Iv fəSİl I avropa Oyunları 2015



Yüklə 3,29 Mb.
Pdf görüntüsü
səhifə23/41
tarix06.09.2017
ölçüsü3,29 Mb.
#29142
1   ...   19   20   21   22   23   24   25   26   ...   41

“Xalq qəzeti”.-2014.-27 noyabr.-N 259.-S.3. 
 
 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
150 
 
 
Gələn il Bakıda keçiriləcək Avropa Oyunlarının Parisdə təqdimatı olub 
(26 noyabr 2014-cü il) 
 
  Noyabrın  26-da  Parisdə  “Bakı  2015"in  -  ölkəmizdə  keçiriləcək  ilk  Avropa  Oyunlarının  təqdimatı 
olub. Azərbaycanın birinci xanımı, ilk Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva 
mərasimdə iştirak edib. 
 
 Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə keçirilən təqdimat 
mərasiminə bu ölkənin ictimai-siyasi dairələrinin nümayəndələri, mədəniyyət və idman xadimləri qatılıblar. 
Qonaqlar  əvvəlcə  Azərbaycan  heykəltəraşlarının  “Bakı  2015"  -  ə  həsr  olunan  bürünc  heykəllərindən  ibarət 
sərgiyə baxıblar. ”Biz birlikdə" adlanan bu sərgidə 20-dən çox heykəltəraşın idmanın müxtəlif növlərinin təsvir 
olunduğu əsərləri nümayiş olunub. Bu əsərlərin hər biri müxtəlif cərəyanlara aid olmaqla, özlərində ilk Avropa 
Oyunlarının həyəcanını sənətin dili ilə dolğun əks etdirir. 
Qonaqlara  Heydər  Əliyev  Fondunun  Azərbaycan  haqqında  müxtəlif  nəşrləri,  o  cümlədən  birinci  Avropa 
Oyunlarına həsr olunan bukletləri də təqdim edilib. 
 Tədbirin  aparıcısı  vurğulayıb  ki,  ilk  Avropa  Oyunlarının  Bakıda  keçirilməsi  Azərbaycana  beynəlxalq 
miqyasda  göstərilən  maraqdan  irəli  gəlir.  Son  dərəcə  maraqlı,  qədim  tarixi  və  zəngin  mədəni  dəyərləri  olan 
Azərbaycanın  Avropanın  həyatında baş  verəcək  ilk  belə  hadisəyə  ev  sahibliyi  etməsi  təbii  ki,  həm  də  ölkənin 
son illərdə idman sahəsində qazandığı uğurlardan qaynaqlanır. Təsadüfi deyil ki, 23 illik müstəqilliyi dövründə 
Azərbaycan  atletləri  olimpiadalarda  26,  Avropa  və  dünya  çempionatlarında  isə  2000-ə  qədər  medal  qazanıb. 
2015-ci ildə iyunun 12-dən 28-dək  keçiriləcək Avropa Oyunlarında isə 49 ölkədən 6000-dən artıq idmançı 20 
idman növündə mübarizə aparacaq. 
 Sonra Azərbaycanın birinci xanımı, “Bakı-2015" Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban 
Əliyeva mərasimdə çıxış edib. 
 
Birinci xanım Mehriban Əliyevanın çıxışı 
(26 noyabr 2014-cü il) 
 
 
 - Əziz qonaqlar! 
Xanımlar və cənablar! 
Əziz  dostlar,  sizi  səmimi  qəlbdən  salamlayıram.  İlk  Avropa  Oyunlarının  təqdimat  mərasiminə  xoş 
gəlmişsiniz.  
 Bildiyiniz  kimi,  Avropa  Olimpiya  Komitəsinin  qərarı  ilə ilk  Avropa  Oyunları  Azərbaycanın  paytaxtı  Bakı 
şəhərində  gələn  il  keçiriləcək.  Oyunlara  altı  mindən  çox  idmançı  qatılacaq  və  20  idman  növündə  yarışlar 
keçiriləcək. 
 Şübhəsiz ki, Avropa Oyunları Avropa idman tarixində yeni səhifə açacaq və ilk Avropa Oyunlarını - tarixdə 
birinci oyunlar kimi qalacaq yarışları hazırlamaq, qəbul etmək və keçirmək  Azərbaycan üçün böyük şərəf və 
məsuliyyətdir. Avropa Olimpiya Komitəsinin bu qərarı  Azərbaycan xalqı tərəfindən böyük dəstəklə qarşılanıb 
və mən Avropa Olimpiya Komitəsinin prezidentinə, bütün üzvlərinə dərin minnətdarlığımı çatdırıram. 
 Əziz  dostlar,  artıq  23  ildir  ki,  müstəqil  Azərbaycan  dünya  xəritəsində  öz  layiqli  yerini  tutub.  Biz  qədim 
tarixə və mədəniyyətə malik olan xalqıq və əsrlər boyu arzuladığımız müstəqillik bizim ən böyük sərvətimizdir. 
Müstəqillik dövründə əldə edilən uğurlar və nailiyyətlər Azərbaycan xalqı üçün çox vacibdir. 
 Azərbaycan  müstəqillik  dövründə  iqtisadi  və  siyasi  islahatları  bərabər  apararaq  demokratiya  prinsiplərinə 
əsaslanan  azad  cəmiyyət  və  güclü  iqtisadiyyat  qurmağa  nail  olub.  Bu  gün  ölkəmizdə  bütün  azadlıqlar 
mövcuddur. Ölkədə azad internet fəaliyyət göstərir və əhalinin 70 faizindən çoxu bundan faydalanır. 
 Azərbaycan  çoxmillətli  və  çoxkonfessiyalı  dövlətdir.  Əsrlər  boyu  müxtəlif  dinlərin  və  millətlərin 
nümayəndələri  ölkəmizdə  qardaşlıq  və  qarşılıqlı  anlaşma  şəraitində  yaşayıblar.  Müstəqilliyimiz  bərpa 
olunduqdan  sonra  bu  meyillər  daha  da  güclənib  və  təsadüfi  deyil  ki,  Azərbaycan  bu  gün  dünyanın 
multikulturalizm  mərkəzlərindən    birinə  çevrilib  və  bu  yaxınlarda  ölkəmizdə  Beynəlxalq  Multikulturalizm 
Mərkəzi yaradılıb. Azərbaycan  son illər ərzində dünyanın  ən sürətlə inkişaf edən ölkələrindən birinə çevrilib. 
Son on ildə Azərbaycanın iqtisadiyyatı üç dəfədən çox, büdcə xərcləri iyirmi dəfə artıb, yoxsulluq və işsizliyin 
səviyyəsi beş faizə enib. 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
151 
 
 Bu  gün  biz  təhsil  sisteminin  inkişafına çox  böyük  diqqətlə  yanaşırıq. Təhsil sistemində  mühüm    islahatlar 
aparılır. Çünki hər bir ölkə, hər bir xalq üçün onun gələcəyi, gələcək inkişafı və uğurları məhz insan amilindən, 
savadlı, bilikli gənclərindən asılıdır. Ölkəmizdə son on il ərzində üç mindən çox yeni məktəb inşa olunub və 
təmir edilib, yüzlərlə azərbaycanlı gənc dövlətin dəstəyi ilə dünyanın aparıcı universitetlərində təhsil alır. 
 Azərbaycanın  beynəlxalq  arenada  nüfuzu  ildən-ilə  artmaqdadır.  Bu  gün  Azərbaycan  dünyada  etibarlı 
tərəfdaş  kimi  tanınır.  Bunun  sübutu  olaraq  155  ölkənin  səsi  ilə  Azərbaycan  dünyanın  ən  mötəbər  beynəlxalq 
qurumu  olan  BMT  Təhlükəsizlik  Şurasının  2012-2013-cü  illər  üçün  qeyri-daimi  üzvü  seçilmişdi.  İki  həftə 
bundan  əvvəl  2001-ci  ildən  üzv  olduğumuz  Avropa  Şurasının  Nazirlər  Komitəsində  Azərbaycanın  sədrliyi 
uğurla başa çatıb.  
 Ölkəmiz  Avropanın  enerji  təhlükəsizliyinin  təmin  olunmasına  da  öz  töhfəsini  verir.  İki  ay  bundan  əvvəl 
“Cənub” qaz dəhlizinin təməli qoyulub və bir neçə ildən sonra Azərbaycan  qazı Avropaya nəql olunacaq və 
beləliklə, Azərbaycan Avropanın enerji təhlükəsizliyinə daha da böyük töhfə verəcək. 
 Biz  Avropanın  beynəlxalq  qurumları  ilə  sıx  əməkdaşlıq  qurmuşuq.  Biz  Avropa  ölkələri  ilə  də  qarşılıqlı 
maraq  və  hörmətə  əsaslanan  münasibətlər  qururuq.  Fransa  Avropanın  aparıcı  dövlətidir  və  ölkəmiz 
müstəqilliyini  bərpa  etdikdən  sonra  Fransa-Azərbaycan  əməkdaşlığı  tamamilə  yeni  səviyyəyə  qaldırılıb.  Bu 
münasibətlər  siyasi,  iqtisadi,  humanitar  sahələri  əhatə  edir.  Parlamentlərarası    münasibətlər  güclənir  və    çox 
şadam ki, mən  Azərbaycan parlamentində Azərbaycan-Fransa dostluq qrupuna rəhbərlik edirəm. 
 Bu  il  Fransada  Azərbaycanın  Dostları  Assosiasiyası  bərpa  olunub.  Ölkəmizdə  əllidən  çox  fransız  şirkəti  
fəaliyyət göstərir, yüzlərlə azərbaycanlı tələbə Fransanın universitetlərində təhsil alır. Bakıda fransız liseyi artıq 
ilk şagirdləri qəbul edib və paytaxtımızda Fransa universitetinin açılması barədə danışıqlar aparılır. Bakıda “Ağ 
şəhər”  adlı    yaşayış  mərkəzi  yaradılır  və  burada  tikilən  binaların  bir  qismi  Parisin  memarlıq  üslubunda  inşa 
edilir.  
 İdman  sahəsində    ölkələrimiz  arasında  olan  əlaqələr  də  inkişaf  edir  və  mən  ümidvaram  ki,  Avropa 
Oyunlarına hazırlıq dövründə yaradılan bütün imkanlardan istifadə olunacaq və bu əlaqələr daha da güclənəcək. 
 Əziz  qonaqlar,  mən  ölkəmiz  və  Fransa-  Azərbaycan  arasındakı  dostluq    əlaqələri  haqqında  çox  danışa 
bilərəm. Mən tədbir və idman barəsində  də bir neçə söz demək istərdim. 
 Azərbaycanda  idmana,    Olimpiya  hərəkatına    dəstək  dövlət  siyasətinin  əsas  istiqamətlərindən  biridir. 
Ölkəmizdə idman infrastrukturunun qurulmasına böyük diqqətlə yanaşılır və son on ildə Azərbaycanda 40-dan 
artıq yeni müasir Olimpiya mərkəzləri inşa olunub. Biz idmançılarımızın nailiyyətləri ilə fəxr edirik. Müstəqil 
ölkə kimi Azərbaycan Olimpiya oyunlarına 1996-cı ildən qatılıb və oyundan-oyuna qazanılan medalların sayı 
artmaqdadır.  Son  Yay  Olimpiya  Oyunlarında  yığma  komandamız  ikisi  qızıl  olmaqla  on  medal  qazanaraq  bu 
nəticə ilə Avropa ölkələri arasında on beşinci, ümumi iştirakçılar arasında isə otuzuncu yeri tutub. Bu il Çində 
yeniyetmələr    arasında  keçirilən  Olimpiya  Oyunlarında  gənc  atletlərimiz  beşi  qızıl  olmaqla  on  iki  medal 
qazanaraq  200-ə  yaxın  iştirakçı  ölkə    arasında  onuncu  yeri  tutublar.  Əlbəttə  bu,  böyük  nailiyyətdir.  Bütün  bu 
faktları,  o  cümlədən    atletlərimizin  uğurlarını,  ölkənin  idman  infrastrukturlarını,  idmana  dəstəyi  və  əlbəttə, 
ölkənin  inkişafını  nəzərə  alaraq  Avropa  Olimpiya  Komitəsi  ilk  Avropa  Oyunlarını    Azərbaycanda  keçirməyə 
qərar  verdi.  Hazırlığa    cəmi    iki  il  yarım  vaxt  ayrılmasına  baxmayaraq,    Avropa  Oyunlarını    Yay  Olimpiya 
Oyunları  səviyyəsində  keçirmək  əzmindəyik.  Bunun  üçün  bütün  lazımi  tədbirlər  həyata  keçirilir,  Təşkilat 
Komitəsi  beynəlxalq  idman  qurumları  ilə  birgə  çalışır.  İnşa  olunan  bütün  idman  obyektləri  vaxtında 
tamamlanacaq və hər birində yoxlama yarışları keçiriləcək. 
 Bir  neçə  gün  bundan  əvvəl  Avropa  Olimpiya  Komitəsinin  Bakıda  keçirilən  43-cü  Baş  Assambleyasında 
iştirak edən qonaqlar bütün hazırlıq işləri ilə yaxından tanış olublar.  
 Ümidvaram  ki,  ilk  Avropa  Oyunları  Olimpiya  hərəkatının  prinsipləri  olan  dostluq,  sağlam  rəqabət  və 
həmrəylik şəraitində keçiriləcək.  
 Sonda,  əziz  dostlar,  sizi  bu  tarixi  oyunları  izləmək  üçün  Azərbaycana  dəvət  edirəm.  Bu  axşam  bizimlə 
birlikdə olmağınıza görə hər birinizə dərin minnətdarlığımı çatdırır və xoş axşam arzulayıram. 
 
 * * * 
 
 Daha  sonra  mərasim  iştirakçıları  “Bakı-2015"ə  həsr  olunan  filmə  baxdılar.  Filmdə  ilk  Avropa  Oyunlarına 
hazırlıq  işləri  və  digər  tədbirlər  barədə  geniş  məlumat  verildi.  İlk  Avropa  Oyunları  Bakıda  21  məkanda 
keçiriləcək.  Bu  məqsədlə yeni  arenalar inşa  edilir, mövcud  məkanlar  isə  yenilənərək  hazır  vəziyyətə  gətirilir. 
Açılış  mərasiminin  keçiriləcəyi  65  min  nəfərlik  Bakı  Olimpiya  Stadionundan  əlavə,  Bakıda  7300  nəfərlik 
Olimpiya şəhərciyi də oyunlara hazırlanır. 
 Fransanın  Şəhər,  Gənclər  və  İdman  naziri  Tierri  Brayar  bildirdi  ki,  “Bakı-2015"  ilk  Avropa  Oyunlarının 
təqdimatının  Parisdə  keçirilməsindən  məmnundur.  ”Fransa  da  bu  oyunlara  böyük  diqqət  göstərir.  Ölkələrimiz 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
152 
 
arasında idman sahəsində əlaqələr getdikcə genişlənir", - deyən Tierri Brayar ölkəsinin də bu oyunlarda yüksək 
səviyyədə təmsil olunacağını bildirdi. 
 “Avropa  Oyunlarının  keçirilməsi  böyük  zəhmət  tələb  edir  və  inanıram  ki,  Təşkilat  Komitəsi  öz  işinin 
öhdəsindən layiqincə  gələcək”.  Bu  sözləri  isə  Fransa Milli  Assambleyasının  üzvü,  ikiqat  Olimpiya  çempionu 
David  Dövile  dedi.  O  qeyd  etdi  ki,  humanizm,  sülh  və  bu  cür  ideyaları  təbliğ  edən  Avropa  Oyunları 
Azərbaycanın dünyadakı müsbət imicini daha da artıracaq. 
Tədbirin sonunda  Qara  Qarayev  adına  Azərbaycan  Dövlət  kamera  orkestrinin skripkaçı  xanımlardan  ibarət 
qrupu maraqlı konsert proqramı ilə çıxış etdi. 
 Avropa  Oyunları  ilə  bağlı  ilk  təqdimat  Fransanın  Kann  şəhərində  “Azərbaycan  mədəniyyəti  günləri” 
çərçivəsində  keçirilib.  Daha  sonra  bu  silsiləni  Yunanıstanın  paytaxtı  Afina,  Almaniyanın  paytaxtı  Berlin  və 
Türkiyənin İstanbul şəhərləri davam etdirib. Bu tədbirlərin hər biri Azərbaycanın tarixi və mədəniyyətinə dair 
müxtəlif  təqdimatlarla  yadda  qalıb.  Bu  tədbirlərin  məqsədi  ilk  dəfə  keçiriləcək  Avropa  Oyunları,  eləcə  də 
ölkəmizin  bu  yarışlara  hazırlığı  barədə  digər  ölkələrin  vətəndaşlarına  məlumat  vermək,  Azərbaycanın 
mədəniyyət və incəsənətini, adət-ənənəsini nümayiş etdirməkdir. 
 
Əsgər ƏLİYEV, 
AzərTAc-ın xüsusi müxbiri 
Paris 
 
“Xalq qəzeti”.-2014.-28 noyabr.-N 260.-S.3. 
 
 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
153 
 
Avropa Oyunlarının voleybol yarışlarında hansı komandaları görəcəyik? 
 
Gələn  ilin  yayında  Bakıda  keçiriləcək  birinci  Avropa  Oyunlarının  Təşkilat  Komitəsi  voleybol 
yarışlarında iştirak etmək üçün paytaxtımıza gələcək komandaları elan etmişdir. Həm kişilərin, həm də 
qadınların turnirində 12 kollektiv mübarizə aparacaq. 
 
Kişilərin  yarışında  Azərbaycan  voleybolçularının  qonaqları  Rusiya,  İtaliya,  Serbiya,  Polşa,  Bolqarıstan, 
Türkiyə, Almaniya, Fransa, Finlandiya, Belarus və Slovakiya yığmaları olacaq. 
Qadınların  turnirində  isə  Azərbaycan,  Rusiya,  Serbiya,  İtaliya,  Türkiyə,  Almaniya,  Hollandiya,  Polşa, 
Belçika, Xorvatiya, Bolqarıstan və Rumıniya kollektivlərinin çıxışlarını izləyəcəyik. 
Yarışlar “Kristal Hall”da keçiriləcək və 16 gün davam edəcək. 
 
  Oqtay BAYRAMOV

 
“Xalq qəzeti”.-2014.-9 dekabr.-N 269.-S.5. 
 
 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
154 
 
Azərbaycan Olimpiya dəyərlərinə sədaqət nümunəsi göstərir və öz töhfəsini verir 
 
Oqtay BAYRAMOV. 
 
2012-ci  il  dekabrın  8-də  Romada  Avropa  Olimpiya  Komitəsinin  (AOK)  41-ci  Baş  Assambleyasında 
təşkili,  demək  olar  ki,  yekdilliklə  Bakıya  həvalə  edilən  birinci  Avropa  Oyunlarının  təntənəli  açılış 
mərasimindən,  qitənin  ən  yaxşı  idmançılarının  son  dərəcə  maraqlı  və  gərgin  mübarizə  vəd  edən 
yarışlarından böyük zövq alacağımız günlərdən bizi cəmi altı aylıq bir məsafə ayırır. AOK-un qitəmizin 
idman  hərəkatında  yeni  səhifə  açacaq  ilk  Avropa  Oyunlarının  Azərbaycanda  keçirilməsi  barədə  qərar 
qəbul etdiyi gündən isə artıq iki il keçir. 
 
Hər  hansı  bir  başqa  paytaxt  şəhərin  qısa  müddətdə–cəmi  iki  il  ərzində  oyunlara  hazırlıq  istiqamətində 
Bakıdakı kimi genişmiqyaslı işlərin öhdəsindən vaxtında və layiqincə gələ bilib-bilməyəcəyini demək çətindir. 
İstər idmanda, istərsə də başqa sahələrdə ən mötəbər tədbirlərin arzuolunan səviyyədə təşkili ilə yüzlərlə xarici 
ölkə  nümayəndələrinin  rəğbətini  qazanmış  Azərbaycan  paytaxtında  isə  2015-ci  il  iyunun  12-dən  28-dək 
keçiriləcək  Avropanın  tarixində  ən  mötəbər,  deməli,  həm  də  təşkili  böyük  zəhmət,  yüksək  fəallıq  tələb  edən 
Olimpiya Oyunlarına hərtərəfli hazırlıq işlərinə bir an belə ara verilmir və idmanın iyirmi növü üzrə yarışların 
keçiriləcəyi arenalar bütün beynəlxalq standartlara tam uyğun şəkildə inşa olunur. Bu isə o deməkdir ki, Bakı 
ona göstərilmiş etimadı layiqincə doğrultmaq əzmindədir. 
 Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri cənab İlham Əliyevin və “Bakı 
2015”  Avropa  Oyunları  Təşkilat  Komitəsinin  sədri  Mehriban  xanım  Əliyevanın  artıq  dəfələrlə  qeyd  etdikləri 
kimi,  Azərbaycan  ilk  Avropa  Oyunlarını  Yay  Olimpiya  Oyunları  səviyyəsində  keçirməyi  qarşısına  məqsəd 
qoyub.  Bunun  məhz  belə  olacağına  bizim  özümüzlə  yanaşı,  demək  olar,  hər  gün  qonağımız  olub  idman 
obyektlərimizə baş çəkən xarici ölkə mütəxəssisləri də qəti əmindirlər. 
 Hamı da inanır ki, Bakıdakı yarışlar onların ölkələrində idmanın inkişafında yeni stimul olacaq, bu işə güclü 
təkan  verəcəkdir.  Məsələn,  Rusiya  Milli  Olimpiya  Komitəsinin  prezidenti  Aleksandr  Jukov  öz  ölkəsinin 
mətbuatına  Bakıda  keçiriləcək  ilk  Avropa  Oyunlarının  Rusiya  yığma  komandası  üçün  əhəmiyyəti  barədə 
danışarkən  demişdir  ki,  bizdən  ötrü  bu,  şübhəsiz,  gələn  ilə  planlaşdırılmış  ən  böyük  idman  hadisələrindən 
biridir. Rusiya Oyunlarda güclü, mötəbər komanda ilə təmsil olunacaq. Azərbaycanın qonaqpərvər paytaxtında 
idman  obyektləri  ilə  tanışlıqdan  və  təşkilatçılarla  bir  sıra  görüşlərdən  sonra  mən  əminəm  ki,  Bakıda  Avropa 
Oyunları bizim Olimpiada-2016-ya doğru yolumuzda mühüm rol oynayacaq. 
Artıq yarım əsrdən də çox tarixi olan Asiya, Panamerika Oyunlarından fərqli olaraq, zəngin idman ənənələri 
ilə  fəxr  edə  biləcək  qitəmizdə  Avropa  Oyunları  həyata  yenicə  vəsiqə  alır  və  məhz  bu  səbəbdən  onun  təşkili 
hüququnun idman ölkəsi kimi nümunə göstərilən, həyatın bütün sahələrində sürətli inkişaf sayəsində qitəmizin 
hüdudlarından kənarda da adı böyük hörmətlə çəkilən Azərbaycan Respublikasına verilməsi bizim üçün ikiqat 
əlamətdar hadisədir. Təsadüfi deyil ki, ölkəmizin vətəndaşları Bakıya göstərilən yüksək etimada görə qürur hissi 
duyurlar. 
Başqa  cür  ola  da  bilməz.  Bakıda  Avropa  Oyunları  on  yeddi  gün  davam  edəcək  20  növ  üzrə  yarışlarda 
medallar uğrunda kəskin rəqabət aparacaq 6 mindən çox iştirakçıda, onların məşqçilərində, müxtəlif beynəlxalq 
idman  federasiyalarının  rəhbərlərində,  fəxri  qonaqlarda  Vətənimiz,  onun  qədim  tarixi,  zəngin  ənənələri,  təbii 
sərvətləri, qonaqpərvərliyi, Azərbaycanda Olimpiya dəyərlərinin təşviqi üçün görülən böyük işlər, dostluq, sülh, 
əməkdaşlıq  və  qarşılıqlı  anlaşmanın  möhkəmləndirilməsinə  xidmət  etməsi  üçün  həyata  keçirilən  tədbirlər 
haqqında təəssüratı daha da artıracaqdır. 
Avropa Oyunları kimi çox məsul yarışda əsas məqsəd ən güclülərin müəyyənləşdirilməsi ilə yanaşı, xalqlar 
arasında  əməkdaşlığın  daha  da  inkişaf  etdirilib  möhkəmləndirilməsi,  sülh  və  əmin-amanlığın  təşviqi  olacaq. 
Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax da noyabrda Bakıya səfəri zamanı sülhün və sabitliyin 
təmin  olunmasında  mühüm  rol  oynayan  idmanın  davamlı  inkişafdakı  əhəmiyyəti,  BOK-un  BMT  və  digər 
beynəlxalq  təşkilatlarla  əlaqələrindən  danışarkən  idmanın  inkişafına  xüsusi  diqqət  yetirməyin,  Olimpiya 
hərəkatında  fəal  olmağın  vacibliyini  diqqətə  çatdırıb,  bu  zaman  ilk  Avropa  Oyunları  ilə  bağlı  təşkilati  işləri 
yüksək qiymətləndirib, onun öz möhtəşəmliyi ilə fərqlənəcəyini vurğulayıb. 
Bunlar,  sadəcə  gəlişixoş  sözlər  deyil.  Azərbaycan  Milli  Olimpiya  Komitəsi  bu  gün  ümumdünya 
olimpiyaçılar  ailəsinin  ən  fəal  üzvlərindən  biridir  və  məqsədyönlü  fəaliyyəti,  Olimpiya  prinsip  və  ideallarına 
sədaqəti ilə başqalarına nümunə göstərilir. Ən ülvi dəyərləri hər şeydən üstün tutan bütün idman təşkilatlarımız 
Olimpiya ideallarına sadiqdirlər və bu dəyərlər əsasında ölkəmizdə keçiriləcək hər bir yarışı – istər yeniyetmə 
və  gənclərin,  istərsə  də  usta  idmançıların  dünya  və  Avropa  çempionatlarını,  ayrı-ayrı  növlər  üzrə  mötəbər 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
155 
 
beynəlxalq turnirləri əsl dostluq və qardaşlıq bayramına çevirmək üçün onların lazımi səviyyədə təşkili işində 
əllərindən gələni əsirgəmirlər. Çünki Olimpiya dəyərləri və prinsipləri əsasında çox şeyə, ilk növbədə isə xalqlar 
arasında dostluq əlaqələrinin daha da möhkəmləndirilməsinə, daha sağlam həyat tərzinə, deməli, həm də gələcək 
inkişaf üçün böyük imkanlara nail olmaq mümkündür. 
Məhz bu səbəbdən Oyunlara hələ yarım il qalmış cəsarətlə deyə bilərik ki, qitəmizin ən yaxşı idmançılarının 
Avropa  tarixində ilk  ən  mötəbər  yarışı  zamanı  şəhərimizin  qonaqları  burada  aparılan  hazırlıq işlərindən,  onlar 
üçün yaradılan ideal şəraitdən, insanlarımızın qonaqpərvərliyindən, bir-birindən yaraşıqlı idman bazalarımızdan, 
xüsusən  də  təntənəli  açılış  mərasimində  çoxlarını  heyrətə  gətirə  biləcək  Olimpiya  stadionundan  məmnun 
qalacaqlar. 
Ötən  il  aprelin  29-da  Azərbaycan  Prezidenti  İlham  Əliyev  Bakıda  qonaq  olmuş  Avropa  Oyunları 
Koordinasiya  Komitəsinin  üzvlərini  qəbul  edərkən  ilk  Avropa  Oyunlarının  hər  bir  qonağın  xatirəsində  əbədi 
qalacağına əminliyini belə ifadə etmişdi: – Avropa Oyunlarının Bakıda keçirilməsi Avropa irsinin burada əsrlər 
boyu mövcudluğunu göstərir. Eyni zamanda, onu göstərir ki, nəinki “Eurovision” mahnı müsabiqəsi, eləcə də 
Avropa  Oyunları  Azərbaycanda  keçirilə  bilər.  Bizim  əsas  məqsədlərimizdən  biri  şəhərdə  elə  bir  atmosfer 
yaratmaqdır ki, Bakıya ilk dəfə təşrif buyuran istər idmançı, istər qonaq, istərsə də turist özünü evindəki kimi 
rahat, təhlükəsiz hiss etsin və bu möhtəşəm beynəlxalq tədbirdən zövq alsın. 
İndiyə  qədər  paytaxtımızda  keçirilmiş  istisnasız  olaraq  bütün  beynəlxalq  yarışlarda  məhz  belə  olmuşdur. 
Lakin həmin startların iştirakçıları qələbə və medallar uğrunda hər hansı bir ayrıca növdə mübarizə aparmışlar. 
Avropa  Oyunlarında  isə,  təkrar  edək,  altı  mindən  çox  idmançı  nə  az,  nə  də  çox  –  iyirmi  növdə  öz  ustalığını 
nümayiş  etdirəcək.  Şübhəsiz  ki,  onların  hər  biri  ilk  Avropa  Oyunlarının  qalibləri  sırasında  fəxri  kürsüdə 
təbrikləri  qəbul  etmək  üçün  Bakıya  əsl  idman  qəhrəmanlığı  göstərmək  əzmi  ilə  gələcək.  Axı,  kim  istəməz  ki, 
tarixdə ilk idman hadisəsində baş rollardan birini məhz o, özü oynamasın?! Həqiqətən tarixi fürsətdir. 
Gələn  ilin  yayında  əzəmətli  Olimpiya  Stadionunda,  Milli  Gimnastika  Arenasında,  Su  İdmanı  Sarayında, 
Heydər  Əliyev  Arenasında,  Tofiq  Bəhramov  adına  Respublika  Stadionunda  və  digər  idman  qurğularımızda 
keçiriləcək yarışlarda çətin sınaqlardan kimin şərəflə çıxacağını, medalların sevincini kimin yaşayacağını zaman 
göstərəcək.  Lakin  başlıcası  budur  ki,  qarşıdakı  yarışlarda  uduzan  olmayacaq,  dostluq  qalib  gələcək, 
mükafatçılarla  yanaşı  məğlublar  da  Avropa  Oyunları  kimi  böyük  bayramın  iştirakçısı  olmaları  ilə  qürur 
duyacaqlar. 
Gündən-günə libasını dəyişib dünyanın ən gözəl paytaxt şəhərlərindən biri kimi beynəlxalq dairələrdə özünə 
rəğbəti durmadan artıran Bakı, sürətli inkişafı ilə diqqət mərkəzində olan, Olimpiya ənənələrinə sədaqət, sabitlik 
və  tərəqqi  nümunəsi  göstərən,  qüdrətli  idman  ölkəsi  olmasına  heç  bir  şəkk-şübhə  yeri  qoymayan  Azərbaycan 
Respublikası öz tarixində ən mühüm idman hadisəsinə səylə, böyük ruh yüksəkliyi şəraitində hazırlaşır. Bütün 
hazırlıq işləri dövlətimizin, şəxsən cənab Prezident İlham Əliyevin gündəlik nəzarətindədir və onların vaxtında, 
yüksək səviyyədə həyata keçiriləcəyinə möhkəm inam hissi heç vaxt bizi tərk etmir. 
Heydər  Əliyev  Fondunun  təşkilatçılığı  ilə  “Bakı  2015”  Avropa  Oyunlarının  təqdimat  mərasimlərinin 
keçirildiyi şəhərlərin siyahısı getdikcə genişlənir. Kann, Afina, Berlin, İstanbul və Parisdə bu tədbirlərdə iştirak 
edənlər paytaxtımızda gələn ilin ən mötəbər idman hadisəsinə hazırlığın yüksək səviyyədə, mütəşəkkil surətdə 
davam etdiyini artıq yaxşı bilirlər. Qitənin idman hərəkatında ən böyük hadisəyə çevriləcək Avropa Oyunlarının 
tarixi Bakıda keçiriləcək yarışlardan hesablanacaq. Paytaxtımız, bütün ölkəmiz üçün bu, böyük şərəfdir! 
 
Yüklə 3,29 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin