Iv fəSİl I avropa Oyunları 2015


AzərTAc  28 fevral 2014-cü il



Yüklə 3,29 Mb.
Pdf görüntüsü
səhifə10/41
tarix06.09.2017
ölçüsü3,29 Mb.
#29142
1   ...   6   7   8   9   10   11   12   13   ...   41

AzərTAc 
28 fevral 2014-cü il 
 
 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
61 
 
“Avropa Oyunları Azərbaycanın potensialını nümayiş etdirəcək” 
 
“Bakının inkişafı, abadlaşması, tarixi abidələrimizin bərpası ilə bağlı çox ciddi işlər aparılır” 
“Azərbaycan  xalqı  həmişə  ənənələrə,  milli  dəyərlərə  sadiq  olmuşdur.  Müstəqil  Azərbaycan  dövləti 
milli dəyərlər üzərində qurulub. Bizim strategiyamız dəyişməz olaraq qalır. Müstəqillik, azərbaycançılıq, 
müasirlik, vətənpərvərlik, milli və dini dözümlülük. Bizim əsas ideoloji dayaqlarımız bunlardır”.  
 
Prezident  İlham  Əliyev  bu  fikirləri  martın  19-da  Novruz  bayramı  münasibətilə  keçirilən  ümumxalq 
şənliyində çıxışı zamanı deyib. Dövlət başçısı vurğulayıb ki, məhz taleyimiz öz əlimizdə olduğu halda xalqımız 
böyük zirvələrə çata bilər və müstəqil Azərbaycanın uğurlu inkişafı bunun göstəricisidir: “Biz müstəqilliyimizi 
qoruyuruq,  qoruyacağıq  və  ildən-ilə  müstəqilliyimiz  möhkəmlənir.  Bizim  xarici  siyasətimiz  tam  müstəqildir, 
milli  maraqlara  söykənir.  Bölgədə  gedən  proseslərdə  Azərbaycanın  təsiri  artır.  Bir  çox  hallarda  beynəlxalq 
layihələrin təşəbbüskarı da məhz Azərbaycan dövlətidir. Biz daha da güclü olmalıyıq, daha da güclü olacağıq. 
Mən  tam  əminəm  ki,  Azərbaycanın  artan  gücü,  bizim  potensialımız  və  xarici  siyasətlə  bağlı  apardığımız 
düşünülmüş,  ölçülüb-biçilmiş  siyasət  bizə  imkan  verəcək  ki,  ərazi  bütövlüyümüzü  bərpa  edə  bilək.  Tarixin 
gedişatı, bizim demoqrafik inkişafımız, iqtisadi potensialımız bunu deməyə əsas verir ki, o gün uzaqda deyil”. 
Prezident  qeyd  edib  ki,  ölkə  qarşısında  duran  bütün  vəzifələr  uğurla  icra edilir, iqtisadi  potensialımız  artır, 
böyük sosial layihələr icra edilir: “İqtisadi potensialımızın artırılması üçün daha da gözəl imkanlar vardır. Çünki 
biz  artıq  iqtisadiyyatımızı  şaxələndirə  bilmişik.  Keçən  il  qeyri-neft  sektorumuz  təxminən  10  faiz,  bu  ilin  iki 
ayında  təxminən  9  faiz  artmışdır.  Bu  gün  dünyanın  aparıcı  iqtisadi  qurumu  olan  Dünya  İqtisadi  Forumu 
Azərbaycan iqtisadiyyatını rəqabət qabiliyyətliliyinə görə 39-cu yerə layiq görmüşdür. Azərbaycan dünyada çox 
önəmli enerji təchizatçısı kimi öz rolunu oynayır”.  
Bu il regionların sosial-iqtisadi inkişafı üzrə növbəti Dövlət Proqramının qəbul edildiyini deyən ölkə başçısı 
vurğulayıb  ki,  qalan  sosial  və  iqtisadi  məsələlər  2018-ci  ilə  qədər  bu  proqramın  icrası  nəticəsində  öz  həllini 
tapmalıdır. Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı Dövlət Proqramı da 2016-cı ilə qədər 
tam  şəkildə icra  edilməli  və  paytaxtda sosial  infrastruktur  problemi,  iqtisadi  problem  qalmamalıdır:  “Bakı bu 
gün  dünyanın  ən  gözəl  şəhərlərindən  biridir.  Bunu  Bakı  sakinləri,  digər  bölgələrdən  gələn  qonaqlar  görürlər, 
xarici  qonaqlar  bunu  qeyd  edirlər.  Bakının  gələcək  inkişafı  ilə  bağlı  bizim  böyük  planlarımız  vardır.  Yeni 
infrastruktur  layihələrinin  icra  edilməsi,  şəhər  nəqliyyatı  ilə  bağlı  böyük  planlarımız  vardır.  Artıq  onların  bir 
hissəsi  icra  edilir.  Bakının  ən  cəlbedici  yerlərindən  biri  olan  milli  parkımız,  bulvarımız  gözəlləşir,  abadlaşır, 
bulvarın  ənənəvi  hissəsi  ən  yüksək  səviyyədə  təmir  edilmişdir.  Bayraq  Meydanından  Bibiheybət  istiqamətinə 
gedən bulvar tikilir, ümid edirəm ki, ilin sonuna qədər o hissə də ictimaiyyət üçün açıq olacaqdır. Orada yeni 
şəhərciklər  -  “Bakı  Art  City”  adlanan  incəsənət  şəhərciyi,  idman  şəhərciyi  yaradılır.  O  hissə  bir  ildən  sonra 
şəhərimizin  ən  gözəl  yerlərindən  birinə  çevriləcəkdir.  Bulvarın  əks  istiqamətində  işlər  aparılır,  “Ağ  şəhər 
bulvarı”  tikilir.  Bu  ilin  sonuna  qədər  o  istiqamətdə  də  əlavə  2  kilometr  bulvar,  avtomobil  yolu,  parklar 
salınacaqdır.  Beləliklə,  bulvarın  uzunluğu  “Ağ  şəhər”dən  Bibiheybətə  qədər  uzanacaqdır.  Bu  da  təqribən  16 
kilometr  məsafədir.  Xalça  Muzeyi  yaxın  zamanlarda  istifadəyə  veriləcəkdir.  Heydər  Əliyev  Beynəlxalq 
Aeroportunun  yeni,  möhtəşəm  binası  tikilir,  bu  yaxınlarda istifadəyə  veriləcəkdir.  Bir  sözlə,  Bakının inkişafı, 
abadlaşması, tarixi abidələrimizin bərpası ilə bağlı çox ciddi işlər aparılır”.  
Prezident  vurğulayıb  ki,  bu  gün  paytaxtda  həyata  keçirilən  infrastruktur,  abadlıq  işləri  ilə  yanaşı,  gələn  il 
Bakının ev sahibliyi edəcəyi birinci Avropa Oyunlarına böyük hazırlıq gedir: “Bu oyunlar Azərbaycanı bir daha 
dünyaya müasir, dinamik inkişaf edən ölkə kimi təqdim edəcək, Azərbaycanın potensialını nümayiş etdirəcək, 
xalqımızın  istedadını  göstərəcəkdir.  Biz  bu  oyunları  Yay  Olimpiya  Oyunlarının  səviyyəsində  keçirmək 
əzmindəyik. Əminəm ki, biz buna nail olacağıq”. 
 
Mədəniyyət”.-2014.-28 mart.-N 22-23.-S.2. 
 
 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
62 
 
“Bakı-2015” Avropa Oyunlarının Əlaqələndirmə Komitəsinin üçüncü toplantısı keçirilmişdir: 
Toplantıda Avropa Oyunları üzrə Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva iştirak etmişdir 
(3 aprel 2014-cü il) 
 
Bakı, 3 aprel (AzərTAc, Aidə Quluzadə). Aprelin 3-də “Bakı-2015” Avropa Oyunlarının Əlaqələndirmə 
Komitəsinin üçüncü toplantısı keçirilmişdir. 
Avropa  Oyunlarını  yüksək  səviyyədə  keçirmək  üçün  yaradılan  Təşkilat  Komitəsinin  sədri  Mehriban 
Əliyeva toplantıda iştirak etmişdir. 
“Bakı-2015  Avropa  Oyunlarının  Əlaqələndirmə  Komitəsinin  növbəti  toplantısından  əvvəl  Avropa 
Oyunları üzrə Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva ilə Avropa Olimpiya Komitəsinin prezidenti Patrik 
Hikkinin  görüşü  olmuşdur.  Görüşdə  ikitərəfli  əməkdaşlıq,  Bakıda  keçiriləcək  Avropa  Oyunlarına  hazırlıq  və 
digər məsələlərlə bağlı fikir mübadiləsi aparılmışdır. 
Daha sonra Əlaqələndirmə Komitəsinin üçüncü toplantısında çıxış edən Mehriban Əliyeva əvvəlcə Patrik 
Hikkini  yenidən  Avropa  Olimpiya  Komitəsinin  prezidenti  seçilməsi  münasibətilə  təbrik  etmiş,  bunun 
beynəlxalq idman ictimaiyyəti tərəfindən onun fəaliyyətinə verilən yüksək qiymət olduğunu demişdir. “Bizim 
Avropa  Olimpiya  Komitəsi  ilə  qarşılıqlı  işbirliyimiz  möhkəm  təməl  üzərində  qurulub”,-  deyən  Mehriban 
Əliyeva ölkəmizin dəfələrlə beynəlxalq yarışlara ev sahibliyi etdiyini bildirmiş, bu oyunların keçirilməsində də 
Avropa Olimpiya Komitəsinin tövsiyələrinin mühüm əhəmiyyət daşıdığını vurğulamışdır. 
Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva demişdir: 
-  Birinci  Avropa  Oyunlarının  yüksək  səviyyədə  təşkil  edilməsi  bizim  əsas  və  ümumi  məqsədimizdir. 
Azərbaycan  bu  oyunları  Yay  Olimpiya  Oyunlarının  səviyyəsində  keçirmək  əzmindədir.  Ölkəmizdə  mövcud 
olan və yaradılan idman infrastrukturu yarışların yüksək səviyyədə keçirilməsinə imkan verəcəkdir. Su İdmanı 
Növləri Sarayının, Milli Gimnastika Arenasının, Bakı Atıcılıq Mərkəzinin, Bakı Olimpiya Stadionunun və digər 
obyektlərin inşaat işlərinin, eyni zamanda, mövcud idman obyektlərinin əsaslı yenidənqurma işlərinin bugünkü 
tempi və səviyyəsi hazırlıq işlərinin vaxtında bitəcəyindən xəbər verir. Milli Gimnastika Arenası demək olar ki, 
artıq  hazırdır.  Biz  bu  ilin  iyununda  orada  bədii  gimnastika  üzrə  Avropa  çempionatının  keçirilməsini  nəzərdə 
tuturuq.  Bütün  idman  obyektləri,  orada  quraşdırılan  qurğular  sınaqdan  keçirildikdən  və  istismara  tam  hazır 
olduğu müəyyənləşdirildikdən sonra istifadəyə veriləcəkdir. 
Dövlətimiz bu oyunların hazırlanmasına olduqca diqqət edir. Xalqımız, xüsusilə də paytaxt sakinləri və 
Azərbaycanın idman ictimaiyyəti bu oyunlara hazırlıq işlərini həvəslə izləyir. İnanıram ki, məhz bu dəstək bizə 
faydalı olacaqdır. Biz əlimizdən gələni edəcəyik ki, 2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunları bu sahədə 
yeni standart olsun. 
Avropa  Olimpiya  Komitəsinin  prezidenti  Patrik  Hikki Təşkilat  Komitəsinin sədri Mehriban  Əliyevanın 
rəhbərliyi  altında  oyunlara  hazırlıqla  bağlı  həyata  keçirilən  işləri  yüksək  qiymətləndirmişdir.  Əlaqələndirmə 
Komitəsinin  ötən  ilin  oktyabrında  keçirilən  ikinci  iclasından  sonra  bir  çox  işlərin  görüldüyünü  deyən  Patrik 
Hikki  tarixi  əhəmiyyəti  ilə  diqqət  çəkən  bu  oyunların  2016-cı  ildə  Braziliyada  keçiriləcək  Yay  Olimpiya 
Oyunlarına lisenziya xarakterli olduğunu da diqqətə çatdırmışdır. Maliyyə və texniki məsələlərlə bağlı işlərin də 
yüksək  səviyyədə  həyata  keçirildiyini  deyən  Avropa  Olimpiya  Komitəsinin  prezidenti  təşviqat  məsələlərinin 
əhəmiyyətini vurğulamışdır. 
Əlaqələndirmə  Komitəsinin  sədri,  Yunanıstan  Olimpiya  Komitəsinin  prezidenti  Spiros  Kapralos  qısa 
müddətdə  oyunlara  hazırlıqla  bağlı  bir  çox  uğurların  əldə  edildiyini  bildirmiş  və  bu  münasibətlə  təbriklərini 
çatdırmışdır. 
Azərbaycanın  gənclər  və  idman  naziri  Azad  Rəhimov  Avropa  Oyunlarından  əvvəl  Bakıda  bir  neçə 
beynəlxalq  yarışların  keçiriləcəyini  və  bunun  sınaq  baxımından  əhəmiyyətli  olduğunu  demişdir.  Nazir  idman 
infrastrukturunun  yaradılması  və  digər  məsələlərlə  bağlı  işlərin  uğurla  həll  olunduğunu  qeyd  etmişdir. 
Bakı  Avropa  Oyunlarının  Əməliyyatlar  Komitəsinin  baş  icraçı  direktoru  Cim  Şerr  Azərbaycan  hökumətinə 
verdiyi  dəstəyə  görə  təşəkkür  etmiş,  indiyə  qədər  görülən  işlərin  ilk  Avropa  Oyunlarının  dünya  səviyyəsində 
keçirilməsinə imkan verdiyini bildirmişdir. 
Bu oyunlarda Rio Olimpiadasına 8 idman növü üzrə lisenziyaların veriləcəyini deyən Cim Şerrin həmin 
fikrini  idman  üzrə  direktor  Piyer  Okalaqan  da  təsdiqləmişdir.  O  bildirmişdir  ki,  məhz  bu  amil  Bakı  Avropa 
Oyunlarının  əhəmiyyətini  daha  da  artırır.  Ötən  dövrdə  idmanın  bir  sıra  növləri  üzrə  təhlillərin  aparıldığını, 
yarışların cədvəlinə müəyyən dəyişikliklərin olunduğunu deyən Piyer Okalaqan bu işlərdə yerli mütəxəssislərin 
əməyindən də istifadə edildiyini demişdir. 
İdman  xidmətləri  və  əməliyyatlar  üzrə  direktor  Ceyms  Makleod  isə  diqqəti  atletlər  üçün  təlim 
imkanlarının yaradılmasına, arenaların idman avadanlığı ilə təchiz olunmasına yönəltmişdir. 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
63 
 
Əlaqələndirmə  Komitəsinin  üçüncü  toplantısında  Avropa  Oyunları  ilə  bağlı  təşviqat  materiallarına  dair 
məsələ də diqqət mərkəzində olmuşdur. 
Sonda xatirə şəkli çəkdirilmişdir. 
AzərTAc 
3 aprel 2014-cü il
 
 
 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
64 
 
Azərbaycan Prezidenti İlham Əliyev Avropa Olimpiya Komitəsinin prezidentini  
qəbul etmişdir   
(3 aprel 2014-cü il) 
 
Bakı,  3  aprel  (AzərTAc).  Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev  aprelin  3-də  Avropa 
Olimpiya Komitəsinin prezidenti Patrik Hikkini qəbul etmişdir. 
Patrik  Hikki  “Bakı  2015”  Avropa  Oyunlarının  Əlaqələndirmə  Komitəsinin  3-cü  toplantısı  zamanı 
Azərbaycanda Avropa Oyunlarına hazırlıq işləri ilə bağlı səmərəli müzakirələrin aparıldığını qeyd etdi. Hazırlıq 
işlərinin  qrafikə  uyğun  şəkildə  görüldüyünü  vurğulayan  Patrik  Hikki,  bu  işlərin  bütün  sahələrdə  yüksək 
səviyyədə həyata keçirilməsindən razılığını bildirdi. 
Görüşdə  Azərbaycanın  müvafiq  qurumları  ilə  Avropa  Olimpiya  Komitəsi  arasında  əməkdaşlığın 
perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı. 
 
AzərTAc 
3 aprel 2014-cü il 
 
 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
65 
 
Bakıda keçiriləcək birinci Avropa Oyunlarında 6 mindən artıq idmançı mübarizə aparacaqdır: 
2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunlarına hazırlıq yüksək səviyyədə gedir

 
Bu  sözləri  aprelin  4-də  “Fairmont  Baku”  otelində  2015-ci  ildə  ilk  dəfə  Azərbaycanda  təşkil  olunacaq 
birinci  Avropa  Oyunlarına  hazırlıqla  bağlı  keçirilən  mətbuat  konfransında  Avropa  Olimpiya  Komitəsinin 
(AOK) vitse-prezidenti Canez Koçijanciç demişdir. 
C.Koçijanciç  ölkəmizdə  yaradılan  idman  infrastrukturunu  yüksək  qiymətləndirmiş,  Atletlər  Kəndinin 
yüksək  səviyyədə  təşkil  edildiyini  diqqətə  çatdırmış  və  mötəbər  yarışa  hazırlıqdan  məmnunluğunu  ifadə 
etmişdir.  Qonaq  vurğulamışdır  ki,  Bakıda  iki  gün  ərzində  aparılan  müzakirələr  nəticəsində  mühüm  qərarlar 
qəbul olunmuşdur. Avropa Oyunlarına hazırlıq işləri yüksək səviyyədə və peşəkarlar tərəfindən aparılır. 
AOK-ın  vitse-prezidenti  bildirmişdir  ki,  bu  ilin  iyununda  Avropa  Oyunlarının  keçiriləcəyi  idman 
obyektlərində  test  yarışları  təşkil  olunacaqdır.  Bu  yarışları  Avropa  Olimpiya  Komitəsinin  və  Avropa  idman 
federasiyalarının nümayəndələri də izləyəcəklər. Qonaq xüsusi vurğulamışdır ki, Azərbaycan dövlətinin idmana 
göstərdiyi qayğı bizi çox sevindirir. Azərbaycan dövlətinin başçısı İlham Əliyevin Milli Olimpiya Komitəsinin 
prezidenti olması bu ölkədə  idman siyasətinin düzgün istiqamətdə aparılmasından xəbər verir. 
Bakıda  keçiriləcək  birinci  Avropa  Oyunlarında  49  ölkədən  6  mindən  çox  idmançının  iştirak  edəcəyini 
bildirən  Azərbaycan  Respublikasının  gənclər  və  idman  naziri  Azad  Rəhimov  səkkiz  idman  növünün  2016-cı 
ildə  Rio  de  Janeyroda  təşkil  olunacaq  Yay  Olimpiya  Oyunlarına  lisenziya  xarakteri  daşıyacağını  diqqətə 
çatdırmışdır. 
Nazir bildirmişdir ki, iki gün ərzində Bakıda Avropa Olimpiya Komitəsinin İcraedici Komitəsinin növbəti 
iclası keçirilmişdir. İclas çərçivəsində idman infrastrukturu, atletlərin məskunlaşması, nəqliyyat, rabitə, media, 
tibb,  dopinq  və  digər  istiqamətlərdə  müzakirələr  aparılmışdır.  Komitənin  üzvlərinə  mövcud  idman  obyektləri 
nümayiş olunmuş, inşası davam etdirilən infrastruktur barədə ətraflı məlumat verilmişdir. 
İşlərin plan üzrə davam etdiyini diqqətə çatdıran nazir birinci Avropa Oyunlarında görmə qabiliyyəti zəif 
olan cüdoçular arasında yarışın da keçiriləcəyini diqqətə çatdırmışdır. Bildirmişdir ki, idman infrastrukturunun 
ətrafında  keçid  məntəqələri  və  təhlükəsizlik  xidmətinin  hazırlanması  istiqamətində  də  müzakirələrimiz 
olmuşdur. Müzakirələrin sonunda orada təhlükəsizlik avadanlığının quraşdırılmasının vacibliyi vurğulanmışdır. 
Avropa Olimpiya Komitəsinin İcraedici Komitəsinin üzvü Spiros Kapralos yarışın başlanmasına az vaxt 
qaldığını, bu səbəbdən də hazırlığın sürətlə davam etdiyini bildirmişdir. Biletlərin qiymətinin baha olmayacağını 
diqqətə çatdıran S.Kapralos Bakıda keçiriləcək birinci Avropa Oyunlarının bütün idmansevərlər üçün möhtəşəm 
bayram olacağını diqqətə çatdırmışdır. 
S.Kapralos qeyd etmişdir ki, Bakıya üçüncü səfərimizdə burada aparılan hazırlıq işlərinin vəziyyəti bizdə 
xoş  təəssürat  yaratmışdır.  Bizim  təkbətək  görüşlər,  habelə  idman  obyektlərini  ziyarət  etmək  üçün  zəngin  iş 
qrafikimiz olmuş, bir sözlə, bu iki gün çox məhsuldar keçmişdir. 
Tədbirdə “Bakı-2015"-ə hazırlığın gedişini əks etdirən videoçarx nümayiş olunmuşdur. 
Birinci  Avropa  Oyunları  2015-ci  il  iyunun  12-dən  28-dək  keçiriləcəkdir.  İlk  Oyunlarda  6  mindən  artıq 
iştirakçı  idmanın    19  növü  üzrə  qüvvəsini  sınayacaqdır.  Bunlar  kamandan  oxatma  (128  idmançı),  su  idman 
növləri  (üzgüçülük,  su  polosu,  suyatullanma  -  1000),  atletika  (800),  badminton  (160),  basketbol  (3X3,  160 
idmançı),  boks  (300),  kanoe  (350),  velosiped  (BMX,  dağ  velosipedi,  şose  -  350),  çimərlik  futbolu  (256), 
gimnastika  (bədii  gimnastika,  idman  gimnastikası,  tamblinq  və  akrobatika  -  406),  cüdo  (350),  karate  (96), 
atıcılıq (stend və güllə (350), stolüstü tennis (128), taekvondo (128), triatlon (125), voleybol (zal və çimərlik - 
464), güləş (450) və qılıncoynatma (300) növləridir. 
İdman  növlərindən  yalnız  kanoe  Bakıdan  kənarda  -  Mingəçevirdəki  “Kür”  Təlim-Tədris  İdman 
Mərkəzində təşkil olunacaqdır. 
 
Xalq qəzeti”.-2014.-5 aprel.-N 67.-S.5. 
 
 
 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
66 
 
“Bakı - 2015” Avropa Oyunları “SportAccord” konvensiyasının rəsmi mobil proqramının  
tərəfdaşıdır 
 
Xəbər  verildiyi  kimi,  Türkiyənin  Antalya  şəhərində  dünyanın  80-dək  ölkəsinin  3  minə  yaxın  idman 
nümayəndəliklərinin iştirakı ilə V Beynəlxalq “SportAccordConvention” konvensiyası keçirilir. 
 
Tədbirdə  iştirak  edən  xarici  qonaqlar  “Bakı  -  2015”  Avropa  Oyunları  haqqında  bütün  məlumatları  bu  mobil  proqram 
vasitəsilə  əldə  edə  bilərlər.  Bu,  ”Bakı  -  2015”  Avropa  Oyunları  ilə  “SportAccord”  konvensiyasının  birgə  əməkdaşlığı 
sayəsində mümkün olmuşdur. 
Bu proqram iştirakçıların tədbir haqqında məlumatlılığını artırmaq üçün bir sıra faydalı funksiyaları təklif edir. Proqram 
vasitəsilə  tədbirdə  çıxış  edən  nümayəndələrin  tərcümeyi-halı,  sərgi  zalının  yerləşmə  sxemi  barədə  məlumat  əldə  etmək 
mümkün olacaqdır.  
İstifadəçilər  bağlantı  yaratmaq  və  şəbəkədə  ünsiyyət  saxlamaqla  şəxsi  hesablarına  daxil  olaraq  öz  profillərini  digər 
iştirakçılar üçün açıq edə bilərlər. Bu, iştirakçılara tədbir çərçivəsində keçirilən sessiya və təqdimatlar, o cümlədən  “Bakı - 
2015” Avropa Oyunları tərəfindən təşkil olunan ziyafət barədə məlumat verəcəkdir.   
Proqram,  eləcə  də  istifadəçilərin  “Twitter”  hesabı  vasitəsilə  digər  sosial  şəbəkələrdəki  fəaliyyətlərini  nəzərdən 
keçirməyə  imkan  yaradacaqdır.  Proqram  “IPhone”,  “Android”,  “Blackberry”,  “Windows”,  “Phone”,  mobil  telefonları  və 
kompyuter istifadəçiləri tərəfindən asanlıqla istifadə oluna bilər. 
Bu,  həmçinin  2015-ci  ildə  Bakıda  keçiriləcək  ilk  Avropa  Oyunları  barədə  istənilən  məlumatları  əldə  etmək  üçün 
əhəmiyyətli platformadır.  
Birinci  Avropa  Oyunları  2015-ci  il  iyunun  12-dən  28-dək  keçiriləcəkdir.  Azərbaycan  paytaxtı  bu  möhtəşəm  idman 
bayramında 19 idman növü üzrə yarışan 6 mindən artıq idmançını bir araya gətirəcəkdir. 
 
Anar RZAYEV, 
AzərTAc-ın müxbiri 
Antalya 
 
“Xalq qəzeti”.-2014.-8 aprel.-N 69.-S.7. 
 
 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
67 
 
Antalyada “Bakı-2015” ilk Avropa Oyunlarının təqdimatı keçirilmişdir 
 
Xəbər verdiyimiz kimi, aprelin 6-dan 11-dək Türkiyənin Antalya şəhərində dünyanın 80-dək ölkəsinin 
3 minə yaxın idman nümayəndəsinin iştirak etdiyi V Beynəlxalq “SportAccordConvention” konvensiyası 
keçirilir. 
 
Tədbirdə  gənclər  və  idman  naziri  Azad  Rəhimov,  MOK-un  Beynəlxalq  Əlaqələr  İdarəsinin  rəisi  Könül 
Nurullayeva, “Bakı-2015" ilk Avropa Oyunlarının əməliyyat şirkətinin icraçı direktorunun müavini Cim Şerr və 
başqaları iştirak edirlər. 
Aprelin  8-də  tədbir  çərçivəsində  2015-ci  ildə  Bakıda  keçiriləcək  birinci  Avropa  Oyunlarının  təqdimatı 
olmuşdur. Təqdimatı Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov etmişdir. 
Nazir Azad Rəhimov bildirmişdir ki, xalqımız ilk dəfə keçiriləcək Avropa Oyunlarına ev sahibliyi etməkdən 
böyük fərəh hissi duyur. 
Ölkəmizdə  idmana  göstərilən  dövlət  qayğısından  danışan  nazir  idmançılarımızın  qazandıqları  nailiyyətlər 
barədə  məlumat  vermişdir.  Bildirilmişdir  ki,  Avropada  idmanın  gələcəyini  formalaşdırmağa  töhfə  verəcək 
“Bakı-2015" Oyunları Azərbaycan ictimaiyyəti üçün yeni şəhər, nəqliyyat, iqtisadi mənfəətlər və infrastruktur 
deməkdir. 
Yarışları  Avropa  Olimpiya  Komitəsinin  və  Avropa  idman  federasiyalarının  nümayəndələrinin  də 
izləyəcəyini  bildirən  nazir  A.Rəhimov  dövlətimizin  idmana  göstərdiyi  qayğını  xüsusilə  vurğulamışdır. 
Dövlətimizin  başçısı  İlham  Əliyevin  Milli  Olimpiya  Komitəsinin  prezidenti  olmasının  ölkəmizdə  idman 
siyasətinin uğurla həyata keçirilməsində mühüm rol oynadığını qeyd edən Azad Rəhimov Azərbaycanın birinci 
xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə yaradılan Təşkilat Komitəsinin 
qısa zamanda gördüyü işlər barədə məlumat vermişdir. 
Nazir demişdir: “Avropa tarixində ilk dəfə qitə üzrə multiidman tədbiri keçiriləcəkdir. Bakıda sürətlə həyata 
keçirilən  quruculuq  işləri,  yeni  infrastrukturun  yaradılması  paytaxtımızın  2015-ci  ildə  avropalı  atletləri  qəbul 
etməyə  tam  hazır  olacağının  daha  bir  göstəricisidir.  Azərbaycan  bu  oyunları  Yay  Olimpiya  Oyunlarının 
səviyyəsində keçirmək əzmindədir. Ölkəmizdə mövcud olan və yaradılan idman infrastrukturu yarışların yüksək 
səviyyədə keçirilməsinə imkan verəcəkdir. Avropalı atletlər üçün bu tədbir böyük əhəmiyyət daşıyacaqdır”. 
Bakıda keçiriləcək ilk Avropa Oyunlarında 49 ölkədən 6 mindən çox idmançının iştirak edəcəyini bildirən 
gənclər və idman naziri Azad Rəhimov səkkiz idman növünün 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Yay 
Olimpiya  Oyunlarına  lisenziya  xarakteri  daşıyacağını  diqqətə  çatdırmışdır.  Bakıda  Avropa  Olimpiya 
Komitəsinin İcraedici Komitəsinin iclasları barədə danışan A.Rəhimov tədbir çərçivəsində idman infrastrukturu, 
atletlərin  məskunlaşması,  nəqliyyat,  rabitə,  media,  tibb,  dopinq  və  digər  istiqamətlərdə  məsələlərin  müzakirə 
olunduğunu bildirmişdir. 
Nazir  birinci  Avropa  Oyunlarında  görmə  qabiliyyəti  zəif  olan  cüdoçular  arasında  yarışın  da  keçiriləcəyini 
qeyd etmişdir. Bildirmişdir ki, idman infrastrukturunun ətrafında keçid məntəqələri və təhlükəsizlik xidmətinin 
yaradılması istiqamətində də işlər görülür. 
Birinci  Avropa  Oyunlarının  bütün  idmansevərlər  üçün  möhtəşəm  bayram  olacağını  diqqətə  çatdıran  nazir 
yarışın başlanmasına az vaxt qaldığını, bu səbəbdən də hazırlıq işlərinin sürətlə davam etdirildiyini bildirmişdir. 
İşlərin  plan  üzrə  getdiyini  diqqətə  çatdıran  nazir  infrastrukturun  əksəriyyətinin  2014-cü  ilin  sonunadək 
idmançıların  ixtiyarına  veriləcəyini  diqqətə  çatdırmışdır.  Bildirmişdir  ki,  yalnız  Olimpiya  Stadionunun  və  Su 
İdman Sarayının 2015-ci ilin əvvəllərində istifadəyə verilməsi nəzərdə tutulmuşdur. 
Nazir  “Bakı-2015"  ilk  Avropa  Oyunlarının  loqosu  barədə  məlumat  verərək  demişdir:  ”Bizim  loqomuz 
xalqımızın idman irsindən qürur duymasını, qonaqpərvərliyə sədaqətimizi, ölkəmizin idman, biznes və turizm 
mərkəzi kimi mövqeyini əks etdirir". 
Bildirilmişdir ki, azərbaycanlı dizayner tərəfindən tərtib edilmiş bu yeni loqo alov, su, əfsanəvi simurq quşu, 
xalı və nar daxil olmaqla, ev sahibi ölkənin qədim və müasir mədəniyyətini əks etdirən beş başlıca elementi bir 
araya  gətirmişdir.  Açıq  ictimai  müsabiqə  nəticəsində  seçilmiş  loqo  tərtibatı  ölkənin  təbii  gözəlliklərini, 
mədəniyyətini  və  irsini,  o  cümlədən  Avropanın  ən  sürətlə  inkişaf  edən  şəhərlərindən  biri  kimi  Bakının 
assosiasiyasını təsvir edir. Bu loqo, həmçinin İspaniyanın Atletiko Madrid futbol klubunun oyunçularının idman 
köynəklərini də bəzəyəcəkdir. 
A.Rəhimov  daha  sonra  Milli  Olimpiya  komitələrinin  nümayəndələrini  maraqlandıran  sualları 
cavablandırmışdır. 
Tədbirdə “Bakı-2015"ə hazırlığın gedişi, eləcə də ölkəmizin sürətli inkişafını əks etdirən videoçarx nümayiş 
olunmuşdur. 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
68 
 
Birinci  Avropa  Oyunları  2015-ci  il  iyunun  12-dən  28-dək  keçiriləcəkdir.  İlk  Oyunlarda  idmanın  19  növü 
üzrə  6  minədək  idmançı  qüvvəsini  sınayacaqdır.  Bunlar  kamandan  oxatma  (128  idmançı),  su  idman  növləri 
(üzgüçülük,  su  polosu, suyatullanma  -  1000),  atletika  (800),  badminton  (160),  basketbol  (3X3, 160 idmançı), 
boks (300), kanoe (350), velosiped (BMX, dağ velosipedi, şose - 350), çimərlik futbolu (256), gimnastika (bədii 
gimnastika, idman gimnastikası, tamblinq və akrobatika - 406), cüdo (350), karate (96), atıcılıq (stend və güllə 
(350),  stolüstü  tennis  (128),  taekvondo  (128),  triatlon  (125),  voleybol (zal  və  çimərlik  -  464),  güləş  (450)  və 
qılıncoynatma (300) növləridir. 
İdman növlərindən yalnız kanoe Bakıdan kənarda - Mingəçevirdəki “Kür” Təlim-Tədris İdman Mərkəzində 
təşkil olunacaqdır. 
 
Yüklə 3,29 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin