İqtisadiyyat anlayışının yaranması İqtisadiyyat



Yüklə 73,89 Kb.
səhifə8/18
tarix02.06.2023
ölçüsü73,89 Kb.
#122877
1   ...   4   5   6   7   8   9   10   11   ...   18
Kol. Sahə iq. cavablar.

İstehsal ehtiyatları istehsal prosesinə buraxılmaq üçün hazırlanmış əmək cisimləridir. Onlar xammaldan, əsas və köməkçi materiallardan, yanacaqdan, satın alınmış yarımfabrikatlardan və komplektləşdirici məmulatlardan, tara və tara materiallarından, əsas fondların carı təmiri üçün ehtiyat hissələrindən ibarətdir.
Bitməmiş istehsala emal və ya yığılma prosesində olan materiallar, detallar, qovşaqlar və məmulatlar və s. aiddir.
Gələcək dövrün xərcləri indi çəkilən , lakin gələcəkdə ödəniləcək xərcləri əhatə edir. Bu xərclərə daxildir: yeni məhsulun hazırlanması və mənimsənilməsi üçün lazım olan xərclər, səmərələşdirmə və ixtiralar üçün xərclər,layihə axtarış işlərı üçün xərclər, avadanlığın yerinin dəyişdirilməsi üçün xərclər.
Dövriyyə fondları öz hərəkətində tədavül dairəsinə xidmət edən tədavül fondları ilə əlaqədardır. Tədavül fondların aşağıdakılar daxildir: müəssisənin hesabında və kassada olan pul vəsaitləri, əlavə fəaliyyətə qoyulmuş vəsaitlər, müəssisənin ehtiyatında olan xüsusi geyimlər, debitor borcları və s. aiddir. Dövriyyə fondlarının və tədavül fondlarının yaradılması üçün nəzərdə tutulan pul vəsaitlərinin məcmusu müəssisənin dövriyyə vəsaitlərini təşkil edir.


  1. Müəssisələrin kadrlarının tərkibi.

İstehsal proseslərini həyata keçirmək üçün əsas amil kimi iş qüvvəsi çıxış edir. Müasir zamanda iş qüvvəsinə daha böyük tələblər qoyulur. Peşə-ixtisas əmək bölgüsü daha mürəkkəb işləri sadə işlərdən fərqləndirməyə imkan verir və özünü kadrların peşə-ixtisas və tarif dərəcələri üzrə böl­gü­sündə büruzə verir. Odur ki, peşə-ixtisas üzrə əmək böl­güsü dərinləşdikcə yeni peşələr və ixtisaslar əmələ gəlir.
Hər hansı bir müəssisənin istehsal proqramını yerinə yetirmək üçün zəruri sayda işçilər tələb olunur, onların dəqiq tərkibdə və hazırlığa malik olması vacibdir.
Müəssisənin kadrları, ilk əvvəl, istehsal heyəti (əsas fəaliyyət heyəti) və qeyri – istehsal heyəti (qeyri-əsas fəa­liy­yət heyətli) kimi qruplaşdırılır. İkinci qrupa mənzil-kom­munal təsərrüfatının, uşaq bağçalarının, səhiyyə və yardımçı təsərrüfatlarının işçiləri aiddir. İstehsal heyəti icra etdikləri funksiyaların xarakterinə görə fəhlələr, mühəndis-texniki işçilər, qulluqçular, kiçik xidmətedici heyət, şagirdlər və mühafizə işçiləri kateqo­ri­ya­larına bölünürlər. İstehsal heyətin əsas tərkib hissəsi olan fəhlələr qru­pun bilavasitə məhsul yaradılmasında iştirak edən və ha­be­lə istehsal prosesinin normal gedişatını təmin edən işçilər aid olu­nur­­lar. İcra etdikləri işin xarakterindəki fərqlərə görə fəh­lə­lər kateqoriyasını 4 əsas qrupa bölmək olar:
- texnoloji prosesdə iştirak edən, əmək cismini emal etmək yolu ilə bilavasitə hazır məhsula çevirən fəh­lə­lər.
- xammal, material və hazır məhsulun yarım­fab­ri­kat­la­rın daşınması, anbarlaşdırılması və qorunması ilə məşğul olan fəhlələr;
- əsas fondların təmiri, istehsal avadanlıqlarının pro­fi­laktikasını həyata keçirən, təmiri üçün hissə və tərtibatlar istehsal edən fəhlələr;
- hazır məhsulun keyfiyyətinə nəzarət işini icra edən fəhlələr.
Birinci qrupa daxil olan fəhlələr əsas, digər qruplara aid edilənlər isə köməkçi fəhlələr hesab olunurlar.

Yüklə 73,89 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin