İqtisadiyyat anlayışının yaranması İqtisadiyyat


– azad bazarda tələb və təklifin təsiri al­tında formalaşan qiymətlərə deyilir. Hərrac qiymətləri –



Yüklə 73,89 Kb.
səhifə15/18
tarix02.06.2023
ölçüsü73,89 Kb.
#122877
1   ...   10   11   12   13   14   15   16   17   18
Kol. Sahə iq. cavablar.

Azad qiymətlər – azad bazarda tələb və təklifin təsiri al­tında formalaşan qiymətlərə deyilir.
Hərrac qiymətləri – hərrac dükanlarında malların sa­tıl­masında istifadə edilir. Bu qiymətlə mallar müsabiqə əsa­sında sərbəst alınıb-satılır.
Bazar qiymətləri – bazarlarda mala olan tələb və tək­lif­dən asılı olaraq sərbəst surətdə müəyyənləşdirilir və onlar dövlət tərəfindən tənzimlənmir.
Dünya qiymətləri ilə mallar xarici ölkələrin bazar­la­rın­da realizə edilir. Bu növ qiymətlər bazardakı tə­ləb və təklifdən asılı olaraq, tənzimlənir.
Ekspert qiymətləri – ekspertlərin rəyinə, mövcud mə­lu­matlarından və aparılan sorğudan asılıdır.
İnhisar qiyməti – malın bazar qiymətinin spesifik for­ma­sıdır; məhsulun tam maya dəyərindən çox yüksəkdir və ona görə də istehsalçıya-satıcıya əlavə gəlir əldə etməyə imkan verir. Bu qiymət bazarda malın qıtlığı hallarda istifadə olunur.
İstehsal qiyməti – istehsal xərcləri ilə orta mənfəətin cə­mindən ibarət olub, əmtəə dəyərinin çevrilmiş forma­sı­dır.
Komisyon qiymətləri – komisyon mağazasına malı sat­maq üçün təhvil verən mal sahibi ilə komisyonçu ara­sın­da razılaşmaya əsasən müəyyən edilir və bağlanan mü­qa­vilə onun əsasını təşkil edir.
Mövsümi qiymətlər – ən çox kənd təsərrüfatı və ye­yin­ti sənayesi müəssisələrinin məhsullarını (məsələn, don­dur­ma, mineral sular, soklar və s.) satarkən tətbiq olunur. Onun həddi istehsalın həcmindən və vaxt amilindən asılı o­lur.
Müvəqqəti qiymətlər ilə keyfiyyəti yaxşılaşdırılmış və istehsalçıların böyük tələbatı olan mallar satılır.
Müqavilə qiymətlərinin həddi tərəflərin, yəni isteh­sal­çılar ilə istehlakçılar arasında razılaşma əsasında müəy­yən edilir. Onlar hazırda istehsalçı ilə istehlakçı dövlətin işti­rakı olmadan müəyyən olunurlar.
Limit qiyməti istehsalçı (satıcı) ilə razılaşdırılmaqla tap­­şırığı (sifariçi) verən təşkilat (sifarişçi) tərəfindən müəy­­­yən edilir və qiymətin mümkün maksimal səviy­yə­si­ni ifadə edir. Onun həddini bazar topdansatış qiymətləri müəy­yən edir.
Satınalınma qiymətləri, əsasən kənd təsərrüfatı məh­sul­­ları üçün müəyyən edilir Bu qiymətlə fermer tə­sər­rü­fat­la­­rından və kənd əhalisindən kənd təsərrüfatı malları satın alı­­nır və iri şəhər və rayonlarda satılır. Pərakəndə satış qiy­­mətləri xalq istehlakı mallarının satılmasında tətbiq edi­­lir.
Topdansatış qiymətləri – ilə istehsalçı müəssisələr (sa­tı­cılar) öz məhsullarını digər müəssisələrə və əhaliyə sa­tır­lar
İstehlak qiyməti – bazarda rəqabət nəticəsində yara­nır. Bu növ qiymətin əsasını məhsulun istehlak dəyəri təş­kil edir. Məhsulun istehlak dəyəri dedikdə, onun isteh­lak­çı­­nın bu və digər tələbatının ödəmə qabiliyyəti nəzərdə tu­tu­lur.
İş qiyməti – işə görə əmək haqqı sistemində işçinin saatlıq, günlük və aylıq (illik) əmək haqqının kəmiyyətini hesabladıqda tətbiq edilir.
Müqayisəli qiymətlər – məhsulun qiymətləndirilməsi məq­sədilə müxtəlif dövrlərdə onun həcmini müqayisə et­mək və ya dinamika göstəricilərini müəyyənləşdirmək üçün tətbiq edilir.
Regional qiymətlər  daxili bazarda tətbiq edilir. Re­gio­­nal qiymətlərin həddi müxtəlif regionlarda eyni de­yil­dir.
Sabit qiymətlər – əsasən, dövlət tərəfindən strateji əhə­­miyyətli məhsullar (məsələn, neft, qaz, enerji və s.) üçün təyin edilir və müəyyən edilmiş müddətlərdə də­yiş­məz qalır.
İxrac qiymətləri – xarici ölkələrə məhsul satılan zaman tətbiq edilir və s. qiymətlər.


  1. Qiymətin funksiyaları.

Qiymət öz təyinatına görə bir çox funksiyaları yerinə ye­tirir. Onlardan, əsasən, uçot, stimullaşdırıcı və bö­lüş­dü­rü­­cü funksiyalarını təşkil edir. Uçot funksiyası  ictimai əmək sərfinin və nəticələrinin uçotu və ölçülməsi ilə əla­qə­­dardır; stimullaşdırıcı funksiya – istehsalın surətinə, məh­­sulun çeşidinin təzələnməsi və keyfiyyətinin yük­səl­dil­məsinə, texnoloji avadanlıqların işə salınmasının sü­rət­lən­dirilməsinə, materiala qənaət edilməsinə və əmək sər­fi­nin azaldılmasına və s. qiymətin təsir göstərməsi ilə bağ­lı­dır; bölüşdürücü funksiya – mallara olan tələb və təklifin nis­bətinə, istehsalın və istehlakın optimal strukturunun formalaşmasına təsir göstərir.


  1. Rabitə tarifləri.

Rabitə xidmətlərinə tariflər - bu abunəçi və istifadəçilərə ictimai, istehsal və şəxsi məqsədlərlə istifadə üçün göstərilən pullu xidmətlərdir. Tarifləri əsas və əlavə xidmətlərə tariflərə bölürlər.
Əsas xidmətlərə tariflər pullu xidmətlərə əsasən müəyyən edilir. Məs. Əsas xidmət tarifləri poçt rabitəsində göndərişlərin çəkisindən və ya köçürülən pulun məbləğindən asılı olaraq təyin olunur. Teleqraf rabitəsində sözlərin sayından, telefon rabitəsində isə danışıq məntəqələri arasındakı məsafədən asılı olaraq təyin edilir.
Əlavə xidmətlərə tariflər əlavə bölmə kimi qeyd olunur. Məs. Beynəlxalq danışıqlar zamanı abunəçilərə danışıq müddəti danışığın abunəçinin hesabına ödənilməsi barədə məlumat verilir.
Xidmətlərin ödənilməsinə əsasən tariflərin 3 növü var: ümumi, təcili və güzəştli.
Ümumi tarifə müəyyən keyfiyyətə malik pullu xidmətlərin növləri aiddir.
Təcili tariflər abunəçilər məlumatın ötürülməsini tezləşdirmək istədikdə tətbiq edilir.
Güzəştli tariflər ümumi tariflərdən nisbətən endirimli ayrı-ayrı xidmət növlərinə tətbiq edilir. Məs. Axşam və gecə saatlarında, bayram günlərində telefon rabitəsində qiymətlərin aşağı salınması buna misaldır.


  1. İnvestisiya anlayışı.


Yüklə 73,89 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin