Mövzu 4: Bank mənfəəti və onun mənbələri, qiymətləndirilməsi



Yüklə 30,54 Kb.
səhifə4/4
tarix13.01.2022
ölçüsü30,54 Kb.
#51240
1   2   3   4
Movzu 11 BBU yeni 2015

5. Kommersiya banklarının mənfəətinin formalaşdırılması kommersiya müəssisəsinin, əməliyyatlar çərçivəsinin, fəaliyyətdə olan qeydiyyat sisteminin spesifık xüsusiyyətləri vasitəsilə müəyyən olunur. İllər ərzində toplanan balans mədaxili yekun maliyyə nəticəsini əks etdirmir. Bir il ərzində debet hesabı 950 «Mədaxil hesabına vəsaitlərin kənarlaşdırılması» üzrə cari ilin balans mədaxili, məsrəflərdən ibarətdir (vergilər, bankın fonduna avans pul vəsaitinin köçürülməsi, xeyriyyə məqsədlərinə dair xərclər və s.) İlin əvvəlinə 950 nömrəli hesabdan vəsait 951 nömrəli hesaba köçürüllür. Səhmdar cəmiyyətin qərarına əsasən əlavə gəlirdən istifadə olunur. Mənfəətin bölünməmiş hissəsi ötən illərin gəlirləri hesabına daxildir. Bu gəlirdən istifadə üsulları 951-ci hesabda əks olunur. 1998-ci ildən etibarən gəlir və itkilər ayrıca olaraq balans hesablarında nəzərdən keçirilir:

- hesabat ilinin mədaxili – 70301 nömrəli hesab,

- ötən illərin itkiləri – 70402 nömrəli hesab.

Bu cür qeydiyyat sistemi bankın hesabatının bilavasitə yardımı ilə kredit təşkilatının fəaliyyətində neqativ (mənfi) halların olub-olmaması haqqında müəyyən məlumatlar əldə etmiş oluruq. Maliyyə proseslərinin yekununun formalaşdırılması və bu cür qeydiyyat sistemi bizə bəzi amilləri aşkar etməyə şərait yaradır:

- mədaxil və məsrəflərin növünün dəyişdirilməsi həlledici amil kimi balans gəlirinin dinamikliyini müəyyən edir;

- mədaxil və məsrəflərin parametrlərinin uyğunluğu;

- yekun maliyyə nəticəsinin hesablanması.

Xarici ölkələrin qeydiyyat standartlarının və bank fəaliyyətinin maliyyə nəticələri – mədaxildir. O, ümumbank məsrəfləri, vergilərin ödənilməsindən sonra qalan gəlir qalığıdır. Bu balans mədaxili bankın faiz ödənişini gəlir və məsrəflər ilə əlaqələndirir.



Dünya standartları üzrə mədaxil haqqında hesabat, mədaxil və məsrəflər, formalaşan gəlir, quruluş və sabitləşmə prinsipinə əsasən qruplaşdırılır. Faiz marjasının, faizsiz mədaxil və məsrəflərin, qeyri-sabit gəlir mənbəyinin bir qrupu ayırd edilir.

Mədaxil haqqında hesabat son maliyyə nəticəsinin dinamikliyini, mədaxilin enmə və qalxma amillərini, mədaxilin keyfiyyət mənbəyini aşkar etməyə yönəlir. Sabit mənbələrin bilavasitə yardımı ilə mədaxilin artımına səbəb olan müsbət nəticəyə gəlmək olar. Əks təqdirdə bankın reytinqi son maliyyə nəticəsinin kəmiyyət artımına baxmayaraq yüksəlmir.
Yüklə 30,54 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin