Şüa diaqnostikası ixtisası üzrə nümunəvi test sualları


) Böyrək KLS-nin uzunluğu 11.7 sm¬-dır. Böyrək sinusu parenximatoz çıxıntı ilə natamam olaraq 2 hissəyə ayrılıb. Bu səkil hansı faktor hesabına yarana bilər?



Yüklə 0,98 Mb.
səhifə8/17
tarix14.01.2017
ölçüsü0,98 Mb.
#5189
1   ...   4   5   6   7   8   9   10   11   ...   17

432) Böyrək KLS-nin uzunluğu 11.7 sm¬-dır. Böyrək sinusu parenximatoz çıxıntı ilə natamam olaraq 2 hissəyə ayrılıb. Bu səkil hansı faktor hesabına yarana bilər?
A) Bertin kolonnası səbəbinə

B) “İkiləşmiş böyrək” tipli anomaliya səbəbinə

C) Yaş ilə əlaqəli nefroskleroz nəticəsində

D) Kasa-ləyən sistemində duplikasiya ola bilər

E) Medullyar nefrokalsinoz yarada bilər
Ədəbiyyat: Секреты ультразвуковой диагностики. Под ред.В.Догра. Д.Рубенс. Пер.с.анг.2005.456 с.
433) USM zamanı varikoseleni dəqiqləşdirmək üçün hansı sınaqdan istifadə olunur?
A) Trendelenburq sınağı

B) Zimnitski sınağı

C) Qarın boşluğunun arteriyalarının kompressiyası və Reberg sınaqları

D) Ortostatik vəziyyət və Valsalva manevri

E) Pronasiya və supinasiya sınaqları
Ədəbiyyat: Секреты ультразвуковой диагностики. Под ред.В.Догра. Д.Рубенс. Пер.с.анг.2005.456 с.
434) Hansı etioloji faktor və səbəb varikoselin yaranmasında önəmli deyil?
A) Ormond xəstəliyi

B) Retroperitoneal adenopatiya

C) Epididimit

D) Sol böyrək venasının aorto-mezenterial sahədə sıxılması sindromu -Nutcraker xəstəliyi

E) Böyrəkdə venoz hipertenziya
Ədəbiyyat: Ədəbiyyat: İntroduction to Vascular Ultrasonography; W.Zwiebel, J.Pellerito, 2006
435) Pasientin hər iki böyrəyinin medullyar hissələrində çoxsaylı kalsifikatlar aşkarlanır. Bu şəkil hansı patologiyaya xarakterik deyil?
A) Böyrək vərəmi

B) Medullyar nefrokalsinoz

C) Hiperparatireoz (hiperkalsiemiya ilə müşayət olunan)

D) Süngərvari böyrək anomaliyasına

E) Böyrək kanallarında asidoz yaranmasına
Ədəbiyyat: Секреты рентгенологии. Д. Кац, Р. Kейвин, 2003
436) USM-də testikulyar şişin metastazları ilk növbədə hansı üzvdə axtarılmalıdır?
A) Retroperitoneal limfatik vəzlər qrupunda

B) Mədəaltı vəzdə

C) Qara ciyərdə

D) Böyrəküstü vəzlərdə

E) Prostat vəzdə
Ədəbiyyat: Ədəbiyyat: Textbook of Diagnostic Ultrasonography, Sandra L. Hagen – Ansert, 2005
437) Testisin ən çox rast gələn şişi aşağıdakılardan hansıdır?
A) Seminoma

B) Leydiqoma

C) Androblastoma

D) Testikulyar adenoma

E) Teratoma
Ədəbiyyat: Textbook of Diagnostic Ultrasonography, Sandra L. Hagen – Ansert, 2005
438) Nefrokalsinozlarda böyrəyin əsasən hansı strukturları zədələnir?
A) Böyrəyin medulyar piramidaları

B) Kortikal qat, böyrək sinusu

C) Medulyar və kortikal sahələr bərabər dərəcədə zədələnir

D) Kortikal qat

E) Böyrək sinusu
Ədəbiyyat: Ədəbiyyat: Diagnostic Imaging, Ultrasound, Ahuija 2007
439) Hidronefroz termininə aid olan hansı müddəa daha dəqiqdir?
A) Böyrəkdə və sidik axarında polivektorlu genişlənməsi

B) Böyrək sinusunun ölçülərinin ümumi böyüməsi

C) Patogenezindən asılı olmayan renal kasa – ləyən sisteminin dilyatasiyasının aşkarlanması

D) Renal ekskresiyanın mexaniki obliterasiyası

E) Sidik ifrazatının konkrement ilə obstruksiyası
Ədəbiyyat: Ədəbiyyat: Diagnostic Imaging, Ultrasound, Ahuija 2007
440) Parapelvikal kistanın ən dəqiq USM simptomu hansıdır?
A) Kapsulasının xarici səthində xarakterik kalsifikasiyalar yaranır

B) Daxilə kapillyar qanama və kalsium yarana bilər

C) Daxilində kalsifikasiyalar olmalıdır

D) Dəqiq oval və dairəvi formalı olur

E) Kasa ləyəncik sistemi ilə əlaqəsi mövcud deyil
Ədəbiyyat: Diagnostic Imaging, Ultrasound, Ahuija 2007
441) Sidik sisteminin kalsiləşmış konkrementlərinin aşkarlanmasında ən informativ müayinə metodu hansıdır?
A) Kontrastlı KT

B) MRT – uroqrafiya

C) Ekskretor uroqrafiya

D) Nativ KT

E) USM müayinəsi
Ədəbiyyat: Д. Странг, Секреты компьютерной томографии, 2009
442) “Peyc böyrəyi” termini hansı morfoloji dəyişikliklərə aiddir?
A) Xroniki subkapsulyar hematom ilə əlaqəli böyrəkdə yaranmış parenximianın kompressiyası

B) Böyrəyin unilateral limfostazı və proliferativ ocaqları

C) Böyrək parenximasının çoxsaylı kalsium tərkibli kistaları

D) Retroperitoneal hematom və fibroz nəticəsində böyrəyin sirkulyar kompressiyası halları

E) Böyrəyin çoxsaylı angiomiolipomaları
Ədəbiyyat: Pocket Radiologist, Abdominal; Federle, Fishman, Jeffrey, Anne, 2003
443) Sadə böyrək kistalarının KT kriteriyalardan hansı yanlışdır?
A) 0 – 20 HU densitometriyası olan homogen tərkibi

B) Möhtəviyyatın içərisində kalsinasiya olunmuş əlavələrin aşkarlanması

C) Hamar nazik divarları

D) Kontrast maddənin venadaxili vurulduqdan sonra kontrastlaşması mövcüd deyil

E) Dəqiq sərhədləri ilə ətrafı normal parenximadan seçilməsi
Ədəbiyyat: Джон Г. Стрэнг, Викрэм Догра. Секреты компьютерной томографии. Грудная клетка, живот, таз. Пер. с анг. М. 2009. c. 257
444) Vilms tumorun xarakterik KT görüntüsü hansıdır?
A) Diffuz yayılmış, perirenal, bərk heterogen densitometriyalı törəmə

B) İri həcmli, yumru formalı, psevdokapsulası olan, intrarenal heteroqen tumor

C) Solitar intraparenzimatoz, daxilində qarışıq strukturlu toxuması olan ( piy və s.) məhdudlaşmış subkapsulyar sahə.

D) Çoxsaylı düyünü olan, intra-ekstrarenal həcmli patoloji əlavə

E) Böyrəyin sinusundan inkişaf edən beyin madəsində sirayət edən, dəqiq forması olmayan infiltrativ tipli sahə
Ədəbiyyat: Джон Г. Стрэнг, Викрэм Догра. Секреты компьютерной томографии. Грудная клетка, живот, таз. Пер. с анг. М. 2009. 446 c.
445) Sadalanlardan böyrək şişlərində hansı xoşxassəli deyil?
A) Angiomiolipoma

B) Düzgün cavab yoxdur

C) Onkositoma

D) Adenoma

E) Reninoma
Ədəbiyyat: Джон Г. Стрэнг, Викрэм Догра. Секреты компьютерной томографии. Грудная клетка, живот, таз. Пер. с анг. М. 2009. c. 278
446) Adrenal krizləri olan pasientlərdə Tsukerkandl cismi (paraqanqlionu) hansı tipik yerdə axtarılmalıdır?
A) Abdominal aortanın bifurkasiyasından aşağıda, iliak arteriyaların distal hissəsində olur

B) Böyrəküstü vəzin ətrafında

C) Karotid bifurkasiya ətrafında yerləşməsi tipikdir

D) Abdominal aortanın bifurkasiyasından yuxarıda, aşağı mezenterial arteriyanın kötüyün perivaskulyar toxumasında aşkar edilir

E) Perinefral toxumalarda və renal arteriyaların distal hissəsində yerləşir
Ədəbiyyat: Д. Странг, Секреты компьютерной томографии, 2009
447) Transvaginal USM zamanı hansı strukturların aksial görüntüsü ovarial follikulyar strukturlar ilə differensiasiya edilməlidir?
A) Bütün sadalanan strukturlar ovarial follikullar ilə diferensiasiya edilməlidir

B) Ovarial damarlar

C) Daxili iliak arteriyalar

D) Nazik bağırsaq ilgəkləri

E) Uşaqlığın arteriyaları və venaları
Ədəbiyyat: Textbook of Diagnostic Ultrasonography, Sandra L. Hagen – Ansert, 2005
448) Ovarial karsinoid üçün ən xarakterik USM simptomları hansılardır?
A) Çanaqda və abdominal boşluqda aşkarlanan heterogen, daxilində kalsifikatlar olan patoloji kütlə

B) Doppler zamanı diffuz qan dövranı olan nahamar konturlu solid tumor

C) Çanaqda yerləşən, divarında solid düyün və daxilində piy toxuması olan dəqiq konturlu törəmə

D) Daxilində qaz və kistoz komponenti olan dəqiq konturlu kapsullaşmış kütlə

E) Çanaqda bərk konsistensiyalı, daxilində kalsifikatlar olan heterogen tumor
Ədəbiyyat: Diagnostic İmaging, Gynecology, Hricak, 2007
449) Rokitanski – Mayer – Hauser sindromuna hansı patoloji kompleks daxil deyil?
A) Vaginal hipoplaziya, uşaqlığın və uşaqlıq borularında disgeneziya simptomokompleksi

B) Uşaqlığın hipoplaziyası ovarial funksiyanın pozulmaları və vaginal hipoplaziya kompleksi

C) Normal ovariumlar, normal hormonal (ovarial) funksiya və uşaqlığın anomaliyası

D) Vaginal atreziya

E) Vaginal hipoplaziya
Ədəbiyyat: Diagnostic İmaging, Women Pathology, Hricak, 2005
450) Berkitt limfomalarında əsasən hansı qadın pelvik üzvləri zədələnir?
A) Sidik kisəsi

B) Uşaqlıq endometriyası

C) Parametrial limfatik vəzləri

D) Yumurtalıqlar

E) Uşaqlıq boruları
Ədəbiyyat: Д. Странг, Секреты компьютерной томографии, 2009. c.422
451) Meyq’s sindromu hansı radioloji simptomokompleksdən ibarətdir?
A) Abdominal assit, hepatomeqaliya və yumurtalıqlarda kistadenomalar

B) Ovarial xərçəng, ağciyərlərə metastazlar və massiv abdominal mezenximima

C) Ovarial fibroma, assit və plevral boşluqda maye yığıntısı

D) Ovarial kistadenoma, assit və çoxsaylı peritoneal leyomiomalar

E) Mədənin (yaxud yoğun bağırsağın) xərçəngi və ovarial metastazlar
Ədəbiyyat: Дифференциальная ультразвуковая диагностика в гинекологии. Медведев М.В., Зыкин Б.И., Хохолин В.Л.
452) Aşerman sindromuna hansı morfostruktur patologiya kompleksi aiddir?
A) Çoxsaylı ovarial kistalar və endometriumun atrofiyası

B) Polipoz ilə müşayiət olunan endometriumun hiperplaziyası

C) Uşaqlıq borlularının hipoplaziyası

D) Uşaqlıq boşluğunun obliterasiyası və endomertial fibroz bitişiklərin aşkarlanması

E) Vaginal hipoplaziya, uşaqlığın və uşaqlıq borularının disgeneziyası
Ədəbiyyat: Ədəbiyyat: Diagnostic İmaging, Gynecology, Hricak 2007
453) Normada USM-də sarılıq kisəsinin vizualizasiyası hamiləliyin hansı həftələrində mümkündür?
A) 6 – 11 həftələrdə

B) 10 – 18 həftələrdə

C) 7 – 16 həftələrdə

D) 3 – 6 həftələrdə

E) 5 – 7 həftələrdə
Ədəbiyyat: Textbook of Diagnostic Ultrasonography, Sandra L. Hagen – Ansert, 2005
454) Ultrasəs müayinəsi zamanı saktosalpinks differensiasiyası aşağıdakılardan hansı ilə aparılmalıdır?
A) Seroz kistadenoma

B) Peritubar kistoma

C) Saktosalpinksin differensiasiyası bütün sadalanan patologiyaları ilə aparılmalıdır

D) Paraovarial kista

E) Serozosele tipli kista
Ədəbiyyat: Textbook of Diagnostic Ultrasonography, Sandra L. Hagen – Ansert, 2005
455) Serozoseledə xas olan və paraovarial kistadan fərqləndirən əsas differensial diagnostik kriterisi hansıdır?
A) Ölçüləri

B) Daxili möhtəviyyat

C) Kapsulanın mövcud olmamağı

D) Intakt yumurtalığın strukturası

E) Divarönü əlavələr
Ədəbiyyat: Ədəbiyyat: Textbook of Diagnostic Ultrasonography, Sandra L. Hagen – Ansert, 2005
456) Transvaginal ultrasəs müayinəsi hansı halda az informativ sayılır?
A) Daxili endometrioz halında

B) Endometriumun hiperplastik proliferasiyası

C) Uşaqlığın intramural düyünlərində

D) Uşaqlıqdan kənar hamiləlikdə

E) Çox böyük ölçülü yumurtalıq tumorlar zamanı
Ədəbiyyat: Textbook of Diagnostic Ultrasonography, Sandra L. Hagen – Ansert, 2005
457) USM zamanı sentripetal tipli böyüməsi olan submukoz və interstisial uşaqlıq miomasının differensiasiyası hansı fazada ən dəqiq olur?
A) Fazanın əhəmiyyəti olmur

B) Sekretor fazada dəqiq aşkarlanır

C) Periovulyator faza zamanı

D) Proliferativ fazada effektlidir

E) Qanama zamanı olmalıdır
Ədəbiyyat: Дифференциальная ультразвуковая диагностика в гинекологии Медведев М.В., Зыкин Б.И., Хохолин В.Л., 1997
458) Leyomiomaların xüsusiyyətlərinə aid ən doğru müddəa hansıdır?
A) Xoşxassəli leyomiomanın torakal metastazları mümkün deyil

B) Yuxarıda sadalanan leyomiomaların formaların hər tipi mümkündür

C) Disseminasiya olunmuş peritoneal leyomiomalar ola bilməz

D) İntravenoz leyomiomatoz olmur

E) Parazitar leyomiomalar ola bilməz
Ədəbiyyat: Diagnostic Imaging, Gynecology, Hricak 2007
459) Yumurtalığın follikulyar kistaların exoqrafik əlamətlərinə aid olan hansıdır?
A) Anexogen möhtəviyyat olması

B) Xırda hüçeyrəli torvarı quruluşu

C) Bütün variantlar doğrudur

D) Dinamikada vizualizasiya olunmaması yaxud tam itməsi

E) Nazik kapsulu
Ədəbiyyat: Ультразвуковая гинекологи,я. М.Н.Буланов. Видар.2011. с.312
460) Transabdominal USM zamanı uşaqlıq boruları necə vizualizasiya olunur?
A) Anexogen boruşəkilli strukturlar qörüntüsündə

B) Hipoexogen boru şəkilli strukturlar kimi

C) Izoexogen boru şəkilli strukturlar şəklində

D) Hiperexogen boru şəkilli strukturlar kimi

E) Normada uşaqlıq boruları vizualizasiya edilmir
Ədəbiyyat: Ультразвуковая гинекология. М.Н.Буланов. Видар.2011. с.312
461) Daxili endometriozun exoqrafik əlamətlərinə aşağıdakılardan hansı uyğun gəlir?
A) Daxili endometriozun ücün qeyd edilmiş variantların hamısı doğrudur

B) Miometriyanın heterogen və qarışıq exogenlikdə olması

C) Miometriumda diffuz, kiçik ölçülü exoneqativ əlavə exosiqnallar

D) Miometriya boyu diffuz nöqtəşəkilli exopozitiv əlavələr

E) Uşaqlıq cisminin ön-arxa ölçüsünün artması
Ədəbiyyat: Ультразвуковая гинекология. М.Н.Буланов. Видар.2011. с.312
462) Şteyn-Levental sindromu hansı exoqrafik əlamət ilə xarakterizə olunur?
A) Variantların hamısı Steyn-Levental sindromu üçün doğrudur

B) Yumurtalıqların həcminin 12 sm3-dən çox olması

C) Menstrual tsikl boyu dominant follikulun və sarı cismin yaranmaması

D) Bir müayinə sahəsində 5 mm. diametrində 10-dən çox follikulun izlənməsi

E) Hiperexogen və hiperplastik yumurtalıq stroması
Ədəbiyyat: Ультразвуковая гинекология. М.Н.Буланов. Видар.2011. с.312
463) Uşaqlıq borusu ilə yumurtalıq arasında lokalizasiya olunan, 10 sm. diametrdə olan, dairəvi, təkkameralı, anexogen törəmə çox güman ki hansıdır?
A) Hamar kənarı olan kistadenoma

B) Paraovarial kista

C) Adi serozosele

D) Seroz kistadenokarsinoma

E) Musinos duplikasiyon serozosele
Ədəbiyyat: Ультразвуковая гинекология. М.Н.Буланов. Видар.2011. с.312
464) USM-də embrionun hərəkət aktivliyi ilk olaraq adətən hansı həftədən başlayır?
A) 6 həftədən

B) 16 həftədən

C) 4 həftədən

D) 8 həftədən

E) 12 həftədən
Ədəbiyyat: Секреты ультразвуковой диагностики. Под.ред. В.Догра. Д.Рубенс.
465) Hansı damarlar prenatal göbək damarlarınan normal anatomik quruluşuna daxildir
A) Iki arteriya və iki vena

B) Bir arteriya və iki vena

C) Bir vena və iki arteriya

D) Bir arteriya və bir vena

E) Bir arteriya və çoxsaylı vena
Ədəbiyyat: Textbook of Diagnostic Ultrasonography, Sandra L. Hagen – Ansert, 2005
466) Doppler USM zamanı göbək venasının pulsasiyası hamiləliyin hansı periodundan sonra patoloji əlamət sayılır?
A) 8-12 həftədən sonra

B) 16-20 həftədən sonra

C) 4- 8 həftədən sonra

D) 12- 16 həftədən sonra

E) 2-4 həftədən sonra
Ədəbiyyat: В. Догра: Секреты ультразвуковой диагностики 2005
467) Natamam abortun USM diaqnostikası aşağıdakılardan hansına əsaslanır?
A) Miometriumda periferik damarların genişlənməsi

B) Döl yumurtasında embrionun olmamağı

C) Daxilində heterogen exostrukturlar olan genişlənmiş uşaqlıq boşluğu

D) Daxili dəliyin diametrinin həddən artıq dilyatasiyası

E) Duqlas boşluğunda mayenin olmağı
Ədəbiyyat: Textbook of Diagnostic Ultrasonography, Sandra L. Hagen – Ansert, 2005
468) Sefalik indeksin normativ dəyərləri hansı aradadır?
A) 87 – 100%

B) 83 – 95%

C) 55 – 65%

D) 70 – 86%

E) 60 – 75%
Ədəbiyyat: Textbook of Diagnostic Ultrasonography, Sandra L. Hagen – Ansert, 2005
469) USM zamanı heterotopik hamiləliyə hansı tipli hamiləlik deyilir?
A) Uşaqlıq boynunda yaranmış hamiləlik

B) Abdominal hamiləlik zamanı kalsifikasiya (mumifikasiya) olunmuş döl

C) Uşaqlıqdaxili və üşaqlıq kənarında hamiləliyin eyni zamanda yaranması

D) Uşaqlıqdan kənarda yaranmış hər hansı bir hamiləlik

E) Uşaqlığın buynuzlarında yaranmış döl
Ədəbiyyat: В. Догра: Секреты ультразвуковой диагностики 2005
470) Exoqrafik “qarlı fırtına” simptomu aşağıdakı patologiyalardan hansında patoqnomonik sayılır?
A) Böyük ölçülü retroxorional hematomalarda

B) Uşaqlığın adenomiozunda

C) Beçəxor zamanı ( qovuq yoluxması)

D) İnkişafdan qalmış hamiləlikdə

E) Anembrioniyada
Ədəbiyyat: Секреты ультразвуковой диагностики. Под.ред. В.Догра. Д.Рубенс.
471) Plasentanın vaxtından əvvəl qopmasının exoqrafik əlaməti aşağıdakılardan hansıdır?
A) Plasentanın nazikləşməsi

B) Plasentanın vaxtından əvvəl yetişməsi

C) Plasentanın strukturunda anexogen sahələr

D) Uşaqlıq divarı ilə plasenta arasında exoneqativ sahə yaranma halı

E) Plasentanın qalınlaşması və iltihabı düyünlər
Ədəbiyyat: Секреты ультразвуковой диагностики. Под.ред. В.Догра. Д.Рубенс.
472) Hamiləlik zamanı keçirilən transabdominal ultrasəs müayinəsində fetal böyrəklər hansı həftədən başlayaraq vizualizasiya olunmalıdır?
A) 12 cu həfədən

B) 10 cu həftədən

C) 24 cü həftədən

D) 20 ci həftədən

E) 16 ci həftədən
Ədəbiyyat: Direct Diagnosis in Radiology, Urogenital Imaging; B.Hamm, P.Asbach, D.Beyersdorff, P.Hein, U.Lemke, 2010
473) Prenatal USM-də qarın çevrəsinin orta diametrinin ölçülməsində əsas oriyentir hansı strukturdur?
A) Qaraciyər və öd kisəsi

B) Dalaq və qaraciyər

C) Böyrəklər

D) Öd kisəsi

E) Mədə
Ədəbiyyat: Textbook of Diagnostic Ultrasonography, Sandra L. Hagen – Ansert, 2005
474) Prenatal USM zamanı dölün ağız boşluğundan və burun-udlaqdan inkişaf edən patoloji törəmə nə cür adlanılır?
A) Makroqlossiya

B) Epiqnatus

C) Dakriosistosele

D) Probosçis

E) Epikantus
Ədəbiyyat: Textbook of Diagnostic Ultrasonography, Sandra L. Hagen – Ansert, 2005
475) Dölyanı mayenin miqdarının azlığı zamanı adətən hansı üzvlərin inkişaf qüsurları müşahidə edilir?
A) Sidik – ifrazat uzvlərində

B) Ürək və damarlarda

C) Mərkəzi sinir sistemində

D) Mədə – bağırsaq sistemi orqanlarında

E) Tənəffüs yollarında
Ədəbiyyat: Секреты ультразвуковой диагностики. Под.ред. В.Догра. Д.Рубенс.
476) Dölyanı mayenin miqdarının artması adətən hansı patologiya ilə birgə müşahidə edilir?
A) Dölün bətndaxili inkişafının ləngiməsi

B) Böyrəklərin bilateral ageneziyası ilə

C) Plasentanın vaxtından əvvəl yetişməsi

D) Mərkəzi sinir sisteminin inkişaf qüsurları ilə

E) Dölün nazik bağırsağın ageneziyası ilə
Ədəbiyyat: Секреты ультразвуковой диагностики. Под.ред. В.Догра. Д.Рубенс.
477) Prenatal USM-də, III trimestr zamanı dölün dəyişilməmiş (normal) sidik axarları necə vizualizasiya edilir
A) Sidik axarları vizualizasiya edilmir

B) Diametri 5 mm olan hipoexogen boru şəklində izlənilir

C) Nazik uzun hiperexogen əlavələr kimi qörüntüsü olur

D) Diametri 3 mm olan anexogen boru şəklində olur

E) Anexogen əyilmiş boru kimi qeyd edilir
Ədəbiyyat: Textbook of Diagnostic Ultrasonography, Sandra L. Hagen – Ansert, 2005
478) Daha çox rast gələn çoxdöllü hamiləliyin növü hansıdır?
A) Dixorional, diamniotik

B) Monoxorional, diamniotik

C) Statistik dominantlıq yoxdur

D) Monoamniotik, dixorional

E) Monoxorional, monoamniotik
Ədəbiyyat: Секреты ультразвуковой диагностики. Под.ред. В.Догра. Д.Рубенс.
479) Hamiləliyin II trimestrində dölün mədəsinin exoqrafik üsül ilə aşkarlanmaması hansı halda olur?
A) Qida borusunun atreziyasında

B) Diafraqmal yırtığında

C) Yoğun bağırsağın atreziyası halında

D) Kardiosplenik sindromda

E) Videman-Bekvitt sindromunda
Ədəbiyyat: Секреты ультразвуковой диагностики. Под.ред. В.Догра. Д.Рубенс.Пер.с.анг.М.2005.454 с
480) USM-də hamiləliyin I trimestirində istmiko-servikal çatmamazlığını ən erkən hansı həftədən təyin etmək olur?
A) 6 həftədən sonra

B) 10 həftədən sonra

C) 8 həftədən sonra

D) 16 həftədən sonra

E) 14 həftədən sonra
Ədəbiyyat: Секреты ультразвуковой диагностики. Под.ред. В.Догра. Д.Рубенс.
481) Beçəxor (qovuq yoluxması) zamanı yumurtalıqlarda əsasən hansı kista növü vizualizasiya olunur?
A) Bilateral tekalütein kistaları mövcuddur

B) Endometrioid kistası

C) Paraovarial kista izlənilir

D) Follikulyar kistalar

E) Bilateral retension kistalar
Ədəbiyyat: Textbook of Diagnostic Ultrasonography, Sandra L. Hagen – Ansert, 2005
482) Dölün qeyri-immun hidropsunun exoqrafik əlamətləri hansıdır?
A) Abdominal assit və dərialtı ödem

B) Plasentanın qalınlaşması

C) Qeyri-immun hidropsunun exoqrafik əlamətlərinə daxil olunmuş simptomların hamısı mövcud ola bilər

D) Assit, hidrotoraks, hidroperikard

E) Dölyanı mayenin miqdarının çoxalması
Ədəbiyyat: Textbook of Diagnostic Ultrasonography, Sandra L. Hagen – Ansert, 2005
483) Dölün ürəyinin ən çox rast gələn şişi aşağıda qeyd edilənlərdən hansıdır?
A) Perikardial teratoma

B) Rabdomioma

C) Fibroma

D) Miksoma

E) Hematoma
Ədəbiyyat: Textbook of Diagnostic Ultrasonography, Sandra L. Hagen – Ansert, 2005
484) Hansı patologiyada dölün başının xarici konturları ikiləşmiş kimi vizualizasiya oluna bilər?
A) Dölün qeyriimmun hidropsu zamanı

B) Mikrosefaliyada

C) Anensefaliyada

D) Akraniya anomaliyasında

E) Makrosefaliya və ventrikulomeqaliya hallarında
Ədəbiyyat: Textbook of Diagnostic Ultrasonography, Sandra L. Hagen – Ansert, 2005
485) Plasentanın qalınlaşması hansı patologiya üçün daha xarakterikdir?
A) Videman - Bekvitt sindromu

B) Amniotik arakəsmələr sindromu

C) Dölün qeyriimmun hidropsu xəstəliyi

D) HELLP sindromu

E) Dandy – Walker sindromu
Ədəbiyyat: Textbook of Diagnostic Ultrasonography, Sandra L. Hagen – Ansert, 2005
486) Dölün endokard fibroelastozunun əsas diaqnostik kriteriyası aşağıdakılardan hansıdır?
A) İntraventrikulyar arakəsmənin yığılma funksiyasınında azalma

B) Endokardın exoğenliyin artması və sol mədəciyin patoloji yığılmaları

C) Ürək kameraların həcmlərin kiçilməsi və endokardın nazikləşməsi

D) Saq mədəciyin miokardının yığılmanın zəif funksiyası

E) Ürək kameraların həcminin kiçilməsi
Ədəbiyyat: Textbook of Diagnostic Ultrasonography, Sandra L. Hagen – Ansert, 2005
487) Endometriyanın hiperplyaziyası menstrual siklin hansı fazasında USM ilə daha dəqiq vizualizasiya olunur?
A) Erkən proliferativ fazasında

B) Deskvamasiya zamanı

C) Sekretor fazada

D) Erkən sekretor fazada

E) Ovulyasiya zamanı
Ədəbiyyat: Ультразвуковая гинекология. М.Н.Буланов. Видар.2011. с.312
488) Ovulyasiyanın exoqrafik əlamətləri hansıdır?
A) 10 mm. diametrində yetişmiş follikul

B) Qalınlaşmış endometrium

C) Yumurtalıqların böyüməsi

D) Uşaqlığın ölçülərinin kiçilməsi

E) Duqlas boşluğunda sərbəst maye aşkarlanması
Ədəbiyyat: Ультразвуковая гинекология. М.Н.Буланов. Видар.2011. с.312
489) 5-ildən çox postmenopauzal periodda olan qadınlarda normal endometrial M-exonun ölçüləri adətən necə millimetr olur?
A) 1 mm

B) 3 mm


C) 10 mm

D) 5 mm


E) 7 mm
Ədəbiyyat: Ультразвуковая гинекология. М.Н.Буланов. Видар.2011. с.312
490) Prenatal USM zamanı hansı serebral strukturun seçilməməyi lissensefaliya üçün diaqnostik kriteri sayılır?
A) Serebral hemisferlərinin qırışların

B) Beyinciyin

C) Döyənən cismin

D) Serebral falksın

E) Talamusun
Ədəbiyyat: Textbook of Diagnostic Ultrasonography, Sandra L. Hagen – Ansert, 2005


Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin