Iv fəSİl I avropa Oyunları 2015



Yüklə 3,29 Mb.
Pdf görüntüsü
səhifə24/41
tarix06.09.2017
ölçüsü3,29 Mb.
#29142
1   ...   20   21   22   23   24   25   26   27   ...   41

“Xalq qəzeti”.-2014.-10 dekabr.-N 270.-S.1. 
 
 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
156 
 
“Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsi mətbuat nümayəndələri üçün akkreditasiya 
prosesini açıq elan edib 
 
Dekabrın 12-də “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsi gələn il keçiriləcək ilk Avropa 
Oyunları ilə əlaqədar mətbuat nümayəndələrinin akkreditasiyası prosesini açıq elan edib. 
 
“Bakı-2015”  Avropa  Oyunlarında  iştirak  etmək  istəyən  mətbuat  nümayəndələri  ilk  növbədə  mətbuat 
ekstranetinə giriş üçün qeydiyyatdan keçməlidirlər. 
“Bakı-2015”dən  AzərTAc-a  bildiriblər  ki,  mətbuat  nümayəndələrinin  akkreditasiyadan  keçməsi  ilə  bağlı 
qoyulan tələblər bütün mətbuat üzvlərinə tətbiq edilir. Yalnız yayım hüququna malik televiziya və radio yayım 
şirkətlərinin mətbuat akkreditasiyası üçün müraciət etmələrinə ehtiyac yoxdur. 
2015-ci il martın 6 –sı müraciət üçün son müddətdir. Həmin vaxtdan sonra ediləcək heç bir müraciət qəbul 
olunmayacaqdır. 
Mətbuat  ekstranetində  akkreditasiyaya  dair  məlumatlardan  əlavə,  mətbuat  nümayəndələri  üçün  oyunlar 
müddətində mövcud olacaq imkanlar və xidmətlər haqqında, eləcə də, şəkil və videolardan ibarət geniş media 
kitabxanasına giriş barəsində mühüm məlumatlar öz əksini tapıb. 
“Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq deyib: 
“İlk Avropa Oyunları bütün dünyanın zövq alacağı möhtəşəm idman bayramı olacaq və artıq dünya mətbuatını 
rəsmi  olaraq  bura,  Bakıya  dəvət  etməkdən  çox  şadıq.  Oyunları  yaxından  izləmək  istəyən  bütün  mətbuat 
nümayəndələrini ən qısa zamanda akkreditasiya üçün müraciət etməyə çağırıram”. 
Mətbuat ekstranetinə daxil olmaq və qeydiyyatdan keçmək üçün ətraflı məlumatı aşağıdakı linkdən əldə edə 
bilərsiniz: http://www.baku2015.com/az/news/press-extranet 
 
“Azərbaycan”.-2014.-13 dekabr.-N 273.-S.6. 
 
 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
157 
 
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Bakı 2015” Avropa Oyunlarında bir sıra texnoloji 
yeniliklərin tətbiq edilməsinə dəstək verir 
 
Samirə ƏLİYEVA 
 
“Bakı 2015” Avropa Oyunları infrastruktur və proqram təminatı üçün gələcəkdə bütün digər mötəbər 
idman  tədbirlərində  tətbiq  oluna  biləcək  “Cloud”  modelli  texnologiyadan    istifadə  edən  ilk  çoxşaxəli 
idman  tədbiridir.  “Bakı  2015”in  bütün  məkanlarını  birləşdirəcək  yeni  fiber-optik  şəbəkə  Azərbaycan 
xalqının uzun müddət faydalanacağı əsas yeniliklərdən biridir. 
 
“Bakı  2015”  Avropa  Oyunları  Əməliyyat  Komitəsindən  verilən  məlumatda  deyilir  ki,  tədbirdə  istifadə 
olunacaq    texnoloji    yeniliklərə  gəlincə,  ilk  Avropa  Oyunlarını  gerçəkləşdirmək  üçün  məkandaxili  1000 
kilometrdən çox kabel çəkilişini təmin etməklə yanaşı, həmin məkanlar arasında əlaqə yaratmaq məqsədilə 600 
kilometrdən çox fiber-optik şəbəkədən istifadə olunacaq. 
Qeyd edək ki, “Bakı 2015” Avropa Oyunları Əməliyyat Komitəsi gələn il keçiriləcək ilk Avropa Oyunları ilə 
əlaqədar olaraq mətbuat nümayəndələrinin akkreditasiyası prosesini artıq açıq elan edib. Təşkilat Komitəsindən 
bildirilib ki, burada iştirak etmək istəyən mətbuat nümayəndələri ilk növbədə Mətbuat Ekstranetinə giriş üçün 
qeydiyyatdan  keçməlidirlər:  “Mətbuat  nümayəndələrinin  akkreditasiyadan  keçməsi  ilə  bağlı  qoyulan  tələblər 
bütün  mətbuat  üzvlərinə  tətbiq  edilir.  Yalnız  yayım  hüququna  malik  televiziya  və  radio  yayım  şirkətlərinin 
mətbuat akkreditasiyası üçün müraciət etmələrinə ehtiyac yoxdur. Müraciət üçün son tarix 6 mart 2015-ci ildir 
və həmin tarixdən sonra ediləcək heç bir müraciət qəbul olunmayacaq”. 
Mətbuat  Ekstranetində  akkreditasiyaya  dair  məlumatlardan  əlavə,  mətbuat  nümayəndələri  üçün  oyunlar 
müddətində mövcud olacaq imkanlar və xidmətlər haqqında, eləcə də şəkil və videolardan ibarət geniş media 
kitabxanasına  giriş  barəsində  mühüm  məlumatlar  öz  əksini  tapıb.  “Bakı  2015”  Avropa  Oyunları  Əməliyyat 
Komitəsinin  əməliyyatlar  üzrə  baş  direktoru  Saymon  Kleqin  sözlərinə  görə,  ilk  Avropa  Oyunları  bütün 
dünyanın zövq alacağı möhtəşəm idman bayramı olacaq: 
“Artıq dünya mətbuatını rəsmi olaraq bura, Bakı şəhərinə dəvət etməyə çox şadıq. Oyunlarda iştirak etmək 
istəyən  bütün  mətbuat  nümayəndələrini  ən  qısa  zamanda  akkreditasiya  üçün  müraciət  etməyə  çağırmaq 
istərdim”. 
 
 “Xalq qəzeti”.-2014.-17 dekabr.-N 276.-S.10. 
 
 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
158 
 
“Bakı-2015” Avropa Oyunları ilk beynəlxalq idman elçilərini elan edib 
 
Dekabrın  16-da  “Bakı-2015”  Avropa  Oyunları  gələn  yay  keçiriləcək  Oyunlar  üçün  idman  elçisi 
seçilmiş idmançıları təqdim edib. 
 
“Bakı-2015”dən bildiriblər ki, yüksək səviyyəli idmançılar öz idman növlərini təmsil etmək üçün seçilmiş və 
birinci  Avropa  Oyunlarını  təşviq  etmək  məqsədilə  bütün  qitədə  keçiriləcək  marketinq  kampaniyalarına  cəlb 
olunacaqlar. 
Fransalı  bədii  gimnast  Kseniya  Moustafayeva  və  danimarkalı  kanoeçı  Rene  Holten  Poulsen,  o  cümlədən 
serbiyalı  Duşan  Domoviç  Bulut,  Marko  Saviç,  Marko  Zdero  və  Dejan  Majstoroviçdən  ibarət  basketbol  3x3 
komandası idman elçisi təyin ediliblər. 
“Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq bildirib: 
“Elçi  proqramının  məqsədi  bütövlükdə  Avropadan  olan  yüksək  səviyyəli  idmançıların,  o  cümlədən 
Azərbaycandan olan medala namizədlərin İlk Avropa Oyunlarına dəstəyini təmin etməkdir və biz onun uğurlu 
olacağına inanırıq. Mən ilk beynəlxalq idman elçilərini təbrik edirəm. Biz həm  onlarla, həm də “Bakı-2015”i 
təşviq etmək üçün növbəti aylarda elan ediləcək digər elçilərlə işləməyi səbirsizliklə gözləyirik”. 
Altı nəfər idmançı  Avropa  Oyunlarını  təşviq  etmək  üçün  öz  vətənlərində  və  sosial  mediada  genişmiqyaslı 
marketinq kampaniyalarında iştirak edəcəkdir. 
Dünyanın ən uğurlu oyunçularından biri sayılan 29 yaşlı Domoviç Bulut deyib: “3x3 formatlı basketbol kimi 
innovativ bir idman növünün Avropa Oyunlarına daxil edilməsi olduqca önəmlidir. Biz azarkeşlərin bu oyunun 
sürətini  və  imkanlarını  bəyənəcəyinə  əminik.  “Bakı-2015”-də  Avropanın  digər  nüfuzlu  komandaları  ilə 
yarışmağı səbirsizliklə gözləyirik”. 
19  yaşlı  Kseniya  Mustafayeva  bildirib:  “Bakı-2015-də  gimnastikanı  təmsil  edəcəyim  üçün  çox 
həyəcanlıyam.  Gimnastikanın  hər  5  bölməsinin  təmsil  olunduğu  Avropa  Oyunlarının  qitənin  ən  yaxşı 
idmançılarının iştirak edəcəyi möhtəşəm bir tədbir olacağına əminəm”. 
2008-ci  ildə  Pekin  Olimpiya  Oyunlarında  gümüş  medal  qazanmış  26  yaşlı  Poulsen  deyib:  “Bakı  2015-də 
keçiriləcək kanoe üzrə sprint yarışlarının yaddaqalan olacağı şübhəsizdir və İlk Avropa Oyunlarında bu idman 
növü üzrə elçi təyin olunmağım olduqca qürurvericidir”. 
“Bakı-2015”  bu  yaxınlarda  11  nəfər  azərbaycanlı  idman  elçisini  təqdim  edib.  Yaxın  vaxtlarda  daha  çox 
sayda beynəlxalq idman elçisinin elan edilməsi nəzərdə tutulub. 
 
“Azərbaycan”.-2014.-17 dekabr.-N 276.-S.12. 
 
 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
159 
 
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunda aparılan işlərin gedişi ilə tanış olub 
 
Dekabrın  26-da  Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev  və “Bakı  2015”  birinci  Avropa 
Oyunları  Təşkilat  Komitəsinin  sədri  Mehriban  Əliyeva  Bakı  Olimpiya  Stadionunda  həyata  keçirilən  işlərin 
gedişi ilə tanış olublar. 
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev Prezident İlham Əliyevə 
burada görülən işlər barədə ətraflı məlumat verdi. 
Təməli  2011-ci  ilin  iyununda  qoyulan  stadionun  inşası  sürətlə  və  yüksək  keyfiyyətlə  davam  etdirilir. 
Stadionda  indiyədək  layihə  çərçivəsində  nəzərdə  tutulan  inşaat  işlərinin  əsas  hissəsi  başa  çatıb.  Tikintidə  ən 
müasir avadanlıqdan və inşaat materiallarından istifadə olunur. 
Sonra  Prezident  İlham  Əliyevə  və  Azərbaycanın  birinci  xanımına  Bakı  Olimpiya  Stadionunun 
interyerində həyata keçirilən və görüləcək işlərlə bağlı məlumat verildi. Bildirildi ki, stadionun interyerində də 
son tamamlama işləri aparılır. Buraya gələn qonaqların rahatlığı üçün hər cür şərait yaradılıb. Bu gün dünyada 
idman  ölkəsi  kimi  tanınan,  idmana,  Olimpiya  hərəkatına  dəstəyi  dövlət siyasətinin  əsas istiqamətlərindən  biri 
seçən  Azərbaycan  ilk  Avropa  Oyunlarına  sürətlə  hazırlaşır.  Birinci  Avropa  Oyunlarına  hazırlıqla  bağlı  işlər 
yüksək səviyyədə həyata keçirilir. Müxtəlif idman yarışlarının keçirilməsi üçün nəzərdə tutulan Bakı Olimpiya 
Stadionunun inşasında da işlər sürətlə davam etdirilir. 
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakı Olimpiya Stadionunda inşaat prosesinin gedişi 
ilə  mütəmadi  olaraq  maraqlanır,  işlərin  vaxtında  və  yüksək  keyfiyyətlə  həyata  keçirilməsi  ilə  bağlı  müvafiq 
tapşırıq  və  tövsiyələrini  verirlər.  Müasir  arxitektura  üslubu,  xüsusi  gözəlliyi  ilə  seçiləcək,  68  minə  yaxın 
tamaşaçı  yerinə  malik  Bakı  Olimpiya  Stadionu  bu  tipli  idman  qurğuları  sırasında  özünəməxsus  yer  tutacaq. 
Beynəlxalq  standartlara  tam  cavab  verəcək  stadionda  müxtəlif  funksiyalı  tribunalar,  qaçış  zolağı  və  digər 
infrastruktur yaradılır. Təxminən 50 hektar ərazidə tikilən stadion 6 mərtəbədən ibarət olacaq. Əsas və köməkçi 
stadionlardan, həmçinin mexaniki binadan ibarət olacaq stadionda VVIP, VİP, CIP, media, habelə əlil tamaşaçı 
bölmələri  nəzərdə  tutulub.  Stadionun  sahəsinə  4,  tribunalara  isə  26  qapıdan  giriş  olacaq.  Olimpiya 
normativlərinə  əsasən  insanların  stadiona  daha  çox  piyada  və  ictimai  nəqliyyatla  gəlməsi  nəzərdə  tutulub  ki, 
bunun üçün də ərazidə 3 min 100 yerlik avtomobil parkı inşa edilir. 
Stadionun ətrafında ümumilikdə 82 min kvadratmetrlik yaşıllıq sahəsi salınır. Stadionun layihəsi iqtisadi 
səmərəliliyi, müasirliyi, funksional baxımdan əlverişliliyi, paytaxtın memarlığına və irəli sürülən texniki şərtlərə 
maksimum uyğunluğu ilə seçilir. 
Bakı Olimpiya Stadionunda tikinti işlərinin gedişi ilə tanış olan Prezident İlham Əliyev müvafiq tapşırıq 
və tövsiyələrini verdi. 
 
AzərTAc 
26 dekabr 2014-cü il 
 
 
 
 
 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
160 
 
 
“Bakı-2015” ilk Avropa Oyunlarının ulduz elçilərinin təqdimatı olub 
 
Yanvarın  13-də  Beynəlxalq  Muğam  Mərkəzində  “Bakı-2015”  ilk  Avropa  Oyunlarının  ulduz  elçilərinin 
təqdimetmə mərasimi keçirilib. AzərTAc xəbər verir ki,  
Əvvəlcə “Bakı-2015”in ulduz elçiləri qırmızı xalı üzərindən keçərək konsert salonuna daxil olublar. 
Tədbirdə  çıxış  edən  “Bakı-2015”  Əməliyyat  Komitəsinin  əməliyyatlar  üzrə  baş  direktoru  Saymon  Kleq  və 
digərləri  Oyunlara  hazırlıq  işlərinin  yüksək  səviyyədə  davam  etdirildiyini  bildiriblər.  Çıxışlarda,  həmçinin  ilk 
Avropa Oyunlarının açılış mərasiminə 150 gün qalması xüsusilə vurğulanıb. 
Qeyd  edilib  ki,  ulduz  elçilər  azərbaycanlı  gənclər  arasında  böyük  həyəcan  yaradacaq  və  daha  çox  insanı 
Oyunlara cəlb edəcəklər. Onlar “Bakı-2015”in obyektlərinə baş çəkəcək, gerisayım tədbirlərində iştirak edəcək, 
kampaniyaları  dəstəkləmək  və  özlərinin  sosial  media  kanallarından  istifadə  etməklə  pərəstişkarları  arasında 
Avropa Oyunlarının təbliğinə kömək göstərəcəklər. 
Sonra  ulduz  elçilərə  döş  nişanları  təqdim  olunub  və  onlar  təmsil  edəcəkləri  idman  növlərinin  adlarını 
zərflərdən seçiblər. 
Sonda xatirə şəkli çəkdirilib. 
“Bakı-2015”in ulduz elçiləri sırasında Rafael İsgəndərov və Coşqun Rəhimov (stolüstü tennis), Röya Ayxan 
(avarçəkmə), Bəhram Bağırzadə (çimərlik futbolu), Tünzalə Ağayeva (atıcılıq), Eldar Qasımov və Nigar Camal 
(hər ikisi badminton), “Dj Shock” (atletika), Miri Yusif (basketbol), Murad Dadaşov (su idman növləri), İlkin 
Həsəni (velosiped idmanı), Cabir və Tahir İmanovlar (voleybol) yer alıblar. 
“Bakı-2015” Avropa Oyunlarının idman elçiləri siyahısında Suğra Müqabilzadə (oxatma), Nazim Babayev 
(atletika),  Amil  Həmzəyev  (basketbol  3x3),  Elgün  Əlizadə  və  Murad  Sultanov  (velosiped  idmanı),  Səbinə 
Mikina  (qılıncoynatma),  Marina  Durunda  (gimnastika),  Elmar  Qasımov  (cüdo),  Ceyran  Əliyeva  (voleybol), 
Rövşən Bayramov və Mariya Stadnik (güləş) təmsil olunurlar. 
 
“Azərbaycan”.-2015.-14 yanvar.-N 9.-S.11. 
 
 
 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
161 
 
Niyə məhz Azərbaycan? 
 
Dövlətin  idman  və  idmançılara  göstərdiyi  daimi  diqqət  və  qayğı  təmsilçilərimizin  Olimpiya 
Oyunlarında,  qitə  və  dünya  çempionatlarında,  digər  beynəlxalq  turnirlərdə  yeni-yeni  qələbələr 
qazanmasına zəmin yaradır. Azərbaycanlı gənclərin idmanın müxtəlif növlərində əldə etdikləri möhtəşəm 
uğurlar artıq adi hal almışdır. 
 
Dövlət  başçısının  təşəbbüsü  ilə  ölkəmizin  hər  bir  bölgəsində  müasir  idman  komplekslərinin  tikilərək 
yeniyetmələrin,  gənclərin  ixtiyarına  verilməsi  respublikamızda  idmanın  inkişafını  təmin  etmişdir.  Eyni 
zamanda,  bir-birini  əvəzləyən  idman  yarışları  Bakının  daha  böyükmiqyaslı  yarışlara  ev  sahibliyi  etmək 
imkanlarını  artırmışdır.  Ölkəmizin    mötəbər      idman  yarışlarına  ev  sahibliyi  etməsinin  arxasında  da  məhz 
Azərbaycanın inkişafı, müasir infrastrukturu və təhlükəsiz ölkə olması amili dayanır. 
İndi Azərbaycanda keçirilən Avropa, dünya çempionatları silsilə xarakter daşıyır. Hər il müxtəlif beynəlxalq 
turnirlər,  bədii  gimnastika,  taekvando,  güləş,  boks,  karate  və  olimpiya  idman  növlərinə  daxil  olan  digər 
yarışların  məhz  Azərbaycanda  keçirilməsi,  hər  bir  sahədə  olduğu  kimi,  idmanda  da  ölkəmizə  böyük  imic 
qazandırmışdır.  Azərbaycanın  başda  Beynəlxalq  Olimpiya  Komitəsi  (BOK)  və  Avropa  Olimpiya  Komitəsi 
(AOK)  kimi  nüfuzlu  təşkilatlar  olmaqla  dünyanın  bütün  idman  qurumları  ilə  sıx  əlaqələri  var.  Son  illər  bu 
əlaqələr daha da genişlənmişdir. Bunu idman təşkilatlarının rəhbərlərinin Bakıya intensiv səfərləri və ölkəmizdə 
keçirilən mötəbər turnirlər də təsdiq edir. 
BOK, AOK və digər beynəlxalq idman təşkilatları ilə sıx əməkşdalığın qurulması ölkəmizin dünya olimpiya 
hərəkatına fəal şəkildə qoşulduğunu nümayiş etdirir. Bunu idmançılarımızın Olimpiya Oyunlarında göstərdikləri 
nəticələr də təsdiq edir. 
İdmançılarımız  Olimpiya  Oyunlarında  getdikcə  daha  çox  medal  qazanaraq  hər  dəfə  milli  rekordu 
təzələmişlər. Belə ki, ölkəmizin ilk dəfə müstəqil yığma komanda kimi qatıldığı Atlanta Olimpiadasında (1996) 
cəmi  bir  medal  (gümüş)  qaznılmışdısa,  sonrakı  Olimpiya  Oyunlarında  -  Sidneydə  (2000)  3  medal  (2  qızıl,  1 
bürünc),  Afinada  (2004)  5  medal  (1  qızıl,  4  bürünc),  Pekində  (2008)  7  medal  (1  qızıl,  2  gümüş,  4  bürünc), 
nəhayət, Londonda (2012) 10 medal (2 qızıl, 2 gümüş, 6 bürünc) əldə edilmişdir. 
İdman  sahəsində  gerçəkləşdirilən  dövlət  siyasəti,  Olimpiya  ideallarının  təbliği,  idmanın  maddi-texniki 
bazasının möhkəmləndirilməsi, müasir olimpiya komplekslərinin və digər idman qurğularının inşası nəticəsində 
ölkəmiz  mötəbər  beynəlxalq  idman  yarışlarının  keçirildiyi  məkan,  dünyanın  idman  mərkəzlərindən  biri 
olmuşdur. 
Azərbaycanın bu il  tarixdə  ilk  dəfə  olaraq  təşkil  olunacaq  Avropa  Oyunlarının Bakıda  keçirmək  hüququnu 
əldə  etməsi  dünya  idman  ictimaiyyətinin  ölkəmizə  marağının  artmasından  irəli  gəlir.  Avropa  Olimpiya 
Komitəsinin  qitədə  ilk  dəfə  təşkil  olunacaq  bu  mötəbər  idman  tədbirinin  məhz  Azərbaycana  həvalə  etməsi 
beynəlxalq idman ictimaiyyətinin ölkəmizdə görülən bütün müsbət işlərə, o cümlədən idman və bədən tərbiyəsi 
sahəsində əldə edilən nailiyyətlərə verdiyi yüksək qiymətdir.   
 
“Azərbaycan”.-2015.-16 yanvar.-N 11.-S.8. 
 
 
 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
162 
 
Bakı Şəhər İcra Hakimiyyəti I Avropa Oyunlarının keçiriləcəyi ərazilərin ətrafında yaşayan 
sakinlərə müraciət edib 
 
Bakı Şəhər İcra Hakimiyyəti I Avropa Oyunlarının keçiriləcəyi  ərazilərin ətrafında yaşayan sakinlərə 
müraciət edib. 
Bu  barədə  AzərTAc-a  Bakı  Şəhər  İcra  Hakimiyyətindən  bildiriblər.  Müraciət  I  Avropa  Oyunlarının 
keçiriləcəyi  idman  komplekslərinin  ətrafındakı  ərazilərdə,  küçə  kəsişmələrində  yerləşən  yaşayış  binalarında 
yaşayan  sakinlərin  öz  avtomobilləri  ilə  təyin  olunmuş  marşrut  üzrə  sərbəst  hərəkətini  təmin  etmək  məqsədi 
daşıyır. 
Müraciətdə  bildirilir  ki,  sakinlər  Bakı  Avropa  Oyunları  Əməliyyat  Komitəsinin  fərqləndirici  buraxılış 
nişanlarının  alınması  üçün  ərazi  üzrə  mənzil  istismar  sahələrinə  və  kooperativ  yaşayış  komplekslərinin 
rəhbərliklərinə yanvar ayının 31-dək müraciət etməlidirlər. 
Ərazilərin siyahısı. 
 
“Xalq qəzeti”.-2015.-16 yanvar.-N 11.-S.5. 
 
 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
163 
 
Avropa Oyunlarının standartı Bakıda müəyyənləşəcək 
 
Bu il Azərbaycanın idman həyatı üçün çox əlamətdar  olacaq. Son illərdə  mühüm siyasi, iqtisadi və 
humanitar  forumlara,  konfranslara,  idman  və  musiqi  yarışmalarına  ev  sahibliyi  etməklə  beynəlxalq 
tədbirlər  məkanına  çevrilən  ölkəmizdə  Avropanın  tarixində  birinci  dəfə  baş  tutacaq  möhtəşəm  idman 
tədbiri  -    “Bakı-2015”  ilk  Avropa  Oyunları  keçiriləcək.  İndi  oyunlara  hazırlıq  məqsədilə  beynəlxalq 
standartlara  uyğun  mühüm  layihələr  icra  olunur,  infrastruktur  dəyişiklikləri  edilir,  müasir  idman 
mərkəzlərinin yaradılması istiqamətində sürətlə iş aparılır. 
 
Ümumiyyətlə, Olimpiya Oyunlarında iştirak etməklə yanaşı, bu idman tədbirinə ev sahibliyi də hər bir dövlət 
üçün olduqca qürurverici haldır. Təsadüfi deyil ki, bu idman yarışına ev sahibliyi uğrunda ölkələr arasında hələ 
illər öncədən ciddi mübarizə başlayır. 
Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi haqqında qərar 2012-ci il dekabrın 8-də Romada Avropa 
Olimpiya  Komitəsinin  (AOK)  41-ci  Baş  Assambleyasında  qəbul  edilib.  AOK  Baş  Assambleyasının  qərarı 
səsvermədə iştirak edən 48 nəfərdən 38-nin səs çoxluğu ilə qəbul edilib. 
Prezident  İlham  Əliyev  2013-cü  il  17  yanvar  tarixdə  “I  Avropa  Oyunlarının  2015-ci  ildə  Bakı  şəhərində 
keçirilməsi  üzrə  Təşkilat  Komitəsinin  yaradılması  haqqında”  sərəncam  imzalayıb.  Sərəncama  əsasən  Heydər 
Əliyev  Fondunun  prezidenti,  Azərbaycan  Respublikası  Milli  Olimpiya  Komitəsi  İcraiyyə  Komitəsinin  üzvü, 
UNESCO  və  İSESCO-nun  xoşməramlı  səfiri  Mehriban  Əliyevanın  sədrliyi  ilə  Bakı  şəhərində  I  Avropa 
Oyunlarının keçirilməsi üzrə Təşkilat Komitəsi yaradılıb. 
Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına 
və  qarşıda  duran  vəzifələrə  həsr  olunan  iclasında  ölkəmizin  Avropa  Oyunlarını  Yay  Olimpiya  Oyunlarının 
səviyyəsində keçirmək əzmində olduğunu vurğulayaraq deyib: “Bu oyunlar bir Avropa bayramına çevrilməlidir. 
Azərbaycan  burada  yenə  də  liderlik  keyfiyyətlərini  göstərir.  Çünki  Avropa  Oyunlarının  standartları  əslində 
Bakıda qoyulacaq. Çünki heç vaxt bu günə qədər belə oyunlar keçirilməmişdir. Bu oyunlar müxtəlif səviyyədə 
keçirilə  bilərdi.  Ancaq  biz  istəyirik  ki,  bu  möhtəşəm  idman  bayramı  möhtəşəm  dostluq  bayramına  çevrilsin. 
Buna böyük ehtiyac var”. 
“Azərbaycan”.-2015.-16 yanvar.-N 11.-S.8. 
 
 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
164 
 
Avropa Oyunları suvenirlərdə 
 
Fariz Hüseynov 
 
Paytaxtın suvenir dükanlarında möhtəşəm idman bayramının əks olunduğu xatirə əşyaları azlıq təşkil 
edir 
Ölkəmizdə  keçiriləcək  I  Avropa  Oyunlarına  hazırlıq  işləri  davam  edir.  Yarışların  təşkil  olunacağı 
arenaların  inşasından  idmançıların  qarşılanması  və  yerləşdirilməsinədək  bütün  məsələlər  yüksək 
səviyyədə  həllini  tapır.  Avropa  tarixində  ilk  dəfə  keçiriləcək  Oyunlar  zamanı  ölkəmizə  minlərlə  xarici 
turistin  gələcəyi  gözlənilir.  Bunları  nəzərə  alaraq  deyə  bilərik  ki,  möhtəşəm  beynəlxalq  tədbir 
Azərbaycanın mədəniyyət və turizminin daha geniş təbliğinə imkan yaradacaq. 
 
Bakıdan xatirə 
 
Ölkənin  təbliğində  tarixi-mədəni  irsi  özündə  əks  etdirən  suvenirlərin  də  əhəmiyyəti  böyükdür.  Avropa 
Oyunlarını  izləməyə  gələnlər  imkan  tapıb  qədimliklə  müasirliyin  qovuşduğu  şəhərimiz  haqqında  məlumat 
almağa çalışacaq, özləri ilə xatirə əşyaları alıb aparacaqlar. Biz də bu günlərdə paytaxtımızda fəaliyyət göstərən 
suvenir dükanlarına baş çəkdik. Turistlərə təklif olunan xatirə əşyaları ilə maraqlandıq, Avropa Oyunlarına aid 
suvenirlərin olub-olmadığını öyrənməyə çalışdıq.  
Suvenir dükanlarında Qız qalasının kiçik maketləri, milli ornamentli çarıqlar, baş örtükləri, şərflər, muğam 
üçlüyünün kuklaları və müxtəlif personajlar, üzərində Bakının və İçərişəhərdəki tarixi binaların təsviri çəkilmiş 
boşqablar,  breloklar,  fincanlar,  rəsm  əsərləri,  təsbehlər,  cürbəcür  əl  işləri,  milli  geyimlər  üstünlük  təşkil  edir. 
Təklif  olunan  suvenirlər  arasında  Qarabağın  tarixinə  aid  nümunələr  də  az  deyil.  Amma  bilavasitə  I  Avropa 
Oyunlarını özündə əks etdirən xatirə əşyalarına az rast gəldik. 
İlk baş çəkdiyimiz məkanlardan biri Nizami küçəsində yerləşən antik əşyalar mağazası oldu. Dükan sahibi 
Cəlil  Rüstəmov  15  ilə  yaxındır  ki,  bu  işlə  məşğuldur:  “Suvenirlərə  müxtəlif  yöndən  yanaşan  insanlara  tez-tez 
rast gəlirik. Suvenirlərə həm yerli vətəndaşlar, həm də xarici turistlər maraq göstərir. I Avropa Oyunları ilə bağlı 
suvenirlərimiz  hələ  ki,  yoxdur.  Amma  mart  ayının  əvvəlinə  qədər  Oyunları  əks  etdirən  əşyalar  da  satışda 
olacaq”. 
Bakının qədim tarixini yaşadan İçərişəhər həm də xatirə əşyaları satılan mağazaların çoxluğu ilə seçilir. Bu 
məkanda istənilən suveniri tapmaq mümkündür. Buradakı dükanlardan birinin satıcısı Əhməd Həsənov deyir ki, 
İçərişəhər  xarici  turistlərin  ən  çox  gəldiyi  yerlərdən  biridir  və  onlar  hər  şeylə  maraqlanır,  mədəniyyətimizlə 
bağlı müxtəlif xatirə əşyaları alırlar. Qeyd edək ki, Avropa Oyunları ilə bağlı suvenirlərin ən çox çeşidinə də 
məhz  burada  rast  gəldik.  Satıcı  dükanda  olan  suvenirləri  həvəslə  bizə  göstərirdi:  üzərində  Bakının  müasir 
görünüşü  və  ingilis  dilində  “I  Avropa  Oyunları  -  2015”  yazılmış  suvenirləri ölkəmizin  rəmzlərini  əks  etdirən 
müxtəlif əşyalar. Bu nümunələr arasında Avropa Oyunlarının simvollarından olan narın əks edildiyi suvenirlər 
daha çoxdur.  
 
Yüklə 3,29 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin