İqtisadiyyat anlayışının yaranması İqtisadiyyat



Yüklə 73,89 Kb.
səhifə16/18
tarix02.06.2023
ölçüsü73,89 Kb.
#122877
1   ...   10   11   12   13   14   15   16   17   18
Kol. Sahə iq. cavablar.

İnvestisiya – gəlir (mənfəət) və ya sosial səmərə əldə etmək məqsədi ilə təsərrüfatçılığa, sahibkarlıqda və müx­tə­lif növləri obyektlərinə qoyulan maliyyə vəsaitindən, ha­be­lə maddi və intellektual sərvətlərdən ibarətdir.
İnvestisiyalar – həm pul, həm də real kapitala qo­yul­muş vəsaitlərdir. Bu, pul vəsaitləri, kreditlər, daşınan və daşınmaz əmlaka, intellektual mülkiyyətə və digər dəyərli sahələrə qoyulan vəsaitlər şəklində həyata keçirilə bilər. Real kapitala qoyulan investisiyalar əsasən kapitalın təkrar istehsalına və bərpasına səbəb olurlar. İnvestisiya qoyu­lu­şu­nun əsas məqsədi gələcəkdə daha çox gəlir əldə etmək üçün qoyulan xərclərdir, istehsalat vasitələrinə qoyulan əla­və xərclərdir; kapitalın artırılması məqsədilə qoyulan xərc­lərdir və s.
Müəssisələr müxtəlif məqsədlərlə investisiya qoyurlar. Bu məqsədlərin əsasları aşağıdakılardır:
- mövcud istehsalat səviyyəsini qorumaq üçün köh­nəl­miş təchizatın yenisi ilə əvəz edilməsi;
- istehsalat həcminin artırılması üçün vacib olan tex­no­lo­giyanın təmin edilməsi;
- bazara yeni çıxan məhsulları istehsal etmək və yeni tex­nologiyalardan faydalanmaq;
- xərcləri azaltmaq və ya istehsalatı artırmaq və yaxud bun­ların hər ikisinin birlikdə öhdəsindən gəlmək;
- məhsulun istehlakçıya çatdırılmasında daha təsirli va­sitələrə əl atmaq və bölgü kanallarını genişləndirmək;
- istehsal edilən məhsulun keyfiyyətini yüksəltmək və in­kişaf etdirmək;
- iş şəraitinin yaxşılaşdırılmaq;
- ətraf mühitin çirklənməsinin qarşısını almaq, xalqın sağlam­lığını qorumaq və bu məqsədlə mövcud qanun­ve­ri­ci­liyə riayət etmək;
- bazar şərtləri ilə ayaqlaşmaq, bölgədə, ölkədə və dün­ya­da rəqabət üstünlüyünü təmin etmək;
- müəssisənin qarşılaşacağı konkret riskləri aradan qal­dır­maq və ya məhdudlaşdırmaq;
- müəssisənin bazardakı və sənayedəki payını qorumaq və səmərəliliyi artırmaq məqsədilə tədqiqat və inkişaf et­dir­mə fəaliyyətlərini həyata keçirmək;
- müəssisədə işləyənlərin sağlamlığının rifahının qo­run­ması və onların həvəsləndirilməsi və s.



  1. İnvestisiyanın obyektləri

  2. İnvestisiyanın subyektləri. ( 42 ilə birlikdə)

İnvestisiya prosesinin əsas iştirakçıları (subyektləri) xa­rici fiziki və hüquqi şəxslər, habelə dövlət, beynəlxalq təş­kilatlar, şirkətlər və ayrı-ayrı şəxslərdir. Onlar hər bir in­vestisiya prosesində həm təklif, həm də tələblər tə­rə­fin­dən iştirak edə bilirlər.
İnvestisiya (investisiya resurslarına) pul vəsaitlərini, məq­sədli bank əmanətləri, texnologiyalar, maşınlar, təchi­zat, lisenziya, o cümlədən əmtəə nişanları, kreditlər, eləcə də sahibkarlıq fəaliyyəti obyektlərinə qoyulan iqtisadi və so­sial səmərə və gəlir əldə etmək üçün digər əmlak, əm­la­ka hüququ və intellektual dəyərlər aid edilə bilər.
İnvestisiya fəaliyyətinin obyektlərinə yeni yaranmış və mo­dernləşdirilmiş fondlar və xalq təsərrüfatının müxtəlif sahələrindəki dövriyyə vəsaitləri, qiymətli kağızlar, məq­səd­li pul qoyuluşları, elmi-texniki məhsul, eləcə də digər əm­lak obyektləri, əmlak hüququ və intellektual əmlak hü­qu­qu aiddir.
İnvestisiya fəaliyyətinin subyektlərini investorlar, si­fa­rişçilər, iş icraçıları, investisiya fəaliyyəti ob­yekt­lə­ri­nin istifadəçiləri, eləcə də təminatçılar, hüquqi şəxslər (bank, sı­ğorta və vasitəçi təşkilatlar, investisiya birjaları) və in­ves­tisiya prosesinin digər iştirakçıları təşkil edir. İnves­ti­si­ya fəaliyyətinin subyektləri fiziki və hüquqi şəxslər, o cüm­­lədən xarici hüquqi fiziki şəxslər, dövlət və beynəl­xalq təşkilatlar da ola bilər.İnvestor rolunda aşağı­da­kı­lar iştirak edə bilər:
- dövlət və bələdiyyə əmlakını və ya əmlak hüququnu idarəetmə səlahiyyətinə sahib orqanlar;
- yerli fiziki və hüququ şəxslər, sahibkar birlikləri;
- xarici fiziki və hüquqi şəxslər, dövlət və beynəlxalq təşkilatlar.
Sifarişçi rolunda investorlar, eləcə də investor tərə­fin­dən səlahiyyət verilmiş fiziki və hüquqi şəxslər çıxış edə bi­lər. Bu halda bu şəxslər investisiya prosesinin digər işti­rak­çılarının sahibkarlıq və başqa fəaliyyətlərinə müdaxilə et­məməlidirlər.

Yüklə 73,89 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin