İqtisadiyyat anlayışının yaranması İqtisadiyyat



Yüklə 73,89 Kb.
səhifə7/18
tarix02.06.2023
ölçüsü73,89 Kb.
#122877
1   2   3   4   5   6   7   8   9   10   ...   18
Kol. Sahə iq. cavablar.

A =
Burada : A - amartizasiya norması, manatla ; For - əsas fondların orta illik dəyıri ; Na- amartizasiya normasıdır.
Toplanan pul vəsaitləri əsas fondların tam bərpası üçün nəzərdə tutulan xüsusi pul fonduna – amortizasiya fon­du­na keçirilir. Bu fond əsas fondların bərpası üçün sti­mul yaradır. Amortizasiya fondu əsaslı təmir işlərinin və əmək və­saitlərinin modelləşdirilməsinin maliyyələşdirilməsi mən­­bə­yindən biridir. Amortizasiya ayırmalarını hesablamaq üçün əsas fond­ların fiziki, mənəvi və sosial aşınmasını fərqlən­di­rir­lər. Əsas fondların fiziki aşınması – onların istismarı nə­ti­cəsində, yaxud təbii olaraq, köhnəlməsidir. Əsas fond­la­rın fiziki aşınmasının iki növü: işləməkdən aşınma və təbii aşın­maşı mövcuddur.İşləməkdən aşınma – əsas fondların istismarı prose­sin­də onların istehsal istehlakı nəticəsində, təbii aşınma isə təbii amillərin dağıdıcı təsiri ilə baş verir. Əsas fondların mənəvi aşınması – əmək vasitə­lə­ri­nin texniki istehsal xassələrini itirmə dərəcəsindən asılı olaraq öz ilk dəyərini tədricən itirməsidir. Əsas fondların mə­nəvi aşınmasının iki formasını fərqləndirirlər: onun is­teh­­sal et­di­yi sahələrdə (məsələn, maşınqayırma zavo­dun­da) əmək məh­suldarlığının yüksəldilməsi və eyni növ əmək va­si­tə­lə­ri­nin ucuzlaşdırılması nəticəsində əmələ gə­lir. Əsas fondların mənəvi aşınmasının ikinci forması ye­ni, daha məhsuldar və qənaətcil texnikanın yaranması ilə əla­qədardır. İstehsalda yeni, daha səmərəli əmək və­sa­it­lə­ri­nin geniş tətbiqi köhnə texnikaya (obyektlərə) nisbi fay­da­lılığının aşağı düşməsinə səbəb olur. Əsas fondların mənəvi aşınmasında müəssisənin it­ki­si­ni azaltmağın əsas yolu maşın və avadanlıqlardan daha dolğun və intensiv istifadə etməkdir. İstehsal əsas fondları fiziki, mənəvi və iqtisadi köh­nəl­mə ilə yanaşı sosial cəhətdən də köhnəlirlər. Belə köh­nəlmə, köhnə avadanlıqlara nisbətən istismarı fəhlə üçün daha rahat və cazibədər olan (səssiz, təhlükəsiz, ra­hat və s.) yeni avadanlıqların əmələ gəlməsində özünü göstərir. Əsas fondlar fiziki cəhətdən qismən və tam köh­nə­lir­lər. Onların fiziki cəhətdən qismən köhnəlməsi əsaslı, orta və cari təmirlə aradan qaldırılır. Əsaslı təmirdə – maşın və avadanlıqlar tam sökülür, kor­lanmış qovşaq və hissələr dəyişdirilir. Təmirin nəti­cə­sin­də onlar öz əvvəlki texniki-iqtisadi parametrlərini bərpa edir­lər. Sonra çəkilən xərclər amortizasiya fondu hesabına ödə­nilir. Əsas fondların normal qaydada işləməsi üçün orta tə­mi­rin böyük əhəmiyyəti vardır. Bu təmir əsaslı təmirə nis­bətən daha az mürəkkəb olan işlərin görülməsini nə­zər­də tutur. Orta təmirin əsas vəzifəsi qəzaların baş ve­ril­mə­si­nin, maşının sınmasının və məhsuldarlığının azalmasının qar­şısını almaq məqsədilə profilaktik müayinə keçir­mək­dən və avadanlığın nisbətən sadə təmirindən ibarətdir. Cari (kiçik) təmirə gəldikdə, bu təmir əsas fondların hər gün işlədilməsi ilə əlaqədar olan daha sadə təmir işlərinin görülməsini nəzərdə tutur.



  1. Dövriyyə fondları

İstehsal prosesinin ahəngdar və fasiləsiz getməsini təmin etmək üçün əsas istehsal fondları ilə yanaşı əmək cisimləri,maddi resurslar da lazımdır. Əmək cisimlərinin dövriyyəsi əmək prosesi və əsas istehsal fondları ilə üzvi bağlıdır.İstehsal fondlarının müəyyən hissəsini dövriyyə fondları təşkil edir. Dövriyyə fondları istehsal prosesinin məcburi elementi ,məhsulun maya dəyərinin əsas hissəsidir.
Müəssisədə kifayət qədər dövriyyə vəsaitlərinin olması onun normal fəaliyyəti üçün zəruri şərtdir.
Rabitə müəssisələrində dövriyyə istehsal fondları dedikdə, bir istehsal tsiklində tamamilə sərf olunan, öz dəyərini istehsal olunan məhsulun üzərinə bir dəfəlik və bütünlüklə keçirən və bu halda özünün natural formasını itirən əmək cisimləri başa düşülür.
Müəssisənin dövriyyə fondları 3 hissədən ibarətdir
-İstehsal ehtiyatları
-Bitməmiş istehsal
-Gələcək dövrün xərcləri.

Yüklə 73,89 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin