Fərdi komputerlərin proqram təminatının strukturu



Yüklə 18,79 Kb.
tarix03.12.2016
ölçüsü18,79 Kb.
#710

Fərdi komputerlərin proqram təminatının strukturu

Fərdi komputerlərdə məsələnin həll edilməsində istifadə olunan proqramlar toplusu komputerin proqram təminatı adlanır. Fərdi komputerlərin tərkibi proqram konfiqurasiyası adlanır. Proqram təminatını 3 kateqoriyaya ayırmaq olar.

Sistem proqram təminatı -müxtəlif növ köməkçi funksiyaları yerinə yetirir. Məs: istifadə olunan informasiyanın nüsxəsini yaradır, komputerin qurğularının işləmə qabiliyyətini yoxlayır və s. prosedurları yerinə yetirir. Sistem proqramları. Sistem proqramları kompyuterin resurslarını – mərkəzi prosessoru, yaddaşı, giriş-çıxış qurğularını idarə etmək üçündür. Onlar bütün istifadəçilər üçün nəzərdə tutulmuş proqramlardır. Kompyuterin sistem proqramları elə hazırlanır ki, tətbiqi proqramlar səmərəli işləyə bilsin.

Sistem proqramları arasında əməliyyat sistemləri xüsusi yer tutur, sistem proq ram təminatının əsasını əməliyyat sistemi təşkil edir. O, fərdi kompyuterlərin vacib elementlərindən biridir. Əməliyyat sistemi kompyuter yandırıldıqda işə düşən, kompyuterin bütün hissələrinin tam bir vəhdət halında işləməsini təminedən və informasiyanı idarə edə bilən proqramlar sistemidir.

Əməliyyat sisteminin köməyilə:


  • kompyuterlə istifadəçi arasında dialoq yaranır;

  • operativ və daimi yaddaş qurğuları işə salınır;

  • kompyuter idarə olunur;

  • istənilən proqram yerinə yetirilməyə başlayır və s.

Vaxtilə IBM PC tipli kompyuterlərdə əsasən Microsoft firmasının hazırladığı MS-DOS əməliyyat sistemindən istifadə olunurdu. Bu əməliyyat sistemində işləyən istifadəçi yalnız konkret bir məsələni həll edə bilərdi. Hazırda fərdi kompyuterlərdə çoxtapşırıqlı əməliyyat sistemlərindən istifadə olunur – fərdi kompyuterlərin yaddaşında eyni zamanda bir neçə proqram və məsələlər olur ki, mikroprosessor kompyuterin resurslarını onların arasında bölüşdürür. Belə əməliyyat sistemlərinə misal olaraq OS/2, MacOS, UNIX, Linux, Windows XP, Windows Vista və digər əməliyyat sistemlərini misal göstərmək olar.
Tətbiqi proqram təminatı:- Fərdi komputerlərdə lazımi işlərin yerinə yetirilməsini təmin edir. Beləki, mətn sənədlərinin redaktə edilməsini, şəkillərin və təsvirlərin hazırlanmasını, informasiya massivinin emal olunmasını və başqa prosedurları yerinə yetirir.

İnstrumental proqram təminatı (sistem proqramlaşdırması) :- proqramlaşdırma dilində komputer üçün yazılmış yeni proqramın emalını təmin edir.

Komputerin proqram təminatının struktur sxemi aşağıdakı kimidir:



Sistem proqram təminatı

Bu proqramlar ümumi istifadəçilidir. Fərdi komputerlərin konkret istifadəsi ilə əlaqəli deyil və ənənəvi funksiyaları yerinə yetirir. Məs: məsələnin planlaşdırırlması və idarə olunması, giriş-çıxış funksiyalarının idarə olunması və s.

Sistem proqram təminatı sisteminə aşağıdakı proqramlar daxildir.

1) Əməliyyat sistemləri (bu proqram komputer işə düşən zaman sərt diskdən operativ yaddaş qurğusuna yüklənilir.)

2) Proqram-örtükləri (komputerlə işləmək üçün istifadəçiyə lazım olan asan proqramlar toplusudur)

3) Əməliyyat örtükəri interfeys sistemləri olub qrafik interfeyslərin yaradılması üçün istifadə olunur. Məs: multiproqramlaşdırma

4) Drayverlər (periferik qurğuların portların idarə olunması üçün istifadə olunanproqramlardır. Və bu proqramlar komputer işə düşən zaman operativ yaddaş qurğusuna yüklənilir.)

5) Utilitlər (disk və fayl sisteminin xidmətinə əsaslanan proqramlardır)

Utilitlərə aşağıdakılar daxildir.


  • Fayl dispetçeri və ya fayl meneceri

  • Verilənlərin dianmik sıxılma üsulu

  • Diaqnostika üsulu-komputerin konfiqurasiyasını idarə etməyə imkan verir.

  • Kommunikasiya proqramları-komputerlər arasında informasiyanı mübadilə etmək üçün istifadə olunur.

  •  Komputerin təhlükəsizlik üsulu (rezerv nüsxələmə, antivirus proqramları)

 

Tətbiqi proqram təminatı

Tətbiqi proqramlar avtonom rejimdə və ya proqram komplekslərinin tərkibində istifadə olunur. Tətbiqi proqramlar fərdi komputerdə müəyyən işlərin yerinə yetirilməsi üçün istifadə edilir. Bunlara mətn sənədlərinin redaktə edilməsi, şəkillərin hazırlanması, elektron cədvəllərin işlənilməsi və s. misal göstərmək olar.

Tətbiqi proqramlara aşağıdakı proqramlar daxildir.


  • MS Office proqram paketinə axil olan bütün proqramlar

  •  Mühasib sistemləri

  • Analitik maliyyə sistemləri

  • CAD sistemləri (avtomatlaşdırılmış sistemlərin layihələndirilməsi)

  • HTML redaktoru ( web səhifələrin hazırlanmasında istifadə olunan teqlər ardıcıllığı)

  • Brauzerlər (web səhifəyə baxmaq üçün proqramlar)

  • Qrafik redaktorlar

  • Ekspert sistemləri

İnstrumental proqram təminatı

İnstrumental proqram təminatı və ya proqramlaşdırma sistemləri proqramlaşdırma dillərində yazılmış yeni proqramların işlənilməsi üçün avtomatlaşdırılmış sistemdir. Hər hansısa proqramlaşdırma dilində proqram yazmaq üçün aşağıdakı komponentlərin olması vacibdir.



  • Kompilyator vəya interpretator-çıxışa göndərilən proqram kompilyator vasitəsilə maşın koduna çevrilir. Böyük proqramlarda çıxış proqramı bir neçə modullardan təşkil olunur. Hər bir modul ayrıca fayl kimi maşın koduna kompilyasiya olunur.  Sonra isə nəticə etibarilə bütün modullar çıxışda birləşir.

  • Əlaqə redaktoru və ya toplayıcı modullar arasındakı əlaqəni yerinə yetirir və çixışda sadə kod şəklində proqramı formalaşdırır. Belə ki, hazır fayl .exe və ya .com fayl genişlənməsində olur.

Son vaxtlar proqlaşdırma sahəsində obyektyönümlü proqramlaşdırmadan geniş istifadə olunur. Bu proqramlaşdırmada hazır vizual komponentlərdən istifadə olunur.










Yüklə 18,79 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin