Mövzu 4: Bank mənfəəti və onun mənbələri, qiymətləndirilməsi



Yüklə 30,54 Kb.
səhifə3/4
tarix13.01.2022
ölçüsü30,54 Kb.
#51240
1   2   3   4
Movzu 11 BBU yeni 2015

4. Kommersiya bankının gəlir səviyyəsinin qimətləndirilməsinin əsas üsulları kimi bunları ayırd etmək mümkündür:

- gəlir mənbələrinin struktur təhlili;

- maliyyə əmsalları sisteminin təhlili;

- amillərin təhlili.

Struktur təhlilin məqsədi – əsas gəlir mənbəyini aşkar etməkdən və onu sabitlik nöqteyi-nəzərindən qiymətləndirməkdən, gələcəkdə də ar­tım perspektivlərini qoruyub saxlamaqdan ibarətdir.

Kommersiya bankının gəlir və məsrəflərinin qiymətləndirilməsinin əsas üsulları kimi qeyd etdiyimiz kimi, gəlir və məsrəflərin nisbi səviyyəsini xarakterizə edən maliyyə əmsallarının hesablanmasını da daxil etməklə struktur təhlil, gəlir və məsrəflərin dinamikliyinin təhlili təşkil edir. Üsulların vəhdəti bankın gəlir və məsrəflərinə kəmiyyət və keyfiyyət baxımından qiymət verməyə icazə verir. Kommersiya banklarının gəlir səviyyəsinin qiymətləndirilməsinin əsas üsullarından biri olan maliyyə əmsallarının təhlili sistemi aşağıdakılardan ibarətdir:

❖ maliyyə əmsalının hesablanma miqyasının normativ səviyyə ilə müqayisəsi;

❖ bank əmsallarının rəqib bank əmsalları ilə qarşılıqlı müqayisəsi;

❖ əmsalların dinamikliyinin qiymətləndirilməsi;

❖ əmsalın dinamiklik amillərinin təhlili.

Gəlir əmsalları sistemi növbəti göstəricilərdən ibarətdir:

❖ gəlir və aktivlərin qarşılıqlı münasibəti;

❖ gəlir və maliyyə kapitalının qarşılıqlı münasibəti;

❖ bir əməkdaş üzrə gəlir.

Bank gəlirlərinin struktur təhlininin məqsədi isə gəlir mənbələrinin sabitliyinin qiymətləndiriməsi və gələcəkdə qorunması üçün onların əsas növlərinin aşkar olunmasından ibarət olur. Təhlil ötən illər ərzində əldə olunan faktiki məlumatların əsasında aparılır. Xarici ölkələrin təcrübəsində minimum üç il uzun müddət kimi qəbul olunur.

Sabitliyin qiymətləndirilməsi üçün gəlirlər iki qrupa bölünür.

Birinci qrupa təbiətcə sabit olan bank xidmətlərinə görə komissiya şəklində çıxış edən faizli və ya faizsiz gəlir, yəni əməliyyat gəlirləri aid olur. İkinci qrupa bazarda həyata keçirilən əməliyyatlardan əldə olunan gəlirlər, yəni möhtəkir gəlirlər, eləcə də aktivlərin yenidən qiymətləndirilməsindən əldə olunan gəlirlər və birdəfəlik xarakterli nəzərdə tutul­mayan gəlirlər aid olur. Digər birdəfəlik gəlirlər qeyri-sabit olur. Bankın ümumi gəlirlərinin artım tempinin və məbləğinin, vəsaitlərin daxil olmasının bu ikinci qrupu tərəfindən təyin olunması arzuolunmazdır.

Bank məsrəflərinin struktur təhlili onların növlərinin, artım templərinin və amillərinin aşkar olunması üçün həyata keçirilir.

Struktur təhlilin ümumi nəticələrinə əsasən bankın gəlir və məsrəflərinin əsas növlərinin daha dərin tədqiqatı həyata keçirilir. Məsələn, faizli gəlirin təhlili zamanı onun mənbələr baxımından strukturu (daxili kreditlər, banklararası kreditlər, qiymətli kağızlar, lizinq və digər əməliyyatlar), onun həcminə verilən kreditlərin və faiz dərəcələrinin təsiri, əməliyyatların ayrı-ayrı növləri üzrə faiz gəlirinin nisbi səviyyəsi, faizli marjanın dinamikası tədqiq olunur. Faiz marjasının enməsi ənənəsı bankın müflis olmasının göstəricisidir.

Faizsiz gəlirin təhlili kreditsiz xidmətlərin ayrı-ayrı növləri baxımından onun strukturunun, bu xidmətlər bazarında bankın mövqelərinin qorunması və möhkəmləndirilməsi ehtimalının, xidmətlərin qiyməti ilə maya dəyərinin qarşılıqlı nisbətinin, faizsiz gəlirin elementlərinin həcminin dəyişilməsi səbəblərinin öyrənilməsi kimi elementlərdən ibarət olur.

Xərclərin ətraflı təhlili zamanı faizli və faizsiz məsrəflərin qarşılıqlı nisbətinə, bankın iş təminatının məsrəfləri ilə əlaqədar məsrəflərin payı­na, o cümlədən də inzibati-təsərrüffat məsrəflərinin, risklərin ödənilməsi ilə bağlı məsrəflərin payına, həmçinin məsrəflərin ayrı-ayrı növlərinin həcminin dəyişilməsi səbəblərinə xüsusi diqqət yetirilir.

Gəlir və xərclərin struktur təhlili üsullarından biri də – onların nisbi həcmlərinin dinamikasının qiymətləndirilməsindən ibarətdir. Məsələn, gəlirlərin və məsrəflərin, faizli gəlirlərin, faizli məsrəflərin, faizli marjanın, faizsiz gəlirin və məsrəfin ümumi həcminin balansının nəticəsinə faizlər ilə nisbətləri bu cür göstərici kimi çıxış edir.





Yüklə 30,54 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin