Iv fəSİl I avropa Oyunları 2015



Yüklə 3,29 Mb.
Pdf görüntüsü
səhifə22/41
tarix06.09.2017
ölçüsü3,29 Mb.
#29142
1   ...   18   19   20   21   22   23   24   25   ...   41

“Xalq qəzeti”. - 2014.-22 noyabr. - № 255. - S. 1-2. 
 
 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
143 
 
“Bakı-2015” Avropa Oyunları daha beş ölkə ilə yayım haqqında saziş imzalayıb 
 
Noyabrın  21-də  “Bakı-2015”  Avropa  Oyunları  qitənin  daha  beş  ölkəsi  ilə  yayım  haqqında  saziş 
imzaladığını elan edib. 
 
“Bakı-2015”dən  AzərTAc-a  bildiriblər  ki,  bu  sazişlərə  əsasən  Avropa  Oyunları  Albaniya,  Belarus, 
Lüksemburq, Moldova və Slovakiyada televiziya vasitəsilə yayımlanacaq. Həmin sazişlər “Bakı-2015” Avropa 
Oyunlarının yayımlanmasına dair Türkiyə, Fransa və Almaniya daxil olmaqla Avropa ölkələri, eyni zamanda
Orta Şərq, Şimali Afrika və Yaponiya ilə bağlanmış sazişlərdən sonra imzalanmış son müqavilələrdir. 
“Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq bildirib: 
“Artıq Avropa Oyunlarının əlavə beş ölkədə də yayımlanacağını təsdiq etməkdən çox məmnunuq. Bu sazişlərin 
bağlanması  Avropa  azarkeşlərinə  öz  ölkələrini  təmsil  edən  idmançıların  “Bakı-2015”  Avropa  Oyunlarındakı 
nailiyyətlərini izləmək imkanı yaradacaq. Bu kimi çoxşaxəli multimedia yayımı sazişlərinin bağlanması həmin 
ölkələrin  Oyunları  yayımlamasını  təmin  edəcək.  Mən  növbəti  həftələrdə  həm  Avropa,  həm  də  digər  dünya 
ölkələri ilə yayım sazişlərinin bağlanmasını və onların sayının 34-ə çatacağını gözləyirəm”. 
“Bakı-2015”  Avropa  Oyunları  Əməliyyat  Komitəsinin  kommersiya  şöbəsinin  direktoru  Çarli  Viceratna 
deyib:  “Bu  sazişlərin  bağlanması  “Bakı-2015”  Avropa  Oyunlarında  iştirak  edəcək  idmançıların  möhtəşəm 
çıxışlarının bütün qitədə coşqun azarkeşlər tərəfindən izlənməsinə səbəb olacaq. Biz Avropa Oyunlarının bütün 
dünyada maksimum şəkildə yayımlanmasını təmin edəcək daha çox sazişlərin imzalanacağına əminik”. 
Albaniyada  “Tring  Media”,  Belarusda  “Belarus  5”,  Lüksemburqda  “Radio  Television  Luxembourg”, 
Moldovada  “Moldova  Sport  TV”  və  Slovakiyada  “DIGI  Sport”  şirkətləri  Avropa  Oyunlarının  yayım 
hüquqlarını əldə ediblər. 
Həmçinin, noyabrın 21-də Bakıda Avropa Olimpiya Komitəsinin Baş Assambleyası keçirilib. “Bakı-2015”in 
rəhbər şəxsləri tədbir iştirakçılarına ilk Avropa Oyunlarına hazırlıq istiqamətindəki  ən son yeniliklər haqqında 
ətraflı məlumat veriblər. 
 
“Xalq qəzeti”.-2014.-22 noyabr.-N 255.-S.9. 
 
 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
144 
 
“Bakı-2015” Avropa Oyunları yarışlara 200 gün qalmasını qeyd etmək üçün planlarını açıqlayıb 
 
“Bakı-2015” ilk Avropa Oyunlarının açılış mərasiminə 200 gün qalmasını qeyd etmək məqsədilə gələn 
həftə şəhərdə işıqlandırma effektlərindən ibarət möhtəşəm şou təşkil edəcək. 
 
“Bakı-2015”dən AzərTAc-a bildiriblər ki, ilk Avropa Oyunlarının başlamasına qalan 200 günü qeyd etmək 
üçün noyabrın 24-də İçərişəhər işıqlandırılacaq və diqqətçəkən şou göstəriləcək. “Bakı-2015”in təsviri əfsanəvi 
Qız  Qalası  memarlıq  abidəsi  üzərində  əks  olunacaq.  Axşam  isə  “Bakı-2015”lə  bağlı  xüsusi  bir  xəbər  elan 
ediləcək. 
Gənclər  və  idman  naziri,  “Bakı-2015”  Avropa  Oyunları  Əməliyyat  Komitəsinin  baş  icraçı  direktoru  Azad 
Rəhimov  deyib:  “İlk  Avropa  Oyunlarının  başlamasına  200  gün  qalır.  Bakı  şəhəri  və  Azərbaycan  ölkəmizin 
idman tarixinin mühüm hissəsinə çevriləcək Oyunlara hazırlaşır. Eyni zamanda, biz bütün ölkədə böyük maraq 
oyadacaq  xüsusi  bir  xəbər  elan  edəcəyik  və  mən  bu  tarixi  anı  mümkün  qədər  çox  insanla  paylaşmaq 
istərdim.Bakı sakinlərini axşam saat 20-də başlayacaq və sonda möhtəşəm işıqlandırma effektlərindən ibarət şou 
ilə başa çatacaq tədbirdə iştiraka dəvət edirik”. 
“Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq bildirib: 
“Açılış mərasiminin başlamasına qalan günlərin geri sayımına davam edirik və şəhərdə hər həftə böyük həyəcan 
yaşanmaqdadır.Gələn il keçiriləcək “Bakı-2015” Avropa Oyunlarında qitənin elit idmançıları iştirak edəcək. Biz 
belə  bir  mötəbər  yarışlara  ev  sahibliyi  etməyə  hazırlaşırıq  və  mən  paytaxt  sakinlərini  bizə  qoşularaq 
tədbirlərimizdə yaxından iştiraka səsləyirəm”. 
 
“Xalq qəzeti”.-2014.-22 noyabr.-N 255.-S.9. 
 
 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
145 
 
Avropa Olimpiya Komitəsinin 43-cü Baş Assambleyası rəsmi açılışdan sonra işini davam etdirib 
 
Avropa  Olimpiya  Komitəsinin  Bakıda  keçirilən  43-cü  Baş  Assambleyası  noyabrın  21-də  rəsmi  açılışdan 
sonra öz işini davam etdirib.  
AzərTAc  xəbər  verir  ki,  Avropa  Olimpiya  Komitəsinin  (AOK)  prezidenti  Patrik  Hikki  qitədə  sülhün  və 
sabitliyin  təmin  olunmasında  idmanın  rolunu  vurğulayıb.  O,  2015-ci  ildə  Bakıda  keçiriləcək  ilk  Avropa 
Oyunlarına  ev  sahibliyini  üzərinə  götürdüyünə  görə  Azərbaycan  Prezidenti  İlham  Əliyevə  minnətdarlığını 
bildirib.  P.Hikki  Oyunlarla  bağlı  yaradılan Təşkilat Komitəsinin  yüksək  səviyyədə  fəaliyyət  göstərdiyini  qeyd 
edib,  Komitədə  çoxlu  sayda  mütəxəssis  və  ekspertin  təmsil  olunduğunu  bildirib.  AOK  prezidenti  ilk  Avropa 
Oyunlarını  xüsusi  idman  tədbiri  adlandıraraq,  buraya  qeyri-Olimpiya  idman  növlərinin  də  daxil  edildiyini 
söyləyib.  Diqqətə  çatdırılıb  ki,  bu,  nəinki  idman,  həm  də  sosial  tədbirdir.  Burada  sülh,  əmin-amanlıq  təşviq 
ediləcək. Əsas məqsəd isə ən yaxşıların qalib gəlməsidir. 
Bu  baxımdan  antidopinq  məsələlərinə  də  toxunulub,  bunun  qarşısının  alınması  üçün  Olimpiya  və  idman 
hərəkatının  bir  sıra  tədbirlər  gördüyü  qeyd  edilib.  AOK  prezidenti  2019-cu  ildə  keçiriləcək  növbəti  Avropa 
Oyunları ilə bağlı da artıq danışıqlara başlanıldığını diqqətə çatdırıb. 
AOK-un  baş  katibi  Rafaelle  Paqnozi  çıxışında  ölkəmizin  gözəlliyini,  xalqımızın  qonaqpərvərliyini  xüsusi 
vurğulayıb,  43-cü  Baş  Assambleyaya  yüksək  səviyyədə  ev  sahibliyi  etdiyinə  görə  dövlətimizin  başçısına 
minnətdarlığını  bildirib.  O,  AOK-un  son  bir  ildə  gördüyü  işlərlə  bağlı  hesabatı  təqdim  edib,  Milli  Olimpiya 
komitələrinə göstərilən dəstək, aparılan danışıqlar və keçirilən görüşlərdən danışıb. R.Paqnozi 2019-cu ildə baş 
tutacaq növbəti Avropa Oyunlarının Komissiyasının artıq indidən yaradılmasının önəmini vurğulayıb. AOK-un 
baş  katibi  Soçidə  keçirilən  son  Olimpiya  Oyunlarının  yüksək  səviyyədə  təşkil  edildiyini,  bu  oyunları  çoxlu 
sayda  kütləvi  informasiya  vasitəsinin  işıqlandırdığını  söyləyib.  Azərbaycan  Milli  Olimpiya  Komitəsinə  də 
xüsusi  təşəkkürünü  bildirən  R.Paqnozi  birinci  Avropa  Oyunlarının  keçirilməsi  ilə  bağlı  bir  çox  işlərin  yerinə 
yetirildiyini  deyib.  O,  Azərbaycanın  birinci  xanımı  Mehriban  Əliyevanın  rəhbərlik  etdiyi  Təşkilat  Komitəsinə 
bu tarixi anı reallığa çevirdiyinə görə minnətdarlığını bildirib. 
İdmanın  müstəqilliyindən  söz  açan  Beynəlxalq  Olimpiya  Komitəsinin  prezidenti  Tomas  Bax  bu  sahənin 
davamlı inkişafda oynadığı rolu, BMT və digər beynəlxalq təşkilatlarla əlaqələrini vurğulayıb. Qeyd edilib ki, 
hər  bir  ölkədə  idmanın  inkişafına  xüsusi  diqqət  yetirilməlidir.  Tomas  Bax  2020-ci  ildə  baş  tutacaq  növbəti 
Olimpiya Oyunlarının gündəliyinin müzakirəsinin əhəmiyyətini qeyd edib, qərarların qəbul olunması vaxtının 
artıq çatdığını bildirib. Olimpiya hərəkatında fəal olmağın vacibliyini diqqətə çatdıran Tomas Bax ilk Avropa 
Oyunları  ilə  bağlı  təşkilati  işləri  xüsusi  vurğulayıb,  bu  Oyunların  möhtəşəmliyi  ilə  fərqlənəcəyinə  əminliyini 
ifadə edib. 
Avropa Olimpiya Komitəsinin xəzinədarı Kiklis Lazardes maliyyə məsələləri ilə bağlı hesabatla çıxış edib. 
Sonra  Avropa  Olimpiya  Komitəsinin  Olimpiya  Həmrəyliyinin  direktoru  Pere  Miro  icra  edilən  proqramlar 
barədə məlumat verib. Olimpiya Həmrəyliyi ilə bağlı qısa film də nümayiş etdirilib.        
Tədbirdə  çıxış  edən  gənclər  və  idman  naziri  Azad  Rəhimov  ölkəmizdə  idman  sahəsində  həyata  keçirilən 
işlərdən danışıb. Bildirib ki, Azərbaycan bütün istiqamətlərdə olduğu kimi, idman sahəsində də inkişaf edib və 
birinci  Avropa  Oyunlarının  Bakıda  keçirilməsi  heç  də  təsadüfi  deyil.  Çünki  ölkəmiz  Avropa  Oyunlarına  tam 
hazırdır. 
BOK-un baş əməliyyat mütəxəssisi, “Bakı-2015” ilk Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar 
üzrə  baş  direktoru  Saymon  Kleq  Avropa  Oyunlarının  Azərbaycanda  keçirilməsinin    əhəmiyyətindən  danışıb. 
Bildirilib ki, Azərbaycan beynəlxalq yarışın keçirilməsi üçün hazırlıq işlərini yüksək səviyyədə görür. 
Konfransda  Avropa  Oyunlarının  yayımı,  təhlükəsizlik  məsələləri,  keçiriləcək  yarışların  təşkili  və  digər 
məsələlər müzakirə edilib. 
Tədbir çərçivəsində Azərbaycanın idman sahəsindəki inkişafından bəhs edən film də nümayiş olunub.    
 
Xalq qəzeti”.-2014.-22 noyabr.-N 255.-S.9. 
 
 
 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
146 
 
İlk Avropa Oyunları ədalətli, sağlam rəqabət, dostluq və həmrəylik şəraitində 
 keçiriləcək 
 
Elçin CƏFƏROV 
 
Azərbaycanda  keçirilən  Avropa,  dünya  çempionatları  silsilə  xarakter  daşıyır.  Müxtəlif  beynəlxalq 
turnirlər, bədii gimnastika, taekvondo, güləş, boks, karate və olimpiya növlərinə daxil olan digər idman 
yarışlarının Azərbaycanda da keçirilməsi ölkəmizə böyük imic qazandırmışdır. Azərbaycanın Beynəlxalq 
Olimpiya Komitəsi (BOK) və Avropa Olimpiya Komitəsi (AOK) kimi nüfuzlu təşkilatlar və digər idman 
qurumları  ilə  sıx  əlaqələri  var.  Son  illər  bu  əlaqələr  daha  da  genişlənmişdir.  Bunu  idman  təşkilatları 
rəhbərlərinin Bakıya intensiv səfərləri və ölkəmizdə keçirilən mötəbər turnirlər də təsdiq edir.  
 
Sevindirici  haldır  ki,  Prezident  İlham  Əliyevin  rəhbərliyi  altında  Milli  Olimpiya  Komitəsinin  qazandığı 
nüfuz,  göstərdiyi  fəaliyyət  beynəlxalq  idman  təşkilatları  tərəfindən  dəstəklənir  və  ən  yüksək  qiymətə  layiq 
görülür. Azərbaycanın 2015-ci ildə şahmat üzrə Dünya Kubokunun, 2016-cı ildə Şahmat Olimpiadasının, 2017-
ci  ildə  IV  İslam  Həmrəyliyi  Oyunlarının  və  futbol  üzrə  AÇ-2020-nin  final  mərhələsinin  4  oyununun  Bakıda 
keçirilməsi hüququnu əldə etməsi dünya idman ictimaiyyətinin ölkəmizə marağının artmasından irəli gəlir.  
2012-ci  il  dekabrın  8-də  Avropa  Olimpiya  Komitəsinin  Baş  Assambleyasında  2015-ci  ildə  ilk  Avropa 
Oyunlarının paytaxtımızda keçirilməsi ilə bağlı qərarın qəbul edilməsi təsadüfi deyil. Avropa qitəsində ilk dəfə 
təşkil  olunacaq  bu  mötəbər  idman  tədbirinin  məhz  Azərbaycana  həvalə  edilməsi  beynəlxalq  idman 
ictimaiyyətinin  ölkəmizdə  görülən  bütün  işlərə,  o  cümlədən  idman  və  bədən  tərbiyəsi  sahəsində  əldə  edilən 
nailiyyətlərə verdiyi yüksək qiymətdir.  
Noyabrın  21-də  Avropa  Olimpiya  Komitəsinin  (AOK)  43-cü  Baş  Assambleyasının  paytaxtımızda 
keçirilməsi də Azərbaycanda gedən hərtərəfli, sürətli inkişafın məntiqi nəticəsi kimi dəyərləndirilməlidir. İdman 
sahəsində  gerçəkləşdirilən  dövlət  siyasəti,  Olimpiya  ideallarının  təbliği,  idmanın  maddi-texniki  bazasının 
möhkəmləndirilməsi, müasir olimpiya komplekslərinin və digər idman qurğularının inşası nəticəsində ölkəmiz 
mötəbər beynəlxalq idman tədbirlərinin keçirildiyi məkan, eyni zamanda dünyanın idman mərkəzlərindən biri 
olmuşdur. Hazırda Azərbaycan təkcə müəyyən kateqoriyalı beynəlxalq yarışlara deyil, həmçinin qitə və dünya 
çempionatlarına da ev sahibliyi edir.  
Prezident İlham Əliyevin AOK-un 43-cü Baş Assambleyasında qeyd etdiyi kimi turnirlərdə qazanılmış hər 
bir uğur sadəcə olaraq hansısa bir qələbə deyildir: “Biz Olimpiya dəyərlərinin təşviqi üçün çox işlər görürük. 
Bunlar  dostluq,  sülh  və  əməkdaşlıq  dəyərləridir.  Eyni  zamanda,  biz  praktiki  olaraq,  müasir  idman 
infrastrukturunun  yaradılmasına  böyük  sərmayələr  qoyuruq.  Son  10-15  il  ərzində  Azərbaycanda  50-dən  artıq 
müasir  Olimpiya  Mərkəzi  tikilib.  Yeri  gəlmişkən,  ilk  Olimpiya-İdman  Mərkəzi  Azərbaycanda  2000-ci  ildə 
tikilmişdir  və  Beynəlxalq  Olimpiya  Komitəsinin  fəxri  prezidenti,  o  vaxt  Avropa  Olimpiya  Komitəsinin 
prezidenti  cənab  Jak  Roqq  həmin  ilk  idman  mərkəzinin  açılış  mərasimində  iştirak  etmişdir...  İdman 
infrastrukturuna  qoyulan  sərmayələr  atletlərimizin  nəticələrində  əks  olunub.  Fərəhlənirik  ki,  Azərbaycan 
idmançıları  ölkəmizi  beynəlxalq  səhnədə  layiqincə  təmsil  edirlər.  Londonda  keçirilmiş  son  Olimpiya 
Oyunlarında idmançılarımız 10 medal qazanıb. Onlardan ikisi qızıldır. Ölkəmiz bütün iştirakçılar sırasında 30-
cu, Avropa ölkələri arasında isə 15-ci oldu”. 
Ümumiyyətlə,  Olimpiya  oyunlarında  göstərilən  nəticə  yalnız  dövlətin  idman  həyatının  deyil,  onun  iqtisadi 
potensialının, ictimai, sosial-mədəni həyatının göstəricisidir. Olimpiya oyunlarında qazanılan yüksək nəticələr 
beynəlxalq  miqyasda  ölkənin  imicini  qaldırmaqla  yanaşı,  onun  imkanlarını  da  nümayiş  etdirir.  Olimpiya 
oyunlarına  ev  sahibliyi  etmək  hər  bir  ölkənin  arzusudur.  Təsadüfi  deyil  ki,  ev  sahibliyi  uğrunda  çox  ciddi 
mübarizə gedir. 
AOK-un bu qərarının qəbul edilməsində əsas səbəb olan amillərə toxunan Prezident İlham Əliyev ölkəmizin 
bu  tədbiri  yüksək  səviyyədə  keçirəcəyini  bildirib:  “Bizim  Avropa  və  dünya  çempionatlarının  keçirilməsində 
təcrübəmiz  var.  Bu  tədbirlər  Azərbaycanda  dəfələrlə  keçirilib.  Lakin  əlbəttə  ki,  gələn  il  keçiriləcək  Avropa 
Oyunları  bizim  üçün  ən  yüksək  səviyyəli  idman  hadisəsinə  çevriləcək.  Fərəhlənirik  ki,  ilk  Avropa  Oyunları 
məhz Azərbaycanda keçiriləcək. Fürsətdən istifadə edərək, Avropa Olimpiya Komitəsinin Baş Assambleyasına 
qəbul  etdiyi  bu  qərara  görə  bir  daha  minnətdarlığımı  bildirmək  istəyirəm.  Deyə  bilərəm  ki,  biz  sizi 
sevindirəcəyik  və  bu  Oyunların  ən  yüksək  səviyyədə  hazırlanması  və  keçirilməsi  üçün  əlimizdən  gələni 
edəcəyik.  Baxmayaraq  ki,  vaxtımız  azdır.  Hazırlıqlar  üçün  cəmi  iki  il  yarım  vaxt  ayrılmışdır.  Lakin 
xoşbəxtlikdən  əvvəlki  illərdə  idman  infrastrukturuna  qoyulmuş  sərmayələr  bir  neçə  ay  ərzində  hazır  olmaq 
imkanı yaratdı. Əlbəttə ki, bu, Avropada və bütün dünyada nadir hadisə olacaq”.  

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
147 
 
Məlumat  üçün  onu  da  qeyd  edək  ki,  “Bakı-2015”  ilk  Avropa  Oyunlarının  qitənin  aparıcı  şəhərlərində 
təqdimatı davam edir.  
Bu  günlərdə  İstanbulun  “Çırağan”  sarayında  “Bakı-2015”  ilk  Avropa  Oyunlarının  təqdimatında 
Azərbaycanın  birinci  xanımı,  Heydər  Əliyev  Fondunun  prezidenti,  Avropa  Oyunlarının  Təşkilat  Komitəsinin 
sədri  Mehriban  Əliyeva  çıxış  edərək  qeyd  edib  ki,  ölkəmiz  müxtəlif  beynəlxalq  idman  tədbirlərinin 
keçirilməsində  böyük  təcrübə  əldə  edib:  “Azərbaycanda  idmanın  müxtəlif  növləri  üzrə  dünya  və  Avropa 
çempionatları  keçirilir.  Bütün  bu  tədbirlərin  ən  yüksək  səviyyədə  hazırlığı  həm  idmançılar,  həm  də  idman 
ictimaiyyəti  tərəfindən  qeyd  olunur.  Bir  sözlə,  bütün  bu  amilləri  -  idmançılarımızın,  atletlərimizin 
nailiyyətlərini, dövlət tərəfindən idmanın inkişafına möhkəm dəstəyi, mövcud idman infrastrukturunu və əlbəttə
ölkənin  ümumi  sürətli  inkişafını  nəzərə  alaraq  Avropa  Olimpiya  Komitəsi  bu  Oyunların  məhz  Azərbaycanda 
keçirilməsini qərara alıb”. 
Bu gün dinamik inkişafına görə Cənubi Qafqazın lider ölkəsinə çevrilən Azərbaycan, eyni zamanda, dünyada 
aparıcı  idman  ölkələrindən  biri  kimi  tanınır.  Lakin  buna  heç  də  asanlıqla  nail  olunmamışdır.  Bu  uğurun 
mərkəzində Azərbaycanda gənclərin dövlət tərəfindən hərtərəfli qayğı ilə əhatə olunması, həmçinin gənc nəslin 
fiziki və mənəvi cəhətdən sağlam böyüməsi üçün atılan addımlar dayanır.  
Bütün  bu  göstəricilər  Azərbaycanda  idmanın  dinamik  inkişaf  tempinə  malik  olduğunu,  idman  uğurlarının 
davamlı  xarakter  daşıdığını  bir  daha  təsdiqləyir.  Yəni  sadalanan  uğurların  əsasında  idmana  dövlət  tərəfindən 
göstərilən  yüksək  səviyyəli  qayğı  durur.  Azərbaycan  xalqının  ümummilli  lideri  Heydər  Əliyevin  əsasını 
qoyduğu  bu  siyasətin  Prezident  İlham  Əliyev  tərəfindən  müasir  dövrün  tələblərinə,  reallıqlarına  və 
qanunauyğunluqlarına  müvafiq  surətdə  uğurla  davam  etdirilməsi  bu  istiqamətdə  davamlı  inkişafın  əldə 
olunmasını təmin edir. 
Gələn il iyunun 12-dən 28-dək  keçiriləcək “Bakı-2015” Avropa Oyunları qitə üçün çoxsaylı idman növləri 
üzrə təşkil ediləcək maraqlı və innovativ yarışlar olacaq. “Bakı-2015” Avropa Oyunları ümumilikdə 20 idman 
növü üzrə keçiriləcək. Bunlardan 16-sı olimpiya, 4-ü qeyri-olimpiya idman növüdür. On yeddi yarış günündə 
Avropanın müxtəlif ölkələrindən 6 mindən çox idmançı öz ölkələrini təmsil edəcək. 
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva 1-ci Avropa Oyunlarının Avropanın idman tarixində yeni bir 
səhifə  açacağını,  gələcək  Oyunların  səviyyəsini,  standartlarını  müəyyən  edəcəyini  bildirib:  “Baxmayaraq  ki, 
hazırlığa cəmi iki il yarım vaxt ayrılıb, Azərbaycan bu Oyunları yay olimpiya oyunları səviyyəsində keçirmək 
əzmindədir.  Bunun  üçün  bütün  lazımi  tədbirlər  həyata  keçirilir  və  zəruri  addımlar  atılır.  Biz  güclü  Təşkilat 
Komitəsi  yaratmışıq.  Beynəlxalq  qurumlarla,  Avropa  Olimpiya  Komitəsi,  beynəlxalq  idman  federasiyaları  ilə 
çox uğurlu əməkdaşlıq qurmuşuq, çoxsaylı könüllülərin köməyindən istifadə edirik. Ümidvaram ki, 1-ci Avropa 
Oyunları ədalətli, sağlam rəqabət, dostluq və həmrəylik şəraitində keçiriləcək”. 
Dünya  idmanının  tarixində  ilk  dəfə  keçirilən  Avropa  Oyunlarına  ev  sahibliyi  etmək  missiyasının  Bakının 
üzərinə qoyulması dövlətimiz üçün böyük önəm daşıyır. Oyunlar zamanı paytaxtımıza 10 minədək idmançının, 
məşqçinin, rəsmi şəxsin, jurnalistin gələcəyi gözlənilir. Yarış günlərində Avropanın, eləcə də dünyanın aparıcı 
telekanalları  Bakıdan  xəbərlər  yayacaq,  paytaxtımız  növbəti  dəfə  dünya  idmanının  mərkəzinə  çevriləcək. 
Bundan başqa, Oyunlar Azərbaycanda digər sahələrin inkişafına da böyük təkan verəcək. Avropa Oyunlarının 
keçirilməsində  əldə  edəcəyimiz  təcrübə  gələcəkdə  digər  mühüm  yarışlara  ev  sahibliyi  etməyimizə  şərait 
yaradacaq  və  təcrübəmizi  artıracaq.  Ən  əsası  isə,  yay  olimpiya  oyunlarına  təşkilatçılıq  etmək  şanslarımız 
artacaq.  
Bütün bunlar bir daha təsdiq edir ki, beynəlxalq və iqtisadi əhəmiyyəti ilə seçilən Avropa Oyunları ölkəmizin 
yürütdüyü idman siyasətinə dünyada verilən önəmin təzahürüdür. Digər tərəfdən, bu, dünya idman aləminə əsas 
mərkəzlərdən  biri  kimi  daxil  olan  ölkəmizdə  idmana  münasibətin  hər  zaman  yüksək  səviyyədə  olmasının 
sübutudur. 
 
Azərbaycan”.-2014.-23 noyabr.-N 256.-S.1. 
 
 
 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
148 
 
“Bakı-2015” ilk Avropa Oyunları ceyran və narı rəsmi rəmzləri kimi təqdim edib 
 
Noyabrın 25-də “Bakı-2015” ilk Avropa Oyunları ceyran və narı ilk dəfə keçiriləcək idman tədbirinin 
rəsmi rəmzləri kimi təqdim edib. 
 
“Bakı-2015”-dən  AzərTAc-a  bildiriblər  ki,  ceyran  və  nar  Azərbaycanın  qürurlu  tarixini  və  ümidverici 
gələcəyini  təcəssüm  etdirir.  Ceyran  və  nar  “Bakı-2015”in  təbliğində  brend  kimi  çıxış  edərək  bütün  dünyada 
birinci Avropa Oyunlarının rəmzinə çevriləcək. 
Azərbaycanın  gənclər  və  idman  naziri,  “Bakı-2015”in  baş  icraçı  direktoru  Azad  Rəhimov  deyib:  “Bütün 
dünyaya  ceyranı  və  narı  təqdim  etməyə  olduqca  şadıq.  Ümidvarıq  ki,  onlar  birinci  Avropa  Oyunlarının 
həyəcanını  əks  etdirə  biləcəklər.  Ceyran  və  nar  “Bakı-2015”in  rəmzləri  kimi  Azərbaycanda  yeni  nəsil  idman 
azarkeşlərini ruhlandıracaq, həyəcanlandıracaq və əyləndirəcək. Onlar qarşıdan gələn aylar ərzində şəhərimizdə 
və ölkə ərazisində son dərəcə aydın şəkildə görünəcəklər”. 
Qonaqlara  Azərbaycanın  zəngin  irsinə  nəzər  salmağı  təklif  edəcək  ceyran  Oyunların  mədəniyyət  elçisi 
olacaq.  Ceyran  Qafqaz  dağlarından  tutmuş  Xəzər  dənizinin  sahillərinədək  qonaqlara  ölkə  boyu  bələdçilik 
edəcək  və  onlara  Azərbaycanın  gözəlliklərini  nümayiş  etdirəcək.  Azərbaycanda  qorunan  heyvan  növlərindən 
biri olan ceyran ölkədə təbii gözəlliyin, zərifliyin və saflığın rəmzidir. 
Azərbaycan  folklorunda  birliyi  tərənnüm  edən  nar  rəngarəng  “Bakı-2015”  brendində  əks  olunaraq  artıq 
şəhərimizdə geniş nümayiş etdirilib. 
“Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq deyib: 
“Bizim rəmzlər ilk Avropa Oyunları üçün çox əhəmiyyətlidir. Ceyran Oyunların və Azərbaycanın zəngin irsinin 
zərif  mədəniyyət  elçisi  olacaq.  Nar  Oyunların  enerjisini,  həyəcanını  və  əyləncəsini  təmsil  edir  və  keçirilən 
yarışlarda iştirak edəcək”. 
Əməliyyat Komitəsinin kommersiya şöbəsinin direktoru Çarli Viceratna isə rəmzlər barədə fikrini bölüşərək 
bildirib: “Biz Avropa Oyunlarının əyləncəli və rəngarəng olmasını istəyirik. Ümid edirik ki, ceyran və nar bütün 
Azərbaycanda  məşhurlaşacaq.  Biz  “Bakı-2015”də  Avropanın  məşhur  idmançılarına  ev  sahibliyi  etməyə 
hazırlaşırıq. Rəmzlər illüstrasiya kimi yaradılıb, amma tezliklə animasiyalı və real görünüş qazanaraq Avropa 
Oyunlarının təbliğinin bir hissəsi olacaqlar”. 
 
“Xalq qəzeti”.-2014.-26 noyabr.-N 256.-S.6. 
 
 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
149 
 
“Bakı-2015” ilk Avropa Oyunlarına 200 gün qalması münasibətilə möhtəşəm şou təşkil olunub 
 
“Bakı-2015”  ilk  Avropa  Oyunlarının  başlamasına  200  gün  qalması  münasibətilə  noyabrın  26-da 
paytaxtda möhtəşəm şou təşkil edilib. 
 
AzərTAc  xəbər  verir  ki,  axşam  saatlarında  İçərişəhərdə  keçirilən  tədbirdə  lazer  effektləri  ilə  Qız  qalasının 
üzərində  “Bakı-2015”in  loqosu,  rəsmi  rəmzləri  –  ceyran  və  nar,  eləcə  də  Oyunlarla  bağlı  videoçarx  nümayiş 
olunub. Videoçarxda ilk Avropa Oyunlarının proqramına daxil olan idman növləri ilə bağlı görüntülər yer alıb. 
“Bakı-2015”  Əməliyyat  Komitəsinin  kommersiya  şöbəsinin  direktoru  Çarli  Viceratna  jurnalistlərə 
açıqlamasında  bildirib:  “İlk  Avropa  Oyunlarının  başlanmasına  200  gün  qalması  münasibətilə  bu  möhtəşəm 
idman tədbirinin rəmzlərini təqdim edirik. Oyunların açılış mərasiminin başlamasına qalan günlərin geri sayımı 
davam etdikcə belə tədbirlər də müntəzəm keçiriləcək”. 
Ç.Viceratna  diqqətə  çatdırıb  ki,  biz  bugünkü  tədbirlə 2015-ci  ildə  keçiriləcək  Avropa  Oyunlarını  və  gözəl 
memarlıq abidələri ilə zəngin olan Bakını Qız qalasının timsalında bütün dünyaya nümayiş etdirmək istəyirik. 
O, gələn il keçiriləcək “Bakı-2015” ilk Avropa Oyunlarına hazırlıq işlərinin sürətlə aparıldığını bildirib. 
İlk  Avropa  Oyunlarının  rəsmi  rəmzlərinin  -  ceyran  və  narın  hazırlanmasında  “Bakı-2015”in,  həmçinin 
xaricdən  cəlb  olunmuş  dizaynerlərin  iştirak  etdiklərini  vurğulayan  Ç.Viceratna  bu  rəmzlərin  böyük  maraqla 
qarşılandığını vurğulayıb. 
Möhtəşəm şou paytaxt sakinlərinin və qonaqların marağına səbəb olub.  
  
Yüklə 3,29 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin