1.Fiziki kapital. Fiziki kapital, yaxud sadəcə kapitalanlayışı altında əmtəə və xidmətlərin istehsalı üçün istifadə olunan avadanlıqları, bina və tikililəri başa düşürük
Istehsal amillərini əmtəə və xidmətlərin istehsalı üçün istifadə olunan resurslar kimi (əmək, kapital və s.) müəyyən etmişdik. Kapitalın əsas xüsusiyyəti onun istehsalın məhsulu olmasıdır. Başqa sözlə kapital yeni kapital da daxil olmaqla əmtəə və xidmətlərin yaradılması üçün istifadə olunan istehsal amilidir.
2.Insan kapitalı. Insan kapitalı anlayışı altında iqtisadçılar təhsil və əmək fəaliyyəti prosesində fəhlə tərəfindən əldə olunan bilikləri və əmək vərdişlərini başa düşürlər.
3.Təbii resurslar. Əmək məhsuldarlığını müəyyən edən üçüncü amil bir çox istehsal proseslərinin son elementi olantəbii resurslardır - torpaq, su, xammal və faydalı qazıntı ehtiyatları.
4.Texnoloji biliklər. Əmək məhsuldarlığının səviyyəsini müəyyən edən dördüncü amil texnoloji biliklər, yəni cəmiyyət tərəfindən əmtəə və xidmətlərin istehsalının ən yaxşı üsullarının başa düşülməsidir.
Əmək haqqı anlayışı.
Əmək haqqıya təsir edən amillər. (23 ilə birlikdə)
Əmək haqqı işçiyə özünün maddi və mənəvi ehtiyaclarını ödəmək üçüçn əməyin kəmiyyəti,daha doğrusu,onun iş qüvvəsinin dəyəri və keyfiyyəti müqabilində ictimai məhsuldan ayrılan və pul ifadəsində verilən hissəsidir.
Bazar iqtisadiyyatı şəraitində əmək haqqının səviyyəsi aşağıdakı amillərin təsiri altında formalaşır:
Əmək bazarında mövcud olan vəziyyət.Bura iş qüvvəsinə olan tələblə onun təklifi arasındakı tarazlıq dərəcəsi,ölkə də işsizliyin səviyyəsi vəs.
Dövlətin sosial siyasəti, müəyyən edilmiş sosial normativlər- minimum əmək haqqı, minimum istehlak dərəcəsi və s.
İşin xarakteri ilə əlaqədar amillər- işin mürəkkəbliyi,əmək şəraiti,əməyin təhlükəsizlik dərəcəsi,işin icrası üçün məsuliyyətin səviyyəsi,tələb edilən iş təcrübəsi və vərdişlər və s.
Müəssisə ilə bağlı amillər – mülkiyyət mənsubiyyəti,əmək məhsuldarlığının səviyyəsi,müəssisənin gəlirliyi və s.
İstehsal heyəti ilə əlaqədar amillər – işə qəbulun miqyası və müddəti.
Əmək haqqı təşkil olunarkən aşağıdakı prinsiplər nəzərə alınmalıdır: əməyin kəmiyyət və keyfiyyəti; əməyin intensivliyi; iş şəraiti; əmək məhsuldarlığı ilə əmək haqqı arasındakı nisbətlər; istehsalın coğrafi yerləşməsi və s.
Rabitədə (nəqliyyatda)əmək haqqının növləri.
Əmək haqqının nominal, real, orta aylıq, minimum növlərini fərqləndirirlər.
Nominal əmək haqqı–müəyyən iş dövrü ərzində işçilərin sərf etdikləri əməyin kəmiyyət və keyfiyyətinə uyğun olaraq pul və ya natura şəklində ödənilən əmək haqqıdır; hesablanmış (bütün çatası məbləğ) və ələ verilən əmək haqqı (vergilər çıxılmaqla) fərqləndirilir. Əməyə görə bölgü prinsipi öz ifadəsini nominal əmək haqqında tapır.
Real əmək haqqı–maddi nemətlərdə və xidmətlərində ifadə olunan əmək haqqının miqdarıdır. Real əmək haqqının artımı nominal əmək haqqının əmtəələrin qiyməti və xidmətlərin tarifi indeksinə nisbəti ilə müəyyən olunur. Bu zaman əmək haqqından tutulmuş vergilərin məbləği çıxılır.
Orta aylıq əmək haqqı–müəssisənin hər bir işçisinə görə hesablanan əmək haqqının miqdarını səciyyələndirir. Orta aylıq əmək haqqı fondunu muzdlu işçilərin sayına bölməklə müəyyən edilir.
Minimum əmək haqqı–bütün işləyənlər üçün dövlət tərəfindən müəyyən vaxta qəbul edilmiş minimum əmək haqqıdır. Minimum əmək haqqı istehlak qiymətləri indeksinin artması ilə əlaqədar mütəmadi olaraq yenidən baxılır.
Rabitədə(nəqliyyatda) tarif sistemi
Rabitə müəssislərində əmək haqqının tənzimlənməsi və bu sahədə müəyyən sistemlilik yaratmaq üçün,yəni ixtisaslı və ixtisassız,ağır və yüngül,ziyanlı və ziyansız şəraitdə çalışanların arasında əmək haqqı üzrə nisbətin düzgün müəyyən olunması məqsədilə tarif sistemindən istifadə olunur.
Tarif sistemi 3 tərkib hissədən:
Taarif maaşından;
Taarif cədvəlindən;
Taarif ixtisas məlumat ( sorğu)kitabından ibarətdir
Tarif dərəcəsi dedikdə – vaхt vahidi (saat, gün, ay) ərzində yerinə yetirilmiş müəyyən mürəkkəblik səviyyəsində işlərə görə ödənişin həcmi başa düşülür.
Yerinə yetirilmiş işlərin dərəcəsindən asılı olaraq tarif dərəcələrinin həcmi arasındakı nisbət tarif əmsalı vasitəsilə müəyyən edilir.
Tarif iхtisas-məlumat toplusu özündə müvafiq iхtisaslı işçiyə qarşı irəli sürülən tələblər göstərilməklə iхtisasların və əsas iş növlərinin siyahısı əks etdirilir.
Rabitədə tarif bir saat ərzində görülən işlərin həcmi xronometraj metodu ilə müəyyən edilir.Norma hesablanır və hər tarifə uyöun olaraq bir saatın dəyəri müəyyən edilir
Rabitədə (nəqliyyat ) əmək haqqının formaları.
Hazırda əməyin ödənilməsinin müxtəlif formaları mövcuddur: işəmüzd, vaxtamuzd, akkord, son nəticəyə görə və s.