1. Təsadüfi kəmiyyət nəyə deyilir Təsadüfi kəmiyyətlərin qiymətlər çoxluğu hansılardır Təsadüfi kəmiyyətlərin paylanması nədir?



Yüklə 47,64 Kb.
səhifə1/4
tarix26.03.2023
ölçüsü47,64 Kb.
#90107
  1   2   3   4
Ehtimal nəzəriyyəsi Mövzu 4 T


Mövzu 4.Təsadüfi kəmiyyətlər. Birölçülü paylanmalar
Seminar sualları
1.Təsadüfi kəmiyyət nəyə deyilir
2.Təsadüfi kəmiyyətlərin qiymətlər çoxluğu hansılardır
3.Təsadüfi kəmiyyətlərin paylanması nədir?
4.Puasson paylanması nəyə deyilir və düsturu hansıdır?
5.Həndəsi paylanma nəyə deyilir və düsturu hansıdır?
6.Hiperhəndəsi paylanma nəyə deyilir və düsturu hansıdır?
7.Sıxlıq funksiyası nəyə deyilir
8.Sıxlıq funkasiyasının xassələri hansılardır?
1.Təsadüfi kəmiyyət- Təsadüfi sınaq, hadisə və onun ehtimalı kimi təsadüfi kəmiyyət anlayışı da ehtimal nəzəriyyəsinin əsas anlayışlarından biridir. Hər bir sınağın nəticəsinin müəyyən xarakteristikasına təsadüfi kəmiyyət kimi baxa bilərik. Təsadüfi kəmiyyət təsadüfi amillərin təsiri ilə müxtəlif qiymətlər ala bilən kəmiyyətlərdir. Təsadüfi kəmiyyətin hansı qiymət alacağını qabaqcadan qəti söyləmək mümkün deyildir. Onun hər bir sınaqda ala biləcəyi qiymətlər müxtəlif səbəb və təsadüflərdən asılı olaraq dəyişir.
2.Təsadüfi kəmiyyətlərin qiymətlər çoxluğu sonlu,hesabi və qeyri-hesabi ola bilər.
Sonlu sayda olduqda-X1,X2....Xn şəklində ifadə olunur.Ona həmçinin sadə təsadüfi kəmiyyət deyilirş
Hesabi sayda olduqda-X1,X2.... şəklində ifadə olunur.Ona həmçinin elementar təsadüfi kəmiyyət deyilir.
Sadə və elementar təsadüfi kəmiyyət ikisi birgə diskret təsadüfi kəmiyyət adlanır.
Diskret təsadüfi kəmiyyətin paylanma qanunu adətən, iki sətrdən ibarət olan bir cədvəl şəklində verilir.Belə ki, cədvəlin birinci sətrində təsadüfi kəmiyyətin qiymətləri, ikinci sətrində isə uyğun ehtimallar verilir:


3.Təsadüfi kəmiyyətin paylanması dedikdə mümkün qiymətlər ilə ona uyğun ehtimallar arasında olan münasibətə deyilir. Təsadüfi kəmiyyətləri təkcə onun qiymətlər çoxluğunu göstərməklə xarakterizə etmək mümkün deyildir. Belə ki, qiymətlər çoxluğu eyni olan, lakin bu qiymətləri müxtəlif ehtimallarla alan müxtəlif təsadüfi kəmiyyətlər vardır. Deməli, təsadüfi kəmiyyətin verilməsi üçün onun qiymətlər çoxluğu və həm də bu qiymətləri hansı ehtimalla aldığı göstərilməlidir. Bu məqsədlə təsadüfi kəmiyyətin paylanma qanununa baxılır.Təsadüfi kəmiyyətin paylanma qanunu onu tamamilə xarakterizə edən ən universal vasitələrdən biridir. Təsadüfi kəmiyyətin mümkün qiymətləri ilə onlara uyğun ehtimallar arasında əlaqə yaradan hər bir münasibətə təsadüfi kəmiyyətin paylanma qanunu deyilir. Təsadüfi kəmiyyətin ala biləcəyi qiymətlərlə bu qiymətlərə uyğun ehtimallar arasında əlaqə müxtəlif üsullarla verilə bilər.
X1,X2......Xn
P1,P2........Pn şəklində ifadə olunur.
diskret təsadüfi kəmiyyətinin paylanma qanunu


olarsa, onda onun paylanma funksiyası



Yüklə 47,64 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin