Şüa diaqnostikası ixtisası üzrə nümunəvi test sualları


) USM zamanı qalxanvari vəzinin sist əlaməti hansıdır?



Yüklə 0,98 Mb.
səhifə2/17
tarix14.01.2017
ölçüsü0,98 Mb.
#5189
1   2   3   4   5   6   7   8   9   ...   17

66) USM zamanı qalxanvari vəzinin sist əlaməti hansıdır?

A) Qeyri-dəqiq konturlu qeyri-düzgün girdəvari forma

B) Dəqiq konturlu düzgün girdəvari forma

C) Dəqiq konturlu qeyri-düzgün girdəvari forma

D) Müxtəlif əlamətlər olur

E) Qeyri-dəqiq konturlu düzgün girdəvari forma


Ədəbiyyat: Şirəliyev O.K., Xankişiyeva S.Q. Xəstəliklərin ultrasəs diaqnostikası. Bakı. 1998. 163 s.
67) Dişin aktiv müalicəsi zamanı rentgenoloji üsulun tez tez istifadə edilməsinə səbəb nədir?

A) Radikulyar sist tapılması

B) Dişin çıxığı

C) Kanalın keçməsinin müəyənləşdirməsi

D) Çənə osteomiyelitinin istisna edilməsi

E) Çənə sümüyündə destruktiv dəyişiklik axtarılması


Ədəbiyyat: Н.А. Рабухина. Рентгенодиагностика заболеваний зубов и челюстей. М. 1991.
68) Bəzi intrakranial şişlərin kalsifikasiyalarını aydın göstərmək üçün hansı müayinə üsulundan istifadə edilir?

A) USM


B) Rentgenoqrafiya

C) Fərqi yoxdur

D) KT

E) MRT
Ədəbiyyat: Kraniospiral Maqnyetik Rzonans. Edit. Prof. Dr. İlhan Erden. 2003, səhfə 86-98


69) Arxa kəllə çuxuru patologiyasını aydınlaşdırmaq üçün hansı müayinə daha məqsədəuyğundur?

A) USM


B) Radioizotop

C) Rentgen

D) MRT

E) KT
Ədəbiyyat: Kraniospiral Maqnyetik Rzonans. Edit. Prof. Dr. İlhan Erden. 2003, səhfə 99


70) Eşitmə siniri nevrinomalarının aşkar edilməsində hansı müayinə üsulu daha informativdir?

A) USM


B) KT

C) MRT


D) Radioizotop

E) Rentgen


Ədəbiyyat: Kraniospiral Maqnyetik Rzonans. Edit. Prof. Dr. İlhan Erden. 2003, səhfə 99
71) Hansı hipofiz vəzinin törəmələrinin ölçüləri mikroadenoma sayılır?

A) 10 mm-dən kiçik olan törəmə

B) 30-40 mm olan törəmə

C) 20-30 mm olan törəmə

D) 40-50 mm olan törəmə

E) Cavabların hamısı düzdür


Ədəbiyyat: Kraniospiral Maqnyetik Rzonans. Edit. Prof. Dr. İlhan Erden. 2003, səhfə 101
72) Arxa kəllə çuxuru şişlərinin dəyərləndirilməsində daha informativ müayinə metodu hansıdır?

A) USM


B) Radioizotop müayinə

C) MRT


D) Termoqrafiya

E) KT
Ədəbiyyat: Г.Е.Труфанов, Т.Е.Рамешвили «Лучевая диагностика опухолей головного мозга» Атлас КТ и МРТ изображений. Руководство для врачей. 2007. 328с.


73) Hansı hallarda KT müayinəsi məsləhət deyil?

A) Yaşı 60-dan yuxarı olan xəstələr

B) Uşaqlar və hamilə qadınlar

C) Kəllə-beyin travması almış xəstələr

D) İnsult keçirmiş xəstələr

E) Baş-beyin şişi olan xəstələr


Ədəbiyyat: И.Е.Тюрин«Компьютерная томография органов грудной полости».2003. 371с.
74) Baş beyinin KT müayinəsi üçün xəstələrin hazırlanması necə olmalıdır?

A) Müayinədən öncə beyin mədəciklərinə qaz vurulur

B) Yüngül səhər yeməyi məsləhət görülür

C) Hazırlıq lazım deyil

D) Xəstə acqarına müayinə olunur

E) Xəstə su içməlidir


Ədəbiyyat: Г.Е.Труфанов, Т.Е.Рамешвили «Лучевая диагностика опухолей головного мозга» Атлас КТ и МРТ изображений. Руководство для врачей. 2007. 328с.
75) Qalxanvari vəzi xərçəngi halında, bir qayda olaraq, hansı radiofarm preparatı istifadə olunur?

A) Tc 99m (teknesium)

B) İ 131 (yod)

C) Se 75 (selenmetionin)

D) Tl 201 (tallium)

E) P 32 (fosfor)


Ədəbiyyat: Г.А.Зедгенидзе «Клиническая Рентгенорадиология». Москва. 1995. 364 с.
Tənəffüs üzvlərinin və divararaliği orqanlarinin xəstəliklərinin şüa diaqnostikasi
76) Döş qəfəsi orqanları xəstəliklərinin diaqnostikasında qida borusunun müayinəsi nəyə kömək edir?

A) Kök limfodüyünlərin böyüməsində

B) Sağtərəfli aorta qövsünün yerləşməsində

C) Perikarditdə

D) Plevritdə

E) Timomada


Ədəbiyyat: П.В.Власов «Лучевая диагностика заболеваний органов грудной полости». М. 2006. 311 с.
77) Zirvədə ağciyər şəkli hansı xüsusiyyətə malikdir?

A) Torvarı strukturlu şəkil

B) Tutqun şəkil

C) İlgəkvarı strukturlu şəkil

D) Ağciyər şəklinin olmaması

E) Xətvarı strukturlu şəkil


Ədəbiyyat: Л.С.Розенштраух, Н.И.Рыбакова, М.Г.Виннер «Рентгенодиагностика заболеваний органов дыхания». М. Медицина. 1987. 640 с.
78) Bifurkasion traxeya limfa vəzilərin böyüməsini nə xarakterizə edir?

A) Traxeo-bronxial bucağın kiçilməsi

B) Bifurkasion bucağın böyüməsi

C) Traxeo-bronxial bucağın böyüməsi

D) Bifurkasion bucağın kiçilməsi

E) Bucaqların dəyişməməsi


Ədəbiyyat: Л.С.Розенштраух, Н.И.Рыбакова, М.Г.Виннер «Рентгенодиагностика заболеваний органов дыхания». М. Медицина. 1987. 640 с.
79) Müller sınağı zamanı ağciyərin qanla dolması necə olur?

A) Dəyişmir

B) Artır

C) Deformasiyalaşır

D) Zənginləşir

E) Azalır


Ədəbiyyat: Л.С.Розенштраух, Н.И.Рыбакова, М.Г.Виннер «Рентгенодиагностика заболеваний органов дыхания». М. Медицина. 1987. 640 с.
80) Ağciyərlər üçün qızıl standart sayılan müayinə hansıdır?

A) KT


B) USM

C) MRT


D) Radioizotop

E) Rentgen


Ədəbiyyat: Holger Petterson MD «Общее руководство по радиологии» Институт NICER, Москва. 1995. 1330 с., часть1
81) Hansı xəstəliklər zamanı USM (ultrasəs müayinəsi) daha əlverişlidir?

A) Qida borusu

B) Qabırğalar

C) Divararasının orta nahiyəsindəki şişlər

D) Ağciyər

E) Plevra


Ədəbiyyat: П.В.Власов «Лучевая диагностика заболеваний органов грудной полости». М. 2006. 311 с.
82) Ağciyər toxumasını qidalandıran bronxial arteriyalar öz başlanğıcını haradan götürür?

A) Qabırğaarası venalardan

B) Ağciyər venalarından

C) Qabırğaarası arteriyalar və aortanın döş hissəsindən

D) Aortanın qarın hissəsindən

E) Ağciyər arteriyalarından


Ədəbiyyat: Л.С.Розенштраух, Н.И.Рыбакова, М.Г.Виннер «Рентгенодиагностика заболеваний органов дыхания». М. Медицина. 1987. 640 с.
83) Aşağıda göstərilən hansı orqanların zədələnməsində KT müayinəsi məsləhət görülür?

A) Plevra

B) Qabırqalar

C) Ağciyər

D) Hamısı düzgündür

E) Mediastinal orqanlar


Ədəbiyyat: И.Е.Тюрин«Компьютерная томография органов грудной полости».2003. 371с.
84) Seqmentar ağciyər venaları necə şaxələnir?

A) Plaşabənzər qat ilə

B) Bronxlarla birlikdə

C) Payların hüdudları ilə

D) Seqmentlərin sərhədləri boyu

E) Arteriyalarla birlikdə


Ədəbiyyat: Л.Д.Линденбратен, И.П.Королюк «Медицинская радиология и рентгенология». М. Медицина. 1993. 556 с.
85) Böyümüş mediastinal limfa düyünlərinin müəyyən edilməsi üçün hansı müayinə metodu daha məsləhətlidir?

A) USM


B) KT

C) Rentgenoqrafiya

D) Radioizotop müayinəsi

E) Rentgenoskopiya


Ədəbiyyat: И.Е.Тюрин«Компьютерная томография органов грудной полости».2003. 371с.
86) London sxeması ilə sağ ağciyər neçə seqmentdən ibarətdir?

A) On


B) On bir

C) Səkkiz

D) On iki

E) Doqquz


Ədəbiyyat: Л.Д.Линденбратен, И.П.Королюк «Медицинская радиология и рентгенология». М. Медицина. 1993. 556 с.
87) Ağciyərin seqmentar quruluşunun əsas tərkibi nədən ibarətdir?

A) Bronx və ağciyər venaları

B) Ağciyər daxili arteriyalar

C) Bronxlar

D) Ağciyər arteriyaları və bronxlar

E) Ağciyər arteriyası, bronx və ağciyər venaları


Ədəbiyyat: Л.Д.Линденбратен, И.П.Королюк «Медицинская радиология и рентгенология». М. Медицина. 1993. 556 с.
88) Sağ ağciyərdə neçə əlavə pay ola bilər?

A) Bir pay

B) İki pay

C) Dörd pay

D) Üçə qədər

E) Heç olmur


Ədəbiyyat: Л.Д.Линденбратен, И.П.Королюк «Медицинская радиология и рентгенология». М. Медицина. 1993. 556 с.
89) Pnevmotoraks zamanı sıxılmış ağciyər yerini necə dəyişir?

A) Medial və aşağı

B) Kənara tərəf

C) Yuxarı

D) Medial və yuxarı

E) Aşağı
Ədəbiyyat: Л.С.Розенштраух, Н.И.Рыбакова, М.Г.Виннер «Рентгенодиагностика заболеваний органов дыхания». М. Медицина. 1987. 640 с.


90) Ağciyərin ən kiçik avtonom anatom vahidi nədir?

A) Asinuslar

B) Pay

C) Paycıq



D) Seqment

E) İki seqment


Ədəbiyyat: Л.Д.Линденбратен, И.П.Королюк «Медицинская радиология и рентгенология». М. Медицина. 1993. 556 с.
91) Arxa zonaya hansı seqment aiddir?

A) Altıncı

B) Onuncu

C) Doqquzuncu və onuncu

D) Altıncı və doqquzuncu

E) Beşinci


Ədəbiyyat: Л.Д.Линденбратен, И.П.Королюк «Медицинская радиология и рентгенология». М. Медицина. 1993. 556 с.
92) Döş qəfəsinin arxa rentgenoqramması ön rentgenoqrammasından nə ilə fərqlənir?

A) Qabırğaların arxa çıxıntılarının konturlarının aydınlığı

B) Körpücüklərin şəkli

C) Qabırğaların ön və arxa şöbələrinin eninin nisbəti

D) Qabırğa konturlarının aydınlığı

E) Qabırğaların arxa çıxıntılarının konturlarının aydınlığı və körpücüklərin şəkli


Ədəbiyyat: А.Н.Кишковский, Л.А.Тютин, Г.Н.Есиновская «Атлас укладок при рентгенологических исследованиях». Л. Медицина. 1987. 520 с.
93) Xətti tomoqramlarda traxeyanın bifurkasiya bucağı hansı hallarda daha yaxşı müşahidə olunur?

A) Düz proyeksiyanın uzununa yayılması hallarında

B) Yan proyeksiyanın uzununa yayılması hallarında

C) Yan proyeksiyanın eninə yayılması hallarında

D) Düz proyeksiyada eninə yayılma zamanı

E) Çəp proyeksiyada uzununa yayılmada


Ədəbiyyat: И.Е.Тюрин«Компьютерная томография органов грудной полости».2003. 371с.
94) Kerli-B xətləri əsasən ağciyərin hansı hissələrində müşahidə olunur?

A) Hamısında

B) Bazal hissələrdə

C) Zirvə hissədə

D) Orta hissədə

E) Kök ətrafi hissədə


Ədəbiyyat: Д.Кац, К. Мас, С. Гроскин «Секреты рентгенологии». Пер. с анг.. М-СПб, 2003, 704 с.
95) Orta pay bronxlarının müayinəsində tomoqrafiyanı hansı proyeksiyada çəkmək lazımdır?

A) Düz və yan proyeksiyalarda

B) Çəp proyeksiyada

C) Düz proyeksiyada

D) Yan və çəp proyeksiyalarda

E) Yan proyeksiyada


Ədəbiyyat: И.Е.Тюрин«Компьютерная томография органов грудной полости».2003. 371с.
96) Struktursuz ağciyər kökü nə zaman müşahidə olunur?

A) Divararalığın bronxo-enterogen kistasında

B) Traxeyanın şişində

C) Xroniki bronxitdə

D) Kəskin bronxitdə

E) Ağciyərin mərkəzi xərçəngində


Ədəbiyyat: Л.Д.Линденбратен, И.П.Королюк «Медицинская радиология и рентгенология». М. Медицина. 1993. 556 с.
97) Tənəffüs zamanı ağciyərdə kölgəliyin yerdəyişmə istiqaməti nədən asılıdır?

A) Anatomik substratdan

B) Lokalizasiyasından asılı olur

C) Ağciyər kökü ilə əlaqədən

D) Formasından

E) Ölçülərdən


Ədəbiyyat: Л.Д.Линденбратен, И.П.Королюк «Медицинская радиология и рентгенология». М. Медицина. 1993. 556 с.
98) Ağciyərdə limfa axarının pozulma simptomları hansılardır?

A) Plevral xətlər və Kerli tipli xətlər yaranır

B) Çoxsaylı ocaqlı kölgəliklər

C) Damar şəklinin güclənməsi

D) Ağciyər köklərin güclənməsi

E) Ağciyər şəklinin güclənməsi və ocaq kölgələri


Ədəbiyyat: Л.Д.Линденбратен, И.П.Королюк «Медицинская радиология и рентгенология». М. Медицина. 1993. 556 с.
99) Ağciyərin kürəvi törəmələrinin ən əsas diaqnostik xarakteristikası hansıdır?

A) Ölçüləri

B) Forması

C) Konturları

D) Struktur və ölçüləri

E) Konturları və strukturu


Ədəbiyyat: Л.Д.Линденбратен, И.П.Королюк «Медицинская радиология и рентгенология». М. Медицина. 1993. 556 с.
100) Ağciyər payının atelektazının dəqiq əlaməti hansıdır?

A) Payın homogen kölgəsi

B) Payarası plevranın yerdəyişməsi

C) Diafraqmanın günbəzinin yüksək yerləşməsi

D) Payın intensiv kölgəsi

E) Payarası plevranın enməsi


Ədəbiyyat: Л.Д.Линденбратен, И.П.Королюк «Медицинская радиология и рентгенология». М. Медицина. 1993. 556 с.
101) Ağciyərdə solitar boşluqların differensial diaqnostikada əsas əlaməti hansıdır?

A) Mayenin mövcud olması

B) Forma

C) Ölçülər

D) Lokalizasiya (yerləşmə)

E) Divarların xarakteri


Ədəbiyyat: Л.Д.Линденбратен, И.П.Королюк «Медицинская радиология и рентгенология». М. Медицина. 1993. 556 с.
102) Divararalığın sağlam tərəfə yerdəyişməsi nəyi xarakterizə edir?

A) Ağciyər vərəmi

B) Xroniki pnevmoniyanı

C) Atelektazı

D) Ekssudativ plevriti

E) Progressivləşən ağciyər distrofiyasını


Ədəbiyyat: Л.Д.Линденбратен, И.П.Королюк «Медицинская радиология и рентгенология». М. Медицина. 1993. 556 с.
103) Nə döş qəfəsi orqanlarının normal kontrastlı rentgenoqramması sayılır?

A) Ürəyin fonunda bütün döş fəqərələrin gürünməsi

B) Mədənin qaz qovuğunun görünməsi

C) Şəklin sərtləşməsinin əhəmiyyəti yoxdur

D) Mədənin qaz qovuğunun görünməməsi

E) Yuxarı üç döş fəqərələri traxeya şəffaflığının fonunda görünməsi


Ədəbiyyat: А.Н.Кишковский, Л.А.Тютин, Г.Н.Есиновская «Атлас укладок при рентгенологических исследованиях». Л. Медицина. 1987. 520 с.
104) Hansı patoloji prosesslərdə ağciyər kökünün genişlənməsi müşahidə olunur?

A) Bütün cavablar düzdür

B) Pnevmoniya zamanı

C) Bronxların şişi zamanı

D) Ağciyər arteriyalarının genişlənməsi zamanı

E) Limfadüyünlərin böyüməsində


Ədəbiyyat: Л.Д.Линденбратен, И.П.Королюк «Медицинская радиология и рентгенология». М. Медицина. 1993. 556 с.
105) Sistlı ağciyər hipoplaziyası hansı formalarda olur?

A) Bütün cavablar düzgündür

B) Solitar sist

C) Sistlı ağciyər

D) Sistlı pay

E) Çoxsaylı sistlər


Ədəbiyyat: П.В.Власов «Лучевая диагностика заболеваний органов грудной полости». М. 2006. 311 с.
106) Ağciyərdə kölgənin konturları nə zaman qeyri-dəqiqdir?

A) Periferik adenomada

B) Tuberkulomada

C) Ocaqlı pnevmoniyada

D) Sistoz törəmədə

E) Qamartomada


Ədəbiyyat: П.В.Власов «Лучевая диагностика заболеваний органов грудной полости». М. 2006. 311 с.
107) Bədxassəli şişin metastazları və çox fokuslu septik metastatik pnevmoniya arasında rentgenoloji fərq nədədir?

A) Prosesin dinamikasında

B) Ocaqların lokalizasiyasında

C) Miqdarında

D) Kölgəliklərin formasında

E) Miqdarında və kölgəliklərin formasında


Ədəbiyyat: П.В.Власов «Лучевая диагностика заболеваний органов грудной полости». М. 2006. 311 с.
108) Məhdudlaşmış cibləşmiş plevrit zamanı ətrafdakı ağciyər toxuması adətən necə dəyişir?

A) Ağciyər şəkli güclənir və deformasiya olur

B) Ağciyər şəkli zəifləyir

C) Dəyişilmir

D) Ağciyər şəkli güclənir

E) Ağciyər şəkli deformasiyaya uğrayır


Ədəbiyyat: П.В.Власов «Лучевая диагностика заболеваний органов грудной полости». М. 2006. 311 с.
109) Məhdudlaşmış cibləşmiş payarası maye tənəffüs zamanı necə vizuallaşır?

A) Ağciyərlə hərəkət edir və formasını dəyişmir

B) Ağciyərlə hərəkət edir və formasını dəyişir

C) Ağciyərlə hərəkət etmir və formasını dəyişir

D) Heç bir cavab düz deyil

E) Ağciyərlə hərəkət etmir və formasını dəyişmir


Ədəbiyyat: П.В.Власов «Лучевая диагностика заболеваний органов грудной полости». М. 2006. 311 с.
110) Döşdaxili limfotik düyünlər anatomik olaraq harada yerləşir?

A) Ön divararası

B) Ağciyər kökündə

C) Ön və arxa divararası

D) Divararası və ağciyər kökündə

E) Mərkəzi və arxa divararası


Ədəbiyyat: Л.С.Розенштраух, Н.И.Рыбакова, М.Г.Виннер «Рентгенодиагностика заболеваний органов дыхания». М. Медицина. 1987. 640 с.
111) Rentgenoqrammada ağciyərin patoloji törəmələrinin kölgəsinin intensivliyi nədən asılıdır?

A) Ölçü və lokalizasiyadan

B) Morfoloji substraktdan

C) Lokalizasiyadan

D) Ölçülərdən

E) Formasından


Ədəbiyyat: Л.С.Розенштраух, Н.И.Рыбакова, М.Г.Виннер «Рентгенодиагностика заболеваний органов дыхания». М. Медицина. 1987. 640 с.
112) Xroniki pnevmoniyada lokal bronxit nə vaxt müşahidə olunur?

A) Tez-tez

B) Gec-gec

C) Həmişə

D) Nadir halda

E) Müşahidə olunmur


Ədəbiyyat: Л.С.Розенштраух, Н.И.Рыбакова, М.Г.Виннер «Рентгенодиагностика заболеваний органов дыхания». М. Медицина. 1987. 640 с.
113) Sağ ağciyərin orta payı nə ilə tez-tez zədələnir?

A) Xərçəngi ilə

B) Əlavə xəstəliklərlə

C) Exinokokk

D) Vərəmlə

E) İltihab prosesi ilə


Ədəbiyyat: Л.С.Розенштраух, Н.И.Рыбакова, М.Г.Виннер «Рентгенодиагностика заболеваний органов дыхания». М. Медицина. 1987. 640 с.
114) Ağciyər arteriyasının hipoplaziyası nə ilə özünü biruzə verir?

A) Ağciyər şəklinin kasıblaşması ilə

B) Ağciyər şəklinin sərtləşməsi ilə

C) Ağciyər şəklinin güclənməsi ilə

D) Ağciyər şəklinin olmaması ilə

E) Ağciyər şəklinin deformasiyası ilə


Ədəbiyyat: Л.Д.Линденбратен, И.П.Королюк «Медицинская радиология и рентгенология». М. Медицина. 1993. 556 с.
115) Ağciyər arteriyasının hipoplaziyası hansı üsulla müəyyənləşir?

A) Rentgenoskopiyada

B) Bronxoqrafiyada

C) Angiopulmonoqrafiyada

D) Tomoqrafiyada

E) Rentgenoqrafiyada


Ədəbiyyat: Л.Д.Линденбратен, И.П.Королюк «Медицинская радиология и рентгенология». М. Медицина. 1993. 556 с.
116) Ağciyər sekvestrasiyasının ən xarakterik simptomu hansıdır?

A) Bazal sahələrdə məhdudlaşmış kölgə

B) Ağciyər şəklinin güclənməsi

C) Ağciyər kökünün deformasiyası

D) Ağciyər şəklinin deformasiyası

E) Diafraqma günbəzinin elevasiyası


Ədəbiyyat: Л.Д.Линденбратен, И.П.Королюк «Медицинская радиология и рентгенология». М. Медицина. 1993. 556 с.
117) Ağciyər sekvestrasiyasına şübhə olduqda hansı müayinə məqsədəuyğundur?

A) Qida borusunun kontrastlaşması

B) Tomoqrafiya

C) Rentgenoqrafiya

D) Aortoqrafiya

E) Bronxoqrafiya


Ədəbiyyat: Л.Д.Линденбратен, И.П.Королюк «Медицинская радиология и рентгенология». М. Медицина. 1993. 556 с.
118) Traxeal şişlərin diaqnostikasında ən informativ müayinə metodu hansıdır?

A) Rentgenoskopiya

B) Rentgenoqrafiya

C) Xətti tomoqrafiya

D) KT

E) USM
Ədəbiyyat: Тюрин И.Е.«Компьютерная томография органов грудной полости»2003. 371с.


119) Rentgenoqrammada krupoz pnevmoniya zamanı zədələnmiş ağciyərin kölgəsinin intensivliyi nədən asılıdır?

A) İltihabın patoloqoanatomik mərhələsi

B) İnfiltratın ölçüləri

C) Sadalanan düzgündür

D) İnfiltratın lokalizasiyası

E) Ölçüləri və infiltratın lokalizasiyası


Ədəbiyyat: Л.Д.Линденбратен, И.П.Королюк «Медицинская радиология и рентгенология». М. Медицина. 1993. 556 с.
120) “Pankost xərçəngi” termini hansı şişlərə aid olunur?

A) Ağciyərin kortiko-plevral xərçəngi

B) Ağciyər xoşxassəli şişi

C) Mərkəzi ağciyər xərçəngi

D) Plevra bədxassəli şişi

E) Divararalıq orqanların şişi


Ədəbiyyat: Кац Д., Мас К. , Гроскин С. «Секреты рентгенологии». Пер. с анг.. М-СПб, 2003, 704 с.
121) Diafraqmanın hissəvi relaksasiyası və ağciyərlərin diafraqmaüstü törəmələrinin differensiasiyasında hansı müayinə daha effektlidir?

A) Rentgenoskopiya

B) Rentgenoqrafiya

C) Rentgenoskopiya və xətti tomoqrafiya

D) USM

E) KT
Ədəbiyyat: П.В.Власов «Лучевая диагностика заболеваний органов грудной полости». М. 2006. 311 с.


122) Ağciyər kökün genişlənməsi nəyə xarakterikdir?

A) Bronx şişinə

B) Ağciyər arteriyanın genişlənməsinə

C) Sətəlcəmə

D) Limfovəzilərin böyüməsinə

E) Bütün cavablar düzgündür


Ədəbiyyat: П.В.Власов «Лучевая диагностика заболеваний органов грудной полости». М. 2006. 311 с.
123) Ağciyərdə dairəvi törəmənin strukturunu və konturlarını öyrənmək hansı müayinə effektlidir?

A) Rentgenoqrafiya və xətli tomoqrafiya

B) Rentgenoqrafiya və bronxoqrafiya

C) KT


D) Rentgenoskopiya

E) İki standart proyeksiyada rentgenoqrafiya


Ədəbiyyat: П.В.Власов «Лучевая диагностика заболеваний органов грудной полости». М. 2006. 311 с.
124) Ağciyər köklərinin strukturunun öyrənilməsində ən informativ üsul hansıdır?

A) KT


B) Xətti tomoqrafiya

C) Rentgenoqrafiya

D) Rentgenoskopiya

E) USM
Ədəbiyyat: П.В.Власов «Лучевая диагностика заболеваний органов грудной полости». М. 2006. 311 с.


125) Diafraqmanın kəskin travmatik yırtığında hansı müayinə seçilməlidir?

A) Mədə və yoğun bağırsağın kontrastlı müayinəsi

B) Pnevmoperitoneum

C) Rentgenoqrafiya və rentgenoskopiya

D) Rentgenoskopiya

E) Rentgenoqrafiya


Ədəbiyyat: П.В.Власов «Лучевая диагностика заболеваний органов грудной полости». М. 2006. 311 с.
126) Paratraxeal limfadenopatiyalarda hansı müayinə metodu daha effektlidir?

A) Rentgenoskopiya

B) İki standart proyeksiyada tomoqrafiya və rentgenoqrafiya

C) KT


D) İki standart proyeksiyada rentgenoqrafiya

E) USM
Ədəbiyyat: П.В.Власов «Лучевая диагностика заболеваний органов грудной полости». М. 2006. 311 с.


127) Məhdudlaşmış pnevmoniya sonrası sirroz zamanı ən çox rast gəlinən xarakterik bronxoqrafik simptomlar hansılardır?

A) Ağciyər şəklinin deformasiyası

B) Bronxların daralması, yaxınlaşması və deformasiyası

C) İri bronxların obturasiyası

D) Bronx şaxələrinin daralması və yaxınlaşması

E) Bronxların boşluğunun daralması


Ədəbiyyat: Л.Д.Линденбратен, И.П.Королюк «Медицинская радиология и рентгенология». М. Медицина. 1993. 556 с.
128) Drenajlaşan kəskin ağciyər absesi üçün daha çox nə xarakterikdir?

A) Mayenin horizontal səviyyəsi

B) Havalı boşluq

C) Formasının dəyişməsi

D) Kökə tərəf “yolcuğ”un olması

E) “Sekvestr”ın olması


Ədəbiyyat: Л.Д.Линденбратен, И.П.Королюк «Медицинская радиология и рентгенология». М. Медицина. 1993. 556 с.
129) Abses boşluğunda ağciyər sekvestrinin əsas skialoji əlaməti hansıdır?

A) Düz horizontal səviyyəsi

B) Əlavə kölgəlik

C) Maye möhtəviyyatının böyük miqdarı

D) Parçalama prosesi

E) Daxili divarın qeyri-bərabərliyi


Ədəbiyyat: Л.Д.Линденбратен, И.П.Королюк «Медицинская радиология и рентгенология». М. Медицина. 1993. 556 с.
130) Bronxoektazların diaqnostikasında daha əlverişli tədqiqat metodu hansıdır?

A) Bronxoqrafiya

B) Tomoqrafiya

C) Anqiopulmonoqrafiya

D) Rentgenoskopiya

E) Rentgenoqrafiya


Ədəbiyyat: Л.Д.Линденбратен, И.П.Королюк «Медицинская радиология и рентгенология». М. Медицина. 1993. 556 с.
131) Ağciyər retension sistalarını daha dəqiq nə xarakterizə edir?

A) Forması

B) İntensivliyi

C) Ölçüləri

D) Lokalizasiyası

E) Divarları


Ədəbiyyat: Л.Д.Линденбратен, И.П.Королюк «Медицинская радиология и рентгенология». М. Медицина. 1993. 556 с.
132) Ağciyər emfizemasının diaqnostikasında ən çox informativ metod hansıdır?

A) USM


B) KT

C) Bronxoqrafiya

D) Rentgenoqrafiya

E) Rentgenoskopiya


Ədəbiyyat: П.В.Власов «Лучевая диагностика заболеваний органов грудной полости». М. 2006. 311 с.
133) Ağciyər emfizemasında tənəffüs zamanı ağciyərin şəffaflığı necə dəyişir?

A) Aşağı nahiyələrdə artır

B) Yuxarı nahiyələrdə artır

C) Bütün nahiyələrdə artır

D) Dəyişmir,stabil olur

E) Aşağı nahiyələrdə azalır


Ədəbiyyat: П.В.Власов «Лучевая диагностика заболеваний органов грудной полости». М. 2006. 311 с.
Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin