Mövzu 4: Bank mənfəəti və onun mənbələri, qiymətləndirilməsi



Yüklə 30,54 Kb.
səhifə1/4
tarix13.01.2022
ölçüsü30,54 Kb.
#51240
  1   2   3   4
Movzu 11 BBU yeni 2015


Mövzu 11. Kommersiya banklarının maliyyə fəaliyyətinin idarə edilməsi

PLAN:


1. Kommersiya banklarının gəlirləri

2. Kommersiya banklarının xərcləri

3. Faiz marjası

4. Kommersiya banklarının gəlir və xərc səviyyəsinin qiymətləndirilməsi

5. Kommersiya banklarının mənfəətinin formalaşdırılması

 

1. Kommersiya banklarının gəlir mənbəyinin əsasını fəaliyyətinin müxtəlif növləri təşkil edir. Bank fəaliyyətinin elementləri aşağıdakılardır:

- kredit fəaliyyəti,

- diskont-fəaliyyət,

- mühafizə fəaliyyəti,

- bankın zəmanətli fəaliyyəti,

- qiymətli kağızlarla fəaliyyət,

- əmanətçilərin tapşırığına əsasən depozit qoyuluşuna, əməliyyatların icrasına əsaslanan fəaliyyət,

- digər banklar ilə müxbir münasibətlərin şəbəkəsinin fəaliyyəti,

- qeyri-ənənəvi bankın xidmətlər şəbəkəsinin fəaliyyəti.

Kredit fəaliyyəti iki əsas elementdən ibarətdir:

1. Faiz mükafatı müqabilində müştərilərə, və digər kommersiya banklarına kreditin və sərbəst resursların müvəqqəti istifadəyə verilməsi.

2. Kredit fəaliyyətinin ikinci hissəsi digər bankda banklararası kredit və ya müddətli depozit forması ala bilər. Kredit fəaliyyətində gəlir faiz şəklində çıxış edir.

Diskont-fəaliyyəti bank tərəfindən ödənilməmiş veksellərin, çeklərin, müəyyən güzəştlər ilə diskontların alınması deməkdir. Diskont-fəaliyyətin müxtəlif növlərindən biri də bankın faktorinq əməliyyatlarıdır.

Faktorinq əməliyyatları 2 növə bölünür: reqress hüququna malik və reqress hüququ olmayan. I halda bank, borcu vaxtı-vaxtında ödəmədiyinə görə tədavülçünü cərimə edir. II halda isə bank bu cür hüquqa malik deyil. Ona görə də, bank faktorinq əməliyyatına dair mükafat tələb etdikdə daha böyük təhlükə ilə qarşılaşır. Belə ki, tədarükçünün satılmış məhsulunun gəlirini azaldır və satılmış əmtəə malının dəyəri mislində güzəşt təyin edir. Güzəştin miqdarı iki element əsasında müəyyən olunur:

1. Bankın kredit ehtiyatlarından müxtəlif xassəli alqı-satqı prosesində istifadə edilməsi;

2. Xidmətlərin göstərilməsinə görə komissiyon mükafatlandırma. Bu mükafatın məbləği də öz növbəsində faktorinq əməliyyatının növləri ilə əlaqədar təhlükədən asılı olaraq hələ də dəqiq müəyyən olunmur.

Faktorinq əməliyyatları zamanı komissiya ehtiyatların dəyərinə görə faiz ödənişlərinin, tələblərdən asılı faizlərin vasitəsilə müəyyən olu­nan diskontun parametrlərinin eləcə gətirdiyi çətinliklər ilə qarşılaşır. Faktorinq əməliyyatlarının (FƏ) gəliri bankın faiz mədaxilinə aiddir.

Mühafizə fəaliyyəti bank əməliyyatlarına uyğun olan trast (etibarli) və agent xidmətlərinə əsaslanır. Fəaliyyətin bu növü müştərinin əmlakının idarəedilməsinə və bu əmlak ilə bilavasitə bağlı olan tapşırıqlar üzrə ayrı-ayrı konkret əməliyyatların icrasına görə bankın gəlir mənbəyidir. Məsələn: trast müqaviləsi əsasında bank müştərinin pul vəsaitinin hesablarda yerləşdirilməsi və müştərini müəyyən gəlirlə təmin etmək vəzi­fəsini öhdəsinə götürür. Trast əməliyyatları zamanı müqavilənin şərtlərinə uyğun olaraq müştərinin gəliri bankın mədaxilindən az da ola bilər. Deməli, agent əməliyyatlarından fərqli olaraq trast xidmətlərinə görə komissiya daha yüksək göstəricilərə malik olur. Bu xüsusiyyət trast xidmətləri müqabilində komissiyon mükafatın quruluş tərkibini müəyyən edir. Buraya əmlakın idarə olunmasına dair qiyməti təyin edilmiş mükafat və iş fəaliyyətinin nəticəsinə görə mükafatlandırma daxildir.

Qiymətli kağızlarla fəaliyyəti – bankın qiymətli kağızlar buraxmasından, qiymətli kağızların bazarda reallaşmasından, ikinci növ bazar sistemində digər emitent idarələrin qiymətli kağızları ilə təşkil olunmuş əməliyyatlardan, müəssisələrin özəlləşdirilməsi ilə əlaqədar xidmətlər şəbəkəsindən ibarətdir. Kommersiyanın bu növündən gələn bankın gəliri şəxsi və emitent idarələrin qiymətli kağızlarının alqı-satqının kursu üzrə fərqlər, özəlləşmə xidmətlərinin tapşırıqları əsasında toplanılır.

Bankın zəmanətli fəaliyyəti daima gəlir gətirir. Müştərilə hesablaşmaların təşkili və kreditlərin alınması üçün müxtəlif növlü zəmanətlərin verilməsi müqabilində bank pul mükafatı ala bilər. Lakin bankın təmənnasız zəmanətli fəaliyyəti də mövcuddur. Bu, müştəri bankın şəxsi imicini qoruduğu an və sərfəli xidmətlərin icrası zamanı baş verir.

Əmanətlərin cəlb edilməsi və əmanətçinin tapşırığına əsasən əməliyyatların icrası ilə bağlı fəaliyyət. Fəaliyyətin bu növü gəliri növbəti üsullar vasitəsilə almağa imkan yaradır:

- komissiyon mükafatlandırmaya əsasən: hesabların açılmasına görə; hesablaşmaların aparılmasına görə.

- Müəyyən dövr üçün təyin edilmiş komissiya (pul vahidi ilə) və dövriyyədən əldə olunan komissiya (dövriyyəyə görə %-lə)



Bank digər bank birliklərinə verdiyi kreditlərdən müəyyən qədər faiz əldə edirsə, bu zaman gəlir mənbəyi kimi müxbir münasibətləri çıxış edir. Gəlir faiz tarifinin səviyyəsindən və köçürülmə qaydasından, kredi­tin verilmə müddətinin uzadılmasından asılıdır.

Qeyri-ənənəvi bank xidmətlərin gəliri lizinq, məlumat, məsləhətləşmə, valyuta dövriyyəsi (dəyişkən), müştəriləriyə bank tədrisi xidmətlərindən toplanmış mədaxildir. Lizinq əməliyyatlarının gəlirinə lizinq ödənişləri, faiz ödəncləri və xidmətlərə dair mükafat daxildir.

Bank əmlakının reallaşması üzrə birdəfəlik sazişlər ilə əlaqədar olan gözlənilməyən gəlirlər. Bu cür mədaxil balans qiymətləri üzərində bazar qiymətlərinin artımı nəticəsində əmələ gəlir. Əks təqdirdə əməliyyatlar məsrəflər ilə sıx bağlı olur. Bu da bankın bilavasitə itkilərinə səbəb olur. Beləliklə, kommersiya banklarının gəlirinin hər bir növünü quruluşuna əsasən 3 qrupa bölmək mümkündür:

❖ faiz gəliri;

❖ bankın xidmətləri nəticəsində komission ödəmələrdən əldə olu­nan gəlir;

❖ digər növ gəlirlər (buraya bazarda baş verən möhtəkir əməliyyatlardan əldə olunan gəlir, satılmış əmlakın balans və bazar qiymətləri arasındakı fərq, qiymətli kağızların və digər aktivlərin yenidən qiymətləndirilməsi, alınmış cərimələr, şikayətlər aiddir).

Sadalanan xidmət növləri üzrə gəlirlər banka ödəmələrdəki yubanmaları, bank risklərini ört-bastır edir və mənfəətini yaradır. Gəlirin digər xüsusiyyətbrindən biri onun dəyərlilik xassəsidir. Bank bazarında qiymətlər tələb və təklifin təsiri nəticəsində müəyyənləşir. Bununla bərabər gəlirin hər bir növü spesefik cəhətləri ilə fərqlənir.

Kredit faizi dəyərin müvəqqəti istifadəsinin özünəməxsus qiymətidir. Kredit faizi növlərinin təsnifatı kreditin növlərinə, (kommersiya fai­zi, bank və istehsal faizi) kredit idarələrinin növlərinə (milli bankın qeydiyyat faizi, bank və lombard faizi), kreditin müddətinə (qısamüddətli kreditlər və ya pul vəsaiti bazarının tarifi, uzunmüddətli kreditlər və ya istiqraz vərəqələrinin tarifi), kreditlərin növlərinə (overdraft üzrə dövriyyə vəsaitləri vasitəsilə kredit faizləri, buraya veksellərin uçotuna, məqsədli kreditlərə dair faizlər də aiddir), əməliyyatların növlərinə (kreditlər, banklararası kreditlər, depozitlər üzrə faizlər), köçürmə üsullarına (sadə və mürəkkəb, adi və dəqiq köçürmələr) əsaslanır.

Növündən asılı olmayaraq razılaşdırılmış kredit faizi kommersiya bankları üçün zəruri olan kredit ehtiyatları və marjaların qiymətləri əsasında müəyyən olunur. Bu zaman kredit ehtiyatlarının qiyməti real surətdə nəzərə alınır. Ehtiyatların real qiymətinin bazar qiymətləri norma­sından kənara çıxması zəruri ehtiyatların təsiri nəticəsində baş verir. Bank üçün faiz marjasının kifayət qədər olması ümumi bank vəsait ödənişinin yubanmalarının qarşısını alır və mədaxili artırır. Bundan başqa, razılaşdırılmış faiz inflyasiyanın və bank təhlükəsinin artım dərəcəsini nəzərə almalıdır.

Komissiya – bank əməliyyatları xidmətlərinin mükafatlandırılmasının adıdır. O, latınca «comissio» sözündən əmələ gəlmişdir ki, bu da tərcümədə «tapşırıq» deməkdir. Onun miqyasının müəyyənləşdirilməsinə xidmətlərin maya dəyəri və zəruri mənfəət daxildir. Lakin təklif və tələbdən asılı olaraq komissiya (mükafat tarifi) maya dəyərindən yüksək və ya aşağı ola bilər. Xidmətlərin maya dəyərinə və onun bazar qiymətləri normasından kənara çıxmasına daimi nəzarət olunmalıdır. Bunun əsasında xidmətlərin inkişafının istiqamətləndirilməsi və xidmətlərin maya dəyərinin azaldılmasına dair tədbirləri haqqında məsələlər öz həl­lini tapır.

Gəlir mənbəyi müəyyən qədər sabit və qeyri-sabit növlərə bölünür.

Müəyyən qədər sabit gəlir mənbəyinə bank xidmətlərinin faizli və faizsiz mədaxilini aid edirlər. Qeyri-sabit gəlir mənbəyinə isə qiymətli kağızların ikinci bazarında qabaqcadan nəzərə alınmayan əməliyyatlar vasitəsilə əldə olunmuş mədaxil daxildir. Müasir şəraitdə bir çox banklar qeyri-sabit gəlir mənbəyinə valyuta əməliyyatlarının mədaxilini də aid edirlər. Bankın inkişafının arzu olunan cərəyanı (istiqaməti) sabit gəlir mənbəyinin artımı, mədaxilin artımına qeyri-sabit gəlir mənbəyinin təsir etməməsidir.

 


Yüklə 30,54 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin