Amort I z a s I y a uzunmüddətli aktivlərin amortizasiyasının iqtisadi mahiyyəti



Yüklə 26,55 Kb.
səhifə1/6
tarix30.11.2022
ölçüsü26,55 Kb.
#71549
  1   2   3   4   5   6
TTA amortizasiya


A M O R T İ Z A S İ Y A

  1. Uzunmüddətli aktivlərin amortizasiyasının iqtisadi mahiyyəti

Məlumdur ki, uzunmüddətli aktivlər biznesdə xüsusi əhəmiyyətə malik olmaqla istənilən müəssisənin potensialının (maddi - texniki bazasının) əsasını təşkil edir. Deməli təşkilati-hüququ formasından asılı olmayaraq hər bir müəssisə öz maliyyə təsərrüfat fəaliyyətini həyata keçirmək üçün uzunmüddətli aktivlərdən istifadə edir.
Həmin aktivlərə binalar, tikililər, qurğu və avadanlıqlar, nəqliyyat vasitələri, hesablama texnikasını (kompyuterləri), lisenziyaları və s. misal göstərmək olar.
Beynəlxalq uçot və hesabatın standartlarında uzunmüddətli aktivlər dedikdə müəssisə tərəfindən nəzarət olunan, keçmiş hadisələr nəticəsində yaranmış və bir ildən artıq olan müddətdə müəssisəyə fayda gətirəcək iqtisadi resurslar başa düşülür.
Uzunmüddətli aktivlər müəssisədə fasiləsiz olaraq istifadə olunur və öz dəyərini hissə–hissə istehsal olunan məhsulların, yerinə yetirilən işlər və göstərilmiş xidmətlərin üzərinə keçirir. Uzunmüddətli aktivlərin əsas hissəsini əsas vəsaitlər təşkil edir. Müəssisə əsas vəsaitləri başqa müəssisəyə sata, dəyişdirə və icarəyə verə bilər.
Müəssisə müvəqqəti olaraq malik olduğu aktivləri istifadəyə yaxud borca, başqa müəssisəyə sata, dəyişdirə və icarəyə verə bilər. Bu zaman istifadə olunan uzunmüddətli aktivlər fiziki və mənəvi cəhətdən köhnəlmişdirsə, onları balansdan silə bilər. Benəlxalq uçot təcrübəsində amortizasiyaya uzunmüddətli aktivlərə daha çox xərclərə necə silinməsi baxımından yanaşılmışdır. Yəni əsas diqqət onlara çəkilən xərclərin (amortisayiyanın) necə hesablanıb tanınması və maliyyə hesbatında öz əksini tapmasına yönəldilmişdir. Uzunmüddətli maddi aktivləri amortizasiya olunmasına görə 3 əsas kateqoriyaya bölmək olar:

  1. bina, tikili, qurğu və avadanlıqlar - onlar köhnəlir;

  2. təbii resurslar - tükənir;

  3. torpaq – köhnəlmir.

Birinci qrup aktivlər istehsal prosesində iştirak etdikcə tədricən fiziki təsir nəticəsində aşınma şəklində öz dəyərini istehsal olunmuş məhsulun (işin) üzərinə keçirir.
Təbii resurslar olan aktivlərin dəyəri istifadə olunduqca tükənir. Məhz buna görə də təbii resursların sərfi prosesi onların ehtiyatlarının azalmasına səbəb olur ki, bu da həmin ehtiyatların tükənməsi (depletion) adlanır.
Torpağa gəldikdə isə o yeganə uzunmüddətli aktivdir ki, istifadə olunduqca öz dəyərini tam itirmir. Zaman keçdikcə torpaq dəyəri bərpa edilir və əvvəlki vəziyyətinə qayıda bilər. Ona görə də torpağa köhnəlmənin hesablanması doğru deyil. Yalnız il ərzində torpağa çəkilən xərclər öz dəyərini məhsulun üzərinə keçiriyi üçün amortizasiya (amortization) oluna bilər. Torpağın faydalı istifadə müddəti qeyri-müəyyən olduğuna görə ona köhnəlmə və tükənmə hesablamaq mümükün deyil. Uzunmüddətli aktivləri tənzimləyən Beynəlxalq və Milli uçot standartlarında amortizasiya ilə bağlı bir sıra anlayışlardan istifadə olunur ki, onların mənası aşağıdakı kimi verilir:

Yüklə 26,55 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin