İqtisadiyyat anlayışının yaranması İqtisadiyyat



Yüklə 73,89 Kb.
səhifə13/18
tarix02.06.2023
ölçüsü73,89 Kb.
#122877
1   ...   10   11   12   13   14   15   16   17   18
Kol. Sahə iq. cavablar.

Rentabellik – mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən iqtisadi subyektin müəssisənin, təşkilatın, fiziki şəxs kimi təsərrüfat subyektinin fəaliyyətinin iqtisadi səmərəliliyinin göstəricisidir. Rentabellik Əmsalı ( məhsulun rentabelliyi ) – əmtəə vahidinin satışından əldə olunan ümumi mənfəətin maya dəyərinə (istehsal və tədavül məsrəflərinə) nisbəti ilə ölçülür. Bazar iqtisadiyyatı biznes üçün yeni qaydalar diktə edir və mənfəət təsərrüfat fəaliyyətinin uğurlu olmasının başlıca göstəricisi hesab olunur. Mənfəət gəlirləri, xərcləri, itkiləri xarakterizə edərək, təsərrüfat fəaliyyətinin bütün göstəricilərini ümumiləşirir. Mənfəət sayəsində müəssisəsinin fəaliyyətinin effektivliyini və rentabelliyini öyrənmək və onu qiymətləndirmək olar. Mənfəət müəssisənin gələcək fəaliyyətini stimullaşdırcaq mənbə, onun inkişafına təkan verəcək başlıca qüvvə və onun şəxsi kapitalını artırmaq üçün əsas vasitədir.

  1. Mənfəətin bölüşdürülməsi

Mənfəətin düzgün, səmərəli bölüşdürülməsi, onun çoxalması üçün başlıca şərtlərdən biridir. Yəni mənfəət elə meyarlara əsasən bölüşdürülməlidir ki, onun artşrılmasına stimul yaxud, şərait yaratsın. Bazar iqtisadiyyatında mənfəətin bölüşdürülməsi göstəricilər sisteminə əsaslanmalıdır. Burada məhsul istehsalının artımı, maya dəyərinin aşağı salınması, məhsul keyfiyyətinin yüksəldilməsi, istehsal gücündən tam istifadə, məhsulun dünya bazarlarına çıxarılması, fəhlələrin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, səmərəli təkliflərin tətbiqinin nəticələrinin bölüşdürülməsi də nəzərə alınmalıdır.
Bazar iqtisadiyyatı şəraitində mənfəətə təsir edən amillər bunlardır :

  1. Əmək resurslarının səmərəli istifadəsi

  2. Əsas istehsal fondlarının səmərəli istifadəsi

  3. Materialların səmərəli istifadəsi



  1. Vergi nədir və onun xüsusiyyətləri

Vergi - dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədi ilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində dövlət büdcəsinə və yerli büdcələrə köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir.

Yüklə 73,89 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin