Şəhərsalmanın əsasları” fənnindən testlər



Yüklə 0,5 Mb.
səhifə1/5
tarix29.11.2016
ölçüsü0,5 Mb.
#438
  1   2   3   4   5
Fakültə: “Memarlıq”

Kafedra: “Memarlıq layihələndirilməsi və şəhərsalma”

Şəhərsalmanın əsasları” fənnindən testlər (Qr.110a1, 110a2, 110a3, 110a4)

1.Aralarında dəqiq funksiya bölüşdürülməsi olan (qarşılıqlı funksiya mübadiləsi) məskənlərin ərazi uyğunlaşdırılması necə adlanır?

A) miqrasiya

B) aqlomerasiya

C) məskunlaşma sistemi

D) məskunlaşma

E) əhali sıxlığı



2. Aşağıda sadalananlarda hansı planlaşdırılma strukturu nöqtə elementlərinə aiddir?

1 – şəhərlər; 2 – nəqliyyat magistralları; 3 – dağ dərələri; 4 – nəqliyyat düyünləri; 5 – iri sənaye kompleksləri; 6 – çay vadiləri.

A) 2;4;5


B) 2;3;4

C) 1;5;6


D) 3;4;6

E) 1;4;5


3. Şəhərlərin gur inkişafı nə ilə bağlıdır?

A) mal-pul münasibətlərinin yayılması ilə

B) XIX əsrin ortalarında sənayenin sürtəli inkişafı ilə

C) nəqliyyatın inkişafı ilə

D) sənətkarlığın inkişafı ilə

E) mədəniyyətin inkişafı ilə



4. Şəhər həyat tərzinin yayılması ilə müşayət olunan əhalinin şəhərlərdə məkan konsentrasiyası prosesi necə adlanır?

A) məskən

B) məskunlaşma

C) miqrasiya

D) aqlomerasiya

E) urbanizasiya



5. Şəkildəki sxem hansı prosesə uyğun gəlir?

A) aldadıcı urbanizasiya

B) suburbanizasiya

C) rəqsi miqrasiya

D) urbanizasiya

E) dezurbanizasiya



6. Paytaxt mərkəz, inzibati mərkəz, rayon mərkəzi, vilayət mərkəzi. Bu şəhərlər hansı əlamətinə görə bölünür?

A) xalq təsərrüfatı profilinə görə

B) əhali sayına görə

C) inzibati əhəmiyyətinə görə

D) böyümə sürətinə görə

E) təbii şəraitinə görə


7. Aşağıda göstərilənlərdən hansılar planlaşdırılma strukturunun xətti elementlərinə aiddir?

1 – nəqliyyat düyünləri; 2 – dəniz sahili; 3 – çay vadiləri; 4 – neft kəməri; 5 – şəhərlər; 6 – nəqliyyat meydanları

A) 2;3;4


B) 1;3;5

C) 1;2;6


D)3;4;5

E) 2;5;6


8. Şəhərsalma -- bu .....

A) daşınmaz obyektlərinin dəyişdirilməsi

B) yaşayış yerlərinin və məskunlaşma sisteminin formalaşması üzrə kompleks və çoxtərəfli fəaliyyətdir

C) memarlıq-tikinti layihələndiriıməsi

D) şəhərin zonalaşması

E) yaşayış evlərinin tikilməsi



9. Adı çəkilənlərdən hansılar planlaşdırılma strukturunun zona elementlərinə aiddir?

1 – ictimai xidmət mərkəzləri; 2 – şəhərlər; 3 – nəqliyyat magistralları; 4 – meşə massivləri; 5 – su hövzələri; 6 – faydalı qazıntı yataq yerləri

A) 3;4;5


B) 1;2;3

C) 1;3;5


D) 2;4;6

E) 4;5;6


10. Həddindən çox əhalisi olan şəhər mərkəzlərinin sixliğının azaldılması və şəhərlərin iri şəhərdən şəhər kənarlarına köçürülməsi prosesi necə adlanır?

A) subarbanizasiya

B) urbanizasiya

C) aldadıcı urbanizasiya

D) dezurbanizasiya

E) mövsimi suburbanizasiya



11. Məhz kim 1903-cu ildə ilk dəfə funksional zonalaşma prinsiplərini formalaşdırıb?

A) Le Korbüzye

B) Soria-i-mata

C) T.Qarnye

D) E.Hovard

E)R.Uitten



12. Sənaye, kurort, nəqliyyat, elmi – bunlar şəhərlərin hansı əhəmiyyətinə görə təsnifatıdır?

A) inkişaf sürətinə

B) əhali sayına

C) inzbati əhəmiyyətinə

D) xalq-təsərrüfat profilinə

E) təbii şəratinə



13. Şəhər ərazisinin istifadə xarakterinə görə bölünməsinə nə deyilir?

A) yaşayış zonasının mərtəbəliliyinə görə bölünməsi

B) ərazinin kompleks dəyərləndirilıməsi

C) mikrorayonlaşma prinsipləri

D) funksional zonalaşma

E) şəhərin ictimai zonasının yerləşdirilməsi



14. Baş planın hansı çertyojlarında mədəni irsin olduğu ərazilər və ya xüsusi şərtlərlə istifadə olunan ərazilə əks olunur

A) istinad planı

B) planlaşdırma məhdudiyyətləri sxemi

C) ərazinin kompleks dəyərləndirmə planı

D) ərazinin müasir istifadə sxemi

E) məskunlaşma sxemi



15. Məskunlaşmanın hansı forması qonşu məskənlərdən uzaq məsafə və onlar arasında funksional və nəqliyyat əlaqələrinin zəif inkişafı şəraitində yaranır?

A) qrup


B) muxtar

C) kənd


D) şəhər

E) cəmlənmiş



16. Nəqliyyat kommunikasiyaları ilə əlaqələndirilən şəhər-bağlardan assosiasiya formalaşması əlaqəsi kimə məxsusdur?

A) R.Uitten

B) Le Korbüzye

C) T.Qarnye

D) Soria-i-mata

E) E.Hovard



17. Yaşayış tikintisinin, ictimai mərkəzlərin və əhalinin istirahət və qeyri-istehsalat fəaliyyəti zonalarının yerləşdiyi zona necə adlanır?

A) rekreasiya zonası

B) yaşayış zonası

C) kommunal-anbar zonası

D) mikrorayon

E) yaşıl əkinlər zonası



18. Yaşayış zonasının hansı müəssisələri periodik (dövri) istifadə müəssisələrinə aiddir?

1 – ippodrom; 2 – zoopark; 3 – idman kompleksi; 4 – kinoteatrlar; 5 – mərtəbələr: 6 – uşaq bağçaları; 7 – ticarət mərkəzləri

A) 1;5;6


B) 1;2;3

C) 3;4;7


D) 2;4;5

E) 4;6;7


19. Yaşayış mühiti elementlərindən və ictimai xidmət müəssisələrində ibarət şəhər strukturunun inzibati-ərazi və planlaşdırma vahidi necə adlanır?

A) yaşayış qrupu

B) mikrorayon

C) yaşayış kompleksi

D) yaşayış zonası

E) məskən



20. Şəhərin nisbətən dəyişməyən, zaman içində dayanıqlı (davamlı) olan məkan-planlaşdırılma təşklinin əsası necə adlanır?

A) infrastruktura

B) aqlomerasiya

C) məskunlaşma sistemi

D) planlaşdırılma zonası

E) karkas



21. Adı çəkilənlərdən hansı şəhərformalaşdıran amillərə aiddir?

1 -- əhali; 2 – relyef; 3 – müəssisələr; 4 – hidroqrafiya; 5 – iqlim; 6 – nəqliyyat

A) 3;4;6


B) 1;2;3

C) 1;5;6


D) 2;4;5

E) 1;3;5


22. Əhalinin şəhər kənarlarından şəhərə (iş yerinə və təhsil almağa) və geri hərəkəti necə adlanır?

A) dezurbanizasiya

B) urbanizasiya

C) suburbanizasiya

D) rəqsi miqrasiya

E) birdəfəlik miqrasiya



23. Məhz bu memar “xətti şəhərlərin” yaradılmasını təklif edirdi?

A) T.Qarnye

B) Le Korbüzye

C) Soria-i-Mata

D) E.Hovard

E) K.Tanqe



24. Əhalisinin sayı nə qədər olan şəhərlər böyük şəhərlərdir?

A) 100-250 min

B) 50-100 min

C) 250-560 min

D) 500 min və daha çox

E) 50 minə qədər



25. İngilis utopist-sosioloqu Ebenizer Hovard hansı ideal-şəhər konsepsiyasını irəli sürmüşdür?

A) şəhər-peyk

B) şəhər-bağ

C) xətti şəhər

D) sənaye şəhəri

E) şəkəksaçan şəhər



26. Polis prefekti Osman hansı şəhərin rekonstruksiyasını həyata keçirib?

A) İstanbul

B) Versal

C) Paris

D) Vena

E) London



27. Əhalinin sayı 500 mindən çox olan şəhər –

A) orta


B) böyük

C) iri


D) çox iri

E) kiçik



28. “Monosentrik” və “polisentrik” təyinləri şəhərsalmada hansı terminə aiddir?

A) karkas

B) məskunlaşma

C) aqlomerasiya

D) şəhər

E) məskunlaşma sxemi



29. Sadalananlardan hansılar ərazinin kompleks dəyərləndirmə sxemini əks etdirir?

1 – müxtəlif şəhərsalma dəyərləri zonası; 2 – mövcud yaşayış tikintisi; 3 – faydalı qazıntı zonası; 4 -- ərazinin yaşayış, sənaye və ya rekreasiya funksiyalarının yerləşdirilməsi üçün yaradıcılıq dərəcəsi; 5 – nəqliyyat kommunikasiyaları

A) 1;4


B) 2;3

C) 3;4


D) 2;5

E) 1;5


30. Məskunlaşmanın hansı forması qonşu məskənlər arasında əmək, məişət və əhalinin istirahəti sahələrində möhkəm əlaqələrin formalaşması şəraitində yaranır?

A) muxtar

B) qrup

C) ocaq


D) xətti

E) halqavari



31. Hansı planlaşdırılma strukturu məkanların mənimsənilməsində polyarlaşma və əlaqələrin bir qədər yığcamlığ ilə xarakterizə edilir?

A) şəbəkə

B) xətti

C) çərçivə

D) kompakt (yığcam)

E) qarışıq



32. İnkişaf etmiş istehsalat, mədəni və rekreasiya əlaqələrinə malik yaşayış məntəqələrinin kompakt şəkildə bir yerə cəmlənməsi necə adlanır?

A) məskunlaşma

B) aqlomerasiya

C) şəhər-peyklər

D) məskunlaşma sistemi

E) şəhər-bağlar



33. Şəhər ərazisinin neçə %-ni yaşayış zonası tutur?

A) 50%


B) 80%

C) 10%


D) 20%

E)30%


34. Sanitar-qoruyucu zona nədir?

A) müalicə-profilaktiki müəssisələrin ərazisi

B) atmosferə ziyanlı tullantların mənbəyindən yaşayış zonasının sərhəddinə qədər məsafə

C) istirahət zonası ərazisi

D) sənaye müəssisələri ilə yaşayış evləri arasında məsafə

E) sənaye düyün sərhəddi ilə yaşayış ərazisi sərhəddi arasındakı ərazi



35. Hansı növ sənaye müəssisələrinin tikintisi zamanı sanitar-qoruyucu zonanın yaradılması vacibdir?

A) sellüloz emalı üzrə kombinat

B) parfum-kosmetika sənayesi müəssisələri

C) tekstil müəssisələri

D) televizor zavodu

E) konserva zavodu



36. Sanitar-qoruyucu zonada hansı obyektlərin yerləşdirilməsinə icazə verilir?

A) məktəblər

B) idarəetmə binaları

C) idman qurğuları

D) xəstəxanalar

E) ümumi istifadə parkları



37. Xarici nəqliyyat şəhər ərazisinin neçə %-ni təşkil edir?

A) 10%-ə qədər

B) 20%-ə qədər

C) 30%-ə qədər

D) 5%-ə qədər

E) 25%-ə qədər



38. Kommunal-anbar zonasına şəhərin hansı əraziləri daxildir?

1 – şəhər ictimai bina sahələri; 2 – suhasarları ərazizi; 3 – təmizlik qurğuları; 4 – qəbiristanlıq;

5 – küçə və meydanlar; 6 – yaşayış tikintisi

A) 1;2;3


B) 2;3;4

C) 4;5;6


D) 1;3;5

E) 3;5;6


39. Yaşayış zonasının ərazisinin neçə %-ni şəhər-ictimai bina və qurğuların sahələri tutur?

A) 30-40%

B) 5-10%

C) 20-30%

D) 15-20%

E) 50%-ni



40. Şəhərin anbar zonası bir nəfərə hansı hesabla layihələndirilir?

A) 10-20m2

B) 1-2m2

C) 5-10m2

D) 3-5 m2

E) normalaşdırılmır



41. Yerüstü və yeraltıməkanlardan istifadə edərək funksiyaların bölünməsilə formalaşan çoxsəviyyəli şəhər məkanları necə adlanır?

A) dərinlik onalaşması

B) üfuqi zonalaşma

C) funksional zonalaşma

D) şaquli zonalaşma

E) çoxsəviyyəli zonalaşma



42. Sadalananlardan hansı azmərtəbəli tikintinin üstün cəhəti sayılır;

1 – torpaqla əlaqə; 2 -- ərazi istifadəsinin yüksək intensivliyi; 3 – mənzilin nisbətən aşağı dəyəri; 4 – fərdi memarlıq və planlaşdırılma; 5 – şəxsi dayanacaq yeri; 6 -- əhalinin aşağı sıxlığı

A) 2;4;6


B) 1;3;6

C) 2;4;6


D) 1;4;5

E) 3; 5;6



43. yaşayış zonasının hansı müəssisələri epizodik istifadə müəssiləridir?

1 – teatrlar; 2 – ticarət mərkəzləri; 3 – məktəblər; 4 – mağazalar; 5 – şəhər inzibati orqanı; 6 – ippodrom

A) 2;3;4


B) 1;2;3

C) 4;5;6


D) 1;5;6

E) 1;3;4


44. Funksional zonalaşma prinsipi şəhərdə baş verən bütün rəngarəng prosesləri bir ümumi sxemdə birləşdirir. Bu sxem hansıdır?

A) əmək-istirahət-əmək

B) əmək-məişət-istirahət

C) istirahət-əmək-istirahət

D) təhsil-əmək-karyera

E) məişət-istirahət-məişət



45. Şəhərin kompakt planlaşdırılma strukturunun çatışmamazlıqları hansılardır?

1 – mərkəzi rayonların ətraf mühitdən uzaqda olması; 2 – təbii landşaftın bölünüb ayrılması; 3 – periferiya (ətraf) rayonların mərkəzdən uzaq olması; 4 – şəhər mərkəzinin nəqliyyat yüklənməsi; 5 – mərkəzdən həddindən çox qeyri-bərabər uzaqlıq; 6 – ekoloji əlaqələrin kəsilməsi

A) 1; 2; 3

B) 2; 4; 6

C) 2; 5; 6

D) 1; 3; 4

E) 3; 5; 6



46.Şəkildə nə təsvir olunub?

40.29 кб

A) T.Qarnyenin sənaye şəhəri

B) E.Hovardın şəhər-bağ qrupu

C) xətti şəhər

D) şəhər-peyk

E) dairəvi-şəhər



47. Şəhər inkişafında mərkəzəcanatan tendensiyalar nə ilə müşayət olunur?

1 -- ərazi böyüməsi ilə; 2 – şəhər sərhədlərinin genişlənməsi ilə; 3 – tikintinin səxlaşması ilə; 4 – tikinti üçün yeni ərazilərin mənimsənilməsi; 5 – tikintinin rekonstruksiyası; 6 – bütün məkan resurslarından istifadə

A) 1;2;4


B) 1;2;3

C) 1;3;5


D) 2;4;5

E) 3;5;6


48. Şəkildə nə təsvir olunub?

A) şəhərin baş planı

B) şəhərin planlaşdırılma strukturunun karkası

C) şəhərin inkişaf planı

D) planlaşdırılma layihəsi

E) məskunlaşma sxemi




49. Şəhər inkişafında mərkəzdənqaçma tendensiyaları nə ilə müşahidə olunur?

1 -- ərazi böyüməsi; 2 – şəhər sərhədlərinin genişlənməsi ilə; 3 – tikintinin sıxlığı ilə; 4 – tikinti üçün yeni ərazilərin mənimsənilməsi ilə; 5 – tikintinin rekonstruksiyası ilə; 6 – bütün məkan resurslarında istifadə olunmaqla

A) 1;3;5


B) 2;5;6

C) 1;2;4


D) 4;5;6

E) 3;5:6


50. Verilən sxemlər şəhərin hansı planlaşdırılma strukturuna uyğun gəlir?

A) parçalanmış

B) xətti

C) torvari

D) qarışıq

E) kompakt (yığcam)



51.Hansı zona daha çoxfunksiyalı müxtəlif funksiyaların yüksək konsentrasiyası, şəhərin ictimai həyatının fokusu olması, yüksək şəhərsalma dəyəri olan ərazilərin daha intensiv mənimsənilməsi ilə fərqlənir?

A) orta


B) periferiya (ətraf)

C) mərkəzi

D) sənaye

E) şəhərkənarı



52. Yaşayış zonasının əsas funksional prosesləri hansılardır?

A) xidmət, istirahət

B) məişət, əmək, istirahət

C) məişət, istirahət, xidmət

D) əmək, istirahət

E) əmək, məişət



53. Şəhərin kompakt planlaşdırılma strukturunun üstünlükləri nədir?

1 – planın yığcamlığı; 2 – nəqliyyat arteriyasının yaxınlığı; 3 – mərkəzə rahat çatma; 4 -- ətraf mühitə mənfi təsirin ən az dərəcədə olması; 5 – dayanacaqlara qədər piyada hərəkətinə sərf olunan vaxtın az olması; 6 -- ətraf mühitə nisbi yaxınlıq

A) 2;5;6


B) 1;3;4

C) 1;2;5


D) 2;3;5

E) 4;5;6


54. Hansı planlaşdırılma strukturu əsas nəqliyyat magistralı boyunca yerləşir və ya spesifik təbii şərtlərlə (relyef şəraiti, hidroqrafiya) diktə olunur?

A) radial

B) xətti

C) kompakt (yığcam)

D) sentrik

E) hissələrə ayrılmış



55. Kiçik və orta şəhərlər üçün hansı ictimai mərkəz xarakterikdir?

A) xətti

B) kompakt (yığcam)

C) hissələrə ayrılmış

D) iri

E) düzbucaqlı



56. bu şəhər sxemi hansı planlaşdırılma strukturuna aiddir?

A) çərçivə

B) kompakt (yığcam)

C) xətti


D) qarışıq

E) hissələrə ayrılmış (parçalanmış)



57. Binaları, mühəndis qurğularını, yaşıllıqları daxil edən məkan kompozisiyasının harmonik birliyi necə adlanır?

A) yaşayış kompleksi

B) şəhərin ictimai mərkəzi

C) şəhərin baş meydanı

D) memarlıq-şəhərsalma ansamblı

E) şəhərsalma karkası



58. Plan kompozisiyası ciddi həndəsəyə tabe edilən, xiyabanları paralel yerləşdirilən, düzgün çoxbucaqlı görünüşündə ulduzvari olan, diaqonallarla bölünən fəal şəkildə ox simmetriyası tətbiq olunan parklar necə adlanır?

A) requlyar

B) dendropark

C) peyzaj

D) meşəpark

E) qoruq



59. Yaşıllıq əraziləri sistemi müəyyən məsələlərin həllini nəzərdə tutur. Bunlar hansılardır?

1 -- əhalinin idman və istirahətinin təşkili; 2 – piyada hərəkətinin təşkili; 3 – şəhər mühitinin sanitar-gigiyenikvəziyyətinin yaxşılaşdırılması; 4 -- əhalinin ictimai xidmətinin təşkili; 5 – şəhərin məkan mühitinin estetik təkminləşdirilməsi; 6 – ictimai məkanların formalaşması

A) 2;5;6


B) 2;4;6

C) 1;4;6


D) 1;3;5

E) 3;4;5


60. Plan kompozisiyası təbii mühitə uyğunlaşdırılan park necə adlanır?

A) peyzaj

B) requlyar

C) dendropark

D) zoopark

E) meşəpark



61. Şəhər küçəsində və ya sahildə yerləşən, eni 18m-dən az olmayan və xeyli uzunluğu olan yaşıllıq əraziləri necə adlanır?

A) park


B) bağça

C) bulvar

D) şəhər bağı

E) meşəpark



62. Ümumşəhər mərkəzi 1 sakinə neçə m2 hesablanır (idman qurğuları nəzərə alınmadan)?

A) 3-5 m2

B) 1-2m2

C) 5-10m2

D) 10-20m2

E) normalaşdırılmır



63. Çox iri şəhərlər üçün ümumşəhər mərkəzinin hansı planlaşdırılma strukturu xarakterikdir?

A) iri


B) kompakt

C) xətti


D) hissələrə ayrılmış (parçalanmış)

E) çoxfunksiyalı



64. Yaşayış rayonunda yaşıllıqların ümumi sahəsi ərazinin neçə %-ni təşkil edir?

A) 50%-dən az olmayan

B) 70%-dən az olmayan

C) 20%-dən az olmayan

D) 10%-dən az olmayan

E) 30%-dən az olmayan



65. Ümumi istifadə üçün yaşıllıq ərazisi necə adlanır?

A) bağça


B) park

C) bulvar

D) meşə park

E) şəhər bağı



66. Bu sxem hansı prosesə uyğun gəlir?

A) urbanizasiya

B) suburbanizasiya

C) aldadıcı urbanizasiya

D) dezurbanizasiya

E) rəqsi miqrasiya



67. Hansı zonanın əsas funksiyaları əhalinin istirahətinin təşkili, ekoloji tarazlığın saxlanılması (məskunlaşma rayonu miqyasında), şəhərin təbii resurslarla təmin olunmasıdır?

A) xarici nəqliyyat

B) şəhərkənarı

C) istehsalat

D) yaşayış

E) anbar


68. Bütün nəqliyyat kommunikasiyalarının və hərəkət vasitələrinin cəmi nədir?

A) şəhərin nəqliyyat karkası

B) şəhər nəqliyyat infrastrukturu

C) xarici nəqliyyat zonası

D) küçə-yol şəbəkəsi

E) piyada hərəkətinin sistemi



69. Şəkildə şəhərin küçə-yol şəbəkəsi təşkilinin hansı prinsipial sxemi göstərilib?

A) radial-halqavari

B) radial

C) düzbucaqlı

D) düzbucaqlı-dioqonal

E) orqanik



70. Şəkildə şəhərin küçə-yol şəbəkəsi təşkilinin hansı prinsipial sxemi göstərilib?

A) radial

B) radial-halqavari

C) düzbucaqlı

D) düzbucaqlı-dioqanal

E) orqanik



71. Şəhər mərkəzlərinin hansı planlaşdırılma strukturları olur?

A) halqavari, xətti

B) parçalanmış, halqavari, ziqzaq şəkilli

C) kompakt, sentrik, şəbəkəvari

D) parçalanmış, kompakt, halqavari

E) kompakt, xətti, çərçivə şəkilli



72. Urbanizasiya -- bu .....

A) Şəhər həyat tərzinin yayılması ilə müşayət olunan şəhərlərdə əhalinin məkan konsentrasiyası prosesi

B) əhalinin şəhərkənarından şəhərə və geri yerdəyişməsi

C) Çox məskunlaşmış şəhər mərkəzləri sıxlığının azaldılması prosesi və şəhərlilərin iri şəhərlərin şəhərkənarı zonalarına köçürülməsi prosesi

D) əhalinin həyat tərzi dəyişilmədən şəhərdə cəmlənməsi (konsentrasiyası)

E) əhalinin dekonsentrasiyası



73. Yuxarı səviyyədən başlayaraq şəhərsalma sistemləri ierarxiyasını düzgün ardıcıllıqla müəyyən edin

1 – məskunlaşmanın baş sxemi; 2 – rayon planlaşdırılmasının sxemləri və layihələri; 3 – baş plan; 4 – regional məskunlaşma sxemi; 5 – planlaşdırılmanın və tikintinin müfəssəl layihəsi.

A) 3;5;1;4;2

B) 1;2;3;4;5

C) 2;1;4;5;3

D) 5;4;3;2;1

E) 1;4;2;3;5



74. İspan memarı Soria-i-Mata hansı yeni şəhər konsentrasiyasını təklif etmişdi?

A) sənaye şəhəri

B) şəfəqsaçan

C) şəhər-bağ

D) şəhər-peyk

E) xətti şəhər



75. İlk dəfə hansı şəhərdə şəhər-bağ ideyası reallaşdırılmışdır?

A) Qlazqo

B) Leçvort

C) Nyukasl

D) London

E) Yorkşir



76. Hansı planlaşdırılma strukturu ərazinin nisbətən bərabər mənimsənilməsini əks etdirir, baş mərkəzlərin və oxların kombinasiyasını təqdim edir, sentrik və xətti strukturun sintezi əsasında yaranır?

A) çərçivə şəkilli

B) xətti

C) kompakt

D) sentrik

E) yarımsentrik



77. Ən yuxarıdan başlayaraq ərazi səviyyələrinin düzgün ardıcıllığını müəyyən edin

1– rayon; 2 – region; 3 – şəhər; 4 – qitə; 5 – ölkə; 6 – aqlomerasiya

A) 6;5;4;3;2;1

B) 1;2;3;4;5;6

C) 4;5;2;1;6;3

D) 1;3;5;2;4;6

E) 1;6;2;5;3;4



78. Adı çəkilənlərdən hansılar antropogen resurslara aiddir?

1 – kadr potensialı; 2 – faydalı qazıntılar; 3 – su resursları; 4 – nəqliyyat infrastrukturu;

5 – sənaye tikinti bazası; 6 -- əhali yaranışı səviyyəsi

A) 3;4;6


B) 1;2;3;4

C) 2;3;4


D) 1;4;5;6

E) 1;3;6


79. Şəhərsalma sisteminin nüvəsi nədir?

A) şəhəri əhatə edən ərazi

B) hər-hansı əlamətin xətti konsentrasiyası

C) nöqtə və ya xətti xarakterli obyektlər qrupu

D) bütövlükdə sistem əlamətinin yüksək konsentrasiyası ilə ərazi sahəsi

E) kompozisiya mərkəzi




80. Şəkildə hansı planlaşdırılma strukturu göstərilib?

A) sentrik

B) xətti

C) kompakt

D) çərçivə şəkilli

E) yarımsentrik



81. “Ev – yaşayış üçün maşındır” şüarı kimə məxsusdur?

A) O.Nimeyer

B) F.L.Rayt

C) Le Korbüzye

D) T.Qarnye

E) E.Hovard



82. Məhəllələrin perimetr boyunca tikintisinin alternativi kimi yaşayış məkanlarının təşkili üçün memarlar tərəfindən çərgəli tikinti üsulu və daha sonra ........ üsulu təklif olunmuşdu.

A) şahmatvari tikinti

B) sərbəst planlaşdırlma prinsipi

C) radial tikinti

D) çoxmərtəbəli tikinti

E) azmərtəbəli tikinti



Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin