Şüa diaqnostikası ixtisası üzrə nümunəvi test sualları


) Fetal USM zamanı ənsə nahiyədə ensefalosele, polidaktiliya və böyrəklərin kistoz displaziyası – qeyd olunan triada kompleksi hansı xəstəlikdə aşkarlanır?



Yüklə 0,98 Mb.
səhifə9/17
tarix14.01.2017
ölçüsü0,98 Mb.
#5189
1   ...   5   6   7   8   9   10   11   12   ...   17

491) Fetal USM zamanı ənsə nahiyədə ensefalosele, polidaktiliya və böyrəklərin kistoz displaziyası – qeyd olunan triada kompleksi hansı xəstəlikdə aşkarlanır?
A) Mekkel – Qruber sindromunda

B) Arnold – Chiari malformasiyasında

C) Tuberoz skleroz zamanı

D) Potter anomaliyası zamanı

E) Dandy – Walker malformasiyasında
Ədəbiyyat: Textbook of Diagnostic Ultrasonography, Sandra L. Hagen – Ansert, 2005
492) Ebştein anomaliyasının prenatal USM zamanı əsas əlaməti hansıdır?
A) Trikuspidal qapağın sağ mədəcik boşluğuna, zirvəyə doğru dislokasiyası və deformasiyası

B) Mədəciklərarası çəpərdə defekt və aortal koarktasiyalarda

C) Trikuspidal atreziyalarda

D) Ağciyər arteriyasının stenozu və sağ mədəcikdə hipoplaziyası

E) Aortal stenoz və sol mədəcikdə hipoplaziyası
Ədəbiyyat: Textbook of Diagnostic Ultrasonography, Sandra L. Hagen – Ansert, 2005
Bölmə 23. Pediatriyada şüa diaqnostikası
493) Divararalığı boşluğu şərti olaraq neçə hissəyə ayrılır?
A) 2

B) 4


C) 3

D) 8


E) 5
Ədəbiyyat: B.Baxşiyev Ümumi rentgenologiya. Bakı. 1976
494) Timomeqaliyada rentgenoqrafiya müayinəsi zamanı optimal proyeksiyası hansıdır?
A) Döş qəfəsi – yan

B) Döş qəfəsi – üfqi arxası üstə

C) Boyun nahiyəsi – üfqi ön

D) Boyun nahiyəsi – şaquli ön

E) Döş qəfəsi – şaquli ön
Ədəbiyyat: B.Baxşiyev. Ümumi rentgenologiya. Bakı. 1976
495) TORCH sindromu kompleksini yaradan səbəblər hansılardır?
A) Hamiləlik zamanı hipoalimentasiya və yaxud ananın şəkərli diabeti

B) Genetik faktor (xromosom aberrasiyaları)

C) Hamiləlik zamanı infeksiyalar

D) Vaxtından tez doğuş faktı

E) Hamiləlik zamanı ananın nikotin ilə və digər ekzogen intoksikasiyası
Ədəbiyyat: Секреты рентгенологии. Д. Кац, Р. Kейвин, 2003
496) Uşaqlarda ən xarakterik qaraciyər tumoru hansıdır?
A) Hepatik hemangioendoteliom

B) Vilms tumorun metastazları

C) Neyroblastoma metastazları

D) Kavernoz hemangioma

E) Hepatik limfoma
Ədəbiyyat: Д. Странг, Секреты компьютерной томографии, 2009
497) Aşağıdakılardan hansı müddəa Dandy-Walker malformasiyası üçün yanlışdır?
A) Beyincik hemisferəırin kaudal dislokasiyası və sirinqomiyeliya

B) Beyin mədəciklərin dilyatasityası

C) Beyincik vermisin aplaziya və yaxud hipoplaziyası nəticəsində beyincik yarımkürələri ayrılır

D) Böyüklüyü çox fərqli olan IV mədəciklə əlaqəli arxa kəllə cüxurunun kistası

E) 70% hallarda MSS-nin digər anomaliyaları ilə müşayiət edilir
Ədəbiyyat: Direct Diagnosis in Radiology, Pediatric Imaging, G.Staatz, D.Honnef, W.Piroth, T.Radkow, 2010
498) Aşağıdakılardan hansı şizensefaliya anomaliyası üçün doğrudur?
A) Subaraxnoidal boşluqlar ilə əlaqəlı, yan beyin mədəciklərinə doğru uzanan ,, likvor tərkibli, beyin yarımkürələrində yarıq defekti mövcuddur

B) Lateral mədəciklərin arxa buynuzlarının uni- və ya bilateral qeyri-proporsional genişlənməsi və döyənək cismin ageneziyası

C) Beyin mədəcikləri və yaxud subaraxnoidal boşluqlarla əlaqəli, serebrospinal maye ilə dolu kista və serebellyar vermisdə hipogeneziya ola bilər

D) Damar kələfində çoxsaylı kistalar və korpus kallosumda hipogeneziya

E) Daxili karotid arteriyaların obstruksiyası nəticəsində beyin yarımkürələrində ageneziya izlənilir
Ədəbiyyat: Direct Diagnosis in Radiology,Pediatric Imaging, G.Staatz, D.Honnef, W.Piroth, T.Radkow 2010; Atlas of Ultrasound in Obstetrics and Gynecology, P.M.Doubilet, C.B.Benson, 2009
499) Persistent hiperplastik primitiv (birincili) şüşəyəbənzər cismi kimi göz patologiyasını hansı diaqnostik kriterilər əks etdirir?
A) Az yaşlı uşaqlarda KT və USM zamanı arxa retinal kasifikasiyalar və göz almasının həcminin artması

B) USM-də və KT-da aşkarlanan şüşəyəbənzər cisminin diffuz bərkiməsi və görmə qabiliyyətinin itməsi

C) 1 yaşına qədər olan uşaqlarda doppler USM-si zamanı daxilində aktiv qan axını olan, KT zamanı aktiv kontrastlasan ekstrakonal və periorbital mass

D) 1 yaşına qədər uşaqlarda US və KT müayinəsi zamanı retrolental mass, büllurun dislokasiyası və qalınlaşmış embrional hialoid qalığı aşkarlanır

E) Az yaşlı uşaqlarda USM ya KT zamanı göz almasının arxa divarının lokal balonvari defekti və optik sinirində atrofiya
Ədəbiyyat: Diagnostic İmaging, Head and Neck, Harnsberger, 2006-2007
500) Neyrosonoqrafiya müayinəsində yan beyin mədəciklərin arxa buynuzlarının lokal genişlənməsi (kolposefaliya) hansı hal üçün xarakterik simptom sayılır?
A) Mədəciklərdə obstruktiv (daxili) hidrosefaliya

B) Corpus callosum ageneziyası / hipogeneziyası

C) Lobar holoprozensefaliya

D) Dandy – Walker sindromu

E) I tip Arnold – Chiari sindromu
Ədəbiyyat: УЗИ перинатальных поражений головного мозга; Зубарева Е.А., Дворяковский И.В., Зубарев А.Р., Сугак А.Б., 1999
501) Yeni doğulmuşlarda meningosele əsasən hansı sahədə lokalizasiya olur?
A) Pariyetal nahiyələrdə

B) Ənsə sahəsində

C) Gicgah və təpə nahiyələrdə

D) Temporal sahələrdə

E) Frontal sahələrdə
Ədəbiyyat: Textbook of Diagnostic Ultrasonography, Sandra L. Hagen – Ansert, 2005
502) Mühüm dərəcəli hidrosefaliyanın hidranensefaliyadan ən vacib patomorfoloji differensial fərqi hansıdır?
A) Serebellyar tonzillərin kaudal dislokasiyası

B) Arxa kranial fossanın böyük ölçülü kista

C) Ventrikulomeqaliyanın dərəcəsi

D) Böyük beyin yarımkürələrinin minimal kortikal layının mövcudluğu

E) Böyük ölçülü, mərkəzi yerləşimli ümumi mədəcik
Ədəbiyyat: Textbook of Diagnostic Ultrasonography, Sandra L. Hagen – Ansert, 2005
Bölmə 24.
503) Ultrasəs müayinəsinin əsas məqsədi nədir?
A) Ultrasəsin insan bədəninin toxumaları ilə qarşılıqlı əlaqəsi

B) Orqanların təsvirinin xətti göstəricilərinin aşkar edilməsi

C) Ultrasəsin əks olunması

D) Əks olunmuş səs siqnallarının qəbul edilməsi

E) Daxili orqanların və toxumaların cihazın ekranında təsvirinin alınması
Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике.Под редакцией В.В. Митькова. 1 том, стр.9
504) Ultrasəs dalğasının yayılma sürəti nə zaman artır?
A) Mühitin sıxlığı və sərtliyi azaldıqda

B) Mühitin sərtliyi azaldıqda

C) Mühitin sıxlığı azaldıqda, sərtliyi artdıqda

D) Mühitin sıxlığı artdıqda

E) Mühitin sıxlığı və sərtliyi artdıqda
Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике.Под редакцией В.В. Митькова. 1 том, стр.10
505) Ultrasəs dalğasının sürəti nədən asılı olaraq dəyişir?
A) Zaman fasiləsindən

B) Dalğanın uzunluğundan

C) Mühitdən

D) Amplituddan

E) Tezlikdən
Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике.Под редакцией В.В. Митькова. 1 том, стр.10
506) Ultrasəs dalğasının insan bədəninin toxumalarında orta yayılma sürəti nə qədərdir?
A) 1620 m/s

B) 1540 m/s

C) 1300 m/s

D) 1450 m/s

E) 1420 m/s
Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике.Под редакцией В.В. Митькова. 1 том, стр. 10
507) Ultrasəs müayinədə qara ciyərin sağ payı ilə sol payını ayıran anatomik orientir nə hesab olunur?
A) Girdə bağ

B) Qara ciyərin qapısı

C) Öd kisəsinin yatağı

D) Qara ciyərin arteriyasının sol şaxəsi

E) Qapı venasının əsas şaxəsi
Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике.Под редакцией В.В. Митькова. 1 том, стр.27
508) Ultrasəs müayinədə normal qara ciyərin exostrukturası necə olmalıdır?
A) Çoxsaylı, kiçik orta exogenliyə malik sahəli

B) İriocaqlı

C) Çoxsaylı, kiçik hiperexogen sahəli

D) Çoxsaylı, kiçik hipoexogen sahəli

E) Xırda dənəvər
Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. 1 том, стр.32
509) Qara ciyərin piyli distrofiyasını qara ciyərin digər diffuz dəyişikliklərindən ayıran əsas ultrasəs əlamət hansıdır?
A) Qara ciyərin parenximasında diffuz - ocaqlı qeyri-həmcins dəyişikliklər

B) Qara ciyər parenximasında yüksək exogenli müxtəlif sahələrin olması

C) Qara ciyərin parenximasında diffuz–ocaqlı, qeyri-həmcins dəyişikliklər fonunda damar şəklinin deformasiyası

D) Qara ciyərin hər iki payının aşağı kənarlarının bucaqlarının ölçülərinin böyüməsi

E) Qara ciyərin exogenliyinin artmış fonunda qara ciyərin strukturasının, konturlarının və damarlarının exoşəklinin dəyişiksiz qalması
Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. 1 том, стр.56
510) Ultrasəs müayinə zamanı qapı venasında aşkar edilmiş tromb hansı xəstəlik üçün patoqnomik əlamət sayılır?
A) Mədəaltı vəzin bədxassəli şişləri

B) Qara ciyərin metastatik şişləri

C) Qara ciyərin birincili xərçəngi

D) Böyrəyin bədxassəli şişləri

E) Qara ciyərin düyünlü hiperplaziyası
Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. 1 том, стр.77
511) Qara ciyərin qeyri – invaziv ultrasəs müayinəsi əksər hallarda nəyi müəyyən etməyə imkan verir?
A) Klinik diaqnozu dəqiqləşdirmək

B) Qara ciyər toxumasında baş vermiş histoloji dəyişikliyi

C) Qara ciyər zədələnməsinin nozoloji dəyişkənliyini

D) Diffuz və ocaqlı patoloji prosesi və onun nisbi inkişaf dərəcəsini

E) Laborator göstəricilərin verifikasiyasını
Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. 1 том, стр.38
512) Qara ciyərin ocaqlı dəyişikliklərində rəngli dopplerqrafiya nəyi təyin etməyə imkan verir?
A) Aşkar edilmiş sərt toxumalı törəmənin bəd və ya xoş xassəli olmasını yüksək dəqiqliklə təyin etmək

B) Dəyişikliyə uğramış sahənin vaskulyarizasiyasının dərəcəsini və strukturunu dəqiq təyin etməyə

C) Bəd xassəli törəmədə patoloji neovaskulyarizasiyanı dəqiq aşkarlamaq və qara ciyərin ocaqlı dəyişikliyə uğramış zonasında damarın quruluşunda yaranmış dəyişiklikləri təyin etməyə

D) Cavabların heç biri düzgün deyil

E) Hamısı düzgündür
Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. 1 том, стр.76
513) Ultrasəs müayinədə öd daşı necə vizualizə olunur?
A) Dorsal kölgəliyi olmayan struktur

B) Hiperexogen solid törəmə şəklində

C) Dorsal kölgəliyə malik hiperexogen struktur

D) Kapsulaya malik struktur

E) Hipoexogen solid törəmə şəklində
Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. 1 том, стр. 105
514) Öd kisəsi boşluğunun normal exoşəkli necə olmalıdır?
A) Həmcins exoneqativ sahə

B) İçərisində xırda hiperexogen dispers hissəciklər olan exoneqativ sahə

C) Od kisəsinin boynunun arxa divarı boyunca xətti exosiqnallara malik exoneqativ sahə

D) Öd kisəsinin boşluğu normada vizualizə olunmur

E) Od kisəsinin boynunun ön divarı boyunca xətti exosiqnallara malik exoneqativ sahə
Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. 1 том, стр.95
515) Öd kisəsi daşının kimyəvi tərkibi onun ultrasəs şəklinə təsir edirmi
A) Heç vaxt

B) Daşın ölçüsü 5 mm-dən kiçikdirsə

C) Konkrement maye ilə əhatə olunmayıbsa

D) Bütün hallarda

E) Daşın ölçüsü 5 mm-dən böyükdürsə və konkrement maye ilə əhatə olunubsa
Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. 1 том, стр.105- 107
516) Orta doluluğa malik normal öd kisəsinin divarının qalınlığı əksərən neçə mm olmalıdır?
A) 0,5-1mm

B) 0,3-0,5mm

C) 2-4,5mm

D) 3-5mm


E) 1,5-3mm
Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. 1 том, стр. 95
517) Qalınlığı və konturları normal olan öd kisəsinin divarlarının içərisində çoxlu sayda nöqtəvari hiperexogen strukturaların aşkar edilməsi hansı xəstəlik üçün xarakterikdir?
A) Öd kisəsinin xərçəngi

B) Öd kisəsinin adenomiomatozu

C) Xroniki xolesistit

D) Öd daşı xəstəliyi

E) Öd kisəsinin xolesterozu
Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. 1 том, стр. 129
518) Qara ciyərin qapısı ağzında öd axarlarını topik ayırd etməkdən ötrü hansı orientirdən istifadə etmək olar?
A) Aşağı boş vena

B) Qapı venası

C) Qara ciyər arteriyasının sol paya gedən şaxəsi

D) Qara ciyər arteriyası

E) Qara ciyər arteriyasının sağ paya gedən şaxəsi
Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. 1 том, стр.94
519) Öd kisəsinin polipozunun exoqrafik əlamətlərinə hansılar aid deyil
A) Öd kisəsi boşluğunda bir və ya çoxlu sayda törəmələrin olması

B) Pasiyentin bədəninin vəziyyətini dəyişərkən strukturun hərəkətliliyi və akustik kölgə

C) Törəmənin exogenliyinin qara ciyərin toxumasının exogenliyinə yaxın, yüksək və ya əksinə aşağı olması.

D) Törəmənin öd kisəsi divarına bitişik yerləşməsi

E) Törəmənin həmcins struktura malik olması
Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. 1 том, стр.126
520) Öd kisəsinin ən çox təsadüf olunan anomaliyaları hansılardır?
A) Öd kisəsinin ölçülərinin anomaliyaları

B) Öd kisəsinin formasının anomaliyaları

C) Hamısı təqribən eyni nisbətdə təsadüf edilir

D) Öd kisəsinin sayının anomaliyaları

E) Öd kisəsinin yerləşməsinin anomaliyaları
Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. 1 том, стр.101
521) Hansı ultrasəs əlamətləri kəskin pankreatit üçün xarakterik deyil?
A) Mədəaltı vəzin kənarlarının qeyri – dəqiqliyi

B) Mədəaltı vəzin ölçüsünün kiçilməsi

C) Mədəaltı vəz toxumasının exogenliyinin aşağı düşməsi

D) Mədəaltı vəzin strukturunun diffuz qeyri – həmcins olması

E) Mədəaltı vəzin ölçüsünün böyüməsi
Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. 1 том, стр.154-157
522) Mədəaltı vəzin baş hissəsinin xərçənginin əsas exoqrafik əlamətləri hansılardır?
A) Damarların sıxılması və yerdəyişməsi

B) Mədəaltı vəzin baş hissəsində aşkar edilmiş ocaqlı zədələnmə

C) Hamısı düzdür

D) Qara ciyərdən xaric öd axarlarında xolestaz

E) Mədəaltı vəz axacağının genişlənməsi
Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. 1 том, стр.176 – 181
523) Mədəaltı vəzin kistoz – fibrozu nəyin nəticəsidir?
A) Çox sürətli inkişaf edən iltihabi prosesin

B) Mədəaltı vəzin şiş nəticəsində zədələnməsinin

C) Mədəaltı vəzin anadangəlmə anomaliyasının

D) Uzun müddət davam edən iltihabi prosesin

E) Hamısı düzdür
Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. 1 том, стр.152 – 153
524) Mədəaltı vəzin parenximasının exogenliyinin diffuz artması nəyi göstərir?
A) Mədəaltı vəzin travmatik zədələnməsini

B) Kəskin pankreatitin spesifik xüsusiyyətidir

C) Pankreonekrozun spesifik xüsusiyyətidir

D) Yaşlı adamlarda yaşla əlaqədar olaraq fibroz toxumanın artması və xroniki pankreatitin spesifik xüsusiyyətidir

E) Mədəaltı vəzin şiş nəticəsində zədələnməsini
Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. 1 том, стр. 145, 168- 170
525) Ultrasəs müayinədə normal mədəaltı vəzin exostrukturu necə olmalıdır
A) Çoxlu sayda hiperexogen sahəli

B) Qarışıqexogen sahəli

C) İriocaqlı teksturaya malik

D) Çoxlu sayda hipoexogen sahəli

E) Xırda dənəvər
Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. 1 том, стр. 145
526) Mədəaltı vəzin axacağının normal ölçüləri hansılardır?
A) 1,5- 3,0 mm

B) 3,2- 4,0 mm

C) 1,0-1,4 mm

D) 0,8- 1,2mm

E) 2-5mm
Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. 1 том, стр.145
527) Xroniki pankreatitin ağırlaşmalarına hansılar aiddir?
A) Hamısı düzdür

B) Dalaq venasının trombozu

C) Vəzdə kalsifikasiyalar

D) Psevdokistaların əmələ gəlməsi

E) Pankreas və ümumi öd axacağının stenozu
Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. 1 том, стр.171
528) Kəskin pankreatitin ağırlaşmaları hansılardır?
A) Hamısı düzdür

B) Mədəaltı vəzin psevdokistası

C) Abseslər (ətraf piyliyin, qarın boşluğunun, peritonarxası fleqmona)

D) Ümumi öd axarlarının sıxılması nəticəsində yaranan biliar hipertenziya

E) Peritonit (yayılmış və ya məhdud)
Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. 1 том, стр.161
529) Mədəaltı vəzin qeyri – invaziv ultrasəs müayinəsi əksər hallarda nəyi təyin etməyə imkan verir?
A) Diffuz və ya ocaqlı prosesi və onun nisbi yayılmasını təyin etməyə

B) Kliniki diaqnozu təyin etməyə

C) Laborator göstəriciləri təsdiq etməyə

D) Zədələnmənin nozololoji xüsusiyyətlərini təyin etməyə

E) Toxumanın zədələnməsinin histoloji xüsusiyyətlərini aşkar etməyə
Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. 1 том, стр.151 - 152
530) Ultrasəs müayinədə normada dalağın qapısında hansı strukturlar vizualizə olunur
A) Dalaq arteriyası

B) Dalaq arteriyası, dalaq venası, sinirlər

C) Dalaq arteriyası, dalaq venası, limfatik düyünlər

D) Dalaq venası, dalaq arteriyası

E) Dalaq venası
Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. 1 том, стр.187 - 190
531) Normada dalaq venasının diametri nə qədər olmalıdır?
A) 12mm-dən böyük olmamalıdır

B) Dalaq arteriyasına bərabər

C) Dalaq arteriyasından kiçik

D) 10 mm-dən böyük olmamalıdır

E) 5 mm –dən böyük olmamalıdır
Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. 1 том, стр.187 - 190
532) Xroniki splenitin xarakterik ultrasəs əlamətləri hansılardır?
A) Dalağın böyüməsi, qütblər nahiyyəsində kənarların iti olması, exogenliyinin azalması

B) Dalağın böyüməsi, exogenliyin azalması

C) Dalağın böyüməsi, qütblər nahiyəsində kənarların girdələşməsi, exogenliyinin artması

D) Dalağın kiçilməsi, exogenliyin artması

E) Dalağın böyüməsi, exogenliyin normal olması
Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. 1 том, стр.187 - 190
533) Dalağ infarktının sonuncu mərhələsində ultrasəs şəkil necə olmalıdır?
A) Kənarları dəqiq olan hiperexogen törəmə formasında

B) Bütün cavablar doğrudur

C) Kənarları qeyri – dəqiq hipoexogen törəmə formasında

D) Kənarları dəqiq olan hipoexogen törəmə formasında

E) Kənarları qeyri – dəqiq hiperexogen törəmə formasında
Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. 1 том, стр.187 – 190
534) Posttravmatik dalağın zədələnməsinin xarakterik ultrasəs əlamətləri hansılardır?
A) Hamısı düzdür

B) Hematomanın yaranması

C) Dalağın böyüməsi

D) Dalağın konturunun tamlığının pozulması

E) Dalağın kənarında ikili konturun yaranması
Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. 1 том, стр .194- 195
535) Normada 12 –ci qabırğanın akustik kölgəsi sağ böyrəyin hansı səviyyəsində kəsişir?
A) Böyrəyin orta və yuxarı 1/3 hissəsində

B) Böyrəyin aşağı 1/3 hissəsində

C) Böyrəyin qapısında

D) Böyrəyin aşağı qütbündə

E) Böyrəyin aşağı və orta 1/3 hissəsində
Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. 1 том, стр.200- 207
536) Normada 12 –ci qabırğanın akustik kölgəsi sol böyrəyin hansı səviyyəsində kəsişir?
A) Böyrəyin aşağı qütbündə

B) Böyrəyin aşağı 1/3 hissəsində

C) Böyrəyin yuxarı 1/3 hissəsində

D) Böyrəyin qapısı nahiyəsində

E) Böyrəyin yuxarı qütbündə
Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. 1 том, стр.200- 207
537) Böyrəyin bədxassəli şişinin mərkəzində anexogen zona hansı morfoloji substratın göstəricisidir?
A) Perifokal iltihabın

B) Nekrozun

C) Hamısı düzdür

D) Hematomanın

E) Böyrək damarlarının kalsinozunun
Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. 1 том, стр.244-246
538) Ultrasəs müayinə zamanı aşkar edilmiş hidrokalikoz hansı xəstəliklərlə differensasiya edilməlidir7
A) Piolonefrit ilə

B) Sinus kistaları ilə

C) Qlomerulonefrit ilə

D) Paranefrit ilə

E) Böyrək sinusunun lipomatozu ilə
Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. 1 том, стр. 233- 240
539) Böyrək büzüşməsinin ultrasəs əlamətləri hansılardır?
A) Böyrəyin parenximasının qalınlığının azalması

B) . Böyrəyin parenximasının exogenliyinin artması

C) Kortiko – medulyar differensasiyanın pozulması

D) Böyrəyin ölçülərinin normadan kiçik olması

E) Hamısı düzdür
Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. 1 том, стр.214
540) Sidik kisəsinin ultrasəs müayinəsini aparmaqdan ötrü onun hansı dərəcədə dolması daha effektiv sayılır?
A) Sidik kisəsinin 100 ml- ə qədər dolması

B) Sidik kisəsinin 450 ml- ə qədər dolması

C) Sidik kisəsinin 250 ml- ə qədər dolması

D) Sidik kisəsinin 50 ml- ə qədər dolması

E) Sidik kisəsinin 650 ml- ə qədər dolması
Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. 1 том, стр. 259
541) Ultrasəs müayinədə kifayət qədər dolmuş sidik kisəsinin divarının qalınlığı neçə mm olmalıdır?
A) 6- 7 mm

B) 7 – 8 mm

C) 3- 5 mm

D) 1- 2 mm

E) 0-1 mm
Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. 1 том, стр.258
542) Sidik kisəsinin ultrasəs müayinəsi zamanı kisənin üçbucaq nahiyəsində sürətli hərəkət edən 1-2 mm ölçüdə hiperexogen hissəciklər təyin edilirsə nə haqda düşünmək lazımdır?
A) Sidik kisəsi divarının trabekulyarlığı

B) Nazik ayaqcığa malik törəmə

C) Sidik axarından mayenin sıçraması

D) Qum dənəcikləri və iltihab nəticəsində yaranan çöküntü

E) Reverberasiya
Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. 1 том, стр.264- 266
543) Sidik kisəsinin anadangəlmə (həqiqi) divertikulu dedikdə nə başa düşülür?
A) Sidik kisəsinin divarlarının kisəyə bənzər formada qabarması və nazik boğaz vasitəsi ilə sidik kisəsi ilə əlaqəli olması

B) Sidik axarının sidik kisəsinə daxil olan hissəsində polipəbənzər törəmə

C) Uraxusun genişlənməsi

D) Sidik kisəsi divarının sidik kisəsi boşlğuna doğru kisəyəbənzər formada qabarması

E) Sidik kisəsi divarının lokal qalınlaşması
Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. 1 том, стр.187 – 190


Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin