İqtisadiyyat anlayışının yaranması İqtisadiyyat



Yüklə 73,89 Kb.
səhifə11/18
tarix02.06.2023
ölçüsü73,89 Kb.
#122877
1   ...   7   8   9   10   11   12   13   14   ...   18
Kol. Sahə iq. cavablar.

İşəmuzd əmək haqqı forması əsasən o istehsal sahələrində tətbiq edilir ki, orada buraxılış məhsulun və ya yerinə yetirilən işlərin həcmini müəyyən etmək mümkündür. Bu zaman əmək haqqının məbləği hazır məhsulun və ya yerinə ye­tirilmiş işin miqdarından asılı olaraq müəyyən olunur. Əməyin ödənişinin işə­muzd formasının bir başa işəmuzd, işəmuzd mükafatla və işəmuzd mütə­rəq­qi sistemləri mövcuddur.
Vaxtamuzd əmək ödənişi o istehsal sahələrində tətbiq olunur ki, orada buraxılan məhsulun və ya yerinə yetirilən işin həcmini müəy­yən etmək mümkün deyil. Vaxtamuzd ödəniş zamanı əmək haqqı yerinə ye­ti­ril­miş işin miqdarı və keyfiyyətindən asılı olmayaraq işlənmiş vaxtın miqdarına görə hesablanır. Vaxtamuzd əmək ödənişi forması sadə vaxtamuzd və müka­fat­lı vaxtamuzd sistemə bölünür.
Əsas əmək haqqı dedikdə işlənmiş vaxta, yerinə yetirilmiş işin miqdarına və həcminə görə hesablanmış əmək haqqı və onlara edilmiş əlavələr, müka­fat­lar və s. ödəmələr nəzərdə tutulur.
Əlavə əmək haqqı isə fəhlə və qulluqçulara əmək qanunvericiliyi və müqavilələr üzrə işlənliməmiş vaxta görə hesablanan ödə­mələr (məzuniyyətin ödənilməsi, dövlət və ictimai işlərin yerinə yetiril­mə­si­nə görə ödəmə,analıq məzuniyyətində verilən fasilələrin ödənilməsi, yeniyet­mə­­lə­rin güzəştli satları və s.) başa düşülür.
Əmək haqqının akkord ödənişi sistemində əmək haqqının həcmi hər bir məhsul istehsalı üzrə deyil,görüləcək işin ümumi həcmi üzrə müəyyən olunur. Görüləcək işin ümumi dəyərinin məbləği norma-vaxtla və tariflər müəyyən olunur. Görüləcək iş həcmi üzrə konkret icra planı müəyyən olunur və onun icra vaxtı əvvəlcədən müəyyənləşdirilir. Bu forma tikinti təşkilatlarında, avtonəqliyyat müəsisələrində auditor xidmətinin təşkilində və sairə məhsul istehsalı nəticəsi ilə əlaqədar olaraq tətbiq olunur.


  1. İstehsal xərclər

İstehsal mövcud istehsal amillərindən istifadə edərək insan ehtiyaclarını təmin edəcək əmtəə və xidmətlərin formalaşdırılması prosesidir. İstehsalı həyata keçirən təsisçilər tərəfindən qurulan və məhsul satışı ilə bağlı qərar verən quruluşa isə müəssisə deyilir.
İstehsal prosesi qısa və uzunmüddətli olmaqla iki yerə ayrılır. Qısamüddətli dövr xərclərin ən azı birinin sabit olduğu, digərlərinin isə dəyişdirilə bildiyi vaxt kəsiyidir. Bu dövrdə sabit xərclər kimi adətən daşınmaz əmlak, istehsal avadanlıqları və s. çıxış edir. İşçi qüvvəsi və xammal isə dəyişən xərclərə aid edilir. Çünki, firmanın qısa müddət ərzində yeni bir bina alması və ya bahalı avadanlıqlar quraşdırması o qədər asan deyildir, amma artan tələbə qarşılıq olaraq yeni işçilərin qəbulu, daha çox xammalın cəlb olunması mümkün addımlardır. Uzunmüddətli dövr isə müəssisənin yuxarıda adını çəkdiyimiz və ümumilikdə bütün istehsal amillərinin həcmini dəyişə bildiyi vaxt kəsiyidir.

Yüklə 73,89 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin