İqtisadiyyat anlayışının yaranması İqtisadiyyat



Yüklə 73,89 Kb.
səhifə18/18
tarix02.06.2023
ölçüsü73,89 Kb.
#122877
1   ...   10   11   12   13   14   15   16   17   18
Kol. Sahə iq. cavablar.

Açıq Tender - yuxarıda göstərilən qaydada, iddiaçıların iştirakına məhdudiyyət qoyulmadan keçirilir. Açıq tender keçirilərkən təkliflər tender elanı verildikdən sonra ən azı 30 iş günü ərzində qəbul edilir. Satınalan təşkilata tenderin keçirilməsi barədə ən azı iki dəfə dövrü mətbuatda bildiriş verməlidir. Bunlardan biri qəbul olunmuş təklif zərflərin açılmasına ən azı 30, digəri isə ən azı 20 gün qalmış elan şəklində çıxmalıdır. Tenderdə iştirak etmək istəyən iddiaçı müəssisə, satınalma predmetinin ehtimal olunan qiymətin 0,5%-i və ya tender xərclərinin 1,5 mislindən artıq olmamaq şərti ilə təyin olunmuş haqqı ödəyərək tenderin əsas şərtlər toplusunu əldə edə bilər. Bu məbləğ heç bir şərt altında qaytarılmır. Tenderdə iştirak edən müəssisə öz təklifinə təminat verməlidir. Bu təminat satınalan təşkilat tərəfindən tenderin təklifinin 1-5% məbləğində müəyyənləşir. Təminatın qüvvədə olma müddəti, tender təklifinin qüvvədə olma müddətindən ən azı 30 gün çox olmalıdır. Tender təklifləri satınalan təşkilatın şərtlər toplusunda göstərdiyi meyarlar əsasında qiymətləndirilir və ən sərfəli sayılan tender təklifi qalib sayılır. İkimərhələli Tender - satınalan təşkilatın tender predmetinin xüsusiyyətlərini müəyyənləşdirə bilmədiyi halda keçirilir. Bu zaman ilkin mərhələdə satınalan təşkilat əldə etdiyi təkliflər vasitəsilə malların texniki xarakterini öyrənir və bununla əlaqədar malgöndərənlər ilə müzakirələr aparır. Təkliflər sorğusu - tenderin predmetlərinin alınmasında təcili tələbat yaranarsa, və satınalan müəssisənin açıq tender və satınalmanın digər növərindən istifadəsi vaxt və digər amilər baxımından səmərəsiz sayılarsa tətbiq olunur. Bu növ tenderin keçirilməsinə açıq tendetdən fərqli olaraq vaxt məhdudiyyəti qoyulmur. Məhdud İştiraklı Tender - satınalma predmeti həddən artıq mürəkkəb olduqda və yalnız məhdud sayda malgöndərən olduqda keçirilir. Qapalı Tender - Dövlət əhəmiyyətli və strateji məhsulların alınmasında tətbiq edilir.
Açıq tenderdən başqa digər növ tenderlərin keçirilməsi üçün satınalan təşkilat Satınalmalar üzrə Dövlət Agentliyin razılığını almalıdır.


  1. Bazar iqtisadiyyatının xüsusiyyətləri.

Bazar iqtisadiyyatı azad seçim əsasında müstəqil iqtisadi subyektlərin qеyri-mərkəzləşdirilmiş qərarlar qəbul etdiyi iqtisadi sistemdir. O, ictimai istehsalın təşkilinin elə bir formasıdır, orada istehsalçı və istehlakçılar ictimai əmək bölgüsü sistemində fəaliyyət göstərir, bir-biri üçün işləyir. Öz iqtisadi mənafelərini reallaşdırmaq üçün alqı-satqı əlaqəsinə girirlər. Bu iqtisadi sistemin başlıca məqsədi mənfəətdir, gəlirdir. Cəmiyyətdə bazar münasibətlərinin formalaşması yalnız sırf iqtisadi məsələ olmayıb, həm də ictimai, siyasi, sosial, əxlaqi dəyərlərlə bağlı mürəkkəb bir prosesdir.
Bazar iqtisadiyyatı hər şeydən əvvəl, mülkiyyət müxtəlifliyi ilə, sahibkarlıq və biznes fəaliyyəti ilə səciyyəvidir. Burada iqtisadiyyat azad demokratik prinsiplər əsasında idarə olunur. Bazar iqtisadiyyatı bazar mexanizmi vasitəsilə tənzim olunur. Belə ki, bazar əmtəə tədavülü dairəsini, əmtəələrin alqısı və satqısı üzrə bütün iqtisadi münasibətləri özündə birləşdirir, bir sıra iqtisadi qanunlarda fəaliyyət göstərir. Məsələn, dəyər qanunu, tələb-təklif qanunu, pul tədavülü qanunu, rəqabət qanunu. Bazar iqtisadiyyatının aşağıdakı cəhətlərini qeyd edək, bu sistemdə:
1) Xüsusi mülkiyyətin üstünlüyü şəraitində müxtəlif mülkiyyət formaları movcud olub reallaşır; 2) iqtisadi əlahiddələşdirmə və xüsusi sahibkarlıq fəaliyyəti; 3) İqtisadi azadlıq, sərbəst təsərrüfat fəaliyyəti, iqtisadiyyatın demokratikləşməsi; 4) Qiymətlərin sərbəst müəyyən edilməsi və bazar qiymətlərinin əsas informasiya vasitəsi olması; 5) İqtisadi mənafelərin və rəqabətin təkanverici "mühərrik" rolunu oynaması; 6) Bazar münasibətləri, istehsalçı və istehlakçı əlaqələrinin sabit xarakterdə olması; 7) Bazar əmtəə və xidmət bolluğunun olması və keyfiyyətə tələbatın artması; 8) Tələb və təklif mexanizminin daim fəaliyyətdə olması; 9) Pul münasibətlərinin həlledici rola malik olması; 10) İqtisadiyyatın "açıq" xarakterdə olması və iqtisadi əlaqələrin geniş beynəlmiləl miqyas alması; 11) İstehsalın əsas məqsədinin yüksək mənfəət əldə etmək olmasıdır.
Bazar iqtisadiyyatının əsas əlamətləri:
İqtisadiyyatın əsası-resursları üzərində xüsusi mülkiyyət; Sahibkarlığın azadlığı və maddi məsuliyyəti; İqtisadi tərəfdaşların azad seçilməsi; İqtisadi əlaqə iştirakçılarının şəxsi mənafeləri; Bazar mexanizmləri ilə iqtisadiyyatın özünü tənzimi; Dövlətin iqtisadiyyata minimum müdaxiləsi.
Əsas müsbət cəhətləri:
Yüksək təşəbbüskarlığı və səmərəliliyi stimullaşdırılmaq; Qeyri səmərəli istehsalı aradan çıxarmaq; Əməyin nəticələrinə görə gəlirlərin bölgüsü; İstehlakçılara daha çox hüquq və imkanlar verilməsi; Çoxlu idarəetmə aparatı tələb etmir.
Əsas mənfi cəhətləri:
Cəmiyyətdə qeyri-bərabərliyi sürətləndirir; İqtisadiyyatda çoxlu qeyri-sabitlik yaradır; Cəmiyyətə zəruri olan, lakin qeyri-rentabelli nemətlərə biganədir; Biznesin insanlara və təbiətə verəcəyi zərərə biganədir.
Bazar iqtisadiyyatının nöqsan cəhətləri kimi aşağıdakıları qeyd etmək mümkündür:
Bazar iqtisadiyyatı ölkə əhalisinin müxtəlif dairələri və ictimai təbəqələrinin həyat səviyyəsində kəskin fərqlər yaradır, işsizliyi artırır, sosial ədalətsizliyi gücləndirir, hər şeyi pula, alqı-satqıya yönləndirir; Bazar münasibətləri şəraitində, xüsusilə keçid mərhələsində olan ölkələrdə, istehsalı və iqtisadiyyatın müxtəlif sahələrini vaxtında, habelə çevik surətdə lazım olan nağd puı kütləsi ilə təmin etmək olmur; Bazar iqtisadiyyatı çox vaxt arzuolunmaz nəticələrə- ətraf mühitin çirklənməsinə, ərzaq məhsullarının tərkibində zərərli maddələrin artmasına, narkomaniyanın, sərxoşluğun, zərərli oyunların, əxlaq və milli mentalitetə uyğun olmayan hadisələrin, yoluxucu xəstəliklərin, uşaq baxımsızlığının, cinayətkarlığın artmasına gətirib çıxarır. və s. belə nöqsanları qeyd etmək mümkündür.
Lakin bütün bu çatışmayan cəhətlərə baxmayaraq, bazar iqtisadiyyatı hələlik bəşəriyyətin kəşf etdiyi və təcrübədə sınaqdan keçirdiyi ən optimal iqtisadi sistemdir.

  1. Azərbaycanda bazar iqtisadiyyatına keçidin zəruriliyi

Bazar iqtisadiyyatı yüksək keyfiyyətli məhsul, səmərəli istehsal sturukturu , çevik maliyyə siyasəti, zəruri dövlət ehtiyyatları, əmtəə bazarının bolluğu şəraitində fəaliyyət göstərən bir iqtisadiyyatdır. Bazar iqtisadiyyatı mülkiyyətin çoxnövlülülyünə əmtəə təsərrüfatının geniş inkişafı, tələb və təklifin dinamikliyi, rəqabətin artması, iqtisadi azadlıq, liberallaşma və bazar infrasturukturunun genişlənməsinə əsaslanır. Bazar iqtisadiyyatı müasir səviyyəsinə birdən-birə gəlib çıxmamış və kapitalist istehsal münasibətləri formalaşdıqca bazar münasibətləri də təşəkkül tapmışdır. Ümumiyyətlə, bazar iqtisadiyyatının özünəməxsus xarakterik cəhətləri vardır və bunlara aşağıdakılar aiddir:
1)İqtisadi subyektlərin maksimal sərbəstliyi.
2)İqtisadi subyektlərin mülkiyyətinin bütün növlərinin hüquq bərabərliyinə əsaslanaraq tam məsuliyyət daşıması.
3)Təsərrüfat fəallığının stimullaşdırılması, məhsulun çeşidinin və keyfiyyətin artırılması, xərclərin azaldılması və qiymətlərin sərbəstləşdirilməsi nəticəsində azad rəqabətin mövcudluğu.
4)Qiymətlərin tələb və təklif əsasında formalaşması.
5)Bazar münasibətlərinin dövlət tənzimlənməsi.
6)İqtisadiyyatın açıq olması və onun ardıcıl olaraq dünya iqtisadiyyatına inteqrasiyası.
7)Vətəndaşların sosial müdafiəsinin təmin edilməsi.
8)Bütün dövlət hakimiyyət orqanlarının təsərrüfat fəaliyyətində birbaşa iştirak etməsi.
Bazar iqtisadiyyatının tarixi mərhələlərinə aşağıdakılar aiddir:
1)Azad rəqabət dövrü.
2)Kütləvi istehsal dövrü.
3)Satış dövrü.
4)Post-sənaye (elmi yenilik) dövrü.
5)İqtisadi inkişafın innovasiyasının tətbiqi dövrü.
6)İqtisadi inkişafın səmərəliliyi dövrü.
Bazar iqtisadiyyatı iqtisadi sistemlərin təsiri altında formalaşır və iqtisadi sistemin tipləri belə təsnifləşdirilir.
1)Bazar sistemi:
a)Azad bazar iqtisadiyyatı: XVIII-XIX əsrlər xüsusi mülkiyyətin makro iqtisadiyyatın tənzimlənməsi, çoxlu sayda istehsal və istehlakçının olması.
b)Müasir bazar iqtisadiyyatı elastik olmaqla daxili və xarici şəraitə tez uy-ğunlaşır.
2)Qeyri-bazar sistemi:
a)Ənənəvi – geri qalmış texnika və texnologiya əsasında fəaliyyət göstərən və çoxsahəli iqtisadiyyatı olan.
b)İnzibati amirlik – bütün ehtiyatlara ictimai mülkiyyətin hakim olması.
Bazar iqtisadiyyatı aşağıdakı funksiyaları həyata keçirir:
1)Bazar qismən mərkəzləşmiş qaydada işlənib hazırlanmış iqtisadi siyasət vasitəsidir.
2)Bazar istehsalçıya təsir göstərir.
3)Dövlət idarəetmə orqanlarına mövcud istehsal praporsiyalarının dəyişməsinin bu və ya digər zəruriliyini aydınlaşdırır.
4)Tələbatın natural əşya göstəricilərinin konkretliyini müəyyən edir.
5)Bazar iqtisadiyyatı inzibati amirlik sisteminin əksidir.
Dünya təcrübəsi göstərir ki, hər hansı bir sistemin normal fəaliyyət göstərməsi üçün dövlət həlledici rol oynayır. Bu baxımdan dövlətlə iqtisadiyyatın qarşılıqlı əlaqəsinin, dövlətin iqtisadiyyata müdaxiləsinin optimal nisbəti və hüdudunun müəyyən edilməsi, gözlənilməsi iqtisadiyyatın başlıca problemidir. Bu gün həyata keçirilən bazar iqtisadiyyatı sistemi ictimai tərəqqi və iqtisadiyyatın səmərəli inkişafına nail olmaqdan ibarətdir. Bütün iqtisadi sistemlərdə dövlət iqtisadiyyata müdaxilə edir və bu müdaxilə inzibati amirlik sisteminə nisbətən daha az olur. Çox zaman iqtisadiyyata dövlətin təsiri azaldılaraq azad sahibkarlığın rolu artırılır və bu sahədə aşağıdakı tədbirlər həyata keçirilməyə başlayır, yəni əhalinin gəlirlərindən və sahibkaralrın mənfəətindən tutulan vergilərin səviyyəsi azaldılır, bir sıra dövlət müəssisələri özəlləşdirilir, iqtisadiyyatın planlaşdırılması məhdudlaşdırılır və müəyyən sosial vəzifələrə ayrılan vəsaitlərin həcmi azaldılır, dövlətlə iqtisadiyyatın qarşılıqlı əlaqəsi və dövlətin iqtisadiyyata təsiri 3 istiqamətdə həyata keçirilir. Yəni dövlət iqtisadiyyatın əks təsirinə müvafiq olaraq müdaxilə siyasəti yerinə yetirməklə iqtisadi inkişafına təkan verir, dövləti iq1tisadiyyatı özünə tabe etdirmək cəhdi iqtisadi durğunluğa aparır, dövlət iqtisadi inkişafa bu və ya digər sahədə təsir göstərməklə deformasiya yaradır ki, bunun özü də inkişafda yeni və yaxud müsbət meyillərin yaranmasına gətirib çıxarır


  1. Azərbaycanda bazar iqtisadiyyatının spesifik cəhətləri

Müstəqilliyə nail olduqdan sonra Azərbaycanın bazar iqtisadiyyatına keçməsi obyektiv zərurətə çevrilir. Postsosialist ölkələrdə, o cümlədən Azərbaycanda da bazar iqtisadiyyatının meydana gəlib formalaşması xüsusi keçid dövrü ilə bilavasitə əlaqədardır. Azərbaycan suverenlik və iqtisadi-siyasi müstəqillik qazandıqdan sonra dağılmış iqtisadi sistemi bərpa etmək qeyri-mümkün olduğuna və məqsədəuyğun olmadığına görə onu yalnız bazar iqtisadiyyatına keçidlə əvəz etmək ən doğru yol idi. Məhz SSRİ dağıldıqdan sonra bütün onun tərkibindən ayrılan gənc milli dövlətlər bazar münasibətləri yolu ilə gedən ölkələrin əhatəsində idi. Həmin ölkələrlə iqtisadi əlaqələr yaratmaq, onların dövlətçilik və təsərrüfatçılıq təcrübələrindən siyasi və maddi-mənəvi imkanlardan yararlanmaq üçün bazar iqtisadiyyatı yolunu seçmək tarixi zərurət idi. Ona görə də Azərbaycan ilk növbədə bazar iqtisadiyyatına keçidin hüquqi-normativ bazasını yaratmalı idi ki, bu yolda lazımi addımlar atmağa icazə versin, görülən işlərin hüquqi təminatı olsun. Çox mühüm və lazımi islahatların həyata keçirilməsi tələb olunurdu. Dövlət mülkiyyətinin özəlləşdirilməsi yolu ilə bazar iqtisadiyyatına keçidin mülkiyyət bazasını yaratmaq təmin edilməli idi. Özəlləşdirmə yolu ilə müxtəlif mülkiyyət formaları və onların da əsasında müxtəlif təsərrüfat formalarının yaradılması mümkün olur. Bazar iqtisadiyyatını ayrılmaz tərkib hissəsi olan sahibkarlıq, onun müxtəlif formaları qeyd etdiyimiz mülkiyyət islahatları ilə sıx əlaqədardır. Onu da qeyd etmək lazımdır ki, Azərbaycanda bazar iqtisadiyyatı sisteminin qərarlaşmasına əngəl törədə biləcək bəzi amillər mütləq nəzərə alınmalıdır. Onlardan inhisarçılıq, korrupsiya və rüşvətxorluq, erməni təcavüzü və torpaqlarımızın işğalı məsələsi, qaçqın və məcburi köçkünlər problemi, əhalinin tədiyyə qabiliyyətli tələbinin aşağı olması və s. göstərmək olar . Bütün bu əngəl törədən amillərlə yanaşı real bazar iqtisadiyyatının Azərbaycanda bərqərar olmasına kömək edən xüsusi hallarda vardır. Onlardan Azərbaycanda inkişaf etmiş əmək bölgüsünün olmasını, təbii sərbətlərin bolluğunu, əhalidə bizneslə məşğul olmaq meyillərinin çox olmasını , dövlətin sahibkarlığa dəstək olmasını, respublikanın intellektual kapitalla zəngin olmasını, respublikanın bol təbii sərvətlərinə o cümlədən, bir sıra strateji əhəmiyyətli sərvət mənbələrinə xarici kapitalın xüsusi maraq göstərməsini və s. göstərmək olar.

  1. Bazar iqtisadiyyatının modelləri

Bu qanunlar qarşılıqlı şəkildə fəaliyyət göstərir. Bazar iqtisadiyyatının müxtəlif tipləri və modelləri vardır. Bazar iqtisadiyyatının müasir zamanda əsas tipləri aşağıdakılardır.
1.Azad sahibkarlığa və azad rəqabətə əsaslan bazar iqtisadiyyatı
2.Azad sahibkarlığa və inhisara əsaslanan bazar iqtisadiyyatı
3.Qarışıq bazar iqtisadiyyatı
Qarışıq bazar iqtisadiyyatı tipi daha çox geniş yayılmışdır. Qarışıq bazar iqtisadiyyatının əsas modelləri aşağıdakılardır.
1.Liberal model
2.Sosial yönümlü model
3.Sosial demokratik model
Azad sahibkarlığa və azad rəqabətə əsaslanan bazar iqtisadiyyatı əsl bazar iqtisadiyyatıdır. Bu bazar tipi XVIII əsrin sonu XIX əsrin əvvəllərinə qədər olan dövrü əhatə edir. Azad rəqabətə və inhisara əsaslanan bazar iqtisadiyyatı XIX əsrin sonlarından XX əsrin 30-40 -cı illərinə qədər olan dövrü əhatə edir. Əsas XIX əsrin 70-ci illərindən başlayaraq iqtisadiyyatda inhisar hökranlığı yaranmışdır. Qarışıq bazar iqtisadiyyatı isə XX əsrin 30-40- cı illərindən bu günə qədər olan dövrü əhatə edir. Qarışıq bazar iqtisadiyyatı azad rəqabətə , inhisara və dövlət mülkiyyətinə əsaslanır. Müasir dünyada hakim olan bazar iqtisadiyyatı qarışıq bazar iqtisadiyyatıdır.
Liberal modelin əsas xüsusiyyətləri aşağıdakılardır.
1.İqtisadiyyatda xüsusi mülkiyyətinin çəkisinin çox olması
2.Dövlətin iqtisadiyyatının inkişafına az müdaxiləsi
3.Sahibkarlığın inkişafı
4.Varlılarla yoxsullar arasında fərqlərin çox olması
Liberal model XX əsrin əvvəllərində etibarən ABŞ da mövcud olmuşdur. Hal- hazırda ABŞ iqtisadiyyatı bu modelə yaxındır.
Sosial yönümlü bazar iqtisadiyyatı modelinin əsas xüsusiyyətləri aşağıdakılardır.
1.Qarışıq iqtisadiyyatın mövcud olması
2.İqtisadiyyata dövlətin müdaxiləsinin güclü olması. Xüsusilə sosial sahələrə təhsilə və səhiyyəyə .
3.Dövlət tərəfindən əhaliyə qeyri-istehsal sahələrindəki xidmətlərin pulsuz təşkili, sosial yardımların təşkil edilməsi, vətəndaşlara pulsuz təhsil və səhiyyə xidmətinin göstərilməsi
4.İşsizlərin sayının minumum həddə çatdırılması
5.Mərkəzi bank sisteminin müstəqilliyi və bankların rolunun əhəmiyyətli olması
6.Əmək haqqlarında milli fərqlərin olmaması
Bu model daha çox Almaniyada mövcuddur. Ona görədə bu model alman modeli adlanır.
Sosial demokratik modeli sosial yönümlü bazar iqtisadiyyatı modelidir. Bu modelə əsasən İsveç də yaranmışdır. Ona görədə bu model İsveç modeli adlanır. Bu model Skandinaviya ölkələrində İspaniyada, Portuqaliyada, Yunanıstanda və.s ölkələrdə fəaliyyət göstərir. İsveç modelinin əsas xüsusiyyətləri aşağıdakılardır.
1.Bu model sosial istiqamətlidir.
2.Dövlət qiymətlərin tənzimlənməsinə xüsusi diqqət verir.
3.Az təminatlı təbəqələrə dövlətin himayəsi yüksəkdir.
4.Həyat səviyyəsi yüksəkdir.
5.Son 100 ildən çoxdur ki, ümummilli məhsul orta hesabla ildə 2.5% artmaqla davam edir.
6.İşsizlərin sayı 2-3% -dən çox olmur.
7.Dövlətin iqtisadiyyata diqqəti çox böyükdür. Yerli vətəndaşlara xidmətlərin böyük əksəriyyəti pulsuzdur.
Yüklə 73,89 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin