Şüa diaqnostikası ixtisası üzrə nümunəvi test sualları



Yüklə 0,98 Mb.
səhifə1/17
tarix14.01.2017
ölçüsü0,98 Mb.
#5189
  1   2   3   4   5   6   7   8   9   ...   17
Şüa diaqnostikası ixtisası üzrə nümunəvi test sualları
( 161 və 215 sualdan ibarət olan fayl 1000 sualın tərkibində mövcuddur)

Şüa diaqnostikasının ümumi sualları
1) Rentgenoqramanın qeometrik qeyri-dəqiqliyi aşağıdakılardan hansından asılı deyil?

A) Pasiyent-plyonka məsafəsindən

B) Fokus-plyonka və pasiyent-plyonka məsafələrdən

C) Çəkiliş zamanı pasiyentin hərəkətindən

D) Fokus ləkəsinin ölçülərindən

E) Fokus-plyonka məsafəsindən


Ədəbiyyat: Л.Д.Линденбратен, И.П.Королюк «Медицинская радиология и рентгенология» М.Медицина, 1993. 560 с.
2) Rentgen şəklin böyüdülməsi necə əldə edilir?

A) Fokus-plyonka məsafəsinin artırılması ilə

B) Obyekt-plyonka məsafəsinin artması vasitəsi ilə

C) Fokus ləkəsinin ölçülərinin artması ilə

D) Fokus-obyekt məsafəsinin artırılması ilə

E) Heç biri düzgün deyil


Ədəbiyyat: Л.Д.Линденбратен, И.П.Королюк «Медицинская радиология и рентгенология» М.Медицина, 1993. 560 с.
3) Rentgen şüalanmanın sahəsi hansı intervalda yerləşir?

A) İnfraqırmızı və ultrabənövşəyi şüalanma arasında

B) Radiodalğalar və maqnit sahəsi arasında

C) Radiodalğalar və infraqırmızı şüalar arasında

D) Ultrabənövşəyi şüalanma və maqnit sahəsi arasında

E) Ultrabənövşəyi və qamma-şüalanma arasında


Ədəbiyyat: Л.Д.Линденбратен, И.П.Королюк «Медицинская радиология и рентгенология» М.Медицина, 1993. 560 с.
4) Rentgen şüalanmanın hansı xüsusiyyətləri onun bioloji təsirini müəyyən edir?

A) Bioloji toxumalarda istiqamətinin dəyişməsi

B) Daxil olma qabiliyyəti

C) Şüa yayılmasının sürəti

D) Atomların ionizasiyalanma qabiliyyəti

E) Cavabların hamısı doğrudur


Ədəbiyyat: Л.Д.Линденбратен, И.П.Королюк «Медицинская радиология и рентгенология» М.Медицина, 1993. 560 с.
5) Hansı toxuma ionizasiya şüalanmasına qarşı daha həssasdır?

A) Qanyaradıcı toxumalar

B) Dəri toxuması

C) Epitel toxuması

D) Əzələ toxuması

E) Miokard toxuması


Ədəbiyyat: Л.Д.Линденбратен, И.П.Королюк «Медицинская радиология и рентгенология» М.Медицина, 1993. 560 с.
6) Sİ sistemində ekvivalent dozanın vahidi nədir?

A) Zivert

B) Qrey

C) Rad


D) Ber

E) Rentgen


Ədəbiyyat: «Руководство по ядерной медицине» под ред. Т.П.Сиваченко. Киев.1998.536с.
7) Zivert vahidi nəyə bərabərdir?

A) 100 mlR

B) 1 Rentgen

C) 100 Rad

D) 10 Ber

E) 0.1 Qrey


Ədəbiyyat: «Руководство по ядерной медицине» под ред. Т.П.Сиваченко. Киев.1998.536с.
8) Sİ sistemində qəbul olunmuş dozanın vahidi nədir?

A) Rad


B) Qrey (Qr)

C) Rentgen (R)

D) Zivert (Z)

E) Ber
Ədəbiyyat: «Руководство по ядерной медицине» под ред. Т.П.Сиваченко. Киев.1998.536с.


9) Bir Qrey nəyə bərabərdir?

A) 1.000 Rad

B) 10.000 Rad

C) 10 Rad

D) 100 Rad

E) 0,1 Rad


Ədəbiyyat: «Руководство по ядерной медицине» под ред. Т.П.Сиваченко. Киев.1998.536с.
10) Hansı doza rentgen ilə ölçülür?

A) Ekvivalent

B) Daxil olunmuş

C) Bioloji

D) İonizasiyalı

E) Ekspozision


Ədəbiyyat: Л.Д.Линденбратен, И.П.Королюк «Медицинская радиология и рентгенология» М.Медицина, 1993. 560 с.
11) Kompüter tomoqrafiyası (KT) zamanı hansı detektorlardan istifadə olunur?

A) Adi rentgen ekranlardan

B) Gücləndirilmiş rentgen ekranlardan

C) Yarımkeçirici element və ksenon detektorlardan

D) Ancaq yarımkeçirici elementlərdən

E) Ancaq ksenon detektorlardan


Ədəbiyyat: D.Sutton “Radiology and Imaging for Medical Students”. London. 1988. 252 p.
12) Kompüter tomoqrafiyasında “güclənmə” üsulu nə deməkdir?

A) Rentgen şəklin generatorunun gərginliyinin yüksəlməsi

B) Obyektin incə təbəqələrinin alınması ilə

C) Rentgen şüavericinin çəkilən obyekt ətrafında hərəkət sürəti

D) Verilən cavabların hamısı doğrudur

E) Rentgen kontrast maddənin damara vurulması şərti ilə tomoqrafiya


Ədəbiyyat: Baxşiyev B.Ə. Radiodiaqnostika. Bakı. 2007. 446 s.
13) Həkim rentgenoloqun iş vaxtı neçə faiz təşkil etməlidir?

A) İş vaxtının 100 %-ni

B) İş vaxtının 80 %-ni

C) İş vaxtının 40 %-ni

D) İş vaxtının 50 %-ni

E) İş vaxtının 60 %-ni


Ədəbiyyat: А.Я.Кацман «Лучевые нагрузки и противолучевая защита при рентгенодиагностических процедурах». Л.Медицина. 1966. 240 с.
14) İlk növbədə pasiyentin hansı orqan və toxumaları rentgen şüalanmadan qorunmalıdır?

A) Süd vəzləri

B) Sümük iliyi və cinsiyyət vəzləri

C) Qalxanabənzər vəzi

D) Dəri

E) Miokard


Ədəbiyyat: Л.Д.Линденбратен, И.П.Королюк «Медицинская радиология и рентгенология» М.Медицина, 1993. 560 с.
15) Yaşayış binalarında rentgen kabineti yerləşdirmək olarmı?

A) Zirzəmidə qurmaq olar

B) Yaxşı təchiz olunmuş qoruma şəraitində olar

C) Olmaz


D) Polis icazə versə, olar

E) Olar
Ədəbiyyat: А.Я.Кацман «Лучевые нагрузки и противолучевая защита при рентгенодиагностических процедурах». Л.Медицина. 1966. 240 с.


16) Rentgen kabinetinin şöbə müdiri həkim-rentgenoloqun vəzifə yükünü görməlidir?

A) Həkim-rentgenoloqun natamam vəzifə yükünü təmin edir

B) Həkim-rentgenoloqun tam vəzifə yükünü təmin edir

C) Həkim-rentgenoloqun vəzifə yükünü görməli deyil

D) Həkim-rentgenoloqun vəzifə yükü administrasiya tərəfindən təyin olunur

E) Həkim-rentgenoloqun vəzifə yükünün 50 %-ni təmin edir


Ədəbiyyat: А.Я.Кацман «Лучевые нагрузки и противолучевая защита при рентгенодиагностических процедурах». Л.Медицина. 1966. 240 с.
İnformatikanin təməlləri
17) İnformasiya miqdarının vahidi nədir?

A) Bit


B) Meqahers

C) Düym


D) Amper

E) Müəyyən vaxt anında aparılan operasiya miqdarı


Ədəbiyyat: Т.А.Гаврилова, В.Ф.Хорошевский «Базы знаний интеллектуальных систем» СПб. Питер. 2001. 256с.
18) Personal kompüterdə informasiyanın saxlanması hansı vasitələrlə həyata keçirilir?

A) İnformasiya bərk (hard ) diskdə saxlanılır

B) Klaviaturanın köməyi ilə saxlanılır

C) İnformasiya monitorda saxlanılır

D) İnformasiya modemdə saxlanılır

E) İnformasiya printerdə çap olunub saxlanılır


Ədəbiyyat: А.Левин «Самоучитель работы на компьютере» СПб. Питер. 2003. 656 с.
Şüa diaqnostika üsullarinin fizio-texniki təməlləri
19) Rentgenoloji şüalanma dozasının qüvvəsinin ölçü vahidi nədir?

A) Qrey


B) Ber

C) Rentgen/dəq

D) Rad

E) Rentgen


Ədəbiyyat: Л.Д.Линденбратен, И.П.Королюк «Медицинская радиология и рентгенология» М.Медицина, 1993. 560 с.
20) Aşağıdakılardan hansı elektromaqnit dalğaları hesab olunmur?

A) Rentgen şüaları

B) Radio dalğalar

C) İnfraqırmızı şüalar

D) Rentgen və infraqırmızı şüalar

E) Səs dalğaları


Ədəbiyyat: Т.И.Сиваченко, Д.С.Мечев «Руководство по Ядерной Медицине». Киев. 1998. 534с.
21) Rentgen borusu fokusunun kiçik olması nəyə təsir edir?

A) Şəklin keyfiyyətinin azalmasına

B) Yarımkölgəliyin azalmasını yaradır

C) Şəklin ölçüləri böyüməsinə

D) Geometrik pozulmanın artmasına

E) Detalların dəqiqliyinin azalmasına


Ədəbiyyat: А.Н.Кишковский, Л.А.Тютин, Г.Н.Есиновская «Атлас укладок при рентгенологических исследованиях». Л. Медицина. 1987. 520 с.
22) Seyrəldici rastdan istifadə nəyə gətirib çıxarır?

A) Şəklin daha həcmli və kontrastlı alınmasına

B) Kontrastlığın azalması ilə ikinci şüanın təsirinin azalmasına

C) Şəkilin daha həcmli yüksəlməsi

D) İkinci şüanın təsirinin azalması və kontrastlığın yüksəlməsinə

E) Həmin şəklin kontrastında ikinci şüanın azalmasına


Ədəbiyyat: А.Н.Кишковский, Л.А.Тютин, Г.Н.Есиновская «Атлас укладок при рентгенологических исследованиях». Л. Медицина. 1987. 520 с.
23) Kiçik fokuslu rentgen borusunun fokusunun ölçüləri nəyə bərabərdir?

A) 0.2 x 0.2 mm

B) 1 x 1 mm

C) 2 x 2 mm

D) 5 x 5 mm

E) 4 x 4 mm


Ədəbiyyat: А.Н.Кишковский, Л.А.Тютин, Г.Н.Есиновская «Атлас укладок при рентгенологических исследованиях». Л. Медицина. 1987. 520 с.
24) Gücləndirici ekranlar ekspozisiyanı neçə dəfə azaldır?

A) 100 dəfəyədək

B) 5 dəfəyədək

C) 1.5 dəfəyədək

D) 50 dəfəyədək

E) 10 dəfəyədək


Ədəbiyyat: Бахшиев Б.А. Лучевая диагностика. Баку. 2001. 522 c.
25) Ən çox şüalanmanı nə verir?

A) Rəqəmsal rentgenoqrafiya

B) Rentgenoteleskopiya

C) Lyuminessent ekranlı rengenoskopiya

D) Elektrorentgenoqrafiya

E) Klassik rentgenoqrafiya


Ədəbiyyat: Baxşiyev B.Ə. Radiodiaqnostika. Bakı. 2007. 446 s.
26) Aşağıdakılardan hansı rentgen plyonkanın xüsusiyyətləri ilə əlaqəli deyil?

A) Kontrastlılığı

B) Qaralmanın həcmi

C) Keyfiyyəti

D) Keyfiyyət və kontrastlılığı

E) Şəklin ölçüsü


Ədəbiyyat: А.Н.Кишковский, Л.А.Тютин, Г.Н.Есиновская «Атлас укладок при рентгенологических исследованиях». Л. Медицина. 1987. 520 с.
27) KT müayinə metodunda hansı şüalardan istifadə olunur?

A) Alfa şüalarından

B) Rentgen şüalarından

C) Qamma şüalarından

D) İnfraqırmızı şüalardan

E) Pozitron şüalanma enerjisindən


Ədəbiyyat: Ф.И.Тодуа, В.Д.Федоров, М.И.Кузин «Компьютерная томография органов брюшной полости». 1991. 446с.
28) Maqnit Rezonans Tomoqraf cihazlarının maqnit gərginliyi nə ilə ölçülür?

A) Gauss


B) Watt

C) Qrey


D) Volt

E) Tesla
Ədəbiyyat: Holger Petterson MD «Общее руководство по радиологии» Институт NICER, Москва. 1995. 1330 с., часть1


29) Radionuklid aktivliyin ölçü vahidi nədir?

A) Bekkerel

B) Qrey

C) Rad


D) Zivert

E) Rentgen


Ədəbiyyat: “Azərbaycan Respublikasının Səhiyyə Qanunvericiliyi”. Bakı. 2004. 264 s.
Rentgenoloji tətqiqatlarda radioloji təhlükəsizlik
30) Ekspozisiya dozasının vahidi nədir?

A) Rentgen

B) Zivert

C) Küri


D) Ber

E) Qrey
Ədəbiyyat: “Azərbaycan Respublikasının Səhiyyə Qanunvericiliyi”. Bakı. 2004. 264 s.


31) Qəbul olunmuş dozanın vahidi nədir?

A) Qrey


B) Ber

C) Zivert

D) Bekkerel

E) Rentgen


Ədəbiyyat: “Azərbaycan Respublikasının Səhiyyə Qanunvericiliyi”. Bakı. 2004. 264 s.
32) Sİ sistemində ekvivalent dozasının vahidi nədir?

A) Zivert

B) Coul

C) Rentgen



D) Rad

E) Qrey
Ədəbiyyat: “Azərbaycan Respublikasının Səhiyyə Qanunvericiliyi”. Bakı. 2004. 264 s.


33) Kəskin şüa xəstəliyinin inkişafı üçün ilkin doza miqdarı hansıdır?

A) 1 Qr


B) 0.5 Qr

C) 2 Qr


D) 5 Qr

E) 3 Qr
Ədəbiyyat: А.Я. Кацман «Лучевые нагрузки и противолучевая защита при рентгенодиагностических процедурах» Л.Медицина. 1966. 240 с.


34) Sağlam insanlarda tibbi rentgenoloji yoxlama və elmi təcrübələr zamanı aparılan şüalandırmanın illik effektli dozasının maksimum həddi neçə olmalıdır?

A) 5.0 mZv

B) 0.5 mZv

C) 4.0 mZv

D) 1.0 mZv

E) 2.0 mZv


Ədəbiyyat: “Azərbaycan Respublikasının Səhiyyə Qanunvericiliyi”. Bakı. 2004. 264 s.
35) Rentgen aparatının şüalarına qarşı müdafiə nə zaman lazımdır?

A) Bütün gün ərzində

B) Yalnız rentgenoloji şüalandırmanın generasiyası zamanı

C) Yalnız rentgenoskopik tədqiqatlar zamanı

D) İş günü ərzində

E) Yalnız rentgenoqrafik tədqiqatlar zamanı


Ədəbiyyat: А.Я. Кацман «Лучевые нагрузки и противолучевая защита при рентгенодиагностических процедурах» Л.Медицина. 1966. 240 с.
36) Rentgenoloji tədqiqatlar zamanı şüalanmaya ən çox hansı mütəxəssislər məruz qalır?

A) Travmatik ixtisas otaqlarındakı həkim-rentgenoloqlar

B) Ümumi ixtisas otaqlarındakı həkim-rentgenoloqlar

C) Angioqrafik ixtisas otaqlarındakı həkim-rentgenoloqlar

D) Rentgenolaborantlar

E) Flyuoqrafik ixtisas otaqlarındakı həkim-rentgenoloqlar


Ədəbiyyat: Baxşiyev B.Ə. Radiodiaqnostika. Bakı. 2007. 446 s.
37) Hamiləliyin ilk dövrlərində tibbi şüalandırma xəbərdarlığını nə vaxt aparmaq lazımdır?

A) Reproduktiv dövrdə olan qadınlarda flüroqrafiyanın istifadə etməmək

B) Rentgenoloji müayinələri menstrual tsiklin ilk 10 günündə aparmaq

C) Rentgenoloji müayinələri menstrual tsiklin ikinci yarısında aparmaq

D) Rentgenoloji müayinələdən əvvəl qadını ginekoloqun yanına göndərmək

E) Rentgenoloji müayinələri menstrual tsikldən əvvəl aparmaq


Ədəbiyyat: А.Я. Кацман «Лучевые нагрузки и противолучевая защита при рентгенодиагностических процедурах» Л.Медицина. 1966. 240 с.
Baş və boyun xəstəliklərinin şüa diaqnostikasi
38) Görmə sinir kanalının vəziyyəti haqqında daha çox məlumatı hansı kəllə rentgenoqramması verir?

A) Şüller proyeksiyası

B) Ön-arxa proyeksiya

C) Çənə-burun proyeksiyası

D) Reze üsulu ilə çəp proyeksiya

E) Burun-alın proyeksiyası


Ədəbiyyat: А.Н.Кишковский, Л.А.Тютин, Г.Н.Есиновская «Атлас укладок при рентгенологических исследованиях». Л. Медицина. 1987. 520 с.
39) Üz sümüklərinin vəziyyəti haqqında hansı proyeksiyalı rentgenoqram əsas məlumata malikdir?

A) Yan proyeksiya

B) Şüller proyeksiyası

C) Düz arxa proyeksiya

D) Düz ön proyeksiya

E) Burun-çənə proyeksiyası


Ədəbiyyat: И.Г.Лагунова «Рентгеноанатомия скелета». М. Медицина. 1981. 368 с.
40) Göz yuvasında yad cismi təyin etmək üçün hansı proyeksiyalı rentgenoqramlar çəkilməlidir?

A) Şüller proyeksiyası

B) Reze üsulu ilə çəp proyeksiya

C) Düz arxa proyeksiya

D) Burun-çənə proyeksiyası

E) Burun-alın, arxa və yan proyeksiyalar


Ədəbiyyat: В.В.Яковец. «Рентгено-диагностика заболеваний органов головы, шеи и груди». Санкт-Петербург. 2002. 570 с.
41) Kəllə qapağı sümüklərinə hansı sınıqlar aiddir?

A) Basılmış

B) Köndələn

C) Çəp sınıq

D) Luksasion

E) “Yaşıl budağın” sınığı


Ədəbiyyat: В.В.Яковец. «Рентгено-диагностика заболеваний органов головы, шеи и груди». Санкт-Петербург. 2002. 570 с.
42) Hansı proyeksiyalı rentgenoqram türk yəhərinin müayinəsi üçün daha informativdir?

A) Kəllənin alın-burun proyeksiyasının rentgenoqramı

B) Kəllənin yan proyeksiyada rentgenoqramı

C) Burun-çənə proyeksiyası

D) Yan proyeksiyada türk yəhərinin tuşlanmış rentgenoqrafiyası

E) Ənsə proyeksiyası


Ədəbiyyat: А.Н.Кишковский, Л.А.Тютин, Г.Н.Есиновская «Атлас укладок при рентгенологических исследованиях». Л. Медицина. 1987. 520 с.
43) Udlaqarxası absesin xarakterik rentgenoloji əlaməti nədir?

A) Boyun fəqərələri səviyyəsində prevertebral sahənin qaz “qovuqcuqları” və “təbəqələri” hesabına yumşaq toxumaların genişlənməsi

B) Qırtlağın deformasiyası

C) Onurğanın boyun fəqərələrinin lordozun düzlənməsi

D) Qırtlağın arxa divarının selikli qişasının qalınlaşması

E) Boyun fəqərələri lordozunun düzlənməsi və qırtlağın deformasiyası


Ədəbiyyat: В.В.Яковец. «Рентгено-диагностика заболеваний органов головы, шеи и груди». Санкт-Петербург. 2002. 570 с.
44) Kəllənin yaş xüsusiyyəti hansıdır?

A) Kəllə qapağın eni

B) Tikişlərin vəziyyəti

C) Sinusların inkişafı

D) Damar şırımlarının şəkli

E) Barmaq basıqlarının inkişafı dərəcəsi


Ədəbiyyat: И.Г.Лагунова «Рентгеноанатомия скелета». М. Медицина. 1981. 368 с.
45) Hipofiz adenomasının ən dəqiq rentgenoloji əlaməti hansıdır?

A) Əsas cibin pnevmatizasiyasının artması

B) Türk yəhəri ölçülərinin böyüməsi

C) Əsas cibin pnevmatizasiyasının azalması

D) Türk yəhəri diafraqmasının kirəcləşməsi

E) Türk yəhəri hissələrinin osteoporozu


Ədəbiyyat: В.В.Яковец. «Рентгено-диагностика заболеваний органов головы, шеи и груди». Санкт-Петербург. 2002. 570 с.
46) “Kəllə qapağı sümüklərinin “relyefi” termini nə deməkdir?

A) Bütün sadalanan şəkillər

B) Venoz sinusların şəkli

C) Barmaq basıqların şəkli

D) Damar şəkli

E) Arterial şırımların şəkli


Ədəbiyyat: В.В.Яковец. «Рентгено-диагностика заболеваний органов головы, шеи и груди». Санкт-Петербург. 2002. 570 с.
47) Mielom xəstəliyi zamanı kəllə sümüklərində destruktiv ocaqların xarakterik xüsusiyyəti hansıdır?

A) Birləşməyə meyillik

B) Destruktiv ocaqlarının ayrı-ayrı yerləşməsi

C) Diffuz hiperostoz

D) Qeyri-dəqiq konturları

E) Yumşaq toxuma komponentinin olması


Ədəbiyyat: А.Г.Веснин, И.И Семенов. «Атлас лучевой диагностики опухолей опорно-двигательного аппарата». Москва. 2002. часть1. 181c.
48) Hansı xəstəlik zamanı kəllə qapağı sümüklərində periostal dəyişiklər müşahidə olunur?

A) Eozinofil qranuloma

B) Ateroma

C) Osteoma

D) Osteosarkoma

E) Epidermoid


Ədəbiyyat: А.Г.Веснин, И.И Семенов. «Атлас лучевой диагностики опухолей опорно-двигательного аппарата». Москва. 2002. часть1. 181c.
49) Kəllə sümüklərinin osteosklerozu nəyə xarakterikdir?

A) Vərəmli ostit üçün

B) Mielom xəstəliyi üçün

C) Osteomiyelit üçün

D) Hiperparatireoid osteodistrofiya üçün

E) Fibroz displyaziya üçün


Ədəbiyyat: В.В.Яковец. «Рентгено-диагностика заболеваний органов головы, шеи и груди». Санкт-Петербург. 2002. 570 с.
50) Kəllə qapağı sümüklərinin hemangiomasına hansı rentgenoloji əlamətlər xarakterikdir?

A) Hiperostoz

B) Nekrotik sahəli osteoliz

C) Kifayətlənmiş osteoskleroz

D) İriyuvalı strukturlu lokal osteoporoz sahəsi

E) Yayılmış hücrələr


Ədəbiyyat: А.Г.Веснин, И.И Семенов. «Атлас лучевой диагностики опухолей опорно-двигательного аппарата». Москва. 2002. часть1. 181c.
51) Kəllə sümüklərinin epidermoidlərinə xarakterik olan nədir?

A) Konturların qeyri-dəqiqliyi

B) Yeyilmiş konturlar

C) Osteoporotik konturlar

D) Qalınlaşmış konturlar

E) Dəqiq sklerotik konturlar


Ədəbiyyat: В.В.Яковец. «Рентгено-диагностика заболеваний органов головы, шеи и груди». Санкт-Петербург. 2002. 570 с.
52) Hansı xəstliklər zamanı kəllə rentgenoqrammasında kirəcləşmə daha çox xarakterikdir?

A) III mədəciyin dibinin qlioması

B) Qulaq xolesteatoması

C) Eozinofil adenoma

D) Kraniofaringioma

E) Xromofob adenoma


Ədəbiyyat: В.В.Яковец. «Рентгено-диагностика заболеваний органов головы, шеи и груди». Санкт-Петербург. 2002. 570 с.
53) Kraniostenozun əsas əlaməti hansıdır?

A) Barmaq basıqlarının izləri

B) Kəllə qapağı sümüklərinin incəlmələri

C) Kəllə tikişləri vaxtından tez bitişir

D) Kəllənin deformasiyası

E) Kəllənin asimmetrik forması


Ədəbiyyat: В.В.Яковец. «Рентгено-диагностика заболеваний органов головы, шеи и груди». Санкт-Петербург. 2002. 570 с.
54) Kraniofaringiomanın ən xarakterik əlaməti hansıdır?

A) Türk yəhəri nahiyəsinin patoloji kirəcləşməsi

B) Sümük destruktiv ocağı

C) Periostal reaksiyası

D) Əsas cibin pnevmatizasiyasının pozulması

E) Türk yəhəri ölçülərinin və formasının dəyişməsi


Ədəbiyyat: С.А.Рейнберг «Рентгендиагностика заболеваний костей и суставов». Москва. 1964. часть2. 571 с.
55) Kəllə qapağı sümüklərinin birincili bədxassəli şişi üçün nə xarakterikdir?

A) Qeyri-düz formalı destruksiya ocağı

B) “İynə-spikul” şəkilli periostit

C) Diffuz hiperostoz

D) Yumşaq toxumaların komponenti

E) Skleroz ocağı


Ədəbiyyat: Baxşiyev B.Ə. Radiodiaqnostika. Bakı. 2007. 446 s.
56) Görmə siniri şişinin rentgenoloji əlamətinə nə aiddir?

A) Yumşaq toxuma komponenti

B) Birtərəfi ekzoftalm

C) Kəllə əsası sümüklərinin destruksiyası

D) Görmə siniri dəliyinin ətrafındakı sümüklərinin destruksiyası

E) Göz yuvasının destruksiyası


Ədəbiyyat: В.В.Яковец. «Рентгено-диагностика заболеваний органов головы, шеи и груди». Санкт-Петербург. 2002. 570 с.
57) Kəllə sümüklərində osteomanın əsasən lokalizasiyası haradır?

A) Haymor cibi

B) Ənsə sümüyü

C) Xəlbir labirintin hüceyrələri

D) Əsas cib

E) Alın cibi


Ədəbiyyat: А.Г.Веснин, И.ИСеменов. «Атлас лучевой диагностики опухолей опорно-двигательного аппарата». Москва. 2002. часть1. 181c.
58) Daxili qulağın vəziyyəti haqqında daha çox məlumatı nə verir?

A) Mayer proyeksiyasındakı kəllənin rentgenoqramması

B) Kəllənin ön düz icmal rentgenoqramması

C) Yan rentgenoqramma

D) Şüller proyeksiyasındakı kəllənin rentgenoqramması

E) Stenvers proyeksiyasındakı kəllənin rentgenoqramması


Ədəbiyyat: В.В.Яковец. «Рентгено-диагностика заболеваний органов головы, шеи и груди». Санкт-Петербург. 2002. 570 с.
59) Xroniki irinli otit əsasən hansı hal ilə fəsadlaşır?

A) Nevrinoma

B) Yevstaxit

C) Xolesteatom yaranması ilə

D) Rinit

E) Sinusit


Ədəbiyyat: В.В.Яковец. «Рентгено-диагностика заболеваний органов головы, шеи и груди». Санкт-Петербург. 2002. 570 с.
60) Daxili qulaq şişi (nevrinoma) rentgen semiotikasına nə aiddir?

A) Daxili qulaq keçəcəyinin daralması

B) Daxili qulaq keçəcəyinin genişlənməsi

C) Piramidanın osteoporozu

D) Piramidanın sklerozlaşması

E) Yumşaq toxuma komponenti


Ədəbiyyat: В.В.Яковец. «Рентгено-диагностика заболеваний органов головы, шеи и груди». Санкт-Петербург. 2002. 570 с.
61) Bütün burun ətrafı ciblərinin vəziyyəti haqqında daha çox məlumatı nə verir?

A) Alın-burun proyeksiyasının düz rentgenoqramması

B) Yan çəkilmiş rentgenoqramma

C) Düz çəkilmiş rentgenoqramma

D) Burun-çənə proyeksiyasının rentgenoqramması

E) Yarımaksial çənə proyeksiyasının açıq ağız ilə rentgenoqramması


Ədəbiyyat: В.В.Яковец. «Рентгено-диагностика заболеваний органов головы, шеи и груди». Санкт-Петербург. 2002. 570 с.
62) Haymor cibinin sürətli rentgenoloji dinamikası nə zaman qişa ödemdə rast gəlinir?

A) Vazomotor rinosinusopatiya zamanı

B) Qeyri-kəskin haymorit zamanı

C) Kəskin haymorit zamanı

D) Xroniki haymorit zamanı

E) Xroniki haymoritin kəskinləşməsi zamanı


Ədəbiyyat: В.В.Яковец. «Рентгено-диагностика заболеваний органов головы, шеи и груди». Санкт-Петербург. 2002. 570 с.
63) Burun ətrafı ciblərin bədxassəli şişlərinin əsas əlaməti nədir?

A) Cib formasının dəyişməsi

B) Sümükdə destruksiya

C) Cib ölçüsünün dəyişməsi

D) Cib fonunda əlavə kölgəlik

E) Cibdə tündləşmə


Ədəbiyyat: В.В.Яковец. «Рентгено-диагностика заболеваний органов головы, шеи и груди». Санкт-Петербург. 2002. 570 с.
64) Adenoidlərin rentgenoloji əlamətlərinə nə aiddir?

A) Ağız-udlaq hissəsində əlavə kölgəlik

B) Udlaq-qırtlaq hissədə əlavə kölgəlik

C) Qırtlaq hissəsində əlavə kölgəlik

D) Burun-udlaq hissəsinin əlavə kölgəliyi

E) Burun boşluğunda əlavə kölgəlik


Ədəbiyyat: В.В.Яковец. «Рентгено-диагностика заболеваний органов головы, шеи и груди». Санкт-Петербург. 2002. 570 с.
65) Kəllə sümüklərində adamantinoma lokalizasiyası haradadır?

A) Ənsə sümüyü

B) Üst çənə

C) Alt çənənin cismi və bucaq nahəyəsidir

D) Hamısı aiddir

E) Haymor cibi


Ədəbiyyat: Baxşiyev B.Ə. Ümumi rentgenologiya. Bakı, 1976. 340 s.
Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin