İqtisadiyyat anlayışının yaranması İqtisadiyyat



Yüklə 73,89 Kb.
səhifə17/18
tarix02.06.2023
ölçüsü73,89 Kb.
#122877
1   ...   10   11   12   13   14   15   16   17   18
Kol. Sahə iq. cavablar.

İnvestisiya prosesi – kapital təklifləri ilə onun tələ­bat­çı­­larının məqsəd və maraqlarının üst – üstə düşərək gös­tər­­dik­ləri fəaliyyət prosesidir. İnvestisiya prosesi tələblə tək­­li­fin qarşılaşdırma mexanizmidir.
İnvestisiya prosesi uzunmüddətli prosesdir. Prosesin son məqsədi olan mənfəət aşağıdakı mərhələləri keçdik­dən sonra reallaşır:
1) Araşdırılma ,2) Təhlil ,3) Qərar qəbulu ,4) İnvestisiya mənbələrinin müəyyən olunması ,5) Sənədlərin hazırlanması , 6) Danışıqlar və rəsmiyyət ,7) Maliyyə vəsaitlərinin formalaşdırılması, 8) İnşaat ,9) İstehsalat ,10) Məhsulun reallaşdırılması,11) Qoyulan vəsaitin qaytarılması,12) Mənfəətə keçid 



  1. İnvestisiyanın maliyyələşdirmə mənbələri.

Müəssisələrin maliyyələşdirilməsi mənbələri qeyd et­di­­yimiz kimi geniş və çox istiqamətlidir. Odur ki, maliy­yə­ləşmə mənbələrinə görə investisiya qoyuluşları dörd qrupa bölünür: mərkəzləşdirilmiş investisiya qoyuluşu (döv­lət büdcəsindən ayrılan vəsait hesabına yaradılır), qeyri – mər­kəzləşdirilmiş investisiya qoyuluşu (əsasən, müəs­­si­sə­lərin mənfəəti hesabına yaradılır), xarici ölkələrin in­­ves­ti­siya qoyuluşu və müəssisədaxili ehtiyatlar hesabına əl­də edi­lən vəsait. Son illərdə mərkəzləşdirilmiş şəkildə is­teh­salın in­­kişafına ayrılan investisiya qoyuluşunun həcmi xey­li aza­lmış, xarici ölkələrin investisiya qoyuluşları isə art­­mışdır.
Dövlət investisiyaları vergilər, dövlət müəssisələrinin mənfəəti, yeni pul emissiyası, daxili və xarici istiqrazlar bu­raxılmasından hökumətin əldə etdiyi gəlirlər hesabına həyata keçirilir.
Xüsusi investisiyalar bölünməz xüsusi mənfəət, amor­­tizasiya fondu, xaricdən cəlb edilən uzunmüddətli kre­­dit, xüsusi kapitalı artırmaq məqsədi ilə səhmlərin, is­tiq­­razların, digər qiymətli kağızların satışından alınan vəsa­it hesabına həyata keçirilir.
Müəssisənin maliyyələşdirmə mənbəyi kimi borc və səhm kapitalından da istifadə edilir. Ümumiyyətlə borc ka­pitalı səhm kapitalından ucuz olur, çünki borca görə ödə­nilən faiz tutumuna aid olan məbləğdən çıxılır. Be­lə­lik­lə, böyük borclar yüksək risklə bağlı olur, müəssisələr faizi ödəmək və borcu qaytarmaq imkanını itirə bilər.
İnvestisiya qoyuluşunda iki başlıca xarici maliy­yə­ləş­dir­mə mənbəyini: borc kapitalı və səhm kapitalından istifadə edilir. Hər iki mənbə dörd müxtəlif istiqamətdən: a)uzunmüddətli ssudalardan: b) lizinqlərdən (uzun­müd­dət­li icarədən), v) istiqrazlardan: q) səhmlərdən ma­liy­yə­lə­şir.


  1. Əsaslı tikinti

Tikinti-quraşdırma işlərinin ən mühüm mərhələsi ti­kin­ti-quraşdırma işlərinin layihəsinin işlənib ha­zır­lan­ma­sın­dan ibarətdir. Bu layihədə tikiləcək obyektlər müəy­yən­ləş­dirilir, onların zəruriliyi və məqsədəuyğunluğu texniki-iqtisadi cəhətdən əsaslandırılır.
Müəssisənin uzunmüddətli tikinti-quraşdırma maliy­yə planlarının hazırlanması ancaq müəyyən layihələr üzə­rin­də işlərin aparılması ilə həyata keçirilir. Layihələr plan­la­rın hazırlanıb ortaya çıxarılmasısında əsas rol oynayır. Bir la­yihənin tətbiqə əlverişli olub-olmadığını, xətalı ün­sür­lə­rin meydana gəlib-gəlmədiyini, iqtisadi və texniki dövrü ər­zində özünü ödəyib-ödəməyəcəyini, ya da mənfəətlilik də­rə­cəsini ölçmək üçün aparılan prosesə layihə deyilir.
İnvestisiya layihələri hər hansı bir investisiyanın eh­ti­yac dərəcəsinin, tələb səviyyəsi ilə istehsal gücünün, maya dəyərinin və mənfəətin əldə edilməsi ilə də­yər­lən­di­ri­lir. Başqa sözlə, investisiya layihəsi investisiyanın hü­qu­qi, iqtisadi, texniki və maliyyə təhlillərinin planlı şəkildə ha­zırlanmasıdır. Layihənin hazırlanması bu əsas dörd bö­lüm­dən ibarətdir və biri digərini tamamlayır.
Layihənin bu bölmələrində texniki-iqtisadi əsas­lan­dı­rıl­­masında tikiləcək obyektin yeri, investisiya qoyulu­şu­nun kəmiyyəti, tikinti-quraşdırma işlərinin həcmi və ye­ri­nə yetirilməsi müddəti, tikinti üçün ayrılmış sahədən – əra­­zidən istifadə olunması, təsərrüfat əlaqələri və s. həl­l­et­mə­ləri müəyyən edilir.
Rabitə müəssisələrində tikinti-quraşdırma işlərini yük­­sək səviyyədə həyata keçirmək üçün xüsusi şöbə –əsaslı tikinti şöbəsi yaradılır və bu şöbə tikinti-quraşdırma iş­­lərini sənədləşdirir və onun yerinə yetirilməsinə nəzarət e­dir.
Tikinti-quraşdırma işlərinin layihələşdirilməsində ti­kin­ti smeta dəyərinin müəyyənləşdirilməsi, işlənib hazır­lan­ması mühüm yer tutur. Çünki bu sənədlərə əsasən ti­kin­ti-quraşdırma işləri həyata keçirilir.
Tikinti-quraşdırma işləri iki üsulla: podrat və tə­sər­rü­fat üsulu ilə həyata keçirilir.
Podrat tikinti üsulu – müstəqil, daimi fəaliyyətdə olan tikinti-quraşdırma təşkilatlarının sifarişçi təşkilatlarla podrat müqaviləsi üzrə həyata keçirdikləri tikinti tsiklinin təşkili formasıdır. 
Təsərrüfat-tikinti üsulunda tikinti quraşdırma işləri podratçı təşkilatlar cəlb edilmədən, bilavasitə müəssisənin özü tərəfindən həyata keçirilir. Bu üsul kiçik həcmli ti­kinti-quraşdırma işlərinin apa­rıl­masında iqtisadı baxım­dan daha sərfəlidir. 


  1. Tender

Tender- xidmətlərin göstərilməsi və tikinti işlərinin yerinə yetirilməsinin, məhsul çatdırılmasının rəqabətli seçım formasıdır. Müqavilə tenderdə sənədləşməyə uyğun olaraq təklif verilmiş tərəflə bağlanır. Tender açıq və ya qapalı, 1 və ya 2 mərhələli, müsabiqə və ya hərrac formasında olur. Tenderin təşkilatçısı həm dövlət, həm də qeyri dövlət təşkilatları ola bilər. Dövlət səviyyəli tender 1 mərhələli olur. İştirakçılar isə fiziki və hüquqi şəxslər ola bilər. Tenderin məqsədindən asılı olaraq almaq və satmaq üçün tenderlərə bölünür. Əgər tenderin predmeti tikinti və ya texniki məsələdirsə, təşkilatçılar müsabiqə keçirirlər. Əgər predmeti qiymətdirsə hərrac keçiriləcəkdir. Tenderi elan etməzdən əvvəl satınalan təşkilat aşağıdakıları edir:

1) Tender komissiyasını formalaşdırır. Tender komissiyası satınalan təşkilat tərəfindən yaradılan və onun adından tender prosedurlarını həyata keçirən müvvəqqəti işçi qrupudur.

2) Tenderin əsas şərtlər toplusunu hazırlayır. Bu toplu tenderin şərtlərini özündə əks etdirən və iddiaçılara təqdim edilən rəsmi sənəddir.

3) Tender elanını dərc etdirir və tenderdə iştirak etmək istəyən iddiaçı müəssisə və fərdlərə tenderdə iştirak üçün dəvət göndərir.
Tenderin keçirilməsi zamanı həmçinin müxtəlif sənədlər razılaşdırıla və sənədlər toplusuna daxil edilə bilər. Bura ehtimal olunan qiymət barədə protokol, tenderin ilkin protokolu, təkliflər zərflərinin açılması barədə protokol, tenderin yekun protokolu və s. daxil olur.
Tenderin metodları:


Yüklə 73,89 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin