İqtisadiyyat anlayışının yaranması İqtisadiyyat


İkinci iqtisadi xüsusiyyət



Yüklə 73,89 Kb.
səhifə3/18
tarix02.06.2023
ölçüsü73,89 Kb.
#122877
1   2   3   4   5   6   7   8   9   ...   18
Kol. Sahə iq. cavablar.

İkinci iqtisadi xüsusiyyət odur ki, rabitə sahəsində istehsal prosesi ilə istehlak prosesi üst-üstə düşür. Abunəçi dəstəyi qaldırdığı anda həm istehsal,həm istehlak prosesi baş verir. Sənayedə əmək cismi müəyyən kimyəvi, mexaniki təsirlərə məruz qalıb, öz formasını dəyişir. Rabitə sahəsində informasiya heç bir təsirə məruz qalmır,yalnız yerini dəyişir. Bu isə rabitənin üçüncü iqtisadi xüsusiyyətidir. Rabitə qovşağı müxtəlif operatorlardan, filiallardan, məntəqələrdən ibarətdir. Rabitə kanalları vasitəsilə birləşərək onlar vahid texnoloji prosesdə iştirak edib, informasiyanı ötürürlər. İnformasiyanın ötürülməsində 2 və daha çox tərəf iştirak edə bilər. Məsələn, şəhərlərarası telefon rabitəsi zmanı məlumatın ötürülməsində iki şəhərin telefon stansiyası iştirak edir. Bu da rabitənin dördüncü xüsusiyyətidir.İnformasiyanın ötürülməsi prosesi həmişə iki tərəfli olur.



  1. Müəssisə haqqında anlayış.

İstehsal həlqələrində əsas özək müəssisədir.Maddi nemətlərin istehsalı birbaşa müəssisədə həyata keçirilir. Müəssisə- mülkiyyət formasından asılı olmayaraq Azərbaycan Respublikasının Müəssisələr haqqında qanununa müvafiq olaraq yardılan,mənfəət qazanmaq məqsədi ilə məhsul istehsal edən,satan,işlər görən və xidmətlər göstərən təsərrüfat subyektidir.
Müəs­sisənin quruluşu onun tərkibinə daxil olan vəsilələr ara­sındakı kəmiyyət nisbətini ifadə edir. Ümumiyyətlə, müəs­sisənin iki növ quruluşunu: ümumi və istehsal quru­lu­şunu fərqləndirirlər.
Müəssisənin ümumi quruluşu dedikdə – onun tərki­bi­nə daxil olan həm istehsal, həm də qeyri – istehsal sa­hə­lə­ri arasındakı kəmiyyət nisbətləri nəzərdə tutulur. Müəs­sisənin istehsal quruluşu dedikdə isə yalnız istehsal böl­mə­ləri arasındakı kəmiyyət nisbəti başa düşülür. Müəs­si­sənin quruluşu onun tabe olduğu yuxarı dövlət orqanı tərəfindən (əgər özəl müəssisədirsə, onda həmin müəs­si­sə­nin quruluşu təsisçilər tərəfindən), müəssisədaxili böl­mə­lə­rin (məsələn, sexlərin) quruluşu isə müəssisənin özü tərəfindən müəyyən edilir. Müəssisənin istehsal quruluşu ictimai əmək bölgüsünün, əsas istehsalların dife­ren­sial­laş­dı­rılması və ixtisaslaşdırılmasının dərəcəsini əks etdirir. O, istehsal bölmələri arasındakı nisbətlər və qarşılıqlı əla­qə­lər, sexlər və istehsal sahələri arasında ictimai əmək böl­gü­sü, müəssisənin məhsul buraxmasında onların rolu haq­qın­da mühakimə yürütməyə imkan verir.


  1. Rabitə (nəqliyyat )müəssisəsinin təşkili əsasları.

  2. Rabitə (nəqliyyat) müəssisələrinin təsis müqaviləsi. ( 7ilə birlidə)

Müəssisə Müəssisələr Haqqında Qanunda və AR-nın digər qanunvericilik aktlarında göstərilən qaydada təsis edilə bilər. Müəssisənin təsisçiləri aşağıdakılar ola bilər.

  1. Dövlət əmlakinin idarə edilməsinə vəkil edilmiş dövlət orqanları

  2. AR-nın hüquqi və fiziki şəxsləri

  3. Xarici dövlətlər

  4. Xarici dövlətlərin vətəndaşları və hüquqi şəxsləri,vətəndaşlığı olmayan şəxslər

  5. Beynəlxalq təşkilatlar

Müəssisə bir,yaxud bir neçə təsisçi tərəfindən yaradıla bilər. Müəssisə yaradılarkən təsisçilər arsında təsis müqaviləsi bağlanır.Təsis müqaviləsində müəssisənin adı,növü,təsisçilər haqqında məlumat,nizamnamə fondu,hər təsisçinin bu fonddakı payı,öhdəlikləri,mənfəətin bölünməsi qaydası və s. göstərilir. Fərdi və dövlət müəssisəsi təsis edilərkən təsis müqaviləsi bağlanmır. Bütün müəssisələr nizamnamə əsasında fəaliyyət göstərirlər. Müəssisənin nizamnaməsində aşağıdakılar göstərilir – Müssisənin adı və növü,təsisçi barədə məlumat,müəssisənin hüquq və vəzifələri,nizamnamə fondu,mənfəətin bölüşdürülməsi qaydası,müəssisənin fəaliyyətinin dayandırılması və ləğvi.
Müəssisə filiallar,nümayəndəliklər açmaq hüququna malikdir. Müəssisə dövlət qeydiyyatından keçməlidir. Qeydə alinmayan müəssisələrin fəaliyyəti qadağandır. Dövlət qeydiyyatına görə qanunvericilikdə nəzərdə tutulan qaydada rüsum alınır. Müəssisələr aşağıdakı hallarda ləğv olunur:

  1. İflas elan olunduqda

  2. Müəssisənin fəaliyyəti qadağan olunduqda

  3. Təsis aktları iqtisad məhkəməsinin qərarı ilə qanunsuz sayıldıqda

  4. Qanunda nəzərdə tutulan digər hallarda

Rabitə müəssisənin də təşkili,fəaliyyəti,ləğvi qanunvericilik aktlarına əsaslanır.


  1. Rabitə( nəqliyyat) müəssisələrində iş keyfiyyətinin qiymətləndirilməsi.

Məhsulun keyfiyyəti dedikdə onun müəyyən tələbatın ödəməkçün yararlılıq dərəcəsini müəyyənləşdirən xassələrin məcmusu başa düşülür.İstənilən müəssisə və istehsal sahəsi keyfiyyətli məhsul uğrunda mübarizə aparır,fəaliyyətlərini keyfiyyətli qurmağa çalışırlar. Yüksək keyfiyyətli məhsul müəssisə üçün aşağı keyfiyyətli məhsula nisbətən dah çox fayda verir.Odur ki,məhsulun keyfiyyətinin müntəzəm yüksəldilməsi iqtisadiyyatın inkişafının zərurin şərtidir.Məhsulun müəyyən tələbləri ödəməkçün yararlılıq dərəcəsi keyfiyyət dərəcələri ilə xarakterizə edilir.Bunlar məhsulun istehlak xassələrinin kəmiyyət tərəflərini özündə əks etdirir. Keyfiyyət göstəriciləri rabitə müəssisələrində də hesablanır. Bunlardan biri zədələnmələrdir. Zədələnmələr 4 qrupa ayrılır.

  1. Stansiya zədələnmələri

  2. Kabel zədələnmələri

  3. Aparat zədələnmələri

  4. Xətt zədələnmələri

Bunlara əsasən keyfiyyət göstəriciləri hesablanır.Hesablamaların nəticələri 5 ballıq sistemlə qiymətləndirilir.Rabitə müəssisələrində əsasən 3 keyfiyyət hesablanır:

  1. Nəzarət vaxtında aradan qaldırılan zədələnmələrin sayı.Bu göstəricini hesablamaq üçün nəzarət vaxtı aradan qaldırılan zədələnmələrin sayını ,zədələnmələrin ümümi sayına bölüb 100% vurmaq lazımdır.

  2. 100 telefon aparatına düşən ərizələrin sayı. Bu göstəricini tapmaq üçün ərizələrin ümumi sayını telefon aparatlarının sayına bölüb 100% vurmaq lazımdır.

  3. Nəzarət vaxtında keçən zədələnmələrin 100 telefon aparatına düşən vaxtıdır.Bu göstəricini hesablamaq üçün nəzarət vaxtında keçən zədələnmələrin vaxtını telefon aparatlarının sayına bölüb,100% vurmaq lazımdır.


  1. Rabitə (nəqliyyat )məhsulunun keyfiyyətini xarakterizə edən xüsusiyyətlər

Məhsul keyfiyyətinin yüksəldilməsi iqtisadi cəhətdən səmərəlidir.Məhsul keyfiyyətinin yüksəldilməsinin texniki, təşkilati və iqtisadi yolları fərqləndirilir.
Texniki yolu dedikdə müəssisənin maddi texniki bazasının möhkəmləndirilməsi və təkmilləşdirilməsi ilə əlaqədar olan tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
Təşkilati yolu dedikdə məhsulun keyfiyyətinin yüksəldilməsi məqsədilə həyata keçirilən tədbirlər nəzərdə tutulur.
İqtisadi yolu dedikdə isə məhsulun keyfiyyətinin yaxşılaşdırılması üçün sərf edilən əlavə xərclərin iqtisadi səmərəliliyinin müəyyənləşdirilməsi nəzərdə tutulur.
Rabitə sahəsində xidmətin istehsalı ilə istehlakı üst-üstə düşdüyündən keyfiyyətsiz xidmətin dəyişdirilməsi,istehlakdan qabaq aradan qaldırılması mümkün deyil.Bütün keyfiyyətsiz xidmət istehlakçıya çatır,ona maddi və mənəvi ziyan verir.Bu xüsusiyyət rabitə sahəsində məsuliyyəti daha da artırır.Rabitə xidmətinin keyfiyyyəti dedikdə 1 sıra tələblər nəzərdə tutulur. Bunlara aşağıdakılar aiddir.

  1. İnformasiyanın verilməsi sürəti

  2. Ötürülmənin dəqiqliyi,məlumatların dəqiqliyi və qorunması

  3. Məlumatın ötürülməsinin məxfiliyi

  4. Rabitə xidməti və vasitələrinin əlşatan olması

  5. İstifadə rahatlığı ,estetik və ekoloji təhlükəsizlik.




  1. Planlaşdırma nədir və onun növləri

Rabitənin elmi əsaslarla idarə olunmasının ən mü­hüm cəhətlərindən biri də onun planlaşdırılmasıdır; plan­laş­dırma idarəetmənin əsas funksiyasıdır; plan­laş­dır­ma ida­rəetmə vasitəsidir. Planlaşdırma, bazar iqtisadi sisteminə əsaslanan cə­miy­­yətin iqtisadi qanunlarının, xüsusilə tələb və təklif ara­sın­da tarazlıq qanunun düzgün dərk olunması və istifadəsi əsa­­sında xalq təsərrüfatına, onun ayrı-ayrı sahələrinə, mü­əs­­sisələrə rəhbərliyin formasıdır. “Plan” yunan sözü olub, məzmununa görə “rəvan”, “bə­­ra­bər” sözlərinə uyğun gəlir. Plan-məqsədi, məzmunu, həc­­­mi, metodları, ardıcıllığı, icra olunma vaxtı gös­tə­ril­mək­­lə müəyyən bir dövr üçün yerinə yetirilməsi nəzərdə tu­­tulan iş və tapşırıqların məcmusunu özündə əks etdirən sə­­nəddir (məsələn, tədris planı, istehsal planı, biznes-plan və s.). Müəssisədə plan işinin əsas mahiyyəti aşağıdakı­lar­dan ibarətdir. a) yeni məhsul istehsalına hazırlıq işlərinə aid planlar tərtib etmək; b) istehsalı mənimsəmiş məh­sul­la­rın hazırlanması planlarını tərtib etmək; c) istehsal üçün zəruri olan iş qüvvəsini, material, enerji və başqa maddi re­sursları müəyyən etmək və d) plan dövründə müəs­si­sə­nin istehsal-təsərrüfat fəaliyyəti göstəricilərini texniki-iqtisadi cəhətdən əsaslandırmaq.

Yüklə 73,89 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin