Iv fəSİl I avropa Oyunları 2015



Yüklə 3,29 Mb.
Pdf görüntüsü
səhifə16/41
tarix06.09.2017
ölçüsü3,29 Mb.
#29142
1   ...   12   13   14   15   16   17   18   19   ...   41

hazırlamışdır 
 
 “Euronews”  televiziya  kanalı  Kannda  “Baku-2015”  ilk  Avropa  oyunlarına  həsr  olunmuş  qaçış 
haqqında süjet hazırlamışdır. 
 AzərTAc-ın verdiyi xəbərə görə, telekanalın reportajında qeyd edilir ki, Kannın Kruazet sahili Azərbaycan 
bayraqları  ilə  bəzədilmişdi.  Videomaterialda  deyilir:  “Bu  Qafqaz  respublikasında  ilk  Avropa  Olimpiya 
oyunlarına hazırlığın başlanması belə qeyd edilmişdir. Bu hadisə şərəfinə Aralıq dənizi sahilləri boyunca qeyri-
formal qaçış təşkil edilmişdir”. 
Qaçışın  qalibi  –  Nitsanın 25  yaşlı  sakini  Maksans  Vodelin  bildirmişdir  ki,  qaçışın  səmimi  atmosferi  onun 
xoşuna  gəlmişdir.  O  demişdir:  “Bazar  günü  bu  idman  növü  üzrə  peşəkar olmayan  insanlarla  birlikdə  qaçmaq 
çox xoş idi”. 
Arzu  edənlərin  hamısı  qaçışda  iştirak  etmişdir.  Üç  nəfər  qalib  Bakıda  keçiriləcək  ilk  Avropa  oyunlarına 
dəvətnamə  almışdır.  Dəvətnamələri  Heydər  Əliyev  Fondunun  prezidenti  Mehriban  Əliyeva  təqdim  etmişdir. 
Təqdimatda Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov da iştirak etmişdir. 
 Nazir  televiziya  kanalına  verdiyi  müsahibədə  bildirmişdir  ki,  belə  idman  yarışlarını  öz  şəhərində  qəbul 
etmək  dünyanın  istənilən  şəhəri  üçün  çox  əhəmiyyətlidir.  O  demişdir:  “Belə  tədbirlər  təkcə  şəhərin 
infrastrukturunu deyil, həm də onun sakinlərinin mentalitetini dəyişir”. 
Süjetdə qeyd olunur ki, bu təqdimat Kannda Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində keçirilmişdir. 
   
“Xalq qəzeti”.-2014.-13 iyul.-N 148.-S.2. 
 
 
 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
101 
 
Kannda Azərbaycan mədəniyyəti günləri çərçivəsində Avropa Oyunlarına həsr olunan yürüş 
keçirilmişdir 
 
 İyulun  11-də  Fransanın  Kann  şəhərində  Azərbaycan  mədəniyyəti  günləri  çərçivəsində  “Bakı-2015" 
ilk  Avropa  Oyunlarına  həsr  olunan  yürüş  keçirilmişdir.    Kann  şəhərinin  məşhur  Kruazet  bulvarında 
təşkil olunan yürüşə hazırlıq səhər saatlarında iştirakçıların siyahıya alınması və onlara üzərində “Bakı-
2015  -  ilk  Avropa  Oyunları”  sözləri  yazılmış  idman  formalarının  paylanması  ilə  başlamışdır.  Onlarla 
şəhər sakininin, turistlərin qatıldığı yürüşdə iştirak etmək üçün təxminən 100-dən çox şəxs qeydiyyatdan 
keçmişdir. 
 
Mərasimdə çıxış edən Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov 2015-ci ildə Bakıda keçiriləcək 
Avropa Oyunlarının ölkəmizdən kənarda baş tutan ilk təqdimatının uğurlu olduğunu diqqətə çatdırmışdır. Nazir 
bildirmişdir    ki,  hazırda  Oyunlara  ciddi  hazırlıq  gedir  və  Azərbaycan  bu  beynəlxalq  idman  tədbirini  yüksək 
səviyyədə  keçirmək  əzmindədir.  A.Rəhimov  təşkil  olunan  bu  yürüşün  də  Azərbaycanın  ev  sahibliyi  edəcəyi 
Avropa Oyunlarının təbliği baxımından mühüm addım olduğunu bildirmişdir. 
Sonra  Heydər  Əliyev  Fondunun  vitse-prezidenti  Leyla  Əliyevanın  da  iştirak  etdiyi  və  Kruazet  bulvarı 
boyunca davam edən yürüşə start verilmişdir. 
Artıq Azərbaycan dünyanın idman mərkəzlərindən birinə çevrilmişdir. Prezident İlham Əliyevin rəhbərliyi 
ilə həyata keçirilən strategiyaya uyğun olaraq idman dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Ölkədə 
yeni  idmançı  nəslinin  yetişməsini  qarşıya  əsas  məqsəd  qoyan  dövlətimizin  başçısının  idmanın  inkişafına 
göstərdiyi diqqət və qayğı gənclərimizin beynəlxalq yarışlarda yüksək nəticələr qazanmasına gətirib çıxarmışdır. 
Azərbaycan 2015-ci ildə daha bir mötəbər idman yarışına ev sahibliyi edəcəkdir. İlk Avropa Oyunları Bakıda 
keçiriləcəkdir. Avropa Olimpiya Komitəsinin bununla bağlı qərarı beynəlxalq idman ictimaiyyətinin ölkəmizin 
olimpiya hərəkatında oynadığı rola, idmanın inkişafına göstərdiyi yüksək dəstəyə verilən önəmin təzahürüdür. 
Digər  tərəfdən  Bakının  2015-ci  il  Avropa  Oyunlarının  keçirilməsi  üçün  böyük  potensiala  malik  olmasını 
beynəlxalq idman təşkilatları da artıq  təsdiqləmişdir. Bunu şərtləndirən əsas amillər isə ölkəmizin qədim tarixə, 
zəngin mədəniyyətə, əlverişli coğrafi mövqeyə, güclü idman infrastrukturuna, ən başlıcası beynəlxalq yarışları 
keçirmək təcrübəsinə malik olmasıdır. 
Finiş  xəttinə  birinci  olaraq  Kannın  gənc  sakini  Maksons  Vadelin  çatmışdır.  Yürüşü  ikinci  başa  vuran  isə 
Fransada təhsil alan həmyerlimiz F.Abuzərli olmuşdur. 
Daha sonra qaliblərin mükafatlandırma mərasimi keçirilmişdir. Yürüşün qaliblərinə fəxri fərman və gələn il 
keçiriləcək  ilk  Avropa  Oyunlarına  baxmaq  üçün  Bakıya  səfər  biletləri  təqdim  olunmuşdur.  Birinci  yeri  tutan 
Maksons  Vadelinə  mükafatı  Azərbaycanın  birinci  xanımı,  Heydər  Əliyev  Fondunun  prezidenti  Mehriban 
Əliyeva təqdim etmişdir. 
Maksons  Vadelin  demişdir:  Çox  sevinirəm.  Güclü  qaçış  həvəskarları  arasında  birinci  olmaq  həqiqətən  də 
sevindiricidir.  İndi  bu  sevincə  gələn  il  keçiriləcək  Avropa  Oyunları  zamanı  sizin  ölkənizə  gəlmək  də  əlavə 
olundu. İnanıram ki, haqqında çox eşitdiyim paytaxtınız Bakı mənim xatirimdə silinməz iz buraxacaqdır”. 
  Sonda  Heydər  Əliyev  Fondunun  hədiyyəsi  olan  elektromobilin  sahibinin  lotereya  əsasında  yürüş 
iştirakçıları arasından müəyyən olunması ilə bağlı oyun keçirilmişdir. Kann sakini xanım Martin Mağmadanın 
bəxti üzünə gülmüş və o, maşına sahib olmuşdur.  
Bu  mərasim  bir  daha  təsdiqləmişdir  ki,  beynəlxalq  və  iqtisadi  əhəmiyyəti  ilə  seçilən  Avropa  Oyunları 
ölkəmizin  yürütdüyü  idman  siyasətinə  dünyada  verilən  önəmin  təzahürüdür.  Digər  tərəfdən  bu,  dünya  idman 
aləminə  əsas  mərkəzlərdən  biri  kimi  daxil  olan  ölkəmizdə  idmana  münasibətin  hər  zaman  yüksək  səviyyədə 
olmasına sübutdur. 
Əsgər ƏLİYEV, 
AzərTAc-ın xüsusi müxbiri 
Kann 
 
Xalq qəzeti”.-2014.-12 iyul.-N 147.-S.4. 
 
 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
102 
 
 
“Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin protokol şöbəsinə direktor təyin edilib 
 
“PJF  Group”  konsaltinq  şirkətinin  təsisçisi  və  rəhbəri,  əslən  Avstraliyadan  olan  Paul  Foster  “Bakı-
2015” Avropa Oyunları Əməliyyat Komitəsinin (BEGOC) protokol şöbəsinin direktoru vəzifəsinə təyin 
edilib. 
 
“Bakı-2015”dən  AzərTAc-a  bildirilib  ki,  P.Foster  bu  ilin  avqustunda  yarım  ştat,  noyabrdan  isə  tam  ştat 
əsasla Əməliyyat Komitəsinə qoşulacaq. O, Avropa Olimpiya komitələrində aparıcı rol oynayan bütün maraqlı 
tərəflərə yüksək səviyyəli xidmətlər göstərməklə Avropa Ailəsi Əməliyyatları komandasına rəhbərlik edəcək. 
P.Foster Olimpiya hərəkatı sahəsində geniş biliyə malikdir. O, əvvəllər Beynəlxalq Olimpiya komitələrində 
protokol,  tədbirlər  və  qonaqlarla  iş  şöbəsinin  rəhbəri  vəzifəsini  icra  edib.  Bununla  yanaşı,  2004-cü  il  Afina, 
2008-ci il Pekin, 2012-ci il London Yay, eləcə də 2010-cu il Vankuver, 2014-cü il Soçi Qış Olimpiya Oyunları, 
həmçinin 2016-cı il Rio-de-Janeyroda təşkil olunacaq Olimpiada üçün hazırlıq işlərində çalışıb. 
BEGOC-un əməliyyatlar üzrə baş direktoru Saymon Kleq deyib ki, P.Foster Oyunlar sahəsində geniş, dərin 
təcrübəyə  malikdir.  Onun  beynəlxalq  aləmdə  nüfuzu  və  idmana  olan  həvəsi  BEGOC  komandasının  sıralarını 
xeyli genişləndirəcək, Azərbaycanın və Avropanın fəxr edəcəyi yarışların keçirilməsinə kömək edəcəkdir. 
Beynəlxalq Olimpiya Komitəsi üçün çalışmaqla yanaşı, 2000-ci il Sidney Yay, 2002-ci il Solt-Leyk-Siti və 
2006-cı il Turin Qış Olimpiya Oyunlarının Təşkilat komitələrində də iş təcrübəsinə malik olan P.Foster deyib: 
“Mən  “Bakı-2015”  Avropa  Oyunları  Əməliyyat  Komitəsinə  qoşulmaqdan  məmnunluq  hissi  keçirirəm.  İlk 
Avropa Oyunlarının bir parçası olmaq imkanını əldə etmək, bu cür istedadlı komandaya qoşulmaq mənim üçün 
çox  həyəcanverici  və  şərəfdir.  Gələcəkdə  keçiriləcək  bütün  Avropa  Oyunları  üçün  etalona,  yaxud  standarta 
çevriləcək bir təcrübəni paylaşmaq üçün yerli və xarici maraqlı tərəflərlə işləməyi səbirsizliklə gözləyirəm”. 
P.Foster,  həmçinin  Roma  və  Nyu-York  universitetlərində  beynəlxalq  əlaqələr  üzrə  professor  köməkçisi 
vəzifəsində çalışır. 
Gələn  il  iyunun  12-dən  28-dək  keçiriləcək  “Bakı-2015”  Avropa  Oyunları  həyəcanverici  və  innovativ 
kompleks idman yarışları olmaqla qitənin bu qəbildən ilk tədbiri kimi tarixə yazılacaq. 
“Bakı-2015” Avropa Oyunları idmanın 19 növü üzrə keçiriləcəkdir. Bunlardan 16-sı Olimpiya, üçü qeyri-
Olimpiya idman növüdür. On yeddi yarış günü müddətində 6 mindən çox idmançı mübarizə aparacaq. 
İdmanın doqquz növü 2016-cı ildə Rio-de-Janeyro keçiriləcək Yay Olimpiya Oyunları üçün seçmə yarışlara 
imkan  yaradacaq.  Həmin  növlərə  oxatma,  yüngül  atletika,  çimərlik  voleybolu,  velosiped  idmanı,  atıcılıq, 
üzgüçülük, stolüstü tennis, taekvondo və triatlon daxildir. 
Birinci  Avropa  Oyunlarının  Bakıda  keçirilməsi  haqqında  qərar  2012-ci  il  dekabrın  8-də  Avropa  Olimpiya 
Komitəsinin (AOK) Baş Assambleyasında qəbul edilib. Bakı Avropa Oyunları Əməliyyat Komitəsi (BEGOC) 
AOK ilə əməkdaşlıq şəraitində Oyunları təşkil və idarə edəcək. 
 
“Xalq qəzeti”.-2014.-17 iyul.-N 151.-S.3. 
 
 
 
 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
103 
 
“Bakı 2015” Oyunları Akademiyası aparıcı elm təhsil ocaqları ilə tərəfdaşlıq elan edir 
 
Bu ilin aprelində fəaliyyətə başlamış “Bakı 2015” Oyunları Akademiyası iyulun 17-də bir sıra aparıcı 
ali təhsil ocaqları ilə əməkdaşlığını elan etməkdən qürur duyur. 
 
Oyunlar  Akademiyası  “Bakı  2015”  Avropa  Oyunları  Əməliyyat  Komitəsi  (BEGOC)  və  Azərbaycan 
Respublikasının  Prezidenti  yanında  Gənclər  Fondunun  təşəbbüsü  ilə  yaradılıb.  Akademiyanın  məqsədi 
azərbaycanlılardan  ibarət  komanda  üzvlərinin  bacarıqlarını  və  oyunlarla  bağlı  biliklərini  artırmaq,  eləcə  də 
məzun təlim proqramı vasitəsilə universitet məzunlarının inkişafına dəstək göstərməkdir. 
Artıq  bu  işə  ali  təhsil  ocaqlarının,  o  cümlədən  İsveçrənin  Lozanna  şəhərində  yerləşən  İdman,  Elm  və 
Texnologiya  üzrə  Beynəlxalq  Akademiyanın  (AISTS),  Bakıda  “ADA”  Universitetinin,  Yunanıstanın  paytaxtı 
Afinada  Beynəlxalq  Olimpiya  Akademiyasının,  eləcə  də  Amerikanın  “Broadstone  konsalting”  şirkətinin 
dəstəyini cəlb etmək mümkün olacaqdır. 
Transmilli  neft  və  qaz  şirkəti  olan  “bp” ilk  Avropa  Oyunları ilə  bağlı  öhdəliyinin  bir  hissəsi  kimi  Oyunlar 
Akademiyasının müstəsna rəsmi tərəfdaşıdır. 
Bakı  Avropa  Oyunları  Əməliyyat  Komitəsinin  əməliyyat  imkanları  və  hazırlıq  şöbəsinin  direktoru  və 
Oyunlar  Akademiyasının  məsul  şəxsi  Qeyvn  MakAlpayn  bildirib  ki,  Oyunlar  Akademiyamızın  icra 
tərəfdaşlarını  elan  etməkdən  məmnunam  və  “Bakı  2015”  komandamızın  bilik  və  bacarıqlarının  artırılmasına 
kömək məqsədilə onlarla birgə çalışmağı səbirsizliklə gözləyirəm. 
Oyunlar Akademiyası şəxsi inkişaf baxımından nadir imkandır və nüfuzlu şirkətlərin dəstəyi bunu bir daha 
təsdiqləyir. 
Məzun təlim proqramı Azərbaycan və Avropadakı gənclər üçün faydalı olacaq və ilk Avropa Oyunlarından 
sonra çox vacib imkanlar üçün miras qoyacaq. 
“ADA”  Universiteti  “Bakı  2015”  Avropa  Oyunları  ilə  birgə  çalışaraq  işçilərin  iş  yerində  səmərəliliyinin 
artırılmasına yönələn və əsas bacarıqların öyrədilməsi ilə bağlı üç kurs hazırlayıb həyata keçirəcək. 
Azərbaycan  Respublikası  xarici  işlər  nazirinin  müavini  və  “ADA”  Universitetinin  rektoru  Hafiz  Paşayev 
demişdir ki, ilk Avropa Oyunlarında rol oynamağımızdan və “Bakı 2015” Avropa Oyunlarının rəhbər işçiləri 
üçün keçirilən təlimdə öz təcrübəmizi bölüşməyimizdən məmnunuq. 
Əsas  bacarıqların  öyrədilməsi  ilə  bağlı  keçirəcəyimiz  görüşlər  bütün  işçilərin  planlaşdırma  və  təşkil  etmə, 
iclasları  yönəltmə  və  səmərəli  təqdimatların  keçirilməsi  ehtiyaclarının  qarşılanması  baxımından 
uyğunlaşdırılacaqdır. İnanıram ki, “Bakı 2015" ilk Avropa Oyunlarının rəhbər işçiləri bizim  digər beynəlxalq 
tərəfdaşlarımız kimi, “ADA” Universiteti ilə birgə əməkdaşlıqdan məmnun qalacaqlar. 
“Bakı 2015” Avropa Oyunlarının məzun təlim proqramının iştirakçılarını maarifləndirmək və onların idman 
dünyası  haqqında  anlayışlarını  artırmaq  məqsədilə  Beynəlxalq  Olimpiya  Akademiyası  özünün  Olimpiya 
sahəsindəki elmi təcrübəsindən yararlanacaq. 
Bir  il  müddətində  keçiriləcək  proqrama  oyunların  aspektlərinin  planlaşdırılmasına  və  həyata  keçirilməsinə 
qarşı məsuliyyətli iştirakçılardan ibarət üç həftəlik intensiv təlim daxildir. 
2012-ci  və  2014-cü  illərdə  məzun  olmuş  istedadlı  və  motivasiyalı  şəxslər  üçün  məzun  təlim  proqramında 
hələ  də  yerlər  mövcuddur.  Həmin  yerlər  üçün  müraciət  prosesi  avqustun  1-dək  açıqdır.  Müraciətlər 
www.facebook.com/baku2015gamesacademy linkinə daxil olmaqla edilə bilər. 
Azərbaycanda  3325-dən  artıq  işçisi  olan  “bp”  şirkəti  ölkədə  gələcək  karyera  inkişafı  üçün  imkanları 
müəyyən edəcək və hazırlayacaq. 
Şirkətdən bildirmişlər ki, Oyunlar Akademiyası beynəlxalq iş mühitində işləmək  kimi  əhəmiyyətli təcrübə 
qazanmaq  baxımından  yüksək  potensiallı  Azərbaycanın  gənc  vətəndaşları  üçün  nadir  imkandır.  “bp” 
Azərbaycanın gələcək işçi qüvvəsi bacarıqlarını inkişaf etdirəcək və ölkənin əsas beynəlxalq idman yarışlarını 
və  digər  böyük,  kompleks  layihələri  həyata  keçirmək  bacarığını  genişləndirəcək  bir  proqramı  dəstəkləməkdən 
məmnundur. 
AISTS-in  fərdi  öyrənmə  yoluna  uyğun  olaraq  keçirilən  aylıq  təqdimatlar  “Bakı  2015”  Avropa  Oyunlarının 
işçilərinə  bu  günün  idman  mənzərəsini  formalaşdıran  son  problemləri  və  hadisələri  kompleks  şəkildə  başa 
düşməkdə kömək edəcəkdir.  
Gələn  il  iyunun  12-dən  28-dək  keçiriləcək  “Bakı-2015”  Avropa  Oyunları  həyəcanverici  və  innovativ 
kompleks idman yarışları olmaqla qitənin bu qəbildən ilk tədbiri kimi tarixə yazılacaqdır. 
 “Bakı-2015”  Avropa  Oyunları  idmanın  19  növü  üzrə  keçiriləcəkdir.  Bunlardan  16-sı  Olimpiya,  3-ü  qeyri-
Olimpiya idman növüdür. On yeddi yarış günü müddətində 6 mindən çox idmançı mübarizə aparacaqdır. 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
104 
 
İdmanın  doqquz  növü  2016-cı  ildə  Rio  de  Janeyroda  keçiriləcək    Yay  Olimpiya  Oyunları  üçün  seçmə 
yarışlara  imkan  yaradacaq.  Həmin  növlərə  oxatma,  yüngül  atletika,  çimərlik  voleybolu,  velosiped  idmanı, 
atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvondo və triatlon daxildir. 
Birinci  Avropa  Oyunlarının  Bakıda  keçirilməsi  haqqında  qərar  2012-ci  il  dekabrın  8-də  Avropa  Olimpiya 
Komitəsinin  (AOK)  Baş  Assambleyasında  qəbul  edilmişdir.  Bakı  Avropa  Oyunları  Əməliyyat  Komitəsi 
(BEGOC) AOK ilə əməkdaşlıq şəraitində Oyunları təşkil və idarə edəcək. 
 
“Xalq qəzeti”.-2014.-18 iyul.-N 152.-S.2. 
 
 
 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
105 
 
Azərbaycan Prezidenti İlham Əliyev Bakı Olimpiya Stadionunda  
tikinti işlərinin gedişi ilə tanış olub 
 
Bakı,  24  iyul  (AzərTAc).  İyulun  24-də  Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev  Bakı 
Olimpiya Stadionunda tikinti işlərinin gedişi ilə tanış olub. 
Artıq  neçə  illərdir  ki,  Azərbaycan  dünyada  idman  ölkəsi  kimi  tanınır.  Ölkəmizdə  bu  sahənin  daha  da 
inkişaf  etdirilməsi  istiqamətində  görülən  tədbirlər  nəticəsində  Azərbaycan  beynəlxalq  əhəmiyyətli  idman 
yarışlarının keçirilməsi üçün əlverişli məkana çevrilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən 
strategiyaya  uyğun  olaraq  bu  gün  idman  ölkəmizdə  dövlət  siyasətinin  prioritet  istiqamətlərindən  birini  təşkil 
edir.  Azərbaycanda  yeni  idmançılar  nəslinin  yetişdirilməsi  də  diqqət  mərkəzindədir.  Dövlətimizin  başçısının 
idmanın  inkişafına  göstərdiyi  diqqət  və  qayğı  idmançılarımızın  beynəlxalq  yarışlarda  yüksək  nəticələr 
qazanmalarına gətirib çıxarır. 
2015-ci  ildə  Azərbaycan  daha  bir  mötəbər idman  yarışına  ev  sahibliyi edəcək.  Birinci  Avropa  Oyunları 
ilk  dəfə  olaraq  Bakıda  keçiriləcək.  Avropa  Olimpiya  Komitəsinin  bununla  bağlı  qərarı  beynəlxalq  idman 
ictimaiyyətinin  ölkəmizin  Olimpiya  hərəkatında  oynadığı  rola,  idmanın  inkişafına  göstərdiyi  yüksək  dəstəyə 
verdiyi önəmin ifadəsidir. 
Bakının  Avropa  Oyunlarının  keçirilməsi  üçün  böyük  potensiala  malik  olmasını  beynəlxalq  idman 
təşkilatları  da  təsdiqləyib.  Güclü  idman  infrastrukturu  olan  Azərbaycan  eyni  zamanda  beynəlxalq  yarışları 
keçirmək  təcrübəsinə  də  malikdir.  Birinci  Avropa  Oyunlarına  bir  ilə  yaxın  vaxt  qalmasına  baxmayaraq, 
ölkəmizdə bu mötəbər tədbirə hazırlıqla bağlı işlər yüksək səviyyədə həyata keçirilir. Bakıda Su İdmanı Növləri 
Sarayı, Atıcılıq Mərkəzi və digər mükəmməl infrastruktur obyektlərinin inşası davam etdirilir. Milli Gimnastika 
Arenası  artıq  istifadəyə  verilib.  Ölkədə  idman  infrastrukturunun  daha  da  gücləndirilməsi  ilə  bağlı  həyata 
keçirilən  tədbirlərin  mühüm  tərkib  hissəsi  olan  Bakı  Olimpiya  Stadionunda  da  işlər  sürətlə  və  yüksək 
keyfiyyətlə davam etdirilir. 
Azərbaycan  Respublikası  Dövlət  Neft  Şirkətinin  prezidenti  Rövnəq  Abdullayev  görülən  işlərlə  bağlı 
Prezident İlham Əliyevə məlumat verdi. 
Bildirildi ki, 2011-ci ilin iyununda təməli qoyulan stadionda tikinti işləri başa çatmaq üzrədir. Stadionun 
tammiqyaslı tikintisinə 2012-ci ilin noyabrında başlanılıb və işlərin gələn ilin fevralında yekunlaşması nəzərdə 
tutulur.  Ümumi  layihə  üzrə  işlərin  böyük  əksəriyyəti  başa  çatıb.  Stadionun  svay  işləri  bütünlüklə,  torpaq  və 
dəmir-beton  işlərinin  95  faizi  yerinə  yetirilib.  Dam  konstruksiyası  yerinə  qoyulub  və  polad  konstruksiya 
işlərinin böyük bir hissəsi yekunlaşıb. Artıq fasad örtüyünün vurulmasına başlanıb və interyer-tamamlama işləri 
sürətlə  davam  edir.  Bununla  yanaşı,  köməkçi  məşq  sahəsində  ot  örtüyünün  və  qaçış  zolağının  salınmasına 
başlanılıb. Yaxın zamanlarda əsas stadionda da bu işlərə start veriləcək. Landşaft üçün infrastruktur işləri davam 
edir. Əsaslı yaşıllaşdırma işlərinə sentyabrda başlanacaq. 
Qeyd edildi ki, paytaxtda müasir memarlıq üslubu, xüsusi gözəlliyi ilə seçiləcək, 69 minə yaxın tamaşaçı 
tutumuna  malik  Bakı  Olimpiya  Stadionunun  bu  tipli  idman  qurğuları  sırasında  özünəməxsus  yeri  olacaq. 
Beynəlxalq  standartlara  tam  cavab  verəcək  stadionda  müxtəlif  funksiyalı  tribunalar,  qaçış  zolağı  və  digər 
infrastruktur inşa ediləcək. Təqribən 50 hektar ərazidə tikilən altımərtəbəli stadion 62 metr hündürlüyündədir. 
İnşaat  işləri  Beynəlxalq  Tikinti  Standartına,  FİFA  və  UEFA  standartlarına  uyğun  aparılır.  Əsas  və  köməkçi 
stadionlardan,  həmçinin  mexaniki  binadan  ibarət  olacaq  stadionda  VIP,  CIP,  media,  habelə  əlil  tamaşaçı 
bölmələri  nəzərdə  tutulub.  Oyun  meydançasına  4,  tribunalara  isə  26  qapıdan  giriş  olacaq.  Olimpiya 
normativlərinə  əsasən  insanların  stadiona  daha  çox  piyada,  ictimai  nəqliyyatla  gəlmələri  nəzərdə  tutulub  ki, 
bunun  üçün  də  3103  yerlik  avtomobil  parkı  inşa  edilir.  Stadionun  ətrafında  ümumilikdə  82  min  kvadratmetr 
yaşıllıq  sahəsi  salınacaq.  Bununla  da  orijinal  layihə  əsasında  inşa  edilən  Bakı  Olimpiya  Stadionu  dünyanın 
möhtəşəm və nadir idman qurğularından biri olacaq. 
 Prezident  İlham  Əliyev tikinti  işlərinin  yüksək  səviyyədə  başa  çatdırılması  ilə  bağlı  tapşırıq  və 
tövsiyələrini verdi. 
 
AzərTAc 
24 iyul 2014-cü il 
 
 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
106 
 
 
Bakı-2015-ə paralimpiyaçılar da qatılacaq 
 
Dünən Beynəlxalq Mətbuat Mərkəzində (BMM) Azərbaycan Milli Paralimpiya Komitəsinin cari il üçün 6 
aylıq  fəaliyyəti  ilə  bağlı  mətbuat  konfransı  keçirilib.  Tədbirdə  Milli  Paralimpiya  Komitəsinin  (MPK)  vitse-
prezidenti  Şaiq  Həmidov,  Uşaq  Paralimpiya  Komitəsinin  icraçı  direktoru  Kamal  Məmmədov  və  başqa  məsul 
şəxslər iştirak ediblər.  
   Toplantını giriş sözü ilə açıq elan edən vitse-prezident Şaiq Həmidov ilk öncə tədbirdə iştirak edən media 
nümayəndələrini  22  iyun  milli  mətbuat  günü,  eləcə  də  bütün  müsəlman  dünyasını  qarşıdan  gələn  Ramazan 
bayramı münasibəti ilə təbrik etdi və onlara öz arzularını bildirdi. Bunun ardından isə o, MPK-nin ötən illərdə 
əldə etdiyi uğurlardan danışıb və cari ilin geridə qalan 6 ayı ərzindəki fəaliyyətindən söhbət açdı. 2012-ci ildə 
Londonda keçirilən 14-cü Yay Paralimpiya Oyunlarında ölkəmizin 6 idman növündə 21 paralimpiyaçı ilə çıxış 
edərək 4-ü qızıl, 5-i gümüş və 3-ü bürünc əyarlı olmaqla 12 medal qazandığını vurğulayan Şaiq Həmidov həmin 
Olimpiadada  Azərbaycanın  166  iştirakçı  ölkə  arasında  27-ci  yeri  tutduğunu  yada  saldı.  Cüdoçular  Ramin 
İbrahimovla  Afaq  Sultanovanın,  atlet  Oleq  Panyutin  və  üzgüçü  Natalya  Proninanın  qızıl,  sonuncunun  daha  4 
dəfə  gümüş  medal  qazandığını  dilə  gətirən  vitse-prezident  daha  bir  atlet  -  Vladimir  Zayetsin  gümüş,  ikiqat 
Paralimpiya  çempionu  olan  cüdoçu  İlham  Zəkiyevin  və  eləcə  də  atlet  Hüseyn  Həsənovun  bürünc  medal 
qazandığını yada saldı.  
   Vitse-prezident tədbirin girişinə bu sözlərlə başladı: "Əlbəttə ki, bu uğur çox şərəfli və çox məsuliyyətlidi. 
Şərəfli olmağı hamıya bəllidi, Məsuliyyəti isə əldə edilən bu uğuru daha da inkişaf etdirməkdi. MPK yarandığı 
1996-cı ildən bəri 5 Paralimpiya Oyunlarında iştirak edib. Qatıldığımız hər növbəti Oyunlarda iştirakçılarımızın 
sayı  daha  çox  olub.  İlk  dəfə  qatıldığımız  Atlanta  Paralimpiya  Oyunlarında  2  nəfərlə  iştirak  etdiyimiz  halda 
London Parilimpiya Oyunlarında 21 idmançıyla iştirak etdik".  
   Şaiq Həmidov 2016-cı ildə Rio-de-Janeyroda (Braziliya) keçiriləcək 15-ci Paralimpiya Oyunlarında daha 
çox idmançıyla iştirak etməyi nəzərdə tutduqlarını və bunu bir vəzifə kimi qarşılarına məqsəd qoyduqlarını da 
bildirdi:  "2013-cü  il  Paralimpiya  ilindən  sonrakı  il  olduğu  üçün  idmançılarımız  yalnız  istirahət  etməklə  bərpa 
xarakterli  turnirlərdə  iştirak  etdilər.  2014-cü  ilin  ilk  yarısı  da  elə  bərpa  və  istirahət  xarakteri  daşıyıb.  Cari  ilin 
ikinci yarısından başlayaraq demək olar ki, həm MPK-nin əməkdaşlarının, həm də paralimpiyaçıların özlərinin 
işi  artıb.  Çünki  2014-cü  ilin  ikinci  yarısı  və  eləcə  də  2015-ci  ildə  bütövlükdə  Olimpiya  təsnifatlı  turnirlər 
keçiriləcək. Bu baxımdan da həmin dövr idmançıların Rio-2016-ya düşmək üçün lisenziyaların qazanılması ilə 
səciyyələnir.  Kollektiv  Oyunlarda  daha  çox  idmançı  ilə  təmsil  olunmaq  üçün  lisenziyaların  çox  olmasına 
çalışır".  
   Həmidov  2014-cü  ilin  6  ayı  ərzində  müxtəlif  kateqoriyalı  turnirlərin  və  idmançıların  sayının  artması  ilə 
2013-cü  ildə  qarşıya  qoyulan  məqsədə  nail  olduqlarını  vurğuladı.  Onun  sözlərinə  görə  əgər  MPK-də  yalnız 
cüdo,  atletika,  güllə  atıcılığı,  pauerliftinq  (ağırlıq  qaldırma),  oturaq  voleybol,  qolbol,  üzgüçülük,  kamandan 
oxatma  idman  növlərindən  əlavə,  komitə  nəzdində  daha  bir  neçə  idman  növü  -  adaptiv  avarçəkmə,  əlil 
arabasında  qılıncoynatma,  stolüstü  tennis,  kanoye,  bossiya  kimi  paralimpiya  idman  növlərinə, eləcə  də  qeyri-
paralimpiya idman növləri olan əlil arabasında idman rəqsi, taekvondo, boilinqin fəaliyyətinə yer verilib.  
   MPK-nin vitse-prezidenti bu arada təmsil etdiyi qurumun strateji fəaliyyət planın əsas xətlərindən biri olan 
beynəlxalq  əlaqələrin  genişləndirilməsindən  də  danışdı.  O  qeyd  etdi  ki,  Macarıstan  və  Polşa  Respublikasının 
Paralimpiya  Komitələri  ilə  iki  tərəfli  memarandum  imzalayan  MPK  indisə  İngiltərə  və  Braziliyanın  müvafiq 
qurumları ilə danışıqlar aparır. Onun sözlərinə görə MPK-nin 2014-cü il üçün qarşıya qoyduğu məqsədlərindən 
biri də milli komandaların maddi texniki bazasının gücləndirilməsi və müasir tələblər səviyyəsinə çatdırılmasıdı. 
Uzun illərdən bəri istifadə olunan avadanlıqların və idman ləvazimatlarının köhnələrək artıq sıradan çıxdığını və 
istifadəyə  yararsız  olduğunu  vurğulayan  Şaiq  Həmidov  ölkə  başçısının  paralimpiyaçılara  yeni  və  müasir  tipli 
avadanlıqların alınması üçün ehtiyat fondundan 500 min manat vəsait ayırdığını toplantı iştirakçılarının nəzərinə 
çatdıraraq  dedi:  "İdmanımızın  inkişafını  diqqət  və  nəzərdən  qaçırmayan,  daim  bu  sahəyə  qayğı  göstərən 
Azərbaycan  Respublikasının  Prezidenti  cənab  İlham  Əliyev  Paralimpiya  idmanının  maddi  texniki  bazasının 
gücləndirilməsi  və  təkmilləşdirilməsi  məqsədi  ilə  ehtiyat  fondundan  MPK-yə  500  min  manat  vəsait  ayırıb. 
Bunun  sayəsində  isə  idmançılarımızın  fiziki  hazırlıqlarının  səmərəli  təşkili  və  yarışlarda  uğurlu  çıxışları  üçün 
zəruri  avadanlıqlar  və  digər  ləvazimatlar  alınmışdır.  İdmançılarımız  2014-ci  ilin  əvvəlində  12  beynəlxalq 
yarışda  iştirak  edib  və  müxtəlif  əyarlı  7  medal  qazanıblar.  Ancaq  lisenziya  xarakterli  yarışlarımız  isə  əsasən 
2014-cü ilin 2-ci yarısında və 2015-ci ildə keçiriləcək. 2016-cı ilin  əvvəlində isə Paralimpiyada iştirak edəcək 
idmançılarımız müəyyənləşəcək".  

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
107 
 
   Həmidovun  sözlərinə  görə  cüdo  üzrə  yığmamızın  üzvləri  bu  ilin  sentyabr  ayında  Amerikada  keçiriləcək 
Paralimpiya təsnifatlı dünya çempionatında iştirak edəcəklər (15 nəfərlə). Həmin DÇ-nin reqlamentinə görə hər 
çəki dərəcəsində qalib adını qazanan cüdoçu lisenziya da  əldə etmiş olacaq. Qalan cüdoçular isə Paralimpiya 
Oyunlarına  yalnız  bu  oyunlara  qədər  keçiriləcək  lisenziya  xarakterli  yarışlarda  topladıqları  reytinq  xalları 
əsasında qatıla biləcəklər (hər çəkidə ilk 12 yerin sahibi).  
   Şaiq  Həmidov  2015-ci  ildə  Bakıda  keçiriləcək  1-ci  Avropa  Oyunlarının  proqramına  Paralimpiya  idman 
növlərindən cüdonun da daxil edildiyini bildirib: "Biz Bakının ev sahibliyi edəcəyi birinci Avropa Oyunlarının 
proqramına cüdo idman növünün də daxil edilməsi üçün Avropa Olimpiya Komitəsi və eləcə də Bakı-2015-in 
Təşkilat Komitəsi ilə uzun danışıqlar apardıq. Nəhayət ki, paralimpiyaçı cüdoçuların Oyunlarda biri kişi, digəri 
qadın olmaqla 2 çəki dərəcəsində çıxış etməsinə razılıq ala bildik. Kişilər +90 kq-da, qadınlar isə -57 kq çəki 
dərəcəsində çıxış edəcəklər. Azərbaycanı kişilərin yarışında ikiqat Paralimpiya çempionu İlham Zəkiyev təmsil 
edəcək. Açıq demək lazımdı ki, +90 kq-da biz nəinki Azərbaycanda, heç Avropada da İlhama rəqib görmürük. 
Qadınların yarışında isə hələlik seçim etməmişik. Çünki burada London Paralimpiyasının qalibi Afaq Sultanova 
ilə  AÇ-2014-ün  finalçısı  olmuş  Səbinə  Abdullayeva  arasında  rəqabət  gedir.  Bildiyiniz  kimi  Afaq  Sultanova 
Londonda keçirilən Paralimpiya Oyunlarından qalib dönəndən sonra öz vətəndaşlıq hüququndan istifadə edərək 
ailə həyatı qurub. Və bu müddət ərzində idmanla məşğul olmayıb. Belə də isə onun çəkisi də artıb. Ona görə də 
o, Səbinə ilə rəqabət aparmalı olacaq".  
   MPK-nin vitse-prezidenti sonda isə 2013-cü ilin sentyabr ayında qurumun nəzdində bütün dünya üzrə ilk 
dəfə olaraq Uşaq Paralimpiya Komitəsinin (UPK) yarandığını və fəaliyyət göstərdiyini qeyd etdi.  
   Daha  sonra  isə  söz  UPK-nin  icraçı  direktoru  Kamal  Məmmədova  verildi.  Söz  alan  icraçı  direktor 
adıçəkilən qurumun yaranmasından, fəaliyyətindən, qarşıya qoyduğu məqsəd və məramlardan danışdı: "2013-cü 
ilin avqustunda dünyada ilk dəfə olaraq bizim ölkəmizdə MPK-nin nəzdində UKP yaradılıb. Əsas məqsəd isə 
sağlamlıq  imkanları  məhdud  olan  uşaqları  uyğun  idman  növlərinə  cəlb  etməklə,  ehtiyat  idmançıların 
(paralimpiyaçılar nəzərdə tutulur) hazırlanmasından ibarətdi. UKP sağlamlıq imkanları məhdud olan uşaqların 
idmana cəlb olunması ilə yanaşı, həm də onların reabilitasiya və abilitasiya yolu ilə cəmiyyətə inteqrasiyasına 
geniş şərait yaradacaq".  
   Məmmədov  ötən  ilin  dekabrında  Sumqayıt  Paralimpiya  İdman  Kompleksində  ilk  dəfə  olaraq  Uşaq 
Paralimpiya  Festivalının  keçirildiyini  və  mütəmadi  olaraq  mətbuatda  bununla  bağlı  maariflənmə  işlərinin 
aparıldığını  qeyd  etdi.  UKP-də  artıq  5  idman  növünün  fəaliyyət  göstərdiyini  vurğulayan  icraçı  direktorun 
sözlərinə görə təmsil etdiyi qurum bir sıra beynəlxalq təşkilatlar və eləcə də ölkəmizdə fəaliyyət göstərən idman 
federasiyaları ilə əməkdaşlıq etməyi də qarşıya məqsəd qoyub.  
   Quruma  BP-nin  və  UNİÇEF-in  (UNICEF)  dəstək  verdiyini  toplantı  iştirakçılarının  nəzərinə  çatdıran 
Kamal  Məmmədov  onu  da  bildirdi  ki,  məhz  sonuncu  təşkilatın  dəstəyi  sayəsində  10  nəfərdən  ibarət  UKP 
nümayəndə heyəti sentyabrda Londona təlim səfərinə gedəcək: "Yeni yaranmasına baxmayaraq artıq UKP-də 5 
idman növü fəaliyyət göstərir ki, bu beşliyə də cüdo, stolüstü tennis, bossia, pauerliftinq və üzgüçülük daxildi. 
İndiyədək sağlamlıq imkanları məhdud olan 30-dək uşaq UKP-lə idmana cəlb edilib. Bu ilin martında 12 yaşlı 
Fəxri Soltanov stolüstü tennis üzrə beynəlxalq yarışa qatılıb. O, iyul ayının əvvəlində isə olimpiyaçılar arasında 
keçirilən Azərbaycan çempionatının qalibi olub. Hazırda üzgüçülük və stolüstü tennis bölmələrinə kütləvi axın 
başlayıb. Demək olar ki, hər gün bir neçə valideyn bu məqsədlə bizə müraciət edir. Bir məqamı da qeyd edim 
ki,  ötən  il  Nabranda  istirahət  mərkəzlərinin  birində  ayaqlarından  zədə  alan  4  yaşlı  İmran  Cəfərov  da  UKP 
tərəfindən üzgüçülük idmanına cəlb edilib. O, bu yaxınlarda ilk məşqlərinə başlayacaq".  
Yüklə 3,29 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin