiriləcək birinci Avropa Oyunlarına həsr olunub. Bildiyiniz kimi, Avropa Olimpiya Komitəsinin qərarı ilə ilk 
Avropa  Oyunları  Azərbaycanın  paytaxtı  Bakı  şəhərində  keçiriləcək  və  bu  qərar  Azərbaycan  xalqı  tərəfindən 
böyük  məmnuniyyətlə,  böyük  dəstəklə  qarşılanıb.  Məhz  bu  tarixi  qərara  görə  Avropa  Olimpiya  Komitəsinin 
bütün üzvlərinə və prezidentinə dərin  minnətdarlığımı bildirirəm. 
Baxmayaraq ki, Olimpiya hərəkatı Avropada meydana gəlib və sonradan Avropada bərpa olunub, bu vaxta 
qədər  Avropa  Oyunları  heç  zaman  keçirilməyib.  Belə  oyunları  -  tarixə  ilk  Avropa  Oyunları  kimi  daxil  olan 
yarışları qəbul etmək, hazırlamaq və keçirmək bizim üçün, Azərbaycan üçün ən böyük şərəfdir və həm də böyük 
məsuliyyətdir. 
Bu  gün  Azərbaycan  dünyada  idman  məkanı  kimi  tanınır.  İdmana,  Olimpiya  hərəkatına  dəstək  dövlət 
siyasətinin  əsas  istiqamətlərindən  biridir.  Biz  müstəqilliyimizi  bərpa  etdikdən  sonra  Olimpiya  Oyunlarında 
1996-cı ildən iştirak edirik və qısa bir zamanda idmançılarımız böyük nailiyyətlər əldə etmişlər. Oyundan-oyuna 
qazanılan medalların sayı artır. Son Yay Olimpiya Oyunlarında Azərbaycan atletləri on medal qazanmışlar və 
Avropa ölkələri arasında 15-ci, iştirakçılar arasında isə 30-cu yeri tutmuşlar.  

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
98 
 
Ölkəmizdə idman infrastrukturunun inkişafına böyük diqqətlə yanaşılır və son on ildə Azərbaycanda 50-dən 
çox  olimpiya mərkəzi inşa olunub. İdmanla məşğul olan, idmanı özünə peşə  seçən gənclərin sayı son illər artır 
və bu gənclərin qarşısında yeni perspektivlər və imkanlar açılır.  
  Ölkəmiz  beynəlxalq  idman  tədbirlərinin  keçirilməsində  də  böyük  təcrübə  əldə  edib.  Bakıda  idmanın 
müxtəlif növləri üzrə Avropa və dünya çempionatları keçirilir. Ötən ay bədii  gimnastika üzrə Bakıda keçirilən 
Avropa  çempionatı  həm  idmançılar,  həm  də  idman  ictimaiyyəti  tərəfindən  ən  yüksək  səviyyədə  hazırlanmış 
çempionat kimi qiymətləndirilmişdir. 
Məhz bütün bu faktları - idmançılarımızın nailiyyətlərini, mövcud idman infrastrukturunu, dövlət tərəfindən 
idmana  güclü  dəstəyi  və  əlbəttə,  ölkəmizin  hərtərəfli  və  sürətli  inkişafını  nəzərə  alaraq  Avropa  Olimpiya 
Komitəsi bu Oyunları Azərbaycanda keçirməyə qərar vermişdir.  
Avropa Oyunları Avropanın idman tarixində yeni səhifə açacaq və əlbəttə, ilk Oyunlar gələcək yanaşmaların 
standartlarının    səviyyəsini  təmin  edəcəkdir.  Baxmayaraq  ki,  hazırlıq  üçün  cəmi  iki  il  yarım  vaxt  ayrılıb, 
Azərbaycan bu oyunları Yay Olimpiya Oyunları səviyyəsində keçirmək əzmindədir. Bunun üçün bütün lazımi 
tədbirlər  həyata  keçirilir  və  Təşkilat  Komitəsi  səylə  çalışır.  Biz  beynəlxalq  qurumlarla,  Avropa  Olimpiya 
Komitəsi  ilə  sıx  əməkdaşlıq  qurmuşuq.  Biz  çoxsaylı  könüllülərin  dəstəyindən  istifadə  edirik    və  bütün  lazımi 
işlər həyata keçirilir. Mən ümidvaram ki, birinci Avropa Oyunları ədalətli, sağlam rəqabət, dostluq və həmrəylik 
şəraitində keçiriləcəkdir. 
 Əziz  dostlar,  mən  fürsətdən  istifadə  edərək  sizi  ölkəmizə  dəvət  etmək  istəyirəm.  Ümidvaram  ki,  birinci 
Avropa Oyunları zamanı ölkəmizin qonağı olaraq, siz həm də Azərbaycanın tarixi, mədəniyyəti, Şərq ilə Qərbi 
birləşdirən memarlıq abidələri və ənənələri ilə də tanış ola bilərsiniz.   
 Azərbaycan  bu  gün  tolerantlıq  və  multikulturalizm  baxımından    dünya  mərkəzlərindən  birinə  çevrilib. 
Əsrlər  boyu  ölkəmizdə  müxtəlif  xalqların  və  dinlərin  təmsilçiləri  dostluq,  qarşılıqlı  etimad  və  sülh  şəraitində 
rahat  yaşayıb  fəaliyyət  göstəriblər.  Bu  gün  də  biz  öz    ənənələrimizi,  köklərimizi  və  tariximizi  qoruyub 
saxlayaraq dünya mədəni müxtəlifliyinə böyük hörmətlə yanaşırıq. 
Əziz  dostlar,  biz  birinci  Avropa  Oyunlarının  təqdimatını  Avropanın  müxtəlif  şəhərlərində  keçirəcəyik. 
Amma ilk təqdimat Fransada, Kannda keçirilir və bu da təsadüfi deyildir. Fransa Avropanın aparıcı dövlətidir, 
ümumbəşəri mədəniyyət mərkəzidir. İdman sahəsində böyük nailiyyətlər əldə etmiş dövlətdir. Azərbaycan üçün 
də  dost  dövlətdir.  Mən  çox  şadam  ki,  son  illər  ölkələrimiz  arasındakı,  xüsusilə  də  humanitar  sahədə  olan 
əlaqələr  tamamilə  yeni  səviyyəyə  qalxıb.  Azərbaycanı  daha  dərindən  tanıdan  tədbirlər  Fransanın  müxtəlif 
şəhərlərində keçirilir. Bir il bundan əvvəl, - yəqin ki, siz xatırlayırsınız, - Kannda çox böyük uğurla Azərbaycan 
mədəniyyəti  günləri  keçirildi  və  çox  böyük  maraqla  qarşılandı.  Azərbaycanın  və  Fransanın  şəhərləri  arasında 
qardaşlaşmaya  dair  sazişlər  imzalanır  və  mən  ümidvaram  ki,  gələcəkdə  Kann  ilə  Azərbaycanın  şəhərlərindən 
biri arasında bu ənənə davam etdiriləcəkdir. 
Əziz  dostlar,  sonda  xatırlatmaq  istərdim  ki,  1896-cı  ildə  Fransanın  görkəmli  ictimai  xadimi,  pedaqoqu, 
yazıçısı  baron  Pyer  Kubertenin    səyləri  nəticəsində  Olimpiya  hərəkatı  bərpa  olunmuşdur.  O  vaxtdan  etibarən 
Olimpiya idealları, Olimpiya hərəkatının fəlsəfəsi insanları, xalqları, dövlətləri bir araya gətirir, körpülər qurur, 
sülh,  əmin-amanlıq  və  dostluq  yaradır.  Ümidvaram  ki,  Azərbaycanda  keçiriləcək  ilk  Avropa  Oyunları  bu 
dəyərlərin möhkəmlənməsinə öz layiqli töhfəsini verəcəkdir. 
Bir daha sizin hər birinizi səmimi qəlbdən salamlayıram və sizə xoş axşam arzulayıram. 
Təşəkkür edirəm. 
 
* * * 
 
Mərasimdə  “Bakı-2015  Avropa  Oyunları”  ilə  bağlı  video  təqdimat  olmuşdur.  Təqdimatda  ötən  dövrdə 
görülən  işlər,  tikilən  idman  obyektləri,  Avropa  Oyunlarının  Təşkilat  Komitəsinin  sədri  Mehriban  Əliyevanın 
rəhbərliyi ilə keçirilən toplantılar barədə geniş məlumat verilmişdir. 
Fransa  Olimpiya  və  İdman  Komitəsinin  prezidenti  Deni  Masseqliya  2015-ci  ildə  ilk  Avropa  Oyunlarının 
Azərbaycanda  keçirilməsini  böyük  hadisə  adlandırmışdır.  O  demişdir  ki,  Avropa  Oyunlarına  hazırlıq  işləri 
yüksək  səviyyədə  həyata  keçirilir.  Fransa  Olimpiya  və  İdman  Komitəsinin  prezidenti  tam  əminliyini  ifadə 
etmişdir ki, Bakı Avropa Oyunlarına uğurla ev sahibliyi edəcəkdir. 
Sonra  “Bakı-2015  Avropa  Oyunları”nın  təqdimatına  həsr  edilən  ziyafət  olmuşdur.  Azərbaycan  incəsənət 
ustaları mərasimdə konsert proqramı ilə çıxış etmişlər.   
Daha sonra isə Kann şəhərinin məşhur Kruazett bulvarında atəşfəşanlıq olmuşdur. 
Əvvəlcə Azərbaycanın dövlət himni səslənmişdir. 
Atəşfəşanlıq Azərbaycan bəstəkarlarının musiqisi ilə müşayiət olunmuşdur. 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
99 
 
Artıq ilk Avropa Oyunlarının keçirilməsinə bir ildən də az vaxt qalır. Ötən dövrdə görülmüş işlər, Avropa 
Oyunları  ilə  bağlı  həyata  keçirilən  tədbirlər  deməyə  əsas  verir  ki,  2015-ci  ildə  Avropa  Oyunlarının  Bakıda 
keçirilməsi ilə bağlı qərarın qəbul edilməsi ölkəmizdə yaşanan Olimpiya hərəkatına verilən dəyərin təzahürüdür. 
Bu,  həm  də  Azərbaycanda  idman  sahəsində  inkişaf  proseslərinə  beynəlxalq  miqyasda  göstərilən  marağın 
nümunəsidir. 
 
Əsgər ƏLİYEV, 
AzərTAc-ın xüsusi müxbiri 
Kann 
  
“Xalq qəzeti”.-2014.-11 iyul.-N 146.-S.5. 
 
 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
100 
 
“Euronews” Kannda “Baku-2015” ilk Avropa oyunlarına həsr olunmuş qaçış haqqında süjet 
Yüklə 3,29 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin