Pasiyent üçün məlumat Hemodializ xroniki böyrək xəstələri



Yüklə 18.17 Kb.
Pdf просмотр
tarix02.03.2017
ölçüsü18.17 Kb.

HEMODİALİZ

Pasiyent üçün məlumat

Hemodializ – xroniki böyrək  xəstələri

üçün müalicə deyil, yaşam üsuludur!

Buklet Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 noyabr 2010-cu il 

tarixli 227 nömrəli qərarı ilə təsdiq edilmiş “2011-2015-ci illər üçün xroniki 

böyrək  çatışmazlığı  üzrə  Tədbirlər  Proqramı”nın  icrası  ilə  bağlı  Səhiyyə 

Nazirliyinin  Tədbirlər  Planının  4.1-ci  bəndinə  uyğun  olaraq  Azərbaycan 

Respublikası  Səhiyyə  Nazirliyi  kollegiyasının  22  aprel  2011-ci  il  tarixli 

17 saylı qərarı ilə təsdiq edilmiş “Hemodializ üzrə klinik protokol” əsasında 

İctimai  Səhiyyə  və  İslahatlar  Mərkəzi  tərəfindən  hazırlanmış  və  çap 

edilmişdir.  Bukletdə  dərc  olunanlar  Səhiyyə  Nazirliyinin    baş  uroloqu  ilə 

razılaşdırılmışdır.

Yadda 


saxlayın ki, hemodializ 

haqqında düzgün məlumatı 

yalnız həkim verə bilər. 

Müalicəyə başlamazdan əvvəl 

dializ həkimi tərəfindən müayinə 

olunmağınız, ətraflı məlumat 

almağınız vacibdir!

Bu məlumatlar Sizin yaşam 

keyfiyyətinizi və müalicəyə 

inamınızı artırmağa

 xidmət edir. 


Hemodializ nədir?

Hemodializ – böyrəklərin fəaliyyətinin pozulması nəticəsində 

bədəndə  toplanan  artıq  maddələrin,  azot  qalıqlarının  və 

mayenin  xaric  edilməsi  üsuludur.  Bu  üsul  böyrəklərin 

xroniki  xəstəliyi  (funksiyaların  davamlı,  geridönməz  və 

proqressivləşən  pozulmaları)  zamanı  aparılır.  Böyrəklərin 

xroniki xəstəlikləri irsi xəstəliklər, şəkərli diabet, hipertoniya, 

uroloji patologiyalar, maddələr mübadiləsinin pozulmaları və 

transplantantın uyğunsuzluğundan sonra baş verir.

Hemodializin aparılması

Hemodializ həftədə 3 dəfə dövri olaraq daim aparılır. Müalicə hər dəfə 3-4 saat da-

vam  etməklə, həftədə 12-15 saat aparılır. Hemodializ aparmaq üçün qan damarlarına 

sərbəst giriş təmin olunmalıdır.  Bu məqsədlə kateterdən istifadə olunur.



Kateter nədir?

Hemodializ aparmaq üçün xəstənin iri venalarından birinə (boyunda və ya qasıqda) 

müvəqqəti olaraq kateter daxil edilir. Kateter bəzən bir neçə ay və ya il xəstəyə xidmət 

edə bilər. Hemodializ zamanı sürətli qan dövranını təmin etmək məqsədilə arteriya və 

vena arasında süni birləşmə - fistula qoyulur. 

Fistula nədir?

Fistula  əməliyyat  otağında  yerli  anesteziya  altında  qoyulur.  Vena  və  arteriya  bir-

birinə tikildikdən sonra 2-8 həftə ərzində fistulanın formalaşması prosesi gedir. Bu 

müddətdə qanın axını xəstə tərəfindən dərinin üstündən hiss olunur. Barmaqla hiss 

edilən bu hal fistulanın fəaliyyətdə olduğunu göstərir. 

Fistula qoyulduqda nəyə əməl etməli:

fistula olan qolda qan təzyiqini ölçmək olmaz

fistula olan qola inyeksiya etmək, qan götürmək, sistem qoymaq olmaz

biləyi və qolu sıxa biləcək saat, qolbaq, elastik geyimdən istifadə edilməməlidir

həmin qol üstə yatmaq olmaz

kəsici alətlərlə ehtiyatlı olmaq lazımdır



Düzgün qulluq etdikdə və fistulanın fəaliyyətinə daim nəzarət

 olunduqda, o, uzun müddət Sizə xidmət göstərə bilər.

Hemodializ hansı rejimdə aparılmalıdır?

İdeal halda hemodializ 3-4 saat davam edir. İlk dövrlərdə və ümumiyyətlə böyrəklərin 

fəaliyyəti az da olsa saxlanılan hallarda seansların müddəti və tezliyi azaldıla bilər. 

Vaxtaşırı olaraq qanın analizləri aparılmalı və düzgün qərar yalnız bundan sonra dializ 

həkimi tərəfindən verilə bilər.

Xüsusi pəhriz gözləməyə ehtiyac varmı?

Hemodializ xəstələrinin əksəriyyəti müəyyən qaydalara əməl etməlidir:

qida rasionunda kalium, fosfatlar, duzla zəngin qidalar məhdudlaşdırılmalıdır

pəhriz fərdi qaydada dietoloq tərəfindən tərtib edilməlidir

zülalın qəbul miqdarı xəstənin yaşam keyfiyyətini və əhvalını təmin etməlidir

gün ərzində qəbul edilən suyun miqdarı məhdudlaşdırılmalıdır (dializlərarası dövrdə ödemlər, 

arterial hipertenziya, təngnəfəslik, bəzən boğulma, narahatlıq və s.-nin baş verməməsi üçün) 

dializlərarası dövrdə çəkiyə nəzarət edilməlidir (bədənin çəkisi ümumi çəkinin 2-3%-i 

qədər arta bilər)



Hemodializin peritoneal dializdən (ev dializi) üstünlüyü: 

hemodializ seansları stasionar şəraitdə tibb personalının nəzarəti ilə aparılır

xəstə, xüsusilə yaşlı şəxs özünü arxayın hesab edir

seansarası əlavə müalicəyə ehtiyac olmur, xəstə dializlərarası dövrdə şəxsi

işləri ilə məşğul ola bilər 

şöbədə tibbi-sanitariya qaydalarına riayət olunduğuna görə infeksiyalaşma riski az olur



Dializ zamanı Siz otura, uzana, kitab oxuya,

televizora baxa bilərsiniz.

Dərman müalicəsi necə aparılmalıdır?

Dializ və pəhrizlə yanaşı, bir sıra xəstələr əlavə dərman müalicəsi almalı olurlar. Qan 

təzyiqi  yuxarı  olanlar  hipotenziv  dərman  vasitələri,  diurez  saxlanılan  xəstələr  sidik-

qovucu dərmanlar istifadə etməlidirlər. Xəstələr yeməkdən əvvəl fosfor-birləşdirən pre-

paratlar, sümüklərdə baş verə biləcək fəsadların qarşısını almaq məqsədilə vitaminlər 

və kalsium preparatları qəbul etməlidirlər. 



Yadda saxlayın! Dərmanların doza və istifadəsi

 hər xəstə üçün həkim tərəfindən fərdi təyin edilir.

Dializ xəstənin şəxsi həyatına 

və rejiminə necə təsir edir?

Dializ müəyyən vaxt və mütəmadilik tələb etdiyindən, iş qabiliyyətli xəstələrin sosial 

şəraitinə öz təsirini göstərir. Bu baxımdan müalicə olunduğunuz dializ mərkəzi Sizin iş 

şəraitinizə uyğun cədvəl tərtib edə bilər. 



Ev dializi

Müalicə olunduğunuz dializ mərkəzi yaşayış yerindən çox uzaqda yerləşirsə və həftədə 3 

dəfə ilin hər mövsümündə böyük çətinliklə bu məsafəni qət etməyə məcbursunuzsa, bu 

halda dializ ev şəraitində aparıla bilər. Bunun üçün Sizə qulluq edən ailə üzvü  müəyyən 



təlim kursu keçməlidir. Gündəlik iş günü olan xəstələr üçün də bu üsul məqsədəuyğundur.

Каталог: document -> 2015
2015 -> Buklet Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 7 iyul tarixli
2015 -> Erk?n Buklet “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 26. 01
2015 -> Uşaqlarınızı peyvənd edin! Sizin uşaqlarınız sağlam böyüməlidirlər!
2015 -> Hemofiliya irsi xəstəlikdir Buklet Azərbaycan Respublikası Nazirlər Kabinetinin «2011-2015-ci illər üçün hemofiliya xəstəliyi»
2015 -> Diabetli xəstənin məlumat kartı
2015 -> Sağlam qidalanma ürək-damar xəstəliklərinin profilaktikasının əsasıdır
2015 -> Hər bir insanın təmiz, tərkibində zərərli maddələr olmayan hava ilə nəfəs
2015 -> M? D? V? OnýKÝbarmaq baðirsaðin xora xəstəliyinə tutulmamaq
2015 -> DÜYÜNLÜ ur


Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə