İqtisadiyyat anlayışının yaranması İqtisadiyyat

Yüklə 73,89 Kb.
səhifə12/18
tarix02.06.2023
ölçüsü73,89 Kb.
#122877
1   ...   8   9   10   11   12   13   14   15   ...   18
Kol. Sahə iq. cavablar.

Xərclər- firmaların istehsalda istifadə etmək üçün istehsal amillərinə həyata keçirdikləri ödəmələrdir. Firmanın əldə etdiyi mənfəət birbaşa olaraq xərclərlə bağlıdır. Əgər xərclər gəlirdən az olarsa, mənfəət, çox olarsa, zərər formalaşar.
Yuxarıda qeyd etdiyimiz kimi xərclər uzunmüddətli və qısa müddətli olur. Bundan əlavə, xərclər birbaşa və dolayı olaraq da təsnifləşdirilir. Birbaşa xərclər istehsal amillərini əldə etmək üçün həyata keçirilən ödəmələrdir. Dolayı xərclər isə ödəmə həyata keçiririlməyən istehsalçıya məxsus istehsal amillərinin alternativ dəyəridir. Bunu bir misalla izah edək, əgər bir proqramçı öz şirkətini açmaq üçün kompüter alırsa, bu onun birbaşa xərcidir. Amma öz şirkətini açan proqramçı artıq başqa yerdə işləyə bilməyəcək və nəticə etibarı ilə əmək haqqı əldə etməyəcək. Proqramçının ala bilməyəcəyi bu maaş onun dolayı (alternativ) xərci olur

  1. Məhsulun maya dəyəri

  2. Maya dəyərinə təsir edən amillər (29 ilə birlikdə)

Maya dəyərinin quruluşu dedikdə,ona daxil olan məsrəflərin nisbəti,yəni məhsulun tam maya dəyərində müxtəlif məsrəflərin xüsusi çəkisi başa düşülür.
Hazırda rabitədə məsrəflərin iqtisadi ünsürlərinə əsasən aşağıdakı qruplaşdırma qəbul edilmişdir: 1) xam­mal və əsas materiallar; 2) köməkçi materiallar; 3) kə­nar­dan alınan yanacaq; 4) kənardan alınan enerji; 5) əsas və­sa­itlərin amortizasiyası; 6) əmək haqqı; 7) ictimai sığorta üçün ayırmalar; 8) başqa pul xərcləri.
Əmək haqqı xərclərinə işçilərə natural və pul formasında ödənilən ödəmələr aiddir.Bura:

  1. tarif stafkasına,vəzifə dərəcəsinə və s. görə ödənilən əmək haqqı

  2. yüksək istehsal nəticələrinə görə ödəmələr

  3. ziyanlı iş şəraitinə, gecə və axşam saatlarına görə ödəmələr və s.

  4. yemək və iş geyiminə çəkilən xərclər

  5. məzuniyyət və təhsil xərcləri və s.

Əsas fondların xərcləri ilə əvvəlki dərslərimizdə artıq tanış olmuşuq. Bura əsas fondların aşınması xərcləri və amortizasiyası aiddir
Material məsrəflərinə aşağidakılar aiddir :

  1. material və ehtiyat hissələrinin alınmasına, həmçinin alətlərin, qurğuların, əsas fondların istismar prosesində yoxlanılmasını həyata keçirmək üçün laborator qurğuların alınmasına çəkilən xərclər

  2. yanacaq, su və enerjinin alınması xərcləri

  3. nəqliyyat xərcləri, əsasən də poçt daşımalarının dəmir yol,hava və digər nəqliyyat vasitələri ilə daşınmasına xərclər və s.

Digər xərclərə əvvəlki maddələrə daxil olmayan xərclər aiddir :

  1. əsas fondların təmiri

  2. lizinq (icarə) xərcləri

  3. mülkiyyətin könüllü və məcburi sığortalanması

  4. elmi və təcrübi konstruktor işləmələrinə xərclər

  5. kommunal xidmətlərə xərclər (istilik- təchizat, işıqlandırma, su təchizatı və s.)

  6. vergilərin ödənilməsinə xərclər

  7. xidmətlərin sertifikatlaşdırılması xərcləri

  8. xidməti nəqliyyatın saxlanmasına xərclər

  9. yanğından mühafizə xidmətinə xərclər

  10. kadrların hazırlanması üçün müqavilə üzrə işçilərin işə götürülməsi xərcləri

  11. auditor,hüquqi,informasiya xidmətlərinə xərclər

  12. ezamiyyət xərcləri

  13. marketinq,bazarın öyrənilməsi və reklam xərcləri

  14. təşkilatın idarə edilməsi xərcləri

  15. dəftərxana xərcləri.

  1. Müəssisənin gəlirləri

Müəssisənin istehsal fəaliyyətinin əsas göstəricisi mən­­fəətdir, onu qazanmaq naminə o, bütün imkanlarını onun alınmasına yönəldir.
Mənfəət müəssisənin istehsal – təsərrüfat fəaliyyətini xa­rakterizə edən ümumiləşdirici göstəricilərindən biri olub, onun xalis gəliri formasında çıxış edir. Mənfəət əmtə­­əlik məhsulu (işin, xidmətin) satışından əldə edilən ümumi gəlirin bir hissəsidir; istehsala çəkilən bütün xərc­lə­ri həmin gəlirdən çıxdıqdan sonra əmələ gəlir. Ona görə də eyni istehsal şəraitində satılan məhsulunun həcmi art­dıq­ca, bazar topdansatış qiyməti yüksəldikcə və maya də­yə­ri aşağı düşdükcə müəssisənin də mənfəətinin məbləği ar­tacaqdır.
Müəs­sisənin balans, hesablaşma və əmtəəlik məhsul isteh­sa­lından əldə edilən mənfəət növləri fərqləndirilir.
Balans mənfəəti müəssisənin bütün istehsal-təsər­rü­fat fəaliyyətinin nəticəsindən, istehsal və qeyri-istehsal fəa­liyyətinin bütün növləri, o cümlədən realizədən kənar gəlir və itkiləri saldosu üzrə mənfəətin ümumi məb­lə­ğin­dən ibarətdir.
Müəssisənin hesablaşma mənfəəti gəlir vergisi və bank kreditlərinin həcmi qədər balans mənfəətindən azdır.
Əmtəəlik məhsul istehsalından əldə edilən mənfəətin məbləği məhsulun bazar topdansatış qiyməti ilə onun tam maya dəyəri arasındakı fərqi xarakterizə edir. Ondan məh­sul vahidinin rentabellik səviyyəsini müəyyən etdikdə isti­fa­də edilir.
İstehsalın rentabellik səviyyəsi müəyyən vaxt (məsə­lən, rüb, il) dövründə müəssisənin istehsal-təsərrüfat fəa­liy­yətinin mənfəətliliyini (yaxud ziyanlığını) xarakterizə edir. İstehsalın rentabellik səviyyəsinin yüksəldilməsi nəti­cə­sində müəssisənin əldə edəcəyi illik mənfəətin məblə­ği­ni təyin etmək üçün plan ilində buraxılacaq məhsulun həc­mi­ni istehsalın plan və bazis rentabellik səviyyəsinin fər­qi­nə vuraraq, 100%-lə bölərək tapırlar.
Maddi-enerji ehtiyatlardan səmərəli istifadə isteh­sa­lın mənfəətliliyinin təmin olunmasında mühüm rol oyna­yır.

  1. Mənfəət və rentabellik

Maddi-enerji ehtiyatlardan səmərəli istifadə isteh­sa­lın mənfəətliliyinin təmin olunmasında mühüm rol oyna­yır. Mənfəət bazar münasibətlərinin kateqoriyası kimi aşa­ğıdakı funksiyaları yerinə yetirir:
- firmanın fəaliyyəti nəticəsində əldə edilmiş iqtisadi səmərəni xarakterizə edir;
- firmanın maliyyə resurslarının əsas elementidir;
- müxtəlif səviyyəli büdcələrin gəlir hissəsinin for­ma­laşmasının mənbəyidir.
Zərər də müəssisənin fəaliyyətində müəyyən rol oy­na­yır. O, maliyyə vəsaitlərindən istifadə, istehsalın təşkili və məhsulun satışı istiqamətində müəssisənin uğur­suz­luq­lar­ını göstərir.
Müəssisə və istehsal firmalarında mənfəətin öz kə­miy­yətinəiqtisadi məzmununa və funksional təyinatına görə dörd göstəricisi formalaşır. Bütün bu hesablamaların ba­zasında müəssisənin istehsal-təsərrüfat və ya firmanın is­teh­sal – kommersiya fəaliyyətinin əsas göstəricisi olan balans mənfəəti dayanır. Verginin hesablanması üçün xü­su­si göstərici – ümumi mənfəət, bunun əsasında isə vergi tutulan və vergiyə cəlb edilməyən mənfəət hesablanır. Ver­gilər və büdcəyə digər ödəmələr edildikdən sonra ba­lans mənfəətinin qalan hissəsi xalis mənfəət adlanır. O, müəs­sisənin fəaliyyətinin son maliyyə nəticəsini xarak­te­ri­zə edir. Balans mənfəətinə üç əsas element:
a) məhsulun reallaşdırılmasından, işlərin yerinə yeti­ril­məsindən, xidmətlərin göstərilməsindən, mənfəət (zə­rər); b) müəssisənin əsas vəsaitlərinin və digər əmlakının reallaşdırılmasından daxil olan mənfəət (zərər); c) reallaşdırmadan (satışdan) kənar əməliyyatlarının maliyyə nəticələri daxildir.

Yüklə 73,89 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   18

Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə

yükləyin