Amort I z a s I y a uzunmüddətli aktivlərin amortizasiyasının iqtisadi mahiyyəti



Yüklə 26,55 Kb.
səhifə3/6
tarix30.11.2022
ölçüsü26,55 Kb.
#71549
1   2   3   4   5   6
TTA amortizasiya

Düzxətt metodu;

  • Azalan qalıq metodu;

  • İstehsal vahidi (funksional) metodu;

  • Faydalı istifadə müddətindəki illərin sayının cəmi metodu.

    Amortizasiyanın hesablanmasının qeyd edilən metodların hər biri hesablanma üsuluna görə fərqli xüsusiyyətlərə malikdir. Onların hər birini ayrı-ayrılıqda izah edək.
    Düzxətt metodu beynəlxalq praktikada ən çox tətbiq edilən metod olmaqla “ bərabər paylanma metodu” da adlandırılır. Düz xətt metodunun tətbiqi zamanı amortizasiya məbləği aktivin ilk dəyərindən ləğvetmə dəyəri çıxıldıqdan sonra onun faydalı istifadə müddəti illərinin sayına bölünməsi yolu ilə müəyyən olunur.
    Ləğvetmə dəyəri aktivin faydalı istifadə müddətinin sonunda onun satılması ehtimal olunan dəyəridir. Bir məsələni diqqətdə saxlamaq lazımdır ki, aktivlərin faydalı istifadə müddəti bitsə də onlar yenə də müəyyən dəyərə malik olur. Qeyd edilən bu dəyərlə müəssisə onu satıb pula çevirə bilər ki, uçot praktikasında həmin dəyər ləğvetmə dəyəri adlanır.
    Düz xətt metodu ilə amortizasiya məbləği aşağıdakı düsturla hesablanır:

    Beynəlxalq praktikada azalan qalıq metodu beynəlxalq praktikada tətbiqinə görə ən çox tətbiq edilən ikinci metod hesab olunur. Bu metodla amortizasiyanın hesablanması aktivlərin qalıq dəyərindən sabit faiz dərəcəsi ilə hesablanmış məbləğin çıxılması yolu ilə müəyyən olunur. Bu metodda ləğetmə dəyəri əvvəlcədən deyil, hesablamanın sonunda hesablanır. Azalan qalıq metodu aktivin faydalı istismar dövrü ərzində ayırmaların azalması ilə nəticələnir. Azalan qalıq metodu ilə amortizasiyanın hesablanması metodu illər üzrə aşağıdakı düsturla hesablanır:
    I il Amortizasiya = İlkin - Amortizasiya = Qalıq xərci dəyər norması üzrə xərc dəyəri
    II il Amortizasiya = İlkin - Amortizasiya = Qalıq xərci dəyər norması üzrə xərc dəyəri
    III il Amortizasiya = İlkin - Amortizasiya = Qalıq xərci dəyər norması üzrə xərc dəyəri
    Düsturdan göründüyü kimi cari ilin amortizasiya xərci ilin əvvəlinə olan qalıq dəyərindən amortizasiya xərcinin çıxılması ilə hesablanır. Amortizasiya xərci ilin sayıdan birbaşa asılıdır. Faydalı istifadə müddəti nə qədər uzun olarsa, amortizasiya xərci bir o qədər olacaqdır.
    Azalan qalıq metodu vasitəsi ilə uzunmüdətli aktivin amortizasiyanı hesablayaraq xərcə silmək praktiki olaraq çox gec müddətə başa gəlir. Məhz buna görə də beynəlxalq praktikada sürətlənmiş amortizasiya metodu kimi “ikiqat azalan qalıq metodu”ndan istifadə edilir. “İkiqat azalan qalıq metodu”nun məntiqi yuxarıda müəyyən olunan amortizasiya normasının ikiyə vurulmasından asılıdır. Nəticədə amortizasiya olunan aktivin amortizasiya xərci də iki dəfə artacaq və onun amortizasiya olunma müddətində qalıq dəyərinin iki dəfə azalmasınana gətirib çıxaracaq.


    Yüklə 26,55 Kb.

    Dostları ilə paylaş:
  • 1   2   3   4   5   6




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin