1. sistem proqramları



Yüklə 20,59 Kb.
tarix28.11.2023
ölçüsü20,59 Kb.
#168512
kompyuterin aparat və proqram təminatı


Kompyuter digər qurğulardan fərqli olaraq onun üçün əvvəldən hazirlanmış proqrama uyğun işləyən və ona daxil olan informasiyanın təhlilinə aid istənilən əməliyyatları yerinə yetirən qurğudur.Bu məqsədlə kompyuter üçün onun başa düşə biləcəyi dildə informasiyanın emalı prosesində hansı ardıcıllıqla nə etmək lazım gəldiyini bildirən təlimatlar ardıcıllığı lazımdır.Əslində kompyuter heç bir sahədə nə biliyi nə də düşünmə qabiliyyəti yoxdur,nə də kompyuterheç bir iş görə bilməz.Kompyuterdə hər hansı bir iş görmək üçün hökmən buna uyğun proqram icra olunmalıdır.Proqram maşının addım-addım yerinə yetirəcəyi təlimatlar və yaxud əmrlər məcmusudur.Kompyuterdən istifadə etmək və onun tətbiq sahəsini genişləndirmək üçün hökmən proqram təminatına malik olmalıdır.Proqram təminatı elə proqram kompleksidir ki, onsuz kompyuterin işini təsəvvür etmək mümkün deyil.Kompyuterdə icra olunan proqramı dəyişməklə bir andaca onu mühasiə,bank işçisinə,hər hansı xəstəliyə diaqnoz qoyan həkimə,mühəndisə,rəngsaza,maşın sürən sürücüyə və.s köməkçiyə çevirmək olar.Bu proqramlar həddindən artıq müxtəlifdir və insan fəaliyyətini əhatə edir.Proqram təkcə konkret məsələni həll etmək üçün deyil,istifadəçi ilə kompyuter arasında ünsiyyət yaratmaq ,informasiya emalını təmin etmək lazımdır.Beləliklə kompyuter proqram təminatı dedikdə kompyuterin fəaliyyətini insormasiya emalının təşkili və idarəsini təmin edən proqramlar çoxluğu nəzərdə tutulur.Proqram təminatına daxil olan proqramlar funksiyasına görə 2 bəzəndə 3 qrupa bölmək olar.
1.sistem proqramları
2.tətbiq proqramları
3.alqoritmik proqramları
Sistem proqramlarına aiddir:əməliyyat sistemi ,drayverlər,örtük proqramları,əməliyyat örtükləri,xidməti proqramlar.texniki xidmət,şəbəkə proqramları.
Tətbiqi proqramlara aiddir:mətin redaktorları,nəşriyyat və cədvəl prosesorları,xidmət,qrafik redaktorları,lüğət və tərcümə proqramları,mühasibat proqramları,verilənlər bazasını idarə etmə sistemləri və.s.aid edilir.
3(üç)-üncü tip proqramlara yəni alqoritmik proqramlara isə çox zaman proqramlaşdırma sistemləri və bu tip proqramlar sistem proqramları tipinə aid edilir.Bu tip proqramlar kompyuter üçün yeni proqram yaratmaq məqsədi ilə istifadəçiləri çox güclü vasitələrlə təmin edir.Bu tip proqramlar: alqol,fortran,paskal,kobol,proloq,list və.s aiddir.
Kompyuterin aparat təminatı iki hissəyə ayrılır əsas qurğular və periferiya yəni köməkçi qurğular.Aparat və proqram təminatı bir-birini tamamlayır,ayrı-ayrılıqda heç biri fəaliyyət göstərə bilmir.Ona görə də aparat və proqram təminatı bir vəhdət təşkil edərək kompyuterin ümumi işini təminedirlər.
Yüklə 20,59 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin