Iv fəSİl I avropa Oyunları 2015



Yüklə 3,29 Mb.
Pdf görüntüsü
səhifə11/41
tarix06.09.2017
ölçüsü3,29 Mb.
#29142
1   ...   7   8   9   10   11   12   13   14   ...   41

Anar RZAYEV, 
AzərTAc-ın müxbiri 
Antalya 
  
Xalq qəzeti”.-2014.-9 aprel.-N 70.-S.5. 
 
 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
69 
 
 
Cim Şerr: “Avropa Oyunları artıq idman ölkəsi kimi tanınan Azərbaycanın beynəlxalq aləmdə 
nüfuzunu daha da artıracaq” 
 
“Azərbaycan Avropa Oyunlarına yüksək səviyyədə ev sahibliyi edəcək” 
 
“Azərbaycan “Bakı - 2015” ilk Avropa Oyunlarına yüksək səviyyədə ev sahibliyi edəcək”. 
Bu  sözləri  “Bakı  -  2015”  Avropa  Oyunlarının  əməliyyat  şirkətinin  icraçı  direktorunun  müavini  Cim  Şerr 
deyib.  Dünyanın  bütün  idman  qurumlarının,  eləcə  də  olimpiya  komitələri  rəhbərlərinin  “Bakı  -  2015”  ilk 
Avropa  Oyunları  barədə  artıq  məlumatlı  olduğunu  bildirən  Cim  Şerr  ölkəmizin  bir  sıra  nüfuzlu  beynəlxalq 
tədbirlərə ev sahibliyi etdiyini vurğulayaraq deyib: “Gündən-günə inkişaf edən Azərbaycan artıq idman ölkəsi 
kimi  də  tanınır.  Ölkənizdə  mötəbər  yarışların  keçirilməsi  bir  ənənə  halı  alıb.  Onu  da  qeyd  edim  ki,  Bakıda 
mütəmadi  olaraq  Avropa  və  dünya  çempionatları  keçirilir.  Mən  əminliklə  deyə  bilərəm  ki,  Azərbaycan  bu 
tədbirlərə  yüksək  səviyyədə  ev  sahibliyi  edir.  Bakıda  keçiriləcək  birinci  Avropa  Oyunları  Avropa  idman 
hərəkatında  yeni  dövrün  başlanğıcı  olacaq.  Eyni  zamanda,  Azərbaycan  hökuməti  oyunlara  hərtərəfli  dəstək 
verir, onun uğurla keçməsi və Avropa idmançılarının parlaq çıxışları üçün əlindən gələni edir”. 
Cim Şerr Avropa Oyunlarının Əlaqələndirmə Komitəsinin birinci və ikinci iclaslarından sonra keçən dövrdə 
bir  çox  nailiyyətlərin  əldə  edildiyini  vurğulayaraq  bildirib  ki,  artıq  idman  yarışlarının  cədvəl  layihəsi  tərtib 
olunub, oyunlarda iştirak edəcək rəsmilərin, idmançıların, həmçinin medalların sayı və  yarışların baş tutacağı 
günlər  nəzərdən  keçirilib.  İdman  tədbirlərinin  təşkil  olunacağı  məkanların  siyahısı  da  tamamlanıb,  maliyyə 
məsələləri təhlil olunub. 
Bakı  haqqında  təəssüratlarını  bölüşən  Cim  Şerr  deyib:  “Qədim  və  müasir  tikililər  şəhərinizə  çox  yaraşıq 
verir.  Paytaxt  Bakı,  insanlarınız  çox  gözəl  və  qonaqpərvərdirlər.  Azərbaycan  sürətlə  inkişaf  edir.  Buradakı 
tikililər  heyrətamizdir.  Bakıda  olmayan  avropalı  azarkeşləri  Azərbaycana  dəvət  edirəm.  Təbii  ki,  Avropa 
Oyunları artıq idman ölkəsi kimi tanınan Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu daha da artıracaq”. 
 
“Palitra”.-2014.-10 aprel.-№ 60.-S.14. 
 
 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
70 
 
Beynəlxalq idman ictimaiyyəti “Bakı 2015”Avropa Oyunlarının keçirilməsi ilə bağlı görülən 
işləri yüksək qiymətləndirmişdir 
 
“Bakı  2015”  ilk  Avropa  Oyunları  davamlı  iqtisadi,  sosial  və  siyasi  inkişaf  yolu  ilə  irəliləyən 
Azərbaycanın tarixində bu vaxtadək keçirilmiş ən böyük və çoxsaylı idman yarışları tədbiri olacaqdır. 
 
AzərTAc xəbər verir ki, bu sözləri Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov Türkiyənin Antalya 
şəhərində keçirilən SportAccord Konvensiyasının növbəti iclasındakı çıxışında demişdir.  
Azərbaycanın milli tarixində yeni səhifə yazacaq bu müstəsna rolu və Avropa idmanının bu gün beynəlxalq 
idman sahəsinin aparıcı nümayəndələrinə verdiyi töhfə haqda danışan nazir, Bakı Avropa Oyunları Əməliyyat 
Komitəsinin baş direktoru Azad Rəhimov nümayəndə heyətlərinə məlumat vermişdir ki, birinci dəfə keçiriləcək 
Avropa  Oyunları  Avropa  qitəsini    ruhlandıracaq  və  Avropa  xalqlarını  bu  cür  idman  bayramında  bir  araya 
gətirəcəkdir. 
Nazir  A.Rəhimov  Azərbaycanın  ev  sahibliyi  edəcəyi  oyunlara  hazırlıq  barədə  ətraflı  məlumat  vermiş  və 
söyləmişdir  ki,  bu  oyunlara  hazırlıq  prosesində  əsas  diqqət  və  sərmayələr  ümumən  19  idman  növü  üzrə 
yarışacaq  6000  idmançı  üçün  nəzərdə  tutulan  mövcud  məkanların  bərpasına  və    dünya  səviyyəli  20  idman 
obyektinin inşasına yönəldilmişdir. 
“Avropa  Olimpiya  komitələrində  qitə  oyunlarının  Avropa  üçün  keçirilməsi  təsəvvürü  mövcuddur  və  bu 
oyunların  Bakıya  həvalə  edilməsi  ilə  onlar  bu  möhtəşəm  layihəni  Azərbaycana  etibar  etmişlər”,  deyən  nazir 
vurğulamışdır  ki,  AOK-un  etibarı  və  bizim  ambisiyamız  digər  Avropa  şəhərlərində  də  keçiriləcək  gələcək 
oyunların  ötürülə  bilən  və  dayanıqlı  modelinin  yaradılmasından  ibarətdir.    Eyni  zamanda,  biz  Azərbaycanın 
müasir Avropa ölkəsi olduğunu göstərmək imkanını artırmaq niyyətindəyik. 
Nazir  A.Rəhimov,  həmçinin  Azərbaycan  hökumətinin  həyata  keçirdiyi  strateji  yanaşmanın  tədbirin 
ölkəmizdə idman, sosial və iqtisadi inkişafını təmin etməsi məqsədi güddüyünü qeyd edərək bildirmişdir ki: “İlk 
Avropa Oyunlarına ev sahibliyi etmək imkanından yararlanmaq Bakı və Azərbaycanı Avropada idman, biznes, 
turizm və mədəniyyət üçün dinamik məkan baxımından inkişaf etdirmək və eləcə də bilik və bacarıqların yeni 
bazası olmaq nöqteyi-nəzərdən bizim üçün əhəmiyyətli məsələdir. 
“Bakı 2015” oyunları yalnız yeni dünya səviyyəli idman məkanları ilə təmin etməyəcək, o həmçinin Bakı və 
Azərbaycanın əhalisi üçün yeni şəhər və icma imkanlarının inkişafı baxımından təkanverici rol oynayacaqdır, - 
deyə nazir əlavə etmişdir. 
A.Rəhimov  çıxışına  davam  edərək  demişdir:  “İnanırıq  ki,  Azərbaycan  hökumətinin  dəstəklədiyi  tədbir 
yerlərinin  inşası  gənclərin  idmana  olan  həvəsini  artıracaq  və  xalqın  daha  fəal  həyat  tərzinə  rəvac  verəcək,  və 
onun  sağlam  olmasına  kömək  edəcəkdir.  Oyunlar  üçün  inşa  edilən  yeni  idman  məkanları  və  obyektləri 
Azərbaycan gənclərinə nəsildən-nəslə keçəcək bir töhfədir”. 
Açılış-bağlanış mərasimlərinin keçirilməsi və idman tədbirlərində 65 min tamaşaçı və idman azarkeşi üçün 
nəzərdə  tutulmuş  Olimpiya    stadionunun  tikintisinin  başa  çatmaq  üzrə  olduğunu  vurğulayan  nazir  demişdir: 
“İnşası yenicə başa çatdırılmış Milli Gimnastika Arenası növbəti il keçiriləcək oyunlar üzrə sınaq tədbiri kimi 
bu  ilin  may  ayında  Avropa  Ritmik  Gimnastika  çempionatının  iştirakçılarını  qəbul  edəcəkdir.  Bakı  Akvatika 
Mərkəzində üzgüçülük, sinxron üzgüçülük və dayvinq yarışları keçiriləcəkdir”. 
Müşahidəçilər artıq Azərbaycanın “Bakı 2015" Avropa Oyunlarını əsas diqqətini idmançılara yönəldən bir 
məkan  olduğunu  qəbul  etmişlər.  Bu  aydın  şəkildə  beynəlxalq  miqyaslı,  9000  idmançı  və  rəsmi  şəxsə  ev 
sahibliyi  edəcək  və  mümkün  olduğu  qədər  ən  yaxşı  yaşayış  üçün  yer  və  hazırlıq  obyektləri  ilə  təmin  etmək 
məqsədi  güdən  Atletlər  kəndində  özünü  büruzə  verir,  deyən  nazir  Rəhimov  xidmət  sahələri  ilə  bağlı  görülən 
işlərdən  danışarkən  bildirmişdir:  “Hökumət,  həmçinin  oyunlar  vaxtı  istifadəsi  mümkün  olacaq  çoxlu  sayda 
irimiqyaslı daşınma layihələrinə, habelə metro və avtobus şəbəkələrinin yenilənməsinə böyük sərmayə yatırır. 
İnvestisiya  layihələri  iki  yeni  yüksək  texnoloji  dəmiryolu  xəttini  -  Azərbaycan,  Gürcüstan  və  Türkiyəni 
birləşdirən  Bakı-Tbilisi-Qars  xəttini  və  Bakıdakı  yeni  beynəlxalq  hava  limanı  terminalı  olan  Bakı-Çin  xəttini 
özünə daxil edir və 2015-ci ilə dünyanın 50 şəhəri və 22 ölkəsi boyu 60 hava limanına uçuşları nəzərdə tutan 
uçuş qrafiklərini artırmağı nəzərdə tutur”. 
 
“Xalq qəzeti”.-2014.-11 aprel.-N 72.-S.2. 
 
 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
71 
 
Azərbaycan Prezidenti İlham Əliyev Bakıda tikilən Su İdmanı Sarayında inşaat işlərinin gedişi 
ilə tanış olmuşdur  
(17 aprel 2014-cü il) 
 
Bakı,  17  aprel  (AzərTAc).  Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev,  xanımı  Mehriban 
Əliyeva  və  ailə  üzvləri  aprelin  17-də  Bakıda  tikilən  Su  İdmanı  Sarayında  inşaat  işlərinin  gedişi  ilə  tanış 
olmuşlar. 
2015-ci  ildə  Avropa  ölkələri  arasında  tarixdə  ilk  dəfə  Bakıda  təşkil  olunacaq  Olimpiya  Oyunlarına 
hazırlıq  məqsədilə  genişmiqyaslı  tədbirlər  həyata  keçirilir.  Dövlətimizin  başçısının  tapşırığı  ilə  ən  yüksək 
standartlara cavab verən müasir idman kompleksləri inşa edilir, mövcud idman obyektləri əsaslı şəkildə yenidən 
qurularaq istifadəyə verilir. 
Prezident  İlham  Əliyev  Azərbaycanda  su  idmanı  növlərinin  inkişaf  etdirilməsi,  yerli  və  beynəlxalq 
səviyyəli  yarışların  təşkili  məqsədilə  2012-ci  il  avqustun  30-da  Bakıda  müasir  standartlara  cavab  verən  Su 
İdmanı Sarayının tikilməsi haqqında Sərəncam imzalamışdır. Su İdmanı Sarayının layihələndirilməsini Koreya 
Respublikasının  “Securo  CO.LTD”  şirkəti  qısa  müddətdə  başa  çatdırmış  və  inşaat  işlərinə  başlanılmışdır. 
Gənclər və idman naziri Azad Rəhimov Su İdmanı Sarayında layihə əsasında görülən işlərlə bağlı dövlətimizin 
başçısına məlumat verdi. 
Bildirildi  ki,  Su  İdmanı  Sarayı  üçün  6  hektar  torpaq  sahəsi  ayrılmışdır.  Ümumi  sahəsi  66  min 
kvadratmetr  olan  saray  Beynəlxalq  Üzgüçülük  Federasiyasının  tələblərinə  tam  cavab  verir.  Sarayda  üç 
üzgüçülük hovuzu olacaqdır. Uzunluğu 50, eni 25 metr olacaq hovuz yarışlar üçün nəzərdə tutulmuşdur. İkinci 
hovuzda  isə  məşqlər  keçiriləcəkdir.  Hündürlükdən  suyatullanma  hovuzunun  uzunluğu  25,  eni  20  metrdir. 
Bundan  başqa,  sarayda  fitnes  zalları,  restoran,  konfrans  zalı,  ofislər,  digər  işçi  və  köməkçi  otaqlar  fəaliyyət 
göstərəcəkdir. 
Su  İdmanı  Sarayının  ərazisində  köməkçi  bina  və  qurğular,  500  yerlik  yerüstü  avtomobil  yerüstü 
dayanacağı  yaradılacaqdır.  Sarayda  keçiriləcək  idman  yarışlarını  6  min  tamaşaçı  izləyə  biləcəkdir.  Burada 
idmançıların məşq etmələri, respublika və beynəlxalq səviyyəli yarışların təşkili üçün hər cür şərait olacaqdır. 
Tikinti işlərini xarici və yerli şirkətlər icra edir. 
Dövlətimizin başçısına və xanımına Avropa Oyunları Parkının layihəsi əsasında aparılacaq inşaat işləri 
barədə də məlumat verildi. 
Bildirildi ki, 18 hektar ərazidə inşa ediləcək Avropa Oyunları Parkı üç idman qurğusundan - su polosu, 
çimərlik  voleybolu  və  futbolu,  basketbol  yarışları  qurğularından  ibarət  olacaqdır.  Bu  qurğular  arasında 
ikimərtəbəli  funksional  keçidin  inşası  da  nəzərdə  tutulur.  Burada  dörd  hissədən  ibarət  funksional  sahələrin 
yaradılması  üçün  də  xüsusi  ərazi  ayrılmışdır.  Avropa  Oyunları  Parkında  iclas  və  konfrans  zallarının,  kafe  və 
funksional otaqların inşası da nəzərdə tutulur. Parkda, həmçinin mətbuat və yayım üçün çəkiliş qurğuları sahəsi, 
avtomobil dayanacağı və digər xidmət sahələri də yaradılacaqdır. 
Görülən işlərlə yaxından tanış olan dövlətimizin başçısı müvafiq tapşırıqlarını verdi. 
 
AzərTAc 
17 aprel 2014-cü il 
 
 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
72 
 
 
Bakı 2015 Oyunları Akademiyası öz işinə başladı 
 
Bakı 2015 İlk Avropa Oyunları Əməliyyat Komitəsi, Bakı 2015 Oyunları  Akademiyası təşəbbüsünün irəli 
sürülməsindən  qürur hissi duyur və hazırda, Məzun Təlim Proqramı üçün ərizələrin qəbuluna  start verir. 
Oyunlar  Akademiyasının  yaradılmasında  məqsəd,  Çevik  öyrənmə  üsulları  ilə  birgə  Azərbaycan  və  bütün 
Avropadan  olan  universitet  məzunlarının  Məzun  Təlim  Proqramında  iştiraklarını  təmin  etmək,  yerli  qrup 
üzvlərinin bacarıq və Oyunlarla bağlı biliklərini artırmaqdır. 
Hər  iki  proqram,  Oyunlar  Akademiyasına  Azərbaycanda  potensial  və  dəyərli  yerli  irsin  formalaşmasına  
dəstək olmaq imkanı verəcək.  
Bu  unikal  təşəbbüsə  Bakı  Avropa  Oyunları  Əməliyyat  Komitəsi  (BAOƏK)  və  Azərbaycan  Gənclər  Fondu 
rəhbərlik edir və Avropa Olimpiya Komitəsi (AOK) tərəfindən təsdiq edilir. 
Azərbaycanın gənclər və idman naziri və Bakı 2015 İlk Avropa Oyunlarının icraçı direktoru Azad Rəhimov 
Məzun  Təlim  Proqramını  şərh  edərkən,  “Bu,  Azərbaycandan  və  bütün  Avropa  ölkələrindən  olan  gənclərə  İlk 
dəfə  baş  tutacaq  Bakı  2015  İlk  Avropa  Oyunlarının  uğurlu  keçməsinə  yardım  göstərmələri  üçün  yaradılan 
imkandır. Biz bu cür məqsədli  gənc məzunların yolunu gözləyirik və onlara ilk karyera uğurlarını   dünyanın 
möhtəşəm idman tədbirinin təşkilində qazanmaları üçün köməklik göstərəcəyik” deyə bildirib. 
2012 - 2014-cü illər arasında məzun olmuş istedadlı və həvəsli gəncləri Məzun Təlimi Proqramına müraciət 
etməyə dəvət edirik. 
 İlk  Avropa  Oyunlarında  təcrübə  toplamaq    və  öz  istedadlarını  artırmaq  imkanı  bəxş  edən    Məzun  Təlimi 
Proqramı  199 namizədi  (Azərbaycan universitetlərindən 150 nəfər və Oyunlarda iştirak edəcək ölkələrin Milli 
Olimpiya Komitələrindən  bir nəfər olmaqla 49 nəfər) əhatə edəcək. 
 Proqrama üç həftəlik intensiv  təlim daxil ediləcək və bundan sonra iştirakçıların üzərinə bir il müddətində 
Oyunları  planlaşdırmaq  və  həyata  keçirmək  kimi  real  öhdəlik  qoyulacaq.  Onlara  bu  işdə  beynəlxalq 
ekspertlərdən  ibarət  liderlər  və  təlimçilər  yardım  edəcək  və  namizədlər    sınaq  tədbirlərində  və  Oyunların 
keçiriləcəyi vaxt ərzində  geniş təcrübə toplayacaqlar. 
Yerli  BAOƏK  qrupu  həmçinin,  Çevik  Öyrənmə  Üsulu  təşəbbüsündən  yararlanacaq  və  bu  təşəbbüs  onları 
tədbirin idarə edilməsi və çoxsaylı idman tədbirləri üzrə əsas bacarıq və hazırlıq kursları ilə təmin edəcək. Bu 
kursları təcrübəli qrup üzvləri keçirəcək və namizədlər Oyunlarla bağlı yerinə yetirəcəkləri vəzifələrə hazırlıqlı 
olacaqlar. 
Avropa Olimpiya  Komitəsinin Prezidenti Patrik Hiki çıxışı zamanı ,”Bakı 2015 Oyunlar Akademiyası Bakı 
2015-İlk Avropa oyunlarının irəli sürdüyü tam yeni innovativ ideyadır, Azərbaycandan və Avropanın istənilən 
yerindən olan gənclər üçün olduqca faydalı olacaqdır.  
Bu  akademiya  AOK  və  BAOƏK-in  idmanın  idarə  edilməsi  ilə  bağlı  yüksək  təcrübə  nümayiş  etdirmək 
məqsədilə  İlk Avropa Oyunları üçün eyni missiyanı  paylaşmasının  bir nümunəsidir. BAOƏK-in istifadə etdiyi 
təchizat tərəfdaşları da Azərbaycan xalqının bu ideyanı dəstəklədiyini göstərir. Mən xüsusi olaraq Avropa Milli 
Olimpiya Komitələrinin bu Akademiyanın bir hissəsi olmaq üçün dəvət olunması təşəbbüsündən məmnunam və 
əminəm  ki,  Məzun  Təlimi  Proqramındakı  199  gənc    Oyunların  təşkilatçılarına  və  AOK-a  faydalı  yardım 
göstərəcəklər”deyə vurğulayıb. 
Bakı  2015  Oyunları  Akademiyasının  təşkil  olunması  ilə  bağlı  Azərbaycan  Gənclər  Fondunun  sözçüsü 
bildirib:  “Azərbaycan  Gənclər  Fondu,  Azərbaycan  Respubikası  Prezidentinin  himayəsi  altında,  Bakı  2015 
Oyunları  Akademiyasının  inkişafına  yardım  etməkdən  şərəf  duyur  və  inanır  ki,  bu  innovativ  təşəbbüs 
gənclərimizi həvəsləndirəcək və inkişafına dəstək verəcək olduqca möhtəşəm və uzun müddət davam edəcək bir 
addımdır”. 
Oyunlar  Akademiyasının  məsul  şəxsi    Gavin  McAlpine  demişdir:  ”İnanırıq  ki,  Oyunlar  Akademiyası 
irimiqyaslı tədbirlər sənayesində unikal bir hadisə olacaq. İlk dəfə olaraq bu cür irimiqyaslı tədbirdə insanlar, 
korporativ təşkilatlarda  gələcək karyeralarını müəyyən edəcək bilik və təcrübə əldə edə biləcəklər”. 
Gələcək  nəsillərə    geniş  imkanlar  yaratmaq,  karyeranızda  irəliləyiş  əldə  etmək  və  digər  proqramlara 
bənzəməyən 
məzun 
təlimi 
proqramının 
bir 
hissəsi 
olmaq 
istəyirsinizsə 
http://www.baku2015.com/en/gamesacademy İnternet saytında Məzun Təlimi Proqramına müraciət edin. 
Ərizələr 08.05.2014 tarixinədək qəbul edilir. 
 
“Səs”.-2014.-19 aprel.-№ 70.-S.13. 
 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
73 
 
 
Prezident İlham Əliyev: Avropa Oyunları böyük bir sınaq, böyük bir çağırışdır 
 
Oqtay BAYRAMOV 
 
Azərbaycan Respublikasının  Prezidenti İlham  Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin  
birinci  rübünün  sosial-iqtisadi  inkişafının    yekunlarına  və  qarşıda  duran  vəzifələrə    həsr  olunmuş 
iclasında  dövlətimizin  başçısı  öz  yekun  nitqində  tarixdə  ilk  dəfə  keçiriləcək  və  təşkili  gözəl  paytaxtımız 
Bakıya etibar olunmuş Avropa Oyunlarına hazırlıq işləri  üzərində  də dayanmışdır. 
 
Dövlət başçısı demişdir: “Biz artıq bu il birinci Avropa Oyunlarına  hazırlığın həlledici mərhələsinə  qədəm 
qoyuruq.  Bu  yaxınlarda    Avropa  Olimpiya  Komitəsinin  prezidenti  və  Koordinasiya  Komitəsi  Bakıda  idilər. 
Bakıda hazırlıqla bağlı gedən işlərə çox yüksək qiymət verdilər. Bütün idman obyektlətrində tikinti işləri gedir. 
Olimpiya  Stadionu,  Su  İdmanı  Sarayı,  Gimnastika  Arenası,  Atıcılıq  Mərkəzi  tikilir.  Digər  obyektlərdə  təmir 
işləri  aparılır,  yollar  çəkilir.  İdmançılar  üçün  Olimpiya  Şəhərciyi    demək  olar  ki,  hazırdır.  Yəni,  biz  hazırlıq 
işlərini  davam etdiririk, aparırıq”. 
Avropa  Olimpiya  Komitəsi  (AOK)    bu  gün  adı    dünyanın  ən  qüdrətli    idman  dövlətləri  sırasında    çəkilən, 
həyatın  digər  sahələrində  də  böyük  nailiyyətləri  ilə    beynəlxalq  aləmdə  nüfuzunu    gündən-günə  artıran  
Azərbaycan  Respublikasına  və  dünyanın  ən  müasir  şəhərlərindən  birinə  çevrilməsi  ilə    haqlı  olaraq  qürur 
duyduğumuz  Bakıya  yüksək  etimad  göstərib  paytaxtımıza  çox  şərəfli  bir  işin    təşkilini    həvalə  edərkən 
respublikamızın imkanlarını, əlbəttə,  hərtərəfli öyrənmişdir. Nəticədə AOK  2012-ci il  dekabrın 8-də Romada 
keçirilmiş özünün  41-ci  Baş  Assambleyasında  birinci Avropa Oyunlarının  2015-ci ildə Azərbaycanda təşkili 
haqqında  böyük  səs çoxluğu  ilə  qərar  qəbul etmişdir. 
Avropa  Olimpiya  Komitəsi  üzvlərinin  bu  qərarı  onların  Azərbaycanı  sürətlə  inkişaf  edən  güclü  ölkə  kimi 
tanımasının, idman adamlarımızın buna qədər respublikamızda keçirilmiş çoxsaylı mötəbər beynəlxalq yarışları, 
o cümlədən dünya və Avropa çempionatlarını, Olimpiya təsnifat turnirlərini, müxtəlif növlər üzrə “Qran-Pri”ləri 
arzuolunan səviyyədə təşkil etmək bacarığına inamının ifadəsi idi. 
Azərbaycanın  ölkəmizə  göstərilmiş  yüksək  etimada  necə  böyük  məsuliyyətlə  yanaşdığına  belə  bir  fakt 
sübutdur  ki,  AOK-un  qərarından  artıq  bir  ay  sonra,  daha  dəqiq  desək,  2013-cü  il  yanvarın  17-də  Avropa 
Oyunlarının  Təşkilat  Komitəsi  yaradılmışdır.  Bundan  iki  həftə  sonra,  fevralın  2-də  Prezident  İlham  Əliyevin 
sədrliyi  ilə  Təşkilat  Komitəsinin  ilk  iclası  keçirilmişdir.  İndi  həmin  gündən  cəmi  bir  ildən  bir  qədər  çox  vaxt 
keçsə  də,  bu  qısa  müddət  ərzində  Azərbaycanın  birinci  xanımı,  Milli  Gimnastika  Federasiyasının  prezidenti 
Mehriban xanım Əliyevanın rəhbərliyi altında fəaliyyət göstərən Təşkilat Komitəsinin gördüyü böyük işlər göz 
qabağındadır. 
Bu günlər yolu metronun “Koroğlu” stansiyasının yanından düşənlər cənab Prezidentin Nazirlər Kabinetinin 
iclasındakı  nitqində  adlarını  çəkdiyi  yeni  inşa  olunan  idman  obyektlərindən  ikisinin  –  Olimpiya  Stadionu  və 
Gimnastika Arenasının tikintisində işlərin necə sürətlə getdiyini, ətraf ərazinin simasının tamamilə dəyişdiyini 
görür və təbii ki, buna sevinməyə bilməzlər. Azərbaycan futbolunun 100 yaşının tamam olduğu günlərdə, 2011-
ci  il  iyunun    6-da  paytaxtımızda  keçirilən  yubiley  tədbirləri  çərçivəsində  təməlqoyma  mərasimində  FİFA 
prezidenti Yozef  Blatter və UEFA prezidenti Mişel Platininin də iştirak etdikləri Olimpiya Stadionu ən müasir 
standartlara uyğun şəkildə qurulur və ölkəmizdə ən böyük stadion olacaq. Onun açılış mərasiminin idmanımız 
üçün necə böyük bir bayrama çevriləcəyini təsəvvür etmək çətin deyil. Elə inşası yenicə başa çatdırılan Milli 
Gimnastika Arenasının da tikintisində ən qabaqcıl təcrübədən istifadə olunmuşdur. Aprelin 16-da  Azərbaycan 
Prezidenti  İlham  Əliyevin  və  xanımı  Mehriban  Əliyevanın  iştirakı  ilə  açılışı  olmuş  bu  arenanın  gözəlliyinə, 
müasirliyinə  heç  kim  biganə  qalmayacaq.  Artıq  bu  il  iyunun  ortalarında  bədii  gimnastika  üzrə  Avropa 
çempionatının  gedişini  izləmək  üçün  Gimnastika  Arenasına  gələcək  idman  həvəskarları,  eləcə  də  qarşıdakı 
yarışın iştirakçıları və qonaqları, şübhəsiz, ondan böyük zövq alacaqlar. Hələlik isə bu gözəl qurğu aprelin 21-də 
keçiriləcək bədii gimnastika üzrə Azərbaycan çempionatının iştirakçılarını qəbul etməyə hazırlaşır. 
Bakıda  Avropa  Oyunlarının  başlanmasına  hələ  14  ay  qalsa  da,  qitəmizin  ən  yaxşı  idmançılarının  bu  ali 
məclisində hər şeyin həmişəkindən də yüksək səviyyədə olacağı heç kimdə şübhə doğurmur. Məsələn, Rusiya 
Milli  Olimpiya  Komitəsinin  prezidenti  Aleksandr  Jukov  ötən  ilin  noyabrında  Avropa  Olimpiya  Komitəsinin 
Romada  keçirilmiş  42  –  ci  Baş  Assambleyasını  şərh  edərkən  Bakıda  təşkil  olunacaq  Avropa  Oyunlarının 
təqdimatına da toxunaraq demişdir: – Assambleyada çox maraqlı  təqdimatlar, o cümlədən Bakıda keçiriləcək 
birinci Avropa Oyunlarının təqdimatı oldu. Mən deyərdim ki, Azərbaycan paytaxtı bu Oyunlara artıq hazırdır. 
Yeni idman qurğuları tikilir və güman etmək olar ki, ilk Avropa Oyunları müvəffəqiyyətlə keçiriləcəkdir. 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
74 
 
Rusiya  idmanında  daha  bir  məşhur  sima,  bədii  gimnastika  üzrə  Olimpiya  çempionu  Marina  Lobaç  da  bu 
yaxınlarda öz ölkəsinin mətbuatına müsahibəsində Azərbaycanın Avropa Oyunlarına hazırlığı haqqında böyük 
həvəslə danışmışdır: 
– Azərbaycanda bizim idman növü ilə fəal surətdə məşğul olmağa başlamışlar. Gələn il Avropa Oyunlarını 
keçirəcək Azərbaycanda inanılmaz idman kompleksləri inşa edilir. 
Göründüyü kimi, Azərbaycanda birinci Avropa Oyunlarına hazırlıq beynəlxalq idman dairələrinin də diqqət 
mərkəzindədir və işlərin gedişi hamıda rəğbət hissi yaradır. Axı, hər bir işdə gözəllik insanlara sevinc bəxş edir. 
Prezident  İlham  Əliyev  Nazirlər  Kabinetinin  iclasında  söylədiyi  nitqdə  qətiyyətlə  bildirmişdir:  “  Bir  daha 
demək  istəyirəm  ki,  biz  bu  Oyunları  Olimpiya  Oyunları  səviyyəsində  keçirmək  istəyirik.  Bəziləri bilmirlər  ki, 
bu  Oyunlar  həm  idman  növlərinin  və  həm  də  idmançıların  sayına  görə  Olimpiya  Oyunlarına  çox  yaxındır. 
Hazırlıq  və  tikinti  baxımından  Qış  Olimpiya  Oyunlarından  daha  böyükdür.  Bizdə  gələn  il  yarışacaq 
idmançıların  sayı  Qış  Olimpiya  Oyunlarında  idmançıların  sayından  2  dəfə  çoxdur.  Ona  görə  bu,  böyük  bir 
sınaqdır, böyük bir çağırışdır. Nəzərə alsaq ki, Yay Olimpiya Oyunlarına hazırlıq müddəti 7 ildir, bizdə isə cəmi 
2 il yarımdır. Ancaq biz güclü dövlətik, bizdə bütün işlər düzgün təşkil olunur və həll edilir. Güclü siyasi iradə, 
texniki imkanlarımız  vardır, səfərbərlik təmin edilibdir. Yəni, bu Oyunları biz elə keçirəcəyik ki, bu, gələcək 
Olimpiya Oyunları üçün də nümunə olsun. Azərbaycan özünü dünyaya yenidən müasir, dinamik inkişaf edən, 
güclü  dövlət  kimi  təqdim  edəcəkdir.  İlin  sonuna  qədər  görüləsi  işlər  çoxdur.  Bu  işləri  görmək  üçün  sizin 
hamınıza uğurlar arzu edirəm.” 
Azərbaycan çətin sınaqlardan – dünyanın ən mötəbər yarışlarından şərəflə çıxmaq bacarığı, bu gün sayı 40-
dan  çox  olan  bir-birindən  gözəl  Olimpiya  idman  kompleksləri  və  öz  mütəxəssislərinin  yüksək  təşkilatçılıq 
fəallığı  ilə  hamını  valeh  etməklə,  nümunəvi  bir  ölkəyə  çevrilmişdir.  Təsadüfi  deyil  ki,  ölkəmiz  Avropa 
Oyunlarından  sonra,  2016-cı  ildə  Ümumdünya  Şahmat  Olimpiadasının  ,  bundan  bir  il  sonra  isə  IV  İslam 
Həmrəyliyi  Oyunlarının  da  təşkilatçısı  olmaq  hüququ  qazanmışdır.  Bütün  bunlar  təkcə  Avropada  deyil,  bütün 
dünyada ölkəmizə, onun idman təşkilatlarına göstərilən yüksək etimadın parlaq təzahürüdür. 
Bakıda  Avropa  Oyunlarının  proqramı  artıq  bildiyiniz  kimi,  çox  zəngin  olacaq.  Paytaxtımızda  idmanın  19 
növü üzrə yarışlarda 49 ölkədən 6 mindən çox idmançının iştirak edəcəyi gözlənilir. Oyunlarda səkkiz növdə 
2016-cı  ildə  Rio-de  Janeyroda  (Braziliya)  keçiriləcək  XXXI  Yay  Olimpiya  Oyunlarına  lisenziyalar  da 
sahiblərini tapacaq. Bu isə paytaxtımızın idman meydanlarında mübarizənin çox gərgin keçəcəyini və təbii ki, 
startlara böyük maraq göstəriləcəyini düşünməyə ciddi əsas verir. 
Azərbaycan da öz növbəsində tarixin səhifələrində birinci Avropa Oyunları kimi yaşayacaq çox mötəbər bir 
yarışı bütün əvvəlki dünya və Avropa çempionatlarından, Olimpiya təsnifat turnirlərindən də yüksək səviyyədə, 
hamının alqışına layiq bir şəkildə keçirməklə bütün dünyaya bir daha qətiyyətlə bəyan edəcək ki, ölkəmiz çox 
şeyə  qadirdir,  hətta  Yay  Olimpiya  Oyunlarının  da  təşkilatçısı  olmağa  layiqdir.  Şübhəsiz,  “Bakı-2015”  idman 
ictimaiyyətimizi bu arzusuna yaxınlaşdıracaq, bütün ölkəmizin beynəlxalq nüfuzunu daha da artıracaqdır. 
Bu  günlər  anadan  olmasının  91-ci  ildönümünü  qeyd  etməyə  hazırlaşdığımız  ümummilli  lider  Heydər 
Əliyevin 2002-ci ilin noyabrında Şəki Olimpiya İdman kompleksinin açılış mərasimində dediyi kimi, “ İdman, 
eyni  zamanda,  həqiqətən,  hər  xalqın,  millətin  başqa  xalqlar  içərisində  şöhrətini  yüksəldən  sahələrdən  biridir. 
İstəyirik ki, bizi hər yerdə tanısınlar, hər yerdə bilsinlər ki, Azərbaycan nəyə qadirdir və nədən ibarətdir”. 
Ulu öndərin bu arzusu böyük müvəffəqiyyətlə həyata keçirilir. Azərbaycan idmançılarının, demək olar, hər 
gün  müxtəlif  ölkələrdə  müxtəlif  miqyaslı  yarışlarda  qazandıqları  qələbə  və  medallar,  beynəlxalq  idman 
dairələrində  ölkəmizə  göstərilən  yüksək  etimad,  tarixdə  ilk  Avropa  Oyunlarının  təşkili  hüququ  Azərbaycanı 
bütün dünyaya daha da yaxından tanıdır. 
  
 “Xalq qəzeti”.-2014.-22 aprel.-N 81.-S.6. 
 
Yüklə 3,29 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin